Məhkəmə qərarları › İş №2-2(1-8)-93/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-93/2026

24.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-93/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Polatyol Yapı Sanayi Ticaret A.Ş.” Azərbaycan Respublikası filialında sürücü işləmiş və şirkətə məxsus “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2022-ci il ## #### tarixdə saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazindən keçən 450-ci kilometrliyində “X2” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcına dönmək (daxil olma) istisna olmaqla sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyəti tutmalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək idarə etdiyi “Volvo FM 2MRC3C” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax rayonu istiqamətində hərəkət etdirərkən geriyə qayıtmaq məqsədi ilə sola doğru manevr edən zaman arxasınca eyni istiqamətində ona nisbətdə sol tərəfə hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “Mersedens-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşısına çıxmaqla toqquşması nəticəsində avtobusda olan 3 nəfər ölmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı 2022-ci il # ###### tarixli hökmü ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində İddiaçı məxsus “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa maddi ziyan vurulmuşdur.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh “X1 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 25.590 manat və dövlət rüsumu üçün ödədiyi 165 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, cavabdehin təqsiri ekspert rəyi, qanuni qüvvəyə minmiş qərarla və digər iş materialları ilə sübuta yetirilmişdir. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Baş vermiş yol-qəza hadisəsi ilə bağlı cavabdeh tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Baş vermiş hadisə ilə bağlı yüksək təhlükə mənbəyinin mülkiyyətçisi olan cavabdeh məsuliyyət daşıyır. Qeyd edilən cinayət hadisəsi nəticəsində ona məxsus “Mersedens-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 30590 manat maddi ziyan dəymişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ittiham aktında (9-cu səhifəsində) göstərilir ki, “cinayət işinə əlavə edilmiş zərər aktında “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa 30590 manat zərər dəydiyi göstərilmişdir”. Habelə, iddia ərizəsinə əlavə edilımiş ziyan aktından görünür ki, ona məxsus “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa 30590 manat zərər dəymişdir. Bildirməlidir ki, sığorta şirkəti tərəfindən 5000 manat sığorta haqqı ödənildiyi üçün həmin məbləğ ümumi ziyandan çıxılmalı və 25590 manat cavabdehdən alınaraq ona ödənilməlidir.

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona məxsus “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 41.272 manat, vurulmuş mənəvi ziyana görə 10.000 manat, cəmi 51.272 manat və dövlət rüsmuna görə ödədiyi 195 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddia tələbi qərəzlidir. Hazırda şirkətin həmin məbləği ödəmək imkanı yoxdur. Odur ki, iddia tələbi rədd edilməlidir.

6. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 26.200 manat maddi ziyan, 1.000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 27.200 manat məbləğində pulun və 171,60 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – R.Qələndərzadə).

7. Məhkəmə qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – “Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs”) təqsirli bilinmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehin işçisi olmuşdur. Məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqsirli və hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh olduğundan iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə əlaqədar olaraq cavabdehə qarşı iddia qaldırmaqda haqlı olmuşdur.

8. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, həqiqətən cavabdeh hüquqi şəxsin işçisinin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymiş və iddiaçının da hüquqi şəxsin işçisinin törətdiyi hərəkətə görə hüquqi şəxsin özünə qarşı dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini irəli sürmək hüququ yaranmışdır.

9. Hazırki iş üzrə cavabdehin işçisinin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi öz təsdiqini tapdığından iddiaçı ziyanı tələb etməkdə haqlıdır.

10. Gəncə Kommersiya Məhkəməsinin qərardadı ilə təyin edilmiş “xxxx” MMC-nin 2024-cü il ## ###### tarixli UNI/A **-***/**** nömrəli rəyinə görə, cavabdehə məxsus olan “Volvo FM 2MRC3C” markalı, 99-JZ 335 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşma nəticəsində “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın dəyəri 46.272 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq

11. ekspertizasının 2025-ci il ## #### tarixli */**** saylı rəyinə görə, “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın dəyəri 31.200 manat təşkil etmişdir.

12. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2025-ci il ## #### tarixli */**** saylı rəyini mötəbər sübut kimi qəbul edərək, həmçinin iddiaçıya 5000 manat sığorta ödənişi alındığını nəzərə alaraq, dəymiş ziyanla bağlı 26200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

13. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi barədə tələbini haqlı hesab edərək qeyd etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunanlara görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı xəsarət almış, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, şəxsə vurulmuş mənəvi zərərin dəyəri dəqiq qiymətləndirilə bilinmədiyindən, onun 1.000 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (budan sonra – “MM”) 21.1, 21.2, 21.3, 1096.1, 1096.2 1097.1, 1097.3, 1099.1 və 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 115.0.1, 116.2, 117.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 25.590 manat pul və ödənilmiş 166,77 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – G.Cavadova və R.Məcidov).

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbində 41.272 manat məbləğində dəymiş maddi ziyanın əvəzini tələb etsə də iş materiallarında olan ziyan aktına görə, ona məxsus “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa 30.590 manat zərər dəymişdir. Həmin məbləğdən 5.000 manat sığorta ödənişi aldığından, iddiaçının qalan məbləği almaq hüququ vardır. Birinci instansiya məhkəməsi isə hadisənin 2022-ci ildə baş verməsi və iş materialında həmin dövrə aid zərər aktının olmasını nəzərə almadan iş üzrə məhkəmə ekspertizası keçirərək iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Odur ki, maddi ziyanın əvəzi kimi 25.590 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Məhkəmə kollegiyası iddianın dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbinə münasibətdə qeyd etmişdir ki, istər iddia ərizəsindən, istərsə də apellyasiya şikayətinin dəlillərindən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin təqsirindən baş verməsi təsdiqini tapmamışdır. Belə ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

20. Məhkəmə cavabdehin birinci instansiya məhkəməsi tərəfindən F.Həsənovun qəzanı törədərkən xidməti vəzifəsinin icrası ilə məşğul olub-olmadığına münasibət bildirməməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündən də göründüyü kimi, yol-nəqliyyat hadisəsi baş verərkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehin işçisi olmaqla yol-nəqliyyat hadisəsi sürücü tərəfindən əmək vəzifələri icra edilərkən, yəni iş üzrə cavabdehə məxsus olan “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıması həyata keçirilərkən baş vermişdir.

21. Məhkəmə cavabdehin qəza işin görüldüyü sahədən kənarda, işin predmeti ilə heç bir bağlılığı olmayan şəraitdə, istənilən digər yol hərəkəti iştirakçısı kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ehtiyatsızlığı nəticəsində baş vermiş və işlə qəza arasında heç bir funksional bağlılıq, səbəbli-nəticə görülməməkdədir dəlilini əsassız hesab edərək bildirmişdir ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verərkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əmək funksiyasını yerinə yetirməməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdəki hökmə görə, cavabdeh sürücü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində müsbət xasiyyətnamə verməklə onu yaxşı işçi kimi xarakterizə etmişdir. Iddiaçının əmlakına isə ziyan sürücü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqsirli hərəkətinin nəticəsi olaraq baş vermişdir.

22. Məhkəmə apellyasiya şikayətinin tələbin düzgün olmayaraq hüquqi şəxsə yönəldilməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, hazırkı halda tələbin hüquqi şəxsə yönəldilməsinin hüquqi əsası qanunvericiliyin tələblərindən irəli gəlir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1108.1 və 1108.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 23.1-ci maddəsi üzrə - tətbiq edilən hüquq normasının məhkəmə mübahisəsinin predmeti ilə bağlılığı yoxdur. Bundan başqa bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.

26. MM-in 1099.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi bu tələbi işə tətbiq edərək pozuntunun hüquqi və fiziki şəxsin öz kontragentlərinə (onun nümayəndələrinə, 3-cü şəxslərə və s.) münasibətdə, işin və ya xidmətin birbaşa icrası ilə bağlı olan hallara şamil edildiyini nəzərə almamışdır. Qəza işin görüldüyü sahədən kənarda, işin predmeti ilə heç bir bağlılığı olmayan şəraitdə, istənilən digər yol hərəkəti iştirakçısı kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ehtiyatsızlığı nəticəsində baş vermişdir. Işlə qəza arasında heç bir funksional bağlılıq, səbəbli-nəticə görülməməkdədir.

27. MM-in 1091.1-ci və 1091.2-ci maddəsi üzrə - apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin yol vermiş olduğu pozuntunu təkrarlamış, hələ birinci insansiya məhkəməsinin mövqeyinə haqq qazandıraraq tələbin hüquqi şəxsə yönləndirilməsinin MM-in 1099.1 və 1108.1-ci maddələrinin tələblərindən irəli gəldiyini qeyd etmişdir. Iddiaçının ona zərər vuran şəxsə qarşı məhkəmədə heç bir tələbinin olmamasını bəyan etməsinin, eyni zamanda, qəzada təqsiri olmayan hüquqi şəxsdən kompensasiya tələb etməsinin sui-istifadə olduğuna qiymət verməmişdir. Iddiaçının tələbini təqsirli bilinən şəxsə deyil, cavabdehə ünvanlaması ədalətli deyil. Iddiaçı sürücünün ödəmə qabiliyyəti olmadığını düşünərək məqsədli şəkildə tələbini hüquqi şəxsə yönəltmişdir. Məhkəmə bu halı görməzdən gəlmişdir. Mübahisələndirilən məhkəmə qətnaməsi iddiaçının əsassız varlanmasına xidmət edən hüquqi sənəd kimi qiymətləndirilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il ## ##### tarixli Qərarına əsasən “Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən MM-in 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda MM-in 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.” Cavabdeh qismində F.Həsənovun cəlb edilməməsi Plenumun istinad olunan mövqeyinə zidd olmuşdur.

28. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsi və MMin 16.1-ci maddəsi üzrə - iddiaçı qanunvericlikdə olan boşluqdan sui-istifadə edərək mövcud vəziyyəti fürsətə çevirməyə çalışmışdır. Hüquqi şəxsi cavabdeh qismində bu işə cəlb edib zərəri kompensasiya etməyini istəmək haqlı tələb sayıla bilməz. Məhkəmə isə iddiaçının əsassız tələbini təmin etməklə, nəinki ədaləti bərqərar etməmiş, cavabdehin ikitərəfli maddi ziyana məruz qalmağına səbəb olan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, nəqliyyat hadisəsi nəticəsində sürücünün törətdiyi cinayət əməli üzrə aparılan məhkəmə icraatında müəssisə mülki iddiaçı qismində tanınmış və sürücünün idarə etməkdə olduğu nəqliyyat vasitəsinə qəza nəticəsində 8820 manat həcmində maddi zərər dəydiyi müəyyənləşmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

30. Kasassiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız iddianın qismən təmin edilməsi hissəsində və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.”

“Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.”

“Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.”

“Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

35. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

36. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətində təkrar irəli sürdüyü dəlillərə hüquqi qiymət vermiş, xüsusilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdehin işçisi kimi əmək funksiyasını yerinə yetirməsi, ziyanın yüksək təhlükə mənbəyi hesab olunan nəqliyyat vasitəsinin istismarı zamanı vurulması, eləcə də tələbin hüquqi şəxsə yönəldilməsinin MM-in 1099.1 və 1108.1-ci maddələrinin dispozisiyasına uyğun olması barədə əsaslandırılmış nəticəyə gəlmişdir.

38. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normalarının təfsiri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur. Həmin hüquqi mövqeyə əsasən əmək vəzifələrinin icrası ilə əlaqədar nəqliyyat vasitəsini idarə edən işçinin vurduğu zərərə görə işəgötürən mülki hüquq məsuliyyəti daşıyır və zərərçəkənin birbaşa işəgötürənə qarşı tələb irəli sürməsi qanunvericiliyə zidd hesab edilə bilməz.

39. Kassasiya şikayətində irəli sürülən, iddiaçının tələbi birbaşa sürücüyə deyil hüquqi şəxsə yönəltməsinin sui-istifadə olması barədə dəlil də əsaslı sayıla bilməz. Belə ki, MM-in 1097.1, 1099.1 və 1108.1-ci maddələri zərərin əvəzinin qanunla zərəri birbaşa vurmayan şəxsin üzərinə qoyulmasını istisna etmir, əksinə belə məsuliyyəti (obyektiv surətdə hüquqa zidd əməl üçün) birbaşa nəzərdə tutur. Işəgötürənin sonradan reqres hüququndan istifadə etmək imkanı isə zərərçəkənin seçim hüququnu məhdudlaşdırmır.

40. Kassasiya şikayətində göstərilən mənəvi zərərlə bağlı dəlillərə dair qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın həmin hissəsi təmin edilməmişdir. Ona görə də, həmin dəlillər hazırkı kassasiya baxışının predmetini təşkil etmir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar