Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-6/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı QƏRARİ Açar sözlәr: kredit müqavilәsii üzrә borcun tutulması, mәhkәmә tәrәfindәn dәbbә pulunun azaldılması, tutmanın ipoteka predmetinә yönәldilmәsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. “xxxx” ASC-nin Yevlax filialı ilə Cavabdeh MMC arasında bağlanmış 2017-ci il ## #### tarixli *************** nömrəli kredit müqaviləsi (bundan sonra- “kredit müqaviləsi”) ilə bank tərəfindən cəmiyyətə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Yevlax şəhəri C.Mustafayev 129 ünvanında 72 nömrədən ibarət otel binasının tikintisinin tamamlanması və fəaliyyətinin təşkili məqsədilə istifadə müddəti 120 ay olan 2.000.000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3 % faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanan penya ödəyir.
2. Kredit müqaviləsinin * nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən olunur ki, verilmə tarixi 2017-ci il ## #### olan 2.000.000 manat məbləğində kredit-3 % dərəcəsi ilə 120 ay müddətinə borcalan Cavabdeh MMC-yə verilmiş və həmin kreditin ilk 60 ayına, yəni 2017-ci il ## #### tarixindən 2022-ci il ## #### tarixi də daxil olan aylar üzrə “əsas borcun ödənilməsi nəzərdə tutulmamaqla” güzəşt tətbiq edilərək, həmin aylar üzrə ilk ayda 2.793,33 manat, qalan aylarda isə 5.000 manat olmaqla faiz məbləğlərinin, yəni güzəşt tətbiq edilmiş aylarda yalnız hər ay üzrə hesablanmış faizlərin ödənilməsi, 2022ci il ## #### tarixindən etibarən isə hər ay əsas borc qismində 33.333,33 manat məbləğində və faiz borcunun isə aylar üzrə azalan məbləğlərdə olmaqla, həmin kreditin qaytarılması, sonuncu ödənişin vaxtı isə 2027-ci il ## #### tarixi nəzərdə tutulmuşdur.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı İddiaçı” ASC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmetlərinə tutmanın yönəldilməsi, onların açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 1.999.833,34 manat əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 58.661,79 manat adi faizlər üzrə borc, 2023-cü il ## #### tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 %-lə hesablanmış 561.619,86 manat cərimə faizləri və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 80 manat çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən iddiaçının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı xidmətin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun və iddia ərizəsinin verilməsinə görə 2.558,47 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin hallarına istinad olunmaqla (bax § 1, 2) əsaslandırılmışdır.
5. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il ## ### tarixli */**** nömrəli ekspert rəyində göstərilmişdir ki, hesabdan çıxarışa əsasən kredit müqaviləsi üzrə banka ödənilməli olan cavabdehin 2022-ci il ## ###### tarixinə olan əsas borcu 1.995.296,48 manat, faiz borcu 29.404,12 manat təşkil etmişdir.
6. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il ## #### tarixli e-*-*(***)-**/**** nömrəli qərardadı ilə iddianın “iddiaçının tәlәblәrinin ipoteka predmetlәri hesabına faktiki tәmin edilmәsi tarixinә qәdәr әsas borc mәblәğinә illik 3 % dәrәcәsi ilә hesablanan faizlәr formasında әldәn çıxmış fayda vә gecikdirmәnin hәr günü üçün illik 30 % dәrәcәsi ilә hesablanan penyanın cavabdehdәn tutularaq ödәnilmәsi” hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır (hakim R.Məcidov).
7. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il ## #### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş: - cavabdehin kredit müqaviləsi üzrə yaranmış 1.995.296,48 manat əsas, 29.404,12 manat faiz və 20.000 manat cərimə borcu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 80 manat çəkilmiş xərc, mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat və ödənilmiş 1.638,85 manat dövlət rüsumunun ipoteka predmetlərinə yönəldilərək tutulması; - cavabdehə məxsus 4,0182 ha torpaq sahəsinin likvid dəyərinin 413.000 manat, 20 ha torpaq sahəsinin likvid dəyərinin 968.000 manat müəyyən edilməsi və həmin əmlakların açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd olunmuşdur (hakim R.Məcidov).
8. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Məhkəmə tələb olunan məbləğin ekspert rəyi (bax § 6) ilə müəyyən edilmiş məbləğdə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
9. Məhkəmə iddiaçının 561.619,86 manat cərimənin tutulması tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 467-ci maddəsinin tələbləri baxımından qiymət verərək cavabdehdən 20.000 manat cərimənin tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 462.1, 462.3, 467 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçının nümayəndəsi məhkəmə iclasında əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il # ##### tarixli */*** nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 2022-ci il ## ###### tarixinə əsas borc üzrə - 1.995.296,48 manat, faiz borcu üzrə - 29.404,12 manat müəyyən edilmişdir. - iş materialında olan cavabdehə məxsus 2017-ci il ## #### tarixindən 2022-ci il ## ###### tarixinədək müddətləri əhatə edən ******************** nömrəli faiz hesabı çıxarışında (cild İ, səh. 150) 2020-ci il ## ###### tarixində "müqavilə üzrə faizlərin ödənilməsi” təyinatı ilə 9.999,16 manat pul vəsaitləri silinmişdir. Həmin hesabdan çıxarışda (cild 1, səh. 150) yuxarıda qeyd olunan məbləğin sonradan geri qaytarılması və ya müxabirləşmə üzrə hər hansı düzəliş edilməsi barədə məlumat yer almamışdır. - Məhkəmə Ekspertizası Mərkəzinə 2023-cü il # ###### tarixində Şəki Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş əlavə materiallarda olan cavabdehə məxsus ******************** nömrəli faiz hesabı çıxarışında 2020-ci il ## ####### tarixində aparılan “kredit” əməliyyatının məbləği öncə təqdim olunmuş hesabdan çıxarışda 9.999,16 manat kimi əks edilən əməliyyat 4.999,58 manat kimi göstərilmişdir. - “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları”na əsasən aparılmış əməliyyatın bu cür düzəliş edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən, hazırkı ekspertiza tədqiqatı ilə 2020-ci il ## ###### tarixində aparılan ödənişin məbləği 9.999,16 manat kimi nəzərə alınmışdır.
13. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ### tarixli *-*(***)-*/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər Ə.Kərimov və G.Cavadova).
14. Məhkəmə aktını mübahisələndirilən hissədə (qismən) yoxlayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il ## ### tarixli */**** nömrəli ekspert rəyi hazırkı 2024-cü il # ##### tarixli */*** nömrəli ekspert rəyi ilə eynilik təşkil etmişdir. Bu səbəbdən iş üzrə verilmiş ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut növü kimi qəbul etmiş və həmin rəyə uyğun nəticəyə gəlmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
15. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən olunan halları təkzib edən, bu hallara zidd olan sübutların müəyyən edilmədiyini nəzərə alaraq həmin rəylərlə razılaşmış və iş üzrə ekspert rəylərinin sübut kimi qəbul olunması qənaətinə gəlmişdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin dəbbə pulu ilə bağlı mövqeyini əsaslı hesab edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun (cərimənin, penyanın) azaldılaraq kredit müqaviləsi üzrə 20.000 manat müəyyən edilməsi tərəflərin əmlak mənafelərinə uyğun olmuşdur. Kollegiya cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə almışdır.
17. İddiaçı 2023-cü il ## #### tarixində tələbin həcminin artırılması barədə ərizə təqdim etsə də, bunu əsaslandırmamış və sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 386.1, 399.1, 421.2, 442, 445.2.1, 448.1, 462.1, 462.3, 467, 739.1, 739.2 və 740.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 88, 101.3 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və E.Vəliyeva).
21. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyləri eynilik təşkil etmişdir. Bu səbəbdən ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut növü kimi qəbul etmiş və həmin rəyə uyğun nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası əsas borca münasibətdə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır.
23. Belə ki, iddiaçı tərəfin dəlillərinə görə, 2020-ci il ## ###### tarixində faktiki olaraq 4.999,58 manat ödəniş edilməsinə baxmayaraq, müvafiq çıxarışda həmin məbləğ texniki səhvə görə 9.999,16 manat kimi əks olunmuşdur. Qeyd edilən məbləğin (9.999,16 manat) bir hissəsi (4.999,58 manat) Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il ## ### tarixli */**** nömrəli ekspert rəyində kredit müqaviləsi üzrə əsas borc məbləğindən silindiyindən, iddiaçının tələblərində göstərilən əsas borc məbləği (1.999.833,34 manat) ilə ekspert rəyində qeyd olunan əsas borc məbləği (1.995.296,48) arasında uyğunsuzluq yaranmışdır.
24. Apellyasiya icraatında təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən aydın olur ki, müvafiq faiz hesabı çıxarışında 2020-ci il ## ###### tarixində “müqavilə üzrə faizlərin ödənilməsi” təyinatı ilə 9.999,16 manat məbləğində pul vəsaitləri silinmiş, həmin hesabdan çıxarışda qeyd olunan məbləğin sonradan geri qaytarılması və ya müxabirləşmə üzrə hər hansı düzəliş edilməsi barədə məlumat yer almamışdır. Məhkəmə Ekspertizası Mərkəzinə apellyasiya məhkəməsi tərəfindən göndərilmiş əlavə materiallarda olan müvafiq faiz hesabı çıxarışında 2020-ci il ## ####### tarixində aparılan “kredit” əməliyyatının məbləği öncə təqdim edilmiş hesabdan çıxarışda 9.999,16 manat kimi əks edilən əməliyyat 4.999,58 manat kimi göstərilmişdir. “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”na əsasən aparılmış əməliyyatın bu cür düzəliş edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən, hazırkı ekspertiza tədqiqatı ilə 2020-ci il ## ###### tarixində aparılan ödənişin məbləği 9.999,16 manat kimi nəzərə alınmışdır.
25. Bu səbəbdən, iddiaçı tərəf 2020-ci il ## ###### tarixində faktiki olaraq 4.999,58 manat ödəniş olunmasını təsdiq edən memorial orderi əlavə etməklə, yenidən müvafiq vəsatətlə məhkəmədən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir (II cild, i/v 97-99).
26. Apellyasiya məhkəməsi isə ekspert rəylərinin eynilik təşkil etdiyini, rəylər arasında heç bir ziddiyyət və fərqlilik olmadığını, sözügedən vəsatətin əsaslandırılmadığını, hansı halların müəyyən edilməsinin vacibliyinin aydın göstərilmədiyini əsas gətirərək vəsaitin təmin olunmaması barədə qərardad qəbul etmiş, yekun nəticədə isə öz qətnaməsində iddiaçının təqdim etdiyi memorial orderə heç bir qiymət verməmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi sübuta (memorial orderə) qiymət verilmədiyindən sözügedən hissədə qətnamə MPM-in 88-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmiş, apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cərimə borcu ilə bağlı gəldiyi nəticə ilə də razılaşmamışdır. Belə ki, iş üzrə alınmış ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən 2022-ci il ## #### tarixinədək ümumilikdə 302.784,13 manat ödəniş aparılmışdır. Məhkəmə kollegiyası iddia ərizəsinin bundan cəmi 5 ay sonra verildiyini (2022-ci il ## ######) nəzərə alaraq cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasına dair mövqeni, habelə cərimənin artmasında iddiaçının təqsirinin olmasına dair mövqeni (apellyasiya mәhkәmәsi birinci instansiyası mәhkәmәsinin hәmin mövqeyini yanlış saymamış, belәliklә dә onunla razılaşmışdır) əsassız hesab etmişdir.
29. Həmçinin hazırda məhkəmənin tutduğu cərimənin həcmi (20.000 manat) təmin olunan əsas borcun (1.995.296,48 manat) cəmi 1%-ni təşkil etmişdir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz.
30. Kassasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 386.1, 399.1, 421.2, 445.2.1, 448.1, 462.1, 462.3, 467, 739.1, 739.2 və 740.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 101.3 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. İddiaçının vəsatəti əsasında təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə 2025-ci il # ##### tarixli */***** nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - İddiaçı tərəfindən cərimənin hesablanması ilə bağlı müvafiq normativ xarakterli aktların tələbləri pozulduğu və tələb olunan 256.645,28 manat cərimə hissəsinin düzgün hesablanmadığı müəyyən olunmuşdur. Yekun olaraq cavabdehin iddiaçıya sualda soruşulan 2022-ci il ## ###### tarixinə olan borcu 2022-ci il ## ###### tarixinə əsas borc üzrə - 1.995.296,48 manat, faiz borcu üzrə - 28.240,20 manat, cərimə borcu üzrə - 7.138,89 manat müəyyən olunur. Eyni zamanda, təqdim edilmiş iş materiallında olan cavabdehə məxsus 2017-ci il ## #### tarixindən 2022-ci il ## ###### tarixinədək müddətləri əhatə edən ******************** nömrəli faiz hesabı çıxarışında 2020-ci il ## ###### tarixində “müqavilə üzrə faizlərin ödənilməsi” təyinatı ilə 9.999,16 manat pul vəsaitləri silinmişdir. Həmin hesabdan çıxarışda (cild İ, səh. 150) yuxarıda qeyd olunan məbləğin sonradan geri qaytarılması və ya müxabirləşmə üzrə hər hansı düzəliş edilməsi barədə məlumat yer almamışdır. - Sonradan iş materiallarına əlavə edilmiş (cild 2, səh. 13) cavabdehə məxsus ******************** nömrəli faiz hesabı çıxarışında 2020-ci il ## ####### tarixində aparılan “kredit” əməliyyatının məbləği öncə təqdim olunmuş hesabdan çıxarışda “9.999,16 manat” kimi əks edilən əməliyyat – “4.999,58 manat” kimi göstərilmişdir. Lakin, “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”na əsasən aparılmış əməliyyatın bu cür düzəliş edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən, hazırkı ekspertiza tədqiqatı ilə 2020-ci il ## ###### tarixində aparılan ödənişin məbləği 9.999,16 manat kimi nəzərə alınmışdır.
32. İddiaçının vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ######## tarixli */**** nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir; - tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddia ərizəsində 2022-ci il ## ###### tarixinə ödənilməsi tələb olunan məbləğlərin (yəni, 1.999.833,34 manat əsas borc, 28.164,34 faiz borcu və 256.645,28 manat cərimə) 1.995.296,48 manat əsas borc üzrə olan hissəsi, 28.240,20 manat faiz borcu və 7.138,89 manat cərimə məbləği üzrə olan hissəsi öz təsdiqini tapır. Lakin iddiaçı tərəfindən cərimənin hesablanması ilə bağlı müvafiq normativ xarakterli aktların tələbləri pozulduğu və tələb olunan 256.645,28 manat cərimə hissəsinin düzgün hesablanmadığı müəyyən olunur. Yekun olaraq cavabdehin iddiaçıya sualda soruşulan 2022-ci il ## ###### tarixinə olan borcu əsas borc üzrə - 1.995.296,48 manat, faiz borcu üzrə - 28.240,20 manat, cərimə borcu üzrə - 7.138,89 manat müəyyən olunmuşdur. - təqdim olunmuş iş materiallarının 1-ci cildinin 150-ci səhifəsində olan cavabdehə məxsus 2017-ci il ## #### tarixindən 2022-ci il ## ###### tarixinədək müddətləri əhatə edən ******************** nömrəli faiz hesabı çıxarışında 2020-ci il ## ###### tarixində “müqavilə üzrə faizlərin ödənilməsi” təyinatı ilə 9.999,16 manat pul vəsaitləri silinmişdir. Həmin hesabdan çıxarışda yuxarıda qeyd olunan məbləğin sonradan geri qaytarılması və ya müxabirləşmə üzrə hər hansı düzəliş edilməsi barədə məlumat yer almamışdır. Sonradan iş materiallarına əlavə olunmuş, 2-ci cildin 13-cü səhifəsində öz əksini tapmış cavabdehə məxsus ******************** nömrəli faiz hesabı çıxarışında 2020-ci il ## ####### tarixində aparılan “kredit” əməliyyatının məbləği öncə təqdim olunmuş hesabdan çıxarışda “9.999,16 manat” kimi əks edilən əməliyyat “4.999,58 manat” kimi göstərilmişdir. Bununla bağlı qeyd edilir ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”na əsasən aparılmış əməliyyatın bu cür düzəliş edilməsi nəzərdə tutulmamışdir. Göstərilən səbəbdən, hazırkı ekspertiza tədqiqatı zamanı 2020-ci il ## ###### tarixində aparılan ödənişin məbləği “9.999,16 manat” kimi nəzərə alınmışdır.
33. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ipoteka predmetlərinə yönəldilən kredit müqaviləsi üzrə cavabdehin əsas borcunun “1.995.296,48 manat miqdarında müәyyәn edilmәsi” hissəsində ləğv olunaraq, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi “ipoteka predmetlәrinә 1.999.833,34 manat әsas borcun yönәldilmәsi” hissəsində tam təmin edilərək, qətnamə ilə iddiaçıya ödənilməsi üçün ipoteka predmetlərinə yönəldilən əsas borcun miqdarı 1.999.833,34 manat müəyyən edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunmuş, iş üzrə apellyasiya məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan cəmi 250 manat pulun iddiaçıdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Sadiqov, hakimlər T.Həsənov və T.Musayev).
34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə 2025-ci il # ##### tarixli */***** nömrəli ekspert rəyi verilmiş, lakin iddiaçı “cərimə borcunun və əsas borcun hesablanması” hissələrində həmin rəylə razılaşmayaraq, məhkəməyə yenidən “təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatət təqdim etmişdir. Həmin vəsatəti əsasında təyin edilmiş iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə 2025-ci il ## ######## tarixli */**** nömrəli ekspert rəyi verilmişdir.
35. Ekspertiza rəylərində əsas borcun iddia tələbindən fərqli məbləğdə müəyyən olunması - birinci dəfə təqdim olunmuş hesabdan çıxarışda 2020-ci il ## ###### tarixində ödənilən məbləğin “9.999,16 manat” kimi göstərilməsi və eyni zamanda, sonradan təqdim edilən hesabdan çıxarışda isə 2020-ci il ## ####### tarixində aparılan “kredit” əməliyyatının məbləği, yəni əvvəl təqdim olunmuş hesabdan çıxarışda “9.999,16 manat” kimi əks edilən əməliyyatın miqdarı “4.999,58 manat” kimi göstərilsə də, “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”na əsasən aparılmış əməliyyatın bu cür düzəliş edilməsinin nəzərdə tutulmaması ilə əsaslandırılmışdır. Yəni, ekspertiza rəylərində əsas borcun məlum fərqi hər hansı bir düzgün hesabat aparılmaması və yaxud silinmənin düzgün icra edilməməsi ilə əlaqədar deyil, məhz bank tərəfindən birinci dəfə təqdim olunmuş hesabdan çıxarışda olan məlumatla və həmin məlumatın sonradan düzəldilməsinə yol verilməməsi ilə əsaslandırılmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materialları ilə 2020-ci il ## ###### tarixində “9.999,16 manat” pul vəsaitinin ödənilməsi təsdiq olunmur. Əksinə, həmin tarixdə faktiki olaraq “4.999,58 manat” ödəniş edildiyi və müqavilə şərtlərinə görə həmin ödənişin edildiyi “2020-ci il ## ###### tarixi” müqaviləyə əsasən borcalan üçün müəyyən olunmuş “güzəşt müddəti”nə aid olduğu üçün - həmin ödənişin də faiz borcuna silinməsi təbiidir. Çünki, həmin dövrdə, yəni 2020-ci il ## ###### tarixində Borcalanın əsas borcu ödəmək öhdəliyi olmamışdır.
36. Eyni zamanda, məlum ekspertiza rəylərinin tədqiqi hissəsində əks olunmuş borcun hesablanması və ödənilməsi cədvəli ilə müəyyən olunur ki, 2017-ci il ## ######## tarixində əsas borcun qalıq hissəsi 1.999.833,34 manat olmuş və həmin tarixdən sonra təxminən 280.000 manatdan artıq məbləğdə edilmiş ödənişlər müqavilə şərtlərinə uyğun olaraq yalnız faiz borclarından silinmiş olduğundan - ekspert rəylərində qeyd olunan “2020-ci il ## ###### tarixində 9.999,16 manat ödəniş” nəzərə alınmadığı halda - bu məbləğ dəyişilməz qalmışdır. Ona görə də, məlum ekspertiza rəylərində əsas borcun “1.995.296,48 manat” müəyyən edilməsinin əsaslılığı - faktiki ödəniş məbləğləri və müqavilə şərtləri ilə təsdiq edilmədiyindən, həmin hissədə məlum ekspertiza rəyləri, o cümlədən də təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2025-ci il ## ######## tarixli */**** nömrəli ekspert rəyi əsaslı və mötəbər sübut kimi qəbul oluna bilməz.
37. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə kredit müqaviləsi üzrə əsas borc qismində ekspert rəyi əsasında müəyyən olunmuş “1.995.296,48 manat əsas borc” məbləğinin olması - iş üzrə həmin hissədə düzgün və əsaslı nəticə olmamışdır. Çünki, işin yuxarıda qeyd olunan konkret halları və müqavilə şərtləri ilə müəyyən olunmuşdur ki, 2020-ci il ## ###### tarixində 9.999,16 manat deyil, faktiki olaraq 4.999,58 manat ödəniş edildiyi və həmin ödənişin də müqavilə şərtlərinə uyğun olaraq əsas borcdan deyil, faiz borcundan çıxılmalı olduğundan, cavabdehin məlum kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun məbləği iddia tələbində qeyd olunan məbləğdə, yəni 1.999.833,34 manat məbləğindədir.
38. Cərimə borcunun tutulması tələbi ilə bağlı isə kollegiya qeyd etmişdir ki, MM-in tələblərinə görə dəbbə pulu (cərimə, penya) - qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği kimi nəzərdə tutulduğundan, cərimə və ya penyanın hesablanmasında müvafiq müqavilədə nəzərdə tutulan şərtlərə riayət olunması mühüm əhəmiyyət daşıyır. Kredit müqaviləsinin dəbbə pulunun (cərimənin, penyanın) hesablanması qaydasını müəyyən edən şərtində nəzərdə tutulmuşdur ki, Borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanan penya ödəyir (müqavilənin 6.2-ci bəndi). İddiaçı tərəf isə iddia ərizəsində tələb etdiyi penya (cərimə) borcunu 2022-ci il ## #### tarixindən etibarən və eləcə də, müqavilə şərtlərinə uyğun olaraq aylar üzrə ödənilməli olan əsas borcun gecikdirilən aylıq ödəniş məbləğləri üzrə deyil, 2027-ci il ## #### tarixinədək ödənilməsi nəzərdə tutulan bütün kredit məbləği üzrə hesablamışdır.
39. Hazırkı apellyasiya araşdırması zamanı keçirilmiş ekspertiza tədqiqatları üzrə tərtib edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 2025-ci il # ##### tarixli */***** nömrəli ekspert rəyi və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2025-ci il ## ######## tarixli */**** nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatı zamanı iddiaçı tərəfindən cərimənin hesablanması ilə bağlı müvafiq normativ xarakterli aktların tələbləri pozulduğu və iddia ərizəsində tələb olunan 256.645,28 manat cərimə hissəsinin düzgün hesablanmadığı müəyyən olunmuşdur. Yekun olaraq, cavabdehin iddiaçıya 2022-ci il ## ###### tarixinə olan cərimə borcu 7.138,89 manat məbləğindədir.
40. İşin konkret halları ilə müəyyən olunmuşdur ki, son ödəniş vaxtı 2027-ci il ## #### tarixi müəyyən edilmiş kreditin 33.333,33 manat məbləğində əsas borc üzrə ilkin ödənişin edilməsi vaxtı 2022-ci il 29 iyul tarixi nəzərdə tutulduğundan və müqavilə şərtlərinə görə əsas borcun müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanan penya ödəməli olduğundan – iddiaçı tərəfin iddia ərizəsində tələb etdiyi penya (cərimə) borcunu “2022-ci il ## #### tarixindən etibarən və eləcə də, müqavilə şərtlərinə uyğun olaraq aylar üzrə ödənilməli olan əsas borcun gecikdirilən aylıq ödəniş məbləğləri üzrə deyil, 2027-ci il ## #### tarixinədək ödənilməsi nəzərdə tutulan bütün kredit məbləği üzrə” hesablaması tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olmamışdır.
41. Həmçinin, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə müəyyən güzəştlər olunmaqla verilmiş kreditin güzəşt müddətində yalnız faiz ödənişlərinin edilməsi, əsas ödənişin edilməsinin başlanması üçün dəqiq tarixin müəyyən olunması və işin digər bu kimi halları nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçı tərəfindən tələb olunan cərimə məbləğinin müqavilə şərtlərində qeyd olunduğu kimi deyil, hər hansı bir başqa qaydada hesablanması - sahibkarlığa kömək olaraq müəyyən güzəştlə verilmiş kreditin mahiyyətinə də ziddir. Eləcə də, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan qaydada deyil, başqa qaydalarla dəbbə pulunun (cərimənin və ya penyanın) hesablanması - müqavilə şərtlərinin pozulması ilə yanaşı, mülki qanunvericiliyin tələblərinə də ziddir.
42. Eyni zamanda, məhkəmə kollegiyası şikayətin “cәrimәnin әsas borca müәyyәn nisbәtlә hesablanması” barədə dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, həmin qayda müqavilə şərtlərinə uyğun olaraq hesablanan, lakin tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilən cərimə və yaxud penya məbləğinə tətbiq oluna bilər. Hazırkı iş üzrə müqavilə şərtlərinə uyğun hesablanan cərimə məbləği isə iddiaçının iddia tələbində qeyd etdiyi miqdarda deyildir. Yəni, müqavilə şərtlərinə uyğun hesablanan cərimənin miqdarı əsas borca nisbətdə tənasübsüz surətdə yüksək miqdarında müəyyən edilən cərimə deyildir.
43. Beləliklə, yuxarıda qeyd olunan ekspert rəyləri penya (cərimə) borcunun 7.138,89 manat məbləğində hesablanması hissəsində - müqavilə şərtlərinə uyğun olması səbəbindən əsaslı və mötəbər sübut kimi qiymətləndirilməlidir.
44. Lakin nəzərə almaq lazımdır ki, mübahisələndirilən qətnamə ilə 20.000 manat məbləğində müəyyən edilmiş penya (cərimə) borcunun miqdarı iddiaçı tərəfindən mübahisələndirilərək, apellyasiya şikayətində daha artıq məbləğdə cərimənin tutulması tələb edilsə də, cavabdeh tərəf qətnaməni heç bir hissəsində, o cümlədən də cərimənin tutulması hissəsində mübahisələndirməmiş və cavabdehin nümayəndəsi və yaxud vəkili isə iştirak etdikləri məhkəmə iclaslarında iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Odur ki, MPM-in 372-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya vә kassasiya şikayәtlәrinin mümkünlüyü vә şikayәtlәrә baxılmasının hәdlәri ilә bağlı Mülki Prosessual Mәcәllәnin tәtbiqi mәsәlәlәrinә dair” 2020-ci il ## ####### tarixli **/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən iddiaçı tərəfindən mübahisələndirilmiş qətnamədə “20.000 manat” məbləğində müəyyən olunmuş penya (cərimə) borcunun miqdarı ekspert rəyləri ilə təsdiq edilməsə də, hazırkı apellyasiya şikayətinin dəlilləri əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin “20.000 manat məbləğində müəyyən olunmuş penya (cərimə) borcunun miqdarı” hissəsində ləğv edilməsi və yaxud, dəyişdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
45. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 389.1, 390.1, 390.3, 390.5, 399.1, 404.1, 425.1, 425.2, 421.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 462.1, 465.2, 467, 739.1 və 739.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 103.1, 106.1 və 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
46. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması, həmçinin kassasiya şikayətinin verilməsinə görə 1.050,03 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
47. MM-in 467-ci maddəsi üzrə-MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan normanın tələbinə görə, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin hazırkı halda birinci instansiya məhkəməsi iddiaçının 561.619,86 manat penya tələbini 96,44 % (541.619,86 manat məbləğində) azaldaraq, cəmi 20.000 manat təmin etməklə bunun əksini etmişdir. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin bu qanunsuz mövqeyi ilə ikinci dəfə razılaşmışdır. Göründüyü kimi, hər iki məhkəmə instansiyası cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini deyil, yalnız cavabdehin mənafelərini nəzərə almışdır. Bu hal isə MM-in 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını təsdiq edir. Qeyd olunan norma imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi.
48. MPM-in 420-ci maddəsi üzrə-kassasiya məhkəməsinin hazırkı iş üzrə qərarında qeyd olunmuşdur ki, “mәhkәmәnin tutduğu cәrimәnin һәsti (20.000 manat) tәmin olunan әsas borcun (1.995.296,48 manat) sәtі 1%-ni tәşkil edir ki, bu da MM-in 467-ci maddәsinin tәlәblәri, habelә bu sahәdә formalaşmış mәhkәmә tәcrübәsi baxımından kreditorun әmlak mәnafelәrinә uyğun hesab edilә bilmәz.” Lakin kassasiya məhkəməsinin bu göstərişi apellyasiya məhkəməsi tərəfindən MPM-in 420-ci maddəsinə zidd olaraq nəzərə alınmamışdır. Halbuki, həmin normaya görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli qərarında göstərilmişdir ki, “apellyasiya mәhkәmәsi tәrәfindәn kassasiya mәhkәmәsinin mәcburi göstәrişlәrinә riayәt edilmәmәsi mübahisәnin yanlış hәllinә vә apellyasiya mәhkәmәsinin qәrarına yenidәn baxılmasına sәbәb ola bilәr. Belә olan halda, apellyasiya mәhkәmәsinin qәrarının yenidәn baxılmasının әsasını hәmin göstәrişlәrdә qeyd olunan vә aradan qaldırılmayan qanun pozuntuları tәşkil edir".
50. Beləliklə, yuxarıda qeyd olunanlar təsdiq edir ki, məhkəmənin penya ilə bağlı qənaətə gələrkən, kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi üzrə həm mülki prosessual qanunverciliyin dair tələbini pozmuş, həm də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə zidd qərar qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
52. Kassator apellyasiya mәhkәmәsinin qәtnamәsinin tam ləğvini xahiş etsə də, kassasiya şikayətinin məzmununda hәmin qәtnamәni qismən, yəni yalnız “cərimə məbləğinin təmin olunmayan” hissəsində mübahisələndirdiyi üçün, onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qismən yoxlanılacaqdır.
53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
54. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ...”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrәli Azәrbaycan Respublikasının Qanunu ilә 445.7-ci maddә yeni redaksiyada verilmişdir. Əvvәlki redaksiyada deyilirdi: 445.7. Borclu pul mәblәğinin ödәnilmәsini gecikdirdikdә, әgәr kreditor digәr әsaslardan çıxış edәrәk daha böyük mәblәğ tәlәb edә bilmirsә, gecikdirilmiş vaxt üçün illik beş faiz ödәmәyә borcludur. Faizdәn faiz ödәnilmәsi yolverilmәzdir). ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il ## ###### tarixli Azәrbaycan Respublikasının Qanunu ilә 462.1-ci maddәnin birinci cümlәsinә “müqavilә” sözündәn әvvәl “qanun vә ya” sözlәri әlavә edilmişdir). ...”
“Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. ...”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Maddə 739. Borc müqaviləsinin anlayışı və forması (2023-cü il ## ###### tarixli ***-VIQD nömrәli Azәrbaycan Respublikasının Qanunu ilә edilmiş dәyişiklikdәn әvvәlki redaktә) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. ...”
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. ...”
“Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. ... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. ...” “Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, işə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
58. Belə ki, ikinci apellyasiya baxışı zamanı əldə edilmiş ekspert rəylərində cavabdehin 2022-ci il ## ###### tarixinə olan cərimə borcunun 7.138,89 manat məbləğində olması müəyyən edilmişdir. Bununla belə, birinci instansiya məhkəməsinin cavabdehdən 20.000 manat məbləğində cərimənin tutulmasına dair qətnaməsindən sonuncu tərəfindən şikayət verilməməsi nəzərə alınmaqla, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
59. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, cavabdehin 2022-ci il ## ###### tarixinə olan cərimə borcunun 7.138,89 manat məbləğində müəyyən edilməsinə dair sonuncu-2025-ci il ## ######## tarixli ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı dəlili və sübut işə mahiyyəti üzrə baxılarkən iddiaçı tərəfindən təqdim edilməmişdir.
60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə gəlinən nəticə MM-in 467-ci maddəsinin, eləcə də MPM-in 372-ci maddəsinin tələblərinə uyğun olmuş, kassasiya şikayətində istinad olunan hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
61. Məhkəmə kollegiyası MPM-nin 416, 417-419-cu maddələrini rəhbər tutaraq
qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.