Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-106/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: ekologiya orqanının məcburi göstərişinin icra edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Reg ional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi barədə məcburi göstərişin icra edilməsi haqqında iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(105)-104/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İdarənin əməkdaşları tərəfindən cavabdeh fərdi sahibkar Cavabdeh icarəyə götürdüyü, “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən, “AAAAAAAAAA” istirahət mərkəzində xx xxxxx 2019-cu ildə ekoloji, sanitar-texniki və sanitar-gigiyenik norma və tələblərə riayət olunub-olunmaması yoxlanılmış və yoxlama zamanı “AAAAA AAAAA” istirahət mərkəzində formalaşan çirkab sularının mərkəzi kanalizasiya xəttinə qoşulmayaraq, çirkab suların primitiv qaydada qazılmış quyulara axıdıldığı və bununla da, Xəzər dənizi hövzəsinin çirklənməsinə səbəb olduğu, fauna və florasına və insan sağlamlığına ciddi təhlükə yaratdığı müəyyən olunaraq, xx xxxxx 2019-cu il tarixli Akt tərtib edilmişdir.
2. Həmin Aktla müəyyən edilmiş nöqsanın aradan qaldırılması və “AAAAAAAAAA” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahili zonasına axıdılmasının qarşısının alınması məqsədi ilə çirkab suların 2 ay müddətində ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi işlərinin aparılması və nəticəsi barədə İdarəyə məlumat verilməsi tələb edilsə də, bu tələb yerinə yetirilməmişdir.
3. Bu səbəbdən, xx xxxx 2019-cu il tari xdə icarəçi Cavabdeh barəsində inzibati xəta haqqında tərtib olunmuş Protokol əsasında O, iddiaçı İdarə tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli MN ******* nömrəli Qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.500 manat məbləğində cərimə edilmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq xx xxxx 2019-cu il tarixli MN ******* nömrəli Qərardan məhkəməyə şikayət versə də, onun şikayətləri Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli və Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarları ilə təmin edilməyərək, iddiaçı İdarənin inzibati xəta üzrə tənbeh vermə haqqında xx xxxx 2019-cu il tarixli MN ****** * nömrəli qərarı qüvvədə saxlanmışdır.
5. İşin materiallarında olan, iddiaçı İdarənin xx xxx 2020-ci il tarixli 1096 saylı məktubuna görə, həmin İdarənin əməkdaşları tərəfindən “xxxx” ASC-nin Bağlar Su-Kanalı İdarəsinin texniki-istehsalat şöbəsinin mühəndisi M.Abbasovun və “AAAAAAAAAA“ istirahət mərkəzinin icarəçisi Cavabdeh iştirakı ilə “Sumqayıt-Novxanı” yolunun kənarında Xəzər dənizi sahili zonasında yerləşən “AAAAAAAAAA” istirahət mərkəzinin ərazisində quraşdırılmış “şambo” sisteminə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, “X1” ilə üzbəüz ərazidə “Novxanı-Sumqayıt” avtomobil yolunun sağ kənarında Xəzər dənizi sahili çimərlik zonasında yerləşən “AAAAAAAAAA” istirahət mərkəzində formalaşan çirkab suların axıdılması üçün Mərkəzin ərazisində iki ədəd şambo sistemi quraşdırılmışd ır. Baxış keçirilərkən ərazidə çirkab sularının axıdılması üçün quraşdırılmış hər iki “şambo” sisteminin içərisinin daşdan hörüldüyü, 1-ci “şambo”nun uzunluğu 4 metr, eni 3 metr və dərinliyi 4,5 metr ölçüdə olmaqla, Xəzər dənizi sahilindən 90 metr məsafədə, 2-ci “şambo”nun uzunluğu 5 metr, eni 5 metr və dərinliyi 4,5 metr ölçüdə olmaqla, Xəzər dənizinin sahilindən 120 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Təqdim olunmuş materiallar əsasında məlum olmuşdur ki, “AAAAAAAAAA” istirahət mərkəzində “şambo”lara toplanan çirkab suların yığılıb daşınması işləri “AAAAAAAAAA” istirahət mərkəzinin icarəçisi Cavabdeh ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Ekoloji Nəzarət və Mühafizə Mərkəzi arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 10 saylı müqavilə əsasında həyata keçirilir. Baxış zamanı hər iki “şambo” sisteminin ətraf hissəsi qapalı örtülü olduğundan, həmin “şambo”lardan torpaq əraziyə və eləcə də, Xəzər dənizi sahilinə çirkab suyun sızması hallarını təyin etmək mümkün olmamışdır.
6. İşin materiallarında olan, iddiaçı İdarənin xx xxxx 2020-ci il tarixli 03/02/-3/5/9481 saylı, digər məktubuna müvafiq olaraq “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “AAAAAAAAAA'’ istirahət mərkəzinin kanalizasiya kollektoruna birləşməsi mövcud deyildir. A AAAAAAAAA” istirahət mərkəzi yaranmış çirkab suları qazılmış quyuya (şamboya) axıdır. “xxxx" ASC tərəfindən çirkab sular üçün qazılmış bu tip quyulara (şambolara) xidmət göstərilmir. Həmçinin, “AAAAAAAAAA” istirahət mərkəzi tərəfindən yaxınlıqdan keçən kanalizasiya kollektoruna qoşulmaq üçün texniki şərtin verilməsinə görə “xxxx” ASC-yə müraciət edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin icarəçisi olduğu “AAAAAAAAAA” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonasına axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdeh öhdəliyi yerinə yetirənədək fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İdarə tərəfindən aparılmış araşdırma zamanı müəyyən ed ilmişdir ki, cavabdehin, icarəçisi olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “AAAAAAAAAA” istirahət mərkəzində formalaşan çirkab sular kanalizasiya xəttinə qoşulmadığı üçün həmin çirkab suları ərazidəki primitiv və germetik olmayan quyuya axıdılaraq dəniz hövzəsinin çirklənməsinə səbəb olur.
9. Belə ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının tapşırığına və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2018-ci il tarixli 270 nömrəli sərəncamına əsasən, Sumqayıt şəhərində fəaliyyət göstərən iaşə və xidmət obyektlərinin ekoloji, sanitar normalara və ticarət qaydalarına əməl edilməsinin yoxlanılması üçün yaradılmış Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi, Gigiyena və Epidemologiya Mərkəzi, Memarlıq və Şəhərsalma İdarəsi, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Sumqayıt Şəhər Baş Polis İdarəsi və Su Kanal İdarəsinin nümayəndələrinin və həmin İstirahət Mərkəzinin məsul işçisi T.Əsgərovun iştirakı ilə xx xxxxx 2019-cu ildə “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “AAAAAAAAAA” istirahət mərkəzində araşdırma aparılmışdır.
10. Araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin obyektdə ekoloji, sanitar-texniki normalar və tələblər yerinə yetirilməmiş, kanalizasiya və çirkab sular mərkəzi kanalizasiya xəttinə qoşulmamışdır. Çirkab sular primitiv qaydada qazılmış quyulara axıdılır və bununla da Xəzər dənizi hövzəsinin birbaşa çirklənməsinə, fauna və florasına, insan sağlamlığına ciddi təhlükə yaranır.
11. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi i lə (hakim Z.Sadiqov, iş No e-2-2(119)-31/2020) iddianın qismən təmin edilməsi; Xəzər dənizi sahil zonasına axıdılmasının qarşısının alınması məqsədilə cavabdehin üzərinə icarəçisi olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “AAAAAAAAAA” istirahət mərkəzində formalaşan çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 12. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənərə görə, “SumqayıtNovxanı" yolunun kənarında yerləşən və mərkəzi kanalizasiya xəttinə qoşulmamış cavabdehin icarəçisi olduğu “AAAAAAAAAA” istirahət mərkəzində formalaşan çirkab sular primitiv qaydada qazılmış quyulara axıdılmaqla Xəzər dənizi hövzəsinin çirklənməsinə səbəb olmaqla, fauna və florasına və insan sağlamlığına cidd i təhlükə yaradır ki, nəticədə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulur.
13. Ona görə də, iddia tələbi cavabdehin icarəçisi olduğu “AAAAAAAAAA” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində əsaslıdır.
14. Lakin, cavabdeh öhdəliyini yerinə yetirənədək fəaliyyətinin dayandırılması hissəsində isə iddia tələbinin əsaslılığı müəyyən edilmir. Çünki, məhkəmə baxışı zamanı iddiaçı tərəfindən cavabdehin fəaliyyətinin dayandırılmalı olmasının zəruriliyi əsaslandırılmamış və həmin hissədə iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
15. Həmin qətnamədən naraız qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyasl məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Məmmədov, hakimlər H.Babayeva və F.Məmmədov; iş No 2-2(105)-104/2020) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi; Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin qətnaməsndə qeyd edilənlərə görə, “AAAAAAAAAA” istirahət mərkəzində formalaşan çirkab suları primitiv qaydada qazılmış quyulara axıdılma qla Xəzər dənizi hövzəsinin çirklənməsinə səbəb olmaqla, fauna və florasına və insan sağlamlığına ciddi təhlükə yaradır ki, nəticədə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulur. İddianın “cavabdeh öhdəliyini yerinə yetirənədək fəaliyyətinin dayandırılması” hissəsini təmin etməyərkən 1-ci instansiya məhkəməsi ona əsaslanmışdır ki, iddiaçı tərəfindən cavabdehin fəaliyyətinin dayandırılmalı olmasının zəruriliyi əsaslandırılmamış və həmin hissədə iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
18. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.
19. Həmin qətnamədən narazı qalan cavabdeh ondan kasssiya şikayəti verərək, qətnaməni ləğv edib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahi ş etmişdir. KASSASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏRİ A. Cavabdehin kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətində qeyd edilənlərə görə, «AAAAAAAAAA» istirahət mərkəzi 2002-ci ildən fəaliyyətə başlamışdır. Cavabdeh bu Mərkəzi 2018-ci ildən icarəyə götürüb işlədir.
21. Çirkab sular dəniz sahilindən xeyli aralıda qazılmış 2 ədəd xüsusi quyulara axıdılmışdır. xx xxxxx 2019-cu il tarixli Aktda göstərilən nöqsanlar mövcud olmamışdır. Dəniz sahilini heç vaxt çirkləndirməmişdir. Həmin quyular dolan kimi də çirkab sular götürülüb aparılmışdır. Yəni su obyektləri onların tərəfindən çirkləndirilmir və zibillənmir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər X2 Nəzarət və Mühafizə Mərkəzi ilə cavabdeh arasında “Tullantı suların zərərsizləşdirilməsinə dair” xx. xx.2019- cu il tarixli 10 saylı müqavilə imzalanmışdır. Bu müqavilə xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixə kimi olan müddətə bağlanmışdır. Bunun üçün cavabdeh həmin ekologiya qurumunun hesabına xidmət haqqı kimi 55 manat pul da ödəmişdir.
22. Digər tərəfdən, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər X2 Nəzarət və Mühafizə Mərkəzinin səlahiyyətli nümayəndəsi texnik- operatoru R.Abışov ilə Mərkəzin məsul şəxsi kimi cavabdeh arasında akt tərtib olunmuşdur. Həmin akta görə həqiqətən də xx.xx.2019-cu il tarixli 10 saylı müqaviləyə əsasən «AAAAAAAAAA» istirahət mərkəzində 2019-cu il iyun ayının 12- dən iyul ayının 15nə qədər formalaşan 110 kub.m çirkab su daşınaraq Xəzər X2 Nəzarət və Mühafizə Mərkəzinin tabeliyində olan 16 saylı çirk ab suların təmizlənməsi qurğusuna təhvil verilərək təmizlənmiş və dənizə axıdılmışdır.
23. Qətnamənin özündə də göstərilir ki, «AAAAAAAAAA» istirahət mərkəzinə baxış keçirilərkən ərazidə çirkab suların axıdılması üçün quraşdırılmış hər 2 «şambo» sisteminin içərisinin daşdan hörüldüyü, 1-ci «şambo»nun 4 metr, eni 3 metr və dərinliyi 4,5 metr ölçüdə olmaqla Xəzər dənizi sahilindən 120 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Təqdim olunmuş materiallar əsasında müəyyən olunmuşdur ki, «AAAAAAAAAA» istirahət mərkəzində «şambo»lara toplanan çirkab suların yığılıb daşınması işləri «AAAAAAAAAA» istirahət mərkəzinin icarəçisi Cavabdeh ilə Azərbaycan Nazirliyinin Xəzər X2 Nəzarət və Mühafizə Mərkəzinin arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 10 saylı müqavilə əsasında həyata keçirilir. Bax ış zamanı hər 2 «şambo» sisteminin ətraf hisəsi qapalı, örtülü olduğundan, həmin «şambo»lardan torpaq əraziyə və eləcə də Xəzər dənizi sahilinə çirkab suyun sızması halları təyin etmək mümkün olmamışdır.
24. Qətnamə ilə cavabdehin üzərinə icarəçisi olduğu Sumqayıt-Novxanı yolunun kənarında yerləşən «AAAAAAAAAA» istirahət mərkəzində formalaşan çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi qoyulmuşdur. Çirkab suların mərkəzdən yuxarıda-yüksəklikdə yerləşən kanalizasiya sisteminə birləşdirilməsi də onların tərəfindən qeyri- mümkün olan işdir.
25. Baxış zamanı da çirkab suların dənizə sızması hallarını təyin etmək mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirak çılarının izahatları
26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, hər iki tərəfə təqdim edilmiş məhkəmə bildirişlərində nümayəndələrinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 və 7.2-ci maddələrinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatlar ın məişət (təsərrüfat)içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq həyata keçirilir. 28. Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə müvafiq olaraq ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmasının və başqa zərərli fiziki təsirlərin, radiasiya təsiri səviyyəsinin, kənd təsərrüfatı və meşə təsərrüfatında aqrokimyəvi maddələrin miqdarının tətbiqinin yol veril ə bilən son hədləri aid edilir.
29. Həmin Qanunun 32-ci maddəsinə görə, ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən miqdarının normallaşdırılması əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri müəyyən edilir. Müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Əhalinin sağlamlığının və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədi ilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir.
30. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə uyğun olaraq su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
31. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Həmin Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Həmin Məcəllənin 217.3-cü maddəsinə uyğun olaraq qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Həmin Məcəllənin 217.4-c ü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hes ab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edil diyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Cavabdeh kassasiya şikayətində göstərir ki, onun icarəsində olan istirahət mərkəzində formalaşan çirkab sular Xəzər dənizinə axıdılmır, çünki, onun həmin ərazidə yaratdığı 2 ədəd sambo sistemi həm dənizdən uzaqda yerləşdiyindən, həm də bu sambolar vaxtlı-vaxtında təmizləndikdə, tam yararlı olmaqla çirkab suların Xəzər dənizinə axadılması hallarına yol vermir.
44. Həmçinin qarşı tərəfin iştirakı ilə sözügedən sambolara yerli baxış keçrildikdə, axıdılmanı müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə desək, cavabdehin icarəsində olan istirahət mərkəzində formalaşan çirkab sular Xəzər dənizinə axadılmır,
45. Bundan başqa, iddiaçı İdarənin istirahət mərkəzinin kanalizasiya şəbəkəsinə qoşulması barədə cavabdehə yönəlmiş məcburi göstərişin icrası da mümkün olan iş deyil, çünki həmin obyekt ərazi baxımından bu şəbəkədən (kanalizasiya borusundan) aşağıda yerləşir və çirkab suların obyektdən həmin boruya çatdırılması (qaldırılması) texniki olaraq icra oluna bilməz.
46. Bu dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh icarəsində olan obyektdən Xəzər dənizinə çirkab suların axıdılmasına görə, inzibati qaydada məsuliyyətə cəlb olunmuş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən, 2.500 manat məbləğində cərimə olunması haqqında iddiaçı İdarə tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli MN ******* nömrəli Qərar hazıradək qüvvədəd ir. Başqa sözlə desək, çirkab suların obyektdən Xəzər dənizinə axıdılması faktı indiyədək təkzib olunmamışdır. Əksinə, cavabdeh qeyd edilən qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etsə də, həim 1-ci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddiaçı İdarənin inzibati tənbehetmə haqqında yuxarıda sözügedən qərarını dəyişdirilmədən saxlamışlar.
47. Cavabdeh kassasiya şikayətində həmçinin, obyektin şambo sisteminə yerli baxış nəticəsində çirkab suyun Xəzər dənizinə sızmasının müəyyən edilməməsini qeyd etmişdir, lakin, işin materiallarında olan iddiaçı İdarənin xx.xx.2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, sözügedən sistemlərin ətrafı qapalı olduğundan onlara yerli baxışın keçirilməsi mümkün olmamışdır.
48. Bundan başqa cavabdeh kassasiya şikayətində qe yd edir ki, çirkab suların obyektdən yuxarı ərazidən keçən kanalizasiya borusuna birləşdirilməsi texniki cəhətdən mümkün olan iş deyil. Lakin iş üzrə müəyyən olunur ki, bu məsələnin dəqiq müəyyənləşdirilməsi üçün cavabdeh tərəfindən ehtimal olunan işləri görəcək “xxxxASC-nin müvafiq qurumuna heç bir müraciət olunmamşıdır (bax i.v.90).
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
50. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmə