Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-1/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: maddi zərər (əldən çıxmış fayda), pul məbləğinin gecikdirilməsinə görə illik 5 % tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-266/2023 nömrəli 2023-cü il 11 aprel tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Tərəflər arasında bağlanmış 2012-ci il 1 yanvar tarixli, * saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) tərəfindən Cavabdeh MMC-yə illik 18 % dərəcəsi ilə 36 ay müddətinə 570.000 manat məbləğində kredit verilmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-253/2014 nömrəli 2014-cü il 12 iyun tarixli qətnaməsi ilə Bankın “X1” MMC, "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Bankla “X1” MMC arasında 2012-ci il 11 yanvar tarixli, * saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 2.718.871 manat əsas borc, 1.170.475,05 manat faiz borcu və gecikdirməyə görə hesablanan 5.000 manat dəbbə pulunun MMC-dən Bankın xeyrinə tutulması, Bankla Cavabdeh MMC arasında 2012-ci il 1 yanvar tarixli, * saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 570.000 manat əsas borc, 245.221,78 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 2.000 manat dəbbə pulu və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun MMC-dən Bankın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi "xxxx" MMC ilə Bank arasında bağlanmış 2012-ci il 11 yanvar tarixli, *** və ** saylı sonrakı ipoteka müqavilələrinə əsasən ipoteka qoyulmuş Neftçala rayon Həsənabad qəsəbəsi ünvanında istifadədə olan 3.0 ha torpaq sahəsində yerləşən 3602 kv.m. ümumi, 3152,7 kv.m. əsas, 449,9 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC ilə bağlanmış 2012-ci il 11 yanvar tarixl i, ***** və **** saylı girov müqavilələrinə əsasən girov qoyulmuş a) şüşə istehsalı üçün 30 adda əsas, 22 adda köməkçi avadanlıqlar, b) 1 ədəd Feeler FD 50 T markalı, 2008-ci il buraxılışlı, mühərrik x, çəkisi 7980 kq yükləmə gücü 5000 kq. yükləmə hündürlüyü 3.000 mm olan dizel mühərriki yükləyiciyə yönəldilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
3. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmiş, Yasamal rayon İcra şöbəsinin 2014-cü il 14 avqust tarixli qərarı ilə kredit borcunun tutulması hissəsində icra sənədi üzrə icraata başlanmışdır.
4. Qətnamə tutmanın ipoteka predmetinə yönəldildiyi hissədə icra edilməsi üçün Neftçala rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən 2021-ci il 17 sentyabr tarixli qərarla icra sənədi ərazi aidiyyəti üz rə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Qərarda qeyd olunmuşdur ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-01/2013 nömrəli, 2014-cü il 12 fevral tarixli icra sənədinin (aid olduğu qətnamə iş materiallarına əlavə edilmişdir – i.v. 152) icrası ilə bağlı ipoteka və girov predmetləri satılaraq "xxxx" MMC-nin və "xxxx" MMC-nin Banka olan borcu silinmiş və ipoteka predmeti Bankın mülkiyyətinə keçmişdir (əsas: "xxxx" MMC ilə Bank arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında 2018-ci il 16 aprel tarixli müqavilə və daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavab deh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2012-ci il 1 yanvar tarixli kredit müqaviləsi üzrə 2014-cü il 12 iyun tarixindən 2021ci il 21 oktyabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 300.556 manat məbləğində əldən çıxmış faydanın və 596,56 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən, götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən, borc alanın üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda kreditorun əldən çıxmış fayda şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2947/2022 nömrəli 2 022-ci il 28 iyul tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – A.Əliyeva).
8. Məhkəmə qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)253/2014 nömrəli 2014-cü il 12 iyun tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehdən Bankın xeyrinə ümumilikdə 817.221,78 manat borcun tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə göndərilmiş, lakin cavabdeh tərəfindən tam olaraq icra edilməmiş, nəticədə cavabdehin gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 300.556 manat borcu yaranmışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.1, 445.3, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-266/2023 nömrəli 2023-cü il 11 aprel tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia rədd edilmişdir ( sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsinə əsasən iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında ifadə olunmuş mövqedən də göründüyü kimi, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün cavabdeh məsuliyyətə cəlb edilə bilməz.
13. İşin halları ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Ona görə də Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borc lu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilməmişdir.
14. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka qoyulmuş "xxxx" MMC-yə məxsus əmlak həm də "xxxx" MMC-nin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-2(86)-01/2013 saylı qətnaməsinin icrası nəticəsində həmin əmlak Bankın mülkiyyətinə keçmişdir. Bu səbəbdən də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2-(81)-253/2014 nörməli qətnaməsi həmin əmlaka aid hissədə icra olunmamışdır. Tutma yönəldilmiş girov predmetlərinə aid hissədə qətnamənin icra olunub-olunmaması ilə bağlı isə məlumatı yoxdur. 1
5. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 iyun tarixli, 2-(81)-253/2014 nömrəli qətnaməsinin hazıradək icra olunmamasında cavabdehin təqsiri müəyyən edilməmişdir. Çünki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim olunmamışdır. MM-in 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin ödənilməsinin tələb edilməsi əsassız olmuşdur.
16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri
17. MM-in 445.7-ci maddəsinin tələbinə əsasən, öhdəliyin lazımınca icra edilməməsi hazırda iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 % ödənilməsini tələb etmək hüququnu yaradır. Cavabdeh üzərinə düşən öhdəliyi 2015-ci il 01 yanvar tarixədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kreditn məbləği kifayət qədər çox olduğundan müqavilənin uzun müddət icra olunmaması nəticəsində Banka xeyli miqdarda ziyan vurulmuşdur ki, bu da özlüyündə kreditorun ona dəymiş zərəri tələb etmək hüququnu yaradır.
18. İddiaçı tərəfindən məhkəmə qətnaməsinin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozaraq təqdim olunmuş sübutlara obyektiv yanaşmamış, nəticədə Bankın hüquqları kobud surətdə pozulmuşdur. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
19. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti fərqləndirilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit m üddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Adı çəkilən qərarda müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə,bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulması mümkün hesab edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, apellyasiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə qanuni olmaqla, işin halları tam və hərtərəfli araşdırılmış, iş üzrə düzgün nəticə yə gəlinmişdir. Kassasiya şikayətində irəli sürülən dəlillər isə yalnız formal mülahizələr olmaqla, qanuni və əsaslı qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Məhkəmə kollegiyası haqlı olaraq qətnamənin hazıradək icra olunmamasında cavabdehin təqsirinin müəyyən edilməməsi qənətinə gəlmişdir. Çünki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.
22. Bundan başqa, MM-in 445.7-ci maddəsininə zidd olaraq hazırkı vəziyyətdə iddiaçı MMC-dən faizdən faiz tələb edir. Belə ki, kredit müqaviləsi üzrə tələb olunan faiz borcu 245.221,78 manat olmasına baxmayaraq hazırda tələb olunan məbləğ 300.556 manatdır. Həmçinin, icra müddəti ərzində ödəniş olunmadıqda və yaxud da ödənişin həyata keçirilməsi gecikdirildikdə tələbkarın borcludan illik beş faiz pul tələb etmə k hüququ yarana bilər. Lakin müqavilə üzrə qanuni qüvvəsini almış qətnamə mövcuddur. Belə olan halda, iddiaçının hazırki tələbi qanuni və əsaslı deyil. Kassasiya şikayətinin mümkünlüyü
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı r.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Ma ddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi iş ə baxarkən:.... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, tərəflər arasında bağlanmış 2012-ci il 1 yanvar tarixl i kredit müqaviləsi ilə Bank tərəfindən cavabdehə illik 18%-lə 36 ay müddətinə 570.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən Bank tərəfindən ona qarşı iddia qaldırılmış, həmin iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-253/2014 nömrəli 2014-cü il 12 iyun tarixli qətnaməsi ilə iddiası təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 817.221,78 manat kredit borcunun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi qət edilmişdir.
28. Hazırda iddiaçı cavabdeh tərəfindən öhdəliyin kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və müqavilə müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi lazımi qaydada icra edilmədiyini bildirərək, müqavilə üzrə borcun tutulması barədə qətnamənin qəbul edildiyi tarixdən (2014-cü il 12 iyun) 2021-ci il 21 oktyabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın tutulmasını tələb edir.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə qətnaməsini ləğv edib, iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla gəldiyini nəticəni belə əsaslandırmışdır ki, hazırkı işdə iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsinin dipozisiya şərtləri ödənmir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması təl əbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Ona görə də cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilməmişdir.
30. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır və aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
31. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə (zamana görə qüvvədə olan redaksiyasına əsasən) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
32. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi imkanının qarşısının alınmasına yönəlmişdir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbay can Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
34. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi nə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin ic rasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).
35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həc mdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
36. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir göt ürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsini istisna etmir.
37. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması, tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin, ən azından gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.
38. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadən (bax § 34) onu da qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya tələblərin həllində vacib məqamlardan biri qanuni qüvvədə olan əvvəlki mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasına cavabdeh tərəfindən ipoteka və girov predmetlərini (təminatlı kreditlər üzrə) aidiyyəti icra qurumuna təhvil verməməklə, hər hansı süni əngəllərin, maneələrin törədilibtörədilməməsinin müəyyən edilməsidir.
39. Baxılan işin materiallarından göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehdən tutulan borcun sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaklara və girov müqaviləsinə əsasən girov qoyulmuş avadanlıqlara və dizel mühərrikli yükləyiciyə yönədilməsi qət edilmişdir.
40. «İpoteka haqqında» Qanunun 9.3-cü ma ddəsinə əsasən sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir.
41. İşin müəyyən edilən hallarına görə iddiaçının tələbkar olduğu başqa icra sənədinin icrası ilə əlaqədar sözügedən ipoteka və girov predmetləri satılaraq, həmin icra sənədi üzrə Banka olan borc silinmiş, ipoteka predmeti Bankın mülkiyyətinə keçmişdir (bax bu qərarın 4-cü bəndi). Bununla da cavabdehin iddiaçı qarşısında götürdüyü kredit öhdəliyi faktiki olaraq təminatsız öhdəliyə çevrilmişdir.
42. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli Qərarındakı hüquqi mövqelərə istinadən, bu qərarın 38-ci bəndində qey d olunan qaydada hüquqi dəyərləndirmənin aparılması istisna təşkil edir.
43. Hazırki işdə iddiaçı məhz MM-in 445.7-ci maddəsinə istinadla qanuni qüvvədə olan qətnamənin qəbul edilməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini tələb edir və cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməməsi işin mübahisəsiz halıdır.
44. Kollegiya iddia tələbinin düzgün hüquqi həlli baxımından onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmi ş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.
45. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi MM-in 445.7-ci maddəsinə istinad etsə də, həmin normanı düzgün tətbiq etməmiş, bu maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almamışdır. Ona görə də, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
46. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunan əsas borca MM-in 445.7-ci maddəsini n tələblərinə əsasən faizin hesablanmasına dair sübutların təqdim edilməsini iddiaçıya təklif etməli, zəruri bilindiyi halda, həmin faizin hesablanması üçün müvafiq ekspertizanın keçirilməsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara MPM-in 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir
47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-266/2023 nömrəli 2023-cü il 11 aprel tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov İ.Ə.Şəfiyev