Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-103/2019 01.02.2019 ALİ MƏHKƏMƏ İş № 2-2(102)-103/19 QƏRARDAD Bakı şəhəri 2019-cu il 01 fevral Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Kamil oğlu Hüseynov İddiaçı ləğv prosesində olan x1-nin cavabdeh x2-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 mart tarixli 2-2(103)-171/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini və işin materiallarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdim. Təsviri hissə: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 13K/13 nömrəli, 2013-cü il 15 mart tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.906.999,71 manat, faiz borcu üzrə 916.947,19 manat, cərimə borcu üzrə 122.365,58 manat, cəmi 2.946.321,48 manat, 53K/13 nömrəli, 2013-cü il 2 iyun tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.111.000 manat, faiz borcu üzrə 571.301,88 manat, cərimə borcu üzrə 23.207,59 manat, cəmi 1.705.509,47 manat, 35/14 nömrəli, 2014-cü il 5 mart tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 350.000 manat, faiz borcu üzrə 132.290,11 manat, cəmi 483.290,11 manat, 10K/13 nömrəli, 2013-cü il 13 mart tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.296.500 manat, faiz borcu üzrə 622.389,47 manat, cərimə borcu üzrə 84.272,73 manat, cəmi 2.003.162,2 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 201 7-ci il 26 dekabr tarixli 2-2(81)227/2017 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 mart tarixli 2-2(103)-171/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş, tərəflər arasında bağlanmış 10K/13 nömrəli, 2013-cü il 13 mart tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.296.500 manat, faiz borcu üzrə 194.475 manat, cərimə borcu üzrə 84.272,73 manat, 13K/13 nömrəli, 2013-cü il 15 mart tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.907.000 manat, faiz borcu üzrə 286.050 manat, cərimə borcu üzrə 122.365,58 manat, 53K/13 nömrəli, 2013-cü il 2 iyun tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.111.000 manat, faiz borcu üzrə 177.760 manat, cərimə borcu üzrə 23.207,59 manat, 35/14 nömrəli, 2014-cü il 5 mart tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 350.000 manat, faiz borcu üzrə 52.500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Əsaslandırıcı hissə: Kassasiya şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 405-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verild iyi gündən 10 gün müddətində. İşin materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə 2018-ci il 4 sentyabr tarixdə təqdim edilmişdir (iş v. 211). Cavabdeh tərəfindən kassasiya şikayəti 2018-ci il 7 noyabr tarixdə, yəni qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə poçt rabitəsi xidmətinə verilmişdir (iş v. 221). MPM-in 408.1, 408.1.4-cü maddələrinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə... kassasiya şikayəti qaytarılır. MPM-in 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normaların tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmadığında n kassasiya şikayəti işlə birlikdə həmin məhkəməyə qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 408-ci maddələrinə əsasən, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 mart tarixli 2-2(103)-171/2018 nömrəli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılır.
Məhkəmə qərarları › İş №2-2(102)-103/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-103/2019
01.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver