Məhkəmə qərarları › İş №2-2(102)-104/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-104/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-104/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı ASC “X” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(106)-14/2024 nömrəli qətnaməsindən iddiaçı ASC “X” Bankı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin hallar ı

1. ASC “X” Bankı ilə Cavabdeh1 arasında bağlanmış 2017-ci il 12 iyun tarixli **********30617 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 6 faiz dərəcəsi ilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə S.K.M.F vəsaitləri hesabına 200.000 manat məbləğində kredit verilmişdir.

2. ASC “X” Bankı ilə Cavabdeh2 arasında bağlanmış 2017-ci il 16 iyun tarixli, **********30617/1/ip saylı ipoteka müqaviləsinə əsasən 2017-ci il 12 iyun tarixli kredit müqaviləsinin təminatı olaraq sonuncuya məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı,167,9 kv.m yaşayış, 84,54 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəm əsindəki icraat

3. İddiaçı ASC “X” Bankı (bundan sonra – “iddiaçı” və ya “bank”) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – Cavabdeh2 və Cavabdeh1) qarşı aiddia və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 2017ci il 12 iyun tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı,167.9 kv.metr yaşayış, 84.54 kv.metr köməkçi sahələrdən ibarət 3 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və 2017-ci il 12 iyun tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 98.241,82 manat məbləğində vaxtı keçmiş əsas borc, 2020-ci il 12 iyun tarixindən 2023-cü il 1 may tarixinə kimi vaxtı ke çmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 14.189,10 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 1 may 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 68.032,87 manat penya olmaqla cəmi 180.463,79 manat və 2023-cü il 1 may tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 36% dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şək ildə pozmuşdur. İddiaçı tərəfindən “İpoteka haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 2020-ci il 25 fevral tarixli bildiriş verilmiş, bildirişin qeydiyyata alınması barədə 2020-ci il 10 mart tarixli ərizə ilə DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 2020-ci il 17 mart tarixli məktubu ilə banka həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bildirilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır.

5. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən əsas və faiz borcunun çox hesablandığını və ipoteka predmetinin qiyməti ilə razılaşmadığını bildirmişdir.

6. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 20 sentyabr tarixli e-2-2(121)96/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək ipoteka predmetinə tutmanın yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiyməti 239.840 manat məbləğində olmaqla açıq hərracda satılması və satışdan əldə edilən vəsaitdən kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında olan 69.979,06 manat məbləğində əsas borcu, illik 5 faiz dərəcəsi ilə hesablanmış 10.549,69 manat faiz borcu, 7.000 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 87.558,75 manat pul vəsaitinin iddiaçıya ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin açıq hərrac yolu ilə satışından sonra 1 ay ərzində boşaldılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Bununla yanaşı qanunvericilik heç bir halda ipoteka predmetinə tutma yönəldilməsi imkanını ilk növbədə əsas öhdəlik üzrə borcluya qarşı tələbin irəli sürülməsi ilə şərtləndirməmişdir.

8. İş materiallarından və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən kredit müqaviləsinin müddəti 2020-ci il 12 iyun tarixindən maliyyə arayışında borcun hesablandığı 2023-cü il 1 may tarixinədək cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 27.937,28 manat məbləğində ödənişlər aparılmışdır. Həmin ödənişlərin 25.332,11 manat hissəsi əsas borc üzrə, qalan 2.605,17 manat hissəsinin isə müqavilə müddəti bitən tarixə hesablanmış faiz borcundan silinmiş, əsas borcdan 69.979,06 manat, illik 5 faiz hesablanmaqla faiz borcundan isə 10.549,69 manat borc qalmışdır. Belə ki, məhkəməmühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırıldığından həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir.

9. Məhkəmə iddianın hesablanmış 68.032,87 manat cərimə (penya) hissəsini qismən əsaslı hesab edərək bildirmişdir ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsuludur və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olması yolverilməz dir. Ona görə də 68.032,87 manat penya kifayət qədər yüksək olduğundan penyanın məbləği azaldılaraq əsas borcun 10 faizi məbləğində, yəni 7.000 manat müəyyən edilməlidir.

10. Məhkəmə, həmçinin hesab etmişdir ki, 2023-cü il 1 may tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 36 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması kimi tələb qeyri-müəyyən olmaqla təmin oluna bilməz. Çünki belə bir tələbin təmin edilməsi gələcəkdə məhkəmə qətnaməsinin icrası mərhələsində qeyri-müəyyənlik yaradacaqdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan son ra – “MM”) 295, 317.1, 319.1, 319.6, 443.1, 460.1, 462.1, 462.3, 467-ci və “İpoteka haqqında” Qanunun 33, 39.3.3, 47.5, 59.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni fərdi yaşayış evinin ilkin satış qiymətinin 239.840 manat müəyyən edilməsi, fərdi yaşayış evinin 1 ay ərzində boşaldılması, illik 5% dərəcəsi ilə hesablanmış faiz və cərimə borcunun tutulmasına dair hissələrində ləğv olunaraq həmin hissələrdə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şir van Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(106)-14/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 239.840 manat, cərimənin isə 7.000 manat məbləğində müəyyən olunması hissələrində dəyişdirilmiş, ipoteka predmetinin açıq hərracdan ilkin satış (likvid) qiyməti 311.000 manat müəyyən edilmiş, kredit müqaviləsi üzrə cərimə borcu isə 3.500 manat müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissədə tələbi təmin e dən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc alan müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən kreditor qarşısında icra edilməmiş öhdəliyi yaranmış və kreditor təminat kimi ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satıldıqdan sonra boşaldılması tələbini irəli sürməkdə tam haqlı olmuşdur.

16. Kollegiya həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə ipoteka müqaviləsi 2017-ci il 12 iyun tarixində bağlandığından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2023-cü il 22 iyun tarixli 02/2023 saylı qərardadında müəyyən edilmiş hüquqi mövqe baxımından “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üz vlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair hissədə” iddia tələbinə mahiyyəti üzrə baxıb həll edən birinci instansiya məhkəməsi maddi hüquq normasının pozuntusuna yol verməmişdir.

17. Bununla belə, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 239.840 manat müəyyən edilməsi ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin özündə, 3.5-ci bənddə tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetinin bazar dəyəri 285.000 manat, likvid dəyəri isə 251.000 manat ekvivalentində müəyyən edilmişdir. 2017-ci ildən qətnamə çıxarılan 2023-cü ilədək keçən 6 il müddətində daşınmaz əmlak bazarında qiymətlərin artma tempinin əhəmiyyətli dərəcədə olması hamıya bəlli olan haldır. Belə olan təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə razılaşdırılmış likvid dəyərindən aşağı qiymətlə hərracdan satışa çıxarılması, mübahisənin ədalətli həlli kimi qəbul oluna bilməz. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə verilən rəy özünə real vəziyyəti (ipoteka predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazi, fərdi yaşayış evinin təmiri və sair hallar nəzərə alınmaqla) əks etdirdiyindən sübut kimi qəbul edilməli və ipoteka predmetinin həmin rəylə müəyyən edilmiş 311.000 manat likvid qiymətlə hərracdan ilkin satışı təşkil edilməlidir.

18. Apellyasiya şikayətlərinin əsas borc və maliyyə arayışının tarixinə 5 faizlə hesablan an faiz məbləğlərinin tutulması hissəsi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, kreditorun iddiada tələb etdiyi əsas borc məbləği və müqavilə müddətinin bitdiyi 2020-ci il 12 iyun tarixindən maliyyə arayışının verildiyi 2023-cü il 1 may tarixinə illik 5 faizlə hesablanan faiz məbləğinin düzgün hesablanması iş üzrə 2 dəfə birinci instansiya məhkəməsində, 1 dəfə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq, əlavə məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə təsdiqini tapmamışdır. Əksinə ekspert rəyləri bir-birini tamamlamaqla daha inandırıcı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə hesablanmış əsas borc məbləğini və illik 5 faizlə hesablanan faiz məbləğini ekspert rəyləri əsasında müəyyən etməkdə tam haqlı olmuşdur.

19. A pellyasiya şikayətlərinin cərimə məbləği ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil.

20. Hesablanmış dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edib 7.000 manata qədər azaldan birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşmayaraq qeyd etmişdir ki, bütün əsaslı mənafeləri birinci instansiya məhkəməsi nəzərə almamışdır. İddiaçının hesablayaraq ödənilməsini tələb etdiyi 68.032,87 manat dəbbə pulunun 7000 manata qədər azaldılması, işin halları (borc alanın ödənişlər etməsi, müqavilə müddəti üçün müqavilədə nəzərdə tutulan qaydada hesablanmış faiz borcunun olmaması, kreditorun müqavilə müddətinin sonuna yalnız əsas borcun qalıq hissəsini tələb etməsi) nəzərə alınaraq tənasübsüz surətdə yüksək dəbbə pulunun ədalətli azaldılması kimi qəbul edilə bilməz. Ona görə də cavabdehin apellyasiya şikayəti həmin hissədə qismən təmin olunmalı və dəbbə pulunun müəyyən edilən məbləği hissədə qətnamə dəyişdirilərək dəbbə pulunun həcmi 3500 manat müəyyən edilməlidir.

21. Kollegiya 2023-cü il 1 may tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 36% dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması kimi tələbin qeyri-müəyyən olmaqla təmin oluna bilməməsi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

22. Məhkəmə kollegiyası öz mövqeyini MM-nin 14.1, 14.2.1, 269, 319.1, 385.1, 386.1, 442, 445.7, 448.1, 739.1-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 10.4, 33, 34.1.1, 39.3, 59.3, 59.4-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 4.1 və 14.2-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 14 may tarixli, 2013-cü il 13 iyun tarixli və 2014-cü il 24 dekabr tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

23. İddiaçı həmin qətnamədən kassasiya şikayəti ve rərək onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, həmçinin kassasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin, illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz və cərimə borclarının müəyyən edilməsi hissələrində ləğv edərək həmin hissədə işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

25. MM-in 467-ci maddəsi üzrə - məhkəmələr tərəflər aras ında bağlanmış müqavilə ilə müəyyənləşdirilmiş (razılaşdırılmış) dəbbə pulunu azaltmaqda haqlı olmamışlar. Belə ki, MM-in 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflərbu prinsiplər çərçivəsində MM-in 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Eynilə tərəflər sərbəst şəkildə öz iradə ifadələrini bildirərək xx.xx.2017-ci il tarixli **********30617 №-li K redit müqaviləsinin «Tərəflərin məsuliyyəti» adlanan 6-cı bəndində penyanın hesablanması barədə razılığa gəlmişlər. Məhkəmələr isə bu halı nəzərə almamışlar. Digər tərəfdən məhkəmələr bankın həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almamişlar, bununla bağlı ədalətsiz mövqe sərgiləmişlər. Belə ki, MM-in 467-ci maddəsinin tələbinə görə, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin birinci instansiya məhkəməsi bankın 68032,87 manat məbləğində penya tələbini 89,71 % (61032.87 manat məbləğində) azaldaraq, cəmi 7000 manat təmin etməklə bunun əksini etmişdir. Apellyasiya intansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu qanunsuz mövqeyi ilə razılaşmayaraq, daha da böyük qanunsuzluq edərək bu məbləği 50 % (3500 manat) azaldaraq 3500 manat məbləğində təmin etmişdir. Göründüyü kimi, hər iki məhkəmə instansiyası cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini deyil, ancaq cavabdehin mənafelərini nəzərə almışdır. Bu hal isə MM-in 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını təsdiq edir. Qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Apellyasiya instansiya məhkəməsi iddianın penya tələbinə dair hissəsinə qiymət verərkən ədalətli hesab edib müəyyən etdiyi 3500 (üç min beş yüz) manat məbləğində penyanın necə hesablanmas ını, hansı qaydada formalaşmasını, hansı faiz dərəcəsi ilə, hansı məbləğdən və hansı müddət ərzində hesablanmasını, hansı amillərdən asılı olmasını göstərməmişdir.

26. MPM-in 88, 101.3, 103.1 və 220.4-cü maddələri üzrə - apellyasiya instansiya məhkəməsi mühasibatlıq ekspertizası üzrə verilmiş rəydə göstərilən məbləğləri mübahisəsiz məbləğlər kimi qəbul edərək hər hansı bir ətraflı araşdırma aparılmadan, bununla bağlı verilmiş şifahi izahlarda, təkrar mühasibatlıq ekspertizasının təyin edilməsinə dair vəsatətlərdə qeyd edilmiş ekspert rəylərində olan yanlışlıqlara diqqət çəkilməsinə məhəl qoymamış, səhv qaydada hesablama aparılmasını özündə əks etdirən həmin rəylərə əsaslanaraq qanuniliyi və əsaslılığı şübhə altında olan qətnamə qəbul etmişdir. Ekspertlər qarşısında qoyulan sual müvafiq kre dit müqaviləsi üzrə cərimə borcunun hesablanması və hesablandığı təqdirdə nə qədər təşkil etməsi ilə bağlıdır, həmin cərimə borclarının uçotunun bank tərəfindən düzgün aparılıb-aparılmaması ilə bağlı deyildir. Cərimə borclarının uçotunun hansı hesabda aparılması bankın daxili məsələsi olmaqla yanaşı buna nəzarətin həyata keçirilməsi ekspertiza mərkəzinin deyil, müvafiq qaydada Mərkəzi Bankın səlahiyyəti daxilindədir. Həmçinin mühasibatlıq uçotunun düzgün hesabda aparılmaması müvafiq kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmaması mənasına gəlmir. Bankla borcalan arasındakı münasibətlər müvafiq kredit müqavilələri üzrə tənzimlənir ki, həmin kredit müqavilələrində də cərimə borclarının hansı qaydada hansı faizlə hesablanmalı olduğu aydın şəkildə öz əksini tapmışdır. Həmçinin ekspert rə ylərində hesablamalar zamanı MM-in 432.4-cü maddəsi və kredit müqaviləsinin şərtləri nəzərə alınmamışdır. Belə ki, müqavilənin 2.9-cu bəndinə əsasən silinmə ardıcıllığına uyğun olaraq ödənişlər 1-ci növbədə Bank tərəfindən məhkəmə ilə bağlı çəkilmiş xərclərdən, 2-ci növbədə isə cərimə və penya borclarından silinmə apardığı halda, ekspert müqavilə şərtlərinə zidd hesablamalar aparmışdır. b) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri

27. MM-in 1091.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 3.500 manat cərimə və 10.549,69 manat faiz borcunun iddiaçıya ödənilməsi, sonuncunun əsassız varlanmasına səbəb olacaqdır. Məhkəmənin müəyyən etdiyi faiz məbləği əlavə mühasibatlıq ekspertizasının rəyinə əsaslanaraq hesablanıb, lakin iddiaçının vaxtında mə hkəməyə müraciət etməyərək mübahisəni uzatması və yanlış məhkəməyə müraciət etməsi nəticəsində, bu məbləğin ödənilməsi cavabdehin hüquqlarının pozulmasına yol açır. Bu səbəbdən, məhkəmə qətnaməsinin həmin hissəsi əsassız hesab edilməlidir. Həmçinin, ipoteka predmetinin hazırkı bazar dəyəri 500.000 manatdan yuxarıdır. Belə ki, qiymətləndirici tərəfindən yalnız fərdi yaşayış evinin m2 üçün bazar dəyəri müyyən edilmişdir. Halbuki çıxarışda torpaq sahəsinin 0.06 ha göstərilsə də, əslində və faktiki olaraq yerində torpaq sahəsinin sahəsi daha çoxdur. Rəy verilərkən torpağın dəyəri və qiyməti nəzərə alınmamış, bu ekspert rəyində də öz əksini tapmamışdır.

28. Mülki Prossesual Məcəllənin 77.1, 88, 101.7, 102.2, 103.1, 175.1 və 217-ci maddələri üzrə - məhkəmə mübahisəsi cavabdeh tərəfin təqsirinə g örə deyil, əksinə, iddiaçının yanlış məhkəməyə müraciət etməsi nəticəsində uzanmışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya illik 5% dərəcəsi ilə 10.549,69 manat məbləğində faiz borcunun ödənilməsinin qət edilməsi də qanunsuz və əsassızdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

30. Kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi göstərilsə də, şikayətlərin dəlillərindən müəyyən edilir ki, qətnamənin əsaslığı kredit müqaviləsi üzrə borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirilir. Ona görə də, qətnamənin qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayət lərində irəli sürülmüş dəlillər üzrə yalnız həmin hissələrdə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir”. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.” “Maddə 4

62. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Madd ə

739. Borc müqaviləsi (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, b u cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” 32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.”

33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvaf iq “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

36. İddiaçının kassasiya şikayətində istinad olunan MM-in 467-ci maddəsinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.

37. Belə ki, MM-in 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirild iyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

38. Bununla yanaşı, MM-in 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hall arını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

39. Kredit müqaviləsindən irəli gələn mübahisələr üzrə həmin maddə tətbiq edilərkən işin halları, yəni borcalan tərəfindən götürülən kredit məbləği, kreditin verilmə tarixi, kredit üzrə aparılan son ödəniş və borcverənin məhkəməyə müraciət etdiyi tarixlər müqayisə edilməli, eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafeyi, habelə hüquqi müəyyənlik prinsipi və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsi də nəzərə alınmalıdır.

40. Apellyasiya instansiyası məhkəməsi də qeyd olunanları nəzərə almış və MM-in 467-ci maddəsini düzgün tətbiq etmişdr.

41. İddiaçının kassasiya şikayətində qeyd edilən MPM-in 88, 10.3, 103.1 və 220.4-cü maddələrinin pozulması ilə bağlı dəlillər isə MPM-in 407.2-ci maddəsinin tələblərinə zidd olaraq sübutlara düzgün qiymət verilməməsi ilə əsaslandırılmışdır.

42. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

43. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsin i deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundame ntal prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

45. Cavabdehin kassasiya şikayətində MM-in 1091.1-ci maddəsinə istinad edilməsi də əsassızdır.

46. Belə ki, MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

47. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

48. İddiaçı tərəfindən irəli sürülmüş dəbbə pulunun və illik 5%-lə hesablanmış məbləğin tutulması barədə tələblər isə müvafiq olaraq ASC “X” Bankı ilə Cavabdeh1 arasında bağlanmış 2017-ci il 12 iyun tarixli **********30617 saylı kredit müqaviləsinin 6-cı bəndinə və MM-in 445.7, 462.1-ci maddələrinə əsaslanır.

49. Göründüyü kimi həmin tələblərin müqavilə və qanuni əsasları mövcuddur. Belə olan halda isə həmin tələblərin təmin edilməsi nəticəsində iddiaçının əsassız varlanması istisna edilir.

50. Eyni zamanda, iddiaçının hansı tarixdə məhkəməyə müraciət etməsi həmin tələblərin rədd edilməsi üçün əsas ola bilməz.

51. Belə ki, Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun tələblərinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ipoteka saxlayanın vəzifəsi deyil, hüququdur (müvafiq olaraq 317 və 34-cü maddələr). Bundan fərqli olaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə borcun ödənilməsi öhdəliyini daşıyır (MM-in 739.1-cu maddəsi).

52. Cavabdehin kassasiya şikayətində göstərilən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlillər isə işin halları və sübutların qiymətləndirilməsi ilə bağlı olduğuna görə hazırkı qərarın 41-44-cü bəndlərində göstərilənlərə görə əsassızdır.

53. Əlavə ola raq kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 2017-ci il 16 iyun tarixli, **********30617/1/ip saylı ipoteka müqaviləsi ilə Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 3 nömrəli fərdi yaşayış evi vahid əmlak kimi ipotekaya qoyulmuş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində də həmin şəkildə qiymətləndirilmişdir.

54. Cavabdehin kassasiya şikayətində göstərilən MPM-in tələblərinin pozulması barədə dəlillər isə əsaslandırılmamışdır. Belə ki, kassasiya şikayətində göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

56. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC “X” Bankı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(106)-14/2024 nömrəli qətnaməsindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar