Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1003/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-1003/2026

23.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-1003/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəliyin icra edilməməsi, güzəştli kredit ödənişinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi X1, Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi X2 iştirakları ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. “xxxx” MMC (satıcı) ilə cavabdeh (alıcı) arasında imzalanmış ##.##.2021-ci il tarixli *** nömrəli müqaviləyə əsasən satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazlıq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 60 (altmış) baş Simmental cinsli damazlıq heyvanların (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı 60 (altmış) baş damazlıq heyvanlarına 346760,24 (üç yüz qırx altı min yeddi yüz altmış manat iyirmi dörd qəpik) manat satış dəyəri təşkil edən məbləği ödəyir.

3. xxxx” MMC (satıcı) ilə cavabdeh (alıcı) arasında imzalanmış ##.##.2021-ci il tarixli *** nömrəli (müqavilənin davamı) müqaviləyə əsasən satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazlıq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 11 (on bir) baş Simmental cinsli damazlıq heyvanların (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir.

4. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı 11 (on bir) baş damazlıq heyvanlarına 63134,39 (altmış üç min yüz otuz dörd manat otuz doqquz qəpik) manat satış dəyəri təşkil edən məbləği ödəyir.

5. xxxx” MMC (satıcı) ilə cavabdeh (alıcı) arasında imzalanmış ##.##.2021-ci il tarixli *** nömrəli (müqavilənin davamı) müqaviləyə əsasən satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazlıq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 27 (iyirmi yeddi) baş Simmental cinsli damazlıq heyvanların (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir.

6. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı 27 (iyirmi yeddi) baş damazlıq heyvanlarına 154966,23 (bir yüz əlli dörd min doqquz yüz altmış altı manat iyirmi üç qəpik) manat satış dəyəri təşkil edən məbləği ödəyir.

7. “xxxx” MMC (satıcı) ilə cavabdeh (alıcı) arasında imzalanmış ##.##.2021-ci il tarixli *** nömrəli (müqavilənin davamı) müqaviləyə əsasən satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazlıq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 29 (iyirmi doqquz) baş Simmental cinsli damazlıq heyvanların (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı 29 (iyirmi doqquz) baş damazlıq heyvanlarına 166531,34 (bir yüz altmış altı min beş yüz otuz bir manat otuz dörd qəpik) manat satış dəyəri təşkil edən məbləği ödəyir.

9. “xxxx” MMC (satıcı) ilə cavabdeh (alıcı) arasında imzalanmış ##.##.2021-ci il tarixli *** nömrəli (müqavilənin davamı) müqaviləyə əsasən satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazlıq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 11 (on bir) baş Simmental cinsli damazlıq heyvanların (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı 11 (on bir) baş damazlıq heyvanlarına 63 134.39 (altmış üç min yüz otuz dörd manat otuz doqquz qəpik) manat satış dəyəri təşkil edən məbləği ödəyir.

11. “xxxx” MMC (satıcı) ilə cavabdeh (alıcı) arasında imzalanmış ##.##.2021-ci il tarixli *** nömrəli (müqavilənin davamı) müqaviləyə əsasən satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazlıq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 60 (altmış) baş Simmental cinsli damazlıq heyvanların (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı 60 (altmış) baş damazlıq heyvanlarına 344250,60 (üç yüz qırx dörd min iki yüz əlli manat altmış qəpik) manat satış dəyəri təşkil edən məbləği ödəyir.

13. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında Iltizama əsasən, Cavabdeh MMC tərəfindən güzəştli şərtlərlə əldə edilmiş 11 baş Simmental cinsli damazlıq heyvanların saxlanılması, qidalandırılması və istifadəsi ilə bağlı müəyyən öhdəliklər götürülmüşdür. Iltizam sahibi heyvanları təyinatına uyğun istifadə etməyi, 3 il müddətində satmamağı və ya üçüncü şəxslərə verməməyi, həmçinin baytarın müsbət rəyi olmadan kəsməməyi öhdəsinə götürmüşdür. Sənəd ##.##.2022-ci il tarixində imzalanmışdır.

14. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında Iltizama əsasən, Cavabdeh MMC tərəfindən güzəştli şərtlərlə əldə edilmiş 16 baş Simmental cinsli damazlıq heyvanların saxlanılması, qidalandırılması və istifadəsi ilə bağlı müəyyən öhdəliklər götürülmüşdür. Iltizam sahibi heyvanları təyinatına uyğun istifadə etməyi, 3 il müddətində satmamağı və ya üçüncü şəxslərə verməməyi, həmçinin baytarın müsbət rəyi olmadan kəsməməyi öhdəsinə götürmüşdür. Sənəd ##.##.2024-cü il tarixində imzalanmışdır.

15. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında Iltizama əsasən, Cavabdeh MMC tərəfindən güzəştli şərtlərlə əldə edilmiş 60 baş Simmental cinsli damazlıq heyvanların saxlanılması, qidalandırılması və istifadəsi ilə bağlı müəyyən öhdəliklər götürülmüşdür. Iltizam sahibi heyvanları təyinatına uyğun istifadə etməyi, 3 il müddətində satmamağı və ya üçüncü şəxslərə verməməyi, həmçinin baytarın müsbət rəyi olmadan kəsməməyi öhdəsinə götürmüşdür. Sənəd ##.##.2024-cü il tarixində imzalanmışdır.

16. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında Iltizama əsasən, Cavabdeh MMC tərəfindən güzəştli şərtlərlə əldə edilmiş 58 baş Simmental cinsli damazlıq heyvan, 2 baş Simmental, 29 baş Simmental heyvanların saxlanılması, qidalandırılması və istifadəsi ilə bağlı müəyyən öhdəliklər götürülmüşdür. Iltizam sahibi heyvanları təyinatına uyğun istifadə etməyi, 3 il müddətində satmamağı və ya üçüncü şəxslərə verməməyi, həmçinin baytarın müsbət rəyi olmadan kəsməməyi öhdəsinə götürmüşdür. Sənəd ##.##.2021-ci il tarixində imzalanmışdır.

17. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi tərəfindən tərtib olunmuş 2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin yerləşdiyi xxxx kəndində olan təsərrüfata baxış keçirilmiş 120 baş heyvanın təsərrüfatda olmadığı aşkar edilmişdir.

18. ##.##.2021-ci il tarixli, ************** nömrəli Gömrük bəyannaməsinə əsasən Avstriyadan CB Cattle Breeders GMBH tərəfindən “xxxx” MMC-yə 30 baş “Simmental” cinsli iribuynuzlu damazlıq düyələr idxal edilmişdir.

19. ##.##.2021-ci il tarixli, ************** nömrəli Gömrük bəyannaməsinə əsasən Avstriyadan CB Cattle Breeders GMBH tərəfindən “xxxx” MMC-yə 30 baş “Simmental” cinsli iribuynuzlu damazlıq düyələr idxal edilmişdir.

20. ##.##.2021-ci il tarixli, ************** nömrəli Gömrük bəyannaməsinə əsasən Avstriyadan CB Cattle Breeders GMBH tərəfindən “xxxx” MMC-yə 30 baş “Simmental” cinsli iribuynuzlu damazlıq düyələr idxal edilmişdir.

21. ##.##.2021-ci il tarixli, ************** nömrəli Gömrük bəyannaməsinə əsasən Avstriyadan CB Cattle Breeders GMBH tərəfindən “xxxx” MMC-yə 29 baş “Simmental” cinsli iribuynuzlu damazlıq düyələr idxal edilmişdir.

22. ##.##.2021-ci il tarixli, ************** nömrəli Gömrük bəyannaməsinə əsasən Avstriyadan CB Cattle Breeders GMBH tərəfindən “xxxx” MMC-yə 29 baş “Simmental” cinsli iribuynuzlu damazlıq düyələr idxal edilmişdir.

23. ##.##.2021-ci il tarixli, ************** nömrəli Gömrük bəyannaməsinə əsasən Avstriyadan CB Cattle Breeders GMBH tərəfindən “xxxx” MMC-yə 29 baş “Simmental” cinsli iribuynuzlu damazlıq düyələr idxal edilmişdir.

24. ##.##.2021-ci il tarixli, ************** nömrəli Gömrük bəyannaməsinə əsasən Avstriyadan CB Cattle Breeders GMBH tərəfindən “xxxx” MMC-yə 27- baş “Simmental” cinsli iribuynuzlu damazlıq düyələr idxal edilmişdir.

25. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 2021-ci il # #### “020” nömrəli və həmin müqavilənin davamlarına əsasən alınan damazlıq heyvanlar üzrə ayrılmış güzəşt (subsidiya) məbləğinə dair məlumatlar aşağıdakı kimidir: Güzəşt (subsidiya) ayrılmış damazlıq heyvanların cinsi: Simmental cinsli iribuynuzlu mal-qara. Güzəşt (subsidiya) ayrılmış damazlıq heyvanların sayı: 176 baş. Dəymiş zərər üzrə damazlıq heyvanların sayı: 176 baş. Damazlıq heyvanların alqı-satqı dəyəri: 1012508,41 (bir milyon on iki min beş yüz səkkiz manat, 41 qəpik) manat. Damazlıq heyvanların gömrük dəyəri: 957700,70 (doqquz yüz əlli yeddi min yeddi yüz manat, 70 qəpik) manat. Damazlıq heyvanlara görə Agentliyə dəymiş zərər üzrə 60% güzəşt (subsidiya): 574620,42 (beş yüz yetmiş dörd min altı yüz iyirmi manat, 42 qəpik) manat. Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il tarixli Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi haqqında auditor hesabatına əsasən edilmiş nöqsanlar: 2024-cü ilin 1-ci rübü ərzində edilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış və ümumi müraciətləri üzrə 120 baş heyvanın təsərrüfatda olmaması qeyd edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən aparılmış monitorinq nəticəsi: 2025-ci ilin ## ###### tarixli akta əsasən Agentliyin əməkdaşları tərəfindən təsərrüfata baxış keçirilmişdir. Monitorinq aktına əsasən fermada heyvanların heç birinin olmadığı aşkar edilmişdir. Dəymiş zərərin hesablanması: 957700,70 manat (dəymiş zərər üzrə gömrük) x 60 % (güzəşt həcmi) /100=574620,42 manat dəymiş zərər üzrə güzəşt məbləği. Dəymiş zərərin cəmi məbləği: 574620,42 (beş yüz yetmiş dörd min altı yüz iyirmi manat, 42 qəpik) manat.

26. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair ##.##.2025-ci il tarixli akta əsasən “xxxx” ASC tərəfindən 176 baş Simmental cinsli heyvanların alınması məqsədilə Cavabdeh MMC-yə verilmiş kredit vəsaitinin və 574620,42 manat subsidiya vəsaitinin istifadə vəziyyətinə dair monitorinq keçirilmiş, Abşeron rayonu, Yuxarı xxxx kəndi ərazisində yerləşən Cavabdeh MMC-yə məxsus “Simmental” cinsli damazlıq heyvandarlıq təsərrüfatına baxış keçirilərək təsərrüfatın mövcud olmadığı aşkar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

27. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 574620,42 (beş yüz yetmiş dörd min altı yüz iyirmi manat 42 qəpik) manat dəymiş ziyan və hüquqi yardımla bağlı ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat xərcinin, cəmi 575 196,70 (beş yüz yetmiş beş min bir yüz doxsan altı manat 70 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ## #### 2021-ci il tarixli *** №-li müqavilə əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə 176 (bir yüz yetmiş altı) baş "Simmental" cinsli iri buynuzlu malqara əldə etmişdir. Damazlıq heyvanların alınması üçün cavabdeh Cavabdeh MMC-nə 574 620, 42 (beş yüz yetmiş dörd min altı yüz iyirmi manat 42 qəpik) manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 120 baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir və Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsi əsasında tərtib olunmuş ##.##.2025-ci il tarixli akta əsasən təsərrüfatda agentliyin nümayəndəsi tərəfindən baxış keçirilməsi mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh ##.##.2022-ci il tarixli Iltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərəin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə 574 620, 42 (beş yüz yetmiş dörd min altı yüz iyirmi manat 42 qəpik) manat ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

29. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Hesablama Palatası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

30. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hesablama Palatası iddia ərizəsinə dair yazılı mülahizə təqdim edərək, dövlət vəsaiti hesabına maliyyələşdirilmiş xüsusi təyinata malik olan güzəşt məbləğlərinin müvafiq şərtlərə əməl etməmiş subyektlər üzrə geri qaytarılmasının dövlətə dəyən zərərin aradan qaldırılması olduğunun nəzərə alınmasını xahiş etmişdir.

31. Mülahizə onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.1 -ci maddəsinə əsasən kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən ali audit orqanıdır. Qanunun 20.1-ci maddəsinə əsasən Hesablama Palatası (bundan sonra - Palata) kənar dövlət maliyyə nəzarətinin vaxtında, keyfiyyətlə və səmərəli keçirilməsini təmin etmək məqsədilə illik iş planını hazırlayır və öz fəaliyyətini illik iş planı əsasında həyata keçirir. Kənar dövlət maliyyə nəzarəti tədbirləri Qanuna əsasən yalnız dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, siyasi partiyalar, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslər üzrə aparılır. Qanunun və digər müvafiq hüquqi aktların tələbləri rəhbər tutularaq, Palatanın 2024-cü il üzrə Iş planına əsasən Palatanın Kollegiyasının 2024-cü il ## ###### tarixli *-*/*-*-**/**** nömrəli və 08 aprel tarixli *-*/*-*-**/**** nömrəli Qərarları ilə AKIA-da “Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi” aparılmışdır. Auditin əsas məqsədini damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi, nöqsan və boşluqların aradan qaldırılması istiqamətində təklif və tövsiyələrin verilməsi təşkil etmişdir. Auditin predmetini isə ilkin damazlıq işinin səmərəliliyi və nəticəliliyi, damazlıq heyvandarlığa maliyyə dəstəyinin səmərəliliyi və damazlıq heyvandarlıq sahəsində nəzarət mexanizmlərinin səmərəliliyi və nəticəliliyi təşkil etmişdir. Başqa sözlə desək, auditin predmetini Cavabdeh MMC-yə və digər konkret fiziki və hüquqi şəxsə damazlıq heyvandarlıq sahəsində verilmiş dövlət vəsaiti deyil, ümumilikdə respublika üzrə AKIA tərəfindən yüzlərlə fermerə verilmiş dövlət vəsaiti və yuxarıda göstərilən digər məsələlər təşkil etmişdir. Beləliklə qeyd edək ki, maliyyə nəzarəti tədbirləri özəl sektor subyektlərinə münasibətdə deyil, dövlət sektoru subyektlərinə münasibətdə icra edilir. Nəzarət tədbirinin predmeti ilə bağlı məlumatlar əsasən dövlət vəsaitinin istifadə və idarəedilməsini həyata keçirmiş, dövlət qurumları tərəfindən audit qrupuna təqdim edilir. Əlavə olaraq qeyd edilməlidir ki, kənar dövlət maliyyə nəzarət tədbirinin bır növü olan auditlərdə sənədlərin təhlili, yenidən hesablama, yerində baxış, sorğuların keçirilməsi və digər audit prosedurları icra edilir. Bu auditin gedişatında da Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin əməkdaşlarının Nazirliyin müvafiq rayon (şəhər) X3 Mərkəzlərinin, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi və digər aidiyyəti qurumlarının, habelə heyvan sahiblərinin və işçilərinin iştirakı ilə güzəşt məbləğləri ödənilmiş təsərrüfatlarda (alıcılarda) damazlıq heyvanların mövcud vəziyyətinə (hər baş damazlıq heyvanın birka nömrəsi göstərilməklə) dair aparılmış monitorinqlərin nəticələri, təqdim edilmiş məlumatlar təhlil edilmişdir (məlumat əlavə olunur). Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi və X3 Mərkəzi tərəfindən tərtib edilmiş məlumata əsasən təsərrüfatda olan heyvanlar barədə birka nömrələri göstərilməklə cədvəl tərtib edilmişdir. Təqdim edilən məlumat audit üzrə aparılan prosedurlarda nəzərə alınmışdır. Auditin nəticələri üzrə Palatanın Kollegiyasının ## #### 2024-cü il tarixli *-*/*-*- ***/**** nömrəli Qərarı ilə təsdiqlənmiş Auditor hesabatında yuxarıda qeyd edilən məsələlər aşağıdakı kimi öz əksini tapmışdır: Aparılmış monitorinqlərin nəticələri (müvafiq sığorta hadisələrinin baş verməməsi şərti ilə) auditlə əhatə olunan dövrdə AKIA-nın xətti ilə 13 (on üç) alıcı şəxs (2-si hüquqi, 11-i fiziki) üzrə maliyyələşdirilmiş 2166917,4 manat məbləğində 60%-lik güzəştin predmetini təşkil edən 1129 baş iri və xırdabuynuzlu (o cümlədən, 605 baş iri, 524 baş xırda) damazlıq heyvanların tam miqdarda, 19 (on doqquz) alıcı şəxs (7-si hüquqi, 12-si fiziki) üzrə maliyyələşdirilmiş 60%-lik güzəştin predmetini təşkil edən iribuynuzlu damazlıq heyvanlardan 28,6%-nin, yəni güzəştin məbləği 1741473,0 manata bərabər olan 571 baş sayının müvafiq təsərrüfatlarda mövcud olmadığını deməyə əsas vermişdir. Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Palatanın Kollegiyasının ## #### 2024-cü il tarixli *-*/*-*-***/**** nömrəli 'Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələri haqqında Qərarının 2.3-cü bəndi ilə monitorinqlərin nəticəsində mövcudluğu aşkar edilməmiş (müvafiq sığorta hadisələrinin baş verməməsi şərti ilə) 4456 baş iri və xırdabuynuzlu damazlıq heyvanların dəyərinin 60,0%-lik güzəşti üzrə maliyyələşdirilmiş 5127534,4 manat, eyni zamanda Nazirlik daxili nəzarət qaydasında 86 baş Simmental cinsli damazlıq heyvanın alıcısı kimi çıxış etmiş bir təsərrüfatda (“xxxx” MMCyə məxsus Samux rayonunun Sarıqamış kəndi ərazisindəki) aparılmış monitorinqin nəticəsində mövcudluğu aşkar edilməmiş (müvafiq sığorta hadisələrinin baş verməməsi şərti ilə) həmin heyvanların dəyərinin 60,0%-lik güzəşti üzrə maliyyələşdirilmiş 268678,5 manat, eləcə də AKIA daxili nəzarət qaydasında damazlıq heyvandarlıq təsərrüfatlarında aparılan monitorinqlərin nəticələrinə dair sənədlərdə “tələf olunma” ilə əlaqələndirilərək mövcud olmadığı qeyd edilmiş 38 baş damazlıq heyvanların dəyərinin 60,0%-lik güzəşti üzrə maliyyələşdirilmiş 124100,0 manat, ümumilikdə 5520312,9 manat məbləğində çatışmazlığın bərpa olunması üçün zəruri tədbirlərin AKIA tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Qərarın 2.3-cü bəndində yer alan 4456 baş iri və xırdabuynuzlu damazlıq heyvanların dəyərinin 60,0 %-lik güzəşti üzrə maliyələşdirilmiş 5127534,4 manat vəsait “xxxx” MMC üzrə heyvanları da əhatə edir. Sözügedən Qərarın icrası olaraq, AKIA tərəfindən ##.##.2025-ci il tarixində 'xxxx" MMC-yə verilmiş subsidiya vəsaitinin istifadə vəziyyətinə dair monitorinq keçirilmiş, nəticədə təsərrüfatın mövcud olmadığı bildirilmişdir. Həmçinin, Cavabdeh MMC tərəfindən AKIA-nın vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, verilən damazlıq heyvanların verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, habelə verilən damazlıq heyvanların 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyinə dair ##.##.2021-ci il tarixli, ##.##.2021-ci il tarixli və ##.##.2022-ci il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizamlar verilmişdir.

32. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 391786,65 manat məbləğində pul, 576,28 manat hüquqi yardıma görə xərc, ümumilikdə 392362,93 (üç yüz doxsan iki min üç yüz altmış iki manat doxsan üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh MMC-dən 681,79 (altı yüz səksən bir manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

33. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdeh ##.##.2021-ci il tarixli ** nömrəli alqı-satqı müqaviləsi, həmin müqavilənin tərkib hissəsi hesab edilən əlavələri əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə ümumilikdə 176 baş “Simmental” cinsli damazlıq inək əldə etmişdir. Damazlıq heyvanların alınması üçün cavabdeh MMC-yə 574620,42 manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2023-cü il ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 120 baş heyvanın təsərrüfatda olmaması aşkar edilmiş, bu barədə müvafiq akt tərtib edilmiş, akt həmçinin cavabdeh MMC-nin direktoru tərəfindən imza edilmişdir. Daha sonra ##.##.2025-ci il tarixdə iddiaçı tərəfindən aparılmış müvafiq monitorinq nəticəsində cavabdeh MMC-nin təsərrüfatına baxış keçirilmiş, təsərrüfatın, o cümlədən 176 baş heyvanın olmaması müəyyən edilmişdir.  Halbuki, cavabdeh ##.##.2021-ci il, ##.##.2021-ci il və ##.##.2022-ci il tarixli Iltizamlarla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərəin ödənilməsi haqqında xəbərdar edilmişdir.  Göründüyü kimi, cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri tam şəkildə icra etməmiş, 176 baş heyvandan 120 ədədinin 3 il ərzində saxlanması öhdəliyini icra etməmiş, nəticədə Agentliyə 391786,65 manat (574620,42 manat güzəşt məbləği / 176 baş heyvan * 120 baş heyvan)) ziyan vurmuşdur.  Iddiaçı tərəfindən qalan 56 baş heyvanın (176 – 120) cavabdeh tərəfindən yazılı iltizamın verildiyi tarixdən məhz 3 il ərzində saxlanması öhdəliyinin icra edilməməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.  Iddiaçı tərəfindən təqdim edilmiş monitorinqin nəticələrinə dair ##.##.2025-ci il tarixli aktdan görünür ki, həmin monitorinq yazılı iltizamların verilməsi tarixlərindən 3 il keçdikdən sonra aparılmışdır.  Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 391786,65 manat dəymiş ziyan məbləği cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.  Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.  Belə ki, iş materiallarına əlavə olunmuş ##.##.2026-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Kəngərli və Partnyorları Vəkil Bürosu”nun hesabına həmin vəsait ödənilmişdir.  Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 681,79 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

34. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1, 21.2, 386.1, 442, 443.1, 443.2, 1096.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.2.2, 7.2-ci bəndlərinə istinad etmişdir.

35. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki: “birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, monitorinq zamanı 120 baş heyvanın təsərrüfatda aşkar edilməməsi onların satılması, özgəninkiləşdirilməsi və ya saxlama öhdəliyinin pozulması kimi qiymətləndirilə bilməz, heyvanların örüş sahəsində olubolmaması, baytarlıq-zootexniki və digər uçot sənədləri araşdırılmamışdır. Həmçinin 391.786,65 manat zərərin mövcudluğu və məbləğinin mötəbər sübutlarla müəyyən edilməmiş, həmin məbləğin yalnız ümumi güzəşt məbləğinin 176 baş heyvana bölünərək 120 baş heyvana proporsional hesablanması yolu ilə müəyyən edilmiş, zərərin müəyyənləşdirilməsi üçün müstəqil maliyyə-iqtisadi ekspertizası keçirilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində iştirakının və müdafiə hüququnun lazımi qaydada təmin edilməmiş, təqdim etdiyi və təqdim etmək istədiyi sübutların tam araşdırılmamışdır.”

Apellyasiya şikayətinə qarşı etiraz

36. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Iddiaçının və üçüncü şəxsin məhkəmə iclasında iştirak edən nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 385.1-ci maddəsinə əsasən müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir.

41. Maddə 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

43. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Maddə 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. Maddə 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydaları:

46. Bənd 2.1. Agentliyin vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir: 2.1.1. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi; 2.1.3. kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşməsinin maliyyələşdirilməsi; 2.1.4. heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi.

47. Bənd 5.1. Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər və lizinq vəsaiti verilə bilər: 5.1.1. 15 000 manatadək mikrokreditlər; 5.1.2. 15 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər; 5.1.3. 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər; 5.1.4. 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər; 5.1.5. 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər və lizinq vəsaiti. 5.4. Kredit və lizinq müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə və lizinqlərə güzəşt müddəti şamil edilmir.

48. Bənd 6.2. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 6.2.1. müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir; 6.2.2. idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir; 6.2.3. damazlıq heyvanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kredit və lizinq yolu ilə maliyyələşdirirlər.

49. Bənd 7.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.

50. Bənd 7.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

57. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

61. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

62. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilmiş maddi-prosessual hüquq normalarına uyğundur (mübahisələndirilən hissədə).

63. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

64. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

65. Iş materialları ilə müəyyən olunur ki, cavabdeh Cavabdeh MMC dövlət dəstəyi mexanizmi çərçivəsində ümumilikdə 176 baş “Simmental” cinsli damazlıq heyvan əldə etmiş, həmin heyvanların alınması üçün onların gömrük dəyərinin 60 faizi həcmində, ümumilikdə 574.620,42 manat dövlət vəsaiti hesabına güzəşt tətbiq edilmişdir. Cavabdeh tərəfindən verilmiş ##.##.2021-ci il, ##.##.2021-ci il və ##.##.2022-ci il tarixli iltizamlarla damazlıq heyvanların saxlanma və qidalanma normalarına riayət edilməsi, təyinatı üzrə istifadə olunması, 3 il müddətində üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verilməməsi, habelə baytarın müsbət rəyi olmadan kəsilməməsi öhdəliyi götürülmüşdür.

66. Işdə olan 2023-cü il tarixli monitorinq aktından 176 baş heyvandan 120 başının cavabdehin təsərrüfatında olmadığı müəyyən edilir. Həmin aktın cavabdeh MMC-nin direktoru tərəfindən imzalanması nəzərə alındıqda, apellyasiya şikayətində monitorinqin birtərəfli aparılması, cavabdehin nümayəndələrinin yoxlamada iştirakının təmin edilməməsi və nəticələrin cavabdehin mövqeyi öyrənilmədən rəsmiləşdirilməsi barədə dəlillər əsaslı hesab edilə bilməz.

67. Kollegiya apellyasiya şikayətinin 120 baş heyvanın təsərrüfatda aşkar edilməməsinin onların satılması və ya üçüncü şəxslərə verilməsini təsdiq etməməsi barədə dəlilini əsaslı hesab etmir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi həmin öhdəliyin qüvvədə olduğu dövrdə keçirilmiş monitorinq zamanı 176 baş heyvandan 120 başının təsərrüfatda olmadığı müəyyən edilmişdir. Bu halda həmin heyvanların satılmadığını, üçüncü şəxslərə verilmədiyini və öhdəlik şərtlərinə uyğun olaraq saxlanıldığını təsdiq edən sübutların təqdim edilməsi cavabdehin üzərinə düşürdü.

68. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

69. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

70. Lakin cavabdeh bu halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız heyvanların monitorinq zamanı örüş sahəsində ola bilməsinə istinad etmişdir. Ehtimala əsaslanan belə dəlil isə monitorinq aktı ilə müəyyən edilmiş faktı təkzib etmək üçün kifayət deyil.

71. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı mübahisədə müəyyən edilməli əsas hal heyvanların bioloji və ya baytarlıq vəziyyəti deyil, dövlət dəstəyi hesabına əldə edilmiş damazlıq heyvanların cavabdehin üzərinə götürdüyü öhdəlik müddətində təsərrüfatda saxlanılıb-saxlanılmamasıdır. 120 baş heyvanın təsərrüfatda olmaması işdə olan yazılı sübutla müəyyən edildiyindən, həmin faktın müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələ hesab edilə bilməz. Bu səbəbdən kənd təsərrüfatı və ya baytarlıq ekspertizasının keçirilməməsi işin düzgün həllinə təsir edən prosessual pozuntu təşkil etmir.

72. Kollegiya zərərin məbləğinin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, 176 baş damazlıq heyvanın alınması üçün ümumilikdə 574.620,42 manat güzəşt tətbiq edilmiş, monitorinq nəticəsində həmin heyvanlardan 120 başının öhdəlik müddətində təsərrüfatda olmadığı müəyyən edilmişdir. Buna görə birinci instansiya məhkəməsi öhdəliyin pozulduğu 120 baş heyvana düşən güzəşt məbləğini 574.620,42 : 176 × 120 = 391.786,65 manat olmaqla müəyyən etmişdir. Sözügedən məbləğin müəyyən edilməsi xüsusi maliyyə-iqtisadi bilik tələb edən hesablama deyil, güzəştin ümumi məbləğinin öhdəliyin pozulduğu heyvanların sayına mütənasib müəyyən edilməsindən ibarət sadə riyazi hesablamadır. Cavabdeh isə bu hesablamanın riyazi düzgünlüyünü təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

73. Kollegiya birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyini araşdıraraq qeyd edir ki, Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).

74. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos Ispaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).

75. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 54).

76. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin elektron kabinetinə göndərilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsi ilə prosesslər barədə onlara məlumat verilmişdir.

77. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə iclasında iştirak etmək və müdafiə hüququnu həyata keçirmək üçün zəruri prosessual imkanlar təmin edilmiş, işə baxılmasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada məlumatlandırılmışdır. Cavabdehin həmin imkanlardan istifadə etməməsi isə onun prosessual hüquqlarının məhkəmə tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən

78. qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

79. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar