Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-110/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı ilk, Cavabdeh3 MMC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddiadan imtina olunması, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviç oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “pul tələbi”nə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul və s.” tələbi barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-951/2024 nömrəli qətnaməsindən İddiaçı MMC və Cavabdeh3 MMC tərəfindən verilmiş iddiadan imtina barədə ərizələrini nəzərdən keçirilərək aşağıdakı qərardad qəbul edilmişdir. İş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 9 aprel tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 ASC (bundan sonra – “ASC”) və Cavabdeh2 MMC-dən (bundan sonra – “MMC”), “Ticarət binası”nın 5-ci mərtəbəsinin üstündə qanunsuz olaraq tikilmiş, ticarət binasının 6-cı mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində “Əyləncə mərkəzi”nin təmiri və avadanl ıqlarının alınması üçün xərclənmiş 299.600 manatın, eləcə də ASC və MMC-dən sonuncu ilə iddiaçı arasında 2022-ci il 11 fevral tarixli icarə müqaviləsinin (bundan sonra – “icarə müqaviləsi) bağlanması üçün X1 tərəfindən nağd olaraq alınmış 20.000 manatın, həmçinin ASC-dən və MMC-dən icarə müqaviləsi əsasında 13 ay müddətində S.Abdullayeva tərəfindən icarə haqqı adı ilə nağd olaraq alınmış 52.000 manatın, eyni zamanda ASC, MMC və Cavabdeh3 MMC-dən (bundan sonra – “qarşılıqlı iddiaçı”) sonuncu ilə iddiaçı arasında 2023-cü il 1 mart tarixli icarə müqaviləsinin bağlanması üçün S.Abdullayevanın nağd olaraq almış olduğu 5.000 manatın, cavabdehlərdən sonuncu icarə müqaviləsi əsasında icarə haqqı adı ilə köçürmə və nağd olaraq almış olduqları 60.000 manatın, o cümlədən cavabdehlərdən “Razılaşma” ad ı ilə nağd olaraq almış olduqları 215.315 manatın, kommunal xərcləri adı ilə almış olduqları 5.400 manatın, faiz adı ilə almış olduqları 2.000 manatın, 2023-cü il 27 noyabr tarixli “Bildirişlə” hədə-qorxu gələrək almış olduqları 1.500 manatın, digər tərəfdən də məhkəmə rüsumu olaraq ödənilmiş 937 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qarşılıqlı iddiaçı iddia ərizəsi və iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ilk iddianın təmin edilməməsi, 13.735 manat icarə haqqının, 9.000 manat ƏDV-nin, 15.000 manat binanın istismarı ilə bağlı xərcin, 4.504 manat elektrik enerjisindən, 284 manat sudan və 922 manat qazdan istifadə üzrə borc olmaqla cəmi 43.445 manatın iddiaçıdan tutularaq qarşılıqlı iddiaçının xeyrin ə ödənilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının H-5 mərtəbəsində yerləşən ümumi sahəsi 2500 m2 olan qeyri-yaşayış sahəsinin (bundan sonra – “qeyri-yaşayış sahəsi”) iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya geri təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 iyun tarixli e-2-2(113)-2980/2024 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək iddiaçıdan 13.735 manat icarə haqqı, 8.100 manat ƏDV məbləği, 15.000 manat binanın istismarı ilə bağlı xərc, elektrik enerjisindən istifadə borcuna görə 4.504 manat, sudan istifadə borcuna görə 284 manat, qazdan istifadə borcuna görə 922 manat olmaqla ümumilikd ə 42.545 manat tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi və qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakim – Günay Namazova).
4. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək ilk iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-951/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).
6. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayəti icraata qəbul edilmiş, iş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxışa təyin edilmişdir.
8. Sonradan iddiaçı və qarşılıqlı iddiaçı elektron məhkəmə sisteminə ayrı-ayrılıqda eyni məzmunlu ərizələr daxil edərək bildirmişlər ki, aralarında razılıq əldə olunduğuna görə öz iddialarından imtina edirlər və buna görə də hazırkı ərizələrinin qəbul edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barış ıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə
261. İcraata xitam verilmə əsasları... 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;...” “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə müb ahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir....” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər....”
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir: “….dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası MPM-nin 261.0.4-cü maddəsinin (bax § 9) tələblərinə əsasl anaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla iddiadan imtina edilməsi iddiaçının hüququ olaraq müəyyən edilmişdir. Əgər iddiadan imtina edilirsə, o zaman kassasiya instansiyası məhkəməsi MPM-in 417.1.5-ci maddəsinə (bax § 9) əsasən, iş üzrə icraata xitam verə bilər. MPM-in 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
12. Nəzərə alınmalıdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaş dırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarı - bax § 10).
13. O da qeyd olunmalıdır ki, MPM-in 52.5-ci maddəsinin (bax § 9) tələblərinə görə, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyə ti üzrə baxır.
14. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda kassator olan ilk iddiaçının, habelə qarşılıqlı iddiaçının öz iddialarından imtinalarının qəbul edilməməsi üçün hər hansı prosessual əsas mövcud deyildir; bu səbəbdən də həmin imtinalar qəbul edilməli və apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi MPM-nin 417.1.5-ci maddəsində (bax § 9) nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
15. Şərh edilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin və qarşılıqlı iddiaçı Cavabdeh3 MMC-nin uyğun olaraq iddiadan və qarşılıqlı iddiadan imtinaları qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 22( 103)-951/2024 nömrəli qətnaməsi ləğv edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.