Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-11/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehə qarşı ilk iddiası və cavabdehin İddiaçı1, İddiaçı2 qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərdən irəli gələn mübahisələr, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “lizinq müqavilələrinə əsasən pul vəsaitinin tutulması” tələbi nə dair ilkin iddia; Cavabdeh MMC-nin İddiaçı1 və İddiaçı2 qarşı “vurulmuş ziyanın, əldən çıxmış faydanın tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun tarixli 2-2(103)- 50/2024 nömrəli qətnaməsindən İddiaçı1 və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Lizinq verən Cavabdeh MMC (bundan sonra – “MMC”) ilə lizinq alan İddiaçı1 (bundan sonra – “İddiaçı1”) arasında bağlanmış 2012-ci il 2 iyul tarixli DLM231 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin (bundan sonra – "xxxx") 1 nömrəli Əlavəsinə əsasən lizinq verən MMC ilə lizinq alan İddiaçı1 lizinqə verilmiş əmlakın adını, komplektliyini (hər birinin qiyməti 40.000 manat və istehsal ili 2012-ci i l olan 5 ədəd SHACMAN SX3315DT406 markalı yük avtomobili-özüboşaldan) təsdiq etmişlər. 2012-ci il 6 iyul tarixli təhvil-təslim aktına əsasən Müqavilə İ üzrə lizinq obyekti olan **-JU-***, **-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili-özüboşaldan lizinq alan İddiaçı1 təhvil verilmişdir.
2. Lizinq verən MMC ilə lizinq alan İddiaçı1 arasında bağlanmış 2012-ci il 26 sentyabr tarixli DLM290 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin (bundan sonra – "xxxx") 1 nömrəli Əlavəsinə əsasən lizinq verən MMC ilə lizinq alan İddiaçı1 lizinqə verilmiş əmlakın adını, komplektliyini (hər birinin qiyməti 45.000 manat və istehsal ili 2012-ci il olan 4 ədəd HOWO ZZ3317N3867W markalı yük avtomobili-özüboşaldan) təsdiq etmişlər. 2012-ci il 28 sentyabr tarixli təhvil-təslim aktına əsasən Müqavilə İİ üzrə lizinq obyekti olan **-JV-***, **-JV-***, **-JV-***, **-JV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili-özüboşaldan lizinq alan İddiaçı1 təhvil verilmişdir.
3. Lizinq verən MMC ilə lizinq alan İddiaçı1 arasında bağlanmış 2012-ci il 1 noyabr tarixli DLM302 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin (bundan sonra – "xxxx") 1 nömrəli Əlavəsinə əsasən lizinq verən MMC ilə lizinq alan İddiaçı1 lizinqə verilmiş əmlakın adını, komplektliyini (qiyməti 45.000 manat və istehsal ili 2012-ci il olan 1 ədəd “HOWO ZZ3317N3867W” markalı yük avtomobili-özüboşaldan) təsdiq etmişlər. 2012-ci il 6 noyabr tarixli təhvil-təslim aktına əsasən Müqavilə İİİ-ə əsasən lizinq obyekti olan **-JV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili-özüboşaldan lizinq alan İddiaçı1 təhvil verilmi şdir.
4. Lizinq verən MMC ilə lizinq alan İddiaçı2 (bundan sonra – “İddiaçı2”) arasında bağlanmış 2013-cü il 4 fevral tarixli DLM326 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin (bundan sonra – "xxxx") 1 nömrəli Əlavəsinə əsasən lizinq verən MMC ilə lizinq alan İddiaçı2 lizinqə verilmiş əmlakın adını, komplektliyini (hər birinin qiyməti 52.000 manat və istehsal ili 2012-ci il olan 5 ədəd “HOWO ZZ3317N3867W” markalı yük avtomobili-özüboşaldan) təsdiq etmişlər. 2013-cü il 7 fevral tarixli təhvil-təslim aktına əsasən Müqavilə İV-ə əsasən lizinq obyekti olan **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili-özüboşaldan lizinq alan İddiaçı2 təhvil verilmişdir.
5. Həmin lizinq müqavilələrinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən b u müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəsində göstərilən əmlakı mülkiyyət hüququ ilə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqavilələrin 2.5-ci bəndinə əsasən, təhviltəslim aktı imzalandığı andan bu müqavilənin qüvvədə olduğu müddət ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti Lizinq alan daşıyır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 8 iyul tarixli 2-2(81)-76/2016 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 v ə İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair MMC-nin adına olan 2012-ci il 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU-***; **-JU-***; **JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 noyabr tarixli 2-2(103)-07/2018 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsi üzrə İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 8 iyul tarixli 2-2(81)-76/2016 nömrəli qətnaməsi qismən - «İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri - «HOWO ZZ3317N3867W» markalı **-J V-***; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ*** dövlət nömrə nişanlı avtomobillərə dair MMC-nin adına olan 2012-ci il 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququ tanınması» və MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU-***; **-JU-***; **JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin idd iaçılardan alınaraq MMC-yə qaytarılması» hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək MMC-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cəmi 473.168,91 manat borc və 30 manat dövlət rüsumunun MMC-nin xeyrinə tutulması və «SHACMAN SX3315DT406» markalı **JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-***; **-JV-***; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ*** dövlət nömrə nişanlı lizinq obyektlərinin MMC-yə qaytarılması qət edilmişdir.
8. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il 28 iyun tarixli 2-2(102)201/19 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti tam, cavabdeh MMC-nin kassasiya şikayəti isə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 noyabr tarixli 2-2(103)-07/2018 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 2-2(103)-840/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2016-cı il 8 iyul tarixli 2-2(81)-76/2016 nömrəli iş üzrə qətnaməsinin qismən – “İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasının qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair MMC-nin adına olan 2012-ci il 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququ tanınması» və MMC-nin qarşılıqlı iddiası qismən təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 298.250 manat vaxtı keçmiş borcunun, 304.736,85 manat qalıq borcunun və 10.000 manat dəbbə pulu borcunun, cəmi 612.986,85 manat borcun MMC-yə ödənilməsinin təmin edilməsi üçün «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-*** dövlə t nömrə nişanlı avtomobillərin iddiaçılardan alınaraq MMC-yə qaytarılması» hissələrində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddiasının “iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən dəyəri ödənilmiş lizinq obyektləri «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ- *** dövlət nömrə nişanlı avtomobillərə dair MMC-nin adına olan 2012-ci il 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində iddiaçıların mülkiyyət hüququnun tanınması” hissəsində rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıq lı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 cəmi 312.332 manat borc (241.342 əsas borc, 70.990 manat faiz), 1.000 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı MMC-nin xeyrinə tutulması və «SHACMAN SX3315DT406» markalı **-JU-***; **-JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və «HOWO ZZ3317N3867W» markalı **-JU-***; **-JV-***; **-JV-***; **JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin MMC-yə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 290 manat pulun 145 manatı müştərək qaydada İddiaçı1 və İddiaçı2, 145 manatının isə MMC-dən dövlət büdcəsinə tutulması qət edilmişdir.
10. Azərbaycan Respublikasının Ali M əhkəməsinin 2021-ci il 6 iyul tarixli 2-2(102)5/2021 nömrəli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 2-2(103)-840/2019 nömrəli qətnaməsinin həmin kassasiya şikayətlərinə münasibətdə qismən – “ilk iddiaçılar tərəfindən "xxxx" MMC-yə ödənilmiş 528.080 manat məbləğində avans ödənişləri zamanı hesaba alınmamış 389.730 manat pulun və həmin pul vəsaitini əsassız olaraq özündə saxlaması nəticəsində bank uçot dərəcəsi olaraq hesablanmış 58.459,50 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçılara qaytarılması tələbi”nin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 cəmi 312.332 manat borcun (241.342 manat əsas borc, 70.990 manat faiz borcu) qarşılıqlı id dia üzrə iddiaçı MMC-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli 2-2(103)-57/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 8 iyul tarixli 2-2(81)-76/2016 nömrəli qətnaməsi qismən, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülmüş pulun tutulması tələblərinə aid və MMC tərəfindən İddiaçı1 və İddiaçı2 qarşı irəli sürülmüş lizinq müqaviləsi üzrə borcun tutulması tələblərinə aid hissədə ləğv edilmi ş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 389.730 manat əsas məbləğ və 58.459,50 manat faiz məbləği, cəmi 448.189,5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddiaçı MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması barədə iddiası təmin edilməmişdir.
12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2022-ci il 25 oktyabr tarixli 22(102)-601/2022 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli 2-2(103)57/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin 2023-cü il 26 may tarixli icra sənədinin qaytarılması haqqında qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 8 oktyabr tarixli 2-2(103)-1106/2021 nömrəli icra sənədi Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 8 oktyabr tarixli 2-2(103)1106/2021 nömrəli icra sənədinə əsasən borclular İddiaçı1 və İddiaçı2 tərəfindən MMC-yə qaytarılmalı olan “SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU-***, **-JU-***, **-JU*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** və **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərindən (yük avtomobillərindən) “SHACMAN SX3315DT406” markalı **-JU-***, **JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU***, **-JV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri tələbkar MMC-yə təhvil verilməsi məqsədi ilə görünüşdə istismara yararsız vəziyyətdə borclu tərəfindən duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016cı il 8 iyul tarixli 2-2(81)-76/2016 nömrəli qətnaməsinə əsasən «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri 2016-cı il 10 avqust tarixində MMC-nin adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Bu səbəbdən borclu tərəfindən həmin avtomobillərin tələbkara təhvil verilməsi mümkün deyildir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı1 və İddiaçı2 2023-cü il 11 yanvar tarixində MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-dən İddiaçı1 xeyrinə faizlər üzrə ödənilmiş 105.125,41 manat və İddiaçı2 xeyrinə faizlər üzrə ödənilmiş 97.743,35 manat məbləğində pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 93 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. MMC 2023-cü il 30 yanvar tarixində qarşılıqlı iddia ərizəsi ilə, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı1 240.500 manat və cavabdeh İddiaçı2 171.000 manat vurulmuş ziyanın; 257.400 manat əldən çıxmış faydanın; vəkil xərcinin əvəzi olaraq 210 manat; ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 410 manat, qiymətləndiricinin hes abatlarına görə çəkilmiş xərcin əvəzi olaraq 800 manat, dövlət rüsumunun əvəzi olaraq 850,27 manat məbləğin isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehlər 13 ədəd lizinq obyektlərini iddiaçıya qaytarmalı olduğuna baxmayaraq, 2021-ci il 6 iyul tarixindən bu günə qədər həmin lizinq obyektlərindən 6 ədədini, o cümlədən **-JU-***, **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **JU-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomaşınlarını istifadəyə tam yararsız vəziyyətdə, metal qırıntısı kimi icra hərəkətləri həyata keçirilərkən təqdim etmişlər. Bununla cavabdehlər iddiaçının mülkiyyətində olan əmlakı məhv etməklə iddiaçıya ziyan vurmuşdur. Bundan əlavə, cavabdehlər digər 7 ədəd, o cümlədən **-JV-***, **-JV-***, **-JV-***, **-JZ***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomaşınları ümumiyyətlə qaytarmamışlar və müxtəlif əsassız bəhanələr gətirərək qaytarmaqdan yayınmışlar. Nəticə etibarı ilə cavabdehlər iddiaçının əmlakının bir hissəsini məhv etməklə, digər hissəsini isə qaytarmamaqla MMC-yə ziyan vurmuşlar. İcra hərəkətləri həyata keçirilərkən istifadəyə tam yararsız vəziyyətdə metal qırıntısı kimi təqdim edilmiş lizinq obyektlərinin qiymətləndirilməsi üçün iddiaçı "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMCnin 2022-ci il 5 avqust tarixli hesabatı ilə müəyyən edilmişdir ki, "SHACMAN SX3315DT406" markalı **-JU-*** dövlət qeydiyyat nişanlı özüboşaldan nəqliyyat vasitəsi yararsız haldadır, istismara yaralı deyildir. Nəqliyyat vasitəsinin mühərriki, ötürücü sürətlər qutusu və salonunda olan əsas idarəetmə hissələri (idarəetmə şiti, sükanı və s) mövcud deyildir. "HOWO ZZ3317N3867W" markalı **-JU-*** dövlət qeydiyyat nişanlı özüboşaldan nəqliyyat vasitəsi tam yararsız vəziyyətdədir. Nəqliyyat vasitəsinə aid olan sürücü kabinəsi sökülmüş vəziyyətdə olan nəqliyyat vasitəsindən ayrılmış və dayanacaq ərazisində aşkar olunub. Sökülmüş vəziyyətdə və nəqliyyat vasitəsinin ramalarının üzərinə qoyulmuş mühərriki həmin nəqliyyat vasitəsinə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin mühərrik yararsız vəziyyətdə və üzərində müəyyənedici nişanlar mövcud deyildir. Ötürücü sürətlər qutusu, salonunda olan əsas idarəetmə hissələri (idarəetmə şiti, sükanı və s.) mövc ud deyildir. Eyni zamanda, sözügedən hesabatda qeyd edilir ki, qiymətləndirilən nəqliyyat vasitələrinin tam yararsız vəziyyətini nəzərə alaraq və onları işlək vəziyyətinə qaytarmaq mümkün olmadığı üçün qiymətləndirici onları metal qırıntısı kimi qiymətləndirmişdir (ləğv etmə dəyəri). Metal qırıntısı qəbul edən "X3" MMC-nin avqust 2022-ci il üçün 1 ton metal qırıntısı üçün alış qiyməti 450 manat müəyyənləşdirilmişdir. Nəticə etibarı ilə "SHACMAN SX3315DT406" markalı nəqliyyat vasitəsinin metal qırıntısı kimi bazar dəyəri (çəkisi 14.6 ton x 450 manat = 6.570 manat), "HOWO ZZ3317N3867W markalı nəqliyyat vasitəsinin metal qırıntısı kimi bazar dəyəri (çəkisi 13,18 ton x 450 manat = 5.931 manat) müəyyən edilmişdir. Bundan başqa, cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalı olan 13 ədəd lizinq obyektlərinin bazar dəyərinin qiymətləndirilməsi üçün "X2" MMC-yə müraciət etmişdir. "X2" MMC-nin 2022-ci il 23 dekabr tarixli 15/12-22 nömrəli hesabatı ilə müəyyən edilmişdir ki, 9 ədəd "HOWO ZZ3317N3867W" markalı yük avtomobillərinin bazar dəyəri 238.723 manat, 4 ədəd "SHACMAN SX3315DT406" markalı yük avtomobillərinin bazar dəyəri 98.856 manat, ümumilikdə 13 ədəd yük avtomobillərinin 2021-ci ilin iyul ayına bazar dəyəri 337.578 manat təşkil edir. İddiaçı tərəfindən tərtib edilmiş "vurulmuş ziyanın hesablanması barədə" hesabata əsasən "X2" MMC-nin hesabatı ilə müəyyən edilmiş 13 ədəd yük avtomobillərinin 337.578 manat bazar dəyərindən 6 ədəd nəqliyyat vasitələrinin metal qırıntısının dəyərini çıxdıqda cavabdehlər tərəfindən iddiaçıya vurulmuş ziyanın məbləği 299.436 manat təşkil edir. Bu ndan əlavə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehlər 13 ədəd lizinq obyektlərini iddiaçıya vaxtında qaytarmadıqlarına görə iddiaçı mülkiyyətində olan əmlakından məhrum olmuşdur. İddiaçı lizinq obyektlərini digər müştərilərə lizinqə vermiş olsaydı, bunun müqabilində 2021-ci ilin iyul ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr üçün hər ay hər bir maşına görə 1.100 manat olmaqla, ümumilikdə 1.100 X 18 ay X 13 avtomaşın = 257.400 manat məbləğində gəlir əldə edə bilərdi. Odur ki, bu hal əldən çıxmış fayda kimi qiymətləndirilməli və həmin məbləğ cavabdehlərdən tutulmalıdır.
17. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 iyul tarixli e-2-2(113)-803/2023 nömrəli qətnaməsi ilə ilkin iddianın rədd olunması; qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı1 240.500 manat və İddiaçı2 171.000 manat məbləğində pul vəsaiti, eləcə də qarşılıqlı cavabdehlərdən müştərək qaydada mediasiya xərclərinin əvəzi olaraq 300 manat, dövlət rüsumunun əvəzi olaraq 350 manat, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş vəkil xərclərinin əvəzi olaraq 210 manat pul vəsaiti, digər məsrəflərin əvəzi olaraq 550 manat pulun tutularaq MMC-yə ödənilməsi; qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi; artıq ödənilmiş 301 manat məbləğində dövlət rüsumunun MMC-yə qaytarılması; qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı cavabdehlərdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi; qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul məbləğinin 70 manat hissəsinin ilkin iddiaçılar, qarşılıql ı cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsinin isə ilkin cavabdeh, qarşılıqlı iddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur (hakim – L.Əliyeva).
18. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 22(103)-840/2019 nömrəli qətnaməsi ilə “SHACMAN SX3315DT406” markalı **-JU-***; **JU-***; **-JU-***; **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU***; **-JV-***; **-JV-***; **-JV-***; **-JV-***; **-JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı lizinq obyektlərinin İddiaçı2 və İddiaçı1 tərəfindən MMC-yə qaytarılması qət edilmiş və həmin hissədə qətnamə qanuni q üvvəyə minmişdir.
19. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki¸ həmin qətnamənin icrası mərhələsində qarşılıqlı cavabdehlər tərəfindən “SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **-JV-*** dövlət nömrə nişanlı yük avtomaşınları yararsız vəziyyətdə icra məmurlarına təqdim edilərək duracağa yerləşdirilmiş, digər 7 ədəd yük avtomaşını isə ümumiyyətlə qarşılıqlı iddiaçıya qaytarılmamışdır.
20. Hazırda MMC məhkəmə qətnaməsinə əsasən qaytarılmalı olan 13 avtomobildən 6nın yararsız vəziyyətdə qaytarılması, digərlərinin isə qaytarılmaması nəticəsində dəymiş real maddi zərərin, eləcə də əldən çıxmış faydanın qarşılıqlı cavabdehlərdən tutulmasını tələb edir.
21. Qarşılıqlı iddianın qanuni ə sasını MM-in 1096.1 və 1097.1, 21-ci maddələri təşkil edir. İddianın yararsız vəziyyətdə qaytarılmış avtomobillərə dəymiş real zərərin əvəzi olaraq pulun tutulması hissəsində qarşılıqlı cavabdehlər qarşılıqlı iddiaya etirazlarını həmin avtomobillərin uzun müddət ərzində açıq dayanacaqlarda qalması nəticəsində yararsız vəziyyətə düşməsi, yəni avtomobillərin yararsız vəziyyətə düşməsində onların təqsirinin olmaması ilə əsaslandırmışlar.
22. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, 6 ədəd yük avtomaşının icra məmurlarına təhvil verilərkən yararsız vəziyyətdə olması Nərimanov rayon icra məmurlarının iştirakı ilə tərtib edilmiş 2021-ci il 16 noyabr və 2022-ci il 26 iyul tarixli aktlarla öz təsdiqini tapır. Bundan əlavə, İddiaçı1 məhkəməyə verdiyi izahatında avtomobillərin yararsız vəziyyətə düşm əsini qaytarılmamışdan əvvəlki uzun müddət ərzində açıq havada istifadəsiz qalması ilə izah etmiş, bununla da faktiki olaraq avtomobillərin məhz onların sahibliyində olduğu dövrdə yararsız vəziyyətdə düşməsini təsdiq etmişdir.
23. Beləliklə, işin yuxarıda göstərilən halları belə qənaətə gəlməyə əsas vermişdir ki, qaytarılmış 6 ədəd yük avtomaşını qarşılıqlı cavabdehlərin sahibliyində olduğu müddətdə yararsız vəziyyətə düşmüşdür. Həmin əmlakların qarşılıqlı cavabdehlərin təqsirli hüquqa zidd əməlinin nəticəsində yararsız vəziyyətə düşməsi məsələsinə gəldikdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, lizinq müqavilələrinin qüvvədə olduğu müddətdə lizinq obyektlərinin qanuni sahibi kimi qarşılıqlı cavabdehlərin lizinq obyektlərinin işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıması MM-in 74 8-7.1-ci və 748-1.8-ci maddələrinin tələblərindən və lizinq müqavilələrinin şərtlərindən (müqavilələrin 2.5-ci və 10.25-ci bəndləri) irəli gəlir.
24. Lizinq müqavilələrinə xitam verilməsindən sonra qarşılıqlı cavabdehlərin 6 ədəd lizinq obyektinə sahiblik etdiyi dövrə gəldikdə məhkəmə ilk olaraq qeyd etmişdir ki, qarşılıqlı cavabdehlərin lizinq obyektlərinə sahiblik etməsi üçün əsas olmuş hal (lizinq müqaviləsinin qüvvədə olması) aradan qalxdığından lizinq müqaviləsinə xitam verildikdən sonra qarşılıqlı cavabdehlərin sözügedən lizinq obyektlərini mülkiyyətçiyə qaytarmamaqla həmin lizinq obyektlərinə sahiblik etməkdə davam etməsi qanunsuz olmuşdur.
25. Digər tərəfdən, qarşılıqlı cavabdehlər mübahisəli lizinq obyektlərinə sahiblik edərkən həmin əmlaklara dair bağlanmış lizinq müqavilələrinə müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsi əsası ilə qarşılıqlı iddiaçı (lizinq verən) tərəfindən xitam verildiyini və belə olan halda sözügedən əmlakların lizinq verənin mülkiyyətində olduğunu bilirdilər. Əmlakı istifadə etməmək, işlək vəziyyətdə saxlamamaq və hətta məhv etmək hüququna malik olan (ictimai mənafelərə qəsd edən hallar istisna olmaqla) mülkiyyətçidən fərqli olaraq əşyanın mülkiyyətçisi olmadığını, yəni həmin əşya üzərində hüquqlarının digər şəxsin mülkiyyət hüququ ilə məhdudlaşdığını bilən sahib (qanunsuz və ya qanuni olmasından asılı olmayaraq) isə sahibliyini mülkiyyətçinin həmin əşya üzərindəki hüquqlarına ziyan vurmayan formada həyata keçirməli, yəni ən azı, sahibliyində olan əşyanın yararlı vəziyyətdə saxlanılması üçün elementar ehtiyatlılıq tədbirləri görmə lidir. Hazırkı halda isə hətta qarşılıqlı cavabdehlərin iddiaya etirazına əsas kimi istinad etdiyi hallar (lizinq obyektlərindən illər ərzində istifadə edilməməsi, həmin avtomaşınların uzun müddət ərzində açıq duracaqda saxlanılması) da avtomaşınların təqsirli olaraq, yəni qarşılıqlı cavabdehlərin kobud etinasızlığı nəticəsində yararsız vəziyyətə düşməsinə dəlalət edir.
26. Odur ki, lizinq müqavilələrinə xitam verildikdən sonra əmlaka qanunsuz sahiblik edən qarşılıqlı iddiaçıların əmlakı mülkiyyətçiyə qaytarmamaqla yanaşı həmin əmlakın normal vəziyyətdə saxlanılması üçün lazımi ehtiyatlılıq göstərməməsi mülkiyyətçinin əmlak hüququnu pozulmasına və sonuncuya zərər vurulmasına səbəb olan təqsirli olaraq törədilmiş hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu kimi dəyərləndirilməlidir.
27. Qa rşılıqlı iddianın 7 ədəd yük avtomaşınının qaytarılmamasına görə dəymiş zərərin tutulması hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 8 iyul tarixli 2-2(81)-76/2016 nömrəli qətnaməsi ilə həmin avtomaşınların - «HOWO ZZ3317N3867W» markalı **-JV-***; **-JV-***; **-JV-***; **JZ-***; **-JZ-***; **-JZ-***; **-JZ-*** dövlət nömrə nişanlı avtomobillərə dair MMC-nin adına olan 2012-ci il 26 sentyabr, 2012-ci il 5 noyabr və 2013-cü il 6 fevral tarixlərdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və həmin avtomobillər üzərində qarşılıqlı iddiaçıların mülkiyyət hüququnun tanınması qət edilmişdir (həmin hissədə qətnamə sonradan ləğv edilmişdir). Həmin qətnamə əsasında 2016-cı il 10 avqust t arixində həmin avtomaşınlar müvafiq olaraq İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınmış, bundan sonra 2016-cı il 22 avqust tarixində sonuncular tərəfindən üçüncü şəxslərə satılmışdır. Odur ki, hazırda sözügedən avtomaşınlar İddiaçı1 və İddiaçı2 sahibliyində olmadığından, eləcə də üçüncü şəxslərin mülkiyyətində olduğundan onların qarşılıqlı iddiaçıya qaytarılması mümkün deyil.
28. Qarşılıqlı cavabdehlər həmin hissədə qarşılıqlı iddiaya etirazını mübahisəli avtomaşınlar üçüncü şəxslərə satılarkən onların mülkiyyətində olması, yəni həmin avtomaşınları satmaqla onların mülki hüquq normalarını pozan təqsirli hərəkətə yol verməmələri ilə əsaslandırmışdır.
29. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçıların avtomaşınlarla bağlı məhkəmə mübahisəsinin mövcud olmasını və müvafiq qət namədən apellyasiya şikayətinin verilməsi ehtimalının olmasını bilə-bilə avtomaşınların onların mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsinin 1 ay 2 gün sonra həmin avtomaşınları öz adlarına rəsmiləşdirməsinin və daha 12 gün sonra (məhkəmə qətnaməsinin qəbul edilməsindən 1 ay 14 gün sonra) avtomaşınları üçüncü şəxslərə satılmasının qəsdən olmasa belə, ən azı, təqsirin ehtiyatsızlıq formasında törədilməsi şübhə doğurmur. Belə ki, göstərilən halda lazımi ehtiyatlılıq və vicdanlı davranış qarşılıqlı iddiaçılardan avtomaşınları üçüncü şəxslərə satarkən məhkəmə qətnaməsindən şikayət verilib-verilməməsini və qətnamənin qanuni qüvvəyə minib-minməməsini aydınlaşdırmağı tələb edirdi.
30. Məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddiaçı məhkəmə qətnaməsinə əsasən qarşılıq lı cavabdehlər tərəfindən onlara qaytarılmalı olan 13 ədəd avtomaşından 6ın yararsız vəziyyətdə qaytarılması, 7-sinin isə avtomaşınların qaytarılmaması nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq pul vəsaitinin qarşılıqlı iddiaçılardan tutulmasını tələb etməkdə haqlıdır.
31. Vurulmuş zərərə görə tutulmalı olan məbləğlərə gəldikdə məhkəmə qeyd etmişdir ki, avtomaşınların qaytarılmaması və yararsız vəziyyətdə qaytarılması nəticəsində qarşılıqlı iddiaçıya dəymiş real maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə 13 ədəd avtomaşının qətnamənin qüvvəyə mindiyi tarixinə təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə hər birinin orta bazar qiymətinin 35.000 manat olması, qaytarılmış “SHACMAN SX3315DT406” markalı **-JU -***, **-JU-***, **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JU-***, **-JV-*** dövlət nömrə nişanlı avtomobillərin istismara tam yararsız olması, eləcə də həmin avtomobillərin hazırkı vəziyyətdə qiymətlərinin aşağıdakı kimi olması müəyyən edilmişdir: **-JU-*** (8.300 manat), **-JU-*** (7.000 manat), **-JU-*** (8.300 manat), **-JU-*** (8.300 manat), **-JU-*** (4.000 manat), **-JV-*** (7.600 manat).
32. Beləliklə, ekspert rəyi əsas götürülməklə İddiaçı1 vurulmuş maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğ aşağıdakı kimi müəyyən edilməlidir. Məhkəmə qətnaməsinə əsasən qaytarılmalı olan İddiaçı1 lizinqə verilmiş 8 ədəd avtomaşının (**-JU-***, **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JV-***, **-JV-***, **-JV-***) yararlı vəziyyətdə dəyəri 280.000 (8x35.000), onlardan yararsız vəziyyətdə qaytarılmış avtomaşınların (**-JU-***, **JU-***, **-JU-***, 90-JU173 və **-JV-***) dəyəri 39.500 (8300+7000+8300+8300+7600), dəymiş zərər isə 240.500 manat (280.000-39.500) təşkil edir. İddiaçı2 isə vurulmuş maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğ aşağıdakı kimi müəyyən edilməlidir. Məhkəmə qətnaməsinə əsasən qaytarılmalı olan İddiaçı2 lizinqə verilmiş 5 ədəd avtomaşının (**-JU***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-***) yararlı vəziyyətdə dəyəri 175.000 manat (35.000x5), onlardan yararsız vəziyyətdə qaytarılmış avtomaşınların 4.000 manat (**-JU***), dəymiş zərər 171.000 manat (175.000-4000).
33. Qarşılıqlı iddianın əldən çıxmış faydaya görə pulun tutulması hissəsini məhkəmə əsassız hesab etmişdir.
34. Birinci instansiya məhkəməsi bu qənaə tini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 21.1, 21.2, 425.1, 443.4, 747.1, 747-1.2, 748-7.1, 7481.8, 1096.1, 1097.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 103.1, 114.1.1, 119.1, 121.1, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
36. MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2024-cü il 4 iyun tarixli 2-2(103)-50/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddiaya aid hissədə və MMC tərəfindən İddiaçı1 oğlu və İddiaçı2 qarşı qarşılıqlı iddiada irəli sürülmüş **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınların qaytarılmamasına görə dəymiş zərərin əvəzinin ödənilməsinə aid hissədə ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. MMC-yə izah olunmuşdur ki, o, **-JV-***, **-JV-***, **-JV-***, **-JZ-***, **-JZ-***, **-JZ-***, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınların qaytarılmaması ilə bağlı mübahisəni icra icraatı qaydasında həll edə bilər ( sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
38. Apellyasiya icraatında birinci instansiya məhkəməsi qətnaməsinin əsaslığı yalnız qarşılıqlı iddiada irəli sürülmüş **-JU-***, **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomaşınlarına dəymiş real zərərin, habelə 13 ədəd lizinq obyektlərini vaxtında qaytarılmadığına görə əldən çıxmış faydanın tutulmasına dair hissədə yoxlanılmışdır.
39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun tarixli 2-2(103)-50/2024 nömrəli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qismən - qarşılıqlı iddia üzrə İddi açı1 213.800 manat və İddiaçı2 171.000 manat məbləğində zərərin tutulması hissəsində və məhkəmə xərclərinə aid hissədə ləğv olunmuş, qarşılıqlı iddiada irəli sürülmüş **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JV-*** dövlət nömrə nişanlı avtomaşınlara vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia təmin edilməmişdir. Qətnamə digər hissədə - qarşılıqlı iddia üzrə İddiaçı1 26.700 manat məbləğində zərərin tutulması və 13 ədəd lizinq obyektlərinin vaxtında qaytarılmadığına görə əldən çıxmış faydanın tutulması barədə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin mübahisəsiz hallarına görə **-JU-***, **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JU-*** dövlə t qeydiyyat nömrə nişanlı yük avtomaşınları MMC tərəfindən İddiaçı1 və İddiaçı2 lizinqə verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sonuncular tərəfindən həmin avtomaşınların MMC-yə qaytarılması qət edilmişdir. MMC bildirmişdir ki, həmin avtomaşınlar yararsız halda geri qaytarıldığına görə ona zərər dəymişdir.
41. Kollegiya qeyd etmişdir ki, lizinq verənin lizinqə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Lizinq verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Eyni zamanda, həmin altı aylıq müddət kəsici müddətdir.
42. Məhkəmə kollegiyası hesab etmişdir ki, MMC tərəfindən **-JU-***, **-JU-***, **-JU***, **-JV- ***, **-JV-*** dövlət nömrə nişanlı avtomaşınlara vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddiaya dair altı aylıq müddət ötürülmüşdür.
43. Belə ki, iş materiallarında olan 2021-ci il 16 noyabr tarixli akta əsasən “SHACMAN SX3315DT406” markalı **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JV-*** dövlət nömrə nişanlı avtomobillər və 2022-ci il 26 iyul tarixli akta əsasən “SHACMAN SX3315DT406” markalı **-JU-***, **-JU-*** dövlət nömrə nişanlı və “HOWO ZZ3317N3867W” markalı **-JV-*** dövlət nömrə nişanlı avtomobillər icra məmuru tərəfindən MMC-nin nümayəndəsinə təqdim edilmişdir.
44. MMC-nin həmin avtomaşınlara vurulmuş zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiası isə 2023-cü il 30 yanvar tarixində elektron qaydada imzalanmış və məhkəməyə təqdim edilmişdir.
45. Beləliklə, MMC-nin **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JV-*** dövlət nömrə nişanlı avtomaşınlara vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddiası altı aylıq müddət keçdikdən, yəni qüvvədən düşdükdən sonra verilimişdir. Ona görə də, qarşılıqlı iddia həmin hissədə sübutlar araşdırılmadan rədd edilməlidir.
46. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları və maddi hüquq normalarının tələblərini nəzərə almamış və həmin hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. 47. **-JU-*** dövlət nömrə nişanlı avtomaşına aid hissədə isə məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Belə ki, həmin avtomaşın 2022-ci il 2 sentyabr tarixli akta əsasən İddiaçı1 tərəfindən icra məmuruna təhvil verilmişdir. Qeyd edildiyi kimi MMC-nin həmin avtomaşına vurulmuş zərərin əvəzinin ödənilməsi b arədə qarşılıqlı iddiası isə 2023cü il 30 yanvar tarixində elektron qaydada imzalanmış və məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi **-JU-*** dövlət nömrə nişanlı avtomaşına münasibətdə MM-in 697.4-cü maddəsində müəyyən edilmiş altı aylıq müddət keçməmişdir.
48. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2023-cü il 12 iyun tarixli 9/2589 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, **-JU-*** dövlət nömrə nişanlı avtomaşın tam yararsız haldadır, ümumi dəyəri 8.300 manat, həmin avtomaşının normal və yararlı vəziyyətdə olan qiyməti isə nəzəri qaydada 35.000 manat təşkil edir.
49. Apellyasiya icraatında iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilm iş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2024-cü il 8 aprel tarixli 9/9679-8/54 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, “Shacman” markalı, **-JU*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikin bloku avtomobilin üzərində olmaqla istismara yararsız vəziyyətdədir. Mühərrik bölməsinə aid olan hissələr isə avtomobilin üzərində deyildir. Mühərrikin karteri üzərində kəsilərək deşilmiş vəziyyətdədir. Avtomobilin yük platformasının qaldırıcı nasosun aşağı hissəsi avtomobilin üzərindədir, lakin nasosun digər elementləri üzərində deyildir. Avtomobilin tormoz sisteminə aid olan hissələr avtomobilin üzərində deyildir. Sürətlər qutusu istismara yararsız vəziyyətdədir, arxa körpülərdə olan diferensial mexanizm üzərindən sökülmüşdür. Həmçinin avtomobilin cihazlar panelind ə olan ölçü cihazları işlək vəziyyətdə deyildir. Avtomobilin şassi hissəsində olan elementlər sökülmüş vəziyyətdə olduğu məlum oldu. Baxışa təqdim olunmuş “Shacman” markalı 90-JU-72 dövlət qeydiyyat nişanlı avtomobil istismara yararsız vəziyyətdə olduğu müəyyən edildi. Həmin avtomobilin qiyməti 8.300 manat, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə hal-hazırkı tarixə olan orta bazar qiyməti isə 35.000 manat müəyyən olunur.
50. Beləliklə, ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, **-JU-*** dövlət nömrə nişanlı avtomaşın yararsız vəziyyətdədir. Həmin avtomaşının hazırkı vəziyyətdə dəyəri 8.300 manat, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə isə orta bazar qiyməti 35.000 manat təşkil edir. Göründüyü kimi MMC-yə dəymiş zərərin məbləği 26.700 manat təşkil edir (35.000-8.300=26.700).
51. Eyni zamanda, ekspert rəyində müəyyən edilən hallar (avtomaşının müəyyən hissələrinin sökülməsi və kəsilməsi) belə nəticəyə gəlməyə əsas vermişdir ki, həmin avtomaşın adi aşınmaya görə deyil, İddiaçı1 tərəfindən MM-in 748-7.1-ci maddəsi ilə üzərinə düşən vəzifələrinin lazımınca icra edilməməsi görə istismara yararsız vəziyyətə düşmüşdür. Bu baxımdan, MMC ona dəymiş 26.700 manat məbləğində zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
52. Məhkəmə kollegiyası 13 ədəd lizinq obyektlərinin vaxtında qaytarılmadığına görə əldən çıxmış faydanın tutulmasına dair iddia tələbini əsassız hesab etmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 443.1, 443.2, 443.4, 697.4, 748-1.8, 748-7.1, 751-ci; MPM-in 77.1, 119.1, 119.6-cı maddələrinə istinad edərək əsaslandırm ışdır.
54. MMC kassasiya şikayəti verərək qətnamənin qismən - MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədiyi hissədə, o cümlədən qarşılıqlı iddiada irəli sürülmüş **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JV-*** dövlət nömrə nişanlı avtomaşınlara vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
55. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin qismən - qarşılıqlı iddia üzrə İddiaçı1 26.700 manat məbləğində zərərin tutulması hissəsində dəyişdirilmədən saxlanılması hissələrində ləğv edilməsi, MMC-nin iddiasının tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayət inin və ona qarşı etirazın dəlilləri a) MMC-nin kassasiya şikayətinin dəlilləri
56. MM-in 748-1.8, 748-7.1-ci maddələri üzrə - Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın əsaslı hesab edilməsi üçün lizinq alan İddiaçı1 və İddiaçı2 MM-in 748-1.8 və 748-7.1-ci maddələrində müəyyən edilən vəzifələrini icra etməyərək lizinq obyekti olan avtomaşınları normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarılmadığı və nəticədə lizinq verən MMC-yə zərər dəydiyi əsaslandırılmalıdır. Lakin məhkəmə kollegiyası MM-in müvafiq normalarına istinad etməyinə baxmayaraq fərqli nəticəyə gəlmiş və MMC-yə zərər dəyməməsinin təsdiqini tapmadığını bildirmişdir. Halbuki iş materiallarından da bəlli olduğu kimi, bu faktı təsdiq edən həm faktiki vəziyyəti ək s etdirən fotoşəkillər, həmçinin vurulmuş ziyanı əks etdirən mütəxəssis və ekspertiza rəyləri mövcuddur. Digər tərəfdən, məhkəmə kollegiyası da zərərin vurulduğunu təsdiq etsə də, onun tələb edilməsində iddia müddətinin keçdiyini əsas kimi gətirərək iddianı rədd edir. Halbuki 2016-cı ildən lizinq alanlar (İddiaçı1 və İddiaçı2) heç bir ödəniş etmədən lizinqə verilmiş nəqliyyat vasitələrini lizinq verən MMC-yə qaytarmaqdan məqsədli şəkildə boyun qaçırmışlar. Belə ki, onlar fərqli-fərqli predmetdə iddia qaldıraraq və məhkəmə qərarının qüvvəyə minməsi müxtəlif əsassız şikayətlər verməklə uzatmış və bilərəkdən lizinqə götürülmüş nəqliyyat vasitələrini gizli yolla özgəninkiləşdirmişlər. Bu faktlar da lizinq verənin ziyan çəkdiyini bir mənalı təsdiq edir. Sadalananlara görə hesab edirik ki, apell yasiya məhkəməsi qeyd edilən maddi hüquq normalarını düzgün təsvir etməmişdir.
57. MM-in 384.0.4, 697.4, 747.3, 751-ci maddəsi üzrə - Məhkəmə kollegiyasının əsas kimi istinad etdiyi 2021-ci il 16 noyabr tarixli aktına nəzər yetirsək həmin aktla avtomobillərin deyil, yalnız onların ayrı-ayrı hissələrinin (sonradan ekspert tərəfindən “qara metal” kimi dəyərləndirilmiş) verilməsini, eləcə də avtomobillərin təhvil almaqdan imtina edildiyini əks etdirən MMC-nin nümayəndəsinin xüsusi qeydini müşahidə edirik. MMC-nin tələbi lizinq obyektinin qaytarılmaması nəticəsində vurulmuş ziyanın tələb edilməsidir. Hər bir halda nəzərə almaq lazımdır ki, MM-in 697.4-cü maddəsində nəzərdə tutulan zərərin ödənilməsi kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin tələb edilməsindən bəhs edilir. Hazırkı halda isə ümumiyyətlə qaytarılmalı olan əmlakın artıq mövcud olmamasıdır. Bu cür hala hansısa müddətin tətbiq edilməsi, mülkiyyət hüququn təmin olunması üçün nəzərdə tutulmayan müddət ilə uzlaşmır (MM-in 384.0.4-cü maddəsi). Ümumiyyətlə qeyd edilməlidir ki, mülki qanunvericilikdə iddia müddəti və öhdəliklərin xitamı üçün müddətlər müəyyən edir. Həmin müddətlər kəsici müddət kimi də fərqləndirilir. Məhkəmə kollegiyasının istinad etdiyi 697.4-cü maddədə isə verilmiş iddiaların qüvvədən düşməsini ehtiva edir. Lakin MM-də iddianın müddətin keçməsi ilə bağlı qüvvədən düşməsinin mənası açıqlanmır ki, bu halın məhkəmə kollegiyası tərəfindən kəsici müddət kimi dəyərləndirilməsinə əsas versin. Bundan əlavə, MM-nin kirayə müqavilələrinə aid müddəaların lizinq bar əsində tətbiq edilməsi həmin Məcəllənin 747-750-ci maddələrinin tələblərinə zidd olmaması şərti ilə mümkündür. Hazırkı işin hallarında lizinq predmetinin kirayələndiyi nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. b) İddiaçı1 kassasiya şikayətinin dəlilləri
58. Azərbaycan Respublikası Milli X1 2002-ci il 19 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimatın 2.10, 2.12, 3.5, 3.6-cı bəndləri; Azərbaycan Respublikası Milli X1 2002-ci il 11 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması” Qaydalarının 2.18, 2.23, 2.32- ci bəndləri; MM-in 385.1, 386.1, 1091, 1092-ci maddələri; Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 114-cü maddəsi üzrə - **-JU-*** dövlət nömrə nişanlı avtomobillə bağlı MMCyə dəymiş 26.700 manat məbləğində ziyanın İddiaçı1 tutulması tamamilə əsassızdır. Belə ki, həmin avtomobil İddiaçı1 tərəfindən 2022-ci il 2 sentyabr tarixli akta əsasən icra məmuruna təhvil verilmişdir. Avtomobilin MMC tərəfindən götürülməməsi, avtomobilin təhvil verildiyi yerdə uzun müddət qalması və bunun nəticəsində müəyyən hissələrinin yararsız vəziyyətə düşməsi İddiaçı1 təqsiri üzündən baş verməmişdir. İddiaçı1 sözügedən avtomobili akt ilə icra məmuruna təhvil vermiş, MMC isə avtomobili götürməmiş, avtomobil uzun müddət saxlanma yerində nəzarətsiz qalmış, nəticədə dəmir materialdan olan avtomobil yağış və sair digər təbii proseslər nəticəsində qismən yararsız hala düşmüşdür. Məhkəmə bu faktları nəzərə almamışdır. Həmin avtomobilin duracağa yerləşdirilməsi və buna dair akt tərtib edilməsi ilə bağlı icra məmuru tərəfindən MMC-yə də rəsmi məlumat verilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan avtomobil İddiaçı1 sahibliyindən çıxmışdır. Belə olan halda, həmin avtomobilə görə İddiaçı1 heç bir məsuliyyət daşımır və bununla bağlı onun üzərinə hər hansı məsuliyyət qoyula bilməz.
59. Bundan əlavə, məhkəmə iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 12 iyun tarixli və 2024-cü il 8 aprel tarixli ekspert rəylərinə istinad etmişdir. Həmin rəylər həqiqəti əks etdirmir. Belə ki, Ekspert rəy **-JU-*** dövlət nömrə nişanlı yük avtomaşının heç bir normal köhnəlmə (amortizasiya) hesablam ası aparılmadan həqiqəti əks etdirməyən rəy vermişdir. Məhkəmə həmin rəyə istinad etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Hesab edirik ki, qiymətləndirmə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna, Milli (AMQS) və Beynəlxalq (İVSC) Qiymətləndirmə Standartlarına, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmalı və həmin avtomobilə 4.900 manat bazar dəyəri müəyyən edilməli idi. Lakin ekspert həqiqəti əks etdirməyən 1 ton metallomun satış qiymətini 500 manat hesabı ilə götürərək, həqiqətə uyğun olmayan qiymətlərlə qiymətləndirmə aparmışdır. Ekspert həmin yük avtomaşınının heç bir normal köhnəlmə (amortizasiya) hesablaması aparılmadan həqiqəti əks etdirməyən rəy ve rmişdir. Belə ki, həmin avtomaşın 2012-ci ilin 7-ci ayında alınmışdır. Odur ki, həmin avtomaşına Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 114.3.2, 114.3.3 maddələrinə əsasən, 2021-ci ilin 7-ci ayından normal köhnəlmə (amortizasiya) hər bir il üçün aşınma faizi 25 % olmaqla aşağıdakı qaydada hesablanmalı idi. Həmin avtomaşınlar ağır ton yüklə, narahat yollarda yol çəkilişlərində istifadə olunduğu üçün hər bir ilə 25 % ilə hesablanmalıdır. 60. “SHAQMAN” markalı **-JU-*** dövlət nömrə nişanlı yük avtomaşın 2012-ci ilin 7-ci ayında alındığından, avtomaşının dəyəri normal köhnəlmə (amortizasiya) hesablanmaqla, 2021-ci ilin 7-ci ayına kimi dəyəri aşağıdakı cədvəldə göstərildiyi kimi hesablanmalıdır. - 1-ci il - 40.000 manat x 25 % 10.000 manat = 30.000 manat qalıq dəyəri; - 2-ci il - 30.000 manat x 25 % 7.500 manat = 22.500 manat qalıq dəyəri; - 3-cü il - 22.500 manat x 25 % 5.625 manat = 16.875 manat qalıq dəyəri; - 4-cü il - 16.875 manat x 25 % 4.219 manat = 12.656 manat qalıq dəyəri; - 5-ci il - 12.656 manat x 25 % 3.164 manat= 9.492 manat qalıq dəyəri; - 6-cı il - 9.492 manat x 25 % 2.373 manat = 7.119 manat qalıq dəyəri; - 7-ci il - 7.119 manat x 25 % 1.780 manat = 5.339 manat qalıq dəyəri; - 8-ci il - 5.339 manat x 25 % 1.335 manat = 4.004 manat qalıq dəyəri; - 9-cu il - 4.004 manat x 25 % 1.001 manat = 3.003 manat qalıq dəyəri; Buradan aydın olur ki, 1 maşının 2021-ci ilin 7-ci ayına kimi normal köhnəlmə (amortizasiya) hesablanaraq çıxılarsa, 1 maşının qalıq dəyəri 3.003 manat təşkil edəcək.
61. Yuxarıda qeyd etdiyimiz kimi məhkəmənin istinad etdiyi rəy həqiqəti əks etdirmir, ekspertin gəldiyi nəticə səhv olmuşdur. Tərəfimizdən təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verməyimizə baxmayaraq məhkəmə vəsatətimizi əsassız olaraq təmin edilməmişdir. **-JU-*** dövlət nömrə nişanlı avtomobilin dəyərinin hesablama qaydasının aparılması barədə tərəfimizdən məhkəməyə əsaslandırılmış cədvəl və "xxxx" MMC-nin rəyini təqdim etməyimizə baxmayaraq məhkəmə həmin rəyi mötəbər sübut kimi qiymət verməmişdir. Həmin rəyə sübut kimi qiymət verməməyini isə qətnaməsində əsaslandırmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
63. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq yalnız qarşılıqlı iddiada irəli sürülmüş **-JU-***, **-JU-***, **-JU-***, **-JU-***, **-JV-***, **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomaşınlarına dəymiş real zərər hissəsində yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
64. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
65. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəy yənləşdirilir.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə
697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri... 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qayta rılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır....” “Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır....” “Maddə
751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.”
66. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
114. Amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər 114.1. Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.... 114.3. Amortizasiya olunan aktivlər üzrə illik amortizasiya no rmaları aşağıdakı kimi müəyyən edilir:... 114.3.3. nəqliyyat vasitələri - 25 faizədək;...”
67. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qa nuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hər iki tərəfin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir. MMC-nin kassasiya şikayətinin dəlilləri üzrə:
69. Apellyasiya instansiyası məhkəməsi zərərin vurulduğunu təsdiq etsə də, məhkəmənin iddia müddətinin keçdiyini əsas kimi gətirərək iddianı rədd etməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi real zərərə dair iddia tələbini iddia müddətinin deyil, kəsici müddətin keçməsi əsası ilə rədd etmişdir. Ümumiyyətlə, kassator məhkəmənin həmin nəticəsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kəsici müddətin ötməsi ilə bağlı əsaslandırması və gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin müvafiq dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür. 70. 2016-cı ildən lizinq alanların (İddiaçı1 və İddiaçı2) heç bir ödəniş etmədən lizinqə verilmiş nəqliyyat vasitələrini lizinq verən MMC-yə qaytarmaqdan məqsədli şəkildə boyun qaçırmalarına, fərqli-fərqli predmetdə iddia qaldıraraq və məhkəmə qərarının qüvvəyə minməsini müxtəlif əsassız şikayətlər verməklə uzatmalarına, bilərəkdən lizinqə götürülmüş nəqliyyat vasitələrini gizli yolla özgəninkiləşdirmələrinə dair dəlillərə gəldikdə isə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi kəsici müddətin axımının başlanmasını tamamilə haqlı olaraq (MM-in 697.4-cü maddəsi – bax § 65) mübah isəli avtomobillərin icra məmuru tərəfindən müvafiq akta əsasən MMC-nin nümayəndəsinə təqdim olunduğu tarixdən hesablamışdır. Belə ki, MMC həmin tarixdən, yəni avtomobillər ona qaytarıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə məhkəməyə iddia verə bildiyi halda, bunu etməmiş, müddət ötürüldükdən sonra müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi hazırkı dəlillərdə göstərilən halların MMC tərəfindən qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməsinin qarşısını ala biləcəyinə dair nəticəyə gəlməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
71. Qaytarılmalı olan əmlakın artıq mövcud olmamasına dair dəlil bilavasitə işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ilə təkzib olunur. Belə ki, müb ahisələndirilən qətnamədən məlum olur ki, hazırda mübahisə predmeti olan avtomobillər müvafiq olaraq 2021-ci il 16 noyabr və 2022-ci il 26 iyul tarixli aktlara əsasən icra məmuru tərəfindən MMC-nin nümayəndəsinə təqdim edilmişdir.
72. Bundan əlavə, MM-nin kirayə müqavilələrinə aid müddəaların lizinq barəsində tətbiq edilməsinin MM-in 747-750-ci maddələrinin tələblərinə zidd olmaması şərti ilə mümkün olmasına, hazırkı işin hallarında isə lizinq predmetinin kirayələndiyinin nəzərdə tutulmamasına dair dəlillə əlaqədar qeyd olunur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, mübahisələndirilən avtomaşınlar lizinqə alanların mülkiyyətinə keçmədən lizinq verən tərəfindən geri alındığından apellyasiya instansiyası məhkəməsinin bu mübahisəyə əmlak kirayəsinə dair normaları tətbiq etməsi MM-in 751- ci maddəsinin (bax § 65) tələblərinə zidd olmamışdır. İddiaçı1 kassasiya şikayətinin dəlilləri üzrə: 73. **-JU-*** dövlət nömrə nişanlı avtomobilin icra məmuruna təhvil verildiyi yerdə uzun müddət nəzarətsiz qalması səbəbindən yağış və sair digər təbii proseslər nəticəsində qismən yararsız vəziyyətə düşməsinə, bunda İddiaçı1 təqsirinin olmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, həmin dəlillər bilavasitə işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ilə təkzib olunmaqdadır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş və işə baxan məhkəmələrin qətnamələrində istinad olunmuş 2022-ci il tarixli 2 sentyabr tarixli aktdan (elektron məhkəmə icraatı materiallarına əlavə edilən 38-ci sənəd) məlum olur ki, borclu İddiaçı1 tərəfi ndən müvafiq saxlama meydançasına yerləşdirilmiş həmin avtomobilin kabin qurğusu sökülmüş vəziyyətdə olmuş, akkumulyator və dövlət nömrə nişanları olmamışdır. Akt Nərimanov rayon icra şöbəsinin icra məmurları, borclu şəxs İddiaçı1 və hal şahidlərinin iştirakı ilə tərtib olunaraq tərəflərin, o cümlədən borclu İddiaçı1 özünün imzası ilə təsdiq edilmişdir.
74. Bundan əlavə, hazırkı iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsindən məlum olur ki, İddiaçı1 məhkəməyə verdiyi izahatında avtomobillərin yararsız vəziyyətə düşməsini qaytarılmamışdan əvvəlki uzun müddət ərzində açıq havada istifadəsiz qalması ilə izah etmiş, bununla da faktiki olaraq avtomobillərin məhz onların sahibliyində olduğu dövrdə yararsız vəziyyətdə düşməsini təsdiq etmişdir.
75. Belə olan təqdirdə isə, məhk əmə kollegiyası həmin avtomobilin yararsızlığını müəyyən etmiş ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquq əsas tapmır. Odur ki, sözügedən dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli hesab edilə bilməz.
76. Ekspert rəylərinin **-JU-*** dövlət nömrə nişanlı yük avtomaşının heç bir normal köhnəlmə (amortizasiya) hesablaması aparılmadan verilməsinə, bununla bağlı təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətin əsassız olaraq təmin edilməməsinə dair dəlillərlə də məhkəmə kollegiyası razılaşmır.
77. Belə ki, əvvəla, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin sözügedən vəsatətin təmin edilməməsinə dair qərardadda istinad etdiyi dəlillərdən biri həmin vəsatətdə göstərilən mübahisəli məqamlara ekspert tərəfindən münasibət bildirilməklə aydınlıq gətirilə bilməsinin mümkünlüyü olmuşdur (İİİ cild, i/v 71-89). Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, ekspert məhkəmə iclasına çağırılaraq dindirilmiş və o bildirmişdir ki, avtomobillərin dəyəri bazarda formalaşan qiymət ilə müəyyən edilir. Buna görə də avtomobillərin bazar qiyməti müəyyən edilərkən amortizasiya faizi tətbiq edilmir. Həmin əmlaka buraxılış ilinə uyğun qiymət müəyyən edilir. Eyni tipli mallar bazarda satışda olduqda onların dəyəri amortizasiya faizləri çıxılmaqla deyil, bazardakı qiymətlə müəyyənləşdirilir. Yararlı vəziyyətdə olan avtomobillər qiymətləndirilərkən ekspertiza mərkəzində olan məlumatlar və internet saytlarından istifadə edilir. Hazırkı halda i stifadə edilmiş, lakin istifadə edilməyə yararlı olan avtomobillərin qiyməti müəyyən edilmişdir. Baxış keçirilmiş avtomaşınlar yararsız vəziyyətdə olduğundan onların hazırkı vəziyyətdə bazar dəyəri hərəkətverici hissələrinin texniki vəziyyətinə uyğun qiymətləndirilmişdir.
78. Kassatorun istinad etdiyi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri üzrə 25%-lik amortizasiya normaları isə, məhkəmə kollegiyasının mövqeyinə görə, avtomobillərin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə deyil, vergitutma məqsədləri üçün istifadə olunur. Belə ki, həmin Məcəllənin 114.1-ci maddəsinin (bax § 66) məzmunundan aydın olur ki, vergi ödəyici olan fiziki şəxslərin sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər ü zrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.
79. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi amortizasiya normalarını nəzərə almadan ekspert rəyi ilə razılaşmaqla hər hansı hüquq pozuntusuna yol verməmişdir.
80. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 67) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 67) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
81. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun tarixli 2-2(103)-50/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Qarşılıqlı iddia üzrə iddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun tarixli 22(103)-50/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.