Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-9/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Korporativ mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sənədlərin təqdim edilməsi və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “xxxx” MMC 2018-ci il ## ###### tarixdə dövlət qeydiyyatına alınmışdır. Iddiaçı İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh Cavabdeh MMC-nin 50 faiz paya malik olan təsisçiləridirlər.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin, müəssisənin ştat cədvəlinin, işçilərin sayının və siyahısının, əməkhaqqı cədvəlinin, işlərə cəlb olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sayı və siyahısının, müvafiq olaraq alınmış iş icazələrinin surətinin, əməkhaqqı fondunun məbləğinin, əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edildiyi işçilərin sayı və siyahısının, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatın, işçilərin qalıq məzuniyyət günləri barədə məlumatın, ödənişsiz məzuniyyətdə olan işçilərin sayı və siyahısının, son 1 il ərzində xitam verilmiş əmək müqavilələrinin sayının və xitam əsasları barədə məlumatın, müəssisənin təşkilati strukturu barədə məlumatın və işçilərin vəzifə təlimatlarının, müəssisənin balansında olan daşınar və daşınmaz əmlakların siyahısının, həmin əmlakların əldə edilməsini təsdiq edən sənədlərin, o cümlədən alqı-satqı müqavilələrinin və həmin əmlakların hazırkı vəziyyəti barədə məlumatların, müəssisənin debitor və kreditor borclarının siyahısının, cəmiyyətin öhdəlikləri, yerli və xarici kontragentlərin sayı və kontragentlər haqqında məlumatların, müəssisənin banklarla olan kredit müqavilələrinin və mövcud kredit borcları barədə məlumatların, müəssisənin idxal və ixrac əməliyyatları ilə bağlı gömrük bəyannamələrinin surətinin, cavabdehin torpaq üzrə icarə hüquqlarını təsdiq edən torpaq icarə müqaviləsinin surətinin və bu günə kimi ödənilmiş icarə haqları barədə hesabatın iddiaçıya təqdim olunması və auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı təsisçi olaraq, onun fəaliyyəti ilə tanış olmaq və öz hesabına audit keçirmək məqsədilə cavabdehin icra orqanına müxtəlif tarixlərdə məktublar ünvanlamış, məktublarda cavabdehin fəaliyyətinə dair müxtəlif sənədlərin surətinin ona göndərilməsi xahiş edilmişdir. Həmin məktublar cavabdehə çatdırılmış, lakin cavabdehin icra orqanı tərəfindən cavab verilməmiş, ümumiyyətlə, iddiaçının tələbinə münasibət bildirilməmişdir. Bu isə öz növbəsində iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən də cavabdehin üzərinə həmin sənədlərin təqdim edilməsi və auditin keçirilməsinə şərait yaradılması öhdəliyi qoyulmalıdır.
4. Məhkəmə qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – “üçüncü şəxs”) qismində işə cəlb edilmiş və məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, cavabdehin nümayəndəsi qismində həmin müəssisənin hüquqlarını müdafiə etmişdir. Lakin cavabdehin digər təsisçisinin adından qanunsuz və məlum olmayan yollarla etibarnamədən istifadə edilərək MMC-nin direktoru dəyişdirilmişdir. Bundan sonra yeni direktor onun məhkəmə prosesindən uzaqlaşdırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda o, cavabdehin nümayəndəsi kimi məhkəmə prosesində iştirak edə bilməmişdir. Halbuki cavabdehin digər təsisçisi olan üçüncü şəxsin həmin müəssisədə 50% payı var. Üçüncü şəxsin də onun sahib olduğu müəssisə ilə bağlı gedən bütün proseslərdən məlumatlı olması vacibdir. Çünki müəssisənin rəhbərliyi kreditlər götürə bilər, qanunsuz hərəkətlər edər və s. Odur ki, bütün baş verənlər üçüncü şəxsin hüquqlarına toxunur.
5. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı boşanma zamanı əmlak bölgüsü nəticəsində cavabdehin təsisçilərindən biri olmuşdur. Iddiaçının nizamnamə kapitalındaki təsis payı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il ## ##### tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Müvafiq qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra da şirkətin fəaliyyəti ilə bağlı məlumat verilməsi üçün cavabdehə çoxsaylı bildirişlər və məktublar göndərilməsinə baxmayaraq, bugünədək hər hansı məlumat təqdim edilməmişdir. Həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi alınmalıdır. Miqrasiya qanunvericiliyini pozmaqla işə qəbul edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə bağlı gələcəkdə şirkət problemlərlə üzləşə bilər. Bu mənada müvafiq məlumatların əldə edilməsi zəruridir. Iddiaçı müvafiq sənədlərlə tanış olmaq üçün 50% təsis payına malik olan şəxs kimi cavabdeh təşkilata getmək imkanından məhrumdur. Çünki iddiaçının nümayəndəsi kimi məhkəmə qərardadı ilə cavabdeh təşkilata müvafiq torpaq sahəsinə və avadanlıqlara baxış keçirmək üçün getmişdir. Lakin həmin müəssisədə ona qarşı fiziki müdaxilələr edilmiş və mane olmağa çalışmışdırlar.
6. Üçüncü şəxs iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi onunla aparılan ədavətin nəticəsidir. Iddiaçı cavabdehin fəaliyyətinə dair üç illik sənədlərin təqdim edilməsini istəyirsə, bu 3 il müddətində təsisçilərdən biri həm də iddiaçının həyat yoldaşı Yaşar adlı şəxs olmuşdur. Hazırda cavabdeh təşkilatda direktor dəyişilmiş və iddiaçının auditin keçirilməsi və ya müvafiq sənədləri əldə etməsinə hər hansı maneə qalmamışdır. 2025-ci il ## #### tarixində cavabdehin ümumi yığıncağı keçiriləcəkdir və həmin müzakirədə direktorun hansı qaydada və hansı qərar əsasında dəyişdirildiyi də aydınlaşdırılacaqdır. Ümumi yığıncağa üçüncü şəxs hazırkı direktor tərəfindən dəvət edilmişdir. Həmin bildirişdə yalnız üçüncü şəxsin dəvət edilməsi iddiaçının artıq ümümi yığıncaq barəsində məlumatlı olmasını və direktorun iddiaçı tərəfindən təqdim edildiyini bir daha təsdiq etmişdir. Cavabdeh hazırkı vaxtadək mənfəət əldə etmədiyindən üçüncü şəxs olan digər təsisçi müəssisənin fəaliyyəti ilə bağlı auditin keçirilməsində maraqlı olmamışdır. Cavabdeh təşkilata ümumi yığıncağın gündəliyində olan məsələlərin ona təqdim edilməsi ilə bağlı müraciət etsə də, müvafiq məlumat təqdim edilməmişdir. Hər bir halda keçiriləcək ümumi yığıncaqda iddianın predmeti olan məsələlərin müzakirə edilməsinə çalışacaqdır.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin, müəssisənin ştat cədvəlinin, işçilərin sayının və siyahısının, əməkhaqqı cədvəlinin, işlərə cəlb olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sayı və siyahısının, müvafiq olaraq alınmış iş icazələrinin surətinin, əməkhaqqı fondunun məbləğinin, əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edildiyi işçilərin sayı və siyahısının, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatın, işçilərin qalıq məzuniyyət günləri barədə məlumatın, ödənişsiz məzuniyyətdə olan işçilərin sayı və siyahısının, son 1 il ərzində xitam verilmiş əmək müqavilələrinin sayının və xitam əsasları barədə məlumatın, müəssisənin təşkilati-strukturu barədə məlumatın və işçilərin vəzifə təlimatlarının, müəssisənin balansında olan daşınar və daşınmaz əmlakların siyahısının, həmin əmlakların əldə edilməsini təsdiq edən sənədlərin, o cümlədən alqı-satqı müqavilələrinin və həmin əmlakların hazırki vəziyyəti barədə məlumatların, müəssisənin debitor və kreditor borclarının siyahısının, cəmiyyətin öhdəlikləri, yerli və xarici kontragentlərin sayı və kontragentlər haqqında məlumatların, müəssisənin banklarla olan kredit müqavilələrinin və mövcud kredit borcları barədə məlumatların, müəssisənin idxal və ixrac əməliyyatları ilə bağlı gömrük bəyannamələrinin surətinin, cavabdehin torpaq üzrə icarə hüquqlarını təsdiq edən torpaq icarə müqaviləsinin surətinin, bu günə kimi ödənilmiş icarə haqları barədə hesabatın iddiaçıya təqdim olunması və müvafiq maliyyə sənədləri təqdim edilməklə iddiaçının hesabına audit yoxlamasının keçirilməsinə şərait yaradılması öhdəliklərin cavabdehin üzərinə qoyulması qət edilmişdir (hakim – F.Həmidli).
8. Məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsində ayrıca qiymətləndirilməsi tələb olunan iki iddia tələbi irəli sürülmüşdür: “adları iddia ərizəsində qeyd edilmiş sənədlərin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” və “auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”.
9. Məhkəmə MM-in 65.1.2-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin 50 faiz paya malik olan təsisçilərindən biridir. Iddiaçı cavabdehə 2025-ci il ## ######, 2025-ci il ## ######, 2025-ci il ## ######, 2025-ci il ## ######, 2025 ci il 3 mart, 2025-ci il # #### və 2025-ci il ## #### tarixli məktublar göndərərək cavabdehin fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının, illik mənfəət bəyannamələrinin və adları iddia ərizəsində qeyd edilmiş digər sənədlərin təqdim edilməsinin təmin olunmasını cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh həmin sənədləri iddiaçıya təqdim etməmiş və bununla bağlı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının “cəmiyyətin fəaliyyətinə dair məlumat almaq”, “mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilmək” hüquqlarını məhdudlaşdırmışdır.
10. Məhkəmə MM-in 65.1.2-ci maddəsində nəzərdə tutulan hüquqlarının səmərəli realizəsi baxımından hesab etmişdir ki, bu hüququn tətbiqi çərçivəsi müvafiq məlumat və sənədlərlə yerində tanış olmaqla məhdudlaşdırılmamalı, eyni zamanda daha geniş təfsir olunmaqla həmin məlumatlar və sənədlərin verilməsini tələb etmək kimi qəbul edilməlidir. Əks yanaşma hazırkı iş üzrə iddiaçıya məxsus olan qeyd edilən hüququn tətbiqinin effektliliyinə xələl gətirə bilər.
11. Məhkəmə cavabdehin fəaliyyətinə dair adları sadalanmış sənədlərin iddiaçıya təqdim olunması barədə iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçının müvafiq məlumatları əldə edilməsi hüququnun məhkəmə tərəfindən tanınması hüquqi şəxsin idarə olunmasında şəffaflığın təmin edilməsinə, onun ümumi maraqlarının müdafiəsinə xidmət etməklə, iş üzrə üçüncü şəxs olan digər təsisçinin, həmçinin ümumilikdə cavabdeh hüquqi şəxsin maraqlarına uyğundur. Belə ki, məlumatlarla və sənədlərlə tanışlıq təsisçilərin cəmiyyətin iqtisadi vəziyyətinin müəyyənləşdirilməsinə, mümkün hüquqi və iqtisadi risklərin vaxtında aşkara çıxarılmasına, eləcə də gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına imkan yaradır.
12. Məhkəmə MM-in 91.4-cü və “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddələrinə əsaslanaraq iddia tələbinin auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsini qismən əsaslı hesab edərək bildirmişdir ki, audit fəaliyyəti qanunvericiliklə, o cümlədən auditor (və ya auditor təşkilatı) ilə sifarişçi arasında bağlanılmış müqavilə əsasında tənzimlənən fəaliyyətdir, müqavilədə digər müvafiq məsələlərlə yanaşı, yoxlamanın predmeti olan sənədlər, yoxlamanın müddəti, yoxlanılacaq fəaliyyət dövrü və digər məsələlər əksini tapır. Odur ki, cavabdeh hüquqi şəxsin iştirakçılarından biri olan iddiaçının MM-in 91.4-cü maddəsindən irəli gələn auditor yoxlanışının həyata keçirilməsini tələb etmək, cavabdehin isə buna şərait yaratmaq vəzifəsi vardır. Bununla belə, bu cür yoxlanış həmin yoxlanışı tələb edən şəxsin hesabına və audit yoxlamasının aparılması barədə müqavilədə nəzərdə tutulmuş qaydada aparılmalıdır.
13. Göstərilənlərə əsasən, məhkəmə belə hesab etmişdir ki, iddia tələbinin auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hissəsi qismən təmin edilməli, müvafiq maliyyə sənədlərinin təqdim olunmaqla iddiaçının hesabına audit yoxlamasının keçirilməsinə şərait yaradılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
14. Məhkəmə mövqeyini MM-in 6.1.7, 6.1.9, 14.1, 43.1, 64.1, 65.1.2, 87.1 və 91.4ci, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2, 16 və 17-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Üçüncü şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – M.Hüseynov, hakimlər – İ.Dəmirov və Z.Məmmədov).
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının nizamnamə kapitalında 50% iştirak (təsis) payının olduğu cavabdehə qarşı irəli sürdüyü tələblər qanunidir, cavabdehin maliyyə təsərrüfat fəaliyyəti ilə tanış olmaq, bu fəaliyyətlə bağlı sənədlərin, məlumat və hesabatların ona təqdim olunmasını tələb etmək, habelə öz hesabına cavabdehin illik maliyyə fəaliyyətinin auditor yoxlanışının aparılmasını tələb etmək iddiaçının qanuna əsaslanan hüquqlarıdır. Iddiaçının həmin hüquqlarını həyata keçirməsinə məhdudiyyət və ya maneə yaradılması ona qarşı qanun pozuntusunun törədilməsi kimi qiymətləndirilməlidir. Iddiaçı bu cür məhdudiyyət və ya maneənin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı, üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd etmişdir ki, iddianın təmin olunmasının nəyə görə məhz üçüncü şəxsi narahat etməsi və buna qarşı çıxması da başa düşülən deyil.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.1.7, 6.1.9, 14.1, 43.1, 64.1, 65.1.2, 87.1 və 91.4-ci, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2, 16 və 17-ci, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Üçüncü şəxs həmin qətnamədən kassasiya şikayəti verərək, onu ləğv edərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
21. Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci və “Ümumdünya Insan Hüquqları Bəyannaməsinin” 8-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticələrə əsaslanmaqla onu təkrarlamış, şikayətin məzmunun qətnaməsində əks etdirməklə kifayətlənmiş və dəlillərə müfəssəl hüquqi qiymət verməmişdir. Həmçinin üçüncü şəxs məhkəmə iclasında bildirmişdir ki, hazırda mu əssisə fəaliyyət go stərmir, bu tu n sənədlər də həmin mu əssisədədir. Cavabdeh təs kilatda direktor dəyis dirilmiş, iddiac ının auditin kec irilməsi və ya mu vafiq sənədləri əldə etməsinə hər hansı maneə qalmamıs və belə bir öhdəliyin məhkəmə tərəfindən cavabdehin üzərinə qoyulması üçün əsas mövcud deyildir. Lakin apellyasiya instansiyası məhkəməsi dəlillərə hüquqi qiymət verməyərək yalnız iddiaçının audit keçirməsi və s. hüququnun olmasını qeyd edərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Əlavə olaraq məhkəmə iclasında qeyd edilmişdir ki, cavabdehin u mumi yıg ıncag ı keçirilərək qərara alınmışdır ki, növbəti yığıncaq başqa vaxta keçirilsin və auditin keçirilməsi barədə məsələlər növbəti iclasda müzakirə olunsun.
22. MPM-in 4.1, 2.1, 88, 217.1 və 372.1-ci maddələri üzrə - məhkəmə işin faktiki hallarını tam araşdırmamış, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 64. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.”
“Maddə 65. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri 65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları: 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər;”
“Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.”
“Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.”
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 28.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 29.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət vermədiyi göstərilsə də, apellyasiya məhkəməsinin qətnaməsində mübahisənin həlli üçün həlledici olan hüquqi məsələlərə münasibət bildirilmişdir. 30.Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq MM-in 65.1.2-ci maddəsinə əsaslanaraq iştirakçının cəmiyyətin fəaliyyətinə dair məlumat almaq hüququnun yalnız formal tanışlıqla məhdudlaşmadığını, həmin hüququn effektiv həyata keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməsini də ehtiva etdiyini qəbul etmişdir. Bu yanaşma qanunun məqsədinə uyğundur. 31.Eyni zamanda məhkəmə MM-in 91.4-cü maddəsinə uyğun olaraq iştirakçının öz hesabına auditor yoxlamasını tələb etmək hüququna malik olmasını, cavabdehin isə bu yoxlamanın keçirilməsi üçün şərait yaratmaq vəzifəsinin daşımasını düzgün müəyyən etmişdir. 32.Kassasiya şikayətində cavabdeh cəmiyyətdə direktorun dəyişdirildiyi və artıq iddiaçının hüquqlarının həyata keçirilməsinə maneənin qalmadığı göstərilsə də, bu hal iddianın təmin edilməsinə hüquqi maneə kimi qəbul edilə bilməz. 33.Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən dəfələrlə tələb olunmasına baxmayaraq müvafiq sənədlər təqdim edilməmişdir. Bu isə artıq hüququn pozulması faktını təsdiq edir və sonradan ehtimal edilən dəyişikliklər həmin pozuntunu aradan qaldırmır. Hüququn bərpası üçün məhkəmə müdaxiləsi bu halda zəruridir. 34.Bundan əlavə, ümumi yığıncağın keçirilməsi və ya audit məsələsinin gələcəkdə müzakirə ediləcəyi ilə bağlı arqumentlər hüquqi baxımdan iddiaçının qanundan irəli gələn birbaşa hüquqlarını əvəz etmir və həmin hüquqların həyata keçirilməsini cəmiyyətin digər orqanlarının iradəsindən asılı vəziyyətə sala bilməz. 35.Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması ilə əlaqələndirilməsi isə əsassızdır. 36.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 37.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 38.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir. 39.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 40.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.