Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-103/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: akt üzrə hesablanmış işıq borcunun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 noyabr tarixli 2-2(103)-879/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiy a şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. "xxxx" ASC-nin Binəqədi rayon Enerji Təchizat və Satışı İdarəsi tərəfindən verilmiş 2023-cü il 5 yanvar tarixi Bgn-23/407 nömrəli müraciətin araşdırılmasına dair məktubdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, 2022-ci il 30 iyun tarixində cavabdehin Nəzarət Departamentinin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilən zaman alt qapaq möhürünün pozulması və sayğacın işləməməsi aşkar olunmuşdur. Buna görə də 012858 saylı akt tərtib olunmuş və itirilmiş elektrik enerjisinin miqdarı bərpa edilmişdir. 2. "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 2022-ci il 30 iyun atrixli 012858 nömrəli aktdan görünür ki, həmin tarixdə iddiaçıya məxsus binada yerləşən sayğaca baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın göstərici tablosu sönüb və sayğac xətdən axan yükü qeyd etmir. Sayğac sxeminə baxış keçirən zaman məlum oldu ki, sayğacın qoşulma sxemi səhvdir, belə ki, gərginlik transformatorundan gələn “B” (100V) gərginlik fazası sayğacın “B” cərəyan sıxacına, cərəyan transformatorundan gələn “B” cərəyan fazası isə sayğacın “B” gərginlik sıxacına daxil olur. Bu halda sayğac xətdən axan yükü düzgün qeyd etmir. Belə ki, sayğac dövrəsindən axan cərəyan iq=0,5 A, ib=0,49 A, ic=0,5A. Sayğac sxeminin səhv olduğu halda 1 impuls=85 saniyə, səhv halda sayğacın göstəriciləri ua=59 V, iA=0,47A, cosq=0,66, ub=72V, ib=0,05A, cosq=0,13, uc=64V, uc=0,42 A, cosq=-0,89. Pfan=173, Psay=85kvt. AP= - 50 %. 3. "xxxx" ASC tərəfindən verilmiş 2022-ci il 19 iyul tarixli icra vərə qindən görünür ki, iddiaçının ünvanında sayğaca baxış zaman məlum olmuşdur ki, elektrik sayğacının ekran tablosu sönüb, sayğac dövrədən axan yükü qeyd etmir. Bunun əsasında 17.850 manat zərər hesablanmışdır (Tarif (0,11 man) – 162280 kvts x 0,11 = 17.850 manat).
4. İddiaçı MTK ilə "xxxx" ASC arasında bağlanmış 2022-ci il 17 avqust tarixli 216018 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 249072,72 kvts və dəyəri 27398 manat təşkil edir.
5. Müqavilənin 9-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədind ə quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricisinə əsasən aparılır.
6. Müqavilənin 12-ci bəndinə əsasən hesablaşma, elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin abonentin üzərinə düşür. 7. "xxxx" ASC tərəfindən verilmiş 2022-ci il 19 iyul tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, NDQ012858EİQ nömrəli akta əsasən iddiaçıya 17.850,80 manat borc hesablanmışdır. 8. 2022-ci il 11 mart tarixindən 2022-ci il 13 aprel tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün 2022-ci il 13 aprel tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, İddiaçı MTK-nın 2022-ci il 13 aprel tarixə 3.192,17 manat qalıq borcu var. 9. 2022-ci il 13 apre l tarixindən 2022-ci il 13 may tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün 2022-ci il 13 may tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, İddiaçı MTK-nın 2022-ci il 13 may tarixə 3.043,37 manat qalıq borcu var. 10. 2022-ci il 13 may tarixindən 2022-ci il 16 iyun tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün 2022-ci il 16 iyun tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, İddiaçı MTK-nın 2022-ci il 16 iyun tarixə 1.468,18 manat qalıq borcu var.
11. NDQ012858EİQ 2022-ci il 19 iyul tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, İddiaçı MTK-ya 17.580,80 manat akt əsasında borc hesablanmışdır. 12. 2022-ci il 16 iyun tarixindən 2022-ci il 8 avqust tarixinə qədər istifadə olunan elektrik en erjisinin haqqının ödənişi üçün 2022-ci il 8 avqust tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, İddiaçı MTK-nın 2022-ci il 8 avqust tarixə 8.664,16 manat qalıq borcu var. 13. 2022-ci il 8 avqust tarixindən 2022-ci il 10 sentyabr tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün 2022-ci il 10 sentyabr tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, İddiaçı MTK-nın 2022-ci il 10 sentyabr tarixə 9.677,18 manat qalıq borcu var. 14. 2022-ci il 10 sentyabr tarixindən 2022-ci il 7 oktyabr tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün 2022-ci il 7 oktyabr tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, İddiaçı MTK-nın 2022-ci il 7 oktyabr tarixə 9.325,67 manat qalıq borcu var. 15. 2022-ci il 7 oktyabr tarixindən 2022-ci il 10 noyabr tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün 2022-ci il 10 noyabr tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, İddiaçı MTK-nın 2022-ci il 10 noyabr tarixə 9.526,63 manat qalıq borcu var. 16. 2022-ci il 10 noyabr tarixindən 2022-ci il 8 dekabr tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün 2022-ci il 8 dekabr tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, Nur” MTK-nın 2022-ci il 8 dekabr tarixə 10.693,88 manat qalıq borcu var. 17. 2023-cü il 8 dekabr tarixindən 2023-cü il 13 yanvar tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün 2023-cü il 13 yanvar tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, İddiaçı MTK-nın 2023-cü il 13 yanvar tarixə 12.593,72 manat qalıq borcu var. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı Nur” MTK (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2022ci il 30 iyun tarixli 012858 nömrəli akt üzrə hesabladığı 17.850 manat borcun iddiaçının abunə hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 63 A ünvanında yerləşən hündürmərtəbəli çoxmənzilli yaşayış binasının qarşısında yerləşən cavabdehə məxsus qapalı məkanda yerləşdirilmiş elektrik sayğacı mövcuddur. Həmin elektrik sayğacı uzun illərdir ki, orada yerləşdirilmiş, cavabdehə məxsus qapalı məkanda olduğu üçün sayğaca nəzarəti həmişə cavabdehin əməkdaşları həyata keçirmişlər. Məkanın da açarları yalnız onlarda olmuş, istədikləri vaxt sayğaca baxış keçirmişlər. Onlardan istifadə olunmuş elektrik enerjisinə görə pul tələb edilərkən məlum olmuşdur ki, 2022-ci il 30 iyun tarixdə cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın işləməməsi aşkar olunmuş, buna görə 012858 saylı akt tərtib edilərək onlara 6.500 manat borc yazılmışdır. Elektrik sayğacı cavabdehin əməkdaşları tərəfindən müəyyən edilmiş və yalnız onların nəzarətində olan yerdə quraşdırılmışdır. Həmin sayğaca heç vaxt tərəflərindən hər hansı müdaxilə edilməmiş, onların nəzarətində olmayan yerdə olduğu üçün müdaxilənin də edilməsi mümkün deyildir. Digər tərəfdən də həmin əraziyə nəzarət edən cavab dehin əməkdaşları tərəfindən hər ay sayğaca baxış keçirilmişdir. Belə olan halda tərəflərindən sayğaca müdaxilə edilməsi ağlabatan hesab oluna bilməz. İstifadə olunan elektrik enerjisi üzrə mütəmadi olaraq ödənişlər həyata keçirmiş və sayğıcın nasaz vəziyyətdə olması barədə onlarda məlumat olmamışdır. Bu səbəbdən tərtib edilmiş aktı və ona əsasən hesablanmış cəriməni əsassız hesab edirlər. Aktın ləğv olunmasını, ona əsasən hesablanmış cərimənin, borcun silinməsi barədə cavabdehə rəsmi müraciət etmələrinə baxmaraq bunun nəticəsi olmamışdır. Cavabdehin əməkdaşları dəfələrlə əsassız və qanunsuz yazılmış borca görə çoxmənzilli yaşayış binasına verilən elektrik enerjisini dayandırmış, bu da binada yaşayan yüzlərlə ailənin işıqsız qalmasına, bina sakinlərinin liftdə qalmasına səbəb olmuşdur. C avabdeh tərəfindən tərtib edilmiş akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın (bundan sonra – “Qaydalar”) tələblərinə də ziddir. Bundan əlavə, cavabdeh tərəfindən 2022-ci il 30 iyun tarixli 012858 saylı akt üzrə 17850 manat borcun yazıldığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.
20. Cavabdeh etiraz edərək bildirmişdir ki, aparılmış yoxlama dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, orada qeyd edilmiş VÖEN başqa sahibkarlıq subyektinə məxsusdur. Sayğaca baxış keçirilərkən sayğacın sərf edilmiş elektrik enerjisini tam qeydə almaması müəyyən edilmiş, bu səbəbdən akt tərtib edilərək əlavə olaraq iddiaçıya sayğacın nasaz olduğu 2022-ci 12 aprel tarixdən 2022-ci 8 iyun tarixədək olan dövr üzrə əl avə olaraq 17.850 manat borc hesablanmış, bu barədə iddiaçıya hesab faktura təqdim edilmişdir. Sayğacda olan qüsur texniki qüsur olmaqla iddiaçının təqsiri olmadan yaranmış, sayğacın sxemi daha sonra bərpa edilmişdir. Bu səbəbdən borc əsaslı olmuşdur.
21. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 may tarixli e-2-2(113)-1444/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim Ü.Həsənova).
22. Həmin məhkəmənin araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci il 30 iyun tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə 012858 nömrəli 2023-cü il 30 iyun tarixli akt tərtib edilərək iddiaçıya həmin akt əsasında 17.850 manat borc hesablanmışdır. İşin hallarından göründüyü ki mi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən sayğacın nasazlığı səbəbindən sayğacın xətdən axan yükü qeydə almamasına istinad edilməklə hesablanmış borcdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən müəyyən edilir ki, sayğacda mövcud qüsur (sayğacın göstərici tablosunun sönməsi və axan yükü qeydə almaması) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.
24. Məhkəmənin mövqeyinə görə iş materiallarda olan abonent saldosundan, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab fakturalardan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənə dlərindən görünür ki, sayğac göstəricilərinə əsasən sayğacın olmadığı müddətdə 2022-ci il 30 iyun tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi Qaydaların bəndlərinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.
25. İddiaçıya məxsus sahədə quraşdırılmış və 2022-ci il 30 iyun tarixdə çıxarılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya Qaydaların və müqavilənin tələblərinə əsasən istifadə edilmiş elektrik enerjisinə gör ə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.
26. Məhkəmə son olaraq onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə elektrik sayğacının yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb, bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır. Cavabdeh həmin yoxlamanın Vahid məlumat reyestrində qeydə alındığını bildirsə də, nümayəndə tə rəfindən məhkəməyə təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 2023-cü il 4 aprel tarixli KY221751741 nömrəli çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i kimi ********** göstərilmişdir. Elektron məhkəmə iformasiya sistemindən çıxarışa əsasən həmin VÖEN iddiaçıya (iddiaçıya məxsus VÖEN – **********) deyil, fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmış F.Məhərrəmova məxsusdur.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 443.7-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Qaydaların 7.18, 8.2ci, Azərbaycan Respublikas ı Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.7-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
28. Qətnamədən cavabdeh apellyasiya şikаyəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 noyabr tarixli 2-2(103)-879/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – İ.Şirinov və A.Hüseyn).
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qe yd etmişdir ki, cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə elektrik sayğacının yoxlanılması dövlət reyestrində qeydə aldırıb, bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablandığından və bunun əksi cavabdeh tərəfindən sübut olunmadığından cavabdehin 2022-ci il 30 iyun tarixli 012858 nömrəli akt üzrə hesabladığı borc əsassızdır.
31. Qətnamədə birinci instansiya məhkəməsinin əsaslandığı maddi hüquq normalarına istinad olunmuşdur.
32. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlillər i 33. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, 2.3-cü maddələri üzrə - sahibkarlıq sahəsində yoxlama dedikdə, sahibkarlıq obyektlərinin məhz sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrinin qiymətləndirilməsi üzrə tədbirlər məcmusu başa düşülür. Cavabdeh məhz mütəmadi olaraq iddiaçıya məxsus sahibkarlıq obyektinin sayğac göstəriclərinin oxunması zamanı sayğacda qüsurlar aşkar etdiyindən müvafiq akt tərtib edilmiş və iddiaçıya mübahisələndirilən borc məbləği hesablanmışdır. İstinad olunan normada konkret olaraq elektrik sayğaclarının göstəricilərinin oxunması ilə bağlı aparılan yoxlamalar istisna hal kimi qeyd edilmiş və Qanunun bu cür hallara konkret olaraq şami l edilmədiyi bildirilmişdir. Bu səbəbdən, qeyd olunan normaları tətbiq etməklə apellyasiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
34. Qaydaların 8.16-cı bəndi üzrə - istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Belə ki, sayğaca baxış keçirilərkən sayğacın sərf edilmiş elektrik enerjisini tam qeydə almaması müə yyən edilmiş, bu səbəbdən akt tərtib edilərək əlavə olaraq iddiaçıya sayğacın nasaz olduğu 2022-ci il 12 aprel tarixdən 2022-ci il 8 iyun tarixədək olan dövr üzrə əlavə olaraq 6.500 manat borc hesablanmış, bu barədə iddiaçıya hesab faktura təqdim edilmişdir. Sayğacda olan qüsur texniki qüsur olmaqla iddiaçının təqsiri olmadan yaranmış, sayğacın sxemi daha sonra bərpa edilmişdir. Bu səbəbdən cavabdeh hesab edir ki, borc əsaslıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq tam yoxlan ılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunu n üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur....” 39. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibk arlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” Maddə
3. Yoxlamaların qanuniliyi 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) fakt ları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nda göstərilmişdir: “7. X4 X2 İstismarı... 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir....” “8. Elektrik Enerjisindən (X5) X3... 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.... 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır....”
41. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq bəndlərində g östərilmişdir: İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alı ndıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.5-1. Bu Əsasnamənin müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. 1.5-2. Enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarların elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı aparılan yoxlamalara bu Əsasnamənin 3.2.3-cü, 3.3.6-cı, 3.3.7-ci, 3.4.4-cü, 3.4.9-cu, 3.4.10-cu, 3.4.12-ci, 3.4.15-ci, 5.1.7-ci, 5.1.8-ci, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri şamil edilmir.... 1.7. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
43. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhk əməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin hazırki qərarın 33-34-cü paraqraflarında göstərilən dəlillərini isə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsaslı hesab etmir.
49. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə yoxlamalar yoxlamaların vahid reyestrində qeydə alınmalıdır. Hazırkı halda, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, müvafiq akt tərtib edilmiş və aktda sayğacın göstərici tablosunun sönməsi nəticəsində mexaniki hissədən keçən qaz həcmi elektron hissədə qeydə alınmadığı qeyd olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə 17850 manat borc hesablanmışdır. Bu isə, cavabdehin hərəkətlərinin istinad olunan Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin də təsirir dairəsini düşdüyünü göstərir.
50. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində birbaşa təsbit olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
51. Göründüyü kimi cavabdehin dəlilləri özü-özlüyündə əsassızdır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.
53. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
54. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 29 noyabr tarixli 2-2(103)-879/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.