Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-10/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-10/21 Bakı şəhəri xx xxxxxx 2021-ci il Açar sözlər: kredit borcunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı “xxxx” ASC-nin vəkili Kənan Cabbarlının, cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil iştirakları ilə cavabdeh “xxxx” ASC-nin baş icraçı direktoru xxx1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il ta rixli, 2-2(103)-264/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” ASC (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” ASC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: iddiaçıdan cavabdehin xeyrinə xx xxxxxx 2011-ci il tarixli, 100.LN.2005.101111.00006 saylı kredit müqaviləsi üzrə 311.458,27 ABŞ dolları əsas, 202948,22 ABŞ dolları cərimə olmaqla, cəmi 604.328,56 ABŞ dolları, xx xxxxxxxx 2015-ci il tarixli 100.LN.2005.010915.00001 saylı kredit müqaviləsi üzrə 1.500.000 ABŞ dolları əsas, 358.280,50 ABŞ dolları faiz, 1333,33 ABŞ dolları cərimə olmaqla, cəmi 1859613,83 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması; - xx xxxxxx 2011-ci il tarixli 100.LN.2005.101111.00006 sayl ı kredit müqaviləsi üzrə tutmanın ipoteka qoyulmuş nəqliyyat vasitələrinə yönəldilməsi, açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin “xxxx” ASC-nin “xxxx” ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi; - satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2011-ci il tarixli, 100.LN.2005.1011111.00006 saylı kredit müqaviləsi üzrə 311.458,27 ABŞ dolları əsas, 202948,22 ABŞ dolları faiz, 89.922,07 ABŞ dolları cərimə olmaqla, cəmi 604.328,56 ABŞ dolları, xx xxxxxxxx 2015-ci il tarixli, 100.LN.2005.010915.00001 saylı kredit müqaviləsi üzrə isə 1.5 00.000 ABŞ dolları əsas, 358.280,50 ABŞ dolları faiz, 1333,33 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1.859.613,83 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə iddiaçı tərəfində cavabdehə illik 15 faizlər 36 ay müddətinə 1.615.000 ABŞ dolları məbləğində, xx xxxxxxxx 2015-ci il tarixli müqaviləyə görə illik 16 faizlə 3 ay müddətinə 1.500.000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus nəqliyyat vasitələrinə ipoteka hüququ verilmiş və onların qeydiyyatı xx xxxxxx 2007-ci il tarixli nömrəli şəhadətnamə ilə təsdiqlənmişdir. Cavabdeh tərəfindən dəfələrlə kredit müqavilələrinin şərtləri yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Cavabdehin xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, xx xxxxxxxx 2017-ci il tarixə banka olan borcu 311.458,27 ABŞ dolları əsas, 202.948,22 ABŞ dolları faiz, 89.922,07 ABŞ dolları cərimə olmaqla ümumilikdə 604.328,56 ABŞ dolları, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2017-ci il tarixə banka olan borcu 1.500.000 ABŞ dolları əsas, 358.280,50 ABŞ dolları faiz, 1.333,33 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1.859.613,83 ABŞ dolları təşkil etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. Bakı şəhəri Nəsimi rayom məhkəməsinin xx xxxxxx 2017-ci il tari xli, 2-(005)7759/2017 saylı qərardadı ilə (hakim Gültəkin Əsədova) cavabdehin məhkəmə aidiyyəti barədə ərizəsi təmin olunaraq, iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərimişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-2(82)132/2018 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(82)132/2018 saylı rəy tərtib olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)36/2019 saylı qətnaməsi ilə (hakim Rüstəm Kərimli) iddia qismən - cavabdehdən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla tərəflər arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 100.LN.2005.101111.00006 saylı kredit müqaviləsi üzrə 311.458,27 ABŞ dolları əsas borc, 153.605,23 ABŞ dolları faiz borcu, 31.145 ABŞ dolları cərimə, xx xxxxxxxx 2015-ci il tarixli 100.LN.2005.010915.00001 saylı kredit müqaviləsi üzrə 1.500.000 ABŞ dolları əsas borc, 358.280,50 ABŞ dolları faiz borcu, 1.333,33 ABŞ dolları cərimə və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin tutulması hissəsində təmin edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzindən alınmış ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməklə cavabdehdən xx xxxxxx 2011-ci il tarixli, 100.LN.2005.101111.00006 saylı kredit müqaviləsi üzrə 311.458,27 ABŞ dolları əsas borc, 153.605,23 ABŞ dolları faiz borcu, 31.145 ABŞ dolları cərimə, xx xxxxxxxx 2015-ci il tarixli 100.LN.2005.010915.00001 saylı kredit müqaviləsi üzrə isə 1.500.000 ABŞ dolları əsas borc, 358.280,50 ABŞ dolları faiz borcu və 1.333,33 ABŞ dolları cərimənin tutulmalı olması nəticəsinə gəlmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən – faiz və cərimə hissəsində ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-264/2020 saylı qətnaməsi ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəm əsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. xx xxxxxx 2011-ci il tarixli, 100.LN.2005.101111.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə illik 15 faizlə 36 ay müddətinə 1.615.000 ABŞ dolları məbləğində kredit verilmişdir. x xxxxxxxx 2015-ci il tarixli, 100.LN.2005.010915.00001 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 15 faizlə 3 ay müddətinə 1.500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında xx xxxxxx 2011-ci il tarixdə İ-TFP-055 saylı ipoteka müqaviləsinə əlavə razılıq imzalanmış və buna uyğun olaraq bağlanmış kredit müqavilələrinin təminatı olaraq cavabdehə məxsus 60 ədəd nəqliyyat vasitələri ipoteka ilə yüklü edilmişdir. Məhkəmə Ekspertiza Mər kəzinin xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, müəyyən edilmişdir ki, “xxxx” ASC-nin İddiaçı ASC-yə xx xxxxxxxx 2017-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) olan cəmi borcu xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 472.233,18 ABŞ dolları məbləğində, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 1.858.280,50 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 318.627,95 ABŞ dolları, faiz borcu 153.605,23 ABŞ dolları, x xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 1.500.000 ABŞ dolları, faiz borcu 358.280,50 ABŞ dolları. Tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixə cavabdeh “xxxx” ASC-yə cərimə borcu hesablanmamışdır. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdehin hər iki kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi tarixə ödəməli olduğu faiz borcu məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə hesablanmış, cavabdeh isə apellyasiya şikayətinə faiz borcunun həmin məbləğlərdən az olduğunu təsdiq edən hər hansı sübut əlavə etməmişdir. Cavabdehdən kredit öhdəliklərinin gecikdirilməsinə görə məhkəmə tərəfindən tutulmuş cərimə məbləğlərinin də azaldılması və ya tam ləğv edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, prosessual h üquq normaları kimi Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək, onun qismən – faiz və cərimə hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq ipoteka müqavilələri bağlanılmışdır. İpoteka müqaviləsi kredit müqaviləsinin ödənilməsi üçün təminat olsa da, məhkəmə kredit müqaviləsi üzrə borcları ipoteka predmeti olan əmlaklara yönəltməmişdir. Digər əsas kimi bildirilmişdir ki, məhkəmə cərimə məbləğlərinin ən yuxarı hissəsini tutmaqla cavabdehi maliyyə cəhətdən çətin vəziyyətə salmışdır. Halbuki, məhkəmə cərimə məbləğlərini minimuma endirə bilərdi. Habelə, məhkəmə çəkişmə prinsiplərini pozmaqla, sübutların qiymətləndirilməsində, hüququn tətbiqində səhvə yol vermişdir. Dəlillərin hüquqi əsası kimi yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin d əyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin qismən ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, faiz borcu məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə hesablanmış, cavabdeh faiz borcunun həmin məbləğlərdən az olduğunu təsdiq edən hər hansı sübutu təqdim etməmiş və cərimə məbləğlərinin də azaldılması və ya tam ləğv edilməsi üçü n qanuni əsaslar mövcud olmamışdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, məhkəmə cərimə məbləğlərinin ən yuxarı hissəsini tutmaqla cavabdehi maliyyə cəhətdən çətin vəziyyətə salmış, halbuki, məhkəmə cərimə məbləğlərini minimuma endirə bilərdi. Məhkəmə çəkişmə prinsiplərini pozmaqla, sübutların qiymətləndirilməsində, hüququn tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmadığını və bunun aşağıdakılardan irəli gəldiyini qeyd edir. İlk olaraq məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətinin dəlillərinin hüquqi əsaslandırılmasında faiz borcunun hesablanmasına münasibətdə cavabdeh yalnız çəkişmə prinsipinin pozulması, sübutların əldə edilməsi və qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin müddəalarına istinad etmiş, maddi hüq uq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətində hər hansı bir hüquqi əsaslandırma aparılmamışdır. Bu əsasla məhkəmə kollegiyası kassasiya şikayəti üzrə yalnız mülki prosessual qanunvericiliyin tələbləri baxımından dəlillərin qiymətləndirilməsini zəruri hesab edir. İşin hallarından göründüyü kimi, tərəflər arasında xx xxxxxx 2011-ci il tarixli, xx xxxxxxxx 2015-ci il tarixl kredit müqavilələri bağlanmışdır. xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, cavabdehə 1.615.000 ABŞ dolları məbləğində kredit ayrılmış, müqavilənin 2.1-ci bəndi isə həmin kredit məbləğinə görə illik 15 faizin ödənilməsi müəyyən edilmişdir. xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, cavabdehə 1.500.000 ABŞ dolları məbləğində kredit ayrılmış, müqaviləni n 2.1-ci bəndi isə həmin kredit məbləğinə görə illik 16 faizini ödənilməsini müəyyən etmişdir. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrində faiz məbləğinin hesablanması qaydası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində cavabdeh vəsatət qaldırılmaqla tələblə müəyyən edilmiş faiz məbləğinin hesablanması üzrə məhkəmə ekspertizasının aparılmasını xahiş etmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən hər iki kredit müqaviləsi üzrə nəzərdə tutulmuş faiz borcunun məbləği məhkəmə ekspert rəyinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –MPM): - 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillə rlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır; - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarında n şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi təmin edilmişdir. Belə ki, prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslərə məhkəmə müdafiəsi çərçivəsində öz hüquqlarının həyata keçirilməsi məqsədilə geniş imkanlar verilmişdir. Bunlara sübutların təqdim edilməsi, habelə sübutların tələb edilməsi barədə vəsatətlərin verilməsi və s. aiddir. Maddələrə uyğun olaraq öz tələbini n əsası kimi iddiaçı tərəf təqdim etdiyi maliyyə arayışı ilə müvafiq faiz məbləğinin hesablanmasına istinad etmişdir, cavabdeh isə həmin məbləği mübahisələndirərək digər sübut növü qismində ekspert rəyinin alınması barədə vəsatət vermişdir. Azərbaycan Respublikası MPM-nin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə mü əyyən edilir; - 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir; - 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. İş üzrə birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmiş, apellyasiya instansiya məhkəməsi keçirilmiş ekspertiza nəticəsində təqdim olunmuş ekspert rəyində göstərilmiş faiz borcu məbləğini işin faktiki halı kimi müəyyən etmişdir. Cavabdeh isə həmin rəydə müəyyən edilmiş faiz borcu məbləğinin hansı əsas üzrə düzgün olmadığını əsaslandırmamış, bununla bağlı məhkəməyə hər-hansı sübutu təqdim etməmiş və kassasiya şikayətini bu hissədə formal ifadələrlə əsaslandırmışdır. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası belə qənaətə gəlir ki, faiz borcunun hesablanmasına münasibətə apellyasiya məhkəməsinin nəticəsinin düzgün hesab olunmaması üçün hüquqi əsaslar mövcud deyildir. Cərimə məbləğinin hesab lanması ilə bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi hüququn tətbiqində səhvə yol verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə): - 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi anda n tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Sadalanmış normaların məzmununa görə, öhdəliyin icrasını təmin edilməsi üsullarından biri olan dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq dəbbə pulunun miqdarını tərəflər sərbəst müəyyən etsələr də, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, qanunvericilik məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğunu müəyyən etmişdir. İşin hallarına münasibətdə tənasübsüzlüyü müəyyən edərkən məhkəmə tərəfindən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin, habelə qanuni mənafelərinin nəzərə alınması zəruridir. Lakin istinad olunan maddədə borclunun maddi vəziyyətinin qənaətbəxş olmadığı əsası dəbbə pulunun müəyyən edilməsi üçün hüquqi meyyar kimi nəzərdə tutulmamış, bilasitə kreditorun əmlak və qanuni mənafelərinin nəzərə alınmasını müəyyən etmişdir. Çünki qanuna zidd hərəkətləri nəticəsində borclunun faydalanmaq hüququ yoxdur və özgəsinin p ul vəsaitinin qanunsuz olaraq istifadə edilməsi qanuni sahibə münasibətdə daha əlverişli hesab olunmamalıdır. Habelə, qeyd olunmuş maddənin tətbiqi öhdəliyin pozulmasına görə dəbbə pulunun tənasübsüzlüyü yükünün sübut edilməsi vəzifəsini borclunun üzərinə qoymuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən məsələyə münasibətdə bu maddələrin tələblərinin tətbiqi aşağıdakı nəticəni yaratmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli müqavilənin 2.5-ci bəndinə əsasən, kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək (bu tarix daxil edilməklə) olan dövr ərzində illik 30 faiz, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, 32 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Müqavilə şərtini təfsir edərkən məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddia tələbi ilə “cərimə”nin ödənilməsi xahiş olunmuşdur, borclunun öhdəliyinin icra edilməməsinin məsuliyyətini müəyyən edən maliyyə sanksiyası kimi müqavilədə göstərilmiş “artırılmış fazilər”ın hesablanması qaydası dəbbə pulunun hesablanması qaydası kimi qiymətləndirilməlidir. İşin hallarına görə, xx xxxxxx 2011-ci il tarixli müqavilə üzrə kredit məbləğinin ödənilməməsi cavabdeh tərəfindən öhdəliyin pozulması kimi qiymətləndirilmiş və göstərilmiş müqavilə şərtinə əsasən iddiaçının hesabladığı 153.605,23 ABŞ dolları dəbbə pulunu azaldmaqla onun məbləğini 89922,07 ABŞ dolları kimi müəyyən etməklə məhkəmə istinad olunmuş Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə riayət etmişdir. xx xxxxxxxx 2015-ci il tarixli müqavilə üzrə 1333,33 ABŞ dolları cərimə hesablandığından həmin borcun azaldılması üçün əsasları məhkəmə müəyyən etməmişdir. Borclu olan cavabdeh tərəfindən isə istər cərimənin hesablanması qaydası ilə bağlı, istərsə də həmin məbləğlərin tənasübsüzlüyü ilə bağlı sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış və hüquqi əsaslar hər hansı bir qaydada mübahisələndirilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən mülki qanunvericiliyin yuxarıda istinad olunan tələbləri pozulmamışdır. Kassasiya şikayətinin digər bir dəlilinə görə, tərəflər arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq ipoteka müqavilələri bağlanılmışdır. İpoteka müqaviləsi kredit müqaviləsinin ödən ilməsi üçün təminat olsa da, məhkəmə kredit müqaviləsi üzrə borcları ipoteka predmeti olan əmlaklara yönəltməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmadığını və bunun aşağıdakılardan irəli gəldiyini qeyd edir. Azərbaycan Respublikası MPM-nin: - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Prosessual hüquq normasının tələbinə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə borcun tutulması tələbi ilə bağlı olduğundan, aşağı instansiya məhkəmələri iddia tələbindən kənara çıxamayaraq göstərilən tələb üzrə qətnamə qəbul etməkdə haqlı olmuşdurlar. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: cavabdeh “xxxx” ASC-nin baş icraçı direktoru xxx1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-264/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-10/2021
Ali Məhkəmə Qərar — İş №2-2(102)-10/2021
02.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver