Məhkəmə qərarları › İş №2-2(102)-101/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-101/2021

02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-101/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Quba rayon İcra Hakimiyyəti Başçısının Birinci Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: podrat müqaviləsindən irəli gələn borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, iddiaçı MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 Başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı podrat müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 22(105)-94/2020 saylı qətnaməsindən iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan, tərəflər arasında bağlanmış 21.04. 2014-cü il tarixli podrat müqaviləsinə görə, icraçı-iddiaçı MMC sifarişçi-cavabdeh Nümayəndəlik tərəfindən müəyyən edilmiş və tərtib olunmuş smetada nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirməklə Birinci Nügədi kəndində yerləşən binanı uşaq bağçası tikintisinə uyğunlaşdırmasını, cavabdeh Nümayəndəlik isə, iş icraçısı üçün lazımi iş şəraiti yaratmağı və smet ada nəzərdə tutulmuş məbləği hissə-hissə icraçının hesabına köçürməyi öhdələrinə götürmüşlər.

2. İşin materiallarında olan, “Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri, 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul Aktı”na görə, iddiaçı MMC tərəfindən Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri üzrə 15.385,73 manat məbləğində yerinə yetirilmiş işlər cavabdeh Nümayəndəliyə təhvil verilmişdir.

3. İşin materiallarında olan, “Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri, 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul Aktı”na uyğun olaraq iddiaçı MMC tərəfindən Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri üzrə 5.880,27 manat məbləğində yerinə yetirilmiş işlər cavabde hə Nümayndəliyə təhvil verilmişdir.

4. İşin materiallarında olan, “Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri, 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul Aktı”na uyğun olaraq iddiaçı MMC tərəfindən Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri üzrə 18.751,36 manat məbləğində yerinə yetirilmiş işlər cavabdeh Nümayəndəliyə təhvil verilmişdir.

5. İşin materiallarında olan, “Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri, 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul Aktı”na uyğun olaraq iddiaçı MMC tərəfindən Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri üzrə 7.597,28 manat məbləğində yerinə yetirilmiş işlər cavabdeh Nümayəndəliyə təhvil verilmişdir.

6. İşin materia llarında olan, “Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri, 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul Aktı”na uyğun olaraq iddiaçı MMC tərəfindən Birinci Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri üzrə 53.495,42 manat məbləğində yerinə yetirilmiş işlər cavabdeh Nümayəndəliyə təhvil verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC Cavabdeh2 başçısının Birinci Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndəlikdən 56.262 manat pul vəsaitinin, vurulmuş maddi zərərin əvəzi 15.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən binanın uşaq bağçası tikintisinə uyğunlaşdırılması barədə sifarişçi-Cavabdeh2 başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəsi ilə icraçı-İddiaçı MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin şərtlərinə görə sifarişçi tərəfindən müəyyən edilmiş və tərtib olunmuş smetada nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirməklə Birinci Nügədi kəndində yerləşən binanın uşaq bağçası tikintisinə uyğunlaşdırılmasını öhdəsinə götürür. Sifarişçi ş icraçısı üçün lazımi iş şəraiti yaradaraq smetada olan məbləği hissə hissə icraçının hesabına köçürməyi öhdəsinə götürmüşdür. Binanın cari və əsaslı təmiri üçün əvvəlcə 93.074 manat məbləğində smeta sənədi tərtib edilsə də, sonradan 101.110,05 manat məbləğində smeta sənədi tərtib edilmiş, tərəflərin nümayəndələri tərəfindən razılaşdırılaraq imzalanmış və möhür vurulmuşdur.

9. İcraçı tərəfindən bina aprel ayında 21.266 manat məbləğində, may ayında 26.348,64 manat məbləğində, iyun ayında isə 53.495,42 manat məbləğində, yəni smetada nəzərdə tutulan məbləğdə əsaslı və cari təmir olunaraq sifarişçiyə təhvil verilmiş və bu barədə qəbul aktı tərtib edilmişdir.

10. Sifarişçi pul məbləğinin 44.848 manat məbləğini ödəsə də, qalan 56.262 manat məbləğini dəfələrlə tələb edilməsinə baxmayaraq bu günə qədər ödəməmişdir. Sifarişçi pulun ödənilməməsini onunla əsaslandırmışdır ki, 2014-cü il üçün onun hesabatında bu təyinat üzrə vəsait olmadığı üçün ödənilməmiş qalan 56.262 manat pul vəsaitini 2015-ci ilin büdcəsi hesabına 2015-ci ili n İ rübündə ödəyəcəkdir.

11. Artıq 2016-cı ilin sonu başa çatmasına baxmayaraq sifarişçi yenə pulu ödəməkdən imtina edir. Həm tikintidə işləyən fəhlələrin, həm də vergi və DSMF ayırmalarının pulu ödənilməmiş qalmış, bu da iddiaçı MMC-nin həm gəlirinə, həm də fəaliyyət dairəsinə çox mənfi təsir göstərmiş, işçilər arasında çox ciddi narazılıqlar yaranmışdır. Bütün bunlar iddiaçı MMC-nin digər gəlirlərinin əldən çıxmasına səbəb olmuşdur.

12. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim Z.Pirverdiyev, iş No 2-2(85)-25/2017) iddianın təmin edilməsi; İddiaçı MMC ilə Cavabdeh2 başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli müqaviləyə əsasən 56.262 manat, vurulmuş maddi zərərin əvəzi 15.000 manat və ödən ilmiş 30 manat dövlət rüsumunun cavabdeh Nümayndəlikdən tutularaq iddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. 13. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd ediənlərə görə, tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli müqaviləyə əsasən, iddiaçı, cavabdeh tərəfindən müəyyən edilmiş və tərtib olunmuş smetada nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirməklə İ Nügədi kəndində yerləşən binanı uşaq bağçası tikintisinə uyğunlaşdırmasını, cavabdeh, iş icraçısı üçün lazımi iş şəraiti yaratmağı və nəzərdə tutulmuş məbləği hissə-hissə icraçının hesabına köçürməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək, İ Nügədi kənd 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri üzrə 2014-cü ilin aprel, may, iyun aylarında ümimilikdə 101.110,06 manat məb ləğində işləri yerinə yetirmiş və cavabdehə təhvil vermişdir. Cavabdeh tərəfindən görülmüş işlərin dəyərindən 44.848 manat məbləği ödənilmiş, qalan 56.262 manat məbləği isə hazıradək ödənilməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli müqaviləyə əsasən yaranmış 56.262 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci dəsinin tələblərinə əsasən 15.000 manat məbləğində iddiaçıya vurulmuş maddi zərər cavabdehdən tutulmalıdır.

16. Həmin qiyabi qətnamədən narazı qalan maraqlarına toxunan şəxs Cavabdeh2 ondan apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rə dd edilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyasl məhkəməsindəki icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Məmmədov, hakimlər H.Babayeva və T.Məmmədov, iş № 2-2(105)-94/2020) qətnamənin maraqlarına toxunan şəxs Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsi; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi; iddianın rədd edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə göər, Azərbaycan Respublikası MPM-nin tələbləri baxımından “Nümayəndəlik” - yəni hazırki iş üzrə Cavabdeh2 başçısının İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki prosessual fəaliyyət qabiliyyətinə) malik deyildir.

19. Mövcud hüquq sisteminə aid hüquq sahələrində (Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə və s.) hüquq qabiliyyəti” və “fəaliyyət qabiliyyəti” fərqli institutlar kimi müəyyən olunmuş və onların hər biri özünəməxsus müvafiq mahiyyət və məzmun daşıyır. Yəni, hüquq qabiliyyəti – hüquqlara malik olmaq və vəzifələr daşımaq” qabiliyyəti olduğu halda, “fəaliyyət qabiliyyəti” - “şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək” qabiliyyətidir.

20. Həmçinin, mülki icraatın (kommersiya mübahisəsi üzrə icraatın) prosessual qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində də proses iştirakçılarının “Mülki prosessual hüquq qabiliyyəti” və Mülki prosessual fəaliyyət qabiliyyəti” fərqləndirilərək, bunun üçün Məcəlləyə ayrı-ayrılıqda 48-ci və 49-cu maddələr daxil edilmişdir. Yəni, mülki prosessual hüquq qabiliyyətinin” təsbit olunduğu MPM-nin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki prosessual hüquq qabiliyyəti) malikdir.

21. Mülki prosessual fəaliyyət qabiliyyətinin” təsbit olunduğu MPM-nin 49-cu maddəsində isə göstərilir ki, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

22. Göründüyü kimi, mülki-prosessual fəaliyyət qabiliyyəti” və hüquq qabiliyyəti” fərqli anlayışlardır və Mülki-Prosessual Məcəllədə mülki-prosessual fəaliyyət qabiliyyəti - tam həcmdə yetkinlik yaşına çatmış fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsus olan “məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq” qabiliyyətidir.

23. Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırki iş üzrə cavabdeh qismində çıxış etmiş Cavabdeh2 başçıs ının İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi - mülki icraatda (kommersiya mübahisəsi üzrə icraatda) tərəf kimi iştirak edə bilməz. Yəni, hər hansı bir hüquqi şəxsin Nümayəndəlik” kimi qeydə alınaraq, mülki münasibətlərdə Nümayəndəlik” olaraq çıxış edən subyekti - Mülki-Prosessual Məcəllənin tələblərinə görə mülki-prosessual fəaliyyət qabiliyyətinə malik olmadığı üçün kommersiya mübahisəsi üzrə icraatda cavabdeh və yaxud, iddiaçı ola bilməz.

24. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən qanunvericiliyin müvafiq normalarının tələblərinə riayət etməli olduğu halda, iddia ərizəsini icraata qəbul etmiş və qiyabi qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir ki, bu da qanunsuz qətnamə qəbul olunması ilə nəticə lənmişdir.

25. Göründüyü kimi, nümayəndəliyin hazırki iş üzrə cavabdeh ola bilməməsini müəyyənləşdirməli və onun əsl cavabdeh ilə əvəz edilməsi məsələsinə baxmalı olan birinci instansiya məhkəməsi işə Cavabdeh2 başçısının İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin cavabdeh qismində iştirakı ilə baxaraq qanunsuz qiyabi qətnamə qəbul etmişdir.

26. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

27. Həmin qətnamədən narazı qalan iddiaçı MMC ondan kassasiya şikayəti verərək, qətnamə ləğv edilərək işin yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri

28. İddiaçı MMC-nin kassasiya şikayətində qeyd edilənlrə g örə, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsindən iş üzrə cavabdeh İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik deyil, maraqlarına toxunan şəxs Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Halbuki onun belə şikayət verməyə səlahiyyəti olmamışdır. Çünki nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyası məhkəməsində işə baxılarkən Cavabdeh2 maraqlarına toxunan şəxs kimi cəlb edilməmişdir. Bununla bağlı məhkəmə aktı mövcud deyil, həmçinin məhkəmə iclas protokolunda da heç bir qeyd yoxdur.

29. Həmçinin, onu qeyd etmişdir ki, mövcud mülki prosessual qanunvericilikdə “maraqlarına toxunan şəxs” ifadəsindən deyil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən və sürməyən üçüncü şəxs anlayışından istifadə olunur.

30. Göründüyü kim i Cavabdeh2 əvvəlcə işə üçüncü şəxs kimi cəlb edilməli idi. Əgər bu birinci instansiya məhkəməsində edilməmişdirsə, o zaman apelyasiya instansiyası məhkəməsində tərəflərdən birinin vəsatəti və ya məhkəmənin təşəbbüsü ilə edilməli idi. Lakin yuxarıda qeyd edildiyi kimi bu baş verməmiş və prosessual pozuntuya yol verilmişdir.

31. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən və sürməyən üçüncü şəxsin yalnız birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər cəlb edilməli olması fikri ilə də razılaşmaq olmaz, çünki qanunvericlikdə qiyabi qətnamədən söhbət getmir.

32. Daha sonra, maraqlarına toxunan şəxs Cavabdeh2 Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsindən apelyasiya şikayəti vermişdir. Lakin mövcud mülki prosessual qanunverc ilik bunu qadağan edir. Daha doğrusu, MPM-nin 253-cü maddəsində qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsinin hansı hallarda mümkün olması qeyd olunub. Hazırki halda isə qiyabi məkhəmə qətanməsindən apelyasiya şikayəti verilməsi üçün heç bir əsas yoxdur.

33. Qanunvericilik normalarından göründüyü kimi əvvəlcə, cavabdeh qətnamənin ləğvi üçün ərizə ilə məhkəməyə müraciət etməli idi. Lakin Cavabdeh2 belə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etsə də, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Belə olan halda qiyabi qətnamə qüvvədə olmuş sayılır və ondan da apelyasiya şikayəti verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından apelyasiya instansiyası məhkəməsi hazırki işə ümumiyyətlə baxmamalı idi. Məhkəmə iclasında nümayəndəm çıxışı zamanı barədə dəfələrlə bildirsə də, apelyasiya instansiyası məhkəməsi buna hüquqi qiymət vermədən yekun qətnamə çıxarmışdır.

34. Qeyd olunanlardan əlavə, Maliyyə Nazirliyinin əməkdaşı tərəfindən 2013-2016-cı illərə dair dövlət büdcəsinin Quba rayonu üzrə yerli gəlir və xərclərindən Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyinə əsaslı və cari təmir üçün ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılmış və bu barədə xx.xx.2017-ci il tarixdə akt tərtib edilmişdir. Aktdan görünür ki, İddiaçı MMC tərəfindən 2014-cü ildə 3 saylı körpələr evi-uşaq bağçasında yerinə yetirilmiş 47614,64 manat dəyərində əsaslı təmir işləri nəzarət-ölçü qaydasında yerində yoxlanılmış və nəticədə əsaslı təmir işlərinin dəyərinin artırılmadığı müəyyən edilmişdir.

35. Maliyyə nazirliyinin əməkdaşı tərəfindən tərtib edilmiş akt ekspert rəyi rolunu oynaya bilməz. Görülmüş təmir işlərinin dəyərinin müəyyən edilməsi üçün bu sahədə ixtisaslaşmış qurumun - Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə ehtiyac vardır. Bunu nəzərə alaraq iddiaçı MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi Vəkil vəsatət verərək görüşmüş əsaslı təmir işlərinin dəyərinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etsə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir.

36. Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin tələbləri baxımından “Nümayəndəlik” - yəni iş üzrə Cavabdeh2 başçısının İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki prosessual fəaliyyət qabiliyyətinə) malik deyildir.

37. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh qismində çıxış etmiş Cavabdeh2 başçısının İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi - mülki icraatda tərəf kimi iştirak edə bilməz. Yəni, hər hansı hüquqi şəxsin Nümayəndəlik” kimi qeydə alınaraq, mülki münasibətlərdə Nümayəndəlik” olaraq çıxış edən subyekti-MPM-nin tələblərinə görə mülki-prosessual fəaliyyət qabiliyyətinə malik olmadığı üçün kommersiya mübahisəsi üzrə icraatda cavabdeh və yaxud, iddiaçı ola bilməz.

38. Birincisi, məhkəmənin gəldiyi bu qənaət əsassızdır. Çünki Cavabdeh2 başçısının İ Nügədi İnzibati Ərazi Dairəsi ü zrə nümayəndəliyi ilə İddiaçı MMC arasında xx.xx.2014-cü il tarixdə İ Nügədi kəndində yerləşən uşaq bağçasında təmir işlərinin aparılması üçün müqavilə bağlanmış və həmin müqavilə hər iki tərəfin imza möhürü ilə təsdiq olunmuşdur. Əgər nümayəndəliyin belə səlahiyyəti yox idisə o zaman hansı səbəbə möhür ilə təsdiq olunur və hansı səbəbə ödənişin bir qismi həyata keçirilirdi? Hətta Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də də Nümayəndəliyin müqavilə bağlamaq səlahiyyətinin olmaması barədə qeyd yoxdur.

39. İkincisi, əgər Nümayəndəliyin iddiaçı ilə yuxarıda qeyd edilən xx.xx.2014-cü il tarixli müqaviləni bağlamaq səlahiyyəti olmasa belə, o zaman apelyasiya instansiyası məhkəməsi Cavabd eh2 üçüncü şəxs kimi işə cəlb edib işə baxa bilərdi. Lakin yuxarıda qeyd edildiyi kimi məhkəmə Cavabdeh2 maraqlarına toxunulan şəxs kimi qeyd etmiş və yalnız nümayəndəliyin səlahiyyəti olmaması əsası ilə iddianı rədd etmişdir. Halbuki İcra Hakimiyyətinin iştirakı ilə mübahisəli məsələ araşdırıla, ekspertiza təyin edilə və yekun qərar çıxarıla bilərdi. Belə çıxır ki, bundan sonra iddiaçı kimi o yenidən Cavabdeh2nə qarşı pul tələbi ilə yenidən iddia qaldırmalıdır. Bu isə onun hüquqlarını pozur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətlərinə qarşı cavabdehlər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. İddiaçının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etm işdir.

42. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, həmin şəxslər təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

44. Həmin Məcəllənin 53.1-ci maddəsinə müvafiq olaraq hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.

45. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbər lərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.

46. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 1.6-cı bəndinin 1-xi abzasına əsasən, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər.

47. Həmin Əsasnamənin 1.7-ci bəndinə müvafiq olaraq yerli icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati əraz i dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan orqanların və yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

48. Həmin Əsasnamənin 4.1-ci bəndinə görə, yerli İcra Hakimiyyəti başçısı aşağıdakı ümumi səlahiyyətlərə malikdir: 4.1.5. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, yerli icra hakimiyyəti başçısının aparatının struktur bölmələri, yerli icra hakimiyyəti başçısının yanında olan orqanl ar haqqında əsasnamələri təsdiq etmək, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq üçün müəyyən olunmuş qaydada təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının yerli icra hakimiyyəti sisteminə daxil olan yerli qurumlarının razılaşdırılmaq üçün təqdim olunan əsasnamələrinə və nizamnamələrinə münasibət bildirmək; 4.1.15. yerli icra hakimiyyəti orqanının maraqlarının digər dövlət orqanlarında, məhkəmə və yerli özünüidarəetmə orqanlarında təmsil olunmasını təşkil etmək, bu Əsasnamə ilə səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəməyə və digər orqanlara müraciət etmək; 4.1.20. yerli icra hakimiyyəti adından müqavilələri, razılaşmaları, ödəmə sənədlərini, məktubları və digər sənədləri imzalamaq, etibarnamə vermək; 4.1.21. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respub likasının Qanununa uyğun olaraq dövlət satınalmalarını həyata keçirmək;

49. Azərbaycan Respublikası MPM-nin 253.3-cü maddəsinə uyğun olaraq qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra apellyasiya şikayəti verə bilərlər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

54. İddiaçı MMC kassasiya şikayətində göstərir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh2 məhkəməyə belə şikayət vermək səlahiyyətinə malik olmamışdır, çünki, O, 1-ci instansiya məhkəməsində işə baxılarkən maraqlarına toxunan şəxs kimi işə cəlb olunmamışdır. Cavabdeh2 əvvəlcə işə 3-cü şəxs qismində cəlb edilməli, bu 1-ci instansiya məhkəməsi tərəfindən edilməmişdirsə, o zaman apellyasiya instansiyası məhkəməsində tərəflərdən birinin vəsatəti və ya məhkəmənin təşəbbüsü ilə edilməli idi.

55. Bundan başqa, Cavabdeh2 1-ci instansiya məhkəməsinin qiyabi qətnaməsindən apellyasiya şikayəti vermişdir, lakin, prose ssual qanun bunu qadağan edir. Belə ki, Cavabdeh2 əvvəlcə qiyabi qətnamənin ləğvi barədə ərizə ilə 1-ci instansiya məhkəməsinə müraciət etməli və həmin qətnamə ləğv edildikdən sonra qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verə bilərdi. Hazırki halda isə, onun qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdi, deməli, qiyabi qətnamə qüvvəsində qalmışdı və belə olan halda, qiyabi qətnamədən apellyasiya şikayətinin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

56. Məhkəmə kollegiyası bu dəlillərlə razılaşmır və onların apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı və qanuni saymır. Belə ki, aydındır ki, hazırki işə cavabdeh qismində cəlb olunmuş Cavabdeh2 Başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyi dövlət orqanına xas olan müvafiq atr ibutlara (müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Cavabdeh2 adı həkk olunmuş möhürü, xəzinə və bank hesablarına, müvafiq ştmaplara və blanklara) malik olsa da, hüquqi şəxs deyil (bax hazırki qərarın 43-47-ci bəndlərinə). Belə olan halda, Nümayəndəlik tabe olduğu İcra Hakimiyyəti tərəfindən verilən etibarnaməsi olmadan məhkəmədə nə iddiaçı, nədəki, cavabdeh qismində çıxış edə bilməzdi.

57. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, MMC-nin kassasiya şikayətində qeyd edilənlərdən fərqli olaraq prosessual qanun qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bu qətnamədən apellyasiya şikayəti vermək imkanını nəzərdə tutmuşdur (bax hazırki qərarın 49-cu bəndinə ). İşdən görünür ki, 1-ci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 qiyabi qətnamənin ləğv edilməsi haqqında ərizəsi 10 günlük müddət ötürüldüyündən təmin edilməmişdir. Belə olan halda Cavabdeh2 qiyabi qətnamədən apelyasiya şikayəti vermək hüququna malik olmuşdur.

58. Göründüyü kimi, hazırki işdə 1-ci instansiya məhkəməsi iddiaçı MMC-nin iddia tələbinə cavab verməli olan əsl cavabdehi müəyyən edib işə cəlb etmək əvəzində bu qismdə iddia tələbinə cavab verə bilməyən şəxsi (hüquqi şəxs olmayan və müvafiq səlahiyyət verilməmiş Nümayndəliyi) işə cəlb etmişdir və onun iştirakı olmadan qiyabi qətnamə qəbul etmişdir ki, bununla da bilavasitə Cavabdeh2 maraqlarına toxunmuşdur.

59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı MMC-nin kassasiya şikayətinin dəlillərini qəbul etmir.

60. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(105)-94/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar