Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-95/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit müqaviləsinin mühüm şərtləri, kredit borcunun tutulması, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ASC ilə cavabdeh cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli, RB/SHF-**** saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitinin artımı məqsədilə 300000 manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (* saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür; -2.2-ci bəndinə əsasən, kredit 36 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 300000 manatdan çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. -2.14.2-ci yarımbəndinə əsasən, müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) cərimə tətbiq olunur.
2. 2023-cü il # ###### tarixli RB/SHF-**** nömrəli zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən, zamin cavabdeh2 ilə kreditor arasında bağlanmış 2023-cü il # ###### tarixli, RB/SHF-**** saylı Kredit müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
3. İddiaçı ASC ilə cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli RB/SHF-**** saylı ipoteka müqaviləsinə əsasən Şirvan şəhəri, X1 küçəsi, 12, Yeni qaydalarla: AZ1800, ünvan 3 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binası eyni tərəflər arasında bağlanmış 2023-cü il # ###### tarixli, RB/SHF-**** nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
4. İddiaçı ASC ilə cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli RB/SHF-****A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Şirvan şəhəri, Mübariz Ibrahimov küçəsi, ev 42, Yeni qaydalarla:AZ1803, ünvan 2 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi eyni tərəflər arasında bağlanmış 2023-cü il # ###### tarixli, RB/SHF-**** nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
5. İddiaçı ASC ilə cavabdeh4 arasında bağlanmış 2023-cü il # ###### tarixli RB/SHF-****B saylı sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evi eyni tərəflər arasında bağlanmış 2023-cü il # ###### tarixli, RB/SHF-**** nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
6. 2024-cü il ## ####### tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, cavabdeh4 2023-cü il # ###### tarixli, RB/SHF-**** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 225.636,1 manat, faiz borcu 10.047,57 manat, cərimə borcu 2.130,96 manat olmaqla, cəmi borc məbləği 237.814,63 manat təşkil edir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
7. Iddiaçı İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 (bundan sonra-birlikdə “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq “cavabdeh4”, “cavabdeh2”, “cavabdeh1”, “cavabdeh3”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4 və cavabdeh2 2023-cü il # ###### tarixli, RB/SHF-**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 225 636,1 manat, faiz borcuna görə 10 047,57 manat, cərimə borcuna görə 2130,96 manat olmaqla cəmi 237 814,63 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin ** saylı Şirvan Ərazi Idarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 321 manat rüsumun və 528 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun iddiaçının xeyrinə tutulması; tələbin cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, X1 küçəsi, 12, Yeni qaydalarla:AZ1800, ünvan 3 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binasına, cavabdeh1mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinə və cavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, Mübariz Ibrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZ1803, Şirvan şəhəri, M.Ibrahimov küçəsi,ev 187 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh cavabdeh4 kredit müqaviləsi üzrə cəmi 237814,63 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 849 manat məbləğində pulun iddiaçıya ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər cavabdeh4 və cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinadla əsaslandırılmışdır.
9. Iddiaçı 2025-ci il # #### tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4 və cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə əsas borca görə 106 776,61 manat, faiz borcu 26 316,68 manat, dəbbə borcu 10 752,63 manat, cəmi 143 845,92 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin ** saylı Şirvan Ərazi Idarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 321 manat rüsumun və 528 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun iddiaçının xeyrinə tutulması; tələbin cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinə və cavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan Şirvan şəhəri, Mübariz Ibrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZI803, ünvan 2 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh cavabdeh4 kredit müqaviləsi üzrə cəmi 143 845,92 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 849 manat məbləğində pulun iddiaçıya ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər cavabdeh4 və cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı zamanı cavabdehin müraciəti ilə ipoteka predmetlərindən biri (Şirvan şəhəri, X1 küçəsi, 12, Yeni qaydalarla: AZ 1800, ünvan 3 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binası) girovda qalmaqla satılmış və əldə olunan vəsait kredit üzrə əsas borcdan ödənişə (118 859,49 AZN) yönəldildikdən sonra (## ###### 2025-ci il) sözügedən ipoteka predmeti girovdan azad edilmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 106.776,61 manat, faiz borcu 26.316,68 manat, dəbbə borcu 10.752,63 manat, cəmi 143.845,92 manat təşkil edir. X2 MMC tərəfindən qiymətləndirmə xərcinin ödənilməsi üçün göndərilmiş 2025-ci il # ###### tarixli hesab faktura əsasında İddiaçı ASC tərəfindən xxxx MMC-nin hesabına 1500 manat məbləğində pul ödənilmişdir.
11. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli, e-*-*(***)- ****/**** nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */*** saylı, 2025-ci il ## ##### tarixli rəyində kredit müqaviləsinə əsasən cavabdeh4 2024cü il # ####### tarixinə əsas borc üzrə 234620,35 manat, faiz borcu üzrə 3421,55 manat, 2024-cü il ## #### tarixə əsas borc üzrə 48989,93 manat, faiz borcu üzrə 1545,90 manat borcunun olması qeyd olunmuşdur.
12. “xxxx” MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair 2024-cü il ## ###### tarixli qiymətləndirmə hesabatına əsasən, Şirvan şəhəri, X1 küçəsi, 12, Yeni qaydalarla: AZ1800, ünvan 3 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binasının ## ###### 2024- cü il tarixinə bazar dəyərinin 225810 manat, likvid dəyərinin 191939 manat; Şirvan şəhəri, Mübariz Ibrahimov küçəsi, ev 42, Yeni qaydalarla:AZ1803, ünvan 2 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 2024-cü il ## ###### tarixinə bazar dəyərinin 96.210 manat, likvid dəyərinin 86.589 manat; ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinin 2024-cü il ## ###### tarixinə bazar dəyərinin 91.140 manat, likvid dəyərinin 82ö000 manat məbləğində olması müəyyən olunmuşdur.
13. Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 iddia tələbi üzrə əsas və faiz borcunu qəbul etdiklərini, cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişlər.
14. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il avqust tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş: -cavabdehlər cavabdeh4 və cavabdeh2 müştərək qaydada 2023-cü il # ###### tarixli, RB/SHF-**** nömrəli kredit müqaviləsi üzrə 75436,1 manat əsas borc, 3421,55 manat faiz borcu, 100 manat cərimə borcu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 321 manat və ödənilmiş 327,84 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 79606,49 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi -iddianın qalan hissədə təmin edilməməsi; iddiaçı tərəfindən artıq ödənilmiş 200,16 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması; -tələbin ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinə, Şirvan şəhəri, Mübariz Ibrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZ1803, ünvan 2 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi; -ünvan 1 ünvanında istifadədə olan 0,0448 ha torpaq sahəsindən, 151,9 kv.m ümumi sahədən ibarət bağ evinin ilkin satış qiyməti 82000 manat, Şirvan şəhəri, Mübariz Ibrahimov küçəsi, ev 42, Yeni qaydalarla: AZ1803, ünvan 2 ünvanında istifadədə olan 0,06 ha torpaq sahəsindən, 213,80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 86589 manat məbləğində müəyyən edilməsi, həmin əmlaklar açıq hərracdan satılması; və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər cavabdeh4 və cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim Z.Abbasov).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh cavabdeh4 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının cavabdeh cavabdeh4 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. cavabdeh4 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır.
16. Məhkəmə belə qənaətə gəlmişdir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 məhkəmə iclasında verdikləri izahatlarında iddia tələbi üzrə əsas və faiz borcunu qəbul etdiklərini, cərimə borcunun azaldılmasını xahiş etmişlər, belə olan halda tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi tam sübut olunmuşdur.
17. Məhkəmə, iddia tələbinin cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda cərimə ödəmək öhdəliyini cavabdeh cavabdeh4 öz üzərinə götürmüşdür. Işin halları ilə cavabdeh cavabdeh4 tərəfindən kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.
18. Məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq cavabdehlərdən tutulacaq cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini işin hallarına mütənasib və ədalətli hesab etmişdir.
19. Iddia tələbini ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilmə hissəsində təmin edən məhkəmə göstərmişdir ki, iddiaçı ilə cavabdeh4 arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmış və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. Ipoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır.
20. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir.
21. Məhkəmənin qənaətinə görə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş qiymətləndirmə hesabatında göstərilən məbləğləri ağlabatanlıq meyarlarına əsasən qiymətləndirilərək ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müvafiq olaraq 82000 manat və 86589 manat olaraq müəyyən edilməsi məqsədəuyğun və ədalətli hesab edilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269.7, 307.6, 307.7, 309.1, 317.1, 317.2, 319.4, 385.1, 425.1, 427.3, 442, 445.1, 445.7, 445.2.1, 448.1, 449.1, 462.1, 465.2, 467, 739.1 və 739.2-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39.3.3 və 41.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı, 2020-ci il ## #### tarixli Qərardadına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin təmin edilən cavabdehlər cavabdeh4 və cavabdeh2 müştərək qaydada tutulan 75.436,1 manat əsas borc, 3.421,55 manat faiz borcu hissəsində dəyişdirilərək, 106.776,61 manat əsas borcun, 26.316,68 manat faiz borcunun tutularaq iddiaçıya ödənilməsi və qətnamənin təmin edilməyən hissəsində qismən ləğv edilməsi, iddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına ödənilmiş 1500 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim C.Imanov, hakimlər Q.Əliyev və T.Kərimov).
25. Məhkəmə apellyasiyanın hədləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı qətnaməni əsas borc, faiz borcu və məhkəmə xərci hissəsində mübahisələndirmişdir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər saldıqda həqiqətən də əsas borcun 106 776,61 manat deyil, 75 436,1 manat, faiz borcunun isə 26 316,68 manat deyil, 3421,55 manat müəyyən edilməsinin əsaslandırılması görünmür. Lakin apellyasiya baxışında işin təhlili zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi əsas borcun 75 436,1 manat, faiz borcunun isə 3421,55 manat müəyyən etməkdə doğru qənaətə gəlmişdir.
27. Belə ki, işdən görünür ki, iddiaçı 2025-ci il # #### tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslanıdırılmışdır ki, məhkəmə gedişatı zamanı cavabdehin müraciəti ilə ipoteka predmetlərindən biri (Şirvan şəhəri, X1 küçəsi, 12, Yeni qaydalarla: AZ 1800, ünvan 3 ünvanında 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 250.9 kv.m ümumi hissədən ibarət qeyri-yaşayış binası) girovda qalmaqla satılmış və əldə olunan vəsait kredit üzrə əsas borcdan ödənişə (118 859,49 AZN) yönəldildikdən sonra (## ###### 2025) sözügedən ipoteka predmeti girovdan azad edilmişdir. Buna görə də cavabdehin kredit müqaviləsi üzrə əsas borcunun 106 776,61 manat, faiz borcu 26 316,68 manat, dəbbə borcu 10 752,63 manat, cəmi 143 845,92 manat təşkil etməsini qeyd etmişdir.
28. Birinci instansiya məhkəməsinin iclasları zamanı cavabdeh cavabdeh4 isə ipoteka predmetlərindən biri olan qeyri-yaşayış binasını sataraq iddiaçı Banka 15000.0 manat ödəniş etdiklərini bildirmişdir. Apellyasiya baxışı zamanı da cavabdeh cavabdeh4 ipoteka predmetlərindən biri olan qeyri-yaşayış binasını sataraq banka cəmi 150 200 manat ödəniş etdiyini göstərmişdir. Göründüyü kimi iddiaçı ipoteka predmetlərindən biri olan qeyri-yaşayış binasını sataraq cavabdeh tərəfindən banka 118 859,49 manat, cavabdeh isə öz növbəsində Banka 150 200 manat ödəniş etdiyini bildirir.
29. Iddia tələbindən görünür ki, iddiaçı əsas borca görə cavabdehlərdən 225 636.1 manat pul tələb etmişdir.
30. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəmə prosesi zamanı 150200 manat da ödəniş edildiyindən tələb edilən 225 636.1 manat əsas borcdan 150200 manatı çıxdıqda (225 636.1-150 200 =75 436.1) 75 436.1 manat qalır ki, birinci instansiya məhkəməsi də məhz bu məbləğin tutulmasını qət etmişdir. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən ona ipoteka predmetlərindən biri olan qeyri-yaşayış binasını sataraq 118 859,49 manat ödənilməsini qeyd etsə də, 2025-ci il # #### tarixli “Hesabdan Çıxarış”la müəyyən olunur ki, cavabdeh tərəfindən 2025-ci il # #### tarixində Banka 150 200 manat ödəniş edilmişdir. Belə olduğu halda məhkəmə əsas borcu 75 436.1 manat məbləğində qət etməkdə haqlı olmuşdur.
31. Faiz borcunun 26 316,68 manat deyil, 3421,55 manat müəyyən edilməsi ilə bağlı iddiaçının şikayətinin dəlilinə münasibətdə qeyd edilmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */*** saylı, 2025-ci il ## ##### tarixli rəyində 2024cü il # ####### tarixə (xəbərdarlıq məktubu tarixinə) əsas borc üzrə 234.620,35 manat, faiz borcu üzrə isə 3.421,55 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi də məhz məhkəmə-mühasibatlıq ekspertizasının bəhs edilən rəyinə əsaslanaraq faiz borcunu 3.421,55 manat müəyyən etmişdir.
32. Şikayətin üçüncü dəlili olan “xxxx” MMC-nin hesabına ödənilmiş 1500 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kollegiya qeyd edir ki, iddiaçı iddia 1.500 manat məhkəmə xərcinin onun tərəfindən ödənilməsini iddia etsə də, “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanan 2025-ci il ## ###### tarixli məktubda (i/ səh-120-121) “xxxx” MMC-nin qiymətləndirmə xərclərinin iddiaçı və cavabdeh tərəfindən tam şəkildə ödənildiyi göstərilmişdir. Bu da onu deməyə əsas verir ki, qiymətləndirmə xərci tək iddiaçı tərəfindən ödənilməmişdir. Buna görə də, birinci instansiyası məhkəməsi həmin məhkəmə xərclərinə hər hansı münasibət bildirməmişdir.
33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.
34. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsi və həmin hissədə işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35.
36. MPM-in 14.1, 88-ci maddələri üzrə-işə baxan apellyasiya instansiyası məhkəməsi işi tam araşdırmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli tədqiqi və tam araşdırılma prinsiplərinə əməl edilməmişdir. Belə ki, pul vəsaitinin cavabdehin mülkiyyətində olub-olmamasını araşdırmamışdır. Əgər bankın təqdim etdiyi sənədləri kifayət qədər mötəbər sübut kimi qəbul etmirdirsə, ekspertiza təyin etməli idi. Məhkəmə araşdırmalı cavabdeh tərəfindən ödənilən pul vəsaitinin necə və hansı öhdəliklərin ödənilməsinə yönəldildiyini araşdırmalı idi. Lakin, məhkəmə bu xüsusatı araşdırmamış nəticədə qanunsuz qərar qəbul edilmişdir ki, bu da bankın hüquqlarını və qanunla qorunan mənafelərini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdırılmasına səbəb olmuşdur.
37. Məhkəmənin qanunsuz qətnamə çıxarılması nəticəsində cavabdehin banka 2025-ci il ## ###### tarixə 2023-cü il # ###### tarixli RB/SHF-**** saylı kredit müqaviləsi üzrə 106.526,61 manat əsas, 30.269,17 manat faiz və 13236,93 manat isə dəbbə borcu, ümumilikdə sistem üzrə 150.032 manat 71 qəpik borcu mövcuddur. Məhkəmə qətnaməsinə görə bankın xeyrinə cavabdehlərdən 75.436,1 manat əsas borc, 3.421,55 manat faiz borcu, 100 manat cərimə borcu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 321 manat və ödənilmiş 327,84 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 79606,49 manat məbləğində pul tutulması qət edilmişdir, iddia qalan hissədə təmin edilməməmişdir. Yalnız əsas borc üzrə 31090 manat 51 qəpik fərq yaranmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...” “Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...” “Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. ...” “Maddə 741. Borc üzrə faizlər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” «Maddə 106. Işdə iştirak edən şəxslərin izahatları ….. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.»
«Maddə 191. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi
191.1. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır».
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Baxılan iş üzrə iddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönədilməsini xahiş etmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönədilməsi tələbi üzrə məhkəmə aktı mübahisələndirilməmiş, iddiaçı apellyasiya şikayətində müqavilə üzrə tutulan borcun miqdarı hissəsində mübahisələndirmişdir.
45. Qeyd olunan tələb üzrə iddiaçı iddia edir ki, məhkəmə icraatı gedişində ipoteka ilə yüklü edilmiş əmlaklardan birinin satışından daxil olmuş vəsaitin 118.859,49 manatı əsas borcun ödənişinə yönəldildikdən sonra, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 106.776,61 manat, faiz borcu 26.316,68 manat, dəbbə borcu 10.752,73 manat olmaqla, cəmi 143.845,92 manat təşkil edir.
46. Işin müəyyən edilən, mübahisələndirilməyən hallarına görə, ipoteka ilə yüklü edilmiş əmlakın satışından 2025-ci il ## ###### tarixində 150.000 manat vəsait, 2025-ci il ## ### tarixində isə Milli Ön terminalından kredit ödənişi olmaqla, cəmi 150.200 manat iddiaçı Bankın hesabına ödənilmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi həmin ödənişin hamısını hazırki iş üzrə 2023-cü il # ###### tarixli, RB/SNF-**** saylı kredit müqaviləsi üzrə əsas borca aid etmişdir.
48. Iddiaçının mübahisələndirdiyi hal ondan ibarətdir ki, qeyd olunan tarixlərdə aparılan 150.200 manat ödənişin cəmi 118.859,49 manatı baxılan iş üzrə kredit öhdəliyinin icrasına yönədilmiş, əsas borcdan çıxılmaqla qalıq əsas borc 106.776,61 manat təşkil etmişdir.
49. Bununla bağlı işdə olan hesabdan çıxarış məlumatlarından görünür ki (İ cild, i.v 119), aparılan 150.200 manat ödənişdən 31.140,51 manatı, başqa-KB/SHF-**** saylı kredit borcuna silinmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hesabdan çıxarışda əks olunan məlumatlar üzrə hər hansı qiymətləndirmə aparmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsində məhkəmənin hansı sübutlara və hesablamalara əsaslanaraq borcun miqdarını müəyyən etməsi ümumiyyətlə göstərilməmiş, borcun miqdarı yalnız qətnamənin nəticə hissəsində qeyd olunmuşdur.
51. Nəzərə alınmalıdır ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir (MPMnin 220.4-cü maddəsi).
52. Bundan əlavə, qeyd olunmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında iddia tələbi üzrə əsas və faiz borcunu qəbul etdiklərini bildirmişlər, yalnız cərimə borcunun azaldılmasını xahiş etmişlər (İ cild İ.v 246).
53. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin iddia tələbi üzrə etirafları istiqamətində hər hansı hüquqi dəyərləndirmə aparılmamışdır. Işə tam hüquqlu məhkəmə olaraq yenidən baxan apellyasiya məhkəməsi tərəfindən də bununla bağlı heç bir hüquqi qiymətləndirmə aparılmamışdır.
54. Işin materiallarından görünür ki, apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə etirazı etdiyini bildirmiş və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı, cavabdehlərin etirafedici izahatlarına, eləcə də apellyasiya baxışı zamanı cavabdehlərdən borcalanın fərqli izahatına MPM-nin 106 və 191-ci maddələrinin tələbləri (§43), eləcə də estoppel prinsipinin tələbləri baxımından qiymət verilməli, ümumi ödənişin cavabdehin digər krediti üzrə silinməsinə cavabdehlərin mövqeləri də müəyyən edilməklə hüquqi qiymət verilməlidir.
56. «…vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Ilkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi (Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## ##### tarixli qərarı).
57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının «xxxx» MMC-nin hesabına ödənilmiş 1500 manat məbləğində pulun tutulmasına dair dəlillərinə, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsaitin işə baxılma ilə bağlı məsrəf olması nəzərə alınmaqla, hər iki tərəfin müvafiq ödəniş sənədləri, həmçinin MPM-nin məhkəmə xərclərinin bölüşdürülməsini tənzimləyən 119-cu maddəsinin tələbləri əsasında qiymət verilməmişdir.
58. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).
59. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
60. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara alır:
Kassasiya şikayəti təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.