Məhkəmə qərarları › İş №2-2(102)-10/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-10/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-10/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMM-ə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-10/2022 Açar sözlər: alqı-satqı müqaviləsi əsasında yaranmış pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMM-ə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli 2-2(103)764/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMM (alıcı) arasında 2019-cu il 2 sentyabr tarixdə AZTX/700 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, satıcı 1 ədəd Betonqarışdıran DİECİ L4700 avadanlığı bu müqavilədən irəli gələn bütün vəzifə və öhdəlikləri öz üzərinə götürərək alıcıya satır, öz növbəsində alıcı həmin avadanlıqları alır, onun dəyərini tərəflərin razılaşdırdıqları qaydada satıcının hesabına ödəyir və bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan şərtlərə əməl edir. Müqavilənin 4.1-ci bəndinə görə avadanlığın adı markası və sayı - betonqarışdıran DİECİ L4700, 1 ədəd, 18 % ƏDV daxil 59.000 avro təşkil edir. 4.1.2-ci bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra alıcı 5 gün ərzində avadanlıqların ümumi dəyərinin 29.0 00 avro məbləğini ilkin olaraq satıcının hesablaşma hesabına ödəyir, qalıq 30.000 avronu isə avadanlığı təhvil aldıqdan sonra 6 ay müddətində əlavə 1-də göstərilmiş cədvələ uyğun bərabər hissələrə bölünməklə satıcının hesablaşma hesabına ödəyir. Avadanlığın dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə keçir. 5.1-ci bəndinə görə satıcı avadanlığı qabaqcadan 29.000 avro məbləğini satıcının hesabına ödənildikdən sonra texniki cəhətdən istismara yararlı vəziyyətdə 3 iş günü ərzində alıcıya təhvil verir.

2. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən betonqarışdıran DİECİ L4700 adlı avadanlığın dəyəri 50.000,00 avro, 18% ƏDV 9.000,00 avro, cəmi 59.000,00 avro müəyyən edilmişdir. Əlavədə ödəniş cədvəli göstərilmişdir. X1 ödəniş gününə təyin etdiyi rəsmi kurs məzənnəsinə əsasən manatla ödənili r. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 3. "xxxx" MMC tərəfindən Cavabdeh MMM-ə 1 ədəd betonqarışdıran DİECİ L4700 adlı avadanlığa görə verilmiş 2019-cu il 3 sentyabr tarixli, 701 saylı hesabda avadanlığın dəyəri 50.000 avro, ƏDV 9.000 avro məbləğində olduğu göstərilmişdir. 4. 2019-cu il 3 sentyabr tarixli, 701 saylı hesab əsasında 2020-ci il 27 noyabr tarixli, EBAT seriyalı, 153689 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMM-ə göndərilmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən "xxxx" MMC ilə Cavabdeh MMM arasında bağlanmış 2019-cu il 2 sentyabr tarixli alqı-satqı müqaviləsi əsasında satıcı tərəfindən alıcıya betonqarışdıran avadanlıq satılmışdır. Həmin müqavilə üzrə texnikanın dəyəri 101.355,00 manat əsas mə bləğ, 18.243,90 manat ƏDV məbləği təşkil edir. Alıcı tərəfindən satıcının hesabına ümumilikdə 52.528,00 manat əsas məbləğ, 9.455,04 manat ƏDV məbləği ödənilmişdir. Hazırda alıcının satıcıya 48.827,00 manat əsas borc və 8.788,86 manat ƏDV borcu vardır. Muüqavilənin 6.2-ci bəndinə əsasən gecikdirilən gün üçün 4.822,70 manat əsas məbləğ, 878,89 manat ƏDV məbləği cərimə hesablanmışdır. 6. 2019-cu il 1 yanvar - 2021-ci il 9 mart dövrü üçün hesabdan çıxarışla müəyyən edilir ki, Cavabdeh MMM tərəfindən "xxxx" MMC-nin HCRAZN**********8001 saylı hesabına 55.528,00 manat məbləğində ödəniş edilmişdir. 7. "xxxx" MMC tərəfindən Cavabdeh MMM-ə pretenziya ilə müraciət edilərək, alqısatqı müqaviləsi üzrə yaranmış 24.709,18 avro məbləğində əsas borc, 4.447,66 avro cərimə borcu və 9.768,6 avro cərimə məbləğ i olmaqla, ümumilikdə 38.925,42 avro məbləğində borcun 14 gün ərzində "xxxx" MMC-nin hesabına ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMM-ə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/700 saylı, 2019-cu il 12 sentyabr tarixli alqı-satqı müqaviləsinə əsasən alınmış obyekt (avadanlıq) üzrə 24.709,18 avro əsas məbləğ, 4.447,66 avro ƏDV məbləği və 11.634,84 avro cərimə məbləği olmaqla, ümumilikdə 40.794,66 avro məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMM-dən alınaraq iddiaçı "xxxx" LTD MMC-nin xeyrinə ödənilməsi barədə müvafiq qətnamə qəbul ed ilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 2 sentyabr tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh təhvil aldığı avadanlığa görə, göndərilmiş sonuncu aylıq hesab-faktura üzrə ödənişləri tam icra etməmişdir. Qeyd olunan müqavilə üzrə texnikanın dəyəri 50.000 avro əsas məbləğ və 9.000 avro ƏDV məbləği təşkil edir. Alıcı tərəfindən satıcının hesabına ümumilikdə 25.290,82 avro əsas məbləğ və 4.552,34 avro ƏDV məbləği ödənilmişdir. Hazırda alıcının satıcıya 24.709,18 avro əsas məbləğ və 4.447,66 avro ƏDV məbləği borcu mövcuddur.

10. Tərəflər arasında bağlanan AZTX/700 saylı, 2019-cu il 2 sentyabr tarixli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda, satıcı 10 günlük güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1% həcmində, lakin gecikdirilmiş ödənişin ümumi dəyərinin 10%dən artıq olmamaq şərti ilə cərimə ödənilməsini alıcıdan tələb edə bilər. Sonuncu eqaimənin göndərildiyi 2019-cu il 3 sentyabr tarixdən 10 gün nəzərə alınmaqla, 2019-cu il 13 sentyabr tarixdən hər gecikdirilmiş gün üçün 0,1% həcmində cərimə hesablanması üçün müddət başlayır. Bu da hər gün üçün 29.156,82 x 0,1%= 29,16 avro cərimə təşkil edir.

11. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə 2020-ci il 13 avqust tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə, mü qaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 günlük müddət təyin edilmişdir. Lakin cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir.

12. Beləliklə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin ödəməli olduğu 29.156,82 avro məbləğində əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün 0,1% (cərimənin hesablanmağa başladığı 2019-cu il 13 sentyabr tarixdən iddia ərizəsinin verildiyi 2020-ci il 16 oktyabr tarixədək 399 günün keçdiyi nəzərə alınmaqla), yəni 399 x 29.16=11.634,84 avro cərimə məbləğinin, ümumilikdə 29.156,82 + 11.634,84=40794,66 avro məbləğində pulun ödən ilməsi barədə qətnamə qəbul edilməlidir.

13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 14.2.1, 373, 389.1, 390.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 24.1, 26.1-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 aprel tarixli, e-2-2 (113)-822/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 23.220,94 avro məbləğində əsas borc, 4447,66 avro ƏDV məbləği və 1.000 avro məbləğində dəbbə pulu, cəmi 28.668,6 avro məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olar aq 20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Leyla Əliyeva).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla da, müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuş, nəticədə iddiaçının cavabdehə həmin müqavilə üzrə borcu yaranmışdır. İddia ərizəsində və iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında borcun məbləğinin 24.709,18 avro, ödənilməli ƏDV məbləğinin isə 4.447,66 avro olması göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan isə müəyyən edilmişdir ki, işə məhkəmədə baxılarkən - 2021-ci il 9 mart tarixində cavabdeh tərəfindən 3.000 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan rəsmi məzənnəsinə əsasən 1.488,24 avro) məbləğində ödəniş edilmiş, həmin məbləğin ƏDV-si isə ödənilməmişdir. Belə olan halda isə qətnamənin qəbul edildiyi tarixə cavabdehin iddiaçıya olan əsas borcu 23.220,94 (24.709,18-1488,24) avro, ödənilməli olan ƏDV məbləği 4447,66 avro təşkil edir. Bu səbəbdən həmin hissədə iddia təmin edilməli, cavabdehdən 23.220,94 avro məbləğində əsas borc və 4.447,66 avro məbləğində ƏDV borcu ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla tutularaq iddiaçıya ödənilməlidir.

17. Cavabdehin ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə ö hdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1.000 avro məbləğində müəyyən edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 567-ci, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

19. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni cavabdehdən 23.220.94 avro məbləğində əsas borc, 4447,66 avro ƏDV məbləği və 1000 avro məbləğində dəbbə pulu, cəmi 28.668,6 avro məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair iddia tələbinin qismən təmin edilməməsi və əsas borc məbləğinin 18.668,6 avro müəyyən olunmasına dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2-2(103)-764/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Vidadi Məmmədov və İlham Kərimli).

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında 2019-cu il 2 sentyabr tarixdə AZTX/700 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 59.000 av ro (101.555 manat) dəyərində betonqarışdıran avadanlıq satılmışdır. Cavabdeh tərəfindən iddiaçının hesabına 55.528 manat məbləğində ödəniş edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən 2021-ci il 9 mart tarixində cavabdeh tərəfindən iddiaçıya 3000 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan rəsmi məzənnəsinə əsasən 1.488,24 avro) məbləğində ödəniş edilmiş, həmin məbləğin ƏDV-si isə ödənilməmişdir.

22. Birinci instansiya məhkəməsi qətnamənin qəbul edildiyi tarixə cavabdehin iddiaçıya olan əsas borcunun 23.220,94 (24.709,18-1488,24) avro, ödənilməli olan ƏDV məbləğinin 4447,66 avro təşkil etdiyini müəyyən edərək həmin məbləğin cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, müqavilə də alıcının üzərinə ƏDV ödəmək öhdəliyi qoyulmadığından iddia ƏDV tələbi ilə bağlı hissədə təmin edilməməlidr. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə 1 saylı Əlavədə satılmış malın qiyməti ƏDV ilə birlikdə 59.000 avro göstərildiyindən, cavabdeh razılaşdırılmış dəyəri ödəməyə borcludur.

23. Apellyasiya məhkəməsi 1.000 avro məbləğində dəbbə pulunun əsas borca nisbətdə tənasübsüz surətdə yüksək və şişirdilmiş məbləğ olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda satıcı 10 günlük güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1 faizi həcmində, lakin gecikdirilmiş ödənişin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödənilməsini alıcıdan tələb edə bilər. Birinci instansiya məhkəməsi tərəfindən tutulmuş dəbbə pulu tələbi əsas borc məbləğinin 10 %-dən artıq olmadığından qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 467, 597.1, Azərbaycan Respublikası MPM-in 372, 376, 382-385, 392, 393, 402-406-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. 25. 2021-ci il 23 avqust tarixində apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir. 26. 2021-ci il 25 oktyabr tarixində cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinə qətnaməsinin qismən, yəni cavabdehdən 23.220.94 avro m əbləğində əsas borc, 4447,66 avro ƏDV məbləği və 1000 avro məbləğində dəbbə pulu, cəmi 28.668,6 avro məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair iddia tələbinin qismən təmin edilməməsi və əsas borc məbləğinin 18.668,6 avro müəyyən olunmasına dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdehin iddiaçıya cəmi 18.668.6 avro əsas borcu vardır. Baş vermiş pandemiya və ölkədə hərbi vəziyyətin elan edilməsi iqtisadi aktivliyə və investisiyalara ciddi mənfi təsir etmişdir. Nəticədə şirkət illik istehsal planlarını 30% az icra edə bilmiş, ödəmə qabiliyyəti xeyli aşağı düşmüşdür. Lakin məhkəmə tərəfindən bu hal ümumiyyətlə nəzərə alınmamışdır.

28. Dəbbə pulu öhdəliyin pozul masının nəticələrinə uyğun gəlməlidir. Lakin cavabdehdən tutulan 1000 avro məbləğində dəbbə pulu şirkətin mənafelərini pozaraq müəyyənləşdirilmiş şişirdilmiş məbləğdir və dəbbə pulunun təyinatına uyğun deyildir.

29. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun çıxarılmamış, maddi və prosessual normaların tələbləri pozulmuşdur.

30. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 448.4, 467 Azərbaycan Respublikası MPM-in 88.1, 217.1, 217.2, 217.3, 385.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı kassator tərəfindən mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti “... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilməd iyi bütün hallar üçün cavabdehdir....” Maddə

462. Dəbbə pulu anlayışı “... 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

35. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kollegiya cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur (bax yuxarıda § 21-24).

38. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli 2-2(103)-764/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar