Məhkəmə qərarları › İş №2-2(102)-110/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-110/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-110/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Məmmədov Vidadi Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s.” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2( 106)-110/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 31 yanvar tarixli 24-MZ22-0-53-20 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya illik 25 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 20.000 manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 2020-ci il 31 yanvar tarixli 24 MZ2-2-0-53-20(1) saylı və 2020-ci il 31 yanvar tarixli 24-MZ2-2-0-53-20(2) saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər 2020-ci il 31 ya nvar tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.

3. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 19 may tarixli Əlavə sazişə əsasən, tərəflər arasında bağlanmış 2020-ci il 31 yanvar tarixli 24-MZ2-2-0-53-20 nömrəli kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqavilə ilə kreditin müddəti 2022-ci il 25 aprel tarixinədək uzadılmışdır. Eyni tarixdə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə də zaminlik müqavilələri yenilənmişdir.

4. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 30 oktyabr tarixli Əlavə sazişdən görünür ki, tərəflər arasında bağlanmış 2020-ci il 31 yanvar tarixli 24-MZ2-2-0-5320 nömrəli kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqavilə ilə kreditin müddəti 2022-ci il 25 iyul tarixinədək uzadılmışdır. Eyni tarixdə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə də müqavilə yenilənmişdir.

5. İddiaçı ASC tərəfindən tərtib edilmiş 2022-ci il 16 noyabr tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 2020-ci il 31 yanvar tarixli kredit müqaviləsi üzrə 19.602.1 manat əsas, 12.497,95 manat faiz və 6.816,49 manat cərimə borcu olmaqla, ümumilikdə 39.217,74 manat borcu vardır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2021-ci il 13 sentyabr tarixində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərə k qaydada iddiaçının xeyrinə 2020-ci il 31 yanvar tarixli kredit müqaviləsi üzrə 19.602,1 AZN əsas borcun, 12.497,95 AZN faiz borcun, 6.816,49 AZN cərimə borcun, 301,2 AZN illik 5% hesablanmış əldən çıxmış fayda olmaqla, ümumilikdə 39.217,74 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin halları ilə əsaslandırılmış (bax §§ 1-4) və əlavə olaraq qeyd olunmuşdur ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır ona görə də borcu vardır.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 17 fevral tarixli 9/630 saylı ekspert rəyində qeyd edilmişdir ki, 2020-ci i l 31 yanvar tarixli 24 MZ2-2-0-53-20 saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi 2022-ci il 16 noyabr tarixinə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 30.891,72 manat (əsas kredit borcu 19.602,1 manat, faiz borcu 10.987 manat, faiz borcu 5% ilə 302,62 manat) müəyyən edilir.

9. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli 2-2(121)-61/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 19.602,10 manat əsas borc, 10.987 manat faiz borcu, 700 manat cərimə borcu, illik 5 faizlə hesablanmış 301,20 manat faiz borcu və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 31.610,30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edi lmişdir (hakim – E.Abdullayev).

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh1 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.

11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 17 fevral tarixli 9/630 saylı ekspert rəyi ilə (bax § 8) razılaşaraq qeyd etmişdir ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara, işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, əsas borcun tutulması hissəsində iddia tam, faiz borcun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Bundan əlavə, dəbbə pulunun tutulması hissəsində işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 700 manat məbləğində dəbbə pulu tutulmalıdır.

13. Eyni zamanda Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır.

14. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 2022-ci il 25 iyul tari xində bitdiyindən, həmin kredit müqaviləsinin ləğvi barədə tələbin məhkəmədə mahiyyəti üzrə baxılması zərurət aradan qalxmışdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir.

15. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 442, 460.1, 462.1, 462.3, 467, 470.1, 472.2, 739.1, 739.2-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1, 217.4, 226.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin q ətnamənin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, faiz və cərimə borcunun azaldılaraq real olaraq müqavilə şərtlərinə əsasən təkrar ekspertiza keçirilməklə, yenidən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2(106)-110/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – P.Əhmədov və T.Kərimov).

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən - faiz və cərimə borcuna dair hissələrdə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir.

19. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və ekspert rəyinə əsasən də (bax § 8), iddianı qismən təmin etmişdir.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf faiz və cərimə borcunun düzgün hesablamadığını qeyd etsə də, müraciətini tam olaraq əsaslandırmamış və zəruri sübutlarını şikayətinə əlavə etməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları il ə əsaslandırmışdır (bax § 15).

22. Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 385, 442, 739.1, 739.2-ci maddələri üzrə - 2020-ci il 31 yanvar tarixli kredit müqaviləsi üzrə kreditin müddəti sonradan bağlanmış sazişlərə əsasən 2022-ci il 25 iyul tarixədək uzadılmışdır. Lakin 2022-ci ilin mart ayında COVİD 19 pandemiyası yarandığı üçün o, işləyə bilməmiş və krediti ödəyə bilməmişdir. Lakin kreditdən müəyyən ödənişlər olmuşdur. Bununla belə məhkəmə araşdırması düzgün aparılmamışdır. Bank ilkin olaraq cavabdehə qarşı Masallı Rayon Məhkəməsinə müraciət et miş və ondan 6.425,63 manat faiz borcu tələb etmişdir. Sonradan iş aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilmiş və tələb olunan faiz borcu şişərək 12.497,95 manat olmuşdur. Halbuki faiz borcu müqavilə müddətinin son tarixinə kimi hesablana bilərdi. Lakin faiz borcu həddindən artıq yüksək hesablanmışdır. Müqavilə ümumilikdə 2 il müddətinə bağlanmışdır, 2 il 25 faizlə faiz borcu cəmi hesablanaraq 8.000 manat edir, cavabdehin ödənişlərinin çox hissəsi faizdən çıxılmışdır ki, belə olan halda faiz borcu daha aşağı olmalıdır, lakin hazırda ondan 10.987 manat faiz borcu tutulmuşdur. Belə məbləğin yaranması mümkün və real deyildir. Lakin məhkəmə qeyd olunan halları araşdırmamış, kassatordan artıq pul tutmuşdur. Həmçinin müqavilə müddəti 2022-ci il 25 iyul tarixində bitmiş, lakin ekspert rəyin də borc 2022-ci il 16 noyabr tarixinə hesablanmışdır. Bu da ekspertiza tədqiqatının düzgün aparılmadığını göstərir. Bundan başqa, cərimə borcu həddindən artıq yüksəkdir, cavabdehin maddi vəziyyətinin pis olması ilə əlaqədar cərimə borcunun silinməsi xahiş olunur. Ümumiyyətlə əsas borcun yarısı qədər faiz borcunun olması mümkün deyildir.

24. MPM-in 14, 77, 88, 97, 388, 389 və 390-cı maddələri üzrə - Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmiş, təkrar olaraq ekspertiza tədqiqatı keçirilməmişdir. Halbuki borc məbləği müqavilə müddəti bitdikdən sonra hesablana bilməzdi. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

26. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məc əlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətd ə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kr editoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti... 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....”

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi Halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştir ak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlə ri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

31. Faiz və cərimə borcunun düzgün hesablanmaması ilə bağlı olan eyni məzmunlu dəlillər apellyasiya instansiyasında da bildirilmiş, lakin a pellyasiya instansiyası məhkəməsi iş üzrə alınmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsasında nəticəyə gələn birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmiş, həmçinin əlavə olaraq göstərmişdir ki, cavabdeh tərəf müraciətini tam olaraq əsaslandırmamış və zəruri sübutlarını şikayətinə əlavə etməmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmamaq üçün hər hansı əsas tapmır.

33. Belə ki, cavabdeh tərəf öz dəlillərində ekspert rəyini mübahisələndirsə də, iş materiallarından görünür ki, həmin rəy verildikdən sonra, üzrlü səbəblər gətirmədən birinci instansiya məhkəməsinin heç bir iclasında iştirak etməmiş, eləcə də həmin rəyə dair məhkəməyə hər hansı yazılı və ya şifahi etirazını bildirməmiş, öz etirazlarını yalnız apellyasiy a şikayətində göstərmiş, bu zaman öz mövqeyini əsaslandırmaq üçün yalnız ümumi xarakterli ifadə və cümlələrlə kifayətlənmişdir.

34. Halbuki MPM-in 78.1-ci maddəsinin (bax § 29) tələblərinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. Bundan başqa, MPM-in 372.2-ci maddəsinin (bax § 29) məzmunundan aydın olur ki, yeni sübutlar apellyasiya instansiyası məhkəm əsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

36. Cavabdeh isə, yuxarıda qeyd olunduğu kimi, ekspert rəyinin əsassızlığı bağlı dəlillərini yalnız apellyasiya şikayətində bildirmiş, lakin həmin sübutları birinci instansiya məhkəməsinə hansı səbəb(lər)dən təqdim etməməsini heç cür əsaslandırmamışdır.

37. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri əsaslı hesab etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

38. Məhkəmə kollegiyası hesablanmış cərimə borcu ilə əlaqədar onu da bildirməyi zəruri hesab edir ki, iddia ərizəsində 6.816,49 AZN cərimə borcu hesablansa da, məhkəmə qətnam əsi ilə cavabdehdən cəmi 700 manat cərimə tutulmuşdur. Bu da qətnamə ilə tutulan əsas borcun (19.602.10 manat) cəmi 3,6 faizini təşkil edir.

39. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilə cavabdehdən tutulan cərimə borcunun həcmi MM-in 467-ci maddəsinin (bax § 28) tələbinə, habelə formalaşmış məhkəmə təcrübəsinə uyğun şəkildə ədalətlə müəyyən edilmişdir.

40. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 29) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 29) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2(106)-110/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 oktyabr tarixli 2-2(106)-110/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar