Məhkəmə qərarları › İş №2-2(102)-1/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-1/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-1/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutunun cavabdeh XXX Müəssisəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazir liyi Sənayedə X1 və X3 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutunun cavabdeh XXX Müəssisəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla) qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair kommersiya işi üzrə cavabdeh XXX Müəssisəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli, 2-2(103)-82/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır.

1. İŞİN HALLARİ

1. D-1379 nömrəli, “Dövlət qeydiyyatı haqqında Şəhadətnamə”yə əsasən XXX Müəssisəsi (bundan sonra – “cavabdeh”) hüquqi şəxs kimi 24.07.1996-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Vergi lər Nazirliyinin "Vergi ödəyicisinin uçota alınması haqqında” Şəhadətnaməsinə əsasən cavabdeh vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmışdır. 3. “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 6979/6190 saylı, 23 sentyabr 2014-cü il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi XXX müəssisəsinə 1 ünvanında yerləşən, ümumi sahəsi 187 kv.metr təşkil edən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutunun (bundan sonra – “iddiaçı”) balansında olan qeyri-yaşayış sahəsini icarəyə vermiş, icarə müddəti 16.09.2014-cü ildən 30.03.2015-ci ilə qədər müəyyən edilmişdir.

4. İddiaçı 10.12.2014-cü il tarixli məktubla, müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən cavabdehə icarəyə verilmiş 187 kv.metr sahədə dövlət orqanının yeni iş yerlərinin yaradılması ilə bağlı icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

5. Əmlak Məsələləri Dövlət Komitəsinin 24 dekabr 2014-cü il tarixli, 395 saylı sərəncamından çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, sahəsi 187,0 kv.metr olan daşınmaz dövlət əmlakının cavabdehə icarəyə verilməsinə dair 23 sentyabr 2014-cü il tarixli, 6979/6190 “saylı icarə müqaviləsi ləğv edilmişdir.

6. İddiaçının cavabdeh müəssisəyə ünvanlanmış 05 fevral 2015-ci il tarixli və 13 mart 2015-ci il tarixli məktublarına əsasən həmin müəssisə ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında imzalanmış 6979/6190 saylı, 23 sentyabr 2014-cü il tarixli icarə müqaviləsi həmin Komitənin 24 dekabr 2014-cü il tarixli, 395 saylı sərəncamı ilə ləğv edildiyi üçün cavabdehdən icarə sahəsinin boşaldılması tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, balansında olan 187 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və İnstituta təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İnstitutun balansında olan 187 kv.metr qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cavabdehə axırıncı dəfə (ərazi 1997-ci ildən müəssisənin icarəsindədir) 2014-cü il ta rixli, 6979/6190 nömrəli müqavilə əsasında 16 sentyabr 2014-cü il tarixdən 30 mart 2015-ci il tarixədək olan müddətə icarəyə verilmişdir. Həmin ərazidən dövlət ehtiyacları üçün istifadə zərurəti yarandığı üçün iddiaçı, 10.12.2014-cü il tarixli, RS- 2334/NS-1 nömrəli məktubla bağlanmış icarə müqaviləsinə xitam verilməsi ilə əlaqədar Komitəyə müraciət etmişdir. Məktuba cavab olaraq Komitə tərəfindən 04.02.2015-ci il tarixli, **********20 nömrəli məktubla icarə müqaviləsinə 24 dekabr 2014-cü il tarixli, 395 saylı sərəncama əsasən xitam verildiyi və icarəyə verilmiş əmlakın geri alınması ilə əlaqədar tədbirlərin görülməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Komitədən daxil olan məktubu və icarəyə verilmiş qeyri-yaşayış sahəsinin iddiaçının balansında olduğunu əsas gətirərək, 05.02.2015-ci i l tarixli, RS236/NS nömrəli məktubla cavabdehdən əmlakın iddiaçıya təhvil verilməsi tələb olunmuşdur. Tələb yerinə yetirilmədiyindən, ikinci dəfə 13.03.2015-ci il tarixli, RS-520/ HM nömrəli məktubla əmlakın iddiaçıya təhvil verilmədiyi halda qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi qarşı tərəfin nəzərinə çatdırılmışdır. Lakin, cavabdeh iddiaçının məktublarına məhəl qoymayaraq əmlakı təhvil verməmiş, eyni zamanda həmin ərazidən qanunsuz istifadəni davam etdirmişdir. Əmlakın təhvil verilməməsi həmin ərazidə nəzərdə tutulmuş laboratoriyaların yaradılması və yeni iş yerlərinin açılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə imkan verməmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 28 avqust tarixli, 2(82)1605/15 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddia çının balansında olan 187 kv.metr qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakim – M.Hacıbəyova ).

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının balansında olan 187 kv.metr qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cavabdehə icarəyə verilmişdir. Sonradan Əmlak Məsələləri Dövlət Komitəsinin 24.12.2014-cü il tarixli, 395 nömrəli sərəncamı ilə həmin daşınmaz dövlət əmlakının 23.09.2014-cü il tarixli, 6979/6190 nömrəli icarə müqaviləsinə xitam verilmişdir. İddiaçı icarə müqaviləsinə xitam verilməsi səbəbindən cavabdehdən icarə sahəsinin boşaldılmasını tələb etmiş, lakin iddiaçının iddia ərizəsinə əsasən cavabdeh icarə sahəsini boşaltmayaraq iddiaçının tələbini təmin etməmişdir. 11.1 ünvanda ye rləşən, sahəsi 187,0 kv.metr olan daşınmaz dövlət əmlakının cavabdehin istifadəsində qalmasının qanuni əsasları barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, həmin əmlak iddiaçının balansında, yəni qanuni istifadəsində olduğundan, iddiaçının həmin əmlakdan istifadə hüquqları təmin edilməlidir.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 675, 697.1, 700.1, 701.2.4, 158.1, 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikasının Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 6 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanının 1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli, 2-2(103)-82/2019 saylı qətnaməsi ilə (hakimlər K.N.Abiyeva (sədrlik edən), M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 28 avqust tarixli, 2(82)1605/15 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin sözügedən icarə sahəsindən istifadəsinə əsas olan icarə müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsinin 24 dekabr 2014-cü il tarixli, 395 saylı sərəncamı ilə ləğv edilmişdir (bax yuxarıda § 11).

17. İşə apelyasiya qayd asında baxılarkən, cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin 24 dekabr 2014-cü il tarixli, 395 saylı sərəncamı mübahisələndirilərək, ləğv edilməsinə dair iddia qaldırılmışdır. Bununla əlaqədar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-565/2015 saylı, 15 dekabr 2015-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan XXX müəssisəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “sərəncamın etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair işə baxılıb qurtarana qədər iş üzrə icraat dayandırılmış, daha sonra məhkəmənin 2-1(103)-82/19 saylı, 02 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 18. 2 saylı Bakı İnzibati-İqt isadi Məhkəməsinin 2016-cı il 16 sentyabr tarixli, 2-1(82)82/2016 saylı qərarına əsasən XXX Müəssisəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutuna qarşı “ 1 ünvanında yerləşən ümumi sahəsi 187,0 kv.m olan icarə obyektinə dair 18 saylı çörəkbişirmə müəssisəsi ilə bağlanılmış 23.09.2014-cü il tarixli, 6979/6190 saylı icarə müqaviləsinin ləğv edilməsi bəndinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 24 dekabr 2014-cü il tarixli, 395 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir.

19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 yanvar tarixli, 2-1(103)-155/19 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1396/19 saylı, 01 may 2019-cu il tarixli qərardadı ilə XXX Müəssisəsinin direktoru tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 yanvar tarixli, 2-1(103)-155/19 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmamış, kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir.

20. Beləliklə, qanuni qüvvədə olan məhkəmə aktları ilə mübahisəli icarə sahəsi ilə bağlı cavabdehlə bağlanmış icarə müqaviləsinin ləğvinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsinin sədrinin 24 dekabr 2014-cü il tarixli, 395 saylı sərəncamının qanuniliyinə hüquqi qiymət verilmişdir.

21. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 701.2.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

1. Kassasiya şikayətinin dəlilləri

23. Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli, 629 saylı “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti müstəsna olaraq dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Beləliklə, daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı məsələlərdə məhkəmədə tərəf (iddiaçı və ya cavabdeh) kimi yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edə bilər.

24. İddia ərizəsinə görə, 2 ünvanda olan 187 kv.m qeyri-yaşayış sahəsi İnstitutun balansında olduğuna görə və həmin ərazidən dövlət ehtiyacları üçün istifadə zərurətinin yaranmasını əsas tutaraq, bağlanmış icarə müqaviləsinə xitam verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinə 10.12.2014-cü il tarixli, RS-2334/NS-1 nömrəli məktubla müraciət etmişdir. Lakin, iddiaçı sözügedən ə razinin həmin İnstitutun balansında olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarə müqaviləsinin bağlanması və realizə edilməsi üçün balans saxlayıcısının hər hansı bir razılığının olması ilə bağlı mövcud qanunvericilikdə heç bir norma yoxdur.

25. Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının 10.12.2014-cü il tarixli, RS-2334/NS-1 nömrəli məktubuna qanunsuz olaraq əsaslanaraq, cavabdehlə Komitə arasında bağlanmış 23.09.2014-cü il tarixli, 6979/6190 nömrəli müqaviləsinə vaxtından əvvəl (30.03.2015-ci il tarixinədək olan müddətə icarəyə verilməsi nəzərdə tutulmuşdur) xitam verilməsinə dair 24.12.2014-cü il tarixli, 395 nömrəli Sərəncam qəbul etmişdir. Sərəncamın etibarsız hesab edilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə iddia ilə mü raciət edilmişdir. Halhazırda iş üzrə qəbul edilmiş yekun məhkəmə aktının AR Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar olaraq, iş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatındadır.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423-cü, “İcarə haqqında” Qanunun 13-cü tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

28. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

29. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yer i haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

30. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. İş üzrə cavabdeh tərəf apely asiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya ins tansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər...”. “Maddə

423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası “ 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məc əllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər”.

36. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar “ 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”.“ “Maddə

88. Sübutların qiymətləndirilməsi “ Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə

89. Yazılı sübutlar “ 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir”. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərard adının ləğv edilməsi üçün əsasdır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli, 2-2(103)-82/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.

38. İddia tələbini təmin edən məhkəmələr ona istinad etmişlər ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2016-cı il 16 sentyabr tarixli, 2-1(82)-82/2016 saylı qərarına əsasən XXX Müəssisə sinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutuna qarşı “ 1 ünvanında yerləşən ümumi sahəsi 187,0 kv.m olan icarə obyektinə dair XXX müəssisəsi ilə bağlanılmış 23.09.2014-cü il tarixli, 6979/6190 saylı icarə müqaviləsinin ləğvinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 24 dekabr 2014-cü il tarixli, 395 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 yanvar tarixli, 2-1(103)-155/19 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respub likası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 21(102)-1396/19 saylı, 01 may 2019-cu il tarixli qərardadı ilə XXX Müəssisəsinin direktoru tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 yanvar tarixli, 2-1(103)-155/19 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmamış, kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmiş, qanuni qüvvədə olan məhkəmə aktları ilə mübahisəli icarə sahəsi ilə bağlı cavabdehlə bağlanmış icarə müqaviləsinin ləğvinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 24 dekabr 2014-cü il tarixli, 395 saylı sərəncamının qanuniliyinə hüquqi qiymət verilmişdir.

39. İşə kassasiya qaydasında baxılarkən müəyy ən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali“ Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadı“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin“ İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilərək, işə həmin Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq“Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 aprel tarixli, 2-1(102)-67/2021 saylı qərarı ilə isə iddiaçı XXX Müəssisəsinin kassasiya şik ayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2-1(103)-155/2019 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin 24 dekabr 2014-cü il tarixli, 395 nömrəli sərəncamı, 1 ünvanında yerləşən ümumi sahəsi 187,0 kv.m. olan icarə obyektinə dair 23.09.2014-cü il tarixli, 6979/6190 saylı icarə müqaviləsinin ləğv edilməsinə aid hissədə ləğv edilmişdir.

40. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2021-ci il 28 aprel tarixli, 21(102)-67/2021 saylı qərarı ilə kommersiya işinə baxmış məhkəmələrin iddia tələbini təmin etmələri üçün istinad etdikləri yeganə hal - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin 24 dekabr 2014-cü il tarixli, 1 ünvanında yerləşən ümumi sahəsi 187,0 kv.m olan icarə obyektinə dair XXX müəssisəsi ilə bağlanılmış 23.09.2014-cü il tarixli, 6979/6190 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə 395 nömrəli sərəncamı ləğv edilmişdir. Qeyd edilən hal isə işə mahiyyəti üzrə baxılarkən mövcud olmadığından, həmin halın MPM-nin 82.3-cü maddəsinin müddəaları baxımından qiymətləndirilməsi üçün iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ləğv edilərək yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

41. İşə yenidən baxılarkən həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli, 629 saylı “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Fərmanının 1-ci bəndinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını idarə etmək səlahiyyəti həvalə edilmiş dövlət orqanı olduğu halda, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutunun belə bir iddia ilə məhkəməyə müraciət etməsinə də müvafiq hüquqi qiymət verilməlidir.

42. Cavabdeh kassasiya şikayətində apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul etməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılaraq sübutların yenidən qiymətləndirilməsi zərurətini nəzərə alan məhkəmə tərkibi hazırkı halda kasasiya şikayətinin tam təmin edilməsini və mübahisənin mahiyyəti üzrə yekun məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə tərkibi bu zaman onu da n əzərə alır ki, iş materiallarındakı iddia ərizəsinə əlavə edilmiş sənədlər ksero surət olmaqla, onlara sübut kimi istinad edilməsi istisna olunur.

43. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli, 2-2(103)-82/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

45. Bakı Apelyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 2019-cu il 30 iyul tarixli, 2-2(103)-82/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar