Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-101/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehqarşı iş üzrə QƏRAR (açar sözlər:iddiaçı, XXX” firması tərəfindən vaxtilə ona satılmış və cavabdehin qanunsuz sahibliyində olan öz əmlaklarını geri tələb etmək hüququna malik olmuşdur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakların qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-879/2019 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan və bir ədədinin qiyməti 50.000 ABŞ dolları olmaqla, ümumi dəyəri 150.000 ABŞ dolları təşkil edən “X3” şirkətinin məhsulu olan bir ədəd 9914-9015-4065 seriya nömrəli Gentlelase PRO aparatının, həmin şirkətin məhsulu olan bir ədəd 99149015-1128 seriya nömrəli Gentlelase PRO aparatının, eyni şirkətin məhsulu olan bir ədəd 9914-9030-5488 seriya nömrəli Gentlelase PRO U aparatının cavabd ehin qanunsuz sahibliyindən alınıb natura şəklində ona qaytarılması və iddianın qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ticarət ortaqlığından imtina zamanı əmlak bölgüsü ilə bağlı olan bütün məsələlər qarşılıqlı anlaşma yolu ilə həll edilmiş, şifahi anlaşmaya görə işlək vəziyyətdə olan həmin aparatların 3 ədədi iddiaçıya, qalan 3 ədədi cavabdehə verilmiş, sonradan iddiaçı onun üçün məcburi öhdəlik yaratmayan həmin anlaşmadan imtina edərək, özünün şəxsi vəsaiti hesabına və öz adına alınmış cavabdehdə saxlanılan həmin avadanlıqları sonuncudan tələb etmişdir. İddiaçı bu məqsədlə cavabdehə pretenziya göndərmiş, lakin cavabdeh iddiaçının tələbini təmin etməmiş, cavabdeh, iddiaçıya məxsus avadanlıqlara qanunsuz yiyələnməklə onu faktiki olaraq həmin əşyalardan məhrum etmişdir. İddiaçının haqlı tələblərinə rəğmən həmin avadanlıqlar bu günədək cavabdehin qanunsuz sahibliyindədir və sonuncu onların istifadəsindən gəlir əldə edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(82)903/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – L.R.Əliyeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-879/2019 saylı qətnaməsi ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və İ.B.Əhmədov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yen i qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, mülkiyyət hüququ ilə iddiaçıya məxsus, “X3” şirkətinin məhsulu olan bir ədəd 9914-9015-4065 seriya nömrəli Gentlelase PRO aparatı, bir ədəd 9914-9015-1128 seriya nömrəli Gentlelase PRO aparatı, bir ədəd 9914-9030-5488 seriya nömrəli Gentlelase PRO U aparatı Cavabdeh qanunsuz sahibliyindən alınıb natura şəklində İddiaçı qaytarılması, iddianın qaldırılması üçün ödənilmiş 30 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat olmaqla, cəmi 45 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilm əsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Bakı Apellyasiya Məhkəməsində iş hər tərəfli, tam və qanuna uyğun araşdırılmamış,, tərəflər arasında ticarət ortaqlığına son verilərkən 6 ədəd lazer aparatından 3-nün cavabdehdə, 3-nün isə iddiaçıda qalması barədə razılığa gəldiklərindən, iddiaçının qaytarılmasını tələb etdiyi 3 ədəd lazer aparatı cavabdehin qanuni sahibliyindədir. Apellyasiya Məhkəməsinin qətnaməsini əsaslandırdığı hal olaraq göstərilən, "iddia predmeti olan avadanlıqların iddaçının mülkiyyətində olmasını həmin avadanlıqların satın alındığı XXX firmasının arayışları ilə əsaslandırması" işə səthi yanaşılma və iş üzrə mühim əhəmiyyət kəsb edən hallara düzgün qiymət verməmənin göstəricisidir. İddiaçı özü də təsdiq və bəyan edir ki, onların (İddiaçı və Cavabdeh) müştərək fəaliyyətləri, ticarət-biznes ortaqlıqları olmuş, bu birgə fəaliyyət-ortaqlıq kosmetoloji xidmətlərin göstərilməsinə dair "gözəllik salonu fəaliyyəti"nin həyata keçirilməsi olmuşdur. Bununla bağlı tərəflər birgə fəaliyyətlərini həyata keçirmək üçün aidiyyəti avadanlıqları XXX firmasından satın almışlar. Müvafiq alqı-satqı proseslərində isə tərəflərin razılaşması əşasında İddiaçı iştirak etmiş, həmin avadanlıqların alqı-satqı prosesini o, həyata keçirmişdir (buna səbəb İddiaçı Cavabdeh münasibətdə alqı-satqı prosesinin və sövdə ləşmələrin aparılmasına dair təcrübəli olması əsas olmuşdur). Tərəflərin birgə vəsaiti əsasında əldə edilən həmin avadanlıqları həmin vaxt XXX firmasından satın alan şəxs İddiaçı olduğundan alqı-satqı ilə bağlı tərtib olunan qaimə, arayış və digər sənədlər də təbii olaraq İddiaçı adı qeyd edilərək müvafiq sənədlər onun adma tərtib edilmişdir. Bu səbəbdən həmin ilkin sənədlərdə alıcı adı kimi İddiaçı adının qeyd edilməsi anlaşılan hal olmaqla, bu halın İddiaçı iddia predmeti olan əmlaklara dair mülkiyyət hüququnun təsdiqi kimi qiymətləndirilməsi səthi yanaşma tərzi olmaqla qanuni səbəb deyildir. Bu faktın təsdiqi olaraq onu göstərmək olar ki, tərəflər bir-biri ilə ticarət ortaqlıqlarını sonlandırarkən XXX firmasından alınan 6 ədəd (hazırki iş üzrə iddia predmeti olan 3 ədəd avadanlıq da dad axil olmaqla) kosmetoloji avadanlığı aralarında bərabər şəkildə bölərək hər biri həmin avadanlıqdan 3 ədədini götürmüşdü. Yəni əgər hazırki iddia predmeti olan əmlaklar həqiqətən İddiaçı məxsus olsa idi ticarət ortaqlıqlarının sonlanması vaxtı o bu avadanlıqları Cavabdeh verməz, həmin əmlakların tərəflər arasında bərabər bölgüsünə razı olmazdı. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsində ancaq İddiaçı hüquq və mənafeləri rəhbər tutulmuş, iş üzrə qəbul edilən bütün qərarlarda iddiaçının maraqlarının təminatı prioritet təşkil edilmişdir. Yəni iddiaçının vəsatəti əsasında iş üzrə iddia predmeti olan əmlakların üzərinə təkrar olaraq əlavə məhdudlaşdıran tədbirlər tətbiq edilmiş, iddiaçının maraqları ön planda tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsində iddiaçının iddianın təmin inə dair təkrar məhdudlaşdıran vəsatəti qəbul edilmiş, birinci instansiya məhkəməsində onsuz da üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilən, iddia predmeti olan əmlakların istifadəsinin Cavabdeh qadağan edilməsinə dair əlavə qərardad qəbul edilmişdir, artıq birinci instansiya məhkəməsində, yəni 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iş üzrə iddia predmeti olan həmin gözəllik salonu avadanlıqları, kosmetoloji lazer aparatlarının üzərinə iddiaçının vəsatəti əsasında həbs qoyularaq həmin əmlakların özgəninkiləşdirilməsi qadağan edilmiş, üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilən həmin əmlaklara dair əlavə məhdudlaşdırıcı tədbirlərin təmin edilməsi istiqamətində qərardad qəbul edilməsi iş üzrə qərəzli mövqe nümayişinin işdə sadəcə iddiaçı tərəfin maraqları nın təminatına cəhddən başqa bir şey deyildir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının nəticə hissəsində həmin qərardaddan şikayət verilə bilməz "hüquq məhdudlaşdırıcı" imperativ cümlə qeyd edilməklə, Cavabdeh məhkəmə qərardadını mübahisələndirmək hüququ, qəbul edilmiş qərardaddan məhkəmənin özünə yaxud növbəti instansiyaya şikayət vermək imkanları əngəllənmişdir. Həmin qərardad apellyasiya instansiyasında qəbul edildiyindən mahiyyət etibarilə ilk instansiya qərardadı idi, öz səlahiyyəti və yurisdiksiyası dairəsində ilk qərardadı qəbul etmiş məhkəmənin həmin qərardadı mübahisələndirilməsini qadağan etməsi, qəbul etdiyi öz qərardadını məcburən mübahisəsiz etməsi məhkəməyə müraciət hüquqlarının məhdudlaşdırılması ilə yanaşı ədalət mühakiməsinin prinsipləri i lə ziddiyyət təşkil etmişdir. Bu isə ciddi prosessual pozuntu olmaqla, cavabdehə münasibətdə onun hüquqlarının apellyasiya məhkəməsində pozulmasının, şikayət hüququndan məhrum edilməsinin rəsmi bəyanı olmuşdur. Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 izahatlarını dinləyər ək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-879/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, XXX firması tərəfindən verilmiş xx.xx.2013, xx.xx.2016 və xx.xx.2017ci il tarixli Şəhadətnamələrə görə müvafiq olaraq “X3” şirkətinin məhsulu olan bir ədəd 9914-9015-1128 seriya nömrəli Gentlelase PRO aparatı, bir ədəd 9914-9015-4065 seriya nömrəli “Gentlelase PRO” aparatı və bir ədəd 9***-*******8 seriya nömrəli “Gentlelase PRO U” aparatı satıcı XXX firması tərəfindən alıcı “Face Studio” gözəllik salonuna satılmış, şəhadətnamələrdə rekvizit qrafasında İddiaçı adı göstərilmiş XXX firması tərəfindən veri lmiş xx.xx.2019-cu ildə arayışa görə, XXX firmasının tərtib etdiyi xx.xx.2019-cu il tarixli 6749 nömrəli aktın “məhsul növü” qrafasında yazılmış “5488” rəqəmləri 9914-9030-5488 seriya nömrəli GL PRO-U avadanlığının, xx.xx.2019-cu il tarixli 6889 nömrəli aktın “məhsul növü” qrafasında yazılmış “1128” rəqəmləri 99149015--1128 seriya nömrəli GL-PRO avadanlığının, xx.xx.2019-cu il tarixli 7066 nömrəli aktın “məhsul növü” qrafasında yazılmış “4065” rəqəmləri 9914-9015-4065 seriya nömrəli GL-PRO avadanlığının qısaldılmış seriya nömrəsidir, həmin aktlar tərtib edilərkən XXX firmasının məlumat bazasında saxlanılmış ilkin məlumatlardan istifadə edilmiş, həmin məlumatlarda isə alıcı şirkət “Face Studiyası”, bu şirkətin sahibi isə İddiaçı göstərilir, bu üzdən adları qeyd olunan aktlarda Cavabdeh inis ialı göstərilməmiş, XXX firmasının xx.xx.2019-cu il tarixli 022 nömrəli arayışına əsasən Amerika istehsalı, “Candela” firmasının məhsulu olan seriya nömrəsi 9914-9015-1128 “X6 PRO” aparatı 2013-cü ildə, seriya nömrəsi 9914-9015-4065 “X6 PRO” aparatı 2016-cı ildə İddiaçı dəyəri nağd ödənilməklə satılmış, Amerika istehsalı, XXX firmasının məhsulu olan seriya nömrəsi 9914-9030-5488 “X6 PRO U” aparatı 2017-ci ildə İddiaçı dəyəri köçürmə yolu ilə ödənilməklə satılmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan əmlakların iddiaçı tərəfindən onun öz adına və şəxsi vəsaiti hesabına alınması, cavabdehlə ortaq gəlir əldə etmək məqsədilə işlətdikləri gözəllik salonlarında çalışan həkimlərin istifadəsinə verilməsi və əşyaların hazırda cavab dehdə olması işin mübahisəsiz hallarıdır, cavabdeh iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququndan onun xeyrinə hər hansı qaydada imtina etməsini, habelə əşyaları iddiaçıdan dəyərini ödəyərək əldə etdiyini, həmçinin əmlakların onun vəsaiti hesabına alındığını, yaxud bunun üçün ona borc verdiyini mübahisə etməmiş, həmin əmlaklar tərəflərin ortaq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə, Mülki Məcəllənin 152.2 və 153.3-cü maddələri mənasında cavabdehin birbaşa istifadəsinə və sahibliyinə deyil, əmək fəaliyyəti çərçivəsində hüquqi cəhətdən təmin edilməyən imkanlarla gözəllik salonlarında çalışan həkimlərin istifadəsinə verilmişdir ki, bu halda da əmlaklar üzərində mülkiyyət hüququ və qanuni sahiblik iddiaçıda qalmış, beləliklə, iddiaçı, rəsmi qeydiyyatı aparılmalı olmaya n mübahisəli əmlakların Mülki Məcəllənin 152.1-ci maddəsi anlamında mülkiyyətçisi olduğu, onun bu hüququna əşyalardan şəxsən istifadə etməməsi imkanı da daxil olduğu, əmlaklara mülkiyyət hüququ cavabdeh tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və əmlakların özgəninkiləşdirilməsinə dair sair əqd əsasında əldə edilmədiyi, iddiaçı mülkiyyət hüququndan cavabdehin xeyrinə imtina etmədiyinə, əşyalar məhv olmadığına və hər hansı başqa şəxs bu əşyalar üzərində mülkiyyət hüququnu əldə etmədiyinə görə iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququ itirilmədiyindən, cavabdehin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququna malikdir, vindikasiya növündə hazırkı iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir, mülkiyyət hüququnun m əhkəmədə müdafiə vasitələrindən biri olan vindikasiya iddiasının əsaslı hesab edilməsi üçün isə iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi (qanuni sahibi), həmin əşyanın hazırda cavabdehin sahibliyində və cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilməlidir ki, iş üzrə hər üç şərtə riayət olunmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.
3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir; 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi; 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bi lər; 203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. İş materiallarına əsasən 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia predmeti olan həmin gözəllik salonu avadanlıqları, kosmetoloji lazer aparatlarının üzərinə iddiaçının vəsatəti əsasında həbs qoyularaq həmin əmlakların özgəninkiləşdirilməsi qadağan edilmiş, apellyasiya məhkəməsi tərəfindən isə Cavabdeh həmin əmlakların istifadəsinin qadağan edilməsinə dair qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, ape llyasiyanın qeyri mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Mülki prosessual qanunvericiliklə apellyasiya instansiyası məhkəməsinin hansı qərardadlarından kassasiya şikayəti verilməsi dəqiq müəyyən edildiyindən, apellyasiya məhkəməsinin iddianın təmin edilməsi üzrə tam hüquqlu məhkəmə olaraq qəbul etdiyi öz qərardadını məcburən mübahisəsiz etməsinin cavabdehin məhkəməyə müraciət hüquqlarının məhdudlaşdırılması ilə yanaşı ədalət mühakiməsinin prinsipləri ilə ziddiyyət təşkil etməsi və ciddi prosessual pozuntu olması barədə kassassiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz., Beləliklə,apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin tə min edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası xxx firmasının xx.xx.2019-cu il tarixli 022 nömrəli arayışına əsasən Amerika istehsalı, xxx firmasının məhsulu olan seriya nömrəsi 9914-9015-1128 “X6 PRO” aparatı 2013-cü ildə, seriya nömrəsi 9914-9015-4065 “X6 PRO” aparatının 2016-cı ildə İddiaçı dəyəri nağd ödənilməklə, Amerika istehsalı, xxx firmasının məhsulu olan seriya nömrəsi 9914-9030-5488 “X6 PRO U” aparatının isə 2017-ci ildə İddiaçı dəyəri köçürmə yolu ilə ödənilməklə satıldığını, bunun əksini təsdiq edən hər hansı sübutun cavabdeh tərəfindən təqdim edilmədiyini, məhkəmənin isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğunu, cavabdehin, iddiaçının mübahisəli əmlaklar üzərində mülkiyyə t hüququndan xeyrinə hər hansı qaydada imtina etməsini, habelə əşyaları iddiaçıdan dəyərini ödəyərək əldə etdiyini, həmçinin əmlakların onun vəsaiti hesabına alındığını, yaxud bunun üçün ona borc verdiyini mübahisələndirmədiyini, həmin əmlakların tərəflərin ortaq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə, Mülki Məcəllənin 152.2 və 153.3-cü maddələri mənasında cavabdehin birbaşa istifadəsinə və sahibliyinə deyil, əmək fəaliyyəti çərçivəsində hüquqi cəhətdən təmin edilməyən imkanlarla gözəllik salonlarında çalışan həkimlərin istifadəsinə verildiyini, bu halda əmlaklar üzərində qanuni sahibliyin iddiaçıda qaldığını, cavabdeh tərəfindən isə mübahisəli əmlaklarla bağlı işə baxmış məhkəmələrə hər hansı mötəbər sübutların, həmçinin bu əmlakların sonrakı istifadəsi üzrə tərəflər arası nda hər hansı yazılı razılaşmanın təqdim edilmədiyini, işdəki sənədlərə əsasən isə iddiaçının, rəsmi reyestrdə qeydiyyatdan keçməli olmayan, “Araş” firması tərəfindən vaxtilə ona satılmış və cavabdehin qanunsuz sahibliyində olan öz əmlaklarını geri tələb etmək hüququna malik olduğunu nəzərə alaraq kassasiya şikayətinin buna dair, həmçinin işin faktiki halları ilə bağlı dəlillərini də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq nor malarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)879/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-879/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.