Məhkəmə qərarları › İş №2-2(102)-111/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-111/2021

30.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-111/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC Hərrac Mərkəzinə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-111/21 Bakı şəhəri xx xxxx 2021-ci il 30.03.2021 Açar sözlər: hərracla əldə olunan əmlaka görə sadələşdirilmiş vergi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı QSC-nin vəkili x1, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi x2in və vəkili Vəkil iştirakları ilə, üçü ncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini x3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-104/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı QSC (bundan sonra mətndə iddiaçı) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 məxsus ünvan kəndində olan 0,07 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə aid əmlakın iddiaçıya satılmasına dair cavabdeh tərəfindən “Hərraların yekunları üzrə protokolun” və “Alğı-satqı” müqaviləsinin imzalanması öhdəliyinin müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişd ir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək: - xx xxxxxx 2019-cu il tarixli 01/816, xx xxxx 2019-cu il tarixli 4318 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/431, xx xxxxxx 2019-cu il tarixli 3714 saylı məktubda, xx xxx 2019-cu il tarixli 01/2012 xx xxxx 2019-cu il tarixli 7078 saylı məktubda, xx xxx 2019-cu il tarixli 01/2013, xx xxxx 2019-cu il tarixli 7079 saylı məktubda, xx xxx 2019-cu il tarixli 01/1702, xx xxx 2019-cu il tarixli 5781 saylı, xx xxx 2019-cu il tarixli 01/1699, xx xxx 2019cu il tarixli 5782 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/2167, xx xxxx 2019-cu il tarixli 7451 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/2165, xx xxxx 2019-cu il tarixli 7450 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/659, xx xxxxxx 2019-cu il tarixli 3986 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/1339, xx xxxxx 2019-cu il tarixli 4994 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/824, xx xxxx 2019-cu il tarixli 4316 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/836 xx xxxx 2019-cu il tarixli 4319 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/432 xx xxxxxx 2019-cu il tarixli 3384 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/1276, xx xxxxx 2019-cu il tarixli 4767 saylı məktubda, xx xxxxxxxx 2019-cu il tarixli 01/3214, xx xxxxxxxx 2019-cu il tarixli 10406 saylı məktubda, xx xxxxxxxx 2019-cu il tarixli 01/3292 xx xxxxxxx 2019-cu il tarixli 11050 saylı məktubda, xx xxxxxxxx 2019-cu il tarixli 01/3041, xx xxxxxxxx 2019-cu il tarixli 10055 saylı, xx xxxxxx 2019-cu il tarixli 01/2784, xx xxxxxx 2019-cu il t arixli 9316 saylı məktubda, xx xxxxxxxx 2019-cu il tarixli 01/3135 xx xxxxxxxx 2019-cu il tarixli 10405 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/2702, xx xxxxxx 2019-cu il tarixli 9190 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/2391, xx xxxx 2019-cu il tarixli 8147 saylı məktubda, xx xxxxxx 2019cu il tarixli 01/2786, xx xxxxxx 2019-cu il tarixli 9317 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/2464 və xx xxxx 2019-cu il tarixli 8184 saylı məktubda; - xx xxxxxx 2019-cu il tarixli 01/351 saylı, xx xxxxxx 2019-cu il tarixli 3984 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/874 saylı, xx xxxxx 2019-cu il tarixli 4667 saylı məktubda, xx xxxxx 2019-cu il tarixli 01/1280 saylı, xx xxxxx 2019-cu il tarixli 4990 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/1094 saylı, xx xxxxx 2019- cu il tarixli 4757 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/1093 saylı, xx xxxxx 2019-cu il tarixli 4759 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/529 saylı, xx xxxxxx 2019-cu il tarixli 3982 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/532 saylı, xx xxxxxx 2019-cu il tarixli 3981 saylı məktubda, xx xxxxx 2019-cu il tarixli 01/1364 saylı, xx xxxxx 2019-cu il tarixli 5271 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/2060 saylı, xx xxxx 2019-cu il tarixli 7452 saylı məktubda, xx xxxxx 2019-cu il tarixli 01/1526 saylı, xx xxx 2019-cu il tarixli 5439 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/1168 saylı, xx xxxxx 2019-cu il tarixli 4760 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/454 saylı, xx xxxxxx 2019-cu il tarixli 3990 saylı məktubda, xx xxx 2019-cu il tarixli 01/191 6 saylı, xx xxxx 2019-cu il tarixli 7081 saylı məktubda, xx xxx 2019-cu il tarixli 01/1917 saylı, xx xxxx 2019-cu il tarixli 7076 saylı məktubda, xx xxx 2019-cu il tarixli 01/1909 saylı, xx xxxx 2019-cu il tarixli 7080 saylı məktubda, xx xxxxx 2019-cu il tarixli 01/1435 saylı, xx xxx 2019-cu il tarixli 5435 saylı məktubda, xx xxxxx 2019-cu il tarixli 01/1433 saylı, xx xxx 2019-cu il tarixli 5434 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/534 saylı, xx xxxxxx 2019-cu il tarixli 3985 saylı məktubda, xx xxxxxxxx 2019-cu il tarixli 01/2809 saylı, xx xxxxxxx 2019-cu il tarixli 11052 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/2434 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 9614 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/2734 saylı, xx xxxxxx 2019-cu il tarixli 9195 saylı məktubda, xx x xxxxx 2019-cu il tarixli 01/2732 saylı, xx xxxxxx 2019-cu il tarixli 9193 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/2735 saylı, xx xxxxxx 2019-cu il tarixli 9194 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/2731 saylı, xx xxxxxx 2019-cu il tarixli 9197 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/2622 saylı, xx xxxx 2019-cu il tarixli 8784 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/2246 saylı, xx xxxx 2019-cu il tarixli 8185 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/1049 saylı, xx xxxxx 2019-cu il tarixli 4753 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/533 saylı və xx xxxxxx 2019-cu il tarixli 3983 saylı məktubda qeyd edilən əmlakların satılması ilə bağlı keçirilmiş hərracların yekunlarına dair protokol və alğı-satqı müqavilələrinin iddiaçı tərəfindən sadələşdirilmiş vergi ödənilmədən və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 20 azn dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək xx xxxxxx 2019-cu il tarixli 01/351 saylı, xx xxxxxx 2019-cu il tarixli 3984 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/874 saylı, xx xxxxx 2019-cu il tarixli 4667 saylı məktubda, xx xxxxx 2019-cu il tarixli 01/1280 saylı, xx xxxxx 2019-cu il tarixli 4990 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/1094 saylı, xx xxxxx 2019-cu il tarixli 4757 saylı məktubda, xx xxx x 2019-cu il tarixli 01/1093 saylı, xx xxxxx 2019-cu il tarixli 4759 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/529 saylı, xx xxxxxx 2019-cu il tarixli 3982 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/532 saylı, xx xxxxxx 2019-cu il tarixli 3981 saylı məktubda, xx xxxxx 2019-cu il tarixli 01/1364 saylı, xx xxxxx 2019-cu il tarixli 5271 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/2060 saylı, xx xxxx 2019-cu il tarixli 7452 saylı məktubda, xx xxxxx 2019-cu il tarixli 01/1526 saylı, xx xxx 2019-cu il tarixli 5439 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/1168 saylı, xx xxxxx 2019-cu il tarixli 4760 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/454 saylı, xx xxxxxx 2019-cu il tarixli 3990 saylı məktubda, xx xxx 2019-cu il tarixli 01/1916 saylı, xx xxxx 2019-cu il tarixli 7081 saylı məktubda, xx xxx 2019-cu il tarixli 01/1917 saylı, xx xxxx 2019-cu il tarixli 7076 saylı məktubda, xx xxx 2019-cu il tarixli 01/1909 saylı, xx xxxx 2019-cu il tarixli 7080 saylı məktubda, xx xxxxx 2019-cu il tarixli 01/1435 saylı, xx xxx 2019-cu il tarixli 5435 saylı məktubda, xx xxxxx 2019-cu il tarixli 01/1433 saylı, xx xxx 2019-cu il tarixli 5434 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/534 saylı, xx xxxxxx 2019-cu il tarixli 3985 saylı məktubda, xx xxxxxxxx 2019-cu il tarixli 01/2809 saylı, xx xxxxxxx 2019-cu il tarixli 11052 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/2434 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 9614 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/2734 saylı, xx xxxxxx 2019-cu il tarixli 9195 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/2732 saylı, xx xxxxxx 2019-cu il tarixli 9193 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/2735 saylı, xx xxxxxx 2019-cu il tarixli 9194 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/2731 saylı, xx xxxxxx 2019-cu il tarixli 9197 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/2622 saylı, xx xxxx 2019-cu il tarixli 8784 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/2246 saylı, xx xxxx 2019-cu il tarixli 8185 saylı məktubda, xx xxxx 2019-cu il tarixli 01/1049 saylı, xx xxxxx 2019-cu il tarixli 4753 saylı məktubda, xx xxxxxx 2019-cu il tarixli 01/533 saylı və xx xxxxxx 2019-cu il tarixli 3983 saylı məktubda qeyd edilən əmlakların satılması ilə bağlı keçirilmiş hərracların yekunlarına dair protokol və alğı-satqı müqavilələrinin iddiaçı tərəfindən sadələşdirilmiş vergi ödənilmədən və həmin verginin ödə nilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 azn dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ipoteka ilə bağlı öhdəliyin icra olunmaması səbəbindən borcun Mübariz Soltanova məxsus əmlaka yönəldilməklə tutulması barədə məhkəmə qətnaməsi icra olunması üçün müvafiq icra şöbəsinə, icra şöbəsi tərəfindən isə həmin əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə cavabdehə göndərilmişdir. Həmin əmlak ixtisaslaşdırılmış açıq hərracda satılmadığından cavabdeh tərəfindən ikinci hərrac qiymətindən 25 faiz aşağı qiymətə olmaqla iddiaçıya təklif edilmiş və iddiaçı təklifi qəbul edərək müvafiq sənədləşmənin aparılmasını xahiş etmişdir. Lakin, cavabdeh ipoteka predmetini əldə edən şəxs olaraq iddiaçı tərəfindən əldə olunan əmlaka görə sadələşdirilmiş verginin ödənilməli olması əsası ilə müvafiq sənədləşmənin aparılmasından imtina etmişdir. İddiaçı hesab etmişdir ki, ipoteka predmetini məcbur qalaraq əldə etdiyindən göstərilən hal onun gəlir əldə etməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, qanunvericilik əmlakın satıldığı təqdirdə sadələşdirilmiş verginin mülkiyyət sahibi tərəfindən ödənilməsini nəzərdə tutulmuşdur və borc qalığı müqabilində əmlakı hələ balansına qəbul etməmiş bankın sadələşdirilmiş verginin ödənilməsinə cəlb olunması əsassızdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını məhkəməyə təq dim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e2-2(82)1051/2019 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericiliyin sadələşdirilmiş verginin mahiyyəti və tutulması əsaslarını müəyyən edən göstərişlərinə görə, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs, yəni satıcı və sahənin mülkiyyətçisi çıxış edir. İddiaçı əmlakı təqdim edən şəxs deyil, onu əldə edən şəxs olduğundan cavabdehin hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alğı-saqtı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin iddiaçı tərəfində n ödənilməsinə dair şərt irəli sürməsi qanunauyğun olmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq əmlakları əldə edən iddiaçı sonradan həmin əmlakı satdığı təqdirdə sadələşdirilmiş verginin ödəyicisi olacaq, bu isə eyni əmlakla bağlı iddiaçının iki dəfə eyni vergiyə cəlb olunmasına səbəb ola bilər. Məhkəmə həmçinin bildirmişdir ki, mübahisə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən cavabdeh qanunun tələblərinə uyğun şəkildə həyata keçirilmiş hərracın nəticələrinə dair protokolu təsdiq etmək və alğı-satqı müqaviləsi bağlamaq vəzifəsindən imtina etmək hüququna malik deyildir. Həmin qətnamədən üçüncü şəx s Azərbaycan Respublikası Vergilər Nazirliyi (bundan sonra mətndə üçüncü şəxs) apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, e-2-2(103)-104/2020 saylı qərardadı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Cahangir Yusifov və İlham Əhmədov) mübahisə üzrə tətbiq edilməli olan normaların şərhi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2020-ci il tarixli qərarı ilə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla mümkün qədər qısa müddət ərzində tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, keçirilmiş təkrar hərrac baş t utmamış elan edildiyi halda sadələşdirilmiş verginin ödənilməli olub-olmaması və ya kim tərəfindən ödənilməli olması mövcud qanunvericilik normaları ilə tam nizamlanmadığından, müvafiq şərhlə məsələnin tənzimlənməsini qeyri-mümkündür. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-104/2020 saylı qətnaməsi ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Cahangir Yusifov) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının tələbkar olduğu 28 icra sənədi üzrə ca vabdeh tərəfindən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakların açıq hərracda satılması məqsədi ilə keçirilmiş hərraclar baş tutmamış, əmlaklar ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə iddiaçıya təklif edilmişdir. İddiaçı tərəfindən cavabdehə məktublar göndərilərək əmlakların balansa götürülməsinə razılıq verilsə də, cavabdeh həmin əmlakların açıq hərracda satılmasına dair yekun protokolların və alğı-satqı müqavilələrinin bank tərəfindən sadələşdirilmiş vergi ödənilmədən bağlanmasından imtina etmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, vergi qanunvericiliyində yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulması n əzərdə tutulmuşdur. Hazırkı halda isə, əmlakı əldə edən ipoteka saxlayan tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən ödəmə mənbəyindən verginin tutulması ilə bağlı vergi qanunvericiliyinin müddəalarının tətbiqi mümkün olmur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməyə məcbur olan bankın hərracın baş tutumaması səbəbindən məcburiyyət qarşısında qalaraq əldə etdiyi ipoteka predmetinin həm əldə edilməsi zamanı həm də onun özgəninkiləşdirilməsi zamanı eyni vergiyə iki dəfə cəlb edilməsi qanunsuzdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları qanunvericiliklə nəzərdə tutulmadığından iddiaçının belə vəzifəsinin olmasına dair cavabdehin və vergi orqanının mövqeləri əsassız olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 319.3, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.10, 150, 150.1.13, 150.3-1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7, 43.9-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən üçüncü şəxs kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində bildirilmişdir ki, ipoteka predmetini təşkil edən yaşayış və qeyri-yaşayış sahələrinin icra edilm əmiş kredit öhdəliyi qarşılığında ipoteka saxlayanın mülkiyyətinə keçməsi vergitutma məqsədləri üçün təqdim edilmə sayılır və sadələşdirilmiş verginin obyektini təşkil edir. İpoteka predmetinin təqdim edilməsi əməliyyatında, yəni hərrac prosesində ipoteka qoyan nə bilavasitə, nə də dolayısı ilə iştirak etmədiyindən verginin ondan tutulması üçün şərait yaranmır. Bu səbəbdən vergi orqanı hesab edir ki, hərracın nəticələrini müvafiq protokolla rəsmiləşdirən ixtisaslaşdırılmış təşkilat tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması haqqında tələb məhz ipoteka saxlayana qarşı yönəldilməlidir. Lakin, ipoteka predmetini təşkil edən əmlakın mülkiyyətindən çıxması qarşılığında ipoteka qoyan kredit üzrə öhdəliklərinin tam və ya qismən əvəzləşdirilməsi formasında müəyyən gəlir əldə et diyindən, sadələşdirilmiş verginin tutulduğu şəxs ipoteka saxlayan olsa da, bu vergi məbləği ipoteka qoyanın hesabına aid edilir. Bundan başqa bildirilmişdir ki, ipoteka haqqında qanunvericilik ipoteka əməliyyatı ilə bağlı yaranan vergi öhdəliyinin ipoteka saxlayandan tutulmasını və onun üzərinə düşən vergi yükünün ipoteka predmetinin dəyərindən ödənilməsini, həmçinin tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi zamanı meydana gələn istənilən xərclərin satılnalma qiymətindən tutulmasını və bu qiymətin alıcı tərəfindən ödənilməli olduğunu müəyyən etmişdir. Belə olan halda, ipoteka predmetini öz mülkiyyətinə qəbul etməsi ilə əlaqədar ipoteka saxlayandan tutulan sadələşdirilmiş verginin ipoteka predmetinin dəyərindən ödənilməsi həmin vergi məbləğinin ipoteka qoyanın kredit borcunun əvəzləşdirilən hissəsinin azaldılması yolu ilə baş verməlidir. Digər bir dəlillə bildirilmişdir ki, ipoteka predmetini mülkiyyətinə qəbul etməsinə görə ipoteka saxlayandan sadələşdirilmiş verginin tutulması həmin predmetin sonradan üçüncü şəxslərə satışı zamanı sadələşdirilmiş verginin ödənilməsi məhkəmənin qeyd etdiyi kimi təkrar vergitutma hesab oluna bilməz. Belə ki, birinci halda ipoteka saxlayandan tutulan sadələşdirilmiş vergi onun hesabına deyil, ipoteka qoyanın hesabına aid edilir və dolayısı ilə vergi ipoteka qoyan tərəfindən ödənilmiş hesab olunur. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.3, 219.3-1, 150.1.9, 150.1.13, 150.3-1, 13.2.10, “İpoteka haqqında” Azərbaycan Respublikası Qan unun 5-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhk əmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı vergi ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmalıdır. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları qanunvericiliklə nəzərdə tutulmadığından iddiaçının belə vəzifəsinin olmasına dair cavabdehin və vergi orqanının mövqeləri əsassız olmuşdur. Bu mövqeyi mübahisələndirən üçüncü şəxs bildirmişdir ki, ipoteka haqqında qanunvericilik ipoteka əməliyyatı ilə bağlı yaranan vergi öhdəliyinin ipoteka saxlayandan tutulmasını və onun üzərinə düşən vergi yükünün ipoteka predmetinin dəyərindən ödənilməsini, həmçinin tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi zamanı meydana gələn istənilən xərclərin satılnalma qiymətindən tutulmasını və bu qiymətin alıcı tərəfindən ödənilməli olduğunu müəyyən etmişdir. Belə olan halda, ipoteka predmetini öz mülkiyyətinə qəbul etməsi ilə əlaqədar ipoteka saxlayandan tutulan sadələşdirilmiş verginin ipoteka predmetinin dəyərindən ödənilməsi həmin vergi məbləğinin ipoteka qoyanın kredit borcunun əvəzləşdirilən hissəsinin azaldılması yolu ilə baş verməlidir. Bu zaman, ipoteka saxlayandan tutulan sadələşdirilmiş vergi onun hesabına deyil, ipoteka qoyanın hesabına aid edilir və dolayısı ilə vergi ipoteka qoyan tərəfindən ödənilmiş hesab olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 150.1.3-cü maddəsinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edil məsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergini tutmağa borcludur; - 13.2.10-cu maddəsinə əsasən, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Vergi qanunvericiliyinin istinad olunan normalarından göründüyü kimi, yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; - 319.3-cü maddəsinə əsasən, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş oby ektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Maddi hüquq normalarının göstərişindən aydın olduğu kimi, borclu tərəfindən borcun ödənilməsi ilə bağlı öhdəliklər yerinə yetirilmədikdə ipoteka saxlayan ipoteka predmeti olan obyekti açıq hərracdan sata bilər və bu zaman ipoteka predmetinin borc üzrə tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarına görə, ipoteka predmetinin tutmaya yönəldilməsi üçün təşkil edilmiş hərrac baş tutmamış və iddiaçı həmin əmlakı məcburiyyət qarşısında qalaraq əldə etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.7-ci maddəsinə əsasən, hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 fa iz az olmayan qiymətlə ala bilər, bu şərtlər ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan daha üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Məhkəmə kollegiyası hesab edir ki, hərracın baş tutmadığı hallarda qanunvericilik ipoteka saxlayan tərəfindən ipoteka predmetini təkrar hərrac qiymətinin 25 faizindən az olmayan qiymətlə alınmasını nəzərdə tutsa da, hazırki halda ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə olunması zamanı hər-hansı ödəniş həyata keçirilmədiyindən ödəmə mənbəyindən verginin tutulması mümkün olmamışdır. İddiaçı ipoteka predmetini məcburiyyət qarşısında qalaraq əldə etdiyindən və bu zaman hər-hansı ödəniş etmədiyindən üç üncü şəxsin ödəmə mənbəyində verginin iddiaçıdan tutulması və ipoteka qoyanın kredit borcunun əvəzləşdirilən hissəsin azaldılmasına dair dəlilləri əsaslı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur. Hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmədiyindən vergi qanunvericiliyinin yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı sadələşdirilmiş verginin tutulmasına dair normaların tətbiqi mümkünsüz olur. Vergi ödənilməsi qaydasını tənzimləyən müvafiq qanunvericilik normalarına nəzər yetirildikdə, hərracın baş tutmaması səbəbindən əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı vergilərin ödənilməli olub-olmaması məsələsini nizama salan normaların mövcud olmadığı aydın görünür. Azərbaycan Respubli kası Vergi Məcəllənin 3.11-ci maddəsinə uyğun olaraq isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini x3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-104/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Sədrlik edən Sevda Hüseynova Hakimlər Azər Hüseynov Bəhram Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar