Məhkəmə qərarları › İş №2-2(102)-112/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-112/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-112/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “xxxx” MMC-nin “xxxx” MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: arabağlantı müqaviləsindən irəli gələn borcun ödənilməsi) 01.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), X1, X4 oğlundan ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, iddiaçı MMC-nin vəkili X2 və cavabdeh MMC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı arabağlantı müqaviləsindən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2-2(103)608/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı “xxxx” MMC cavabdeh «xxxx» MMC-dən aralarında bağlanmış arabağlantı müqaviləsindən irəli gələn borcun ödənilməsini, «xxxx» MMC isə həmin müqavilənin şərtləri dəyişdirilməklə tərəflərin biri-birinə olan borcun yenidən hesablanmasını tələb edir.

2. Belə ki, tərəflər arasında bağlanmış “Arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında” 2006-0597 saylı xx.xx.2006-cı il tarixli Müqavilənin 11.2-ci bəndinə əsasən, tərəflərin şəbəkələri arasında birbaşa və ya 3-cü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq mübadilə olunan trafikin (sabit-mobil və mobil-sabit) hər dəqiqəsi üçün trafiki ötürən tərəf trafiki qəbul edən tərəfə 5 qəpik ödəyir.

3. Həmin müqvilənin 12.4-cü bəndinə müvafiq olaraq bu Müqavilə qüvvəyə mindikdən sonra tərəflərdən hər hansı biri Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər operatorlarla və yaxud onlardan hər hansı biri ilə bu Müqavilənin şərtlərindən daha üstün şərtlərlə arabağlantı müqaviləsi bağlandıqda, həmin şərtlərin digər tərəfə şamil edilməsi məqsədi ilə müqaviləyə əlavə və dəyişikliklər ediləcəkdir. 4. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi NM-TS-18/4141 saylı məktubla operatorlara müraciət edərək, şəbəkələrarası qoşulma və tar fikin ötürülməsi üzrə hesablaşmalara dair müqavilələrdə dəyişiklik edilərək şəbəkələr arasında zənglərin sonlandırılması qiymətlərinin sabit- mobil – 3 qəpik, mobil– sabit 5 qəpik müəyyən edilməsi tapşırılmışdır.

5. Həmin tapşırığa uyğun olaraq yuxarıda qeyd edilən müqavilədə dəyişiklik edilməsə də, tərəflər müqavilənin 11.2-ci bəndində təsbit edilmiş “sabit-mobil - 5 qəpik, mobil-sabit 5 qəpik” qiymətlər “sabit-mobil – 3 qəpik, mobil-sabit - 5 qəpik qiymətləri ilə əvəz edilmişdir. 6. 2017-ci ilədək tərəflər arasında hesablaşmalar məhz, həmin qiymətlərlə həyata keçirilmişdir.

7. Bu tarixədək olan müddət ərzində “xxxx” MMC qeyd edlən dəyişikliyin müqavilənin 11.2-ci bəndinin mətnində təsbit olunması üçün tərəflər arasında müvafiq Protokol imzalanması təklifi ilə «xxxx» MMC-yə dəfələrlə müra ciət etsə də, sonuncu, hesablaşmaları yeni tariflə aparmaqdan imtina etməsə də, protokolu imzalamamışdır.

8. Lakin 2017-ci ilin iyun ayından “xxxx” MMC-nin «xxxx» MMC-yə göndərdiyi elektron vergi hesab fakturalarında qeyd edilən hesablaşma məbləğləri «xxxx» MMC tərəfindən ödənilməmiş qalmışdır.

9. Həmin tarixdən etibarən «xxxx» MMC, “xxxx” MMC-yə bir neçə məktublarla müraciət edərək, MMC-yə tərəflər arasında bağlanmış müqavilənin 11.2-ci bəndində dəyişiklik edərək, burada qeyd edilmiş tarifləri “sabit-mobil - 3 qəpik, mobil-sabit - 3 qəpik” kimi müəyyən edilməsini və tərəflər arasında haqq-hesabı yeni tariflərlə hesablanmasını təklif etmişdir ki, “xxxx” MMC bu təklifdən imtina etmişdir. 10.«xxxx» MMC öz təklifini əsaslandırmaq üçün Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Na zirliyinin 2014 - 2017-ci illər ərzində MMC-yə ünvanladığı məktublara istinad etmişdir ki, həmin məktublarda Nazirlik şəbəkələrarası zənglərin sonlandırılması qiymətlərini sabit-mobil – 3 qəpik, mobil –sabit – 3 qəpik kimi nəzərə alınmasını tövsiyyə etmiş və göstərmişdir ki, onun bu haqda 1-ci, yəni 2014-cü il tarixli məktubunun icrası Azərbaycanda fəaliyyət göstərən bütün şəbəkə operatorlarına şamil olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı “xxxx” MMC cavabdeh «xxxx» MMC-yə qarşı məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış mövcud xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, cavabdeh MMC-dən iddiaçı MMC-nin xeyrinə xx.xx.2017 - xx.xx.2019-cu il tarixləri əhatə edən dövrü üzrə yaranmış 357.115,52 manat əsas borcun, 14.480 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 371.985,52 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Eyni zamanda «xxxx» MMC iddiaçı “xxxx” MMC-yə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qüvvəsi xx.xx.2017-ci il tarixdən davam edən münasibətlərə şamil edilməklə, tərəflərin şəbəkələri arasında birbaşa və ya 3-cü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq mübadilə olunan trafikin (sabit-mobil və mobil- sabit) hər dəqiqəsi üçün xx.xx.2006-cı il tarixli 2006-0597 saylı müqavilənin 11.2-ci bəndində nəzərdə tutulan 5 qəpikin 3 qəpiklə əvəz edilməsi barədə dəyişiklik edilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019 -cu il tarixli, 22(81)666/2019 saylı qərardadı ilə “xxxx” MMC-nin müqaviləyə dəyişiklik edilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması haqqında qarşılıqlı iddası baxılmamış saxlanılması qərara alınmışdır. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 22(81)666/2019 saylı qətnaməsi ilə “xxxx” MMC-nin iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 357.115,49 manat əsas borcun, 3.500 manat dəbbə pulunun, cəmi 360.615,49 manatın və 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. 15. 1-ci instansiya məhkəməsi öz qətnaməsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, nə qədər ki, tərəflər arasında xx.xx.2006-cı il tarixli müqavilə mövcuddur, həmi n müqaviləyə nə tərəflərin razılığ ilə, nə də ki məhkəmə qaydasında hər hansı dəyişiklik edilməmişdir. Belə olan halda iddiaçı MMC qüvvədə olan müqavilə üzrə göstərdiyi xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş qiymətlərdə ödənişin həyata keçirilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdeh MMC-nin istinad etdiyi Rabitə Nazirliyin yeni tariflər (3=3 qəpik) haqqında məktubu, habelə cavabdeh MMC-nin digər operatorlarla yeni tariflərə əsasən müqavilələr bağlaması onun tərəfindən hazırda qüvvədə olan müqavilə üzrə öhdəliklərinin lazımınca icra edilməməsi üçün əsas ola bilməz. Həmçinin 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, dəbbə pulu tənasübsüz yüksək olduğundan 3.500 manata qədər azaldılmalıdır.

16. Həmin qətnamədən narazı qalan cavabdeh «xxxx» MMC apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsindən 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, ilkin iddianı rədd edib, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-608/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh “xxxx” MMC arasında “Azercell” və “xxxx” şəbəkələri arasında qarşılıqlı trafik mübadiləsi ilə əlaqədar qarşılıqlı arabağlantının texniki, iqtisadi, kommersiya və hüquqi münasibətlərini, əsas prinsiplərini və şərtlərini tənzimləyən 2006-0597 saylı xx.xx.2006-ci il tarixli müqavilə bağlanmışdır ki, bu müqaviləyə əsasən tərəflərin şəbəkələri arasında birbaşa və ya üçüncü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq mübadilə olunan trafikin (mobil – sabit mobil) hər dəqiqəsi üçün trafiki ötürən tərəf trafiki qəbul edən tərəfə 0,05 manat ödəməyi öhdələrinə götürmüşlər. Hazırda sözügedən müqavilə qüvvədədir, onun şərtlərində hər hansı bir dəyişiklik olmamışdır. İddiaçı “xxxx” MMC həmin şərtlərə uyğun üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin “xxxx” MMC öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına münasibət bildirərək hesab etmişdir ki, nə qədərk i mülki hüququn subyektləri arasında 2006-0597 saylı xx.xx.2006-ci il tarixli arabağlantı müqaviləsi mövcuddur, həmin müqaviləyə nə tərəflərin razılığı ilə, nə də ki məhkəmə qaydasında hər hansı bir dəyişiklik edilməmişdir, belə olan halda iddiaçı MMC qüvvədə olan müqavilə üzrə göstərdiyi xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş qiymətlərə uyğun ödənişin həyata keçirilməsini tələb etməkdə haqlıdır.

20. Cavabdeh MMC-nin dəlillərindən biri müqavilənin 12.4-cü bəndi ilə bağlıdır ki, həmin bəndin mənasına görə müqavilə qüvvəyə mindikdən sonra tərəflərdən hər hansı biri Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər operatorlarla və yaxud hər hansı biri ilə bu Müqavilənin şərtlərindən daha üstün şərtlərlə arabağlantı müqaviləsi bağlandıqda həmin şərtlərin digər tərəfə şamil edi lməsi məqsədilə bu müqaviləyə əlavə və dəyişikliklər ediləcəkdir. Bu dəlilə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən hal qüvvədə olan müqavilə üzrə müqavilə şərtlərinə uyğun olaraq hazıradək yaranmış öhdəliklərin icra edilməməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Apellyasiya instansiyası məhkəməsi belə qərara gəlmişdir ki, cavabdeh “xxxx” MMC-dən ƏDV daxil, əsas borcun tutulması hissəsində iddiaçı “xxxx” MMC-nin iddia tələbi əsaslı dır və təmin edilməlidir.

21. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi əsas borcun məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı MMC əsas borcun 357.115,52 manat məbləğində olduğunu qeyd etsə də, işin materiallarına əlavə olunmuş qarşılıqlı hesablaşma aktlarından və elektron qaimələrdən göründüyü kimi xx xxxx 2017-ci il - xx xxxxx 2019-cu il tarixləri arasında, ümumilikdə 7,142,309.73 dəqiqə trafik həcminə görə yaranmış borc məbləği 357.115,49 manat təşkil edir.

22. Həmçinin apellyasiya instansiyası məhkəməsi, iddia ərizəsinin dəbbə pulunun tələb olunması hissəsinə münasibət bildirərək qətnaməsində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçı MMC-nin həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh MMC-yə xx.xx.2019cu il tarixdə təqdim edilmişdir.

24. Həmin qətnamədən narazı qalan cavabdeh «xxxx» MMC kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından qətnaməni ləğv edərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyua məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş e tmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh MMC-nin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətində göstərilənlərlə eynilik təşkil edir. b) Kassasiya şikayəinə qarşı etirazın dəlilləri 26.Kassasiya şikayətinə qarşı iddiaçı MMC etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 27.Cavabdeh MMC-nin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

28. İddiaçı MMC-nin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.7-ci maddəsi nə əsasən, Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və həmçinin operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi istiqamətində həyata keçirilir.

30. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalıdır.

31. Azərbaycan Respublikası Prezidentinin “"Telekommunikasiya haqqında" Azərbaycan Respub likası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

32. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"nin 3.0.44-cü bəndinə əsasən, operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək Nazirliyin yerinə yetirdiyi vəzifələrdəndir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

34. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

35. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (560.3.2); bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə (560.3.5.1) istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması (560.3.5.2) xüsusən hüquqdan sui-istifadədir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən, 1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır; “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsinin “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəası bu Qərarın birinci hissəsində göstərilən meyarlara cavab verən hər hansı bir qərarın qəbul olunmasını ehtiva edir. KASSASİYA ŞİKAYƏT İNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. İş üzrə cavabdeh şikayət versə də, faktiki olaraq apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olur ki, burada öz mövqeyini bildirmiş məhkəmə belə hesab etmişdir ki, cavabdeh MMC-nin istinad etdiyi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2017-ci il tarixli 3-9/5832 saylı, xx.xx.2017-ci il tarixli 2-9,6713 saylı, xx.xx.2018-ci il tarixli 2-10/4796 saylı və xx.xx.2018-ci il tarixli 2-10/5432 saylı məktublarında hazırki iş üzrə tərəflər arasında mövcud olan arabağlantı müqaviləsinin şərtinin dəyişdirilməsi, yəni həmin müqavilədə şəbəkələrarası zənglərin sonlandı rılması qiymətlərinin sabit-mobil – 0,03 manat, mobil-sabit – 0,03 manat nəzərə alınması haqqında göstərişlər məcburi deyil, tövsiyyə xarakteri daşıyır, və belə olan halda tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan 2006-0597 saylı xx.xx.2006-ci il tarixli arabağlantı müqaviləsində müəyyən edilmiş şəbəkələrarası zənglərin sonlandırılmasının əvəlki qiymətləri, yəni sabit-mobil – 0,03 manat, mobil-sabit – 0,05 manat tətbiq edilməlidir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən bu mövqeyi əsaslı deyil, əksinə, cavabdeh MMC-nin Rabitə Nazirliyinin yuxarıda sadalanan göstərişləri ilə bağlı dəlilləri əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Dini etiqad azadlığı haqqınd a” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə (bax hazırki qərarın 36-cı bəninə), inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır.

42. Hazırki halda, işin materiallarında olan, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yuxarıda q eyd edilən məktubları məhz, inzibati orqanın inzibati aktları kimi nəzərə alınmalıdır.

43. Belə ki, Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi qanunla dövlət səlahiyyətinə aid edilməklə, Rabitə Nazirliyinə həvalə edilmiş və bununla, həmin inzibati orqanın operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi istiqamətində həyata keçirdiyi səlahiyyətlər ümumi (publik) hüquq sahəsinə aid olan səlahiyyətlərə aid edilmişdir.

44. Qanun inzibati orqanın bu sahədə həll etdiyi məsələləri dəqiq göstərmiş və müəyyən etmişdir ki, operatorlar biri-biri ilə arabağlantı müqavilələri bağlayarkən həmin müqavilələrin Rabitə Nazirliyinin müəyyən etdiyi şərtlərə zidd olmayan və qanunvericiyliyə uyğun olan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qa rşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və digər məsələləri nəzərə almalıdırlar.

45. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"nin 3.0.44-cü bəndində, həmin Nazirliyin operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək səlahiyyətləri birbaşa müəyyən edilmişdir.

46. Rabitə Nazirliyinin yuxarıda qeyd edilən məktublarının məzmununa nəzər salsaq görərik ki, həmin sənədlərdə Nazirliki imperativ xarakterli göstərişlər vermiş və onların operatorlar tərəfindən icra edilməsini tələb etmişdir. Məsələn, xx.xx.2018-ci il tarixli məktubda (bax İ c., i.v. 20) Nazirlik “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 12.2 və 12.3-cü maddələrinə istinad etməklə, opreratorların Nazirlik tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq 7 gün ərzində qarşılıqlı arabağlantı müqaviləsinin bağlamaq vəzifəsini və bu vəzifənin icra edilməməsinin və Nazirlik tərəfindən müəyyən olunan şərtləri nəzərə almadan qarşılıqlı hesablaşmaların aparılmasının yolverilməzliyini göstərmişdir.

47. Göründüyü kimi, Rabitə Nazirliyinin yuxarıda qeyd edilən məktubları həm formasına, həm də məzmununa görə inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktları olmuşdur, və belə olan halda onların hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin həllində nəzərə alınmaması əsassız və qanunsuzdur.

48. Məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisənin ədalətli həlli üçün Rabitə Nazirliyinin məktublarına zəruri hüquqi qiymət verilməsi üçün iş apellyasiya instansiyası məhkəməsində yenidən baxılmalıdır.

49. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozu lmasına dair cavabdehMMC-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

51. Ona görə də, cavabdeh MMC-nin kassasiya şikayəti təmin ediməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

52. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2-2(103)-608/2019 saylı saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar