Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-103/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(106)-185/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icr aat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.000 ABŞ dolları əsas borc, 1.200 manat faiz borcu, 5.000 manat mənəvi zərərə görə pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 2021-ci ilin əvvəllərində 50.000 ABŞ dolları pulu borc vermiş, lakin o üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmiş və həmin məbləğdən 27.000 ABŞ dolları əsas borcu ödəməmişdir. Cavabdeh1 2022-ci ilin ortalarınadək müxtəlif vədlər verərək pulu qaytarmağı bildirsə də, həmin tarixdən iddiaçıya olan borcunu ödəməkdən qəti imtina edir.
3. Cavabd eh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə 50.000 ABŞ dolları məbləğində iddiaçıdan borc pul almış, sonra da həmin puldan cəmi 23.000 ABŞ dolları qaytarmışdır. O, iddiaçı ilə barışıq sazişi bağlamaq istəsə də, iddiaçı tərəfindən müəyyən olunmuş müddət qısa olduğundan razılaşmamış və qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 27 iyun tarixli e-2-2(121)-932/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 27.000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – E.Abdullayev).
5. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məq sədilə borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən iddia əsas borcun ödənilməsi hissəsində qismən əsaslıdır. Cavabdeh1 2024-cü il 5 aprel tarixində keçirilən məhkəmə iclasında verdiyi izahatında maddi imkanı olmadığından borcunu hissə-hissə ödəyə biləcəyini və ümumilikdə 27.000 ABŞ dolları məbləğində borcunun qaldığını bildirmişdir. Göründüyü kimi cavabdehin 27.000 ABŞ dolları borcunun olması işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır.
6. Məhkəmə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona mənəvi zərər dəyməsi, dəymiş mənəvi zərərin 5.000 m anat olması barəsində tələbi üzrə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi əsassızdır.
7. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia tələbi həmin hissədə də əsassızdır.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.1, 21.2, 23.1, 329.2, 329.3, 385.1, 442, 448.2, 449.1, 739.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarlarına istinadla əsaslandırmışdır.
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(106)-185/2024 nömrəli qətnaməsi ilə apellyasiya şi kayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Kərimov – sədrlik edən və məruzəçi, C.İmanov və P.Əhmədov).
11. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası cavadehin məhkəmə iclaslarında borc məbləğini iddiaçının hədə qorxusu altında etiraf etməyə məcbur olmasından ibarət dəlillərini inandırıcı hesab etməyərək qeyd etmişdir ki, cavabdehin hələ iş Cəlilabad Rayon Məhkəməsinin icraatında olduğu dövrdən hüquqlarını müdafiə edən vəkili olmuşdur və mümkün deyildir ki, belə bir halların baş verməsindən dolayı, cavabdeh atacağı addımları vəkili ilə məsləhətləşməsin.
12. Bundan başqa iş materiallarında olan yazılı qəbzlər, səs yazıları, nəhayət apellyasiya baxışı zamanı cavabdehi n özünün iddiaçıdan 5 dəfə, hər dəfəsində 10.000 dollar pul götürməsini, onun da 1000 dollarını iddiaçının faizə çıxmasını və 9000 dollar olmaqla ümumilikdə iddiaçıdan 45000 dollar pul almasını etiraf etməsi, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmasının birbaşa sübutudur ki, bu halda almış olduğu borcun qaytarılmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçının qaytardığını etiraf etdiyi 17000 ABŞ dolları və 6000 ABŞ dolları məbləğlərindən savayı pul ödəməsinə dair sübut verə bilməmişdir.
13. Kollegiya, həmçinin tərəflər arasında tərtib olunmuş yazılı qəbzləri yazılı müqavilə kimi qəbul edərək tərəflər arasında formalaşan münasibətlərin borc müqaviləsindən irəli gələn münasibətlər kimi qiymətləndirmiş və mübahisəyə hüquqi qiymət verən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz.
15. Məhkəmə mövqeyini MM-in 6.2, 14.2.1, 385.1, 386.1, 427.3, 442, 448.1, 445.2.1, 739.1, 739.2, 740-cı və MPM-in 14.2, 76.1, 76.2, 77.1, 106.3, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarş ı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi, MPM-in 9.1, 9.2, 9.3-cü maddələri üzrə - aşağı instansiyaları məhkəmələri iş üzrə Cavabdeh2 məhkəmədə iştirak etməsini təmin etməmiş və dindirməmişlər.
18. MM-in 740.2-ci maddəsi üzrə - tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. İş materiallarında yalnız qəbzlər mövcuddur ki, onları da cavabdehin dayısı Cavabdeh2 yazmış və imzalamışdır.
19. MPM-in 14.2 və 76-cı maddələri üzrə - məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının təqdim etdiyi iki qəbzi subut kimi qəbul etmiş, Cav abdeh2 məhkəmədə iştirak etməsini təmin etməmiş və dindirməmiş, həmin qəbzlərin tətrtib olunduğu anı, qəbzdə olan yazı və imza nümunələrinin kim tərəfindən icra edildiyi obyektiv araşdırılmamış, məhkəmə sadəcə həmin qəbzləri borcun etirafını özündə əks etdirən subut kimi nəzərə almaqla kifayətlənmiş, bu səbəbdən həqiqətə nail olmaq üçün faktları və mübahisə ilə bağlı halları tam dəqiqikliklə müəyyən etməmiş, iş üzrə sübutları düzgün qiymətləndirməmişdir.
20. MPM-in 217.1, 217.2, 217.3 və 417.1.3-cü maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq edilməmiş, nəticədə əsassız qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdi r. Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.” “M addə
740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.”
24. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktı n etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
27. Kassasiya şikayətində Cavabdeh2 aşağı instansiya məhkəmələri tərəfindən məhkəmədə iştirakının təmin edilməməsi barədə dəlilə münasibətdə qeyd edilir ki, iş materiallarında olan reyestrdən və b ildiriş kötüyündən (cild İ, i/v 129-130 və 137-138) görünür ki, həmin cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Lakin o, məhkəmə iclaslarına gəlməmiş, həmçinin iştirak etməməsi və ya mübahisə ilə bağlı hər hansı ərizə məhkəməyə təqdim etməmişdir. Ona görə də, kassasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır.
28. Tərəflər arasında yazılı borc müqaviləsinin bağlanılmaması ilə bağlı dəlillər də əsassızdır.
29. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaçıdan 50.000 ABŞ dolları məbləğində borc aldığını etiraf etmişdir.
30. MPM-in 106.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elek tron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
31. Cavabdehin istinad etdiyi hallar (iddiaçının ona hədə qorxu gəlməsi və ona görə borcun etiraf etməsi) isə apellyasiya instansiyası tərəfindən qəbul edilməmiş və əsassız hesab edilmişdir.
32. Eyni zamanda, apellyasiya məhkəməsi iş materiallarında olan yazılı qəbzlərə, səs yazıları və apellyasiya baxışı zamanı cavabdehin özünün iddiaçıdan 5 dəfə, hər dəfə 10.000 dollar pul götürməsinə istinad etmiş və tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər in yaranması nəticəsinə gəlmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
34. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fev ral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqey i xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(106)-185/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.