Məhkəmə qərarları › İş №2-2(102)-109/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-109/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-109/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Bəhman Qəribov, Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli 2-2(103)-419/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayət ini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ

1. Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı 2013-cü il 23 noyabr tarixində iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2007-ci il 12 iyun tarixli, 131 saylı kredit müqaviləsi üzrə 19.926,60 manat faiz borcu, 2011-ci il 13 dekabr tarixli 295/11 saylı kredit müqaviləsi üzrə 150.000 əsas, 27.347,22 manat faiz, müqavilənin bitdiyi tarixdən 2020-ci il 21 yanvar tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 45784,34 manat borc, ümumilikdə 177.347,22 manat, 2012-ci il 26 yanvar tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə 100.000 manat əsas, 17.777,78 manat faiz, ümumilikdə 117.777,78 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2013-cü il 29 noyabr tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuşdur.

3. Daha sonra cavabdeh naməlum səbəblərdən məhkəmə iclasına gəlmədiyindən məhkəmənin 2014-cü il 11 fevral tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmış (iddiaçı buna etiraz etməmişdir), həmin tarixdə çıxarılmış 1 saylı Bakı İnziabti-İqtisad Məhkəməsinin 2iqt(81)-508/2014 saylı qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur (hakim – Aida Hüseyn). 4. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2016-cı il 16 fevral tarixli, 2-1(81)1541/2016 saylı qətnaməsi ilə iddiaçı müflis elan edilərək iflas proseduruna başlanılmış, hazırda ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. 5. 2018-ci il 15 avqust tarixində cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-508/2014 saylı, 2014-cü il 11 fevral tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmiş, məhkəmənin 2018-ci il 6 sentyabr tarixli qərardadı ilə ərizə təmin olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

6. Həmin məhkəmənin 2-2(81)-191/2019 saylı, 2019-cu il 12 mart tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmış, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi iqtisadi işlə birlikdə 2019-cu il 25 dekabr tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin 2019-cu il 26 dekabr tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş dir (hakim - Aytən Oruczadə)

7. Sonradan iddiaçı 2020-ci il 28 yanvar tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiacının xeyrinə 2007-ci il 12 iyun tarixli, 131 saylı kredit müqaviləsi üzrə 19926,60 manat faiz borcu, 2011-ci il 13 dekabr tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə 150000 əsas, 28847,34 manat faiz, 0.00 manat cərimə, müqavilənin bitdiyi tarixdən 2020-ci il 21 yanvar tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 45784,34 manat borc, ümumilikdə 224631,68 manat, 2012ci il 26 yanvar tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə 100000 manat əsas, 19972,40 manat faiz, 0.00 manat cərimə, müqavilənin bitdiyi tarixdən 2020-ci il 21 yanvar tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 29932,95 man at borc olmaqla, ümumilikdə 149905,35 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 fevral tarixli 2-2(113)-40/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2011-ci il 13 dekabr tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə 150000 əsas borc, 28847,34 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 2020-ci il 21 yanvar tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə 45784,34 manat məbləğində pul olmaqla, ümumilikdə 224631,68 manat, 2012-ci il 26 yanvar tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə 100000 manat əsas borc, 19972,40 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 2020-ci il 21 yanvar tarixinə kimi gecikdiril miş vaxt üçün illik beş faiz hesabı ilə 29932,95 manat olmaqla, ümumilikdə 149905,35 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,50 manat olmaqla cəmi 374565,53 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 1,5 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Zeynəb Axundova).

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilərək, iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini, cavabdeh isə apellyasiya şikayəti verərək, həmin qətnamənin qismə n ləğv edilməsi və kredit müqaviləsi üzrə borca hesablanmış faiz borcunun müəyyən edilməsi üçün müvafiq ekspertizalar keçirilməklə, həmin rəylərə uyğun iddia tələblərinin qismən təmin olunmasını xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 4 iyun tarixli, 2-2(113)-40/2020 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti şikayətin verilməsi üçün müddətin ötürülməsi və şikayət elektron kabinet vasitəsilə göndərilməməsi səbəbindən geri qaytarılmış, həmin qərardadan iddiaçı şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 iyul tarixli, 2-2(113)-40/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 11 avqust tarixli, 2-2(103)-443/2020 saylı qərardadı ilə iddiaçı tərə findən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-40/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2020-ci il 4 iyun tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 avqust tarixli, 2-2(103)-507/2020 saylı qərardadı ilə cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 fevral tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli məhkəmə iclasınını protokolunda göstərilmişdir ki, kollegiya Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 avqust tarixli, 2-2(113)-40/2020 saylı məktubuna əsasən kommersiya işi baxışdan çıxarılaraq Bakı K ommersiya Məhkəməsinə göndərmişdir. Daha sonra iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə apellyasiya şikayəti göndərilmiş, eyni zamanda həmin şikayətə şikayətin verilməsi müddətinin bərpa olunması barədə vəsatət əlavə edilərək, ötürülmüş müddətin bərpa edilməsi və şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli, 2-2(113)-40/2020 saylı qərardadı ilə ərizənin təmin edilməsi, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehin vəkili və nümayəndəsi Vəkil1 tərəfindən şikayət verilmi ş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 noyabr tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmişdir və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 yanvar tarixli, 2-2(103)-161/2021 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli, 2-2(113)-40/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Cavabdehin nümayəndəsinin məhkəmənin hakimi Nuriyeva Afaq Bayram qızının qohumu olması müəyyən edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-419/2021 saylı, 2021-ci il 15 mart tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyeva Afaq Bayram qızının hazırkı iş üzrə özü-özünə etirazı təmin edilərək, o, işə baxılmasından kənarlaşdırılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş (sədrlik edən - R.Qurbanov, hakimlər - Cahangir Yusifov, Vüsalə Baxışova) və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2021-ci il 31 avqust tarixli 9/3132 saylı ekspert rəyi verilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-419/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-40/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2020-ci il 24 fevral tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni 2007-ci il 12 iyun tarixli 131 saylı kredit müqa viləsi üzrə borcun tutulması barədə tələblərin rədd edilməsi və 2011ci il 13 dekabr tarixli 295/11 saylı kredit müqaviləsi ilə 2012-ci il 26 yanvar tarixli 022/12 saylı kredit müqaviləsi üzrə faiz borcunun və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

15. Qəntamənin surəti 2021-ci il 19 oktyabr tarixində cavabdehə birinci instansiya və apellyasiya instansiyası məhkəməsində hüquqi yardım göstərən vəkili Vəkil1 və cavabdehi təmsilçilik funksiyaları verilmiş Qanuni nümayəndə məxsus şəxsi elektron kabinetlərində yerləşdirilmiş, cavabdeh həmin qətnamədən 2021-ci il 20 dekabr tarixində “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsilə kassasiya şikayəti vermişdir.

16. Məhkəmə cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətini nəzərdən keçirərək hesab edir ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermədiyindən geri qaytarılmalıdır.

17. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2021-ci il 12 dekabr tarixində verilmiş kassasiya şikayəti MPM ilə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib olunmamışdır.

18. Belə ki, bu Məcəllənin 407.1-ci maddəsində kassasiya şikayətinin məhz bu Məcəllə ilə müəyyən edilmiş formada tərtib olunmaqla verilməsi nəzərdə tutulmuş, həmin forma isə MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli, № 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş “Əlavə 3”də göstərilmişdir. 19. “Kassasiya şikayə tinin forması” adlanan həmin “Əlavə 3” də kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli olması müəyyən edilmişdir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Eyni zamanda kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düz gün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayəti verən şəxsin tələbi hissəsində isə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

20. Göründüyü kimi kassasiya şikayəti verilərkən şikayət yalnız formanın özünə deyil, həmçinin onun məzmununa uyğun olmalı və vəhdətlik təşkil etməlidir.

21. Məhkəmə qeyd edir ki, hazırda cavabdehin kassasiya şikayəti yuxarıda qeyd olunan forma ilə uyğunluq təşkil etməmiş (şikayətin formada göstərilmiş cədvəllərə uyğun tərtib olunması, pozulmuş və ya düzgün tətbiq edilməmiş maddi və proses sual hüquq normalarının sıralanması), bununla yanaşı şikayət edilən qətnamədə düzgün tətbiq edilmədiyi iddia olunan maddi və prosessual hüquq normalarının konkret olaraq nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir.

22. MPM-nin 408.1, 408.1.1 və 408.1.5-ci maddələrində təsbit olunmuşdur ki, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır.

23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və onun qaytarılması mə sələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

24. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli 2-2(103)-419/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar