Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-92/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xxxx xxxx Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh3 (hüquqi varisləri X4, X1, X2 və X3) və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, xxxx xxxx ASC-nin cavabdehlər cavabdeh2 MMC, cavabdeh3 (hüquqi varisləri X4, X1, X2 və X3) və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.xxxx ASC ilə cavabdeh2 MMC arasında 2014-cü il ## ###### tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu bağlanmışdır. 2.Eyni tərəflər arasında bağlanmış PBG****/***H saylı 2014-cü il ## ###### tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında 2014-cü il ## ###### tarixli PBG**-K**** saylı maliyyələşdirmə üçün ərizə (maksimal borclanma limiti) və ona edilmiş 2015-ci il ## #### tarixli * saylı əlavə, 2015-ci il ## #### tarixli * saylı əlavə, 2016-cı il ## ####### tarixli * saylı əlavə, 2015-ci il # ####### tarixli * saylı əlavə imzalanmış və bank tərəfindən borcalana 2018-ci il ## #### tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 23 faiz olmaqla, mal qaranın alınması məqsədilə 750 000 manat məbləğində birdəfəlik kredit verilmişdir. 3.Tərəflər arasında bağlanmış PBG****/***H saylı 2014-cü il ## ###### tarixli müqavilənin tərkib hissəsi olan 2015-ci il ## #### tarixli PBG**-K**** saylı maliyyələşdirmə üçün ərizə (maksimal borclanma limiti) və ona edilmiş 2016-cı il ## #### tarixli * saylı əlavə çərçivəsində bank tərəfindən müxtəlif vaxtlarda borcalana aşağıda qeyd edilən şərtlərlə kreditlər verilmişdir: - 2015-ci il ## #### tarixli PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2021-ci il ## #### tarixədək, illik faiz dərəcəsi 15 faiz, illik cərimə faizi 24 faiz olmaqla bank tərəfindən borcalana 4410000 manat məbləğində bərpa olunmayan kredit verilmişdir. Sonradan həmin kreditin şərtlərinin dəyişdirilməsi haqqında tərəflər arasında 2016-cı il ## ####### tarixli * saylı əlavə imzalanaraq kreditin müddəti 2021-ci il # ###### tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi isə 33 faiz həcmində müəyyən edilmişdir; -2017-ci il # ### tarixli PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana 2017-ci il # ###### tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla öhdəliyin maliyyələşdirilməsi məqsədilə 890275,49 manat məbləğində birdəfəlik kredit verilmişdir; -2017-ci il # ### tarixli PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana 2018-ci il ## ###### tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla, öhdəliyin maliyyələşdirilməsi məqsədilə 571598,90 manat məbləğində birdəfəlik kredit verilmişdir; -2017-ci il # ### tarixli PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana 2018-ci il ## ###### tarixədək illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla, öhdəliyin maliyyələşdirilməsi məqsədilə 1400000 manat məbləğində birdəfəlik kredit verilmişdir; -2017-ci il # ### tarixli PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana 2019-cu il ## ###### tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla öhdəliyin maliyyələşdirilməsi məqsədilə 1047132,25 manat məbləğində birdəfəlik kredit verilmişdir; -2017-ci il # ### tarixli PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana 2018-ci il ## ######## tarixədək illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 180 faiz olmaqla, öhdəliyin maliyyələşdirilməsi məqsədilə 2000000 manat məbləğində birdəfəlik kredit verilmişdir; -2017-ci il ## ####### tarixli PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana 2018-ci il ## ####### tarixədək, illik faiz dərəcəsi 16 faiz, illik cərimə faizi 21 faiz olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədi ilə 655000 manat məbləğində kredit xətti açılmışdır. 4.2015-ci il # ###### tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdeh1 məxsus Bərdə rayonu Mehdili kəndində yerləşən 3,5 ha torpaq sahəsi 17505,2 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ilə birgə ipotekaya qoyulmuşdur. 5.2014-cü il ## ###### tarixli PBG**-Z**** nömrəli zaminlik müqaviləsindən görünür ki, əsas müqavilənin təminatı kimi cavabdeh3 ilə xxxx ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. 6.2015-ci il ## #### tarixli girov müqaviləsindən görünür ki, cavabdeh2 MMC-də olan cavabdeh3 məxsus 2 pay təsis payı xxxx ASC-nin xeyrinə girov qoyulmuşdur. 7.2015-ci il ## #### tarixli PBG**-G**** nömrəli girov müqaviləsindən görünür ki, müxtəlif növ daşınar əmlaklar: mal ferması avadanlıqları, silos yem anbarı, soyutma otağı avadanlıqları, kəsim sexi avadanlıqları, izopanel soyutma sistemləri və s xxxx ASC-nin xeyrinə girov qoyulmuşdur. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 8.xxxx xxxx ASC (bundan sonra-“xxxx”) cavabdehlər cavabdeh2 MMC, cavabdeh3 (bundan sonra-birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “borc alan”, “zamin”) və cavabdeh1 (“cavabdeh1 və ya “ipotekaqoyan”) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən PBG**-K**** saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,036.89 manat əsas borc, 23.204.29 manat faiz borcu, 106 552,60 manat cərimə borcu olmaqla, cəmi 329 793,79 manat borc, PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 3,640,432.72 manat əsas borc, 1,269,588.76 manat faiz borcu, 808 241,48 manat cərimə borcu olmaqla, cəmi 5 718 262,96 manat borc, PBG**-KQ***/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 890,275.49 manat əsas borc, 17,805.51 manat faiz borcu, 578 196,73 manat cərimə borcu olmaqla, cəmi 1 486 277,73 manat borc, PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 570,855.03 manat əsas borc, 25,688.48 manat faiz borcu, 352 004,60 manat cərimə borcu olmaqla, cəmi 948 548,11 manat borc, PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,400,000 manat əsas borc, 86,100 manat faiz borcu, 838 272,22 manat cərimə borcu olmaqla, cəmi 2 324 372,22 manat borc, PBGI*-K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.047.132,25 manat əsas borc, 280.809,34 manat faiz borcu, 407 652,42 manat cərimə borcu olmaqla, cəmi 1 735 594,01 manat borc, PBG**-K*O**/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,693,980.42 manat əsas borc, 286,282.69 manat faiz borcu, 823 731,41 manat cərimə borcu olmaqla, cəmi 2 803 994,52 manat borc, PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 654,999.58 manat əsas borc, 61,930.70 manat faiz borcu, 38.000 manat cərimə borcu olmaqla, cəmi 754.930.28 manat borc olmaqla, ümumilikdə əsas borc üzrə 10.097.712,38 manat əsas borc, 2.051.409,77 manat faiz borcu, 269 717,44 manat cərimə olmaqla, cəmi 986 647,72 manat borcun xxxxnın xeyrinə tutulması, PBG**-K****/** saylı, PBG**- K****/** saylı, PBG**-K****/** saylı, PBG**-K*Ö**/** saylı, PBG*S-K****/** saylı, PBG**- K****/** saylı və PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın ipotekaqoyan cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə 3.5 ha torpaq sahəsi ilə birlikdə, cavabdeh1 mülkiyyətində olan borc alanın 2 təsis payına, borc alanın mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlaklara (PBG**-G**** saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) yönəldilməsi, cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, hərracdan likvid dəyəri 4.500,000 manat, borc alanın mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlakların (PBG**-G**Q* saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) likvid dəyəri 1,900,000 manat, cavabdeh1 mülkiyyətində olan borc alanın 2 təsis payının 20 manat məbləğində müəyyən edilərək açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin xxxxya olan PBG**-K****/** saylı, PBG**-K****/** saylı, PBG15- KGG**/** saylı, PBG15- K****/** saylı, PBG**-K****/** saylı, PBG**-K****/** saylı PBG**-K****/** saylı və PBG**-K**** saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, girov predmeti olan avadanlıqlar hərracdan əldə edildikdən sonra mülkiyyətçiyə təhvil verilməsi, ipoteka, predmeti və girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin xxxxya olan, kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcunun cavabdehlərdən birgə qaydada tutularaq xxxxnın hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 120 manat məbləğində xidmət haqqı cavabdehlərdən tutularaq xxxxnın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Iddia tələbi onunla əsaslandırılmışdır ki, bankla borc alan arasında bağlanmış PBG****/GI*H nömrəli 2014-cü il ## ###### tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında 2014-cü il ## ###### tarixli PBG**- KOO** saylı maliyyələşdirmə içiln ərizə (maksimal borclanma limiti) və ona edilmiş 2015ci il ## #### tarixli * saylı əlavə, 2015-ci il ## #### tarixli * saylı əlavə, 2016-cı il ## ####### tarixli * saylı əlavə, 2015-ci il # ####### tarixli * saylı əlavə imzalanmış və bank tərəfindən borcalana 2018-ci il ## #### tarixədək, illik faiz dərəcəsi 18 faiz, illik cərimə faizi 23 faiz olmaqla, mal qaranın alınması məqsədi ilə 750000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan başqa tərəflər arasında imzalanmış PBG****/***H saylı 2014-cü il ## ###### tarixli müqavilənin tərkib hissəsi olan 2015-ci il ## #### tarixli PBG**-K**** saylı maliyyələşdirmə üçün ərizə (maksimal borclanma limiti) və ona edilmiş 2016-cı il ## #### tarixli * saylı əlavə çərçivəsində Bank tərəfindən müxtəlif vaxtlarda borcalana kreditlər verilmişdir.
10. “xxxx” MMC tərəfindən verilmiş 2021-ci il ## ###### tarixli rəydə cavabdeh1 məxsus Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksi kimi müəssisənin tərkibində olan mal ferması avadanlıqlarının likvid dəyəri 1900000 manat, Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksinin likvid dəyəri isə 4500000 manat göstərilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2021-ci il ## ######## tarixli */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, PBG**-K**** nömrəli maliyyələşmə üzrə 200036,89 manat əsas, 23204,29 manat faiz, 106552,60 manat cərimə borcu; PBG**-K****/** nömrəli maliyyələşmə üçün ərizə üzrə 3640432,72 manat əsas, 1269588,76 manat faiz, 808241,48 manat cərimə borcu; PBG**-K****/** nömrəli maliyyələşmə üçün ərizə üzrə 890275,49 manat əsas, 17805,51 manat faiz, 578196,73 manat cərimə borcu; PBG**-K****/** nömrəli maliyyələşmə üçün ərizə üzrə əsas borc 570855,03 manat, faiz borcu 25688,48 manat, cərimə borcu 838272,22 manat; PBG**-K****/** nömrəli maliyyələşmə üçün ərizə üzrə 1400000 manat əsas, 86100 manat faiz, 838272,22 manat cərimə borcu; PBG15- K****/** nömrəli maliyyələşmə üçün ərizə üzrə 1047132,25 manat əsas, 280809,34 manat faiz, 407652,42 manat cərimə borcu; PBG**-K****/** nömrəli maliyyələşmə üçün ərizə üzrə 1693980,42 manat əsas, 286282,69 manat faiz, 823731,41 manat cərimə borcu; PBG**- K****/** nömrəli maliyyələşmə üçün ərizə üzrə 654999,58 manat əsas, 61930,70 manat faiz, 269717,44 manat cərimə borcu olduğu qeyd edilmişdir.
12. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, -cavabdehlərdən PBG**-K**** saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,036.89 manat əsas borc, 23.204.29 manat faiz borcu, 12 000 manat cərimə borcu olmaqla, cəmi 235.253,18 manat borc; PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 3,640,432.72 manat əsas borc, 1,269,588.76 manat faiz borcu, 220.000 manat cərimə borcu olmaqla, cəmi 5,130,021.48 manat borc; PBG**-KQ***/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 890,275.49 manat əsas borc, 17,805.51 manat faiz borcu, 48,000 manat cərimə borcu olmaqla, cəmi 956,081 manat borc; PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 570,855.03 manat əsas borc, 25,688.48 manat faiz borcu, 34,000 manat cərimə borcu olmaqla, cəmi 630,543.51 manat borc; PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,400,000 manat əsas borc, 86,100 manat faiz borcu, 85.000 manat cərimə borcu olmaqla, cəmi 1.571.100 manat borc; PBGI*-K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.047.132,25 manat əsas borc, 280.809,34 manat faiz borcu, 62.000 manat cərimə borcu olmaqla, cəmi 1.389.941,59 manat borc; PBG**- K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,693,980.42 manat əsas borc, 286,282.69 manat faiz borcu, 101.000 manat cərimə borcu olmaqla, cəmi 2.081.263,11 manat borc; PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizə üzrə 654,999.58 manat əsas borc, 61,930.70 manat faiz borcu, 38.000 manat cərimə borcu olmaqla, cəmi 754.930.28 manat borc olmaqla, ümumilikdə əsas borc üzrə 10.097.712,38 manat əsas borc, 2.051.409,77 manat faiz borcu, 600.000 manat cərimə olmaqla, cəmi 12.479.122,15 manat borcun xxxxnın xeyrinə tutulması; -PBG**-K****/** saylı, PBG**-K****/** saylı, PBG**-K****/** saylı, PBG15- K*Ö**/** saylı, PBG*S-K****/** saylı, PBG**-K****/** saylı və PBG**-K****/** saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə 3.5 ha torpaq sahəsi ilə birlikdə, cavabdeh1 mülkiyyətində olan MMC-nin 2 təsis payına, MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlaklara (PBG**-G**** saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) yönəldilməsi; -cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Mehdili kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.5 ha torpaq sahəsi ilə birlikdə, hərracdan likvid dəyərinin 4.500,000 manat, MMC-nin mülkiyyətində olan çoxsaylı avadanlıqlar-daşınar əmlakların (PBG**-G**Q* saylı Girov müqaviləsinin predmetin təsviri hissəsində və əlavəsində göstərilən adda) likvid dəyərinin 1,900,000 manat, cavabdeh1 mülkiyyətində olan MMCnin 2 təsis payının 20 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması; -satışdan əldə olunmuş vəsaitin cavabdehlərin xxxxya olan PBG**-K****/** saylı, PBG**-K****/** saylı, PBG15- KGG**/** saylı, PBG**-K****/** saylı, PBG**-K****/** saylı, PBG**-K****/** saylı PBG**-K****/** saylı və PBG**-K**** saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə yönəldilməsi; -Ipoteka predmeti olan müəssisə satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, girov predmeti olan avadanlıqlar hərracdan əldə edildikdən sonra mülkiyyətçiyə təhvil verilməsi; -ipoteka, predmeti və girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin xxxxya olan, kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcunun cavabdehlərdən birgə qaydada tutularaq xxxxnın hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 120 manat məbləğində xidmət haqqının cavabdehlərdən tutularaq xxxxnın hesabına ödənilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X9, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ ** saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Vəliyev).
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında Bank xidmətlərinin göstərilməsinə dair razılaşma olmuş və bu razılaşmaya əsasən Bank tərəfindən kredit vəsaitləri ayrılmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. xxxx borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
14. Məhkəmənin iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsinə münasibətdə gəldiyi nəticə ondan ibarət olmuşdur ki, həmin hissədə iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla tutulmalıdır.
15. Məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsinin təminatı kimi cavabdehlərə məxsus daşınar və daşınmaz əmlaklar xxxxnın xeyrinə yüklü edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.3, 269.4, 319.1, 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 460.1, 462.1, 463, 465.1, 465.2, 466, 467-ci, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il # ##### tarixli e-*-*(***)-**/**** nömrəli qərardadı ilə, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli, e-*- *(***)-**/**** nömrəli qətnaməsinin nəticə hissəsində yol verilən yanlışlığın aradan qaldırılaraq 12.479.122,15 rəqəmləri 12.749.122,15 kimi qeyd edilməsi qərara alınmışdır.
18. Borc alan tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## ### tarixli *-*(***)-*/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh3 hüquqi varisləri X4, X1, X2 və X3 ilə əvəz edilmiş və onlar hüquqi varisləri kimi işə cəlb edilmişlər.
20. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-*/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ə.Abdullayev, hakimlər R.Mamedov və Ş.Rzaquliyev).
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qətnamənin yoxlanılan hissələri üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilk növbədə qətnamənin kredit müqavilələri üzrə borc məbləğlərinin müəyyən edilməsi hissəsinə hüquqi qiymət verilməlidir.
22. Işin hallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onların banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borcalanın üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora faiz borcu yaranmışdır.
23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il ## ######## tarixli */**** nömrəli ekspert rəyini işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur.
24. Apellyasiya şikayətində kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanmadığı göstərilsə də, tədqiqat zamanı hansı yanlışlığa yol verilməsi konkret olaraq göstərilməmiş, habelə verilmiş rəyin əksini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iş materiallarındakı mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət olmadığını vurğulayaraq göstərmişdir ki, baxılan işdə cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilmədiyindən əlavə mühasibatlıq ekspertizasının təyin olunmasına da zərurət qalmır.
25. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. xxxx bank tərəfindən müqavilə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək əsas kredit borcuna faiz hesablanmışdır. 26.
27. Cərimə məbləği ilə bağlı qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, MM-in 467-ci maddəsinə əsasən kredit müqavilələri üzrə cərimə məbləğlərini azaltmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
28. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunu düzgün müəyyən etmişdir və həmin hissədə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
29. Kollegiya həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “xxxx” MMC tərəfindən verilmiş 2021-ci il ## ###### tarixli rəyə istinadən Bərdə rayonu, Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin tərkibində olan mal ferması avadanlıqlarının likvid dəyərini 1900000 manat, Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksinin likvid dəyərini isə 4500000 manat müəyyən etmişdir.
30. Cavabdeh isə qətnamədən apellyasiya şikayəti verərək ipoteka və girov qoyulmuş əmlakların dəyərinin daha yüksək məbləğdə olduğunu bildirmişdir.
31. Ipoteka (girov) predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi əmtəəşünaslıq fəaliyyəti aparılması zərurəti doğurduğundan və həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasına gərək olduğundan apellyasiya baxışı zamanı iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsindən alınmış daşınmaz əmlakın qiymətləndirilməsinə dair 2023-cü il ## ##### tarixli rəydə Bərdə rayonu Mehdili kəndindəki 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin ## ###### 2022-ci il tarixə bazar dəyəri 11792300 manat, likvid dəyəri 10023455 manat göstərilmişdir.
32. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsindən alınmış daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydə qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji əmlak komplekslərinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendinin nəzərə aılndığı göstərilsə də, lakin hansı analoji əmlak komplekslərinin bazar dəyərinin bu qiymətdə olmasını təsdiq edən sənədlər (məsələn elanlar, əmlak alqı-satqı səhifələrindəki paylaşımlar və s.) rəyə əlavə edilmədiyindən, rəydə əmlakın qiymətləndirilməsi ilə əlaqədar yerli baxış keçirildiyi qeyd edilmiş olsa da, lakin bu barədə sübutlar (əmlakın yerində müayinəsini əks etdirən foto şəkil, video yazı və s.) rəyə əlavə edilmədiyindən, məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qiymətləndirməmişdir.
33. Eyni zamanda, birinci instansiya məhkəməsinin istinad etdiyi rəydə göstərilən qiymətlə hazırkı alınmış rəydəki qiymət arasında (4500000 /10023455) kəskin (beş milyon manatdan çox) fərq vardır.
34. Ona görə də apellyasiya baxışı zamanı təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il # ###### tarixli *-**-**/*-**/****-**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri 1.667.000 manat, hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən 1.852.000 manatdır.
35. Ekspertiza tədqiqatı Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparıldığından, məhkəmə kollegiyası həmin ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirmişdir.
36. Bununla belə, “ipoteka və girov qoyulmuş əmlakların dəyərinin daha yüksək məbləğdə olması” barədə apellyatorun dəlilinin tam və hərtərəfli araşdırılması məqsədilə yenidən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxx” MMC tərəfindən verilmiş 2025-ci il ## #### tarixli UNI/İ-**-***-**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bərdə rayonu Mehdili kəndindəki 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17.505,2 kv.m olan əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə 2025-ci il ## #### tarixə likvid dəyəri 1.534.000 manat, bazar dəyəri isə təqribən 2.361.000 manatdır; Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksi kimi müəssisənin tərkibində olan mal ferması avadanlıqlarının likvid dəyəri 908.190 manat müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası sonuncu alınan ekspert rəyini də mötəbər sübut olaraq qiymətləndirərək qeyd etmişdir ki, tədqiqat zamanı əmlakın bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Bundan başqa, əmlaka vizual baxış keçirilməklə əmlakın bazar dəyərinə müsbət və mənfi təsir göstərən amillər nəzərə alınaraq onun dəyəri (bazar və likvid) müəyyən edilmişdir.
38. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarət olmuşdur ki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində ipoteka (girov) predmetinin dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən yüksək olduğunu bildirsə də, lakin iş üzrə alınmış və mötəbər sübut kimi qiymətləndirilmiş ekspert rəyi ilə əmlakların ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən aşağı məbləğdə olduğu müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası dispozitivlik prinsipinə əsaslanaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı Məhkəmə Ekspertizası Mərkəzi və “xxxx” MMC-dən alınmış əmtəəşünaslıq ekspertizası rəyi mötəbər sübut olaraq qəbul edilsə də, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə ipoteka (girov) predmetinin dəyərinin məhkəmə tərəfindən müəyyən edilmiş qiymətdən yüksək məbləğdə olubolmamasının araşdırılması təşkil etdiyindən, bu halda apellyasiya baxışının predmeti olmayan məsələ üzrə araşdırma aparılması istisna təşkil etdiyindən ipoteka və girov predmetinin ilkin satış qiyməti həmin rəylərə əsasən dəyişdirilə bilməz.
40. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 295, 317.1, 319.1, 385.1, 425.1, 442, 448.1, 449.1, 462.1, 463.1, 465.2, 467, 739.1 və 742.1-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2.2, 39.3.3, 59.3, 59.4-cü və MPM-in 14.1, 77.1, 88, 97.1, 101.7, 102.1, 102.2, 103.1, 119.1, 124.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 41.
42. Cavabdeh R.Vəliyev tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a)Kassasiya şikayətinin dəlilləri 43.
44. Bundan başqa, ipoteka və girov predmetlərinin ilkin satış qiyməti ilə razı deyil. Belə ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsindən alınmış daşınmaz əmlakın qiymətləndirilməsinə dair 2023-cü il ## ##### tarixli rəydə Bərdə rayonu Mehdili kəndindəki 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin 2022-ci il ## ###### tarixə bazar dəyəri 11792300 manat, likvid dəyəri 10.023.455 manat göstərilmişdir. Ancaq işə baxan məhkəmə bunu mötəbər sübut kimi nəzərə almamış və xxxx tərəfin 11 il bundan əvvəl ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılaşdığı likvid dəyəri əsas götürmüşdür. 2014-cü illə müqayisədə tikililərin qiyməti hazırda kəskin şəkildə bahalaşmışdır, onda ipoteka predmetlərinin dəyəri də xeyli miqdarda artımışdır.
45. Ipoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. Ipoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipotekasaxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. 46.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. xxxx tərəfindən təqdim edilmiş kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, əsas və faiz borcunun nə qədər təşkil etməsinin hərtərəfli və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2021-ci il ## ######## tarixli */**** nömrəli ekspert rəyi verilmişdir. xxxxnın təqdim etdiyi maliyyə arayışında göstərilən və tələb olunan məbləğlərlə ekspert rəyi ilə bütün 9 müqavilə üzrə məbləğlərin eynilik təşkil etməsi əslində iddianın nə qədər əsaslı və qanuni olmasından xəbər verir. Kredit müqavilələri üzrə müqavilə müddətlərinin bitdiyi tarixdən sonra əlavə faizlər hesablanmamışdır. Belə ki, apellyasiya baxışı zamanı xxxx bank tərəfindən məhkəməyə 2025-ci il ## ######## tarixli maliyyə arayışı təqdim edilmiş və həmin arayışda kredit mqavilələri üzrə faiz borc məbləğləri ayrı-ayrılıqda dəqiqliklə göstərilmişdir. Kredit müqaviləsi üzrə faiz borcunun müqavilə müddəti bitənədək hesablanmış olduğu müəyyən edilmişdir və ekspert rəyi ilə də bu fakt öz təsdiqini tapmışdır. Bu səbəbdən də istər müqavilə müddətlərinin bitdiyi tarixə, istər müştəriyə xəbərdarlığın göndərildiyi 2020-ci il ## ###### tarixə, istərsə də ekspert rəyi verilən 2021ci il # ##### tarixə olan kredit borcu məbləğləri eynilik təşkil etmişdir. Göründüyü kimi borc məbləğinin müəyyən edilməsi üçün hərtərəfli araşdırılma aparılmış, əsas və faiz borcları müqavilə şərtlərinə, ödəniş qrafikinə və bank hesabından çıxarışa uyğun olaraq düzgün qaydada hesablanmışdır.
48. Cavabdeh isə borcun məbləğinin düzgün müəyyən edilməməsini hər hansı sübutla və ya konkret faktlarla əsaslandıra bilməmiş, belə olan halda əlavə mühasibatlıq ekspertizasının təyin olunması da istisna edilir. Odur ki, kassasiya şikayətində qeyd olunan bu dəlillər mülahizə xarakterli olmaqla iş ürzə sübutlar və məhkəməyə təqdim olunan ekspert rəyi ilə təkzib edilir. Cərimə məbləğləri isə məhkəmə tərəfindən kifayət qədər azaldılmışdır. Cərimə borcunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Cavabdeh kredit müqaviləsini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimədən xəbərdar olmuş və buna razılıq vermişdir və məhkəmədə bu cərimə faizlərini xeyli azaltmışdır.
49. Kassasiya şikayətinin digər dəlillərində ipoteka predmeti olan əmlaklarla bağlı qiymətləndirici və ekspert rəyləri ilə razılaşmadıqları, rəylərin ziddiyətli olması, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsindən alınmış daşınmaz əmlakın qiymətləndirilməsinə dair 2023-cü il ## ##### tarixli rəyinin nəzərə alınmaması, ipoteka predmetinin orta bazar qiymətindən qat-qat aşağı qiymətləndirildiyi göstərilir. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il # ###### tarixli *-**-**/*-**/****-**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri 1667000 manat, hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən 1852000 manat olduğu müəyyən edilmişdir. Bununla belə apellyasiya instansiyası məhkəməsi apellyatorun dəlillərinin daha obyektiv araşdırılması üçün yenidən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxx” MMC tərəfindən verilmiş 2025-ci il ## #### tarixli UNI/İ-**-***-**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bərdə rayonu Mehdili kəndindəki 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.m olan əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə ## #### 2025-ci il tarixə likvid dəyəri 1534000 manat, bazar dəyəri isə təqribən 2361000 manatdır; Bərdə rayonu Mehdili kəndində 3.5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 17505,2 kv.metr olan əmlak kompleksi kimi müəssisənin tərkibində olan mal ferması avadanlıqlarının likvid dəyəri 908190 manat müəyyən edilmişdir. Hər iki rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmişdir. Belə ki, tədqiqat zamanı əmlakın bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Bundan başqa, əmlaka vizual baxış keçirilməklə əmlakın bazar dəyərinə müsbət və mənfi təsir göstərən amillər nəzərə alınaraq onun dəyəri (bazar və likvid) müəyyən edilmişdir. Ekspertiza tədqiqatı Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Göründüyü kimi hər iki rəydə əmlakların ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən də aşağı məbləğdə olduğu müəyyən edilmişdir.
50. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsindən alınmış daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyi isə mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, rəydə qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji əmlak komplekslərinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendinin nəzərə alındığı göstərilsə də, lakin hansı analoji əmlak komplekslərinin bazar dəyərinin bu qiymətdə olmasını təsdiq edən sənədlər (məsələn elanlar, əmlak alqısatqı səhifələrindəki paylaşımlar və s.) rəyə əlavə edilməmişdir. Rəydə əmlakın qiymətləndirilməsi ilə əlaqədar yerli baxış keçirildiyi qeyd edilmiş olsa da, lakin bu barədə sübutlar (əmlakın yerində müayinəsini əks etdirən foto şəkil, video yazı və s.) rəyə əlavə edilməmişdir. Bu baxımdan ipoteka və girov predmetinin ilkin (likvid) satış qiyməti ilə bağlı hissədə qətnamənin dəyişdirilməsinə əsaslar müəyyən edilməmişdir.
Kassasiya baxışının hədləri
51. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. ...” “Maddə 276. Girov predmeti 276.1. Ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. ...”
“Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.”
“Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. ...”
“Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.”
“Maddə 298. Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi ... 298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.”
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...” “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...” “Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...” “Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. ...” “Maddə 741. Borc üzrə faizlər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
54. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Əsas anlayışlar ... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.”
“Maddə 39. Ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; ...”
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 101. Ekspert rəyi ... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. ...”
“Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. ...”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və cavabdehin borcun məbləğinin müəyyən edilməsi üçün təkrar ekspertizanın keçirilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi). Həmçinin ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsi).
58. Hazırki halda, kredit müqavilələri üzrə əsas, faiz və cərimə borclarının məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il ## ######## tarixli ekspert rəyi ilə müəyyən edilmiş, apellyasiya instansiyası həmin rəyi digər sübutlarla birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul etmişdir. Həmin rəyin apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilməsini istisna edən sübutlar işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, təkrar ekspertizanın keçirilməsinə zərurət olmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin rəy qiymətləndirilərkən MPM-nin 88 və 103-cü maddələrinin tələblərinə əməl edilmişdir.
59. Cavabdehin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı məhz kassatorun bu dəlillərinin yoxlanılması məqsədilə bir neçə qiymətləndirmə və ekspertiza rəyi əldə edilmişdir. Həmin rəylərdə ipoteka predmetinin likvid dəyəri birinci instansiya məhkəməsinin müəyyən etdiyi qiymətdən daha yüksək deyil, əksinə daha aşağı məbləğlərdə müəyyən edilmişdir. Cavabdeh ipoteka predmetinin dəyərinin daha artıq olduğunu bildirsə də, bununla bağlı heç bir sübutu təqdim etməmiş və MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
60. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır.
61. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).
62. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə gəlinən nəticə MPMin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
63. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-*/**** nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.