Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-102/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlunun cavabdehlər Cavabdeh1 və “X8” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: MMC-nin mənfəətinin bölüşdürülməsi, işə məhkəmədə baxılmalı olmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlunun cavabdehlər Cavabdeh1 və “X8” MMC-yə qarşı “cəmiyyətin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Ko llegiyasının 2022-ci il 27 dekabr tarixli, 2-2(103)-1240/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1 (bundan sonra – “İddiaçı1”) və İddiaçı2 Təvəkkül oğlu (bundan sonra – “İddiaçı2”) iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və “X8” MMC-yə (bundan sonra – "xxxx") qarşı məhkəməyə müraciət edərək, 2020-ci il 1 yanvar tarixdən etibarən MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq xeyrilərinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş dir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC X4 (bundan sonra – “R.Əliyev”) təsisçiliyi ilə 2018-ci il 2 aprel tarixində yaradılmış və ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçıların bildirdiyinə görə onların övladları olan R.Əliyev 2020ci il 15 noyabr tarixində odlu silahdan açılmış atəş nəticəsində öldürülmüşdür və hazırda ölüm faktı üzrə açılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam edir. Mərhumun ölməsi barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin dekabrın 12-də 1482 №-li qeyd aparılmışdır. Bakı şəhəri 14 saylı notariat ofisində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1159-cu maddəsinə əsasən ünvan 1 ünvanla Azərbayca Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin (bundan sonra – “Baş İdarə” ) Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi (bundan sonra – “İdarə”) tərəfindən 2018-ci il 2 aprel tarixdə ********** (VÖEN) nömrə ilə qeydiyyatdan keçmiş MMC-də mərhum oğluna məxsus 100% paydan ibarət miras əmlakın ½ hissəsinə mülkiyyət hüququ üzrə və 4/12 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələri İddiaçı2 (bundan sonra – “İddiaçı2”) və İddiaçı1dır. İdarənin 2022-ci il 30 mart tarixli çıxarışına (**********886200) əsasən MMC-nin qanuni təmsilçisi Cavabdeh1dır və aşağıdakı payda təsisçiləri vardır:
1. Cavabdeh1 – 58.34 %,
2. X17 – 8.33 %,
3. X13 – 8.33 %,
4. X10 – 8.33 %,
5. İddiaçı2 – 8.33 %,
6. İddiaçı1 – 8.33%. İddiaçılar bildirir ki, mərhumun sağlığında təsisçi vəsaiti hesabına MMC-yə, - Mercedes Benz S450L markalı 10AA317 dövlət qeydiyyat nişanlı, buraxlış ili 2017, rəngi qara, mühərrik **********7755, ban WDD2221661A358809- dəyəri 140.000 ABŞ dolları (manat ekvivalenti 238.000 manat), - Lexus LX570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı - dəyəri 130.000 ABŞ dolları (manat ekvivalenti 221,000.00 manat) dəyərində ayrı-ayrı vaxtlarda nəqliyyat vasitələri alınmış və satılaraq gəlir əldə edilmişdır. Mərhum R.Əliyevin qanun üzrə vərəsələri rəsmi qaydada müəyyən edildikdən sonra MMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilməmiş, bununla yanaşı MMC-nin cari fəaliyyəti ilə bağlı, o cümlədən gəlir və xərcinə dair, mənfəətə dair qanuni təmsilçisi Cavabdeh1 rəsmi məlumat almaq mümkün olmamış, təsisçilər arasında mənfəət bölüşdürülməmişdir. Mərhum R.Əliyevin qanun üzrə vərəsələri olaraq MMC-nin balansında olan əmlakları barədə məlumatla rın və sənədlərin verilməsi, layihələrin icrasında iştirakı, ümumi yığıncağın çağırılması və cəmiyyətin cari fəaliyyətindən irəli gələn və iştirakçıların müstəsna səlahiyyətlərinə dair digər məsələlərə dair mübahisə üzrə mediasiyanın tətbiqi barədə MMC-yə təklif etmişik. Lakin, MMC tərəfindən təklifə münasibət bildirilmədiyi üçün tərəfimizdən mübahisəyə baxılması ilə əlaqədar Bakı 2 saylı Mediasiya Təşkilatına mediatorun təyin edilməsi ilə bağlı müraciət olunmuş və müvafiq qaydada mediator təyin edilmişdir. Mediasiya prosesində tərəflər yuxarıda qeyd edilən mübahisə üzrə razılığa gəlmədikləri üçün 2022-ci il 18 iyun tarixində ilkin X3 X11 Bilməməsi Barədə MŞB/2-00820 nömrəli arayış verilmişdir. Bundan sonra yenidən 2022-ci il 4 iyul tarixində MMC-yə müraciət olunmuş və 15 gün müddətində gü ndəliyə aşağıdakı məsələlər daxil edilməklə iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılması xahiş olunmuşdur: - Yaşayış binasının tikintisi üçün MMCyə sərəncamın verilməsi və layihənin təsdiq edilməsi haqqında, - MMC-nin balansına alınmış əmlaklar haqqında. MMC-nin cari fəaliyyətinə dair heç bir məlumat və ya sənəd almaq mümkün olmamışdır. ümumiyyətlə mərhum R.Əliyev vəfat etdiyi tarixdən sonra bütün sənədlər, möhür Cavabdeh1 tərəfindən götürülmüşdür. Hazırda 83.34% pay və səs hüququnun Cavabdeh1 və uşaqlarına məxsus olduğundan MMC-nin məlumat balansında olan nəqliyyat vasitələrindən iddiaçılara çatan payları idarəetmədə olan üstünlük hüquqlarından istifadə etməklə verməkdən cavabdeh imtina edir və bununla da cəmi 16.66 % pay və səs hüququ olan iddiaçı olan vərəsələrin hüqu qları pozulur və MMC-dən, eyni zamanda Cavabdeh1 pay haqlarının alınması üçün məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə etsək də mümkün olmamışdır. MM-in 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. MMC-nin balansında olan Lexus LX570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı avtomobi l mərhumun miras əmlakı üzərində paylar müəyyənləşmədən özgəninkiləşdirilmiş, MMC-nin balansında olan LEXUS LX570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsindən iddiaçıların xəbəri olmamışdır. İdarənin 2022-ci il 30 mart tarixli çıxarışından məlum olmuşdur ki, MMC-nin maliyyə ili 1 yanvar-31 dekabr tarixi aralığındadır. İddiaçıların bildirdiyinə görə mərhum R.Əliyev 2020ci il 15 noyabr tarixində öldürüldükdən sonra MMC-nin bütün idarəçiliyi Cavabdeh1 və onun ailə üzvlərinə keçmişdir. Cavabdeh mövcud vəziyyətdən yararlanaraq mərhumun ölümündən sonra MMC-nin Lexus LX570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq özgəninkiləşdirmiş və satışdan əldə edilən gəliri mənimsəmişdir. Bununla belə MM-in 91.1- 2-ci maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. MMC ilə bağlı həqiqətə nail olmaq üçün məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə edilsə də, bu mümkün olmamışdır. MMC-nin hazırki direktoru Cavabdeh1 həqiqətə nail olmaq üçün iddiaçılara qanuni şəkildə şərait yaratmamışlar.
3. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilmişdir ki, MMC 2018-ci il 2 aprel tarixində ********** nömrə ilə dövlət qeydiyyatına alınmaqla, təsis edilmiş, təsisçisi təsisçisi R.Əliyev, fəaliyyət istiqaməti yaşayış binaların inşasının həyata keçirilməsi olmuşdur. R.Əliyev 2020-ci il 15 noyabr tarixində vəfat etmişdir. MMC-nin idarə olunması və fəaliyyətinin təmin edilməsi üçün iki avtomobil - “Mercedes Benz S450L” markalı 10AA317 dövlət qeydiyyat nişanlı və Lexus L:X570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı avtomobil. Həmin avtomobillər təsisçiyə deyil, MMC-yə aiddir. Onun balansında olmaqla fəaliyyətində iştirak edən əsas vəsaitlərə aiddir. Onların saxlanılmasına mütəmadi olaraq xərclərin edildiyi də bəllidir. İddiaçılar MMC-dən əmlakdan pay almaq deyil, nizamnamə paylarında mövcud paylarına uyğun mənfəətdən pay almaq hüququna malikdirlər. Əmlakdan pay isə hüquqi şəxsin ləğvi zamanı meydana çıxa bilər. MMC təsis edildiyi gündən gələcək fəaliyyəti üçün hazırlıq işləri aparılmış, lakin hər hansı təsərrüfat fəaliyyəti olmam ışdır. Qeyd olunan 2 il müddətində MMC-nin saxlanılması və idarə edilməsinə görə müəyyən xərclərə başa gəlmişdir. Bunların içərisində qeyd olunan avtomobillərin alınmasına sərf edilmiş vəsait də daxildir. Lakin, fəaliyyəti olmadığından, daxil olmalar və gəlirləri olmamışdır. MMC-nin balansında olan adı çəkilən iki avtomobildən biri “Mercedes Benz S450L” markalı 10AA317 dövlət qeydiyyat nişanlı avtomobil təsisçi öləndən sonra yoxa çıxmışdır və hazırda axtarılır. Digəri adı çəkilən Lexus LX570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı avtomobil isə satılmışdır. Həmin avtomobilin satışından əldə edilmiş vəsait iddiaçıların iddia etdiyi kimi MMC üzrə hələ mənfəət demək deyildir. Həmin daxil olan vəsaitdən MMC üzrə faktiki xərclər və vergilər çıxılandan sonra, yerdə qalan mənfəətdən pay alınm ası mümkündür. Mənfəət olmadığı təqdirdə, payçılara çatası məbləğ də mövcud olmur. Mənfəətin formalaşması xüsusi hesabatlar üzrə qeydə almır. Lakin, MMC-nin fəaliyyətində belə bir hal müəyyən olunmamış, faktiki olaraq mənfəət barədə dəlil də iddia ərizəsinə əlavə edilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 dekabr tarixli, e-2-2(113)-4948/2022 saylı qərardadı ilə iş üzrə icraata məhkəmədə baxılmaması əsası ilə xitam verilmişdir (hakim – E.Əliyev).
5. Məhkəmənin mövqeyi belə olmuşdur ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi yalnız cəmiyyətin ümumi yığıncağı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada qəbul edilən qərar əsasında həyata keçirildiyinə görə iddiaçıların əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq tutulması tələbi ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyildir.
6. Gəldiyi nəticəni məhkəmə MM-in 90-1.1, 90-1.2, 91.1-1, 91.1-2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.1ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
7. Həmin qərardaddan iddiaçılar şikayət verərək onun ləğv olunmasını və iş üzrə hazırlıq iclasının keçirilməsinin davam etdirilməsini xahiş etmişlər.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 dekabr tarixli, e-2-2(113)-4948/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 dekabr tarixli, 2-2(103)-1240/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – M.Məmmədov və V.Baxışova).
10. Məhkəmə kollegiyasının mövqeyində birinci instansiya məhkəməsinin gəldiyi nəticənin onun istinad etdiyi maddi və prosessual hüquq normalarına uyğun, qanuni və əsaslı olması göstərilmişdir.
11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 90-1.1, 90-1.2, 91.1-1, 91-1.2-ci, MPM-in 261.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Qərardad 2022-ci il 29 dekabr tarixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmiş, iddiaçılar həmin qərardaddan 2023-c ü il 5 yanvar tarixdə kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri 13. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin tələbi pozulmuşdur. Belə ki, hazırki işə sədrlik edən hakim Raqib Qurbanov və hakim Vüsalə Baxışova hazırki işə baxılmasında 1 (bir) dəfə iştirak ediblər və onların bu işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli, 2-2(103)-1022/2022 nömrəli qərardadından görünür ki, iddiaçılar cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, 2020-ci il 1 yanvar tarixdən etibarən cavabdeh MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəərin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq cavabdehlərdən müştərək qaydada tutularaq xeyirlərinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsini hakimi Emin Əliyev 2022-ci il 29 avqust tarixli qərardadla iddia ərizəsinin qəbulundan imtina etmişdir. Həmin qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə şikayətə baxılaraq Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-4948/2022 nömrəli iş üzrə 2022-ci il 29 avqust tarixli qərardadı ləğv olunmuş və iş həmin məhkəməyə göndərilmişdir.Göründüyü kimi h akimlər Raqib Qurbanov və Vüsalə Baxışova apellyasiya məhkəməsində hazırki işə baxılmasında iştirak etmiş və bu hakimlərin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Bakı Apellyasiya Məhkəməsi "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 16-cı maddəsini tətbiq etməli olduğu halda bunu etməmiş və nəticədə maddi hüquqi pozuntuya yol verilmişdir.
14. MM-in 13-cü maddəsinin tələbi pozulmuşdur. "xxxx" MMC-nin əvvəlki təsisçisi R.Əliyev öldürüldükdən sonra (Qeyd: ölüm faktı barədə prokurorluqda cinayət işi var) və iddiaçılar vərəsəlik qaydasında MMC-nin təsisçiləri olduqdan sonra cavabdehlər faktiki olaraq iddiaçıları şirkətdən uzaqlaşdırıb, ona görə də iddiaçılar ümumi yığıncağın keçirilməsi barədə 2022-ci il 8 avqust tarixli pretenziya ilə cavabdehlərə mür aciət ediblər. 2022-ci il 4 iyul tarixdə cavadehlərə başqa bir müraciəti ünvanlayıblar, mediasiya prosesi təşkil olunub. Cavabdehlərin qanunsuz hərəkətlərinə görə iddiaçılar sahibkarlıq fəaliyyətini həyata keçirə bilmirlər, cavabdehlər cəmiyyətə məxsus olan 2 maşından birini satıb gəlir əldə edərək iddiaçılara düşən pay hissəsini iddiaçılara veməyiblər. İddiaçılar məhkəmədən kənar bütün qanuni vasitələrdən istifadə etmiş, lakin nəticə olmamışdır məhz ona görə də öz sahibkarlıq fəaliyyəti hüququnun qorunmasından ötrü məhkəməyə müraciət etmiş, lakin məhkəmə icraata xitam verməklə iddiaçıların pozulmuş hüquqlarının bərpa olunması üçün işə baxmaq əvəzinə iş üzrə icraata xitam vermişdir. İddiaçılar məhkəmədə müdafiə olunmaq hüququndan məhrum olmuşlar. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surə tdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
15. MPM-in 22.3-cü maddəsinin tələbi pozulmuşdur. 2022-ci il 19 dekabr tarixli yazılı və əsaslandırılmış qaydada verilmiş etirazdan görünür ki, həmin etiraz apellyasiya məhkəməsində işə baxan hakimlər Raqib Qurbanov, Vüsalə Baxışova və Vidadi Məmmədovdan ibarət tərkibə verilmişdir. Qeyd olunan tərkibə etiraz verildiyi üçün həmin etiraz apellyasiya məhkəməsinin sədri tərəfindən həll edilməli idi. Lakin, Bakı Apellyasiya Məhkəməsi nə yazılı etiraza münasibətini bildirmiş, nə etiraza baxılması üçün onu məhkəmənin sədrinə vermişdir.
16. MPM-in 53-cü maddəsinin tələb i pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin birinci hazırlıq iclasında məhkəməyə bir neçə vəsatətlər verilmiş, həmin vəsatətlər məhkəmənin hazırlıq iclasında səsləndirilmiş, lakin məhkəmə həmin vəsatətlərə heç bir qiymət verməyərək cavabdehlər iştirak etmədiyi üçün hazırlıq iclasının təxirə salındığını bildirmişdir. Məhkəmənin ikinci hazırlıq iclasında isə vəsatətlərə baxılmadan, tərəflərə çıxış etmək imkanı yaradılmadan, MPM-in 53-cü maddəsinin verdiyi imkanlardan istifadə etmək şəraitini yaratmadan, gözlənilmədən birbaşa olaraq müşavirə otağına gedib qayıdandan sonra iş üzrə icraata xitam verib. Belə ki, əgər iş üzrə icraata xitam verilməsəydi iddiaçılar tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə veriləcək və ərizədə cəmiyyətin gəlir və xərcin müəyyən olunması, vergi və xərclər çıxı ldıqdan sonra qalıq gəlirin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərin ümumi yığıncağın gündəliyinə daxil edilməsi və ümumi yığıncağın icra icraatı qaydasında müəyyən olunan vaxtda və yerdə bir ay ərzində keçirilməsi barədə qətnamə qəbul olunması xahiş ediləcəkdi. Lakin, məhkəmə iş üzrə icraata xitam verməklə iddiaçını həmin ərizəni verməkdən məhrum etmişdir.
17. MPM-in 21.1-ci maddəsinin tələbi pozulmuşdur. MPM-in 19-cu maddəsində göstərilən hallar olduğuna görə hakim Raqib Qurbanov və hakim Vüsalə Baxışova özüözünə etiraz etməyə borclu idilər. Onlar özü-özlərinə etiraz etmədikləri üçün tərəfimizdən məhkəmə tərkibinə yazılı etiraz verildi və həmin etiraz əsaslandırıldı. Lakin, 2022-ci il 27 dekabr tarixli qərardadda məhkəmə tərəfindən həmin etiraza münasibət bildirilmədi. 1
8. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. 2022-ci il 19 dekabr tarixli məhkəmə tərkibinə yazılı və əsaslandırılmış etirazın verilməsinə baxmayaraq məhkəmə 2022-ci il 27 dekabr tarixli qərardadda həmin etirazın verilməsini qeyd etməmiş, həmin etirazın qəbul edilib-edilməməsi barədə heç bir münasibət bildirilməmişdir. Bu isə məhkəmə tərəfindən işin tam, obyektiv və hərtərəfli araşdırmamasına dəlalət edir.
19. MPM-in 19.1.3-cü maddəsinin tələbi pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin hakimləri Raqib Qurbanov və Vüsalə Baxışova hakim kimi apellyasiya məhkəməsində işin 2022-ci il 11 oktyabr tarixində baxılmasında iştirak etdiklərinə görə onlar tərəfindən işə baxılmasına yol verilməməli idi. MPM-nin 19.1.3-cü maddəsinin tələbləri tətbiq edilməli olduğu halda bu edilməmiş, nəticədə pro sessual pozuntuya yol verilmişdir.
20. X1, X7 və X5 cavabdehlər Cavabdeh1 və MMC-yə qarşı iş üzrə icraatda 2022-ci il 11 oktyabr tarixdə baxdığından 2022-ci il 27 dekabr tarixdə həmin hakimlər həmin işdə yenidən tərkib üzvü ola bilməzdilər. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. III. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının verildiyi gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 41 6-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. IV. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştira kçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola b ilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan ko llegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesa bat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır....” “Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir....” “Maddə 91-1. Məhdud məsuliyyətli cəmiyyətin direktorlar şurası (müşahid ə şurası) 91-1.1. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Əgər nizamnamədə təftiş komissiyasının seçilməsi (müfəttişin təyin edilməsi) nəzərdə tutulmamışdırsa, bu Məcəlləyə uyğun olaraq təftiş komissiyasının (müfəttişin) səlahiyyətləri direktorlar şurasına (müşahidə şurasına) verilə bilər. 91-1.2. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir....”
26. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
261. İcraata xitam verilmə əsasları 261.
0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” V. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
27. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Belə ki, kassasiya şikayətinin dəlillərindən biri bundan ibarət olmuşdur ki, işə apellyasiya instansiyası məhkəməsində əvvəllər baxmış hakimlər, sonuncu apellyasiya baxışında işə baxılmasında yenidən iştirak etdiyindən, qəbul olunmuş qərardad qanunsuz olmuşdur.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşmadığını bildirir.
30. Belə ki, MPM-in 19.1.3-cü maddəsinə əsasən, əgər hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə onun tərəfindən həmin işə baxılmasına yol verilmir.
31. İstina d olunan prosessual hüquq normasından göründüyü kimi, hakimin əvvəllər işə mahiyyəti üzrə baxmış olduğu hallarda, işin növbəti baxışı zamanı iştirakı istisna edilmişdir. Hazırkı halda isə, işdən görünüdüyü kimi Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 avqust tarixli, e-2-2(113)-4948/2022 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli, 2-2(103)-1022/2022 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş geri qaytarılmışdır. Beləliklə də, aydın olduğu kimi apellyasiya instansiyası məhkəməsində həmin qərardad ilə işə mahiyyəti üzrə baxılmamış, yalnız özünün qərardadı ilə iddia ərizəsinin geri qaytarılması barədə qərardada hüquqi qiymət verilmişdir. Bu isə, id diaçının işə yenidən baxılması zamanı məhkəmə tərkibinin formalaşdırılması ilə bağlı qanun pozuntusuna yol verilməsinə dair dəlilinin əsassız olduğunu göstərir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki qanunvericiliyə uyğun olaraq mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər.
33. Bu baxımdan, xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi yalnız cəmiyyətin ümumi yığınca ğı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada qəbul edilən qərar əsasında həyata keçirildiyinə görə iddiaçıların əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq tutulması tələbi ilə bağlı iddia tələbinə məhkəmə tərəfindən baxılması üçün əsasların olmadığına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçıların cəmiyyətin ümumi yığıncağında iştiraklarının təmin olunmaması və ya onların iştirakı təmin olunmadan təşkil edilmiş ümumi yığıncağın qərarlarından qanunvericiliklə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanları isə istisna edilməmişdir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfind ən vəsatətlərə münasibət bildirilməməsinə dair dəlilinə münasibətdə vurğulayır ki, işə mahiyyəti üzrə məhkəmədə baxılmalı olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin mahiyyəti ilə əlaqəli olan vəsatətlərə hüquqi qiymət verilməsi zərurəti də aradan qalxmışdır.
35. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 dekabr tarixli, 2-2(103)1216/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
36. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Şərh olu nanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 dekabr tarixli, 2-2(103)-1240/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.