Məhkəmə qərarları › İş №2-2(1-8)-64/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-64/2026

01.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-64/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı ASC ilə cavabdeh3 arasında bağlanmış 2021-ci il ## #### tarixli, **-MCR-*- ****-** nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən, sonuncuya 120 ay müddətinə, 200.000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. İddiaçı ASC-ilə cavabdeh3 arasında bağlanmış 2021-ci il ## #### tarixli, **-MCR-*- ****-** nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsinə əlavə olaraq bağlanılmış 2022ci il ## ###### tarixli,**-MCR-*-****-**/* saylı Razılaşma ilə cavabdeh3 36 ay müddətinə, kredit üzrə illik cərimə 20% olmaqla, 50000 manat məbləğində kredit verilmişdir.

3. İddiaçı ASC ilə cavabdeh5 arasında 2021-ci il tarixli, Z/*****/** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh5 2021-ci il ## #### tarixli, **-MCR-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

4. İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış 2021-ci il ## #### tarixli, Z/*****/** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh2 2021-ci il ## #### tarixli, **-MCR-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

5. İddiaçı ASC ilə cavabdeh4 arasında bağlanmış 2021-ci il ## #### tarixli, Z/*****/** nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh4 2021-ci il ## #### tarixli, **-MCR-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

6. “Ödəniş cədvəli”nin surətinə əsasən, 2022-ci il ## ###### tarixli, **-MCR-*-****-**/* nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi 2025-ci il ## ###### tarixinə kimi qeyd olunmuşdur.

7. İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış 2022-ci il ## #### tarixli, DA/*****/** nömrəli ipoteka müqaviləsinə görə cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evi ##.##.2021-ci il tarixli, **-MCR-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərin icrasının təminatı məqsədilə ipoteka ilə yüklü edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

8. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 ( bundan sonra birlikdə- “cavabdehlər”, ayrı-ayrılıqda cavabdeh3, cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh1) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 2022-ci il 25 noyabr tarixli kredit müqaviləsi üzrə 29.271,11 manat əsas borc, 2843,69 manat faiz və 297,42 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 32.412,22 manat məbləğində borcun və ödənilmiş 187,24 manat dövlət rüsumunun ödənilməsi, tutmanın cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evinin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya yönəldilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh3 borcu ödəməkdən boyun qaçırmış, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.

10. Məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ### tarixli */**** nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, işin materiallarında olan hesabdan çıxarış məlumatları və 2022-ci il ## ###### tarixli, 11-MCR-1- ****-**/* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh3 2024-cü il 22 noyabr tarixə (maliyyə arayışında qeyd olunan tarixə) iddiaçıya olan borcu - 29271,11 manat əsas, 2173,70 manat faiz borcu müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, iş materiallarında hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh3 tərəfindən 2024-cü il # ###### tarixdə 1000 manat məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar 2024-cü il ## ###### tarixədək aparıldığından 1000 məbləğində ödəniş nəzərə alınmamışdır. 11.“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2025-ci il ## ##### tarixli rəyi ilə cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evin 2025-ci il ## ##### tarixli vəziyyətinə bazar dəyəri 51.520 manat, likvid dəyəri 45.300 manat məbləğində müəyyən edilmişdir.

12. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh2 və cavabdeh4 müştərək qaydada 27.671,11 manat əsas borc, 2.173,70 manat faiz borcu, 297,42 manat cərimə və 187,24 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 30.329,47 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evinə yönəldilməsi, cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evin ilkin satış qiyməti 45,300 manat məbləğində müəyyən edilərək, həmin evin açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçıya olan ümumilikdə 30329,47 manat məbləğində borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim R.Nəbiyev).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşmüşdür. Iddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlmişdir.

14. Məhkəmədə müəyyən olunmuş faktiki hallar, tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh cavabdeh3 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmaları üzrə üzrə iddiaçı qarşısında cavabdeh cavabdeh3 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdırlar.

15. Məhkəmə hesab etmişdir ki, cavabdeh3 kredit razılaşması üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə ekspert rəyində göstərildiyi kimi onun 2024-cü il ## ###### tarixə (maliyyə arayışında qeyd olunan tarixə və xəbərdarlıq məktubunun göndərildiyi tarixə) iddiaçıya olan borcu: əsas borc üzrə 29271,11 manat, faiz borcu üzrə 2173,70 manat təşkil etmişdir.

16. Eyni zamanda ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh cavabdeh3 tərəfindən 2024-cü il # ###### tarixdə 1000 manat məbləğində ödəniş aparılmış, lakin hesablamalar 2024-cü il ## ###### tarixədək aparıldığından 1000 məbləğində ödəniş nəzərə alınmamışdır. Işin məhkəmə icraatı dövründə iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından və iddiaçının nümayəndəsinin izahatı ilə məlum olmuşdur ki, cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmış və əsas onun borcundan silinmişdir. Hazırda cavabdehin əsas borcu 27671,11 manat təşkil etmişdir.

17. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ### tarixli, */**** saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, kredit razılaşmasında əsas borc və faiz borcu üzrə ekspertin gəldiyi nəticə işin materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Bu baxımdan, iddia tələbi əsas borca münasibətdə 27.671,11 manat hissədə əsaslıdır.

18. Məhkəmə faiz borcuna münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi əsas göstərmişdir ki, ## #### 2024-cü il tarixində müqavilə iddiaçı tərəfindən ləğv edildiyindən, həmin tarixdən sonra müqavilə üzrə faiz hesablana bilməz. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Ekspert rəyindən göründüyü kimi xəbərdarlıq məktubunun göndərildiyi tarixə cavabdehin (borcalan) iddiaçıya olan faiz borcu üzrə 2.173,70 manat təşkil etdiyindən, məhkəmə iddianı faiz borcuna münasibətdə 2173,70 manat hissədə əsaslı hesab etmişdir.

19. Cərimə məbləğinin cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə göstərmişdir ki, mülki qanunvericilikdə dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və hesablanmış cərimə tənasübsüz yüksək deyil, ona görə də iddia tələbi həmin hissədə təmin edilməlidir.

20. Eyni zamanda ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbinə münasibətdə qeyd edilmişdir ki, 2021-ci il ## #### tarixli, **-MCR-*-****-** saylı kredit limitinin ayrılmasına dair müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə cavabdeh cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evi iddiaçı qarşısında 2022-ci il ## #### tarixdə etibarlı şəkildə bağlanmış ipoteka ilə yüklü edildiyindən və o özü borclu kimi kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən və risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddiaçı tələbin ipoteka predmeti əşyalara yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

21. Işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 27671,11 manat əsas borc, 2173,70 manat faiz borcu, 297,42 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissələrdə də əsaslı olduğu üçün təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına 2022-ci il ## ###### tarixli, 11- MCR-1-1057-21/5 kredit razılaşması üzrə yaranmış göstərilən borc məbləğləri tutularaq iddiaçıya ödənilməlidir.

22. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair ## #### 2020-ci il tarixli, ** saylı Qərardadındakı hüquqi mövqeyə əsaslanaraq belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti müəyyənləşdirilərkən likvid qiyməti əsas götürülməli, bu baxımdan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 793r ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m sahədən ibarət olan 3 otaqlı bağ evin ilkin satış qiyməti 45.300 manat məbləğində müəyyən edilməlidir.

23. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır. Ona görə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunun III və IV fəsillərində Məcburi Icra tədbirləri və onların tətbiqinin əsasları, həmçinin tələbin borclunun əmlakına yönəldilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlarla əlaqədar , qətnamə icra məmuru tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq tam icra edilməlidir. Bu baxımdan, qətnaməni tam icra etmək icra məmurunun onsuz da qanundan irəli gələn vəzifəsi olduğundan, qətnamənin məcburi icrası çərçivəsində icra məmurunun yerinə yetirməli olduğu hərəkətlərin məhkəmə qətnaməsində xüsusi vurğulanmasına lüzum yoxdur.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1, 442, 445.2.1, 448.1, 460.1, 462.1, 462.3, 465.2, 467, 470.1, 472.2 və 739.1-ci maddələrinə, “Ipoteka haqqında” Azəbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.3, 34.1.4, 41.1 və 47.5-ci maddələrinə, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 45.6, 50.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair ## #### 2020-ci il tarixli, ** saylı Qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra-“MPM”) 14.2, 77.1, 88, 217.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

25. Cavabdeh cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

26. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Q.Əliyev, hakimlər T.Kərimov və C.Imanov).

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, işin materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi həm məhkəmə mühasibatlıq, həm də məhkəmə-əmtəəşünaslıq ekspertizalarını təyin etməklə işi tam və hər tərəfli araşdırmış, müqavilənin bank tərəfindən birtərəfli ləğvindən sonra edilən ödənişlərin (ekspert rəyi ilə nəzərə alınmayan 1000 manat ödəniş daxil olmaqla) əsas borcdan silinməsini nəzərə almaqla, nəticə etibarı ilə iddianı əsas borc və faiz borcu hissələrdə qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.

28. Apellyasiya şikayətinin dəlillərini cərimə məbləğinə aid hissədə qiymətləndirən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlı olmuşdur. Iddiada hesablanmış cərimənin 1.189.66 manat olduğu, buna baxmayaraq iddiaçının 297.42 manat cərimə tələb etdiyi qeyd olunmuşdur. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Iddiaçının özü tərəfindən cərimə məbləğinin azaldılmasını nəzərə alan birinci instansiya məhkəməsi həmin hissədə tələbi olduğu kimi təmin etməkdə haqlı olmuşdur.

29. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətində gətirilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna, dəyişdirilə bilməz.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, MM-in 6.2, 14.2, 14.2.1, 385.1, 386.1, 421.2, 421.3, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 460.1, 462.1, 465.2, 467 və 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

31. Cavabdeh cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ona münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsi xahş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

32. MPM-in 14.1, 102.2-ci maddələri üzrə- həm birinci instansiya, həm də apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmiş borc məbləği işin materiallarına, təqdim olunmuş maliyyə sənədlərinə və faktiki hesablamalara uyğun gəlmir. Ekspert rəyində borcun hesablanması zamanı bütün ödənişlərin və iş üzrə mövcud olan maliyyə sənədlərinin tam və düzgün şəkildə nəzərə alınmadığı müşahidə olunur. Bu hal ekspert rəyinin düzgünlüyünə əsaslışübhələr yaradır və birinci instansiya məhkəməsinin həmin rəyə istinad etməklə qərar qəbul etməsi iş üzrə faktiki halların düzgün müəyyən edilməməsinə səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə işə baxarkən birinci instansiya məhkəməsində keçirilmiş ekspert rəyinə əsaslanmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Beləliklə, hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.

Kassasiya baxışının hədləri

34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Müüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları

386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları ... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə 445. Borclunun icranı gecikdirməsi ... 45.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları

460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”

Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. ...”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiya

739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. ...”

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarında göstərilmişdir: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. ...”

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2015-ci il tarixli Qərarında göstərilmişdir: “… Kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı , icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. ...”

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”.

...” “Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi

103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. ...”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

41. Məhkəmə kollegiyası cavabdeh cavabdeh3 kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, kassasiya şikayətində ekspert rəyinin düzgün olmaması ümumi formada göstərilsə də, həmin rəyin konkret hansı hissəsinin iş materiallarına uyğun gəlmədiyi, hansı ödənişlərin nəzərə alınmadığı və ya hesablamalarda hansı səhvlərə yol verildiyi əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq ekspert rəyi ilə razı olmaması özüözlüyündə

42. həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş ekspert rəyi qiymətləndirilərkən MPMnin 88 və 103-cü maddələrinin tələblərinə əməl edilmiş (§39), kassasiya şikayətində istinad olunan pozuntulara yol verilməmişdir.

43. Kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir (MPM, 407.2).

44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

45. Məhkəmə kollegiyası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq

qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar