Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-72/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, tələbin güzəşti, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Lizinq verən Cavabdeh MMC ilə lizinq alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında 2019-cu il ## ####### tarixli, **/****/DLIZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -2.1-ci bəndinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) ədəd 2011-ci il buraxılışlı olan, Shacman SX3315DV326 markalı, mühərrik 1408E001314, ban № LZGJRDR***X******-1I olan nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. -5.1-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən “lizinq alan”ın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti “lizinq verən”in mülkiyyətindədir. -5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ lizinq ödənişlərinin verilməsi və “lizinq alan”ın “lizinq verən” qarşısında mövcud olan digər bütün öhdəlikləri icra etdikdən sonra “lizinq alan”a keçir. -5.9-cu bəndinə əsasən maliyyə lizinqinin müddəti bitdikdən sonra, habelə lizinq obyekti “lizinq alan”ın istifadəsində olduğu müddətdə lizinq obyekti ilə bağlı yaranmış bütün cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə “lizinq alan” və ya sublizinq əsasında lizinq obyektini istifadə edən şəxs lizinq obyektini öz mülkiyyətinə qəbul edə bilər.
2. 2019-cu il ## ####### tarixli təhvil-təslim aktına əsasən Shacman SX3315DV326 markalı, mühərrik 1408E001314, ban № LZGJRDR***X******-1I olan avtomobil müştəriyə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) təhvil verilib.
3. Lizinq verən Cavabdeh MMC ilə lizinq alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında olan 2019-cu il ## ####### tarixli **/****/DLIZ saylı lizinq müqaviləsinin restrukturizasiyasına dair 2020-ci il # ###### tarixli sazişin 1.1.1-ci bəndinə əsasən müqavilə qüvvəyə mindikdən sonra 23 ay müddətində qüvvədədir.
4. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polis Idarəsinə ünvanlanmış **** nömrəli, 2023-cü il ## ####### tarixli məktubda “SHACMAN SX3315DV326” markalı, mühərrik: 1408E001314, şassi LZGJRDR638X025740 olan, 99 JU-*** avtomobilini 2019-cu il ## ####### tarixli lizinq müqaviləsi üzrə, etibarnamə əsasında idarə edən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı müvafiq lizinq müqaviləsi üzrə borcunu tam ödədiyi, bu səbəbdən həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədikləri qeyd olunmuşdur.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 140.000 manat və ödənilmiş 430 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “SHACMAN SX3315DV326 YÜK” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri Xətai rayonu Babək prospektində fəaliyyət göstərən cavabdehdən (VÖEN: № **********) lizinq müqaviləsi əsasında əldə etmişdir. O avtomobilin dəyərini tam ödədiyindən mülkiyyətçisinə çevrilmişdir. Bununla bağlı cavabdeh təşkilat Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polis Idarəsinə №****, 2023-cü il ## ####### tarixli məktub ünvanlamışdır. Lakin başqa mülki işlə əlaqədar nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmiş, iddiaçının şikayəti əsasında özgəninkiləşdirilmə ilə bağlı qadağa götürüldükdən sonra isə cavabdeh təşkilatın vəzifəli səlahiyyətli şəxsləri nəqliyyat vasitəsini iddiaçıya verməkdən imtina etmişlər. Qeyd olunanlara əsasən iddiaçı “SHACMAN SX3315DV326” markalı, **-JU-*** qeydiyyat nömrəli avtomobilin mülkiyyətçisi hesab edilir. Lakin buna baxmayaraq cavabdeh təşkilatın vəzifəli şəxsləri qeyd olunan avtomobili özbaşınalıq edərək qanunsuz olaraq sahiblənmiş və başqa şəxsə satmışlar. Qeyd olunanlara əsasən iddiaçıya maddi zərərin cavabdeh təşkilatın qanunsuz hərəkəti nəticəsində vurulması işin mübahisəsiz hallarıdır. Ona görə də hesab edir ki, baş vermiş delikt nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
7. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, lizinq müqaviləsi üzrə ödənilmiş 55000 manat pul vəsaitinin cavabdeh təşkilatdan alınaraq iddiaçıya ödənilməsi, cavabdeh təşkilatın özbaşınalığı və qanunsuz hərəkətləri nəticəsində iddia qaldırılan günə əldən çıxmış fayda olaraq 90000 manat, ödənilmiş 445 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli e-*-*(***)-****/**** saylı qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb olunmuşdur.
9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verib iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, verilmiş iddianı və cavabdehdən tələb olunan məbləğləri ağlasığmaz hesab edirlər. 2019-cu il ## ####### tarixli **/****/DLIZ saylı müqavilə xitam olunaraq, müqavilənin şərtlərinə uyğun olaraq mülkiyyətçiyə qaytarılmışdır. Hesab edir ki, iddia rədd edilməlidir, belə ki iddiaçının bu iddianı verməyə hüququ yoxdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Ü.Həsənova).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, nəqliyyat vasitəsi daxili maliyyə lizinqi müqaviləsi əsasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs lizinqə verilmişdir. Müqavilə müddəti ərzində lizinq ödənişləri materiallarda olan ödəniş qəbzlərinə əsasən lizinq alan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adından həyata keçirilmişdir. Iddiaçı həmin müqavilənin tərəfi olmamış, müqavilə onun xeyrinə bağlanmamış, müqavilə üzrə hüquq və öhdəliklər sonradan ona ötürülməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, lizinq ödənişlərinin həyata keçirilməsi lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliyi olduğundan həmin ödənişlərin qaytarılmalı olması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir.
13. Məhkəmə, əldən çıxmış faydanın tələb edilməsi hissəsində də iddianı əsassız hesab edərək qeyd etmişdir ki, cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda, iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 386.1, 431.1, 747.1, 748-10.1, 1096.1, 1096.2, 1097 və 1099.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il ## ### tarixli, 2008-ci il ## #### tarixli və 2021-ci il ## ##### tarixli Qərarlarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Qocayev, hakimlər E.Həsənov və S.Cəfərov).
17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, apellyasiya şikayətində ödənişlərin iddiaçı tərəfindən həyata keçirildiyi, üçüncü şəxsin ərizəsi əsasında qeyd edilən lizinq müqaviləsinin iddiaçının adına dəyişdirildiyi qeyd edilsə də bu barədə sübutlar təqdim edilməmişdir.
18. Öhdəliyin tərəfləri kreditor və borcludur. Bir qayda olaraq öhdəlik yalnız onun tərəfləri üçün hüquq və vəzifələr yaradır (üçüncü şəxsin xeyrinə bağlanan müqavilə istisna olmaqla). Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa şəxs eyni öhdəlik üzrə həm borclu, həm də kreditor ola bilər (MM, maddə 387.2). Hazırkı mübahisə üzrə lizinq müqaviləsində cavabdeh və üçüncü şəxs arasında belə münasibət mövcud olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs lizinq ödənişlərinin vaxtında ödənilməsi və s. öhdəliklər üzrə borclu, lizinqə verilmiş əmlakın sahibliyinə və istifadəsinə verilməsi, habelə lizinq ödənişləri başa çatdıqdan sonra əmlakı mülkiyyətinə əldə etmək hüququ üzrə kreditor olmuşdur. Üçüncü şəxsə kreditor kimi məxsus olan bu hüquqların iddiaçıya keçməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri olmalıdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili kimi göstərilmiş, lizinq müqaviləsi üzrə ödənişlərin iddiaçı tərəfindən edilməsinə qiymət verərək göstərmişdir ki, lizinq ödənişlərinin ödənilməsi öhdəliyi şəxsən icra edilməli öhdəlik deyildir. Bu öhdəliyin üçüncü şəxs tərəfindən icrasına qanunla və ya müqavilə ilə hər hansı məhdudiyyət qoyulmamışdır. Odur ki, istər iddiaçı, istərsə də hər hansı başqa şəxs tərəfindən öhdəlik icra edilə bilərdi. Bu isə özlüyündə üçüncü şəxsin lizinq müqaviləsindən irəli gələn hüquqlarının öhdəliyi icra etmiş şəxsə keçdiyini ehtimal etmək üçün əsas ola bilməz.
20. Tərəflər arasındakı şifahi razılaşmaya əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs lizinq müqaviləsindən irəli gələn öhdəliyinin iddiaçıya ötürüldüyü fərz edilsə, yenə də öhdəliyin verilməsi həm də hüquqların verilməsini (tələbin güzəşti) ehtiva etmədiyindən, iddiaçının öhdəliyin pozulmasına görə cavabdehdən nəyisə tələb etməyə hüququ yaranmır.
21. Kollegiyanın qənaətinə görə iddiaçının lizinq müqaviləsindən irəli gələn hüquqları əldə edə bilməsi üçün müqavilə şərtlərinə və MM-in 747-4, 748.1-ci maddələrinə əsasən cavabdehin yazılı razılığı ilə üçüncü şəxslə iddiaçı arasında yazılı sublizinq müqaviləsi bağlana bilərdi. Bu halda iddiaçının lizinq ödənişlərini etdikdən sonra lizinq predmetini öz mülkiyyətinə keçirməyə hüququ yaranacaqdı və bu hüququn həyata keçirilməsinə mane olan pozuntuya görə zərərin əvəzini də tələb edə bilərdi. Lakin belə bir sublizinq müqaviləsinin mövcud olması öz təsdiqini tapmamışdır.
22. Digər əsas isə üçüncü şəxslə iddiaçı arasında bağlanmış tələbin güzəşti haqqında müqavilə ola bilərdi. Lizinq müqaviləsi sadə yazılı formada bağlanmış olduğundan, tələbin güzəşti haqqında müqavilə də sadə yazılı formada bağlanmalı idi (MM, maddə 194.4). Iş materiallarında onlar arasında tələbin güzəşti haqqında yazılı müqavilə yoxdur.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn, üçüncü şəxsə məxsus hüquqların iddiaçıya keçməsi üçün hər hansı əsas mövcud deyildir. Ona görə də, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 194.1, 194.2, 194.4, 386.1, 387.1, 387.2, 387.3, 431.1, 442, 443.1, 443.2, 747.1, 747-1.1, 748-2.5, 747-4.1, 747-4.2, 747-4.3, 747-4.4 və 748.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il ## #### tarixli Qərarına və MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
25. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 21, 157.4, 385, 386.1, 386.2, 1096.1, 1097.1 və 1099-cu maddələri üzrəlizinq obyekti olan avtomobilə dair iddiaçı və üçüncü şəxs arasında bağlanılmış 2019-cu il ## ####### tarixli, **/****/DLIZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi əsasında üçüncü şəxsə lizinqə verilmişdir. Müqavilə müddətində lizinq ödənişləri iddiaçı tərəfindən həyata keçirildiyindən, üçüncü şəxsin ərizəsi əsasında qeyd edilən lizinq müqaviləsi iddiaçının adına dəyişdirilmişdir. Bu səbəbdən də cavabdeh təşkilat Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polis Idarəsinə ünvanlanmış №****, 2023-cü il ## ####### tarixli məktubda qeyd etmişdir ki, “SHACMAN SX3315DV326” markalı, mühərrik: 1408E001314, Şassi LZGJRDR638X025740 olan, **-JU-*** avtomobilini lizinq müqaviləsi üzrə, etibarnamə əsasında idarə edən, ünvan 1 ünvanında qeydiyyatda olan iddiaçı müvafiq lizinq müqaviləsi üzrə borcunu tam ödəmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq həmin avtomobilin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmirlər”. Bundan başqa, qeyd edilən avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi üçün lizinq müqaviləsinin onun adına rəsmiləşdirilməsi şərtdir. Bununla bağlı məhkəmə iclas zalında üçüncü şəxs qeyd etmişdir ki, ərizəsi əsasında üçtərəfli müqavilə bağlanmışdır ki, avtomobil iddiaçının adına keçsin. Avtomobillə bağlı bütün hüquqlar iddiaçıya aiddir. Cavabdehin vəzifəli səlahiyyətli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin müqaviləni gizlətməyə çalışırlar. Digər tərəfdən isə iddiaçının hüququ məhkəmə qərardadlarında öz əksini tapmışdır. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- MTT(***)-***/**** saylı 2022-ci il ## #### tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin cavabdehlər Cavabdeh MMC-yə, X1 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Iddiaçı mülki iş üzrə cavabdeh olmadığından, mülki iş üzrə tutma ona məxsus avtomobilə yönədilməsi nəzərdə tutula bilmədiyindən həmin qərardaddan şikayət verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli qərardadı ilə 2022-ci il ## #### tarixli qərardadına əsasən tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilmiş, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Bundan sonra cavabdeh təşkilatın vəzifəli səlahiyyətli şəxsləri nəqliyyat vasitəsini iddiaçıya verməkdən imtina etmişlər. Daha sonra isə cavabdeh təşkilatın vəzifəli səlahiyyətli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə və özbaşınalıq edərək artıq onlara məxsus olmayan (iddiaçının mülkiyyəti hesab edilən) nəqliyyat vasitəsini lizing müqaviləsi yolu ilə X2 satmışlar və onun istifadəsinə vermişlər.
27. Iddiaçıya 140.000 manat maddi zərərin cavabdeh təşkilatın qanunsuz hərəkətləri (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və özbaşınalıqla edilməsi) nəticəsində vurulması işin mübahisəsiz halıdır. Ona görə də, baş vermiş delikt nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Avtomobilin bu günə real dəyəri 55.000 manat təşkil etsə də, iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə 50.000 manat cavabdeh təşkilata ödənilmişdir. Cavabdeh təşkilatın özbaşınalığı və qanunsuz hərəkətləri nəticəsində 90.000 manat qazancından məhrum olmuşdur. Belə ki, həmin avtomobilin istifadəsindən və ya icarəsindən hər gün təxminən 250 manat aya 7.500 manat qazanc əldə edirdi. 2023-cü il ## ###### tarixdən cavabdeh təşkilat avtomobili özbaşınalıqla və qanunsuz olaraq iddiaçının sahibliyi və istifadəsindən məhrum etdiyindən həmin qazancdan məhrum olmuşdur. Həmin vaxtdan iddia qaldırılan günə kimi bir il keçdiyindən və 1 (bir) il 12 (on iki) ay təşkil etdiyindən əldən çıxmış fayda olaraq 7500x12=90.000 manat cavabdeh təşkilatdan tutularaq iddiaçıya verilməlidir.
28. MPM-nin 4.1, 14.2,77, 88 və 217-ci maddələri üzrə-məhkəmə kollegiyası təqdim olunmuş subutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən iddiasına dair mötəbər sübutlar təqdim olunduğu halda düzgün hüquqi qiymət verilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. ... 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...” “Maddə 387. Öhdəliyin tərəfləri 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. ...”
“Maddə 431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. ...”
“Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...” “Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). ...”
“Maddə 747-4. Sublizinq 747-4.1. Sublizinq- sublizinq müqaviləsi ilə rəsmiləşdirilir. 747-4.2. Sublizinq zamanı, əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə alınmış lizinq müqaviləsinin obyektini lizinq müqaviləsi üzrə lizinq alan üçüncü şəxslərə (sublizinq müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə və sublizinq müqaviləsinin şərtlərinə uyğun müddətə sahibliyə və istifadəyə verir. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır.” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri ... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.”
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ...”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2019-cu il ## ####### tarixli lizinq müqaviləsi cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış, iddiaçı həmin müqavilənin tərəfi olmamışdır. Mübahisəli nəqliyyat vasitəsinə dair hüquq və öhdəliklər lizinq müqaviləsindən irəli gəlmiş və yalnız həmin müqavilənin tərəfləri üçün hüquqi nəticələr yaratmışdır.
36. Nəzərə alınmalıdır ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər (MM-in 387.3-cü maddəsi). Baxılan işdə isə cavabdehlə üçüncü şəxs arasında bağlanmış lizinq müqaviləsində isə qeyd olunan normanın tələbi baxımından iddiaçıya münasibətdə hər hansı şərt nəzərdə tutulmamışdır.
37. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddiaçının subyektiv hüququ ilə bağlı apardığı qiymətləndirmə ilə razılaşıraq qeyd edir ki, kassatorun lizinq ödənişlərini faktiki olaraq həyata keçirməsi onun lizinq müqaviləsi üzrə hüquq sahibi olmasına əsas vermir. Belə ki, MM-in 431.1-ci maddəsinə görə öhdəlik üçüncü şəxs tərəfindən də icra oluna bilər və bu hal öhdəlik üzrə hüquqların həmin şəxsə keçməsi demək deyildir.
38. Kollegiya kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, iddiaçı tərəfindən tələbin güzəşti barədə MM-in 194.1 və 194.4-cü maddələrinin tələblərinə uyğun yazılı müqavilə təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarında MM-in 747- 4-cü maddəsinə uyğun bağlanmış sublizinq müqaviləsi də mövcud deyildir.
39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətində qeyd olunan maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmçinin qətnamənin ləğvinə əsas olan, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.