Məhkəmə qərarları › İş №2-2(1-8)-62/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-62/2026

08.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-62/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2015-ci il ## ###### tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 11500 ABŞ dolları məbləğində krеdit verilmişdir. Müqavilə üzrə 2015-ci il ## ### tarixli, 2015-ci il ## ####### tarixli və 2017-ci il ## ###### tarixli Əlavə sazişlər bağlanmışdır. Sonuncu Əlavə sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,50 AZN) 12685,65 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 2022-ci il ## ###### tarixinədək uzadılmışdır.

2. Cavabdehə ünvanlanmış 2024-cü il ## ######## tarixli pretenziya məktubu ilə yaranmış borc məbləğinin ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 27.163,14 manat olmaqla, 11.221,35 manat əsas, 8.135,75 manat faiz, 6.278,80 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 2015-ci il ## ###### tarixli Plenum qərarına əsasən hesablanmış 1.527,24 manat faiz borcu və iş üzrə ödənilmiş 171.49 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

5. Iddiaçı tərəfindən təqdim edilən 2024-cü il # ####### tarixli maliyyə arayışından görünür ki, cavabdehin 2024-cü il # ####### tarixinə əsas borcu 11221,35 manat, faiz borcu 8135,75 manat, cərimə borcu 6278,80 manat, gecikdirilmiş vaxt üçün hesablanmış fazi borcu 1527,24 manat olmaqla, ümumilikdə borcu 27163,14 manat təşkil edir.

6. */**** nömrəli, 2025-ci il # ##### tarixli ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə bağlanmış 2017-ci il ## ###### tarixli əlavə sazişə əsasən cavabdehin 2022-ci il ## ###### tarixə əsas borc üzrə 11225,91 manat, faiz borcu üzrə 6716,26 manat, 2024cü il # ####### tarixə əsas borc üzrə 11225,91 manat, faiz borcu üzrə 8220,84 manat müəyyən olunur.

7. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 11221,35 manat məbləğində əsas borc, 6716,26 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra hesablanmış 1527,24 manat məbləğində faiz borcu və 171,49 manat dövlət rüsumu olmaqla, cəmi 19936,34 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim – Z.Abbasov).

8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.

9. Məhkəmə göstərmişdir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə qarşı etirazı, iddia tələbinin tam və ya qismən əsasssızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər.

10. Kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, tələb olunan əsas borc məbləği iddia ərizəsində və xəbərdarlıq məktublarında qeyd olunan məbləğdə, faiz borc məbləği ekspert rəyində 2022-ci il ## ###### tarixə hesablanmış məbləğdə müəyyən edilməlidir.

11. Məhkəmə cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdehdən 6278,80 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də tutulacaq cərimə məbləği azaldılaraq 300 manat müəyyən edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 465.2, 467, 739.1, 739.2 (hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Mərkəzi Bankın 2025-ci il ## ####### tarixli *-*-**/*-*****/**** saylı cavab məktubunda bildirilmişdir ki, barəsində sorğu edilmiş şəxs – Cavabdeh (FIN:*******) ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 2015-ci il ## ###### tarixli kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmiş, ona hər hansı kompensasiya məbləği hesablanmamışdır. Problemli kreditlərin kompensasiyası ilə bağlı rəsmi portaldan əldə edilmiş çıxarışda da cavabdehə hər hansı kompensasiyanın hesablanmadığı göstərilmiş və “cəmi hesablanmış kompensasiya” məbləğinin qarşısında 0 manat qeyd edilmişdir. Çıxarışda “Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi” xanasının qarşısında göstərilən 4.217,27 manat Fərman qəbul edilənədək kredit təşkilatları tərəfindən cavabdehin xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla məzənnədə artan hissəsinə tətbiq edilən güzəşt məbləğini əks etdirir. Belə ki, cavabdehlə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 2015ci il ## ###### tarixli kredit müqaviləsi üzrə 4.207,31 manat, “xxxx” KB ASC ilə bağlanmış 2015-ci il ## #### tarixli kredit müqaviləsi üzrə isə 9,96 manat məbləğində devalvasiya nəticəsində xarici valyutada olan kredit borcunun artım hissəsi müvafiq banklar tərəfindən qarşılanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Kredit müqaviləsi üzrə hazırda ödənilməyən borc məbləğinə gəlincə isə bildirilir ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən 2018ci il #####in #-dən məlumat istifadəçilərinə Mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılmışdır. Həmin Qanunun tələblərinə əsasən məlumat istifadəçilərinə kredit hesabatlarını yalnız kredit büroları təqdim edir. Hazırda ölkədə fəaliyyət göstərən yeganə kredit bürosu Azərbaycan Kredit Bürosudur (AKB). Odur ki, qeyd edilənləri nəzərə alaraq müraciətin göstərilən hissədə cavablandırılması məqsədilə AKB-ə müraciət edilməsi məqsədəuyğundur.

15. Azərbaycan Kredit Bürosu MMC-nin 2025-ci il # ###### tarixli cavab məktubunda göstərilmişdir ki, Büroda məlumat təchizatçılarının (bank, bank olmayan kredit təşkilatı və s.) təqdim etdiyi informasiyalar yalnız texniki emal olunur və bu məlumatların hər birinin dəqiqliyi Büro tərəfindən yoxlanılmır. Əlavə olaraq bildirmişlər ki, “Elektron məhkəmə” informasiya sistemi Büronun sisteminə inteqrasiya olunmuşdur. Büroda olan müvafiq məlumatlar elektron qaydada sorğu edilməklə də real vaxt rejimində əldə edilə bilər. Həmçinin Azərbaycan Kredit Bürosu Cavabdeh (AZEAA*******) borclarına dair Bürosunun məlumat bazasından çıxarışı məhkəməyə təqdim etmişdir.

16. Həmin çıxarışa əsasən 2017-ci il ## ###### tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği – 11221,35 manat, alınmamış faiz məbləği – 14414,55 manat, əsas borcun gecikmə günlərinin sayı – 2115, faizlərin gecikmə günlərinin sayı – 2020 təşkil edir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.Imanov, hakimlər – T.Kərimov və Q.Əliyev).

18. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Həmçinin elektron məhkəmə informasıya sistemindən edilən əldə edilən çıxarışa əsasən cavabdehlə iddiaçı arasında mövcud olan kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli *** nömrəli Fərmanının təsiri altına düşməməsi müəyyən olunmuşdur.

19. Bundan başqa apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdehlə iddiaçı arasında mövcud olan kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanının təsiri altına düşüb-düşməməsi ilə bağlı Azərbaycan Mərkəzi Banka və Azərbaycan Kredit Bürosuna (AKB) müvafiq sorğular verilmiş və yuxarıda istinad edilən cavablar alınmışdır.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 462.1, 465.2, 467, 739.1, 739.2, MPM-nin 14.2, 77.1, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarın istinadla əsaslandırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətində cavabdeh göstərmişdir ki, qətnamə qəbul edildiyi vaxtı iddiaçı ilə onun arasında bağlanılmamış 2015-ci il ## ###### tarixli, **-********-** saylı Kredit müqaviləsinə əsasən “Fiziki şəxslərə istehlak krediti adı ilə 36 ay müddətinə faiz məbləği 0, aylıq ödənişin məbləği 240.6 manat, kreditin verilmə tarixinin 2015-ci il ## ###### tarixi, kreditin ilkin müqavilə üzrə bitmə tarixinin 2015-ci il ## ####, kreditin son müqavilə üzrə bitmə tarixinin 2018-ci il ## ####### tarixli olmaqla 9.956.49 ABŞ dolları məbləğində kreditin verilməsi və tam ödənilməsinə dair müqavilənin məqsədli şəkildə həm Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışa, həm də, Azərbaycan Kredit Bürosundan Çıxarışda siyahıya daxil edilməsi nəzərə alınmamışdır. Həmçinin aralarında 2017-ci il ## ###### tarixli, **-********-** saylı müqavilə də bağlanmamışdır. 12.865.65 manat kreditə dair Sazişdə Bank sözünün altında çapla X1 adının qeyd olunmasına baxmayaraq Rəşad Əliyevin imzası əks olunmuşdur. Bir sözlə Sazişdə hər iki tərəfin imzaları saxtalaşdırılmışdır. Bu da onu göstərir ki, Saziş sonradan saxta olaraq tərtib olunmuşdur. Digər tərəfdən də 12.865.65 manat kreditə dair Sazişdə hesab nömrəsi 70193959-17 kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrində 11-70193959- 43 kimi, Azərbaycan Kredit Bürosundan Çıxarışda isə hesab nömrəsi 11- 70193959—43 kimi qeyd olunmuşdur. Bu müxtəlifliklə bağlı məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamışdır.

23. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli Fərmanına istinadən - Problemli kreditlərin kompensasiyası sənədində göstərilir ki, cəmi hesablanmış kompensasiyası- 0.00 manatdır. Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi isə iki bank üzrə 4217.27 manatdır. Bu sənəd demək istəyir ki , “Cəmi hesablanmış kompensasiyası: -0.00 manat- yəni ona dövlət tərəfindən heç bir kompensasiya verilməyib, devalvasiyadan zərərçəkmiş sayılmırsa və ya artıq borcunu elə formada ödəmiş ki, kompensasiya üçün uyğun hesab edilməmişdir. Onun əvvəllər götürdüyü kredit əslində kompensasiya üçün uyğun ola bilərdi, amma o həmin borcu devalvasiyadan sonra özü vaxtında və ya tam şəkildə ödəmişdir.

24. MPM-in 9.1, 14.2, 77.1, 88-ci maddələri üzrə - iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsində qeyd edilmiş rəqəmlərin haradan əldə edilməsi ilə bağlı nə iddia ərizəsində, nə də ki, qətnamədə hər hansı bir sübutun təqdim olunması görünmür. Çünki iddiaçı tərəf mübahisə predmeti olan 12.686,65 manat məbləğində istehlak məqsədləri üçün verilmiş kreditlə bağlı iddia ərizəsinə nə həmin müqavilənin surətini, nə ödəniş cədvəlini, nə də ki, kassa məxaric orderini məhkəməyə təqdim etməmişdir. Onunla belə bir müqavilə bağlanılmamışdır. Digər tərəfdən də iddiaçının 2017-ci ilin əvvəllərində kredit vermək imkanları ümumiyyətlə olmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2025-ci il ## ####### tarixli məktubunda qeyd edilmiş 2015-ci il ## ###### tarixli Kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşməməsi və ona hər hansı bir kompensasiyanın hesablanmaması barədəki cavab məktubu heç bir hüquqi əsasa söykənməməsinə, Fərmanın icrası ilə bağlı olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının iştirakları ilə qəbul edilmiş Problemli Kreditlərin Kompensasiyasına dair Portaldan Çıxarışın məhkəməyə təqdim edilməsinə heç bir əhəmiyyət verilməmişdir. Kreditin fiziki şəxslərə istehlak məqsədləri ilə verilməsinin sahibkarlıqla bağlı olmadığından işin kommersiya məhkəməsinə aidiyyatının olmaması kimi hallar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır.

25. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyatının müəyyən edilməsi, məhkəmə aidiyyatı ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli ** nömrəli qərarının 11-ci bəndinin tələbləri üzrə - kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri üçün verilməsi səbəbindən hazırki iddiaya ümumi məhkəmədə baxılmalıdır. Apellyasiya Məhkəməsinin qətnaməsinin qəbul edildiyi vaxtı Azərbaycan Kredit Bürosundan verilmiş Çıxarışda da kreditin istehlak məqsədləri üçün verilməsi açıq-aydın göstərilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

27. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. ...”.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları iləmüəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

34. Əlavə olaraq Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddaçı ilə cavabdeh arasında bağlanmış 2015-ci il ## ###### tarixli kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmiş, cavabdehə hər hansı kompensasiya məbləği hesablanmamışdır.

35. Kassasiya şikayətinin bu qərarın §25-də göstərilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, göstərilən dəlil apellyasiya instansiya məhkəməsi dövründə mübahisələndirilməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-

36. 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki nin 14.2, prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

37. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar