Məhkəmə qərarları › İş №2-2(1-8)-7/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-7/2026

19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(1-8)-7/2026 19.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ 2-2(1-8)-7/2026 Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Kərimov Səyyad Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh qarşı pulun tutulmasına tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Xətai Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə B akı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5.800 manat pulun, əsas borc kimi 20 faizlə 35 ayın sonunda banka ödəyəcəyi ümumi məbləğ olan (5.800 əsas borc+1902 manat faiz borcu) 7.702 manat pulun, borc müqabilində verdiyi 1.700 manat pulun, ümumilikdə 9.402 manat pulun və hazırkı iddiaya görə ödədiyi 114 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2025-ci il 5 noyabr tarixli, 2(011)- 5331/2025 saylı qərardadına əsasən, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Ş.Əliyev).

3. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə pul tələbi barədədir, tərəflərin hər ikisi vergi ödəyicisi kimi qeydiyyata alınıb (VÖEN: **********, VÖEN:********* *), cavabdeh pul məbləğini kommersiya, o cümlədən jeton alınması məqsədilə əldə etmişdir, tərəflər arasındakı mübahisə onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır.

4. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 12, 13-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 31.1, 32.1, 32.4, 32.5, 32.6, 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Bakı Kommersiya Məhkəməsindəki icraat

5. Bakı Kommersiya Məhkəməsinin 2025- ci il 29 dekabr tarixli, e-2-2(113)-10627/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – K.Hüseynov).

6. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə həm iddiaçı, həm də cavabdeh VÖEN sahibi olaraq sahibkar statusuna malik olsa da, mübahsənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından mübahisə, kommersiya mübahisəsi deyildir.

7. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı tərəf kredit götürmək niyyəti olmadığını, baldızı oğlu olan hazırda cavabdeh üçün 6.400 manat kredit götürdüyünü, bu puldan 5.800 manat cavabdehə göndərdiyini, kredit üzrə aylıq ödənişləri cavabdehin etməli olduğunu, ancaq cavabdehin onu aldadaraq, etibarından istifadə etdiyini bildirmişdir.

8. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəf kredit müqaviləsi üzrə etmiş olduğu və edəcəyi ödənişlərə görə, düşmüş olduğu zərəri cavabdehdən tələb edir.

9. Xətai Rayon Məhkəməsi isə dolayısı ilə, cavabdehlə “Dayı” kimi müraciət etdiyi şəxs arasında whatsapp tətbiqi üzərindən həyata keçirilən yazışmaya istinad edərək, yəni qeyd edilmiş yazıda keçmiş olan, cavabdehə pulun jeton alması üçün lazım olması dəlilini əsas götürərək, işi Bakı Kommersiya Məhkəməsinə göndərməsi, yuxarıda qeyd edilmiş qərarın tələbinə uyğun olmamışdır.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında indiki halda, hər hansı bir kommersiya hüquq münasibəti yaranmamışdır. Yəni, iddiaçı tərəfin pulun götürülməsi, onun əgər iddia etdiyi kimidirsə cavabdehə pulun verilməsi, cavabdehin qeyd edilmiş kredit üzrə pulu n ödəməli olması hallarında iddiaçının heç bir kommersiya marağı yoxdur.

11. Göründüyü kimi, tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyildir. Belə olan halda, hazırkı mübahisəyə kommersiya məhkəmələrində baxılması istisna edilir.

12. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 11, 13, 14-cü bəndlərinə, MPM-in 24.1, 24.2, 26.1, 26.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qə rarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas t ələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.... 14.Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibk arlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....”

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyət i 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi

15. Qarışıq mə hkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş Xətai Rayon Məhkəməsinə göndərilməlidir.

16. MPM-in 1-ci maddəsinin qeyd hissəsinə əsasən kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq isə işin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, MPM-in 26.1-ci maddəsi sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mübahisələrə dair işlərə kommersiya məhkəmələrinin baxdığını təsbit edir.

17. Məhkəmə hesab edir ki, mübahisənin hans ı məhkəmənin aidiyyətinə daxil olmasının müəyyən edilməsi zamanı yalnız tərəflərin formal subyektiv tərkibi deyil, eyni zamanda mübahisənin predmeti və hüquq münasibətlərinin mahiyyəti əsas meyar kimi qiymətləndirilməlidir. Bu baxımdan, mübahisənin kommersiya xarakterli hesab olunması üçün onun hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə birbaşa bağlı olması zəruridir.

18. Ali Məhkəmə Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarından irəli gələn hüquqi mövqeyə əsasən, mübahisənin kommersiya məhkəməsinə aid edilməsi üçün tələbin yalnız tərəflərdən birinin deyil, ən azı iki qarşı tərəfin birgə və ya ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi tələb olunur. Bu zaman mübahisənin predmeti və hüquqi mahiyyəti həlledici əhəmiyyət kəsb edir.

19. Hazırkı iş üzrə tərəflərin hər ikisinin vergi ödəyicisi kimi qeydiyyata alınması onların avtomatik olaraq kommersiya mübahisəsinin tərəfi hesab edilməsi üçün yetərli əsas yaratmır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən pul vəsaiti cavabdehə şəxsi etimad münasibətləri çərçivəsində təqdim edilmiş, bu vəsaitin verilməsi iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi daşımamışdır. İddiaçı tərəfin məqsədi kommersiya gəliri əldə etmək deyil, cavabdehin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsidir.

20. Belə olan halda, tərəflər arasında yaranmış münasibətlər kommersiya hüquq münasibəti kimi qiymətləndirilə bilməz. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından, işin kommersiya məhkəməsində baxılması istisna edilir.

21. Ali Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı mübahisənin tərəflərinin subyekt tərkibi ilə yanaşı, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri kompleks şəkildə qiymətləndirilməlidir.

22. Nəticə etibarilə, hazırkı iş üzrə mübahisəyə rayon məhkəməsində baxılmalı, işin kommersiya məhkəməsinə aid edilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olmadığından, iş aidiyyəti üzrə ümumi məhkəməyə qaytarılmalıdır

23. Digər tərəfdən qeyd edilməlidir ki, Plenum Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin k ommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

24. Həmçinin MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxa bilər. Eyni zamanda, yuxarıda qeyd olunan qanunvericilik normalarında sahibkarlıq fəaliyyətinin mahiyyəti də aydınlaşdırılmışdır. Hazırkı vəziyyətdə mübahisənin hər iki tərəfin sahibkarlıq fəal iyyətindən irəli gəldiyi müəyyən edilmir.

25. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən hazırkı işə mülki məhkəmə icraatı qaydasında ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır.

26. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı pulun tutulmasına tələbinə dair iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar