Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-1/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Şirkətinin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair ilkin, müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, iddiaçının vəkili Vəkil3, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarix li 22(103)-313/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" Şirkəti (bundan sonra-"xxxx") və "xxxx" MMC (bundan sonra-“A&B”) arasında bağlanan 2019-cu il 18 may tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən Bianca bəyan edir ki, aralarında bağlanmış 2016-cı il 1 yanvar tarixli “Boya və lak məhsullarının satışı üzrə distribütorluq müqaviləsinə əsasən A&B-nin ona 382.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. A&B qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə Bianca-ya 382.000 ABŞ dolları məbləğində borcun olduğunu etiraf edir. A&B bu müqavilədə göstərilən məbləği, yəni 382.000 ABŞ dolları məbləğində borc pulu müqavilənin 3-cü mad dəsində nəzərdə tutulan şərtlərlə 2020-ci il 15 dekabr tarixədək hissələrlə Bianca-ya ödəməyi öhdəsinə götürür.
2. Bianca, A&B və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) arasında bağlanan 2019-cu il 18 may tarixli zaminlik müqaviləsindən görünür ki, zamin-Cavabdeh2 Bianca ilə A&B arasında bağlanmış 2019-cu il 18 may tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür.
3. Bianca və A&B arasında bağlanan 2019-cu il 18 may tarixli müqaviləyə 1 saylı Əlavədən görünür ki, tərəflər arasında bağlanmış 2019-cu il 18 may tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 1.1-ci maddəsinə əsasən 382.000 ABŞ dolları borc məbləği A&B tərəfindən Bianca-ya əlavə ilə müəyyə n edilən ödəmə cədvəlinə uyğun formada ödəniləcəkdir. Bu əlavə 2019cu il 18 may tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqvailənin ayrılmaz tərkib hissəsi sayılır və tərəflər arasında hesablaşmaya əsas verir. Hazırki müqavilənin imza tarixinə manatın (1) ABŞ dollarına olan məzənnəsi 1.70 manat təşkil edir. Müqavilə müddəti ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankında ABŞ dollarının məzənnəsində artış olarsa, tərəflər ödəniş ediləcək ən yüksək məzənnə həddini 1.90 manat olaraq qəbul edirlər. Artışdan sonra manatın ödəniş gününə ABŞ dollarına olan məzənnəsi 2 manatdan yüksək olsa da, borc məbləğinin ödənişində məzənnə 2 manat olaraq qəbul ediləcəkdir. Bununla tərəflər qəbul edirlər ki, Azərbaycanda baş verəcək devalivasiya və infliyasiya bu müqaviləyə şamil olunmayacaqdır. 4. 2020-ci il 10 mart tarixli pretenziya məktubundan görünür ki, Bianca A&B-dən və Cavabdeh2 müştərək qaydada 382.000 ABŞ dolları məbləğində əsas borc, 127.206 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 509.206 ABŞ dolları məbləğində pul borcunun bildirişi aldıqdan 5 gün ərzində ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “İddiaçı” (bundan sonra -"xxxx" şirkəti ) cavabdehlər "xxxx" MMC (bundan sonra “A&B”) və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 382.000 ABŞ dolları məbləğində əsas borc, 127.206 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 509.206 ABŞ dolları məbləğində pul borcunun tutulması barədə qətnamə qəbul e dilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkəti ilə cavabdeh “x” arasında 18 may 2019-cu il tarixdə bağlanmış“mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən, 01.01.2016-cı il tarixli “Boya və lak məhsullarının satışı üzrə distribütorluq müqaviləsinə əsasən “x” "xxxx" Şirkətinə 382.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş və həmin borcunu həmin müqaviləyə 1 saylı Əlavədə nəzərdə tutulmuş qaydada 15.04.2019-cu il tarixindən 15.12.2022-ci il tarixədək hissələrlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, 18.05.2019-cu il tarixli “Zaminlik”müqaviləsinə əsasən, zamin Cavabdeh2 qeyd edilən 18.05.2019cu il tarixli“ mövcud borcun etirafı haqqında müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyət i ilə tam cavabdehliyi öz üzərinə götürmüşdür. Belə ki, həmin müqavilənin 2.3-cü bəndinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya müqavilədə və ya ona əlavə də zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyır. Lakin müqavilə şərtlərinə cavabdehlər tərəfindən riayət olunmamış, “18.05.2019-cu il tarixli Müqavilənin və onun 1 saylı Əlavəsinə müvafiq olaraq ödənişlər indiki günə kimi borc ödənilməmişdir. Müqavilə”nin 3.3-cü bəndinə əsasən 18.05.2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavədə göstərilən ödəmə cədvəlinə riayət edilmədiyi, hər hansı ay üzrə nəzərdə tutulmuş aylıq ödəniş gecikdirildiyi və ya tam həcmdə həyata keçirmədiyi təqdirdə iddiaçının dərhal məhkəməyə müraciət edərək müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu borcludan tələb etmək hüququ vardır. Əsas borcla yanaşı, 15 aprel 2019-cu il tarixdən bugünə - 10 mart 2020ci il tarixədək hər gecikdirilmiş gün üçün ödənilməli məbləğin 0.1% məbləğində dəbbə pulu da cavabdehə 15.04.2019-cu il tarixdən 10.03.2020-ci il tarixədək olan - 333 gün üçün hesablanmış 509.206 ABŞ dolları məbləğində pul da cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir..
7. İlkin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 385.1, 432.1, 442, 445.4, 882.1, 882.2-ci maddələrinə istinadla əsaslandırılmışdır. 8. 2020-ci il 5 oktyabr tarixində x və Cavabdeh2 Bianca-ya qarşı “borcun etirafı haqqında müqavilə, əlavə ra zılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bianca ilə A&B adından Cavabdeh2 arasında 2019-cu il 18 may tarixində Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilərək reyestrdə 3M-496 nömrə ilə qeydə alınmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” nin, həmin müqaviləyə 1 saylı əlavənin və 2019-cu il 18 may tarixdə Cavabdeh2 ilə həmin notariusda bağlanmış və reyestrdə 3M-497 nömrə ilə qeydə alınmış “zaminlik müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" şirketinin istinad etdiyi 2019-cu il 18 may tarixində bağlanmış “mövcud borcun etirafı h aqqında mücərrəd müqavilə və ona 1 saylı əlavə, həmin tarixli zaminlik müqavilə real həqiqəti əks etdirmədiyindən və iddiaçının təmsilçilərinin xahişi əsasında Türkiyə Respublikasında bankdan kredit alınması üçün təqdim ediləcəyi ilə əlaqədar bağlandığına və formal xarakterli olduğuna görə etibarsız hesab edilməlidir. Belə ki, Şirketin təsisçiləri və sahibləri olan Türkiyə Respublikasının vətəndaşları Feyzoğlu Veysəl və Küçükali Selçuk ilə 2000-ci ilin əvvəllərindən işgüzar münasibətlər yaranmış, Türkiyədən göndərilən boya məhsulları Azərbaycanda realizə edilmiş və razılaşdırılmış qiymətlər əsasında hesablaşmalar həyata keçirilmiş, aralarında hər hansı bir narazılıq və anlaşılmazlıq yaranmamışdır. 01 yanvar 2016-cı il tarixdə cavabdeh şirkətlə aralarında boya və lak satışı üzrə distrübutor luq müqaviləsi bağlanmış və həmin il üçün müqavilənin toplam dəyəri minimum 900.000 ABŞ dolları məbləğində müəyyənləşdirilib. Həmin müqaviləyə uyğun olaraq alınmış boya məhsullarının dəyəri 315.367,59 ABŞ dolları məbləğində ödənilmişdir. Sonradan, cavabdeh Şirkətin təsisçiləri və sahibləri Feyzoğlu Veysəl və Küçükali Selçukun təklifi ilə “x-nin təsisçisi və mülkiyyətçisi Cavabdeh2 formal xarakter daşıyan və sadəcə kağız üzərində reallaşan 1.533.000 manat məbləğində 18 aprel 2017-ci il tarixli kredit müqaviləsi bağlanılmış və borc alana faktiki olaraq ödənilməmiş kreditin təminatı olaraq sonuncunun mülkiyyətində olan əmlak Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 69 B ünvanında yerləşən 16 və 17 saylı mağazalar 1.788.000 manat məbləğində dəyərləndirilərək 18 aprel 2017-ci il tarixli ipo teka müqaviləsi əsasında ipotekaya qoyulmuşdur. Göstərilən şəxslərlə birgə fəaliyyət dövründə aralarında yaranmış olan borc məbləğinin bağlanması məqsədi ilə ipotekaya qoyulmuş həmin əmlak faktiki dəyərindən 5 dəfə ucuz qiymətə ipoteka saxlayan yuxarıda qeyd edilən şəxslərin razılığı əsasında hazırda cavabdeh olan "xxxx" şirkətinin digər təsisçisi X6 bağlanılmış 13 iyun 2018-ci il tarixli AN-10694681 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonradan qaytarmaq şərti ilə onlara verilmişdir. Aralarında yaranmış isti və etibarlı münasibətdən istifadə edən həmin şəxslər maddi durumlarının yaxşı olmaması ilə əlaqədar müraciət edərək Türkiyədə banklardan kredit alınması üçün istifadə edəcəkləri adı ilə guya “x”-nin "xxxx" şirkətinə 382.000,00 ABŞ dolları məbləğində borcu olması bar ədə müqavilə bağlamağı xahiş etmişlər və aralarında hazırda borc olaraq tələb etdikləri 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə daha dolğun hüquqi ifadə verilməsi üçün müqaviləyə 1 saylı əlavə və həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır.Məhkəmədə qaldırılan iddiadan onlara məlum olmuşdur ki, onlar üzərlərinə götürdükləri öhdəliyi də pozaraq geri qaytarmalı olduqları mağazaları ikiqat baha qiymətə satmışlar. Hazırda tərəflərindən həmin məsələ ilə də bağlı məkəmə mübahisəsi başlanıb.
10. Qarşılıqlı iddia tələbi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 217.1, 217.4, 155, 156.1; MM-in 337.1, 337.2, 339.1-339.3, 354.2-ci ma ddələrinə istinadla əsaslandırılmışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli e-2-2(113)-1231/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, x-dən və Cavabdeh2 müştərək qaydada 382.000 ABŞ dolları məbləğində əsas, 3.820 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 385.820 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq Bianca-nın xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi; qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim S.Nuriyeva).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Bianca ilə A&B arasında bağlanmış 2019-cu il 18 may tarixli mövcud borcun etirafı haqqında müqavilədə A&B 382.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf edib ödəməyi öhdəsinə götürmüşdür Həmçinin müqaviləyə əlavə ilə öhdəliyin hissə-hissə ödənilməsi müddətləri razılaşdırılmışdır. Lakin x müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 382.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh2 isə zamin kimi öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi əsas borc məbləğinin tutulması hissəsində təmin edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 127.206 ABŞ dolları cərimə məbləğinin 3.820 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab etmişdir.
13. Məhkəmə qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni onunl a əsaslandırmışdır ki, x və Cavabdeh2 mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, müqaviləyə əlavə və zaminlik müqaviləsinin formal olduğuna istinad etsələr də, müqavilələr imzalamış və iradə ifadəsi mövcuddur. Eyni zamanda həmin müqavilələrin əsassız bağlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçılar həmin müqavilələrin etibarsız sayılmasına əsas verən halları bildikləri gündən həmin əqdlərin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi yalnız ilkin iddia qaldırıldıqdan sonra hüquqlarının pozulmasını bildiklərini iddia etsə də, 2019-cu il 18 may tarixdə bağlanmış borcun etirafı haqqında müqavilə, müqaviləyə əlavə və zaminlik müqaviləsindən tərəflər məlumatlı olmuş və öz üzərlərinə öhdəlik götürmüşlər. Qarşılıqlı iddia ərizəsi isə 2020-ci il 5 oktybar tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində hüququna xitam verilməsini nəzərdə tutan müddətdir. Bu kimi hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Başqa sözlə, kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımı qaydada həyata keçirilməməsi halında bu hüququn va xtından əvvəl xitamına səbəb olur. Məhkəmə hesab edir ki, x və Cavabdeh2 2019-cu il 18 may tarixdə imzaladıqları müqavilələrin etibarsızlığı ilə bağlı qanunvericliyin onlara verdiyi hüquqdan istifadə etməmişdir. Ona görə məhkəmə hesab edir ki, artıq əqdi mübahiləndirmək hüququnun özünə xitam verildiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
14. Məhkəmə bu qənaətini MM-in 6.2, 14.1, 324.1, 337.1, 337.2, 337.4, 354.1, 354.2, 385.1, 386.1, 390.1, 443.1, 448.1, 462.1, 467, 470.1, 471, 472.1, 472.2, 882.1, 882.2-ci maddələrinə; MPM-in 77.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
15. A&B və Cavabdeh2 2021-ci il 18 yanvar tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin - ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və qarşılıq lı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli 22(103)-313/2021 saylı qətnaməsi ilə A&B və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli qətnaməsi dəyişdirilərək, ilkin iddia tələbi qismən təmin edilmiş, A&B-dən və Cavabdeh2 müştərək qaydada 202.000 ABŞ dolları məbləğində əsas borc, 2.020 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə, 204.020 ABŞ dolları məbləğində pulun, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi ilə tutularaq, Bianca-ya ödənilməsi, ilkin iddia tələbi qalan hissədə, habelə, qarşılıqlı i ddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən-C.Yusifov, hakimlər-R.Qurbanov və V.Baxışova).
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddiaçıların iddia ərizəsindən və onların apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, notariat qaydasında bağlanmış 18 may 2019-cu il tarixdə notariat qaydasında bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin”, həmin müqaviləyə 1 saylı Əlavənin və Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbləri- Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-337.2 və 339.1-339.3-cü maddələrinə istinadən onunla əsaslandırırılır ki, cavabdeh şirkətin təsisçilərinin təklifi ilə “x”-nin təsisçisi Cavabdeh2 arasında 18 aprel 2017-ci il tarixli, formal xarakte r daşıyan və sadəcə kağız üzərində reallaşan kredit müqaviləsi bağlanılmış, lakin faktiki olaraq pul ödənilməmiş, kreditin təminatı olaraq sonuncunun mülkiyyətində olan əmlak Bakı şəhəri, Ziya Bünyadov prospekti, 69 B ünvanında yerləşən 16 və 17 saylı mağazalar 18 aprel 2017-ci il tarixli ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuşdur.
18. Bununla əlaqədar qeyd edilmişdir ki, iki hüquqi şəxsin təsisçilərinin öz aralarında razılaşma yolu ilə hazırkı iddianın predmetini təşkil etməyən, hər hanı bir borc müqaviləsi bağlaması, bunun müqabilində digəri tərəfindən əmlakın ipoteka müqaviləsi ilə yüklü edilməsi – bütün bunlar həmin şəxslərin iştirakçıları olduqları hüquqi şəxsin öhdəliklərinə aid edilə və onun cavabdehliyini yarada bilməz. Çünki, Mülki Məcəllənin 52.2-ci maddəsinin tələbinə gör ə bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Bu baxımdan, qarşılıqlı iddiaçılrın qeyd olunan dəlilləri borcun etirafı haqqında müqavilənin, onun əlavəsinin və zaminlik müqaviləsinin etibarsız sayılmasına əsas olan hallar kimi qiymətləndirilə bilməz.
19. Digər tərəfdən, qarşılıqlı iddiaçılar 18 may 2019-cu il tarixində notariat qaydasında bağlanmış borcun etirafı haqqında müqavilənin və ona əlavənin, eləcə də, zaminlik imüqaviləsin etibarsızlığını mübahisələndirmək üçün mülki qanunvericiliklə nəzərdə tutulan kəsici iddia müddətini də ötürmüşlər.
20. Belə ki, qarşılıqlı iddia əizəsində iddiaçılar Mülki Məcəllənin 337.1-337.2 və 339.1-339-3-cu maddələrinə əsaslanaraq, hər üç əqdləri, cavabdeh şirkət tərəfindən pis niyyətlə, ağır vəziyyətə düşmələrindən istifadə edərək, son dərəcə onlar üçün əlverişsiz şərtlərlə bağlandığına istinadən, mübahisəlndirilə bilən əqdlər kimi dəyərləndirilməsi baxımından yanaşsaq, onlar tərəfindən həmin Məcəllənin 354.2-ci madəsində nəzərdə tutulan bir illik iddia müddəti buraxılmış olur. Belə ki, Məcəllənin qeyd olunan 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
21. Qarşılıqlı iddiaçılar isə, borcun etirafı və onun 1 saylı əlavəsiinin, habelə zaminlik müqaviləsinin notariat qaydasında bağlandığı 18 may 2019-cu il tarixindən etibarsızlığına əsas olan halları artıq bildikləri və ya bilməli olduqları halda, onlar tərəfindən 1 il keçdikdən sonra 05.10.2020-ci il tarixində həmin əqdlərin etibasız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən olunan 1 illik iddia müddəti (kəsici müddət) ötürülmüşdür. Qarşılıqlı iddiaçıların apellyasiya şikayətində, hüquqi əsası dəyişərək mübahisələndirilən əqdlərin əhəmiyyətsiz əqdlər olduğuna istinadən Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilən iddia müddütinin buraxmadıqları ilə bağlı dəlillərinə gəldikdə isə bu halda da onlar yanılır.Çünki, Mülki Məcəllənin qeyd edilən 354.1-ci maddəsi nə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 22. 18 may 2019-cu il tarixli borcun etirafı barədə müqaviləyə və onun 1 saylı əlavəsindən görünür ki, həmin müqavilənin nəticələrinin tətbiqi üzrə borclunun öhdəliklərinin icrası 15 aprel 2019-cu il tarixindən başlayır və müqavilənin 3.3-cü bəndinə əsasən hər hansı ay üzrə aylıq ödəniş ödənilmədiyi təqdirdə, kreditorun borcludan həmin tarixə olan qalıq borcun ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda, etiraf olunmuş borcun icra olunma vaxtı çatmış, lakin ödənilmədiyi, növbəti ayın 15-dən, yəni konkret halda 2019-cu ilin may ayının 15-dən etibarən, Mülki Məcəllənin qeyd olunan 354.1-ci maddəsi ilə müəyyən edilən 1 illik iddia müddətinin axımı başlayır ki, həmin tarixdən hesablanan bir illik iddia müddəti də buraxılmış olur.Qeyd olunanlardan göründüyü kimi, qarşılıqlı iddiaçıların iddia tələblərinin təmin edilməsi üçün əsasların mövcudlğu müəyyən edilmir.
23. Bununla yanaşı məhkəmə kollegiyası onların apellyasiya şikayətnin ilkin iddia tələbinin əsassız olduğuna dair mübahisələndirən dəlilləri ilə qismən razılaşaraq göstərmişdir ki, ilkin iddiaçı "xxxx" ilə “x” arasında bağlanmış 18 may 2019-cu il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, müqavilə ilə etiraf olunmuş 382.000 ABŞ dolları məbləğində borc 15 aprel 2019-cu il tarixindən etibarən, hissə-hissə ödənilməklə icrasına başlanılır və bu 15 dekabr 2022-ci il tarixində icra başa çatdırırılır. Qeyd olunan müqavilədən həmçinin görünür ki, tərəflər həmin müqavilə ilə aşağıdakı razılığa gəlmişlər; Bu müqaviləyə əsasən “X”, "xxxx"ya 382 000 ABŞ dolları məbləğində pul vəsaiti borcdlu olduğunu və ödəyəcəyini qəbul edir. Hazırkı müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan borc məbləği müqavilənin 1 nömrəli Əlavəsində nəzərədə tutulmuş vaxtlarda və təyin olunmuş həcmdə ödənilmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün ödənilməli məbləğin 0,1 % məbləğində dəbbə pulu hesablanacaq. “X”, 1 nömrəli Əlavədə göstərilən ödəmə cədvəlinə riayət etmədiyi, hər hansı ay üzrə nəzərədə tutulumuş aylıq ödənişi gecikdirdiyi və ya tam həcmdə həyata keçirmədiyi təqdirdə "xxxx"nın dərhal məhkəməyə müraciət edərək müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu tələb etmək hüququ vardır.
24. Müqavilənin qeyd olunan imperativ şərtindən göründüyü kimi, hər hansı ay üzrə ödəniş gicikdirildiyi təqdirdə, kreditor "xxxx" borclu.“x”-dən 382 000 ABŞ dolları ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu tələb edə bilər. İş materiallarından görünür ki, borclu 2019-2020-ci illərdə heç bir ödəniş etməmiş və onun qeyd olunan Əlavəyə əsasən hazırkı günə icra edilməli olan borcu, cəmi, 202.000,00 ABŞ dolları təşkil edir (Borcun növbəti hissəsinin ödənilmə vaxtı 15 iyun 2021-ci il tarixində çatır).Mülki Məcəllənin 427.3-cü maddəsinin tələbindən də görünür ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icr a edilməlidir.
25. Mülki qanunvericiliyin qeyd olunan tələbi və borcun etirafı müqaviləsinin göstərilən şərtləri onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən etiraf olunmuş 382.000,00 ABŞ dolları məbləğində borcun, bütövlükdə, cavabdehlərdən ilkin iddiaçının xeyrinə tutulmasını qət etməkdə haqlı olmamışdır. (Mülki Məcəllənin 467-ci maddəsi tətbiq olunmaqla, dəbbə pulu, əsas borc məbləğinə münasibətdə bir faizinə azaldılaraq 3820 $ məbləğində tutulması qət olunmuşdur).
26. Odur ki, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə, qətnamədə 202.000,00 ABŞ dolları məbləğindən artıq hissədə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlməmişdir.
27. Həmin məhkəmə iş üzrə gəldiyi nəticəni MM-in 52.2, 337.1, 337.2, 339.1-339.3, 354.1, 354.2, 427.3, 467, 882.1, 882.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. A&B və Cavabdeh2 2021-ci il 13 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Məhkəmə Kollegiyasının kəsici müddətlə bağlı gəldiyi nəticə ilə razılaşmırıq. Hesab edirik ki, bu subyektiv mülahizələrə əsaslanan nəticədir. Belə ki, məhkəmə prosesində qeyd edərək göstərmişlər ki, mövcud borcun etirafı haqqında müqavilə, müqaviləyə əlavə və zaminlik müqaviləsi formal olaraq bağlandığından və aramızda olan razılaşmaya əsasən iddiaçıların Türkiyə Respublikasında kredit almaları üçün zəruri olduğundan sonradan onların razılaşmanı pozaraq bizə qarşı iddia qaldırmaqları niyyətlərini məhkəmədə iddia qaldırdıqdan sonra bilmişik və bu nöqteyi nəzərdən iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır. Həmçinin hazırkı halda qeyd edilən müqavilənin icrasına başlanılmamışdır.
30. Apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, borcla bağlı araşdırma aparılarkən əldə edilən müvafiq sənədlərdə, o cümlədən X6 bağlanılmış 2018-ci il 13 iyun tarixli AN-1 Ne ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsində göstərilir ki, satılan əmlak Feyzoğlu Veysel və Küçükali Selçuk ilə 2014-cü il 18 aprel tarixdə bağlanmış 3M-273 reyestr saylı İpoteka müqaviləsi əsasında Cavabdeh2 həmin şəxslərdən götürdüyü kreditin təminatı olaraq girov qoymuşdur.
31. Feyzoğlu Vey selin və Küçükali Selçukun həmin əmlakın ipotekada qalmaq şərti ilə satılmasına dair 2018-ci il 12 iyun tarixli 7E-8221 saylı Razılıq ərizəsinə əsasən satıcı mülkiyyətində olan ümumi sahəsi 196,6 kv/m olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 69B ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (16 və 17 saylı mağazalar) alıcı X7 mülkiyyətinə verir. Satılan əmlak ilə bağlı ipoteka qüvvədə qalır və alıcı X8 2017-ci il 18 aprel tarixli 3M-273 reyestr saylı ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyan Cavabdeh2 bütün vəzifələrini, o cümlədən onun tərəfindən lazımınca icra edilməməsi vəzifələrini daşıyır.
32. Qeyd edilən məsələ ilə bağlı nəzərə alınmalıdır ki, həmin qeyri-yaşayış sahəsi 1.780.000 manat məbləğində qiymətləndirilərək 2017-ci il 18 aprel tarixli İpoteka müqaviləsi ilə Feyzoğlu Vey sel və Küçükali Selçukun təklifi ilə x təsisçisi və mülkiyyətçisi Cavabdeh2 arasında bağlanılmış, əslində formal xarakter daşıyan və sadəcə kağız üstündə reallaşan 2017-ci il 18 aprel tarixli 1.533.000 manat məbləğində Kredit Müqaviləsinin təminatı olaraq ipotekaya qoyularaq qeydiyyata alınmışdır. İpoteka müqaviləsinin müddəti 2020-ci il 18 aprel tarixədək olmuşdur. Qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi Özer Mehmet ilə 2018-ci il 13 iyun tarixdə bağlanmışdır. Həmin təsisçilər, X8, Feyzoğlu Veysel və X2 müqaviləsi müddəti başa çatmamış, yəni 2020-ci il 25 yanvar tarixdə məqsədli şəkildə əmlakı ipotekadan çıxararaq Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanılaraq reyestrdə 4Ə-59 nömrə ilə qeydə alınmış AN-1 M ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 748.00 0 manata, yəni mənimlə bağlanılmış müqavilədəki qiymətdən iki dəfədən artıq qiymətə satmışlar. Ancaq ipoteka üzrə formal da olsa mənim daşıdığım bütün öhdəliklər alıcının üzərində saxlanılmışdır. Bu faktın özü bağlanılmış müqavilələrin formal olaraq bağlanıldığını birbaşa təsdiq edən sübutdur.
33. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə; MM-in 337.2, 354.1-ci; MPM-in 9.1, 14.1, 88, 217.1, 218.1, 386, 417.1.3, 418-ci maddələrinə; Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 30.1, 30.2-ci maddələri göstərilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabe hlərin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.
36. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. İlkin iddia üzrə cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 40 3 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. MPM-in 2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Ka ssasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”
40. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin pr insiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....” “Maddə
52. Hüquqi şəxsin məsuliyyəti... 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.” “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır....” “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə p is niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərə f vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin....” “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 3 47.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyi n zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməs i 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pu lunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsı zlığına səbəb olur.” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nə zərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.... 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Cavabdehlərin kassasiya şikayətinin dəlillərinə gəldikdə, kassasiya şikayətində işin faktiki halları,ilkin və qarşılıqlı iddianın əsasları göstərilmiş, maddi və prosessual hüquq normaları sadalanmışdır. Şikayətdə ümumi ifadələrlə qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyi qeyd olunsa da, bunun konkret olaraq nədə ifadə olunduğu göstərilməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instans iyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
43. Kassasiya şikayətinin ilkin və qarşılıqlı iddianın əsasları ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kollegiya həmin dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 17-26).
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli 2-2(103)-313/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov