Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-104/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinin ləğvi, torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsinin boşadılması və icarə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin boşadılması və icarə haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-810/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 4 avqust tarixində bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən İddiaçı icarəçi Cavabdeh MMC-yə Şəki rayonu, Baş Zeyzid kəndində yerləşən 2.200 kv.m torpaq sahəsini (Reyestr nömrəsi: **********05) müvəqqəti sahibliyinə və istifadəsinə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, 1 kv.m üçün aylıq 0,09 manat məbləğində təşkil edir. İcarəyə verilən torpaq sahəsinin ümumi icarə haqqı aylıq 200 manat məbləğində təşkil edir. 2. 2021-ci il 4 avqust tarixində bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən İddiaçı icarəçi Cavabdeh MMC-yə Şəki rayonu, Baş Zeyzid kəndindən yerləşən 3.600 kv.m olan torpaq sahəsini (Reyestr nömrəsi: **********31) müvəqqə ti sahibliyə və istifadəsinə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, 1 kv.m üçün aylıq 0,09 manat məbləğində təşkil edir. İcarəyə verilən torpaq sahəsinin ümumi icarə haqqı aylıq 324 manat məbləğində təşkil edir. 3. 2022-ci il 29 iyul tarixli Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin çıxarışlarına əsasən, Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 0,22 ha və 0,36 ha torpaq sahələri mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında imzalanmış (reyestr nömrəsi **********31 və **********05) 2021-ci il 4 avqu st tarixli müqavilələrə xitam verilməsi, cavabdeh tərəfindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 2021-ci il 4 avqust tarixdən 2023-cü il 4 iyun tarixədək olan 22 aylıq dövr üçün müqavilələr üzrə müəyyən olunmuş qaydada 11.484 manat məbləğində icarə haqqı borcu və icarə müqavilələrinin 6.3-cü bəndinə əsasən müqavilə imzalandığı vaxtdan 2023-cü il 4 iyun tarixinədək 22 aylıq, 660 günlük dövr ərzində ödənilməmiş 11.484 manat icarə haqqının hər gecikdirilmiş günə görə 0,1 faizi, 11,84 manat olmaqla cəmi 7.579 manat cərimə məbləği və 150 manat mediasiya xərci olmaqla cəmi 19.213 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırı lmışdır ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 3.600 kv.m torpaq sahəsini (Reyestr nömrəsi: **********31) və 2.200 kv.m torpaq sahəsini (Reyestr nömrəsi: **********05) Bakı şəhəri 23 saylı notariat ofisində 2021-ci il 4 avqust tarixli icarə müqavilələri ilə beş il müddətinə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehə icarəyə verilmişdir. İcarə haqqı hər kv.m üçün 0.09 manat müəyyən edilmişdir. Hər iki müqavilə üzrə aylıq icarə haqqı 524 manat təşkil etmişdir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini cavabdehə icarəyə verərkən real qiymətindən aşağı qiymətə müqavilə bağlamışdır. Buna səbəb icarəçi cavabdehin icarəyə götürmüş olduğu torpaq sahəsini bir il sonra real bazar qiyməti ilə satın alacağı barədə iddiaçı ilə şifahi olaraq razılığa gəlməsidir. Bu məqsədlə iddiaçının direktoru olduğu "xxxx" MMC cavabdeh ilə həmin torpaq sahəsində cavabdehin kommersiya fəaliyyətini həyata keçirməsini təmin etmək üçün X2 Zavodunun tikintisi, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsi işləri ilə bağlı müqavilə bağlamış, lakin icarə haqqını ödəməmişdir. Hazırda isə cavabdehin 2023-cü il 4 iyun tarixə qədər 22 ay üzrə cəmi 11.484 manat məbləğində ödənilməmiş icarə haqqı borcu vardır. Tərəflər arasında imzalanmış icarə müqaviləsinin 6.3-cü bəndinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, gecikdirilmiş hər günə görə ödənilməmiş məbləğin 0,1 faizi miqdarında dəbbə pulu ödəməli idi. İddiaçı tərəfindən mütəmadi olaraq cavabdehdən müqavilə üzrə öhdəliyinin icra olunması tələb olunmasına, ilkin pretenziyanı n 2022-ci il 15 sentyabr tarixində göndərilməsinə, bundan sonra mediasiya prosesi və 2023-cü il 23 yanvar tarixdə ikinci dəfə pretenziya göndərilməsinə və 2023-cü il 1 fevral tarixdə verilmiş iddia ərizəsi üzrə başlanılmış və davam edən məhkəmə proseslərinə baxmayaraq cavabdeh yenə də öhdəliyin icra edilməməsində israr edərək icarə haqları üzrə heç bir məbləğ ödəməmişdir.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 447.1, 448.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 53-cü maddəsinə istinad etmişdir. 7. 2023-cü il 12 may tarixində cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Eti raz onunla əsaslandırılmışdır ki, icarəyə verilmiş torpaq sahəsində iddiaçının özünün direktor olduğu "xxxx" MMC tərəfindən müqavilə əsasında bir sıra işlər görülmüş, X1 Zavodunun tikintisi həyata keçirilmişdir. Həmin torpaq sahəsində zavod və avadanlıqlar yerləşmişdir. Həmçinin iddia ərizəsindən və iddiaçının məhkəmə iclası zamanı çıxışından məlum olmuşdur ki, tərəflər icarəyə verilmiş torpaq sahəsinin cavabdehə satılması barədə şifahi razılığa gəlmiş, lakin torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmamışdır. Torpaq sahəsində yerləşən tikililər, qurğular və avadanlıqlar cavabdehin mülkiyyətindədir. Sahədə yerləşən tikililərin və qurğuların həmin sahədən çıxarılması onların gələcək istifadə üçün yararsız vəziyyətə salmaqla cavabdehin mülkiyyət hüququndan məhrum olması ilə nəticələnəcəkd ir. Digər tərəfdən iddiaçı icarə müqaviləsinin ləğvi ilə bağlı qanunvericiliyin tələblərinə də əməl etməmişdir. Belə ki, iddiaçı 2023-cü il 23 yanvar tarixində pretenziya verərək 5 gün ərzində müqavilənin ləğvini və torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Eyni məzmunlu iddia ərizəsi də məhkəməyə təqdim olunmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 iyun tarixli e-2-2(113)-1189/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “iddiaçı ilə cavabdeh arasında imzalanmış (reyestr nömrəsi **********31 və **********05) 2021-ci il 4 avqust tarixli icarə müqavilələrinə xitam verilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 iyun tarixli e-2-2(113)-1189/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmi n edilməsi, tərəflər arasında bağlanmış 2021-ci il 4 avqust tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 2.200 kv.m torpaq sahəsinin və 2021-ci il 4 avqust tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 3.600 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, 2021-ci il 4 avqust tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 4.200 manat, 2021-ci il 4 avqust tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə 6.804 manat, cəmi 11.004 manat əsas borc, 2021-ci il 4 avqust tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 210 manat cərimə, 2021-ci il 4 avqust tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə 240 manat cərimə, cəmi 550 manat cərimə borcu olmaqla, 11.554 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim K.Hüseynov).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında sözügedən torpaq sahələrinin icarəyə verilməsinə dair müqavilələr notarial qaydada bağlanmaqla, hüquqi şəxsin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilməklə, hər iki tərəfin müqavilə bağlanan zaman foto şəkli çəkilmişdir. Müqavilələrin həm tərəflərin foto şəkilinin çəkilərək notarial qaydada təsdiq edilməsi, müqavilələrdə hər iki tərəfin imza və möhürünün olması, eyni zamanda da, məhkəmənin hazırlıq iclasında iştirak etmiş nümayəndənin müqavilələrin bağlanması və torpaqların verilməsini qəb ul etməsi, həmçinin də, məhkəməyə elektron sistem vasitəsi ilə daxil olmuş etiraz ərizəsinin də məzmununda müqavilələrin bağlanmasının və torpaqların verilməsini qəbul edilməsi 2021ci il 4 avqust tarixli 3M-1535 reyestr nömrəli və 3M-1534 reyestr nömrəli icarə müqavilələrinin bağlandığını və iddiaçı tərəfindən 2.200 kv.m və 3.600 kv.m torpaq sahəsinin icarəyə verilməsi halını təsdiq etmişdir. Müəyyən olunmalı olan digər məqam icarə haqqı üzrə borcun nə qədər təşkil etməsidir ki, iddiaçı tərəf ümumiyyətlə icarə haqqı ödənilmədiyini bildirmişdir. Cavabdeh tərəfdən isə 2023-cü il 13 mart tarixli iclasında iştirak etmiş nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər arasında ödənişin ediləcəyini bildirsə də, sonradan işə qoşulmuş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 ümumiyyətlə icarə münas ibətlərinin yaranmadığından pulun ödənilmədiyini bildirmişdir. 2021-ci il 4 avqust tarixindən 2023-cü il 4 iyun tarixinədək (iddiaçının tələb etdiyi tarix) hər iki icarə müqaviləsi üzrə icarə haqqı məbləği hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə iradə ifadəsi (pretenziya) 2023-cü il 23 yanvar tarixdə cavabdehə təqdim edilsə də, torpaqların cavabdehin faktiki istifadəsində qaldığı müddət üzrə də, icarə haqqı hesablanmalıdır. 2021-ci il 4 avqust tarixindən 2023-cü il 4 iyun tarixinədək 21 ay keçməsi nəzərə alındığında 2021-ci il 4 avqust tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 4.200 (21x200) manat, 2021-ci il 4 avqust tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə 6.804 ( 21x324) manat, cəmi 11.004 (4.200+6.804) manat təşkil etmişdir. Tərəflər arasında icarə hüquq münasibətlərinə artıq xitam verildiyindən, icarə müqavilələrinin predmeti olan iddiaçıya məxsus olan Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 2.200 kv.m torpaq sahəsi və Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 3.600 kv.m torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
13. Cərimənin tutulması tələbi üzrə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış hər iki müqavilənin 6.3-cü bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, o hər gecikdirilmiş gün üçün icarəyə verənə gecikdirilən məbləğin 0,1 faizi miqdarında dəbbə ödəməlidir. Dəbbə pulu tələbinin tə rəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
14. Cavabdehin 2021-ci il 4 avqust tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 210 manat, 2021-ci il 4 avqust tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə 240 manat, cəmi 550 manat dəbbə pulunun tutulmasını daha ağlabatan və ədalətli hesab etmişdir.
15. Məhkəmə gəldliyi nəticəni MM-nin 5.3, 425, 462.1, 467, 700.1, 700.2, 700.3, 706.1, 706.4, 710.1, 719.7, 722.1, 722.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-810/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin “icarə predmeti olan torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi” hissəsində dəyişdirilməsi, tərəflər arasında bağlanılmış 2021-ci il 4 avqust tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 2.200 kv.m torpaq sahəsində və 2021-ci il 4 avqust tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində y erləşən 3.600 kv.m torpaq sahəsində inşa edilən tikili və qurğuların dəyəri iddiaçı tərəfindən cavabdehə ödənildikdən sonra həmin torpaq sahələrinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, qətnamənin qalan mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).
18. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır. Belə ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Hazırki işdə də həmin maddələrin bütün dispozisiya şərtləri mövcuddur. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, icarə haqlarını iddiaçıya ödəməmiş, icarə haqlarını ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə, məhkəmə iclasında cavabdehin nümayəndəsi icarə obyekti olan torpaq sahələrinin onların istifadəsində olduğunu, lakin iddiaçı tərəfindən onlara icarə haqqının ödənilməsi ilə bağlı hər hansı qaimənin göndərilmədiyini, bu səbəbdən də icarə haqlarını ödəmədiklərini və hazırda iddiaçı tərəfindən onlara 11000 manat dəyərində qaimə göndərilərsə, ödəniş etməyə hazır olduqlarını bildirmişdir.
19. Bu baxımdan məhkəmə hesab etmişdir ki, 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 4.200 manat, 04 avqust 2021- ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə isə 6.804 manat olmaqla, cəmi 11.004 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.
20. Həmçinin məhkəmə hesab etmişdir ki,, cərimə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
21. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsini və bununla da, dəbbə pulunun artmasına şərait yaratmasını, habelə müəyyən olunmuş cərimə məbləğlərinin əsas borcun 5 %-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
22. İddiaçı tərəfindən irəli sürülən icarəyə verilən torpaq sahələrin boşaldılması barədə tələblərinə dair məhkəmə qeyd etmişdir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsi və tərəflər arasında bağlanmış icarə müqavilələrinin 3.2.6-cı bəndinə əsasən icarəçi icarə müqaviləsinə xitam verildikdən sonra torpaq sahəsinin geri qaytarmaq vəzifəsini daşıyır. Hazırki işdə də tərəflər arasında bağlanılmış 04 avqust 2021-ci il tarixl i icarə müqavilələrinin 23 yanvar 2023-cü il tarixdən ləğv edilmiş hesab edilməsi işin mübahisəsiz halıdır.
23. Belə ki, həmin halı hər iki tərəf qəbul edir, habelə bul hal hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1189/2023 saylı qərardadında müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı öhdəlikləri icrasını və icarə predmeti olan torpaq sahələrinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
24. Bununla yanaşı, işin mübahisə olunmayan digər halları ondan ibarətdir ki, İddiaçı direktoru olduğu "xxxx" MMC ilə Cavabdeh MMC arasında sonuncunun İddiaçı icarəyə götürdüyü torpaq kommersiya fəaliyyətini həyata keçirməsini təmin etmək üçün X2 Zavodunun tikintisi, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsi işləri ilə bağlı malla rın istehsalı və təchiz edilməsinə dair xx.xx.2021-ci il tarixli MN 21-02-04 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən malların və görülməli olan işlərin dəyəri son olaraq 1.011.310,79 manat müəyyən edilmişdir.
25. Hazırda Cavabdeh MMC tərəfindən icarə predmeti olan torpaq sahələrində X2 Zavodunun tikilməsi mübahisəsizdir. 42.Eyni zamanda, iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 01 noyabr 2021-ci il tarixli 3M167 saylı, 04 avqust 2021-ci il tarixli 3M1534 saylı və 04 avqust 2021-ci il tarixli 3M1535 saylı icarə müqavilələrinə xitam verildiyindən 1.011.310,79 manat məbləğində pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iş Bakı Kommersiy a Məhkəməsinin icraatındadır.
26. Mülki Məcəllənin 714.2-ci maddəsində göstərilmişdir ki, torpaq icarəsi üzrə hüquq münasibətlərinə xitam verildikdə icarəyə verən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini icarə müddətindən sonra artıran (dəyərin artımı) digər məsrəflərin əvəzini də icarəçiyə ödəməlidir. Əgər icarəyə verən məsrəflərə razılıq verməkdən imtina edirsə, icarəçinin vəsatəti ilə razılıq məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, həmin məsrəflər müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya torpaq icarəsi üzrə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. Ra zılıq məhkəmənin müəyyən öhdəliklərin icrası ilə bağlı qərarı ilə əvəz edilə bilər. Məhkəmə həmçinin dəyərin artımı haqqında qərar qəbul edə bilər və onun miqdarını təyin edə bilər. Məhkəmə müəyyənləşdirə bilər ki, icarəyə verən dəyərin artımını hissə-hissə ödəməlidir. Eyni zamanda məhkəmə bu cür ödənişlərin hissə-hissə həyata keçirilməsi şərtlərini müəyyənləşdirə bilər. Əgər icarə hüquq münasibətlərinə xitam verilərkən icarəyə verən dəyər artımını hətta hissə-hissə kompensasiya etməyə qadir deyildirsə, icarəçi yalnız bunu tələb edə bilər ki, dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətləri əvvəlki şərtlər əsasında davam etdirilsin. Razılıq əldə edilmədikdə, tərəfin tələbi ilə məhkəmə icarə hüquq münasibətlərinin davam etdirilməsi barədə qərar qəbul edir. 27. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək icarəyəverənin vəzifələrinə aiddir. Həmin Qanunun 25-ci maddəsində isə təsbit olunmuşdur ki, icarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanun vericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
28. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə istinadla qeyd etmişdir ki, icarə müqaviləsi ləğv edildikdə, icarəyəverən icarəyə götürülmüş torpaq sahəsində onun razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğuların dəyərini icarəçiyə ödəməyə borcludur.
29. Hazırki işdə də torpaq sahələri üzərində cavabdehin kommersiya fəaliyyətini həyata keçirməsini təmin etmək üçün onun öz vəsaiti hesabına və icarəyə verən İddiaçı razılığı və iştirakı ("xxxx" MMC-nin direktoru qismində) ilə X2 Zavodunun tikilməsi mübahisəsizdir.
30. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, icarə ob yekti olan həmin torpaq sahələri yalnız həmin sahələrdəki tikililərin dəyəri (qarşılıqlı razılaşma yolu ilə, mediasiya və ya məhkəmə qaydasında müəyyən edilməklə və s.) icarəyə verən İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənildikdən sonra sonuncu tərəfindən boşaldılaraq İddiaçı təhvil verilə bilər. Əks yanaşma, həm yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə ziddir, həm də iddiaçının Cavabdeh MMC-nin hesabına əsassız varlanması ilə nəticələnə bilər, habelə iddiaçının hüquqdan sui-istifadəyə yol verməsi anlamına gəlir.
31. Məhkəmə belə qənaətə gəlmişdir ki, icarə haqqının ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi icarə predmeti olan torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi hissəsində dəyişdirilməlidir.
32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 16.1, 462.1, 467, 560.1, 560.2, 700.1, 706.4, 714.2, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20, 23, 25-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
33. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. MM-in 701, 714.2, 714.3-cü maddələrinin tələbləri pozulmuşdur-məhkəmə mübahisəsi üzrə icarəyəverən iddiaçının İcarəçiyə məxsus qurğu və avadanlıqların götürülməsinin qarşısını almaq niyyəti olmadığına görə və ərazidə olan bütün qurğu və avadanlıqlar aparılması mümkün olan mobil və modul tipli qurğu və avadanlıqlar olduğuna görə cavabdeh özünə məxsus bütün qurğuları götürüb ərazidən apara bilər. İcarəyə verilmiş torpaq sahələrində yerləşən Tütün yarpaqlarının qurudulması zavodu bütünlükdə konstruksiya hissələrdən ibarət olmuş və zavodun bütünlükdə təyinatı, dəyəri və keyfiyyəti dəyişilmədən sökülüb aparılıb başqa ərazidə quraşdırılması mümkün olmuşdur. 35. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin tələbi pozulmuşdur-torpaq sahələrində aparılması mümkün olmayan hər hansı bina və qurğular mövcud olmamışdır. Torpaq sahələrində yerləşən Tütün yarpaqlarının qurudulması zavodu bütünlüklə və içindəki avadanlıqlarla birlikdə sökülərək aparılıb başqa ərazidə qurulması isə mümkün olmuşdur. Məhkəmə ərazidə aparılması mümkün olmayan bina və qurğuların olmasını və əgər elə bir bina varsa onun dəyərini müəyyən etmədən ümumi olaraq ərazidə olan bütün əmlakların dəyərinin ödənilməsindən sonra torpaq sahələrinin boşaldılmasını nəzərdə tutmuşdur ki, bu da tamamilə əsasız və qanunsuz olmuşdur. 36. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20, 25-ci maddələrinin tələbləri pozulmuşdur-iddiaçının direktoru olduğu "xxxx" MMC tərəfindən cavabdehin sifarişi əsasında icarəyə verilmiş torpaq sahələrində Tütün yarpaqları qurutma zavodunun quraşdırılmasını iddiaçının icarəyə verdiyi torpaq sahələrində tikinti quraşdırılma işi aparılmasına razılıq verməsi kimi hesab etmişdir. Əslində isə "xxxx" MMC aldığı sifariş əsasında sifarişçinin təqdim etdiyi istənilən torpaq sahəsində zavod tikib təhvil verə bilərdi və iddiaçının direktoru olduğu "xxxx" MMC-nin mənafeyinə xidmət edən hərəkətləri ilə öz şəxsi mənafeyi eyniləşdirilməməlidir. Məhkəmə təqdim olunan sübutları nəzərə almadan və ekspertiza təyin edib torpaq ərazilərinə baxış keçirilməsini təmin etmədən sökülüb daşına bilən qurğu və avadanlıqlardan ibarət olan Tütün yarpaqlarının qurudulması zavodunu daşınmaz əmlak hesab etmişdir.
37. Tərəflər arasında imzalanmış hər iki torpaq icarəsi müqavilələrinin 3.2.6-cı bəndində göstərilənlərə əməl olunmamışdır-müqavilələrdə torpaq sahələrində olan qurğulara görə iddiaçı tərəfindən hər hansı ödənişin ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə qətnamə qət edərkən iddiaçının sübutlara əsaslanan izahatını cavabdehin xeyri nə ola biləcək şəkildə dəyişmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil icarə torpaqlarında inşa edilmiş cavabdehə məxsus Tütün yarpaqlarının qurudulması zavodunun bütünlükdə mobil və modul tipli konstruksiya və qurğulardan ibarət olduğunu, zavodun inşasında heç bir tikinti, hörgü, beton işlərinin aparılmadığını, həmçinin zavodun təyinatının, keyfiyyətinin və dəyərinin dəyişilmədən sökülüb ərazidən çıxarılaraq başqa ərazidə quraşdırılmasının mümkün olduğunu bildirərək zavodun cavabdeh tərəfindən sökülüb icarə torpaqlarından çıxarılmasını tələb etməsinə baxmayaraq, apellyasiya məhkəməsi qeyd olunmuş izahatı cavabdehin xeyrinə olacaq şəkildə dəyişərək qətnamənin 14-cü bəndində qeyd etmişdir ki, “Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi və onun məzmununa uyğun izahat verdi”. Zavodun inşasına çəkilmiş xərclər başqa mübahisənin predmetidir və hazırki işdə tikililərin dəyərinin ödənilməsinə razı olmamışlar. Halbuki, zavod ərazisində hər hansi tikili mövcud deyil və zavodun şəkilləri, layihə-smeta sənədləri və ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
38. MPM-in 392.2-ci maddəsinin tələbi pozulmuşdur-apellyasiya məhkəməsi öz qətnaməsində icarə torpaqlarında inşa edilmiş zavodun daşına bilən olmaması barədə hər hansı dəlilə əsaslanmamışdır. Məhkəmə tərəfindən zavod ərazisində aparılması mümkün olmayan tikili və qurğuların olub-olmaması və əgər varsa hansı məbləğdə dəyərləndirilməsi müəyyən edilməyərək, zavodun inşasına ödənilmiş müqavilə xərcləri əsas götürmüş, hətta inşasından sonra 3 ilə yaxın bir dövr ərzində fəaliyyət göstərən zavodun dəyərinin amortizasiya olunaraq azalmasını da nəzərə almamışdır. b)
39. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
40. Hazırkı kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin dəlillərinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsi “iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2021-ci il 4 avqust tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 2.200 kv.m torpaq sahəsində və 2021-ci il 4 avqust tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 3.600 kv.m torpaq sahəsində inşa edilən tikili və qurğuların dəyəri iddiaçı tərəfindən cavabdehə ödən ildikdən sonra həmin torpaq sahələri cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetir məyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə ve rən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə
706. Torpaq icarəsi müqaviləsinin məzmunu... 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.” “Maddə
714. Torpaq icarəçisinin məsrəfləri və qurğuları... 714.2. Torpaq icarəsi üzrə hüquq münasibətlərinə xitam verildikdə icarəyə verən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini icarə müddətindən sonra artıran (dəyərin artımı) digər məsrəflərin əvəzini də icarəçiyə ödəməlidir. Əgər icarəyə verən məsrəflərə razılıq verməkdən imtina edirsə, ic arəçinin vəsatəti ilə razılıq məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, həmin məsrəflər müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya torpaq icarəsi üzrə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. Razılıq məhkəmənin müəyyən öhdəliklərin icrası ilə bağlı qərarı ilə əvəz edilə bilər. Məhkəmə həmçinin dəyərin artımı haqqında qərar qəbul edə bilər və onun miqdarını təyin edə bilər. Məhkəmə müəyyənləşdirə bilər ki, icarəyə verən dəyərin artımını hissə-hissə ödəməlidir. Eyni zamanda məhkəmə bu cür ödənişlərin hissə-hissə həyata keçirilməsi şərtlərini müəyyənləşdirə bilər. Əgər icarə hüquq münasibətlərinə xitam verilərkən icarəyə verən dəyər artımını hətta hissə-hissə kompensasiya etməyə qadir deyildirsə, icarəçi yalnız bunu tələb edə bilər ki, dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətləri əvvəlki şərtlər əsasında davam etdirilsin. Razılıq əldə edilmədikdə, tərəfin tələbi ilə məhkəmə icarə hüquq münasibətlərinin davam etdirilməsi barədə qərar qəbul edir....” 43. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
20. İcarəyəverənin vəzifələri İcarəyəverənin vəzifələri aşağıdakılardır:... icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin v əsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək;...” “Maddə
23. İcarəçinin vəzifələri İcarəçinin vəzifələri aşağıdakılardır:... icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq;...” “Maddə
25. Mülkiyyət hüququ... İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucal dılmış müvəqqəti tikili onun hesabına sökülməlidir....”
44. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmi n məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
47. Birinci instansiya məhkəməsinin qətnaməsini “icarə predmeti olan torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi” hissəsində dəyişən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, icarəyə verilən torpaq sahələrində inşa edilmiş tikili və qurğu ların dəyəri iddiaçı tərəfindən cavabdehə ödənildikdən sonra həmin torpaq sahələri cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
48. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticəni mübahisələndirən iddiaçının kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri əsaslandırılaraq ona istinad olunmuşdur ki, icarəyə verilmiş torpaq sahələrindəki bütün qurğu və avadanlıqlar aparılması mümkün olan mobil və modul tipli qurğu və avadanlıqlar olduğuna görə cavabdeh özünə məxsus bütün qurğuları götürüb ərazidən apara bilər. Bütünlükdə konstruksiya hissələrdən ibarət olan zavodun təyinatı, dəyəri və keyfiyyəti dəyişilmədən sökülüb, başqa ərazidə quraşdırılması mümkündür. Bundan başqa kassator qeyd etmişdir ki, icarəyə verilmiş torpaq sahəsində iddi açının direktoru olduğu MMC tərəfindən cavabdehin sifarişi əsasında zavod inşa edilməsi, həmin zavodun inşası üçün iddiaçının razılığı hesab edilməməlidir.
49. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
50. Belə ki, tərəflər arasında bağlanmış icarə müqavilələri icarəçinin istehsalat fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlanmaqla, müqavilələrin 3.1.7-ci yarımbəndində icarəçinin mülkiyyətçini xəbərdar etməklə şəhərsalma reqlamenti, tikinti, ekologiya, sanitariya və gigiyena, yanğın təhlükəsizliyi və digər qayda və normativlərə riayət etmək şərti ilə istehsalat, inzibati və digər təyinatlı bina, tikili və qurğuları inşa etmək hüququ nəzərdə tutulmuşdur.
51. İddi açının nümayəndəsi birinci instansiya məhkəməsindəki izahatında cavabdeh tərəfindən icarə sahəsində aparılan tikinti işləri ilə bağlı göstərmişdir ki, hazırkı iş üzrə iddiaçının direktoru olduğu "xxxx" MMC cavabdeh ilə torpaq sahəsində sonuncunun kommersiya fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün X2 zavodunun tikintisi, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsi işləri ilə bağlı müqavilə bağlamışdır. Həmçinin apellyasiya məhkəməsində icraat zamanı kassatorun (iddiaçının) nümayəndəsi sualları cavablandıraraq icarəyə verilmiş torpaq sahəsində inşa edilmiş tütün zavodunun müvəqqəti konstruksiya olmadığını, daşdan tikildiyini təsdiq etmişdir.
52. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, iddiaçı hazırda kassa siya şikayətində mübahisələndirdiyi hallara dair işin faktiki hallarını araşdırmaq və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Əksinə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən icarə sahəsində məhz tikinti işləri iddiaçının razılığı ilə, onun direktoru olduğu "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MM-nin 714.2, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20, 23, 25-ci maddələrinin və MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
54. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-810/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli Ə.A.Əhmədov