Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-103/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh xxx2a qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-103/21 Bakı şəhəri xx xxxx 2021-ci il 09.03.2021 Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh xxx2un iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi xxx3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ASC (bundan sonra mətndə iddiaçı) cavabdeh xxx2a qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - cavabdehdən xx xxx 2012-ci il tarixli, 17AV/F20-13 saylı kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixinə iddiaçı qarşısında əsas borc üzrə 83.232,40 manat, faiz borcu üzrə 66.641,35 manat, cərimə borcu üzrə 14.268,85 manat və Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 15.779,47 manat olmaqla, ümumilikdə 179.922,07 manat vəsaitin tutulması və tutmanın girov predmeti olan 2012-ci il buraxılışlı, **-NP-*** dövlət qeydiyyat nömrəli, şassi NN AMOB5LL02016791, **-NP-*** dövlət qeydiyyat nömrəli, şassi NNAMOB5LL02016831, **-NP-*** dövlət qeydiyyat nömrəli, şassi NNAMOB5LL02016834, **-NP-*** dövlət qeydiyyat nömrəli, şassi NNAMOB5LL02016835 olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi; - cavabdehdən 55AV/F20-13 saylı, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixinə iddiaçı qarşısında əsas borc üzrə 193.845,49 manat, faiz borcu üzrə 111.892,02 manat, cərimə borcu üzrə 629,16 manat və Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 17.311,48 manat olmaqla ümumilikdə 323.678,15 manat vəsaitin tutulm ası və tutmanın girov predmeti olan 2012-ci il buraxılışlı, **-VS-*** dövlət qeydiyyat nömrəli, şassi KL5UK42HEDU005723, **-VS-*** dövlət qeydiyyat nömrəli, KL5UK43HEDU005854, **VS-*** dövlət qeydiyyat nömrəli, şassi KL5UK42HEDU005847, **-VS-*** dövlət qeydiyyat nömrəli, şassi KL5UK42HEDU005875, **-VS-*** dövlət qeydiyyat nömrəli, şassi KL5UK42HEDU005859 olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi; - cavabdehdən 63AV/F20-13 saylı, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə iddiaçı qarşısında əsas borc üzrə 22.606,28 manat, faiz borcu üzrə 22.430,43 manat, cərimə borcu üzrə 4291,41 manat və Kons titusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 1855,60 manat olmaqla ümumilikdə 51.183,72 manat borc məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması, tutma predmeti olan 2008-ci il buraxılışlı, **-MZ-*** dövlət qeydiyyat nömrəli, şassi NSANPR66P8S101370 olan sərnişin daşıma avtobusuna yönəldilməsi, həmin avtobusun açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, tərəflər arasında bağlanmış xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 4 ədəd “İsuzu Ecobus” markalı sərnişin daşıma avtobuslar ının alınması məqsədilə 36 ay müddətinə illik 20% olmaqla 196.900 manat, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 5 ədəd “Daewoo” markalı sərnişin daşıma avtobuslarının alınması məqsədilə 48 ay müddətinə illik 20% olmaqla 348.500 manat, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 1 ədəd “İsuzu Saz NP37” markalı sərnişin daşıma avtobusunun alınması məqsədilə 48 ay müddətinə illik 20% olmaqla 25.500 manat məbləğində kredit verilmiş və kredit vəsaiti hesabına alınan nəqliyyat vasitələri kredit müqaviləsinin təminatı olmaqla müvafiq girov müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və onun xx xxxx 2019-cu il tarixə kredit müqaviləsi üzrə 179.922,07 manat, xx xxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 323.678,15 manat və xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 51.183,72 manat borcu yaranmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və məhkəməyə yazılı etiraz təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, e-2-2(82)600/2019 saylı qərardadı ilə (hakim Leyla Əliyeva) iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 16447 saylı rəy tərtib olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-386/2020 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia tələbi qismən: - cavabdehdən xx xxx 2012-ci il tarixli, 17AV/F20-12 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 77.648,41 manat, faiz borcu üzrə 3405,88 manat, kredit müqaviləsinin müddətinin bitd iyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 88.778,02 manat və 500 manat cərimə olmaqla, cəmi 89.278,02 manat məbləğində pul vəsaitin iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan, iddiaçının mülkiyyətində olan və kredit vəsaiti hesabına alınmış şassi NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəl i**-NP-***, şassi NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-NP-***, şassi NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-NP-***, şassi NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-NP-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılmaqla satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddia çıya olan borcunun ödənilməsi; - cavabdehdən xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184.790,16 manat, faiz borcu üzrə 40.243,19 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5 faiz hesablanmaqla məhkəməyə müraciət olunan tarixədək ümumilikdə 242.511,41 manat və 50 manat cərimə olmaqla cəmi 242.561,41 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan, iddiaçının mülkiyyətində olan və kredit vəsaiti hesabına alınmış şassi KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli**-VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobuslar açıq hərracda satılmaqla satışdan əldə edilən pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi; - cavabdehdən xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 22.606,28 manat, faiz borcu 14.932,43 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5 faiz hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 39.575,33 manat və 700 manat cərimə olmaqla cəmi 40.275,33 manat məbləğində pulun, 20,10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan, iddiaçının mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, dövlət qeydiyyat nömrəli **-MZ*** olan sərnişin daşıma avtobusuna yönəldilməsi, həmin avtobusun açıq hərracda satılmaqla satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehə olan borcunun ödənilməsi hissəsində təmin edilmişdir. Borc ödənildikdən sonra sərnişin daşıma avtobuslarının satışından artıq məbləğ qalarsa həmin məbləğin iddiaçıya qaytarılması və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit müqavilələri mövcud olmuş, cavabdeh isə bu müqavilələr üzrə borcun tam ödənildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübutlarını təqdim etməmişdir. Cavabdeh müqavilələrin mövcudluğunu etiraf etdi yindən iddiaçı tərəfindən məhkəməyə müqavilələrin surətlərinin təqdim olunması əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin dəlilləri əsaslı olmamışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyindən, cavabdeh tərəfindən isə müqavilə üzrə öhdəlikləri lazımi qaydada yerinə yetirilmədiyindən məhkəmə iddia tələbinin xx xxx 2012-ci il tarixli və xx xxx 2013-cü il tarixli kredit müqavilələrinə əsasən əsas borc üzrə ekspert rəyində göstərilən məbləğdə - yəni qismən, xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə isə ekspert rəyində artıq göstərilsə də, tələbdən kənara çıxılmadığından iddia tələbində göstərilən həddə təmin olunması nəticəsinə gəlmişdir. Məhkəmə müqavilə müddətinin sonuna cavabdehin kredit müqavilələri üzrə faiz borclarına dair ekspert rəyini əsas götü rməklə iddia tələbinin faiz borcuna münasibətdə də ekspert rəyində göstərilən məbləğdə, yəni qismən təmin edilməli olduğunu bildirmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanan müqavilələrdə həmin müqavilələrin qüvvədə olma müddətinin qurtarmasının müqavilə üzrə öhdəliklərin xitamına səbəb olması ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Bu əsasla məhkəmə hər üc müqavilə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan məbləğlərin cavabdehdən tutulması hissəsində ekspert rəyində göstərilən məbləğdə qismən əsaslı olduğundan qismən təmin etmişdir. Məhkəmə mülki qanunvericiliyin göstərişlərinə uyğun olaraq tənasübdüz surətdə yüksək hesab etdiyi tələb olunan cərimə borcunu ilk müqavilə üzrə 500 man at, ikinci müqavilə üzrə 50 manat, üçüncü müqavilə üzrə isə 700 manat müəyyən etməklə iddia tələbinin cərimə borclarına aid hissədə də qismən təmin olunması nəticəsinə gəlmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki ki, qanunvericiliyin tələblərinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər, iddiaçı girov predmetlərinə tutmanın yönəldilməsi qaydasına əməl etmişdir. Cavabdeh isə öhdəliklərin icrası müddətlərini pozduğundan iddiaçının girov predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnam əsindən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-386/2020 saylı qərardadı ilə (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi xx xxxx 2019-cu il tarixli maliyyə arayışlarına əsasən cavabdehin kredit müqavilələri üzrə xx xxxx 2019-cu il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: - xx xxx 2012-ci il tarixli, 17 AV/F20-12 saylı kredit müqaviləsi üzrə əsas borcu 83.232,40 manat, faiz borcu 66.641,35 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 14.268,85 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 15.779,47 manat olmaqla cəmi 179.922,07 manat məbləğində borcu vardır. Həmin müqavilə üzrə müqavilə müddətinin bitdiyi xx xxx 2015-ci il tarixə əsas borc 83.232,40 manat, faiz borcu 5.743,03 manat, müqavilə üzrə borcu gecikdi rdiyinə görə hesablanmış cərimə 827,36 manat; - xx xxx 2013-cü il tarixli, 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə əsas borcu 193.845,49 manat, faiz borcu 111.892,02 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 629,16 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 17.311,48 manat olmaqla cəmi 323.678,15 manat borcu gecikdirdiyinə görə hesablanmış cərimə 629,16 manat; - xx xxxx 2013-cü il tarixli, 63AV/F20-13 saylı kredit müqaviləsi üzrə əsas borcu 22.606,28 manat, faiz borcu 22.430,43 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 4.291,41 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 1.855,60 manat olmaqla cəmi 51.183,72 manat məbləğində borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 4.291,41 manat; Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin maliyyə arayışları ilə müəyyən olunan borcunun düzgünlüyünə aydınlıq gətirilməsi üçün məhkəmənin xx xxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və həmin qərardadın icrası olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə xx xxxxxx 2019-cu il tarixli, 16447 saylı ekspert rəyi təqdim olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, mübahisələndirilən kredit müqavilələri üzrə kredit alan cavabdehin əsas və faiz borcu üzrə hərtərəfli tədqiqat a parılmış, hər müqavilə üzrə qrafik şəkilində, cavabdehin ödənişləri nəzərə alınmaqla onun əsas borcu və müqavilə müddətinə olan faiz borcu araşdırılaraq aylar üzrə müəyyənləşdirilmişdir. O cümlədən: - xx xxx 2012-ci il tarixli 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə bağlanmış kredit müqaviləsi üzrə, xx xxxxx 2019-cu il tarixinə kimi cavabdeh 201.591,40 manat ödəniş etmiş, həmin ödənişin 119.251,59 manatı onun əsas borcuna, 82.339,81 manatı isə faiz borcuna silinmişdir. Həmin müqavilə üzrə xx xxxxx 2019-cu il tarixinə onun əsas borcu 77.648,41 manat, xx xxx 2015-ci il tarixə, yəni müqavilə müddətinə olan faiz borcu 3.405,88 manat, ödəməni gecikdirdiyinə görə xx xxxxx 2019-cu il tarixinə kimi illik 5 faiz hesablanmaqla ümumilikdə onun borc məbləği 88.778,02 manat təşkil edir; - xx xxx 2 013-cü il tarixli 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə bağlanmış kredit müqaviləsi üzrə cavabdeh xx xxxxx 2019-cu il tarixinə kimi 342.203,15 manat ödəniş etmiş, həmin ödənişin 163.709,84 manat hissəsi əsas borcuna, 178.493,31 manatı ilə faiz borcuna silinmişdir. Həmin müqavilə üzrə onun xx xxxxx 2019-cu il tarixinə olan əsas borcu 184.790,16 manat, müqavilə müddətinin bitdiyi xx xxx 2017-ci il tarixinə olan faiz borcu 40.243,19 manat, xx xxxxx 2019-cu il tarixinə hesablanmış illik 5 faiz də nəzərə alınmaqla ümumilikdə borcu 242.511,41 manat təşkil edir; - xx xxxx 2013-cü il tarixli 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə bağlanmış kredit müqaviləsi üzrə cavabdeh xx xxxxx 2019-cu il tarixinə kimi 6.341,32 manat ödəniş etmiş, həmin ödənişin 2.836,96 manat məbləğində hissəsi onun əs as borcuna, 3504,36 manatı isə faiz borcuna silinmişdir. Həmin müqavilə üzər onun xx xxxxx 2019-cu il tarixinə olan əsas borcu 22.663,04 manat, müqavilə müddətinin bitdiyi xx xxxx 2017-ci il tarixinə olan faiz borcu isə 14.932,43 manat, xx xxxxx 2019-cu il tarixinə illik 5 faiz də hesablanmaqla ümumilikdə borcu 39.575,33 manat təşkil etmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, borclu əsas öhdəliyin icrasından başqa faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Ekspert tərəfindən cavabdehin həyata keçirdiyi ödənişlər üzrə aparılmış silinmələr mülk i qanunvericiliyin göstərilən tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin müddəalarında ödəmənin gecikdirildiyi hər gün üçün 1 faiz miqdarında dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmin miqdarda dəbbə pulunun hesablanmasının tənasübsüz surətdə yüksək olması nəticəsinə gəlmiş və hesab etmişdir ki, birinci müqavilə üzrə hesablanmış cərimənin 827,36 manatdan 500 manata, ikinci müqavilə üzrə hesablanmış cərimənin 629,16 manatdan 50 manata, üçüncü müqavilə üzrə hesablanmış cərimənin 4.291,41 manatdan 700 manata azaldılması tərəflərin qarşılıqlı şəkildə əmlak mənafelərinə uyğun olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcə lləsinin 432.4, 467, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən yalnız ekspert rəyinə istinad etmiş və iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışları və hesabdan çıxarışlara düzgün qiymət verməmiş, həmçinin iddiaçının təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətini nəzərə almamışdır. Ekspert kredit müqaviləsinin şərtlərini nəzərə almadan bir çox gün üzrə faiz məbləğlərini hesablamamış və ya müqavilənin şərtlərində göstərilən faiz məbləğindən aşağı faizlər hesablamışdır. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2, 103.1, 77.1, 14.2, 97.1-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, borclu əsas öhdəliyin icrasından başqa faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Ekspert tərəfindən cavabdehin həyata keçirdiyi ödəni şlər üzrə aparılmış silinmələr mülki qanunvericiliyin göstərilən tələblərinə uyğun olmuşdur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, məhkəmə yalnız ekspert rəyinə istinad etmiş və iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışları və hesabdan çıxarışlara düzgün qiymət verməmiş, həmçinin iddiaçının təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətini nəzərə almamışdır. Ekspert kredit müqaviləsinin şərtlərini nəzərə almadan bir çox gün üzrə faiz məbləğlərini hesablamamış və ya müqavilənin şərtlərində göstərilən faiz məbləğindən aşağı faizlər hesablamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə qismən razılaşdığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə): - 739.1-ci maddəsinə əsaəsn, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qa ytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, kredit müqaviləsinin mahiyyətinə görə, bir tərəf mülkiyyətində olan pula dair hüququ digər tərəfə verilməsi öhdəliyini götürür, sonuncu isə həmin pulu qaytarmaq öhdəsini daşıyır. Belə müqavilənin predmetini pul məbləği təşkil etdikdə, həmin müqavilə kredit müqaviləsi sayılır və müqavilədə borcun faizlərlə qaytarıması müəyyənləşdirilə bilər. Tərəflər arasında bağlanmış xx xxx 2012, xx xxx 2013 və xx xxxx 2013-cü il tarixli kredit müqavilələrində iddiaçı tərəfindən cavabdehə illik 20% olmaqla müxtəlif müddətlərə müxtəlif məbləğlərdə kreditlər verilmişdir. Apellyasiya məhkəməsinin təmin edilmiş iddia tələbləri əsas, faiz və əlavə faiz məbləğlərinə münasibətdə ekspert rəyinə əsasən müəyy ən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsi n vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir; - 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. İş üzrə birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmiş, apellyasiya instansiya məhkəməsi keçirilmiş ekspertiza nəticəsində təqdim olunmuş ekspert rəyində göstərilmiş məbləğləri işin faktiki halı kimi müəyyən etmişdir. Cavabdeh isə həmin rəydə müəyyən edilmiş məbləğləri ümumilikdə mübahisələndirdiyini bildirsə də, lakin yalnız faiz məbləğlərinin düzgün hesablanmadığını göstərmişdir. Müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənilməli olan faiz borcunun məbləği hesablanarkən apellyasiya məhkəməsi düzgün olaraq hesablanmanın kredit müddəti ilə məhdudlaşdırılmalı olduğu nəticəsinə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərd ə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyi əsas tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi faiz borcunu hesablayarkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, kredit müddəti bitənədək faiz borcu kredit müqaviləsində nəzərdə tutulmuş qaydada hesablanmalı, kredit müddəti bitəndən sonra hesablanmış faiz formasında zərər məbləği tutulmalıdır. Faiz formasında zərər məbləğini məhkəmələr Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblər inə əsasən aşağıdakı qaydada hesablanmışdırlar: - borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsinin nəticəsi olaraq iddiaçıya dəymiş zərərin ödənilməsi Mülki Məcəlləsinin 21 və ya 445.7, və ya 449-cü maddələrində, və ya onların əlaqəli şəkildə birlikdə nəzərdə tutulmuş qaydada müəyyən edilməsi bildirilmişdir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün kredit məbləğinə illik beş faiz məbləğin hesablanması qaydası tətbiq olunmuş və iddiaçı bu qaydada zərərin hesablanmasını mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin faiz məbləğlərinin hesablanması ilə bağlı apardığı qiymətləndirmə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd edir. Belə ki, ekspert rəyindən göründüyü kimi, hesablamalar iki müddətə aid edilmişdir: (1) müqavilə müddətinin bitdiyi tarixə əsas borc və kredit məbləğinə hesablanmış illik 20 faiz dərəcəsi ilə faiz borcu; (2) məhkəməyə müraciət edilən tarixə əsas borc və ona illik 5 faiz hesablanmaqla əlavə faiz borcu. Ekspert tərəfindən verilmiş rəylə müəyyən edilmiş məbləğlər iddia tələblərinə münasibətdə aşağıdakıların cəmisindən ibarət olmalı idi: müqavilə müddətinin bitdiyi tarixə faiz borcu, məhk əməyə müraciət edilən tarixə əsas borc və ona illik 5 faiz hesablanmaqla əlavə faiz borcu. Lakin apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə salanılmaqla Azərbaycan Respublikası MPM-nin aşağıdakı müddəalarına tam riayət edilməmişdir: - 218.3-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; - 222.2-ci maddəsinə əsaəsn, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Maddələrin tələbləri onu ehtiva edir ki, qanunla müəyyən edilmiş hallar istisna olunmaqla, hakim verilmiş tələblə r üzrə qətnamə qəbul etməlidir. Pul tələbinə münasibətdə hakim ayrı-ayrılıqda əsas borcun, ziyanın, dəbbə pulunun məbləğlərini, daha sonra isə ümumi məbləği qətnamədə göstərməlidir. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmaqla, məhkəmənin nəticəvi hissəsində ayrı-ayrılıqda əsas borc, faiz borcu və əlavə faiz borcu tam göstərilməmiş, ekspert rəyində müəyyən edilmiş ümumi məbləğ kimi məhkəməyə müraciət edilən tarixə əsas borc və ona illik 5 faiz hesablanmaqla əlavə faiz borcu göstərilmiş, nəticədə cəmi məbləğdə kredit borcuna hesablanmış illik 20 faiz dərəcəsi ilə faiz borcu nəzərə alınmamışdır. Halbuki, məhkəmə faiz borclarına dair iddia tələblərinin də qismən təmin olunduğu nəticəsinə qəlmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə koll egiaysı aşaıdakı qaydada hesablamaların aparılmalı oluğunu bildirir: - xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə tutulması qət edilmiş cəmi 89.278,02 manat məbləğinə ekspert rəyinə əsasən 3405,88 manat kredit müqaviləsi müddətinə faiz borcu hesablanmalı; - xx xxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə tutulması qət edilmiş cəmi 242.511,41 manat məbləğinə ekspert rəyinə əsasən 40.243,19 manat kredit müqaviləsi müddətinə faiz borcu hesablanmalı; - xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə tutulması qət edilmiş cəmi 39.575,33 manat məbləğinə ekspert rəyinə əsasən 14.932,43 manat kredit müqaviləsi müddətinə faiz borcu hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində faiz məbləğlərinin hesablanması ilə bağlı dəlili qismən əsaslıdı r və bu hissədə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilməli olduğunu qeyd edir. Kassasiya şikayətinin digər dəlili ilə iddiaçı ümumilikdə ekspert rəyini mübahisələndirmiş və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətinin nəzərə alınmadığını göstərmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin apaılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin müddəlarında ekspertiza ilə bağlı aşağıdakı qaydalar müəyyən olunmuşdur: - 102-ci maddəsinə əsasən, erkspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyət lər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər; - 103-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı, habelə verilmiş ekspert rəyi müəyyən hallarda təkrar və ya əlavə ekspertizanın aparılmasını zəruri edə bilər. İlkin ekspert rəyinin mübahisələndirilməsi müəyyən edilmiş şərtlərin mövcudluğu halında mümkündür. Bu şərtlər kimi rəyin aydı n olmaması, sualların həll edilməməsi, rəyin əsaslı olmaması və s. göstərilmişdirlər. Lakin iddiaçı tərəf belə şərtlərin mövcudluğu barədə yalnız təqdim etdiyi maliyyə arayışlarına əsaslanmış, həmin arayışlarda qeyd edilmiş göstəricilərin ekspert tədqiqatı zamanı istifadə edilmiş və cədvəl şəkilində ifadə olunmuş göstəricilərlə hansı qaydada uyğun olmamasını əsaslandırmamış və ekspert rəyində müəyyən olunmuş məbləğlərin, faiz borcu istisna olmaqla, hansı hissədə düzgün olmadığını bildirməmişdir. Məhkəmə kollegiyası məsələyə münasibətdə göstərilmiş bu mövqeydən çıxış etməklə iddiaçının ekspertizanın keçirilməsi barədə vəsatətinin nəzərə alınmadığı dəlilini məhkəmə qətnaməsinin ləğv olunması üçün əsaslı hesab etmir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüqu qi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin qismən dəyişdirilməsi üçün əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.2-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi xxx3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində qismən - birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehdən xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilmiş “cəmi 89.278,02 manat məbləğində” ifadəsi “cəmi 92.683,9 (doxsan iki min altı yüz səksən üç manat doxsan qəpik) manat məbləğində”; cavabdehdən xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 242.561,41 manat məbləğində” ifadəsi “cəmi 282.804,60 (iki min səksən iki min səkkiz yüz dörd manat altmış qəpik) manat”; cavabdehdən xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 40.275,33 manat məbləğində” ifadəsi “cəmi 55.207,76 manat (əlli beş min iki yüz yeddi manat yetm iş altı qəpik) manat” pul vəsaitinin iddiaçının xeyrinə tutulması ifadələrinə dəyişdirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-103/2021
Ali Məhkəmə Qərar — İş №2-2(102)-103/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver