Məhkəmə qərarları › İş №2-2(102)-110/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-110/2019

27.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-110/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı-nin cavabdehlər Kayman Adalarının “X1” Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil1, cavabdeh Dövlət Neft Şirkətinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Kayman Adalarının “X1” Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı pul tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 04 oktyabr 2018-ci il tari xli 2-2(103)-441/2018 qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Kayman Adalarının “X1” şirkəti arasında neft çıxarma fəaliyyəti ilə bağlı qurğu və avadanlıqlarının icarəsinə dair 07.08.2009-cu il tarixli, KAOC.SER/055/09 saylı müqavilə bağlanılıb. Bu müqaviləyə edilən 30.12.2010-cu il tarixli, 2 saylı, 01.02.2012-ci il tarixli, 4 saylı, 10.01.2013-cü il tarixli, 6 saylı, 17.11.2014-cü il tarixli, 19 saylı Əlavələrə əsasən 07.08.2009-cu il tarixli, KAOC.SER/055/09 saylı müqavilənin son müddəti 31.12.2015-ci il tarixədək uzadılıb. 07.08.2009-cu il tarixli, KAOC.SER/05 5/09 saylı müqaviləyə edilən 1 saylı Əlavəyə, 10.10.2012-ci il tarixli, 5 saylı Əlavəyə, 31.01.2013-cü il tarixli, 7 saylı Əlavəyə, 01.03.2013-cü il tarixli, 8 saylı Əlavəyə, 01.04.2013-cü il tarixli, 9 saylı Əlavəyə, 30.06.2014-cü il tarixli, 16 saylı Əlavəyə, 31,07.2014-cü il tarixli, 17 saylı Əlavəyə, 30.11.2014-cü il tarixli, 18 saylı Əlavəyə, 30.01.2015-ci il tarixli, 20 saylı Əlavəyə, 27.02.2015-ci il tarixli, 21 saylı Əlavəyə, 31.03.2015-ci il tarixli, 22 saylı Əlavəyə əsasən həmin Əlavələrdə qeyd olunan qurğu və avadanlıqlar “X1” şirkətinə icarəyə verilib. Qeyd olunan avadanlıqlardan istismarı zamanı onların bir hissəsi quyularda qalıb və çıxarılması mümkün olmayıb. Bununla bağlı 17.05.2011-ci il tarixli, 20.06.2011-ci il tarixli, 21.06.2011-ci il tarixli, 03.10.2011-ci il tarixli, 28.05.2012-ci il tarixli, 09.07.2012-ci il tarixli, 28.12.2012-ci il 18.06.2013-cü il tarixli, 09.01.2014-cü il tarixli aktlar tərtib olunub. Bununla bağlı 17.05.2011-ci il tarixli, 20.06.2011-ci il tarixli, 21.06.2011-ci il tarixli, 21.06.2011-ci il tarixli, 03.10.2011-ci il tarixli, 28.05.2012-ci il tarixli, 09.07.2012-ci il tarixli, 28.12.2012-ci il tarixli, 18.06.2013-cü il tarixli, 09.01,2014-cü il tarixli aktlar tərtib olunmuşdur. Bunun nəticəsində icarəyə verən İddiaçı qeyd olunan avadanlıq və qurğularla yanaşı, həm də ötən müddət üçün onların icarə haqqından məhrum olunmuşdur. Bununla bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada müraciət olunsa da, “X1” şirkəti həmin qurğu və avadanlıqların dəyərini və icarə haqqını ödəməmişdir. Quyulardan çıxarılmayan qurğu və avadanlıqları n siyahısı, onların dəyəri, həmin avadanlıqların icarə haqqının həcmi 3330230,21 manat müəyyən edilmişdir. Cavabdeh xxxx MMC-yə məxsus 195400,23 manat həcmində avadanlıq və qurğuları qaytarmamış və 3134830,00 manat həcmində icarə haqqını ödəməmişdir. Nəticə etibarı ilə onun iddiaçı qarşısında 3330230,23 manat həcmində öhdəliyi yaranmışdır. İddiaçı "xxxx" MMC cavabdehlər Kayman Adalarının "X1" Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı Kayman Adalarının "X1" şirkətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən qaytarılmayan qurğu və avadanlıqların dəyəri olan 195400,23 manat pul vəsaitinin, həmin avadanlıqların icarəsi ilə bağlı 3134830,00 manat icarə haqqının, 300 manat tərcümə və notarial təsdiq xərclərinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 33305 60,23 manat pul vəsaitinin tutulub İddiaçı-yə ödənilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 17 may 2018-ci il tarixli iş № 2-2(81)-96/2018, (sədrlik edən hakim İ.Əhmədov) qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17 may 2018-ci il tarixli qətnamənin ləğv ediməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 04 oktyabr 2018-ci il tarixli iş № 2-2(103)-441/2018 (hakim lər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və M.Məmmədov) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin predmetini təşkil edən və dəyərinin ödənilməsinin cavabdehlərdən tələb olunduğu 32 ədəd avadanlıq və qurğunun mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması faktı işin mübahisəsiz hallarından birini təşkil edir və həm cavabdehlər, həm də məhkəmə tərəfindən qəbul olunur. Belə olduğu təqdirdə apelyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərini pozması aydın görünür. Belə ki, Mülki Məcəllənin 348.0.4-cü maddəsind ə aydın göstərilir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Apelyasiya instansiyası məhkəməsi nəinki yuxarıda qeyd edilən maddi hüquq normasını, həm də Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinin tələblərində ibarət prosessual hüquq normasını (qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir) pozub və bu düzgün olmamayan qətnamə çıxarılmasına səbəb olub. Tə rəflər arasında bağlanan 07 avqust 2009-cu il tarixli, KAOC.SER/055/06 saylı müqavilənin 2.1-ci maddəsinə əsasən icraçı təhvil-təslim aktlarında göstərilən əmlakı sifarişçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, sifarişçi isə həmin əmlakları müvəqqəti sahibliyinə və istifadəsinə qəbul etməyi öhdəsinə götürüb. 07 avqust 2009-cu il tarixli, KAOC.SER/055/06 saylı müqaviləyə dair 17 noyabr 2014-cü il tarixli, 19 saylı Əlavənin məzmunundan aydın görünür ki, həmin müqavilənin müddəti 31 dekabr 2015-ci il tarixədək uzadılıb. Beləliklə, 07 avqust 2009-cu il tarixli, KAOC.SER/055/06 saylı müqavilənin 3.3.11-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlər əmlakları 14 yanvar 2016-cı il tarixədək iddiaçıya qaytarmalı idilər. Müvafiq olaraq hazırkı müqavilə münasibətləri üzrə iddia müddə ti 15 yanvar 2016-cı il tarixdən başlanır və iddiaçının iddia ərizəsi ilə məhkəməyə 08 avqust 2017-ci il tarixdə müraciət etdiyini nəzərə alsaq, bu iqtisadi iş üzrə iddia müddətinin ötürülmədiyini aydın surətdə görmək olar. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 2-2(103)-441/2018 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və “xxxx” MMC-nin iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsind ə qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04 oktyabr 2018ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və “xxxx” MMC-nin iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 da, iddiaçının vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və “xxxx” MMC-nin iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdi r. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Neft Şirkətinin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Kayman Adalarının “X1” Şirkətinin nümayəndəsiNümayəndə2 məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İq tisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 04 oktyabr 2018-ci il tarixli, 2-2(103)-441/2018 saylı qətnamə ilə, apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2-2(81)-96/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.3, 375.2, 367.1, 377.1-ci maddələrinə, Mülki Pr osessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərilmiş dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının dəlilləri, onun qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin hazırkı mübahisəyə tətbiq edilməli olmaması və iddia müddətinin axımının başlama vaxtının düzgün müəyyən olunmaması ilə əlaqədardır ki, əslində bu iki dəlilin birinin digərinə zidd olması barizdir. Belə ki, iddiaçı birinci dəlilini əsaslandırmaq üçün Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad edir ki, həmin maddədə deyilir ki, iddia müddəti mülk iyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. İddiaçı ikinci dəlilini əsaslandırmağa çalışarkən isə, onun kasasiya şikayətindən göründüyü kimi, hər hansı bir maddi hüquq normasına istinad etmir və sadəcə yazır ki, “07 avqust 2009-cu il tarixli, KAOC.SER/055/06 saylı müqavilənin 3.3.11-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlər əmlakları 14 yanvar 2016-cı il tarixədək iddiaçıya qaytarmalı idilər. Müvafiq olaraq hazırkı müqavilə münasibətləri üzrə iddia müddəti 15 yanvar 2016-cı il tarixdən başlanır və iddiaçının iddia ərizəsi ilə məhkəməyə 08 avqust 2017-ci il tarixdə müraciət etdiyini nəzərə alsaq, bu iqtisadi iş üzrə iddia müddəti nin ötürülmədiyini aydın surətdə görmək olar”. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “X1” Şirkəti ilə İcraçı - “xxxx” MMC 07 avqust 2009-cu il tarixli, KAOC.SER/055/06 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə hazırkı müqavilə üzrə İcraçı Sifarişçinin tapşırığı ilə təhvil-təslim aktında göstərilən əmlakı hazırkı Müqavilənin 1 nömrəli Əlavənin formasına uyğun olaraq Sifarişçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi və öz riski altında verilmiş əmlakın servis xidməti üzrə işləri yerinə yetirməyi, Sifarişçi isə Əmlakı müvəqqəti sahibliyinə qəbul etməyi və yerinə yetirilmiş işlərini hazırkı müqavilədə nəzərdə tutulmuş qaydada, miqdarda və müddətdə ödəməyi öhdəsinə gö türmüşdür. Əmlakın Sifarişçiyə istehsal fəaliyyətinin yerinə yetirilməsi üçün verilməsi və tam komplektdə avadanlığın, o cümlədən ETSN qurğunun, yerüstü avadanlığın fasiləsiz istismarı üçün lazım olan vəziyyətdə təhvil verilməli olması razılaşdırılmışdır. Avadanlığın servis xidməti üzrə işlərin siyahısına: icraçının gücü və vəsaitləri ilə avadanlığın çatdırılması, avadanlığın quraşdırılması, yerüstü avadanlığın bağlanması, sınaq buraxılışın keçirilməsi, icraçının avadanlığı ilə təchiz edilmiş quyu rejiminə çıxarılması, iş prosesində texniki xidmət (o cümlədən Sifarişçinin sifarişinə əsasən qəza ilə dayanmış avadanlığın işə salınması), avadanlığın sökülməsi daxil edilmiş və icraçı tərəfindən təhvil və sifarişçi tərəfindən qəbulu təhvil-təslim aktına əsəsən həyata keçirilməsi nəzərdə tutul muşdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 07 avqust 2009-cu il tarixli KAOS.SER/055/09 nömrəli müqaviləyə olan 3 nömrəli Əlavədən göründüyü kimi, 7 avqust 2009-cu il tarixli KAOSSER/055/09 nömrəli müqavilə üzrə işlərin yerinə yetirilməsi prosesində “xxxx” MMC və “X1” arasında qarşılıqlı münasibətlər Reqlamenti təşkilatların məsuliyyət həddini müəyyən etmiş və 07 avqust 2009-cu il tarixli “KAOS.SER/055/09 nömrəli müqaviləyə əsasən UETSN-in yerüstü və daldırılan təchizatın (quyunun) montajı-sökülməsi, endirilməsi-qaldırılması, nümunəvi buraxılışı, rejimə çıxarılması və istismarı zamanı servis xidmətini yerinə yetirən “xxxx” MMC və "X1” arasında qarşılıqlı münasibətlərin təyin etmişdir. Reqlament İcraçı və Sifarişçi üçün məcburi rəhbər edici sənədidi r. Tərəflər qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə, texniki şərtlərə, UETSN üzərində istismarı üzrə rəhbərliyinə, texnoloji proseslərə, qüvvədə olan Müqaviləyə və hazırkı Reqlamentə əsaslanırlar. Hazırkı Reqlament imzalandığı andan qüvvəyə minir və Müqavilədə müəyyən edilən müddətdə qüvvədədir və onun ayrılmaz hissəsidir. Müqaviləyə onun qüvvədə olma müddəti, habelə müqavilənin predmeti ilə bağlı bir sıra əlavə və dəyişikliklər edilmişdir. Müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2015-ci ilə qədər uzadılmışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Karasu” ƏŞ ilə “xxxx” MMC arasında təsdiq olunmuş 17 may 2011-ci il tarixli Aktdan görünür ki, 14 aprel 2011-ci ildə Mışovdağ” yatağ ında 730 saylı quyuda “Karasu” ƏŞ tərəfindən aşağıdakı tərkibdə qurğu işə salınmış, qurğu 31 gün işlədikdən sonra Rizol.-0 ilə əlaqədar olaraq dayanma baş vermişdir Avadanlıq sökülərkən giriş modulunun boynunda sınıq aşkar edilmişdir. Bu səbəbdən hidromüdafiə ПРК54M zav.090800339, elektrik mühərriki 9ПЭДK 40117 zav.100400024 adlı avadanlığın sıradan çıxması baş vermişdir. “Karasu” ƏŞ QYT briqadası tərəfindən quyuda qalmış avadanlığın qaldırılması əməliyyatı aparılmışdır. Aparılan əməliyyat nəticə verməmişdir. Giriş modulunun boynunda sınığın səbəbi aydınlaşdırılmamışdır, ona görə də avadanlıq araşdırma aparılması üçün APS bazasına göndərilmişdir). Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Karasu” ƏŞ ilə “xxxx” MMC arasında təsdiq olunmuş 20 iyun 2 011-ci il tarixli Aktdan görünür ki, 24 noyabr 2009-cu ildə Mışovdağ yatağında 864 saylı quyuda “Karasu” ƏŞ tərəfindən nasos ЭЦНДИК 5A 200-1250, qaz separatoru ГCA 5A, giriş modulu 10MBK130, mühərrik ЭДБК 70117B, hidromüdafiə 1ПБ392AK, adlı qurğu işə salınmış, qaz separatorunun yivindən qırılma səbəbi aydınlaşdırılmamış, ona görə də avadanlıq araşdırma aparılması üçün APS bazasına göndərilmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 22 iyun 2011-ci il tarixli Aktdan görünür ki, 22 iyun 2011-ci ildə “xxxx” MMC-nin Elektron cihaz və qurğuların təmiri sexində “Karasu” ƏŞ Mışovdağ yatağındakı 381 saylı quyuda 16 may 2011-ci ildə sıradan çıxmış 201 ЭЦНА5-80-1370 nasosu komissiyasının iştirakı ilə sökülmüşdür. Sıradan çıxma giriş modulunun materialını n keyfiyyətsiz olması ilə əlaqədar olaraq baş vermişdir. Komissiyasının iştirakı ilə sökülmə zamanı istehsalçı «xxxx» MMC nümayəndəsi iştirak etməmişdir. Təqsirli tərəf istehsalçı zavoddur. “Karasu” ƏŞ ilə “xxxx” MMC arasında təsdiq olunmuş 03 oktyabr 2011-ci il tarixli Aktdan görünür ki, 20 may 2011-ci ildə Mışovdağ yatağında nasos 201 ЭЦН 5 160-1350, giriş modulu MB5 A, mühərrik 9.8.4ЭДБК 63-11785, hidromüdafiə 1 QK57647 saylı qurğu quyuda qalmışdır. “Karasu” ƏŞ ilə “xxxx” MMC arasında təsdiq olunmuş 09 iyul 2012-ci il tarixli Aktdan görünür ki, Mışovdağ yatağındakı 849 saylı quyusunda qalmış 222УЭЦНАКИ5A ***-**** qurğusu “xxxx” MMC-nin balansındadır və Sifarişçiyə prokat müqaviləsi şərti ilə verilmişdir. Bu akt 222УЭЦНАКИ5A ***-**** qurğusunun yuxarıda göstərilən komplekt halında “xxxx” MMC-nin təsərrüfat dövriyyəsindən çıxarılmasını və Sifarişçi tərəfindən zay olmuş avadanlığın əvəzinin ödənilməsi barədə qərar qəbul etməsini təsdiq edir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 18 iyun 2013-cü il tarixli Aktdan görünür ki, “Karasu ƏŞ-nin Mışovdağ yatağındakı 966 saylı quyusunda qalmış GÜNA5 125-1250 qurğusu “xxxx” MMC-nin balansındadır və Sifarişçiyə prokat müqaviləsi şərti ilə verilmişdir. Bu akt mühərrikin, TMCP sisteminin, 150 m kabel xəttinin və 20 m uzadıcının “xxxx” MMC-nin təsərrüfat dövriyyəsindən çıxarılmasını təsdiq edir. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, 2010–2013-cü illərdə 381, 575, 647, 730, 814, 849, 864, 966 saylı quyularda baş vermiş qəzalar nəticəsində avadanlıqların batmış olması iddiaçıya həmin vaxtdan məlum olmuşdur. Lakin o, həmin vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra avadanlıqların qaytarılmasını tələb etmiş, belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia müddəti iddiaçı “xxxx” MMC tərəfindən üzrlü səbəb olmadan buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə müvafiq olaraq müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müdd əti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən Müqavilənin məzmununa əsasən, Sifarişçi / Şirkət avadanlığın endirib-qaldırma əməliyyatlarını həyata keçirmək və Sifarişçi / Şirkət quyunun istismarı dayandırıldıqdan son ra 5 gündən gec olmayan müddət ərzində İcraçıya / Cəmiyyətə bu haqda məlumat vermək və İcraçının iştirak ilə avadanlığı quyudan çıxarmaq öhdəliyi daşıyır. Bununla yanaşı, avadanlığın sökülməsi də iddiaçının öhdəliyindədir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, işin sözügedən hallarını nəzərə alaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsi hazırkı halda tətbiq edilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 04 oktyabr 2018-ci il tarixli, 22(103)-441/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar