Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-109/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: telefon kabelinin qırılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi GİRİŞ HİSSƏ 23.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı MMC-nin vəkili X1 və cavabdeh MMC-nin vəkili X2 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh MMC-yə qarşı telefon kabelinin qırılması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı MMC və cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı «xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən iddiaçı MMC-nn xeyrinə 31.604,02 manat dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim.S.Nuriyeva; iş No 2-2(81)-189/2019) iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-2(103)680/19) iddiaçı «xxxx» MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, vurulmuş maddi ziyana görə 7.562 manat tutulması tələbinin rədd olunması hissəsində ləğv edilməsi; həmin hissədə iddianın təmin edilməsi; Cavabdeh MMC-dən iddiaçı «xxxx» MMC-nin xeyrinə vurulmuş maddi ziyana görə 7.562 manat tutulması; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı «xxxx» MMC kassasiya şikayəti verərək, qətnamə qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini məh kəmə kollegiyasından xahiş etmişdir. Həmçinin həmin qətnamədən narazı qalan Cavabdeh MMC kassasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilməsi hissəsində qismən ləğv edib, maddi ziyana görə 7.562 manatın tutulmasına dair iddianın tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı «xxxx» MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə qismən əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə qismən əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı MMC-nin vəkili R.Zülfüqarov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından iddiaçı MMC- nin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh MMC-nin vəkili C.Cəbrayı lov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından cavabdeh MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsini iddianın təmin edilməsi hissəsində qismən ləğv edib, maddi ziyana görə 7.562 manatın tutulmasına dair iddianın tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini, iş üzrə tərəflərin vəkillərinin izahatlarını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hər iki kassasiya şikayəti təmin edilməməli; apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan xx.xx.2017-ci il tarixli akta, həmin akta əsasən tərtib olunmuş smetaya və “xxxx”nə görə, cavabdeh MMC tərəfindən Nəsimi rayon S.Vurğun, S.Əskərova, Şamil Əzizbəyov və M.Qardaşları ünvanında aparılan söküntü işləri və yeni binanın inşaası nəticəsində iddiaçı MMC-yə məxsus kommunikasiya xətləri dağıdılmış: 1 ədəd telefon qurğuları keçən 90 m uzunluğunda 100-lük azbest boru, 90 m uzunlduğunda TPP - 30 X 2 X 0,4 tipli kabel, 270 m uzunduğunda FO12 tipli kabel, 90 m uzunluğunda TPP – 300 X 2 X 0,4 tipli kabel yararsız vəziyyətə düşmüş və bununla bağlı aparılan təmir bərpa işlərinə 4.186,45 manat məbləğində xərc çəkilmişdir. Bundan sonra, xx.xx.2017-ci il tarixli tarixli akta və həmin akta əsasən tərtib olunmuş smetaya və “xxxx”nə görə, cavabdeh MMC tərəfindən yuxarıda qeyd edilən ünvanda aparılan söküntü işləri və yeni binanın inşaası nəticəsində iddiaçıya məxsus 300 m uzunluğunda TPP – 50 X 2 X 0,4 tipli kabel xətti sıradan çıxmış və bununla bağlı aparılan təmir - bərpa işlərinə 3.375,53 manat xərc çəkilmişdir. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş H.Zərgərli adlı şəxs hər iki halda faktların aşkar olunmasında iştriak etmiş, qeyd olunanları təsdiq etmişdir. O, ifadəsində göstərmişdir ki, xətt qurğularının nəzarət üzrə mühəndisidir; hər 3 hadisə zama nı mübahisəli ünvanda olmuşdur. 2017-ci ilin oktyabr ayında iki hadisə, 2018ci ildə bir hadisə baş vermiş, dəqiq xatırlamır, sonradan ikinci bir hadisə olmuşdur. Həmin hadisələr zamanı kabel xətlərinin cavabdeh tərəfindən dağıldığını görmüş, cavabdeh MMC-nin əməkdaşı da dəvət olunmuş, lakin aktları imzalamanqdan imtina etmişlər. Həmçinin yuxarıa qeyd edilən hər aktlarda qeyd olununlardan aydın olur ki, bu aktların tərtib edilməsi zamanı cavabdeh MMC-nin tikinti sahəsində olan M.Abbasqulu və N.Mirişov adlı əməkdaşları iştirak etsələr də, həmin aktları imzalamaqdan imtina etmişlər. Eyni zamanda həmin aktlardan görünür ki, cavabdeh MMC söküntü tikinti işlərinəbaşlamazdan əvvəl cavabdeh MMC ilə ümumiyyətlə heç razılaşma aparmamışdır. Qeyd edilənlərlə bağlı cavabdeh MMC məhkəməyə hər hansı təkz ibedici sübutları təqdim etməmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, tədqiq olunan sübutlarda təsbit olunan məlumatlar mötəbər sübut vasitələri kimi qiymətləndirilməli və qeyd olunan iki fakt üzrə cavabdeh MMC tərəfindən iddiaçı MMC-yə ümumilikdə 7.562 (4.186,45 + 3.375, 53) manat məbləğində maddi zərərin vurulmasının həqiqiliyini ifadə edən ağlabatan dəyər kimi qəbul edilməlidir. Belə ki, «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35.1ci maddəsinə əsasən, Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 7 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları»nın 1-ci bəndinə müvafiq olaraq telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına, o cümlədən yeraltı, hava və sualtı kabel rabitə xətləri aid edilir. Həmin Qərarın 2.1-ci bəndinə görə, telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinin qarşısını almaq məqsədi ilə yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi (fəza nəzərə alınmaqla); mühafizə zonaları müəyyən edilir. Həmin Qaydadarın 4.1-ci maddəsinə uyğun olaraq telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlar ının razılığı və iştirakı olmadan tikinti, quraşdırma, rekonstruksiya və partlayış işlərinin aparılması, 0,3 metr dərinlikdə qazma işlərinin aparılması, xüsusi maşın və mexanizmlərlə qazıntı və hamarlama işlərinin aparılması, telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinə, normal iş rejiminə xələl gətirilməsinə səbəb olan işlərin aparılması qadağandır. Qanunvericiylin müəyyən etdiyi qaydalardan göründüyü kimi, telekommunikasiya vasitələrinin yerləşdiyi sahədə qazıntı işlərinin aparılması üçün telekommunikasiya operatorunun müvafiq razılığının və onun iştirakının təmin olunması məcburi şərt kimi göstərilmişdir. Qeyd olunan «Qaydaları»nın 6.1-ci bəndinə əssən hüquqi və fiziki şəxslər tərəfindən bu Qaydalar pozulduqda, onlar Azərbaycan Respublikasının müvafiq qanunveric ilik aktlarında nəzərdə tutulan məsuliyyət daşıyırlar. Ona görə də, iddiaçı MMC qeyd olunan iki hadisə üzrə ona vurulmuş zərərin əvəzi olaraq, 7.562 manat məbləğinin ona ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, yuxarıda adı çəkilən Qaydaların 6.2-ci bəndinə əsasən, telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Həmin Qaydaların 6.3-cü bəndinə müvafiq olaraq dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxs in pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki höquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu tdelikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilm əlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə müvafiq olaraq hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçı MMC-nin xx.xx.2018-ci il tarixdə baş verən hadisə ilə bağlı təqdim etdiyi 3-cü akt mötəbər sübut növü kimi qəbul edilə bilməz, bu səbəbdən həmin akt əsasında tərtib olunmuş smeta və material tələbnaməsinə əsasən vurulmuş zərər həcminin həqiqiliyi də qəbul edilməzdir. Belə ki, həmin hadisənin təsdiqi kimi məhkəməyə təqdim edilən «internet» məlumatları və bu məlumatları əks etdirən fotoşəkillər (bax i.v. 95 -106) həmin hadisənin həqiqiliyini əks etdirən məlumatlar kimi qiymətləndirilə bilmə z, çünki, həmin məlumatlar xx.xx.2018-ci il tarixli aktın tərtib olunmasından 4 aydan sonraya, xx.xx.2018-ci il tarixinə təsadüf edir. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən də bununla bağlı məhkəməyə təqdim edilmiş «internet» məlumatından görünür ki, bu hal öz təsdiqini tapır. İşin materiallarının 133-139-cu vərəqlərində olan fotoşəkillərin isə mübahisəli tikinti ərazisinə aid edilməsi mümkün deyil: həmin fotoşəkillərin, istənilən oxşar mübahisəyə aid edilməsinin də heç bir çətinliyi görünmür. Ona görə də yuxarıda sözügedən sübutların mötəbərliyi istisna edilir. İddiaçı MMC-nin hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi, icra hakimiyyəti orqanı ilə yazışmalarında və digər sənədələrdə də iddia etdiyi xx.xx.2018-ci il tarixdə cavabdeh MMC tərəfindən iddiaçı MMC-yə zərər vurulmasını həqiqily ini təsdiq edən mötəbər məlumatlara rast gəlinmir. Ona görə də, iddiaçının həmin akt üzrə ona vurulmuş zərərin əvəzi olaraq 24.022,04 manat məbləğində pulun məbləğinin ödənilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə də, 1-ci instansiya məhkəməsinin qətnaməsi qismən, vurulmuş zərər görə 7.562 manat tutulması tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, cavabdeh MMC-dən iddiaçı MMC-nin xeyrinə vurulimuş maddi zərər görə, 7.562 manat tutlmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, hər iki tərəfin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnam əsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, hər iki kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı «xxxx» MMC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-109/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-109/2020
23.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver