Məhkəmə qərarları › İş №2-2(102)-106/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-106/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-106/2025 24.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 sentyabr tarixli, 2-2(104)-161/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cav abdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24503,40 manat əsas borcun, 3250,66 manat faiz borcunun, 899,58 manat cərimə borcu olmaqla, cəmi 28653,64 manat borcun və 200 manat ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 aprel tarixli, e-2-2(115)-303/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 2023-cü il 1 may tarixli MK/40989/91/29 saylı kredit sazişi üzrə yaranmış 24503 manat 40 qəpik kredit borcu, 3250 manat 66 qəpik faiz borcu və 899 manat 58 qəpik cərimə borcu olmaqla, cəmi 28653 (iyirmi səkkiz min altı yüz əlli üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul və ödənilmiş 2 00 (iki yüz) manat mediasiya xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada 175 (bir yüz yetmiş beş) manat 96 (doxsan alt) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim G.Quliyeva). Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 sentyabr tarixli, 2-2(104)-161/2024 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleym anov və İ.Həsənov). Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020ci il 14 oktyabr tarixli Qərardadının 52-53-cü bəndlərində qeyd edilmişdir ki, MPM -in 403.1ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə tərkibi xüsusi olaraq qeyd edir ki, istinad edilən maddə, bu Qərardadın 43-cü bəndində qeyd edilən əsaslarla apelyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apelyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apelyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayətlər üzrə mübahisələndirilən hissələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır. Qeyd olunanlardan müəyyən edilir ki, işdə iştirak edən şəxslər tərəfindən kassasiya şikayətinin verilməsi yalnız onların tələbləri apelyasiya instansiyasında təmin olunmadığı, yəni onlar tərəfindən verilmiş apellyasiya şikayətləri tam və ya qismən təmin edilmədiyi hallarda mümkündür. Bununla yanaşı, həmin qaydadan istisna hallar da mövcuddur. Belə ki, aşağı instansiya məhkəmələr ində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmayan, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apelyasiya şikayət vermək imkanı olmayan şəxslər, habelə apelyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslər də kassasiya şikayəti vermək hüququna malikdirlər. İş materiallarından isə məlum olur ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməyib və ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə onun tələbinin təmin edilməməsi halı mövcud deyildir. Eyni zamanda, o birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış və qəbul olunmuş qətnamə ni rəsmi qaydada almışdır. Göründüyü kimi hazırkı işdə qeyd olunan istisna hallar da mövcud deyildir. Bu baxımdan, kollegiya hesab edir ki, onun kassasiya şikayəti vermək hüququ əmələ gəlməmişdir. MPM-nin 408.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə k ollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 sentyabr tarixli, 2-2(104)-161/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar