Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-106/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası LPO İddiaçı ASC-nin Cavabdeh1 MMC-nə (üçüncü şəxs Cavabdeh2) qarşı iş üzrə QƏRAR (açar sözlər: iddiaçı bank xx.xx.2016-cı il tarixə kimi aktiv bank əməliyyatlarını həyata keçirmək qabiliyyətinə malik olduğundan, cavabdeh müqavilə üzrə borcu vaxtında ödəməməklə, iddiaçı bankı ödənilməli olan pul vəsaitindən mülki dövriyyədə faydalanmaq imkanından məhrum etmişdir.) GİRİŞ HİSSƏ Hakimlər: Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Üçüncü şəxsin nümayəndəsi Musayeva Günay Abdul qızının iştirakı ilə, Nig ar Nəcəfzadənin katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh1 MMC-nə (üçüncü şəxs Cavabdeh2) qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-74/2019 saylı qətnaməsindən üçüncü şəxs Cavabdeh2 və iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı LPO İddiaçı ASC Cavabdeh1 MMC (bundan sonra- MMC) nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxx 2012-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə yaranmış 1.360.000 manat məbləğində əsas kredit borcu, 74.953,73 manat məbləğində əsas məbləğə hesablan mış faiz borcu, 772.480 manat hesablanmış əldən çıxmış fayda, cəmi 2.207.733,73 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh MMC-dən LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2012-ci il tarixdə LPO "İddiaçı” ASC ilə MMC arasında xxx saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə LPO “İddiaçı" ASC tərəfindən MMC-yə dövriyyə vəsaiti kimi istifadə məqsədi ilə illik 18% olmaqla 1.360.000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin müddəti qarşılıqlı razılaşmaya əsasən uzadılaraq xx xxxxx 2015-ci il müəyyən edilmiş o, həmin tarixədək kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməli idi. Cavabdeh ilə kredit müqaviləsi bağlandı qdan sonra, LPO “İddiaçı" ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir, lakin cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq həmin kreditin əsas məbləği və ona hesablanmış faizlərdən ödəniş edilməmiş, cavabdehlər aparılan danışıqlar və rəsmi xəbərdarlıqlara baxmayaraq, öhdəliklərini icra etməmiş və bu günə kimi mövcud borclarını ödəməmişlər, nəticədə kredit borcu ödənməmişdir. Eyni zamanda borclu kredit borcunu vaxtında ödəsə idi, bank həmin məbləği yenidən kredit verərək 772.480 manat qazanc əldə edərdi. Belə ki, mülki hüquqa əsasən öhdəlik münasibətləri üzrə tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən onlardan hər biri vicdanlılığın tələb etdiyi tərzdə ya şərtləşdi rilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdehin hərəkətləri nəticəsində LPO "İddiaçı” ASC-yə zərər dəymişdir. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən xx xxxxx 2012-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə yaranmış 1.360.000 manat məbləğində əsas kredit borcu, 74.953,73 manat məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 77.480 manat hesablanmış əldən çıxmış fayda, cəmi- 2.207.733,73 manat məbləğində borcunun və ödənilmiş dövlət rüsumunun cavabdeh MMC-dən LPO “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etm işdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)589/2018 saylı qətnaməsi ilə (hakim M. Əkbərov) iddia tələbi qismən təmin edilmiş, xx xxxxx 2012-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə 1.360.000 manat məbləğində əsas, 46.542,22 manat faiz borcu, İddiaçı ASC-də Cavabdeh2-nin **********099440000 saylı depozit hesabda olan 1.150.000 manat və **********xxx saylı depozit hesabda olan 250.000 manat vəsaitə yönəldilməsi qət edilmiş, LPO İddiaçı ASC tərəfindən ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsi cavabdehə, 15 manat hissəsi iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-74/2019 saylı qətnaməsi ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva) iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-2(81)-589/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə cavabdeh MMC-dən xx xxxxx 2012-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə 1.359.179,28 manat əsas borc, 73.405,62 manat faiz borcu, 67.958,96 manat əldən çıxmış fayda, cəmi 1.500.543,86 manat tutulması qət olunmuşdur. Ekspert tədqiqatına görə 200 manat xərc iddiaçı LPO İddiaçı ASC-dən və cavabdeh MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ 34 CTRE ********************, VÖEN **********, Döv lət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41NABZ 013601**********3944, SWİFT Bik CREAZ 22) ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, məhkəmə faiz borcunu hər hansı mötəbər sübuta əsaslanmadan (maliyyə arayışı və ya mütəxəssis rəyinə istinad etmədən) eləcə də müqavilə müddətinin bitdiyi günə hesablanılmadan müəyyən etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi xxx saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli maliyyə arayışı təqdim edərək bildirmişdir ki, iddiaçının sözügedən kredit müqaviləsi üzrə müqavilənin bitdiyi günə - xx.xx.2016-cı il tarixə 74.953,73 manat qalıq faiz borcu mövcud olmuşdur. Kollegiya işin qeyd edilən hallarını nəzərə alaraq xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 20164 nömrəli ekspert rəyinin nəticə hissəsində isə göstərilmişdir ki, MMC tərəfindən İddiaçı ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və xx xxxxx 2012-ci il tarixli xxx saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 1.432.584,90 manat məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 1.359.179,28 manat, faiz borcu üzrə 73.405,62 manat. İddiaçı bank xx.xx.2016-cı il tarixə kimi aktiv bank əməliyyatlarını həyata keçirmək qabiliyyətinə malik olduğundan, cavabdeh müqavilə üzrə borcu vaxtında ödəməməklə, iddi açı bankı ödənilməli olan pul vəsaitindən mülki dövriyyədə faydalanmaq imkanından məhrum etdiyindən hazırki iş üzrə iddiaçı əldən çıxmış faydanı tələb etməkdə haqlı olmuşdur. Bu əsasdan əldən çıxmış fayda əsas borcun 5%-i məbləğində hesablanaraq 67.958,96 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 385.1-ci, 389.1-ci, 390.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.7-ci, 448.1-ci, 449-cu, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən 3-cü şəxs Cavabdeh2-nin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə heç bir qanunvericiliyə əsaslanmayıb, yalnız ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə qətnamə qəbul etmiş, iddi a tələbi əldən çıxmış fayda hissəsində tamamilə əsassızdır, həmçinin faiz məbləği hissəsində şişirdilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2012-ci il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə illik 18% olmaqla 1.360.000 manat məbləğində kredit ayrılmışdır. xx xxxxx 2015-ci il tarixdə həmin kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və müqavilənin 2.3-cü maddəsinə dəyişiklik edilərək kreditin qaytarılma vaxtı 12 ay uzadılmış, kredit borcunun illik faiz dərəcəsi 16%-ə endirilmiş, lakin qətnamə qəbul edilərkən bu hal nəzərə alınmamışdır. MMC tərəfindən hər ay üçün ödəniş gecikdirilmədən müqavilə şərtlərinə uyğun olaraq vaxtı-vaxtında ödənilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 2015-ci ilin dekabr ayı üçün hesablanmış 18.133 manat məbləğində faiz borcu ödənil mişdir. LPO İddiaçı ASC Bakı 1 saylı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)- 1494/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müflis elan edilmiş, iddiaçı bankın ləğv edilməsi məlum olduğu zaman xx.xx.2016-cı il tarixdə İddiaçı ASC-yə MMC, həmçinin Cavabdeh2 tərəfindən rəsmi müraciət olunaraq kredit borcunun girov qoyulmuş əmanətlə əvəz olunması xahiş olunmuş, həmçinin iddiaçı bank xx.xx.2017-ci il tarixdə cavabdehə xəbərdarlıq göndərmiş və kredit borcu ödənilmədiyi təqdirdə borcun depozitə yönəldiləcəyi bildirilmiş, lakin iddiaçı tələbin girov qoyulmuş əmlakla əvəzləşdirilməsindən imtina etmişdir. Göründüyü kimi, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək əsas məbləğə heşablanmış faiz borcu 77 gün üçün 46.542,22 manat olmalı idi. Belə ki, iddiaçı bank müflis elan olunduğun dan xx.xx.2016-cı il tarixdə fəaliyyətini dayandırmışdı. Belə olan halda əldən çıxmış faydadan söhbət gedə bilməzdi. Bu səbəbdən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi 2-2(81)589/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsində iddia tələbinin əldən çıxmış fayda hissəsini əsassız hesab etmiş və bu hissədə tələbi təmin etməmişdir. Apellyasiya məhkəməsi isə kredit müqaviləsinə edilmiş uzatmanı nəzərə almamış və qətnamədə iddiaçı bankın xx.xx.2016-cı il tarixədək aktiv bank əməliyyatlarını həyata keçirmək qabiliyyətinə malik olduğunu və hazırki iş üzrə əldən çıxmış faydanı tələb etməkdə haqlı hesab etmişdir. Belə ki, '‘Cavabdeh2” ASC iddiaçı bankda olan depozitinin hesabına MMC-nin kredit borcunun silinməsini xahiş etmişdir. Cavabdeh2 tərəfindən kreditin təminata yönəldilməsi ilə bağlı İddiaçı ASC-yə dəfələrlə müraciət edilmiş, iddiaçı bankın rəhbərliyi ilə bir neçə dəfə görüş keçirilmiş və həmin müraciətlərin surəti məhkəməyə təqdim olunmuş, lakin məhkəmə bu dəlillərə əhəmiyyət verməmişdir. Halbuki, bütün göstərilənlərdən əlavə olaraq iddiaçı özü xx.xx.2017-ci il tarixdə cavabdehə və bizə məktub göndərmiş və mövcud borcun ödənilmədiyi təqdirdə borcun təminat kimi qoyulan depozitə yönələcəyini qeyd edilmişdir, lakin məhkəmə tərəfindən "İddiaçı" ASC-nin borcun ödənilmədiyini bildiyi və hətta xəbərdarlıq məktubu ünvanladığı halda, hansı səbəbdən kredit borcunu vaxtında təminata yönəltmədikləri sualı araşdırılmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2( 103)-74/2019 saylı qətnaməsini ləğv edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli, 2-2(81)-589/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən iddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında (bundan sonraQərar) qeyd edilmişdir ki, borclunun icranı geçikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Qərarda belə bir hüquqi mövqe ifadə edilm işdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə Mülki Məcəllənin 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən is tifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin hüquqi mövqe onunla əsaslandırılmışdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Belə ki, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hes ablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarının ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda qeyd olunan hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor bank ticarəti dövriyyəsində işlərin adı gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Buna görə də hesab edirik ki, cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitinin qaytarmaması nəticəsində iddiaçı həmin vəsaiti başqa şəxslərə kredit verməklə xx xxxxx 2012-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə (investisiya etməklə) 772.480 manat məbləğində gəlir əldə etmək imkanından məhrum olduğuna görə əldən çıxmış fayda qismində 772.480 manat məbləğində pul vəsaiti bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı LPO İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-74/2019 saylı qətnaməsinin əldən çıxmış faydanın qismən təmin edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Üçüncü şəxsin nümayəndəsi Musayeva Günay Abdul qızı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə (bundan sonra- MPM) nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı LPO İddiaçı ASC-nin, cavabdeh MMC- nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, LPO İddiaçı ASC ilə MMC arasında dövriyyə vəsaiti məqsədilə xxx saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə bank müqavilənin 2.1. və 2.2-ci bəndlərinə əsasən 1.360.000 (bir milyon üç yüz altmış min) manat məbləğində pul vəsaiti illik 18% olmaqla MMC-nə kreditə verilmişdir. Müqaviləyə əsasən verilən kreditin qaytarılmasının son müddəti tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxx 2013-cü il müəyyən olunmuş, tərəflər arasında bağlanan xx.xx.2013-cü il tarixli, xx.xx.2014, xx.xx.2015-ci il tarixli Əlavə razılaşmalara əsasən xxx saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin müddəti xx xxxxx 2016-cı il tarixədək müəyyən olunmuş, xx.xx.2012-ci il tarixli xxx/G saylı müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə tərəflər arasında xxx/G saylı xx.xx.2012-ci il tarixli girov (ipoteka) müqaviləsi bağlanmış, girov müqaviləsinin 4.1-ci bəndinə əsasən girov predmeti olaraq “Girovqoyan”a məxsus olan, onun “Girovsaxlayan”da olan **********099440000 saylı hesabdakı 1.150.000 manat və **********xxx saylı hesabdakı 250.000 manat həcmində pul vəsaiti qoyulmuşdur. İddiaçının MMC və Cavabde h2-nə ünvanladığı 613/17 saylı xx.xx.2017-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı cavabdehin xx.xx.2017-ci il tarixinə 1.984.999 manat məbləğində borc xx.xx.2017-ci il tarixinə qədər ödənilmədiyi təqdirdə həmin məbləğin kredit təminatı kimi girov qoyulmuş **********099440000 saylı hesabda olan 1.150.000 (bir milyon yüz əlli min) manat və **********xxx saylı hesabda olan 250.000 (iki yüz əlli min) manat depozit vəsaitindən silinəcəyi bildirilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi faiz borcunu hər hansı mötəbər sübuta əsaslanmadan (maliyyə arayışı və ya mütəxəssis rəyinə istinad etmədən) eləcə də müqavilə müddətinin bitdiyi günə hesablanılmadan müəyyən etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı nın nümayəndəsi xxx saylı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli maliyyə arayışı təqdim edərək bildirmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə müqavilənin bitdiyi günə - xx.xx.2016-cı il tarixə 74.953,73 manat qalıq faiz borcu mövcud olmuşdur. Təyin olunmuş ekspertiza ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 20164 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, MMC tərəfindən LPO İddiaçı ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və xx xxxxx 2012-ci il tarixli xxx saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 1.432.584,90 manat məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 1.359.179,28 manat, faiz borcu üzrə 73.405,62 manat. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı bank xx.xx.2016-cı il tarixə kimi aktiv bank əməliyyatlarını həyata keçirmək qabiliyyətinə malik olduğundan, cavabdeh müqavilə üzrə borcu vaxtında ödəməməklə, iddiaçı bankı ödənilməli olan pul vəsaitindən mülki dövriyyədə faydalanmaq imkanından məhrum etdiyindən hazırki iş üzrə iddiaçı əldən çıxmış faydanı tələb etməkdə haqlı olmuşdur. Bu əsasdan əldən çıxmış fayda əsas borcun 5%-i məbləğində hesablanaraq 67.958,96 manat məbləğində müəyyən olunmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respubl ikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 20164 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, MMC tərəfindən İddiaçı ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və xx xxxxx 2012-ci il tarixli xxx saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 1.432.584,90 manat məbləğində müəyyən olunur, əsas borc üzrə 1.359.179,28 manat, faiz borcu üzrə 73.405,62 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə Kollegiyası həmçinin onu da vurğulayır ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin da ha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra m üddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449-cu maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləş dirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir (Mülki Məcəllənin 449.1-ci və 449.2.-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında da göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Kommersiya Kollegiyası hər iki kassasiya şikayətinin dəlliləri ilə razılaşmayaraq vurğulayır ki, MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna y ol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 22(103)-74/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-74/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-106/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-106/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver