Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-107/2022 16.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarş ı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh2 MTK tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 oktyabr tarixli, 22(103)-888/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan 27.08.2015-ci il tarixli, 121 saylı kredit müqaviləsi üzrə qalan 130200 manat əsas, 14719,95 manat cərimə, 7358,56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 152278,51 manat, 30.09.2015-ci il ta rixli, 122 saylı kredit müqaviləsi üzrə qalan 130000 manat əsas, 28704,94 manat faiz, 11519,41 manat cərimə, 6750,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 176975,05 manat, 20.10.2015-ci il tarixli, 123 saylı kredit müqaviləsi üzrə qalan 33590 manat əsas, 8925,16 manat faiz, 2789,87 manat cərimə, 1446,23 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 46751,26 manat; 29.07.2015-ci il tarixli, 119 saylı kredit müqaviləsi üzrə qalan 70000 manat əsas, 12994,96 manat faiz, 7388,85 manat cərimə, 3801,38 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 94185,19 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması, 28.02.2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə qa lan 220000 manat əsas, 17088,46 manat cərimə, 39483,52 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 331449,66 manat, 27.02.2015-ci il tarixli, 113 saylı kredit müqaviləsi üzrə qalan 1750 manat əsas, 498,48 manat faiz, 433,51 manat cərimə, 242,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2924,63 manat, 31.03.2015-ci il tarixli, 114 saylı kredit müqaviləsi üzrə qalan 100100 manat əsas, 17818,32 manat faiz, 13875,03 manat cərimə, 7686,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 139480,05 manat, 12.01.2015-ci il tarixli, 107 saylı kredit müqaviləsi üzrə qalan 110000 manat əsas, 17046,83 manat faiz, 17630,62 manat cərimə, 9656,96 manat kredit müqaviləsinin müddəti bitdikdə n sonra hesablanmış məbləğ olmaqla, cəmi 154334,41 manat, 26.05.2015-ci il tarixli, 115 saylı kredit müqaviləsi üzrə qalan 130000 manat əsas, 24871,62 manat faiz, 15997,18 manat cərimə, 8988,90 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 179857,70 manat, 06.08.2014-cü il tarixli, 97 saylı kredit müqaviləsi üzrə qalan 90000 manat əsas, 9344,22 manat faiz, 18325 manat cərimə, 9300 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 126969,22 manat, 17.10.2014-cü il tarixli, 102 saylı kredit müqaviləsi üzrə qalan 70000 manat əsas, 8059,16 manat faiz, 12872,15 manat cərimə, 6543,06 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 97474,37 manat, 01.06.2015-ci il tarixli, 117 saylı kredit müqaviləsi üzrə qalan 100000 manat əsas, 17337,42 manat faiz, 12166,62 manat cərimə, 6236,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 135740,15 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması və ipoteka qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 0.08 ha torpaq sahəsində yerləşən Cavabdeh1 məxsus 5 bloklu 12, 7 mərtəbəli binalardakı mənzillərə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait "xxxx" Mənzil-Tikinti Kooperativinin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq ləğv prose sində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 may tarixli, e-2-2(113)-91/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 06.08.2014-cü il tarixli, 97 saylı müqavilə üzrə 90000 manat əsas borc, 9344,22 manat faiz borcu, əsas borca münasibətdə illik 5% hesablanmaqla 9300 manat və 500 manat cərimə olmaqla ümumilikdə 109144,22 manat, 17.10.2014-cü il tarixli, 102 saylı müqavilə üzrə 70000 manat əsas borc, 8059,16 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6543,06 manat və 400 manat cərimə olmaqla, ümumilikdə 85002,22 manat, 12.01.2015-ci il tarixli, 107 saylı müqavilə üzrə 110000 manat əsas borc, 17046,83 manat faiz borcu, iddia ərizəsinin v erildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 9656,96 manat və 550 manat cərimə olmaqla ümumilikdə 137253,79 manat, 27.02.2015-ci il tarixli, 113 saylı müqavilə üzrə 1750 manat əsas borc, 498 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 242,64 manat və 50 manat cərimə olmaqla, ümumilikdə 2540,64 manat, 31.03.2015-ci il tarixli, 114 saylı müqavilə üzrə 100100 manat əsas borc, 17818,32 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 7686,70 manat və 550 manat cərimə olmaqla ümumilikdə 126155,02 manat, 26.05.2015-ci il tarixli, 115 saylı müqavilə üzrə 130.000 manat əsas borc, 24871,62 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablan maqla 8988,90 manat və 600 manat cərimə olmaqla ümumilikdə 164460,52 manat, 01.06.2015-ci il tarixli, 117 saylı müqavilə üzrə 100000 manat əsas borc, 17337,42 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6236,11 manat və 550 manat cərimə olmaqla ümumilikdə 124123,53 manat, 29.07.2015-ci il tarixli, 97 saylı müqavilə üzrə 70000 manat əsas borc, 12994,96 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla, 3801,38 manat və 400 manat cərimə olmaqla ümumilikdə 87196,34 manat, 27.08.2015-ci il tarixli, 121 saylı müqavilə üzrə 130200 manat əsas borc, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 7358,56 manat və 600 manat cərimə olmaqla ümumilikdə 138158,56 manat, 30.09.2015-ci il tarixli, 122 saylı müqavilə üzrə 130000 manat əsas borc, 28704,94 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 6750,70 manat və 600 manat cərimə olmaqla ümumilikdə 166055,64 manat, 20.10.2015-ci il tarixli 123 saylı müqavilə üzrə 33590 manat əsas borc, 8925,16 manat faiz borcu, iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5% hesablanmaqla 1446,23 manat və 300 manat cərimə olmaqla ümumilikdə 44261,39 manat, bütün müqavilələr üzrə ümumilikdə 1184351,87 manat məbləğində pul vəsaitinin Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 22 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MTK-dən tutularaq iddiaçıya ödənilməsi, məh kəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 72 manat məbləğində pul vəsaitinin Cavabdeh2ndən, 28 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – F.Qasımov).
3. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbi üzrə təmin edilməyən cərimə məbləği, 28.02.2014-cü il tarixli 83 saylı kredit müqaviləsi üzrə iddia tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 oktyabr tarixli, 2-2(103)-888/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), V.M.Məmmədov və V.Ə.B axışova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 may tarixli, e-2-2(113)-91/2021 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh2 MTK həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qeyd olunan kommersiya işi cavabdehin kassasiya şikayəti əsasında 2022-ci il 17 yanvar tarixli qərardadla icraata qəbul edilmişdir. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli, 2-2(102)-10 7/2022 saylı qərardadı ləğv edilməli, kommersiya işi kassasiya baxışından çıxarılmalıdır.
8. İş materiallarına əsasən, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 may tarixli, e-2-2(113)-91/2021 saylı qətnaməsi Cavabdeh2 MTK-nə 25 iyun 2021-ci il tarixli sifarişli poçt vasitəsilə təqdim edilmiş, cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada və müddətdə həmin məhkəmə aktından apellyasiya şikayəti verilmədiyindən və Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 may tarixli, e-2-2(113)-91/2021 saylı qətnaməsi Cavabdeh2 MTK-nə münasibətdə qanuni qüvvəyə mindiyindən, cavabdehin, həmin qətnaməni qüvvədə saxlamış Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 oktyabr tarixli, 2-2(103)-888/2021 saylı qətnaməsindən kassasiya şikayəti verməsi yolverilməzdir.
9. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
10. Beləliklə, mülki prosessual qanunvericiliklə cavabdeh tərəfindən qeyd olunan məhkəmə aktından apellyasiya şikayəti verilmədiyindən və qətnamə Cavabdeh2 MTK-nə münasibətdə qanuni qüvvəyə mindiyindən, həmin qətnamədən sonuncunun kassasiya şikayəti vermək hüququ olmadığından, prosessual hüquq normalarının tələblərinə görə iş üzrə apelyasiya instan siyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz.
11. Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.
12. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin, 408 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
13. Kassa siya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli, 2-2(102)-107/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi kassasiya baxışından çıxarılsın. İş Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın.