Məhkəmə qərarları › İş №2-2(1-8)-605/2026

Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-605/2026

18.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-605/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “X1” QSC-nin cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, “xxxx” MMC, cavabdeh2 və “xxxx” MTK-ya qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: Kassasiya şikayətinin qeyri-mümkünlüyü, məhkəmə aktının kassasiya qaydasında yoxlanılmış hissəsi digər tərəfin şikayəti üzrə təkrarən mübahisələndirildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “X1” QSC-nin cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, “xxxx” MMC, cavabdeh2 və “xxxx” MTK-ya qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## #### tarixli *- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDI: Iddiaçı “X1” QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, “xxxx” MMC, cavabdeh2 və “xxxx” MTK-ya (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 341.117,14 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 20.934,31 manat və mediasiya xərci əvəzi 210 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ######## tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir (hakim - K.Hüseynov). Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva). Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən – B.Məmmədli, hakimlər – R.Qurbanov və E.Şamayev). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi təmin olunmuşdur (sədrlik edən – Z.Şirinov, hakimlər – H.Cavid və A.Musayev). Cavabdeh “xxxx” MMC qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – B.Qəribov və V.Baxışova). Daha sonra cavabdeh cavabdeh5 kassasiya şikayəti verərək qətnamənin qismən – cavabdeh5 aid hissədə ləğv edilməsini, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh5 kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan Ali Məhkəmənin 2025-ci il ## ###### tarixli *-*(***)- ***/**** nömrəli qərarından görünür ki, cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025ci il ## #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi Ali Məhkəmə tərəfindən tam yoxlanılmışdır. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi digər cavabdehin şikayəti üzrə qətnaməni bütövlükdə yoxladığı üçün, cavabdeh cavabdeh5 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi hazırkı kassasiya şikayəti əsasında Ali Məhkəmənin daha əvvəl tam yoxladığı qətnamənin yenidən yoxlanılması yolverilməzdir. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il ## ####### tarixli **/**** nömrəli qərardadında da vurğulanmışdır. Həmin qərardadda qeyd olunur ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 404-1.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh5 tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və kassasiya şikayətinin geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iş üzrə cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar