Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-101/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcunun gecikdirilməsinə görə dəbbə pulu, zaminin birgə (müştərək) məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 noyabr tarixli 2-2(103)-870/2023 nömrəli qətnaməsindən cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2022-ci il 12 aprel tarixli **8 nömrəli kredit müqaviləsi bağlanmışdır.
2. Həmin kredit müqaviləsinə əsasən, Cavabdeh3 MMC-yə bank tərəfindən 12 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150.000 manat məbləğində kredit verilmişdir.
3. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış 2022-ci il 12 aprel tarixli **8 ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2022-ci il 1 2 aprel tarixli **8 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
4. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il 12 aprel tarixli **8 ZM/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
5. Həmin müqaviləyə uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2022-ci il 12 aprel tarixli **8 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 MMC bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
6. İddiaçı ASC tərəfindən tərtib edilmiş 2023-cü il 14 fevral tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 MMC-nin 2022-ci il 12 aprel tarixli kredit müqaviləsi üzrə 2023-cü il 14 fevral tarixinə banka əsas borcu 1 38.183,32 manat, faiz borcu 15.027,52 manat, cərimə borcu 5567,42 manat olmaqla, ümumilikdə 163.883,37 manat təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh3 (bundan sonra- "xxxx" MMC), Cavabdeh1 (bundan sonra -"xxxx"MMC) və Qanuni nümayəndə (bundan sonra- “Qanuni nümayəndə”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-yə 2022-ci il 12 aprel tarixində verilmiş 150.000 manat məbləğində kredit üzrə 138.183,32 manat əsas borc, 2023-cü il 14 fevral tarixə faiz borcu 15.027,52 manat, 2023-cü il 14 fevral tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 5567,42 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 158.778,26 manat məbləğində pulun, 453,88 manat ödənil miş dövlət rüsumu və 400 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh3 MMC, Qanuni nümayəndə və Cavabdeh1 MMC-dən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda göstərilən hallarına (bax yuxarıda § 1-4) istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun 2023-cü il 14 fevral tarixə cəmi 158.778,26 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər üç cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Kredit borcu üzrə axırıncı dəfə 2022-ci il 24 may tarixdə cəmi 14.500 manat məbləğində ödəniş edilmişdir.
9. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 aprel tarixli e-2-2(113)1766/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 7 iyun tarixli 9/3482 nömrəli ekspert rəyinə görə, işin materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 2022-ci il 12 aprel tarixli * nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh "xxxx" MMC-nin ekspert qarşısında qoyulmuş sual üzrə maliyyə a rayışında göstərilən tarixə (2023-cü il 14 fevral) iddiaçıya olan cəmi borcu 158.655,96 manat: əsas borc üzrə 138.125 manat, faiz borcu üzrə 14.963,54 manat, cərimə borcu üzrə 5567,42 manat məbləğində müəyyən edilir.
12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 iyul tarixli e-2-2(113)-1766/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada 138.125 manat əsas borc, 14.336,61 manat faiz borcu, 5063,86 manat cərimə, 400 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,4 manat olmaqla, cəmi 157.973,87 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Axundova).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmi şdir ki, qanunvericilik normaları, müqavilə şərtləri, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyi, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olması, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşıması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi nəzərə alınaraq, iddia tələbi əsas kredit borcu, hesablanmış faiz və cərimələrin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Qanuni nümayəndə müştərək qaydada 138.125 manat əsas borc, 14.336,61 manat faiz borcu, 5063,86 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.
14. Məhkəmə iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hi ssəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarını nəzərə almış və qeyd etmişdir ki, cavabdehlərə göndərilən pretenziya məktubunun məzmunundan görünür ki, 2022-ci il 12 aprel tarixli kredit müqaviləsi üzrə 2023-cü il 2 fevral tarixə "xxxx" MMC-nin 138.183,32 manat əsas borc, 14.336,61 manat faiz borcu, 5063,86 manat cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən, kredit müqaviləsi bank tərəfindən birtərəfli qayd ada ləğv edilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı yalnız müqavilə ləğv edildiyi vaxtadək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 470, 472 və 739-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 477-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına istinadla əsaslandırmışdır.
16. Cavabdeh Qanuni nümayəndə tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 noyabr tarixli 2-2(103)-870/2023 nömrəli qətnaməsi ilə cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).
18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş ekspertiza rəyinə (bax bu qərarın 11-ci bəndi) istinadən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il 12 aprel tarixli * nömrəli kredit müqaviləsi üzrə 2023-cü il 14 fevral tarixinə cavabdehlərin iddiaçıya olan cəmi borcu 158.655,96 manat müəyyən edilmişdir. Cavabdehlər həmin borcun ödənildiyinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiklərindən qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmur.
19. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək göstərmişdir ki, Qanuni nümayəndə işə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, nümayəndəsi P.Hüseynov 2023-cü il 14 aprel tarixli məhkəmə iclasında məhkəməyə iş üzrə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət vermişdir. 2023-cü il 7 iyul tarixdə keçiriləcək məhkəmə baxışı iclasının təxirə salınması barədə cavabdehin nümayəndəsinin vəsatətinin təmin edilməməsi və bununla məhkəmənin cavabdehi sübutlar təmin etmək imkanından məhrum etməsi əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan s onra – “MPM”) 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh sübutları hazırlıq mərhələsində məhkəməyə təqdim etməli olduğundan və cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş hər hansı yeni sübutu olmadığından apellyasiya şikayətinin əsassız olduğu müəyyən olunur. Məhkəmə eyni zamanda nəzərə almışdır ki, cavabdeh və nümayəndəsi lazı mı qaydada xəbərdar edilmələrinə baxmayaraq, işə apellyasiya qaydasında baxılarkən 2023-cü il 4 oktyabr və 2023-cü il 1 noyabr tarixlərində keçirilmiş məhkəmə iclaslarında da hər hansı üzrlü səbəb göstərmədən iştirak etməmişdir.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına istinadla əsaslandırmışdır.
21. Cavabdeh Qanuni nümayəndə tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
22. MM-in 6.1.1 və 427.1-ci maddələrinin tələbləri pozulmuşdur- iddiaçı ilə cavabdeh "xxxx" MMC-nin bağladığı 20 22-ci il 12 aprel tarixli **8 nömrəli kredit müqaviləsinə əsasən MMC-yə illik 15 % olmaqla, 12 ay müddətinə 150.000 manat məbləğində kredit ayrılmışdır. Bu kredit müqaviləsinə əsasən 150.000 manat məbləğində kredit 2023-cü il 12 aprel tarixinə qədər verilmişdir. Kreditin təminatı olaraq Qanuni nümayəndə qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla bank arasında 2022-ci il 12 aprel tarixli * ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdehlər arasında olan kredit müqaviləsinin icrası müddəti bir il, yəni 2023-cü il 12 aprel tarixinədək müəyyən edilmişdir. Lakin həmin müddət başa çatmadan iddiaçı cavabdehlərə qarşı 2023-cü il 14 fevral tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı MM-in 427.1-ci maddəsinin tələblərini pozmuşdur. Lakin işə baxan məhkəmələr tərəfindən həmin pozuntuya heç bir hüquqi qiymət verilməmişdir.
23. MPM-in 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, məhkəmə qətnaməsi əsaslandırılmamışdır. İşə baxan məhkəmələr qətnamələrini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq əsaslandıra bilməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
25. Apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edildiyi hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəll əsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənil məsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.... Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə z amin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq mü ddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası cavabdeh Qanuni nümayəndə kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzər ə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxıl mış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
31. İlk növbədə qeyd olunmalıdır ki, baxılan iş üzrə cavabdeh hüquqi şəxslərin həm də qanuni təmsilçisi olan Qanuni nümayəndə tərəfindən verilmiş hazırki kassasiya şikayətində iddia olunan borcun miqdarı mübahisələndirilməmişdir. Şikayətdə maddi hüquq normalarının pozulması barədə dəlil olaraq göstərilmişdir ki, iddiaçı bank tərəflər arasında kredit müqaviləsinin müddətinin 2023-cü il 12 aprel tarixində bitməsini nəzərə almadan, 2023-cü il 14 fevral tarixində hazırki iddianı qaldırm ışdır. Məhkəmələr bu hala düzgün hüquqi qiymət verməməklə, MM-nin 427.1-ci maddəsinin tələbini pozmuşlar.
32. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdeh borclu, tərəflər arasında bağlanmış 2022-ci il 12 aprel tarixli kredit müqaviləsi üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində, lazımi qaydada icra etməmişdir. Bu isə iddiaçıya sözügedən kredit müqaviləsinin 3.1.6-cı maddəsinə əsasən müqavilə müddətinin bitməsini gözləmədən hazırki iddia ilə müraciət etmək hüququ vermişdir. Belə ki, 2022-ci il 12 aprel tarixli, 104-İ2888 saylı kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən borcalan tərəfində n annuitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə, Bank (iddiaçı) verdiyi kreditin həmin müddətə qədər hesablanmış faiz/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. 33. “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir”. (Azərbaycan Respublikası Konstitusiyas Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı)
34. Cavabdeh Qanuni nümayəndə kassasiya şikayətinin prosessual hüquq normal arının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 noyabr tarixli 2-2(103)-870/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov Ə.G.Nurməmmədov