Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-109/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı «xxxx» X7 Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: protokolun təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Fərhad Abdulkərim oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili Nümayəndə, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1, vəkili xxx iştirakları ilə, iddiaçı «xxxx» X7 Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi Cavabdehə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı protokolun təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya işi üzrə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-2(103)-89/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Gəncə şəhəri Nizami rayon məhkəməsini n xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin (bundan sonra – “iddiaçı”) XXX oğluna və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş, XXX oğlundan cəmi 43.477 ABŞ dolları və 1.653,88 manat pulun tutulması, tələbin ipoteka predmeti olan, ilkin satış qiyməti 50.000 manat müəyyən olunmuş XXX oğlunun mülkiyyətində olan, XXX yerləşən 0,037 torpaq sahəsi və onun üzərində yerləşən 164 A saylı fərdi yaşayış evinə yönəldilərək hərracdan satılması qət edilmişdir.
2. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apelyasiya şikayəti iddia tələbinin təmin edilmədiyi, yəni cavabdehlərin fərdi yaşayış evindən çıxarılmalarının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, cavabdeh XXX oğlu tərəfindən verilmiş apelyasiya şikayəti isə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat müəyyən olunması hissəsində ləğv edilmiş, ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilmişdir.
3. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Gəncə Apelyasiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilərək icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra Şöbəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli sifariş məktubu ilə icra vərəqəsi hərracın təşkili və keçirilməsi üçün ”xxxx” Hərrac Mərkəzinə göndərilmişdir. İpoteka predmeti olan XXX yerləşən 0,03 7 torpaq sahəsi və onun üzərində yerləşən 164 A saylı fərdi yaşayış evinin satılması ilə bağlı “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilmiş hərrac və xx.xx.2019-cu il tarixdə keçirilmiş təkrar hərrac baş tutmamışdır.
4. «xxxx» MMC-nin (bundan sonra – “cavabdeh”) xx.xx.2019-cu il tarixli təklif məktubu ilə göstərilən daşınmaz əmlak ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuş və iddiaçı xx.xx.2019-cu il tarixli məktubla göstərilən əmlakı təklif olunan qiymətə əldə etməyə razılıq vermiş, xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən mübahisəli hərracın keçirilməsi ilə bağlı 1620,76 və 291,74(ƏDV) manat məbləğində xidmət haqqı cavabdehin hesabına köçürülmüşdür.
5. İddiaçı xx.xx.2019-cu il tarixli PKKİED/3478 saylı pretenziya məktubu ilə cavabdeh ə müraciət etmiş, borclu XXX oğlunun iş üzrə XXX yerləşən 0,037 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 164 A saylı fərdi yaşayış evi ilə bağlı satışın baş tutmaması barədə yekun protokolu hərrac xidmət haqqı ödənildiyindən, iddiaçıya təqdim edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/1943 saylı məktubla hərracın nəticələrinə dair protokolun alıcı və ipoteka predmetini əldə edən şəxs tərəfindən Vergi Məcəlləsinin 150.1.13, 150.3-1, 220.8 və 220.8.1-ci maddələrinə əsasən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergi ödənildikdən sonra tərtib olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLA Rİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan XXX yerləşən 0.037 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 164 A saylı fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin iddiaçıdan ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi tələb edilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə borclu XXX oğlu arasında xx.xx.2014-cü il tarixli 017mk/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 017 mk-1/14 saylı əlavə kredit müqaviləsi ilə 36 ay müddətinə 50.000 ABŞ dolları xx.xx.2015-ci il tarixli 8 msp KPZ/15 saylı əlavə kredit xətti müqaviləsi ilə 24 ay müddətinə 1.500 AZN məbləğində kreditlər verilmişdir. Kreditin təminatı kimi XXX oğlunun mülkiyyətində olan 0.037 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 164 A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsi müvafiq dövlət qeydiyyatına alınmışdır. X5 Rəfail oğlu kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün bank məhkəməyə müraciət etmişdir və Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən borclu XXX oğlundan cəmi 43.477 ABŞ dolları və 1653,88 manat pulun tutulması, tələbin ipoteka predmeti olan, ilkin satış qiyməti 50.000 manat müəyyən olunmuş XXX oğlunun mülkiyyətində olan 0,037 torpaq sahəsi və onun üzərində yerləşən 164A saylı fərdi yaşayış evinə tutma yönəldilməsi və tutmanın ipoteka predmetinə yönəldilərək hərracdan satılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən bankın və qarşı tərəfin apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində xx.xx.2016-cı il tarixdə baxılaraq, bankın apelyasiya şikayəti ipoteka predmetinin satışından sonra ən geci bir ay ərzində fərdi yaşayış evinin boşaldılması hissəsində, F.Atakişiyevin apelyasiya şikayəti isə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat müəyyən olunması hissəsində təmin olunaraq, qətnamə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılmış və həmin qətnamə qüvvəyə minmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1726/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında Gəncə şəhəri üzrə İcra İdarəsinin hərrac təşkilatına (Respublika Xammal və X8 Mərkəzi "xxxx” MMC) vermiş olduğu xx.xx.2017-ci il tarixli sifarişi məktubu üzrə XXX oğlunun mülkiyyətində olan XXX yerləşən 0,037 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 164 A saylı fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə ilkin satış qiyməti 100.000 manata, xx.xx.2019-cu il tarixdə 85.000 manata açıq hərraca çıxarılsa da, hərracda alıcı olmadığından hərrac baş tutmamışdır (əmlak satılmamışdır). İddiaçı ipoteka predmetinə xitam verilməs i üçün əsası aradan qaldırmaq üçün məhkəmə mübahisəsi ilə nəticələnən ziyanın qarşılığında bankın balansına alınması üçün hərrac təşkilatının ipoteka predmetinin əldə olunmasına dair təklifinə rəsmi cavab verməklə təqdim olunan xx.xx.2019-cu il tarixli 95№-li hesab-fakrura üzrə 2.256.75 manat xidmət haqqını 35396 nömrəli ödəniş tapşırığı ilə icra etmiş və müvafiq sənədləri hərrac mərkəzinə təqdim etmişdir. İddiaçı tərəfindən hərrac mərkəzinin xidmət haqqı ödənilməsinə baxmayaraq, bu günədək hərracın yekunlarına dair protokolu nə banka, nə də məhkəmənin icra sənədi üzrə hərrac mərkəzinə sifariş verən Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilməmişdir. İddiaçı rəsmi olaraq hərracın təşkilatçısı olan cavabdehə xx.xx.2019-cu il tarixdə pretenziya məktubu ünvanlayaraq, Bank tərəfindən hərrac mər kəzinə satış üçün təqdim edilməyən, eyni zamanda məcburi məhkəmə qətnaməsinin icrası üçün Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən təqdim edilsə də, borclu XXX oğlunun işi üzrə satılmayan 0,037 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 164A saylı fərdi yaşayış evinin əldə olunması təklifi ilə bağlı hərrac təşkilatına xidmət haqqı ödənildiyindən, hərracın yekunu barədə protokolun iddiaçıya təqdim edilməsi xahiş olunmuş, cavabdeh xx.xx.2019-cu il tarixli 01/1943 saylı məktubla bundan imtina etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli 01/1943 saylı imtina məktubu qanunvericiliyə əsasən ipoteka saxlayan banka münasibətdə tam əsassızdır. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 31 oktyabr tarixli, e-2-2(82)965/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin ed ilərək, XXX 0,037 ha torpaq sahəsi və onun üzərində yerləşən 164A saylı fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin iddiaçıdan ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L. Əliyeva).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (k onkret halda satıcı, sahənin mülkiyyətçisi) çıxış edir.
10. İddiaçı daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən, üçüncü şəxs hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin ASC tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz.
11. Eyni zamanda mübahisəli hərracın yekunu olaraq iddiaçının əldə etdiyi daşınmaz əmlak gələcəkdə satıldıqda Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin tələblərinə əsasən bank tərəfindən həmin daşınmaz əmlakın təqdim edilməsi ilə bağlı yenidən sadələşdirilmiş vergi ödənilməlidir. Belə olan halda isə hazırda əmlak alınarkən iddiaçı tərəfindən sadələşdirilmiş verginin ödənilməsi bankın eyni əmlakla bağlı iki dəfə eyni vergiyə c əlb edilməsinə səbəb olacaqdır.
12. Hazırkı iş üzrə hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən, hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinə dair protokolu təsdiq etmək və alqı-satqı müqaviləsi bağlamaq vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüququna malik deyildir.
13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “Vergi Məcəllə”) 150.3, 150.1.13, 218.4.3, 219.3-1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Üçüncü şəxs Azərbaycan R espublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – “üçüncü şəxs”) həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-2(103)-89/2020 saylı qətnaməsi ilə (hakimlər (sədrlik edən V.Ə.Baxışova), R.Ə.Qurbanov və C.A.Yusifov) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı mübahisə baş tutmamış hərrac zamanı ipote ka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı onun vergi ödəmək vəzifəsinin yaranıb yaranmaması ilə bağlı olduğundan, qanunvericilikdə bu məsələni tənzimləyən müvafiq normalar olub-olmadığı araşdırılmalıdır.
17. İpoteka saxlayan hərrac baş tutmadıqda ipoteka predmetini məcburiyyət qarşısında qalaraq əldə edir və “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinə uyğun olaraq, xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməyə məcbur olur. Həmin əmlaklar özgəninkiləşdirilərkən bank tərəfindən ödəmə mənbəyindən vergi ödənildiyindən, bank bir vergini iki dəfə-həm əmlakı əldə edərkən, həm də özgəninkiləşdirərkən ödəmiş olur ki, bu da vergi qanunvericiliyinə əsasən qanunsuzdur.
18. İpo teka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları qanunvericilikdə nəzərdə tutulmadığından, iddiaçının bu vergini ödəmək vəzifəsi olduğuna dair cavabdehin və vergi orqanının mövqeyi əsassızdır.
19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 319.1, 319.3-cü maddələrinə, Vergi Məcəlləsinin 150.3-1-ci, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
20. Üçüncü şəxs həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi əməliyyatına münasibətdə vergi qanunvericiliyi ödənilməli olan vergi növü olaraq sadələşdirilmiş vergini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin 2020-ci ilin yanvar ayınadək qüvvədə olmuş redaksiyasına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Bu zaman, sadələşdirilmiş verginin vergitutma obyekti həmin Məcəllənin 219.3-1-ci maddəsinə müvafiq olar aq daşınmaz əmlakın sahəsidir. Sadələşdirilmiş verginin digər vergitutma obyektlərindən fərqli olaraq yaşayış və qeyri- yaşayış sahələrinin təqdim edilməsinə münasibətdə vergitutmanın forması kimi “bilavasitə mənbədən” forması nəzərdə tutulmuşdur. Qeyd olunan əməliyyatlar çərçivəsində sadələşdirilmiş verginin “bilavasitə mənbədən” tutulmasını həyata keçirmək öhdəliyi yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilmə üsulundan asılı olaraq iki fərqli subyekt arasında bölüşdürülmüşdür.
22. Birinci halda, Vergi Məcəlləsinin 150.1.9-ci maddəsinə müvafiq olaraq torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur.
23. İkinci halda isə, vergini ödəmə mənbəyində tutmaq öhdəliyi həmin Məcəllənin 150.1.13-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq ed ən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyulmuşdur.
24. Beləliklə, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin hesablanmasını, tutulmasını və dövlət büdcəsinə ödənilməsini notariuslar və hərracın nəticələrini təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar həyata keçirir.
25. Vergitutma ilə bağlı öhdəliyin hansı subyektin üzərinə qoyulmasından asılı olmayaraq, vergitutmanın yalnız “bilavasitə mənbədən” forması nəzərdə tutulur və yaranan münasibətlərdə əmlakı təqdim edən, yəni gəlir əldə edən şəxsin iştirakı birmənalı olaraq istisna edilir.
26. Kassasiya şikayəti Mülki Məcəllənin 319.3-cü, Vergi Məcəlləsinin 150.3-1, 13.2.10cu maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiy a şikayətinə qarşı iş üzrə tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçısının izahatı
28. Üçüncü şəxsin nümayəndəsi X2 və Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər.
29. İddiaçının vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
30. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
31. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzü rlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
32. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. İş üzrə üçüncü şəxs apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur”.
38. Vergi Mə cəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. “Maddə
150. Ödəmə mənbəyində vergin in tutulması qaydası 150.3-1. Notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur”. 39. “İpoteka haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə
43. Hərracın baş tutmamış elan edilməsi 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka pre dmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-2(103)-89/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
41. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericiliyə əsasən (VM -nin 218.4.3-cü maddəsi) mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edildiyindən, hazırkı halda isə hərraca çıxarılan əmlak iddiaçının mülkiyyətində olmadığından, iddiaçının bu əməliyyatda faktiki olaraq əldə edən qismində iştirak etdiyindən, onun üzərinə yalnız ehtimallara əsasən Vergi Məcəlləsi ilə məhz əldə edənin ödəməli olduğu müəyyən edilməmiş vergiləri ödəmək vəzifəsi qoyula bilməz.
42. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair “ xx xxxx 2020-ci il tarixli qərarında ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla mümkün qədər qısa müddət ərzində tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
43. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi əməliyyatına münasibətdə vergi qanunvericiliyi ödənilməli olan vergi növü olaraq sadələşdirilmiş vergini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin 2020-ci ilin yanvar ayınadək qüvvə də olmuş redaksiyasına əsasən mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Bu zaman, sadələşdirilmiş verginin vergitutma obyekti həmin Məcəllənin 219.3-1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın sahəsidir. Sadələşdirilmiş verginin digər vergitutma obyektlərindən fərqli olaraq yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsinə münasibətdə vergitutmanın forması kimi “bilavasitə mənbədən” forması nəzərdə tutulmuşdur.
44. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdi m edən şəxs (konkret halda satıcı, sahənin mülkiyyətçisi) çıxış edir. Apelyasiya məhkəməsi isə öz növbəsində üçüncü şəxsin apelyasiya şikayətinin analoji dəlilləri ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, iddiaçı daşınmaz əmlakı təqdim edən şəxs və həmin əmlakın mülkiyyətçisi deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən, üçüncü şəxsin, hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin “xxxx” ASC tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz. Mübahisəli hərracın yekunu olaraq iddiaçının əldə etdiyi daşınmaz əmlak gələcəkdə satıldıqda Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin tələblərinə əsasən bank tərəfindən həmin daşınmaz əmlakın təqdim edilməsi ilə bağlı yenidən sadələşdirilmiş vergi ödənilməli olduğundan hazırda əmlak alınarkən iddiaçı tərəfindən sadələşdirilmiş verginin ödənilməsi bankın eyni əmlakla bağlı iki dəfə eyni vergiyə cəlb edilməsinə səbəb olacaqdır.
45. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, ipoteka saxlayan hərrac baş tutmadıqda ipoteka predmetini öz təşəbbüsü ilə deyil, bir növ çarəsizlikdən, baş verə biləcək digər zərərlərdən qaçmaq üçün əldə edir və xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməli və bu əmlaklar özgəninkiləşdirilərkən isə bank tərəfindən ödəmə mənbəyindən vergi ödənilməlidir. Beləliklə, bank bir vergini iki dəfə-həm əmlakı əldə edərkən, həm də özgəninkiləşdirərkən ödəmiş olur, digər tərəfdən isə Konstitusiya Məhkəməs inin istinad edilən qərarından xeyli müddət keçməsinə baxmayaraq ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları hələ də qanunvericiliklə müəyyən edilməmiş, hər hansı şəxsin üzərinə isə qanunvericiliklə dəqiq müəyyən edilməmiş vergiləri ödəmək öhdəliyinin qoyulması qanuni hesab edilə bilməz.
46. Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edildiyindən, digər qanunlara istinad edilməklə məhz iddiaçının hazırkı halda sadələşdi rilmiş vergini ödəməli olduğu barədə üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyası tənqidi yanaşır.
47. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 22(103)-89/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
49. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 1 oktyabr tarixli, 2-2(103)-89/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.