Məhkəmə qərarları › İş №2-2(102)-111/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-111/2020

17.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-111/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nincavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarədə olan torpaq sahəsindən qaz boru xəttinin keçməsi ilə bağlı nar ağacları və suvarma sisteminə dəyən ziyan tələbi (iş № 2-2(102)-111/2020) Bakı şəhəri xx xxxx 2020-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X12, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Nümayəndə, cavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinin nümayəndəsi X5, vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra həm də iddi açı) cavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə (bundan sonra həm də cavabdeh) qarşı (üçüncü şəxs: Goranboy rayon İcra Hakimiyyəti)“kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-649/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Goranboy rayon icra Hakimiyyəti başçısının 42 saylı xx xxxx 2004-cü il tarixli sərəncamına əsasən rayonun dövlət ehtiyat fondu torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə İddiaçı MMC-yə 400 ha torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, eyni t arixdə Goranboy rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən rayonun dövlət ehtiyat fondu torpaqlarında nar və digər meyvə ağaclarından ibarət bağın salınması və meyvə şirəsi istehsalı sexinin yaradılması məqsədilə MMC-yə 400 ha torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur; Goranboy rayonunun DEF torpaq sahəsinə aid sözügedən 400 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin istifadə hüququ dövlət qeydiyyatına alınmaqla MMC-nin adına JN 4634 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə verilmiş, şəhadətnaməyə görə, İddiaçı MMC-yə ayrılmış 400 ha torpaq sahəsi üç hissədən ibarət olmaqla şərti olaraq 4634, 4634A və 4634B saylı konturları ilə təsvir edilmişdir; Daşı nmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət Reyestrindən 816 nömrəli xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 saylı xx.xx.2004-cü il tarixli şəhadətnamə əsasında 400 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hüququn sahibi İddiaçı MMC müəyyən edilmişdir. İddiaçıya görə Goranboy rayonunun DEF torpaq sahəsinə aid 3 hissədən ibarət sözügedən 400 ha torpaq sahəsi üzərində İddiaçı MMC tərəfindən nar plantasiyası salınmış və damcılı suvarma sistemi quraşdırılmışdır; “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrut Goranboy rayonuna düşən hissəsində dövlət m ülkiyyətində olan və x xxxxx 2004-cü il tarixli JN-4634 “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməyə əsasən İddiaçı MMC-nin istifadəsinə verilmiş 4634 saylı kontur ilə qeyd olunan torpaq sahəsindən keçdiyi müəyyən edilmiş və bu səbəbdən Goranboy rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında həmin torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı X31 Kəməri Şirkətinin (“CQBKŞ”) xeyrinə məhdudlaşdırılması məqsədilə xx xxxxxx 2016-cı il tarixli “torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə imzalamış, müqavilənin şərtlərinə əsasən, İddiaçı MMC müqavilədə qeyd edilən müddət ərzində sözügedən torpaq sahəsi üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi, dövlət isə İddiaç ı MMC-yə müvafiq kompensasiya ödəməyi öhdəsinə götürmüşdür; Müqaviləyə əlavə edilmiş sənədlərdə təsir altına düşən ərazi, torpaq sahəsinin kodu, sahənin 5,15069 ha olması qeyd edilmişdir. “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” xx xxxxxx 2016-cı il tarixli müqaviləyə 1 saylı Qoşmadan görünür ki, tikinti dəhlizi JN-4634 nömrəli Şəhadətnamə əsasında İddiaçı MMC-nin istifadəsində olan 080500005aS (U), 080500005bS (U), 080500005S (U), 080500010S (U) və 080500011S (U) kodlu ümumi sahəsi 5,15069 ha-dan ibarət torpaq sahələrindən keçir, həmin torpaq sahəsi üzərində bir ildən çox yaşı olan cəmi 2200 ədəd bar verən nar kolları ilə bağlı kompensasiya məbləği 1.999.800 manat, tikinti dəhlizi torpağına dəyəcək ziyan olaraq 16.225 manat və tikinti işləri və əmlaka (suvarma siste mindən ibarət əmlak) dəyən ziyan 1.083.975 manat olmaqla ümumilikdə 3.100.000 manat məbləğində kompensasiya İddiaçı MMC-yə ödənilmişdir; Daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxxxx 2016-cı il tarixli Çıxarışdan görünür ki, Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və X31 Kəməri Şirkəti arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə xx.xx.2015-ci il tarixli 2 saylı Əlavəyə əsasən xx.xx.2066-ci il tarixədək X31 Kəməri Şirkətinin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir; Daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2016-cı il tarixli Çıxarışdan görünür ki, Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 4,26017 ha torpaq sahəsi Azərbaycan Respublikas ı Sənaye və Energetika Nazirliyi və X31 Kəməri Şirkəti arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə xx.xx.2016-cı il tarixli 3 saylı Əlavəyə əsasən xx.xx.21016-xx.xx.2066-ci il tarixədək X31 Kəməri Şirkətinin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir; İddiaçı MMC tərəfindən 7 saylı Bərdə L.T.İ-nin rəisinə ünvanlanmış xx xxxx 2016-cı il tarixli 49 nömrəli məktubu, “Kadastr və Yerquruluşu Layihə-Təhqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2016-cı il tarixdə ödənilmiş 1.032 manat və xx.xx.2016-cı il tarixdə ödənilmiş 310 manat məbləğini əks etdirən qəbzlər, habelə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2016-cı il tarixli **********897 saylı məktubu əsasında ƏMDK-nın 11 saylı Ərazi Şöbəsinin məsləhətçisi Nemət Qasımov, 7 saylı Bərdə L. T.İ-nin mühəndisləri Rəfayıl Tanrıverdiyev və Rövşən Babayevin iştirakları ilə İddiaçı MMC-yə verilmiş şəhadətnamə əsasında ərazinin sərhədlərinin qonşu təsərrüfatlarının dövlət aktı ilə sənədlər əsasında aydınlaşdırılmış, sözügedən İddiaçı MMC-yə aid üç hissədən ibarət olan 400 ha torpaq sahəsinin 3-cü hissəsi olan, yəni 4634 saylı konturun yerə köçürmə işi həyata keçirilmiş, əsas istinad nöqtəsi olaraq Gəncə-Bakı şosse yolunun qorunma zolağı nəzərə alınaraq sxemdə A-B nöqtəsi təyin olunmuş, CPS aləti vasitəsi ilə iş tam başa çatdırılmış, döngə nöqtələrinə taxta reykalar vurulmuş, digər qonşu mülkiyyətçilər arasında heç bir mübahisə yaranmamış və bununla bağlı xx xxxx 2016-cı il tarixli akt tərtib olunmuşdur; Əmlak Məsələləri Dövlət Komitəsinin BP Xəzər Mərkəzinə ünvanlanmış x xxxx 2017ci il tarixli məktubuna əsasən, xəritədə ********* S kimi kodlaşdırılmış sözügedən torpaq sahəsi Goranboy rayon İcra Hakimiyyətinə məxsus dövlət torpaq sahəsi kimi qeyd olunmuş və X31 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları daxilində yerləşir, həmin torpaq sahəsi İddiaçı MMC-nin xeyrinə yüklü edilməmişdir; Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 3 saylı Hüquq Məsləhətxanasına ünvanlanmış x xxxx 2017-ci il tarixli məktubuna görə, qeyd olunan ********* S kimi kodlaşdırılmış torpaq sahəsi barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində hər hansı məlumat mövcud deyildir. Qeyd olunan ərazinin koordinatları və yaxud situasiya planı təqdim edildikdən sonra məsələyə baxıla bi lər; İddiaçı MMC-nin xx.xx.2016-cı il tarixli 03-18-113 saylı məktubla müraciət edərək istifadəsinə verilmiş torpaq sahəsində nar ağaclarının yaşının və əkilmə vaxtının elmitexniki üsullardan istifadə etməklə müəyyən edilməsi üçün cəmiyyətin hesabına ekspertiza keçirilməsini xahiş etmiş, bununla əlaqədar Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri dosent X6 sözügedən şirkətin hesabına və BP şirkətinin nümayəndələrinin iştirakı ilə xx xxxxxxx 2016-cı il tarixdə nar bağında ekspertiza keçirmiş və rəyində göstərmişdir ki, “xx.xx.2016-cı il tarixində MMC-nin torpaq sahəsinin CQBKGL tikinti dəhlizinin təsirinə məruz qalan hissəsinə baxış keçirərkən müəyyən etdik ki, sözügedən ərazidə 6-7 il bundan əvvəl əkilmiş nar kollarının hündürlüyü 1,0-1,5-2,0-2,5 metrdir. 1421 ədəd sağlam nar kol larından 214 ədədi bar verməyəndir. Eyni zamanda sonradan əraziyə köçürülən nar kollarının 906 ədədi qaralaraq qurumuşdur. Baxış keçirərkən nar kollarının sayılmasında CQBKGL BP şirkətinin nümayəndələri Sailov Əsəd, Əsədov Hüseyn, Vəliyev Tural, Kazımov Aydın və Luis Nava iştirak etdilər. Damcılı suvarma sistemi quraşdırılmış ərazidə nar kolları aqrotexniki qaydalara riayət etməklə əkilmişdir. Cərgə və bitkilər arası məsafələr normaldır. Lakin, yaxşı xidmət olunmadığına görə nar kollarının yarpaqları saralmış, çox hissəsi tökülmüşdür və sahə hədsiz alaqlıdır. Kolların üzərində olan meyvələr cılızdır və əksəriyyəti partlamışdır. Bunun səbəbini şirkətin nümayəndəsi kəmərin ərazidən keçməsinə görə qulluq işlərinin aparılmaması ilə izah etdi. Onu da qeyd edim ki, sözü gedən əraziyə xx.xx.2016- ci il tarixdə CQBKGL BP şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının bir ay əvvəl bu sahəyə köçürüldüyünü müəyyən etmişdik. Çünki seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarını əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Lakin həmin dövrdə baxış keçirdiyimiz ərazidə nar kollarının miqdarının nə qədər olmasını müəyyən etməmişdik. Yəni nə qədəri daimi və nə qədəri təzə köçürülmüşdür”; Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 7 saylı Bərdə L.T.İ-nin x xxxxxxxx 2017-ci il tarixli, 7/483 saylı mütəxəssis rəyində göstərilmişdir ki, “... “Torpaqdan müvəqqəti istifadə hüququ”na dair x xxxxx 2004-cü il tarixli, JN-4634 nömrəli Şəhadətnaməyə əsasən Goranboy Rayon İcra Hakimiyyəti başçısının 24.03 2004-cü il tarixli 42 saylı sərəncamı və 24.03 2004-cü il tar ixli 02 saylı icarə müqaviləsi ilə Goranboy rayonunun DEF torpaq sahəsindən meyvə ağaclarından ibarət bağ salınması, meyvə şirəsi istehsalı sexinin tikintisi üçün İddiaçı MMC-yə müvəqqəti istifadə üçün ayrılmış 400 ha torpaq sahəsinin sərhədləri ilə Goranboy rayonu ərazisində yerləşən ********* S kimi kodlaşdırılmış torpaq sahəsinin əhatə edilib-edilməməsini müəyyənləşdirmək məqsədi ilə Şəhadətnamədə göstərilən 400 ha torpaq sahəsini yer üzərinə köçürmək üçün həmin torpaq sahəsi ilə qonşu olan Goranboy rayonu Borsunlu kənd İ.Ə.D-nin yerquruluşu planından və mübahisələndirilən ərazinin yerləşdiyi Goranboy rayonunun keçmiş 1600 başlıq X4 Dövlət Torpaq Uçotuna aid yerquruluşu planından istifadə etməklə həmin planda göstərilən Gəncə-Bakı şosse yoluna istinad edərək tərəfimizdən Şəhadətnamədə g östərilən torpaq sahəsi yer üzərinə köçürüldükdə məlum oldu ki, İddiaçı MMC-yə JN4634 saylı Şəhadətnamə ilə 3 konturdan ibarət olub birinci hissəsi 4634 nömrəli, ikinci hissəsi 4634 A nömrəli və üçüncü hissəsi isə 4634 C olmaqla 400 ha torpaq sahəsi verilmişdir. “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin və ona paralel olaraq həyata keçirilməkdə olan X3 layihəsinin dəhlizi də məhz həmin ərazidən keçir. “Bakı-TiflisCeyhan” Neft boru kəmərinin və ona paralel olaraq keçirilməkdə olan X3 layihəsinin dəhlizi “Torpaqdan olan Müvəqqəti İstifadə hüququ”na dair x xxxxx 2004-cü il tarixli, JN-4634 nömrəli Şəhadətnamə ilə 50 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmiş 50900001 kodlu 400 ha torpaq sahəsinin 4634 saylı hissəsindən keçir”; Məhkəmənin xx.xx.2017-ci il tarixli 2-2(81)-471/2017 nömrəl i sorğusu ilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 7 saylı Bərdə L.T.İ-nin rəisinə müraciət olunaraq Məhkəmənin xx xxxx 2017-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizası ilə əlaqədar tərtib olunmuş x xxxxxxxx 2017-ci il tarixli 7/483 saylı mütəxəssis rəyinin əslinin və ya təsdiq olunmuş surətinin təqdim olunması xahiş olunmuş, habelə eyni tarixli məktubla müraciət edilərək 7 saylı Bərdə L.T.İ-nin rəisi Yavər Qocamanovun və mühəndisi Ərəb Əbilovun xx.xx.2017-ci il tarixli məhkəmə baxışında iştirakları xahiş edilmiş, lakin sorğuya cavab verilməmiş və adıçəkilən şəxslər məhkəmə iclasında iştirak etməmiş, bunun əksinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx x xxxxx 2017-ci il tarixli **********44 nömrəli məktuba qoşma olaraq eyni qurum tərəfindən tərtib olunmuş başqa bir rəy, yəni x xxxxxx 2017-ci il tarixli 7/651 nömrəli rəy məhkəməyə təqdim edilmişdir; Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 7 saylı Bərdə L.T.İ-nin x xxxxxx 2017-ci il tarixli, 7/651 saylı mütəxəssis rəyində isə “... 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təyin edilən vaxtda “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”nin 7 saylı Bərdə X20nin mütəxəssisləri tərəfindən mübahisələndirilən əraziyə ekspertiza baxışı keçirildiyi, çöl tədqiqat işlərinin nəticəsi olaraq mübahisələndirilən torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilərək kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə və elektron baza məlumatlarına əsasən müqayisələndirildiyi, araş dırmanın nəticəsi olaraq Goranboy rayon İcra Hakimiyyəti başçısının İddiaçı MMC-yə nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədi ilə xx.xx.2004-cü il tarixli 42 saylı sərəncamı ilə 400 ha torpaq sahəsinin 50 il müddətinə icarəyə verildiyi və sözügedən torpaq sahəsinin ayrılması barədə tərtib edilmiş yerquruluşu planında Bakı-Tiflis-Ceyhan neft kəmərinin mühafizə xəttinin göstərildiyi, ləğv edilmiş torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Goranboy rayon İcra Hakimiyyəti başçısının İddiaçı MMC-yə nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədi ilə xx.xx.2004-cü il tarixli 42 saylı sərəncamına əsasən x xxxxx 2004-cü il tarixli (JN-1634, kod 50900001) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə verildiyi və şəhadətnamədə göstərilmiş sxemdə (cizgidə) Ba kı-Tiflis-Ceyhan neft kəmərinin mühafizə xəttinin nəzərə alındığı, habelə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında göstərilən sahənin üst-üstə düşmədiyi, bununla belə Goranboy Rayon İcra Hakimiyyəti başçısının İddiaçı MMC-yə nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədi ilə xx.xx.2004-cü il tarixli 42 saylı Sərəncamı ilə 400 ha torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi barədə tərtib edilmiş ilkin yerquruluşu planında göstərilmiş sxemin “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilmiş sxem və naturadakı istifadə vəziyyəti arasında uyğunsuzluq olması səbəbindən mütəxəssis qarşısında qoyulan sualları cavablandırmağın və müvafiq rəyin verilməsinin mümkün olmadığı” göstərmişdir; Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əml ak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müvafiq sorğu ilə müraciət edilib bir-biri ilə uyğunsuzluq təşkil edən iki müxtəlif rəyin kim tərəfindən tərtib olunması barədə məlumatın verilməsi və x xxxxxxxx 2017-ci il tarixli, 7/483 nömrəli və x xxxxxx 2017-ci il tarixli, 7/651 nömrəli rəyləri tərtib etmiş şəxslərin məhkəmə iclasında iştirakları tələb olunsa da, adıçəkilən qurum tərəfindən bu barədə təkrarən heç bir məlumat verilməmiş, Bərdə LTİ-nin nümayəndələrinin iştirakı təmin olunmamış, məhkəmənin xx xxxxxx 2017-ci il tarixli iclasında iştirak edən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti nümayəndələri isə məhkəmə sorğularına cavab verilməməsinin səbəblərinə dair izah verə bilməmişlər. Bir-biri ilə uyğunsuzluq təşkil edən iki m üxtəlif mütəxəssis rəyinin olmasını və müvafiq vəsatətlə İddiaçı MMC-nin nümayəndəsinin məhkəməyə müraciət etməsi nəzərə alınaraq iş üzrə xx.xx.2017-ci il tarixli 2-2(81)471/2017 nömrəli qərardadı əsasında əlavə məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuşdur; xx xxxxx 2018-ci il tarixli 2-2(81)-49/2018 nömrəli yerində müayinə protokolu ilə aşağıdakılar müəyyən olunur: a) Mübahisə tərəflərinin nümayəndələrindən başqa yerində müayinə zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 7 saylı Bərdə LTİ-nin mühəndisi (vəsiqə №0325) X7 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi (vəsiqə №000026) X10 iştirak etmişlər; b) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2016-cı il tarixli №**********97 saylı məktubunu əsas tutaraq İddiaçı MMC-yə verilmiş şəhadətnamə əsasında ərazinin sərhədlərini qonşu təsərrüfatların dövlət aktı ilə sənədlər əsasında aydınlaşdırıb, İddiaçı MMC-yə aid 3 hissədən ibarət olan 400 ha torpaq sahəsinin 3-cü hissəsi olan, yəni 4634 saylı konturunun yerə köçürmə işləri 7 saylı Bərdə LTİ-nin mühəndisləri tərəfindən xx xxxx 2016-cı il tarixdə həyata keçirilmiş və yerində müayinə zamanı bir hissəsi cırılmış vəziyyətdə X7 tərəfindən təqdim edilmiş sənəd xx xxxx 2016-cı il tarixli müvafiq akt tərtib edilərkən götürülmüş koordinatları, döngə nöqtələrini və onlar arasındakı məsafəni əks etdirir; c) 08050013 S kodlu torpaq sahəsinin koordinatları 6 nöqtədən ibarət olmaqla elektron daşıyıcıda məhkəməyə təqdim olunsa da, həmin məlumat daşıyıcısı zədəli olduğundan daşıyıcıda olan məlumatlara baxılması mümkün olmadığından 08050013 S kodlu torpaq sahəsinin 4 döngə nöqtəsindən ibarət koordinatlarını cavabdeh BP Eksploreyşn (Şah dəniz) Limited Şirkətinin nümayəndəsi Vəkil telefon vasitəsi ilə zəng vurub dəqiqləşdirmiş və həmin koordinatlar aşağıdakılardan ibarət olduğunu şifahi şəkildə bildirmişdir: 1) 645249,76 – 4499429,28. 2) 645237,14 – 4499435,14. 3) 647672,96 – 4500031,95. 4) 647673,69 – 4500023,9

8. Habelə qeyd olunan 4 ədəd döngə nöqtələrinin orta hissəsində olan 2 ədəd koordinatlar aşağıdakılardan ibarətdir: 5) 646513,53 – 44994739,649. 6) 646511,68 – 4499747,426. d) İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə “Bakı-Tiflis-Ceyhan Neft boru kəməri”nin və ona paralel olaraq həyata keçirilməkdə olan X32 Kəmərinin mübahisəli ərazidən keçən hissəsinin yerləşmə sxemi və döngə nöqtələrinin koordinatlarını özündə əks etdirən elektron baza məlumatlarını “AutoCad 2007” proqramında açaraq “HP” markalı noutbuk vasitəsi ilə nümayiş etdirdikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi X10 nümayiş etdirilən elektron məlumat bazası ilə tanış ol araq bildirir ki, məlumatlar təmsil etdiyi qurum tərəfindən tərtib olunmuş ümumi elektron məlumat bazasından çıxarışdır; e) Yerində müayinənin keçirilməsini əks etdirən 13 ədəd fotoşəkil, elektron məlumat bazasını özündə əks etdirən DVD formatlı elektron daşıyıcı və mütəxəssislərdən götürülmüş koordinat məlumatları protokola əlavə olunmuşdur. Məhkəmə, “Torpaqdan müvəqqəti istifadə hüququna dair” x xxxxx 2004-cu il tarixli, JN-4634 nömrəli, Kod 50900001 Şəhadətnaməyə əsasən İddiaçı MMC-yə müvəqqəti istifadə üçün ayrılmış 400 ha torpaq sahəsinin sərhədləri ilə Goranboy rayonu ərazisində yerləşən ********* S kimi kodlaşdırılmış torpaq sahəsinin əhatə edilib edilməməsi və “BakıTiflis-Ceyhan” Neft boru kəmərinin və ona paralel olaraq həyata keçirilməkdə olan X31 Kəmərinin Genişləndirilməsi layi həsinin dəhlizinin “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nömrəli (Kod 50900001) Şəhadətnamə ilə 50 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verilmiş 400 ha sahənin hansı kodlu torpaq sahələrindən keçməsinin müəyyən edilməsi üçün məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 2-2(81)-49/2017 nömrəli qərardadı ilə əlavə torpaqşünaslıq ekspertizası təyin olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin x xxxxxx 2019-cu il tarixli 26748 nömrəli rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, “...torpaqdan müvəqqəti istifadə hüququna dair x xxxxx 2004-cü il tarixli, JN-4634 nömrəli Kod 50900001 Şəhadətnamə Goranboy rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 42 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli 02 s aylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan rayon icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş ilkin yerquruluşu planı ilkin müayinə aktına uyğun gəldiyi və tədqiq olunan boru kəməri İddiaçı MMC-nin JN 4634 nömrəli Şəhadətnamə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin daxilindən keçdiyi müəyyən edilir. Naturada çöl-ölçmə işləri aparan zaman məlum oldu ki, kəmərin faktiki yerləşdiyi ərazi ilkin müayinə aktına və yerquruluşu planına uyğundur və Şəhadətnamədə göstərilən torpaq sahəsinin daxilindən faktiki kəmərin keçdiyi müəyyən edilmişdir. Mübahisəli sahəyə baxış zamanı CPS sistemi ölçmə aparatı vasitəsi ilə götürülmüş və aşağıda göstərilmiş 6 ədəd döngə nöqtələrinin koordinatları “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nömrəli (Kod 50900001) Şəhadətnamə ilə 50 il müddətinə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 400,0 hektar torpaq sahəsinin koordinatlarının (x və y koordinatları göstərilməklə) hüdudları daxilində yerləşdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 2 714,30 metr 2) 645845.842 4499599.7282 3 542,31 metr 3) 646373.938 4499723.0583 - 4 26,61 metr 4) 646390.521 4499702.2494 5 549,82 metr 5) 645856.408 4499571.7715 6 690,25 metr 6) 645186.040 4499407.3006 1 41,13 metr Mübahisəli sahəyə baxış zamanı CPS sistemi ölçmə aparatı vasitəsi ilə götürülmüş 6 ədəd döngə nöqtələrinin koordinatları “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN4634 nömrəli (Kod 60900001) Şəhadətnamə ilə 50 il müddətinə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 400,0 hektar torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi təqdirdə, həmin 6 ədəd döngə nöqtələrinin koordinatları 4634, 4634A və 4634B kimi qeyd olunmuş hissələrin məhz hansının döngə nöqtələrinin koordinatları (x və y koordinatları göstərilməklə) daxilində yerləşdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 2 714,30 metr 2) 645845.842 4499599.7282 3 542,31 metr 3) 646373.938 4499723.0583 4 26,61 metr 4) 646390.521 4499702.2494 5 549,82 metr 5) 645856.408 4499571.7715 6 690,25 metr 6) 645186.040 4499407.3006 1 41,13 metr “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin və ona paralel olaraq həyata keçirilməkdə olan X31 Kəmərinin Genişləndirilməsi layihəsi üzrə çəkilmiş boru xətti faktiki olaraq aşağıdakı 6 ədəd döngə nöqtələrinin koordinatları daxilində keçdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 2 714,30 metr 2) 645845.842 4499599.7 282 3 542,31 metr 3) 646373.938 4499723.0583 4 26,61 metr 4) 646390.521 4499702.2494 5 549,82 metr 5) 645856.408 4499571.7715 6 690,25 metr 6) 645186.040 4499407.3006 1 41,13 metr “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin bazadan götürülmüş koordinatları ilə sualda göstərilən 6 ədəd döngə nöqtələrinin koordinatları üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ********* S kodlu torpaq sahəsinin Bazadan götürülən müvafiq döngə nöqtələrinin koordinatları ilə sualda göstərilən 6 nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır”xxxx“xxxx2 Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndə liyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubun məzmunundan görünür ki, 2011-ci ildə irriqasiya sistemi quraşdırılmış ərazinin monitorinqi həyata keçirilmiş, irriqasiya sistemi konkret olaraq göstərilmiş sahədə quraşdırılarkən ümumi dəyəri 530.000 ABŞ dolları təşkil etmiş və irriqasiya sisteminin təkrar quraşdırılması 2017-ci ildə göstərilən məbləğə 1,35 dəfə həcmində əlavə xərclər nəzərdə tutulmaqla cəmi məbləğ 715.500 ABŞ dolları təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 8305/06 nömrəli rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, İddiaçı MMC-nin istifadəsinə verilmiş torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin yararsız (kəsilmiş, zədələnmiş) və işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İsrail Respublikasının “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli KO-01/19 nömrəli müqaviləyə əsasən sıradan çıxmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin miqdarı təxminən 1.215.714,20 manat (715.126,00 ABŞ dolları x 1,70 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır; X31 Kəməri – Genişləndirmə Layihəsi çərçivəsində Torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatın (2015-ci ilin yanvar ayında yenilənib) məzmunundan görünür ki, Layihə üzrə çoxillik məhsullar üçün kompensasiya tarifləri bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 ma nat həcmində müəyyən edilmişdir. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək dövlət mülkiyyətində olan və həmin cəmiyyətin qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla vurulmuş zərərin əvəzi olaraq 1 291 689 manat kompensasiya məbləğinin və quraşdırılmış 530 000 ABŞ dolları dəyərində damcılı suvarma sisteminin tam şəkildə sıradan çıxarılması, habelə 1,35 dəfə həcmində əlavə vəsaitin xərclənməsi nəticəsində Cəmiyyətə vurulmuş zərərin əvəzi olaraq cəmi 715.500 ABŞ dolları məbləğində kompensasiya məbləğinin cavabdeh şirkətdən iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (haki m X16, 2-2(81)-22/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat və 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi nar kolları ilə bağlı vurulmuş zərərin əvəzi olaraq 1.136.111 (bir milyon bir yüz otuz altı min bir yüz on bir) manat məbləğində pul vəsaiti və quraşdırılmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq cəmi 715.126 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsa iti alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X17məruzəçi, X13 və X11, 2-2(103)-649/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: xx xxxxx 2004-cü il tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə (bundan sonra “JN-4634 saylı Şəhadətnamə”) əsasən Goranboy rayonunun dövlət ehtiyat fondunun torpaq sahəsindən meyvə ağaclarından ibarət bağ salınması və meyvə şirəsi istehsalı sexinin tikintisi üçün 50 (əlli) il müddətinə 400 (dörd yüz) hektar torpaq sahəsi İddiaçı MMC-yə müvəqqəti istifadəyə verilmişdir. Genişləndirmə Layihəsi ilə əlaqədar torpaqların tikinti məqsədləri üçün ayrılması mərhələsində aparılan inventarlaşdırma işləri zamanı Boru Kəmərinin tikinti dəhlizinin “xxxx” MMC-yə müvəqqəti istifadə üçün verilmiş 08Q5Q0005aS(U), Q8Q5QQ005bS(U), 08Q50QQ05S(U), 080500010S(U] və 08050001 İS (U) kimi kodlaşdırılmış torpaq sahələri ilə kəsişəcəyi müəyyən olunmuşdur. Həmin torpaq sahələrinə dair hüquqların Genişləndirmə Layihəsi ilə bağlı Boru Kəməri Şirkətinin xeyrinə əldə edilməsi məqsədilə xx xxxxxx 2016-cı il tarixində İddiaçı MMC ilə Azərbaycan Respublikasının adından Goranboy Rayon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilə (bundan sonra “Məhdudlaşdırma Müqaviləsi”) imzalanmışdır. Məhdudlaşdırma Müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC müəyyən edilmiş müddət ərzində sözügedən torpaq sahəsini üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi öhdəsinə götürmüş, Goranboy Rayon İcra Hakimiyyəti isə bunun qarşılığında İddiaçı MMC-yə 3.100.000 (üç milyon yüz min) manat məbləğində kompensasiya ödəməyə razılıq vermişdir. xx xxxxxx 2016-cı il tarixdə Boru Kəməri Şirkəti İddiaçı MMC-yə çatacaq 3.100.000 (üç milyon yüz min) manat məbləğində kompensasiyanı tam olaraq ödəmiş və bu kompensasiya 443 k m-lik Boru Kəməri boyunca ödənilmiş ən böyük məbləğ olmuşdur. Kompensasiya ödənildikdən təqribən 2 ay sonra İddiaçı MMC əlavə kompensasiya ödənişi əldə etmək məqsədilə BP Şirkətinə əsassız tələblər irəli sürməyə başlamış və iddia etmişdir ki, guya “[Boru Kəməri] layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsi, dövlət mülkiyyətində olan və xx xxxx 2004-cü il tarixli 42 saylı sərəncam əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş 400 hektar torpaq sahəsinin başqa bir hissəsindən keçir”. BP Şirkəti İddiaçı MMC-nin tələblərinin əsassız olduğunu bildirərək ona əlavə kompensasiya ödənilməsindən haqlı olaraq imtina etmişdir. Bundan sonra, İddiaçı MMC BP Şirkəti və Goranboy Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə mütəxəssislərin iştirakı ilə ekspertiza təyin edilmiş və mütəxəssis rəyində qeyd edilmişdir ki, “JN-4634 saylı Şəhadətnamə Goranboy Rayon İcra Hakimiyyətinin xx xxxx 2004-cü il tarixli 42 saylı Sərəncamı və xx xxx 2004-cü il tarixli 02 saya icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planına uyğun hazırlanmamışdır və ilkin yerquruluşu planında boru kəmərlərinin keçməsi üçün dövlət mülkiyyətində saxlanmış ərazi ilə şəhadətnamənin cizgisində göstərilən boru kəmərlərinin keçməsi üçün dövlət mülkiyyətində saxlanılmış ərazi üst-üstə düşmür”. JN-4634 saylı Şəhadətnamədə xx xxxx 2004-cü il tarixli, 42 saylı sərəncama və torpağın icarəyə verilməsi haqqında xx xxxx 2004-cü il tarixli müqav iləyə istinad edilmişdir. JN-4634 saylı Şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və torpaq sahəsinin planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmişdir. Xüsusilə vurğulamaq istəyirik ki, torpaq sahəsi "İddiaçı" MMC-yə ayrılan ərəfədə Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. Bunu İddiaçı MMC-nin 7 saylı Bərdə Layihə-Tədqiqat İdarəsinə ünvanladığı xx xxxx 2016-cı il tarixli məktub da təsdiq edir. Həmin məktubda 256 hektar torpaq sahəsinin künc döngə nöqtələrinin yer üzərinə keçirilməsi xahiş olunur (JN-4634 saylı Şəhadətnamə verildikdən 12 il sonra). Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı Əlavəyə əsasən Boru Kəməri Şirkə tinə ötürülmüş və qeyd olunan torpaq sahəsinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Reyestr Xidmətinin Goranboy Rayon İcra Hakimiyyətinə ünvanladığı xx xxx 2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsi Goranboy Rayon İcra Hakimiyyətinə məxsus dövlət torpaq sahəsi kimi qeyd olunmuş və yüklü edilməmişdir. Mütəxəssis rəyi ilə ekspert rəyi arasında bəzi ziddiyyətli məqamlar mövcuddur. Bundan əlavə, ekspert rəyinin özündə də qeyri-müəyyənliklər var. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 26748 nömrəli ekspert rəyinin "tədqiqat prosesinin təsvir hissəsində" də Qeyd olundu ğu kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "Kadastr və X8 Mərkəzi" MMC-nin mütəxəssisi GPS aparatı ilə ölçmə işi aparmışdır. Mütəxəssis rəyində açıq-aşkar qeyd edilmişdir ki, “JN-4634 saylı Şəhadətnamə Goranboy Rayon İcra Hakimiyyətinin xx xxxx 2004-cü il tarixli 42 saylı Sərəncamı və xx xxxx 2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planına uyğun hazırlanmamışdır və ilkin yerquruluşu planında boru kəmərlərinin keçməsi üçün dövlət mülkiyyətində saxlanmış ərazi ilə şəhadətnamənin cizgisində göstərilən boru kəmərlərinin keçməsi üçün dövlət mülkiyyətində saxlanılmış ərazi üst-üstə düşmür”. Buna baxmayaraq, ekspert rəyinin nəticə hissəsində "torpaqdan müvəqqə ti istifadə hüququna dair xx xxxxx 2004-cü il tarixli, JN-4634 nömrəli şəhadətnamə Goranboy Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli 42 saylı Sərəncamı və xx xxxx 2004cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan rayon icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş ilkin yerquruluşu planı ilkin müayinə aktına uyğun gəldiyi və boru kəmərinin "İddiaçı" MMC-nin JN 4634 nömrəli şəhadətnamə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin daxilindən keçdiyi"müəyyən edilmişdir. Xüsusilə vurğulamaq istəyirik ki, Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 42 saylı Sərəncamı və xx.xx.2004-cü il tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planında iddiaçıya ayrılmış torpaq sahəsinin iki hissədən. JN-4634 s aylı Şəhadətnamədə isə torpaq sahəsinin üç hissədən ibarət olması açıq-aydın görünür. X1 şəhadətnamənin cizgi planının düzgün tərtib edilməməsi faktım bilə-bilə ümumiyyətlə bu faktı nəzərə almamış və iş materiallarında olmayan qeyri-müəyyən sənədə (ilkin müayinə aktı) istinad edərək qeyri-obyektiv və qərəzli rəy vermişdir. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 16.1, 21, 23, 329.1, 706.2, 1096.1-ci, Torpaq Məcəlləsinin 50, 66, 109, 111-ci, “Torpaq bazarı haqqında” Qanunun 21ci maddəsinə istinad edilmişdir. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətin uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, qətnamənin qüvvədə saxlan ılmasını xahiş etmişdir. əsaslandıma hissəsi: Goranboy rayon icra Hakimiyyəti başçısının 42 saylı xx xxxx 2004-cü il tarixli sərəncamına əsasən rayonun dövlət ehtiyat fondu torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə 400 ha torpaq sahəsinin 50 il müddətinə iddiaçıya icarəyə verilməsi qərara alınmış, iddiaçı ilə icra hakimiyyəti arasında icarə müqaviləsi bağlanmış, iddiaçının icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İcarəyə verilmiş 400 ha torpaq sahəsi üç hissədən ibarət olmaqla şərti olaraq 4634, 4634A və 4634B saylı konturları ilə təsvir edilmişdir. İddiaçı torpaq sahəsində nar plantasiyası salmış və damcılı suvarma sistemi quraşdırmışdır. “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrut iddiaçının icarəsində olan 4634 saylı kontur ilə qeyd olunan torpaq sahəsindən keçdiyi müəyyən edilmiş və bu səbəbdən Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında həmin torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı X31 Kəməri Şirkətinin (“CQBKŞ”) xeyrinə məhdudlaşdırılması məqsədilə xx xxxxxx 2016-cı il tarixli “torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə imzalanmışdır. “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” xx xxxxxx 2016-cı il tarixli müqaviləyə 1 saylı Qoşmadan görünür ki, cəmi 2200 ədəd bar verən nar kolları ilə bağlı kompensasiya məbləği 1.999.800 manat, tikinti dəhlizi torpağına dəyəcək ziyan olaraq 16.225 manat və tikinti işləri və əmlaka (suvarma sistemindən ibarət əmlak) dəyən ziyan 1.083.975 manat olmaqla ümumilikdə 3.100. 000 manat kompensasiya cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı hesab edir ki, xx xxxxxx 2016-cı il tarixli müqavilə əsasında ona müvafiq kompensasiyanın ödənilməsindən sonra “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsi də dövlət mülkiyyətində olmaqla xx xxxx 2004-cü il tarixli 42 saylı sərəncama əsasən cəmiyyətin istifadəsinə verilmiş 400 ha torpaq sahəsinin 4634 saylı konturunun başqa bir hissəsindən keçdiyindən həmin hissədə salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sisteminin cavabdeh şirkət tərəfindən sökülməsi ilə əlaqədar iddiaçının məruz qaldığı zərər cavabdeh tərəfindən ödənilməlidir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqavilə, həm də hazırkı mübahisə 4634 saylı konturda yerləşən torpaq sahəsi ilə bağlıdır. İşin 1-ci cild 200-226-cı səhifələrində olan iddiaçı ilə Goranboy rayon İcra Hakimiyyəti arasında bağlanmış torpaqdan istifadə hüququnun məhdudlaşdırılması barədə xx xxxxxx 2016-cı il tarixli müqavilə və ona əlavə edilmiş sənədlərdə təsir altına düşən ərazi, torpaq sahəsinin kodu, sahənin 5,15069 ha olması və sair məlumatlar əksini tapmışdır. Yəni Goranboy rayonunda iddiaçının icarəsində olan torpaq sahəsinin 5,15069 ha hissəsindən boru kəməri keçdiyinə görə iddiaçıya kompensasiya ödənilmiş və həmin torpaq sahəsi ilə bağlı iddiaçının istifadə hüququ məhdudlaşdırılmışdır. Bundan sonra, Daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxxxx 2016-cı il tarixli və xx xxxxxxxx 2016-cı il tarixli çıxarışlara əsasən Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha və 4, 26017 ha torpaq sahəsi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və X31 Kəməri Şirkəti arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə, habelə xx.xx.2015-ci il tarixli 2 saylı və xx.xx.2016-cı il tarixli 3 saylı Əlavələrə əsasən xx.xx.2066-ci il tarixədək X31 Kəməri Şirkətinin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir. Yəni Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha və 4, 26017 ha torpaq sahəsi X31 Kəməri Şirkətinin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iddianın predmeti olan iddiaçının mübahisə açdığı torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və 4, 26017 ha torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsini müəyyən etməmişdir. Hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin 4634 saylı konturda yerləşən iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsi olduğu müəyyən edildiyi halda, torpaq sahəsinin sonradan daşınmaz əmlakın dövlət reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbi araşdırılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi X31 Kəməri Şirkətinin xeyrinə icarə hüququ qeydə alınan vaxt cavabdehin icarə hüququ qeydə alınmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun olmamasına məhkəmə münasibət bildirməmişdir. Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin xx xxxxxxx 2016-cı il tarixə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, ********* S kodlu torpaq s ahəsinin torpaqdan müvəqqəti istifadə hüququna dair x xxxxx 2004-cü il tarixli, JN-4634 nömrəli 9Kod 50900001) Şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Apelyasiya məhkəməsi “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində X31 Kəməri Şirkətinin xeyrinə icarə hüququ əsasında yüklü edilən 4,26017 ha torpaq sahəsinə iddiaçının icarə hüququ olub-olmamasını araşdırmamışdır. Apelyasiya məhkəməsi “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində 14,29263 ha və 4,26017 ha torpaq sahəsi X31 K əməri Şirkətinin xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmamasını, həmçinin 14,29263 ha və 4,26017 ha torpaq sahəsinin iddiaçının icarəsində olan 400 ha torpaq sahəsinin 4634 saylı konturunda yerləşib-yerləşməməsini araşdırmamışdır. Goranboy rayon İcra Hakimiyyəti birinci instansiya məhkəməsinə ünvanladığı xx xxxx 2017-ci il tarixli məktubunda iddiaçının icarəsinə verilmiş 400 ha torpaq sahəsinin ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin 3500 metrə yaxın uzunluqda hissəsinin keçdiyini, mühafizə zolağının 36 metrə bərabər olduğunu, qaz boru xəttinin isə iddiaçının istifadəsində olan torpaq sahəsinin 1400 metr uzunluqda keçdiyini bildirmişdir. Apelyasiya məhkəməsi mübahisənin düzgün həlli üçün mübahisə olun an ərazidə “CQBKG” Layihəsi çərçivəsində qaz boru kəmərinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə paralel inşa edilib-edilmədiyini, paralel inşa olunduğu halda, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin nə vaxtdan mövcud olmasını, neft boru kəmərinin mühafizə zolağının çoxillik əkmə üçün icarə və istifadəyə verilməsinin mümkünlüyünü, həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsində nar ağaclarının hansı vaxtdan əkildiyini, ağaclar əkilərkən neft boru xəttinin mövcud olub-olmamasını araşdırmamışdır. İddiaçı “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsinin də, dövlət mülkiyyətində olan və xx xxxx 2004-cü il tarixli 42 saylı sərəncam əsasında onun istifadəsinə verilmiş 400 ha torpaq sahəsinin başqa bir hissəsindən keçdiyini bildirib xx xxxxx 2016-cı il tarixdə elektron m əktubla cavabdehə müraciət edərək istifadəsində olan torpaq sahəsində salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sisteminin sökülməsi ilə əlaqədar daha əvvəl olduğu kimi kompensasiyanın ödənilməsini tələb etmiş, cavabdeh şirkət isə İddiaçı MMC-nin müraciətinə cavab olaraq xx xxx 2016-cı il tarixli məktubunda bildirmişdir ki, üzərində nar ağacları əkilmiş və Dövlətə məxsus torpaq sahəsindən (080500013 S) istifadə üçün bütün lazımi hüquqlar xx xxxxxx 2015-ci il tarixdə Dövlət adından çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən imzalanmış X15 (“ÜİM”) 2 saylı Əlavə çərçivəsində CQBKG-yə ötürülmüşdür. Bu ağaclar nə həmin hüquqların ötürülməsi zamanı, nə də ki xx xxxxx 2014-cü il tarixdə aparılan inventarlaşdırma zamanı mövcud olmamışdır. Cavabdehin mövqeyi nə görə həmin ağaclar boru kəməri dəhlizinə son bir neçə ay ərzində köçürülmüşdür, ağaclar xx xxxxxx 2016-cı il tarixdə kompensasiyası (3.100.000 manat) ödənilmiş torpaq sahəsindən çıxarılaraq məqsədyönlü şəkildə boru kəməri dəhlizi daxilində yerləşən dövlətə məxsus torpaq sahəsinə (080500013 S) köçürülüb və iddiaçı kompensasiya ödənilən ağaclara görə təkrar kompensasiya tələb edir. İddiaçıya görə boru kəməri dəhlizindən köçürülmüş 906 ədəd nar kolları tələf olmağın qarşısını almaq ehtimalı ilə hazırkı mübahisə predmeti olan ərazidə artıq mövcud olan nar kollarına əlavə olaraq əkilmiş, lakin həmin 906 ədəd nar kolları qaralaraq qurumuşdur. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən xx xxxxxxx 2016-cı il tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş rəydə qeyd edilmişdir ki, x x xxxxxxx 2016-cı il tarixdə baxış keçirilmiş, ərazidə 6-7 il bundan əvvəl əkilmiş nar kollarının hündürlüyünün 1,0-1,52,0-2,5 metr olması, 1421 ədəd sağlam nar kollarından 214 ədədinin bar verməyən olması, eyni zamanda, sonradan əraziyə köçürülən nar kollarının 906 ədədinin qaralaraq quruması müəyyən edilmişdir. Rəydə həmçinin bildirilmişdir ki, sözü gedən əraziyə x xxxx 2016-cı il tarixdə baxış keçirərkən 6-7 illik nar kollarının bir ay əvvəl bu sahəyə köçürüldüyü müəyyən edilmişdir. Seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarının əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Lakin həmin dövrdə nə qədər daimi, nə qədər təzə nar kollarının sayı müəyyən edilməmişdir. Apelyasiya məhkəməsi rəylə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. 400 ha torpaq sahəsi 2004-cü ildə iddiaçıya icarəyə verilmişdir. İddiaçı Goranboy rayon İcra Hakimiyyəti ilə xx xxxxxx 2016-cı il tarixdə torpaqdan istifadə hüququnun məhdudlaşdırılması barədə müqavilə imzalayan zaman hazırda mübahisə açdığı torpaq sahəsi ilə bağlı etirazı olub-olmamasına məhkəmə tərəfindən aydınlıq gətirilməmişdir. Məhkəmə qərardadı ilə mübahisə ilə bağlı ekspert qarşısında həm də aşağıdakı suallar qoyulmuşdur: 7) Cavabdeh şirkət tərəfindən Bakı-Tbilisi-Ceyhan Neft boru kəmərinin və ona paralel olaraq həyata keçirilməkdə olan X31 Kəmərinin Genişləndirilməsi layihəsinin dəhlizinin hissəsi kimi istinad olunan 080500013S kodlu torpaq sahəsinin müvafiq döngə nöqtələrinin koordinatları (x və y koordinatları göstərilməklə) yerində vurulmaqla müəyyən edilsin; 8) 080500013S kodlu torpaq sahəsinin müvafiq döngə nöqtələrinin koordinatları ilə aşağıdakı 6 ədəd döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi müəyyən edilsin. Həmin suallarla bağlı x xxxxxx 2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin bazadan götürülmüş koordinatları ilə sualda göstərilən 6 ədəd döngə nöqtələrinin koordinatları üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ********* S kodlu torpaq sahəsinin Bazadan götürülən müvafiq döngə nöqtələrinin koordinatları ilə sualda göstərilən 6 nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. 080500013 S kodlu torpaq sa həsi iddiaçının hazırda mübahisə açdığı ərazi üzrə torpaq sahəsinin kodudur. Ekspert rəyi ilə ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyi dəqiqliklə müəyyən olunmamışdır. MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Apelyasiya instansiyası məhkəməsi ekspertin rəyi ilə razılaşmamasını qətnamədə əsaslandırmamışdır. Cavabdeh apelyasiya şikayətində iddiaçıya aid şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və torpaq sahəsinin planı göstərilsə də, torpaq sahəsinin koordinatlarının dəqiq göstərilmədiyini, iddiaçıya aid torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilmədiyini bildirmiş, məhkəmə şikayətin dəlillərinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 7 saylı X20 tərəfindən x xxxxxxxx 2017-ci il tarixli 7/483 nömrəli və x xxxxxx 2017-ci il tarixli 7/651 nömrəli mütəxəssis rəylərində mübahisə ilə bağlı fərqli nəticələrə gəlinmiş, xx xxxxx 2018-ci il tarixli yerində müayinə protokoluna əsasən həmin idarənin nümayəndəsi X.Ə.Süleymanov iştirak etmiş, məhkəmə mütəxəssis rəylərində olan fərqli nəticələrə aydınlıq gətirilməsi üçün araşdırma aparmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 7 saylı X20 tərəfindən x xxxxxx 2018-ci il tarixli məktuba əlavə edilmiş X.Süleymanovun da imzaladığı yeni mütəxəssis rəyi alınmış, rəy alınan zaman əvvəlki mütəxəssis rəylərində olan fərqli nəticələrə aydınlıq gətirilməmiş, x xxxxxx 2019-cu il tarixli 26748 saylı ekspert rəyində mütəxəssis rəyinə istinad edilmiş, lakin rəylərin 7 və 8-ci sualların cavabları fərqli olmasına baxmayaraq bununla bağlı məhkəmə araşdırma aparmamışdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 8305/06 nömrəli rəyinə əsaslanaraq iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin yararsız halda olmasına görə damla suvarma sisteminin bərpasına çəkiləcək 1.215.714,20 manatın (715.126,00 ABŞ dolları x 1,70 manat) cavabdehdən tutulması qərarına gəlmiş, lakin suvarma sisteminin cavabdehin təqsirli hərəkəti nəticəsində yararsız hala düşməsini müəyyən etməmişdir. Torpaq Məcəlləsinin 101-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilmə lidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödəməlidir. Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər (101-ci maddənin 2-ci bəndi). Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır (101-ci maddənin 3-cü bənd i). İddiaçının mübahisə açdığı torpaq sahəsi ilə bağlı həqiqətən onun icarə hüququnun məhdudlaşdırılması, cavabdehin fəaliyyəti nəticəsində iddiaçının torpaq sahəsi üzərində olan hüquqlarının məhdudlaşması və ona zərər vurması apelyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır. Cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetməlidir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ü çün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (1099.1-ci maddə). Hüquqi şəxsdən zərərin ödənilməsinin tələb edilməsi üçün əsas şərtlərdən biri şəxsin təqsirli və hüquqazidd hərəkətinin törədilməsini müəyyən etməkdir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehin hüquq la və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi tələb olunur. Cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilməlidir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. İddiaçının cavabdehin hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclərin məbləği də mötəbər sübutlarla təsdiqini tapmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməsi ilə pisləşm iş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması da sübut olunmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, məhkəmənin icraatında bu işdəki cavabdeh bu işdəki iddiaçıya və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnamənin və xx xxxxxx 2016-cı il tarixli müqavilənin etibarsız sayılması, müqavilə əsasında ödədiyi 3.100.000 manatın ona ödənilməsi tələbinə dair iş vardır. Məhkəmə texniki-tikinti ekspertizası təyin edilməsi ilə bağlı işin icraatı dayandırılmış, ekspertiza qarşısında torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən 400 ha torpaq sahəsinin X31 Kəməri Şirkətinin x eyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşməsi ilə bağlı və sair suallar qoyulmuşdur. MPM-in 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Təkrar işə baxılan zaman apelyasiya məhkəməsi tərəfindən həm də həmin mübahisə üzrə işin hazırkı işlə bağlılığı, hazırkı işin icraatının dayandırılmasının mümkünlüyü müzakirə edilməlidir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gə lərək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Apelyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Bəhs edilənlərə əsasən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kasasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Kasasiya şikayətində iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Yeni qərar qəbul edilməsi üçün MPM-in 427.1.4-cü maddəsinin tələbləri ödənilmədiyindən bu hissədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəsatətlə çıxış edərək onun maddi hüquq münasibəti üzrə hüquq varisi olan və fəaliyyətlərini müvəqqəti olaraq icra edən digər şirkətlərlə əvəz edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına göndərildiyindən MPM-in 58-ci maddəsinə əsasən prosessual hüquq varisli yi ilə bağlı məsələ (vəsatətlərin həlli) həmin məhkəmədə müzakirə edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-649/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar