Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-112/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçının ləğvedicisinin cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: kredit borcunun qaytarılması 16.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçının ləğvedicisinin nümayəndəsi, onun vəkilinin cavabdehin və 3-cü şəxsin vəkilinin iştirakı ilə, İddiaçının ləğvedicisi cavabdehə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh və iddiaçı tərəfindən Naxç ıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli 2-2(108)-03/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan iddiaçı (bundan sonra-“ASC”) ilə cavabdeh bundan sonra-“Firma”) arasında bağlanmış 2010-cu il 5 avqust tarixli 224 E saylı kredit müqaviləsindən (bundan sonra – “224 E saylı müqavilə”) görünür ki, ASC Firmaya tikinti avadanlıqlarının və onların ehtiyat hissələrinin alınması məqsədilə 36 ay müddətinə 18 faizlə 1.300.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır.
2. ASC ilə Firma arasında bağlanmış 2010-cu il 22 noyabr tarixli 232 E saylı kredit müqaviləsinə (bundan sonra - “232 E saylı müqaviləsi”) əsasən, ASC Firmaya tikinti avadanlıqlarının və onların ehtiyat hissələrinin alınması məqsədilə 36 ay müddətinə 18 faizlə 1.000.000 manat məbləğində kredit xətti açmışdır.
3. Həmin müqavilələrin 4.2-ci bəndinə əsasən, borc alan kreditdən təyinatı üzrə istifadə etmədikdə, aldığı krediti illik faizi ilə birlikdə qaytarmağa və kreditin 10 faizi məbləğində cərimə ödəməyə borcludur.
4. Həmin müqavilələrin 4.3-cü bəndinə əsasən, borc alan bu müqavilənin 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında razılaşdırılmış ödəmə müddəti keçdikdə krediti və faizini vaxtında qaytarmadıqda Bank hər gecikdirilən gün üçün kreditin və faizinin ödənilməmiş hissəsinin 0,5 faizi miqdarında penya ödənilməsini borc alandan tələb edə bilər.
5. Firmanın direktoru X1 (bundan sonra - “X1”) ASC-yə ünvanladığı 2013-cü il 21 noyabr tarixli məktubun surətindən görünür ki, o, verilmiş 1.000.000 manat məbləğindəki kreditin ödənilmə vaxtının 36 ay müddətinə, yəni 2016-cı il 22 noyabr tarixinədək uzadılmasını xahiş etmişdir. 6. 232 E saylı müqaviləyə 2013-cü il 22 noyabr tarixli əlavə razılaşmadan görünür ki, 232 E saylı müqavilənin 2.3-cü bəndinə dəyişiklik edilərək, istifadə edilmiş kreditin qaytarılma vaxtı daha 36 ay müddətinə uzadılmış və öhdəliklərin icrasının son tarixi 2016-cı il 22 noyabr müəyyən edilmişdir.
7. ASC-nin Firmaya ünvanladığı 2017-ci il 15 dekabr tarixli 1112 nömrəli, 2018-ci il 16 yanvar tarixli 39 və 47 nömrəli xəbərdarlıq məktublarından görünür ki, Firmadan kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faiz məbləğinin ödənilməsi tələb edilmiş, əks halda borcla əlaqədar məhkəməyə müraciət olunacağı bildirilmişdir.
8. Maliyyə ar ayışından görünür ki, Firmanın 224 E saylı müqaviləsi üzrə ASC-yə 2018-ci il 12 fevral tarixinə 1.209.550,69 ABŞ dolları əsas borcu, 468.000 ABŞ dolları faiz borcu, əldən çıxmış faydaya görə 1.238.546,71 ABŞ dolları, cəmi 2.916.097,39 ABŞ dolları borcu yaranmışdır.
9. Digər maliyyə arayışından görünür ki, Firmanın 232 E saylı müqaviləsi üzrə ASC-yə 2018ci il 12 fevral tarixə 917.944 manat əsas borcu, 1.026.051,50 manat faiz borcu, əldən çıxmış faydaya görə 202.406,65 manat, cəmi 2.146.402,15 manat borcu yaranmışdır.
10. İş materiallarına əlavə edilmiş ASC-nin məktubundan görünür ki, 224 E saylı müqaviləsi üzrə kreditin gecikən əsas məbləği 2012-ci il 5 avqust tarixdən 2014-cü il 11 noyabr tarixinə 1.300.000 ABŞ dolları təşkil etmiş, müştəri ödəniş etdikdən sonra 2014-cü il 12 noyabr tarixi ndən 2018-ci il 12 fevral tarixinə 1.209.550,68 ABŞ dolları təşkil etmişdir. Əldən çıxmış faydanın hesablandığı 1-ci dövr 2012-ci il 5 avqust tarixindən 2014-cü il 11 noyabr tarixinə qədər 815 gün, 2ci dövr 2014-cü il 12 noyabr tarixindən 2018-ci il 12 fevral tarixinə qədər 1172 gündür. Əldən çıxmış fayda lilik 18 %-lə hesablanmış, bir aya 1.5 %, bir günə isə 0.05 % təşkil edir.
11. Həmin məktubdan görünür ki, 232 E saylı müqaviləsi üzrə kreditin əsas məbləğinin qalığı 2016-cı il 22 noyabr tarixinə 917.944 manat təşkil edir. Əldən çıxmış faydanın hesablandığı dövr 2016-cı il 22 noyabr tarixindən 2018-ci il 12 fevral tarixinə qədər 441 gündür. Əldən çıxmış fayda illik 18 %-lə hesablanmış, bir aya 1.5 %, bir günə isə 0.05 % təşkil edir. 12. iş materiallarına əlavə edilmiş 2010-cu il 6 avqust tarixli D1-494352 nömrəli çekdən (bundan sonra – “494352 nömrəli çek”) görünür ki, Firmanın direktoru X1 1.043.770 manat pulu ASC-dən almışdır. 13. 2010-cu il 22 noyabr tarixli D1-494352 nömrəli çekdən (bundan sonra – “494353" nömrəli çek”) görünür ki, Firmanın direktoru X1 700.000 manat pulu ASC-dən almışdır. 14. 2011-ci il 11 mart tarixli D1-494354 nömrəli çekdən (bundan sonra – “494354 nömrəli çek”) görünür ki, Firmanın direktoru X1 39.800 manat pulu ASC-dən almışdır. 15. 2011-ci il 18 mart tarixli D1-494352 nömrəli çekdən (bundan sonra – “494355 nömrəli çek”) görünür ki, Firmanın direktoru X1 250.000 manat pulu ASC-dən almışdır.
16. Şərur rayon Vergilər İdarəsinin 2018-ci il 10 sentyabr tarixli **********334200 nömrəli arayışından görünür ki, Firma 2005-ci il 6 iyun tarixindən Şərur R ayon Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda durur və 2009-cu il 23 yanvar tarixindən faliyyətini dayandırıb. 17. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 13 aprel tarixli 2-1(81)-1494/2016 nömrəli qərardadı ilə lisenziya ləğv edilmiş və müflis elan olunmuş ASC-yə ləğvedici qismində təyin edilmiş “X2” MMC-nin fəaliyyətinə xitam verilmiş və ASC-yə ləğvedici qismində Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “ƏSF”) təyin olunmuşdur. 18. 2010-cu il 5 avqust tarixli 224/44E nömrəli, 2010-cu il 22 avqust tarixli 232/57E nömrəli ipoteka müqavilələrindən, 2014-cü il 7 noyabr tarixli AN-1 seriyalı ******* nömrəli və AN-1 seriyalı ******* nömrəli alğı-satqı müqavilələrindən və sərəncamlardan görünür ki, ipoteka qoyulmuş əmlaklar satılaraq 2014-cü il 11 n oyabr tarixində hər iki müqavilə üzrə ödəniş edilmişdir.
19. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kommersıya təşkilatlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, hüquqi ünvanı ünvan 1-dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 20. iddiaçının səlahiyyətli nümayəndəsi Firmaya qarşı kredit xətti müqaviləsi üzrə yaranmış kredit borcunun (əsas kredit məbləğinin və ona hesablanmış faizin) ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə 2018-ci il 25 iyun tarixində Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 224 E saylı müqavilə üzrə 1.209.550,68 ABŞ dolları məbləğində əsas borc, 468.000 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, əldən çıxmış faydaya gö rə 1.238.546,71 ABŞ dolları olmaqla, cəmi 2.916.097,39 ABŞ dolları məbləğində kredit borcunun və 232 E saylı müqavilə üzrə 917.944 manat məbləğində əsas borc, 1.026.051,50 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, əldən çıxmış faydaya görə 2.024.006,65 manat olmaqla, cəmi 2.146.402,15 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun Firmadan ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC 224 E və 232 E saylı müqavilələr üzrə öhdəliklərini tam icra edərək kredit məbləğini versə də, Firma müqavilə şərtlərini pozaraq həmin kreditin əsas məbləği və ona hesablanmış faizlərdən ödəniş etməmiş, bununla bağlı aparılan danışıqlar və rəsmi xəbərdarlıqlar nəticə verməmiş, bununla da ASC-yə zərər dəy mişdir.
22. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 16.1, 743, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.4, 460.1, 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 499-cu madələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
23. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin 2018-ci il 12 noyabr tarixində keçirilmiş məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək 232 E saylı müqaviləüzrə əldən çıxmış faydanın 202.456,65 manat məbləğində olduğunu bildirmişdir. 24. 2018-ci il 31 iyul tarixli məhkəmə iclasında Firmanın nümayəndəsi X1 verdiy i izahatında iddia tələbini etiraf etdiyini, ASC-yə hər iki kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilmiş məbləğdə borcu olduğunu, həmin pulu özü götürməsə də müqavilələrə özünün imza etdiyini, borcun onun borcu olduğunu, iddianı qəbul etdiyini, lakin faizlərin çox olduğunu bildirərək ASC ilə öz aralarında razılaşmaları üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. 25. 2018-ci il 7 sentyabr tarixli məhkəmə iclasında Firmanın və X1-in nümayəndəsi və vəkili verdiyi izahatında iddia tələbinə etiraz edərək 224 E saylı müqavilənin saxta olduğunu, həmin müqavilənin birinci vərəqəsində X1-in imzasının olmadığını, müqavilənin birinci vərəqi saxtalaşdırıldıqdan sonra 232 E saylı müqavilənin bir nüsxəsinin ikinci vərəqəsinin həmin birinci vərəqə əlavə olunduğunu və 224 E saylı müq avilənin yaradıldığını, bu müqavilə ilə bağlı əlavə razılaşmanın olmadığını, müqavilədə nəzərdə tutulmuş kredit məbləğinin Firmaya verilməsini əks etdirən sənədlərin olmadığını, ASC tərəfindən Firmaya pul verilmədiyini, həmçinin kredit müqaviləsinin uzadılması barədə əlavələrdə imzanınnın Firmanın nümayəndəsi olmuş X1-ə məxsus olmasının şübhə yaratdığını, kredit xətti müqaviləsinin uzadılması barədə saxta ərizənin məqsədinin iddia müddətinin buraxılmaması görüntüsünü yaratmaqdan ibarət olduğunu, iddia müddətləri və onların hesablanması qaydasının MM-lə tənzimləndiyini və tərəflərin razılaşdırılması ilə dəyişdirilə bilmədiyini, üç illik iddia müddətinin çoxdan keçdiyini bildirmişdir. 26. 2018-ci il 19 sentyabr tarixli məhkəmə iclasında Firmanın və X1-in nümayəndəsi və vəkili vəsatətlə çıxış edərək 224 E saylı müqavilənin saxta olduğunu, həmin müqavilənin birinci vərəqəsində X1-in imzasının olmadığını, müqavilə tələbləri üzrə iddia müddətinin artıq iki dəfədən artıq keçdiyini, 494352 saylı çek vasitəsilə X1-ə nağd pul verilməsi və onun həmin sənədi imzalamasının mümkün olmadığını, həmin imzanın, eləcə də 494353 saylı çekdəki imzanın X1-ə, ASC-nin bankın müvafiq əməkdaşlarına və ya başqa şəxsə, hebelə kredit xətti müqaviləsinin uzadılması barədə ərizədəki imzanın X1-ə məxsus olub-olmamasının aydınlaşdırılması məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinin vacib olduğunu bildirmişdir.
27. İddiaçının nümayəndəsi X1-in kredit müqavilələrindəki imzaların ona məxsus olmasını etiraf etdiyini, 2018-cı il 19 sentyabr tarixli məhkəmə iclasında isə imzaların saxta oldu ğunu, onun tərəfindən icra edilmədiyini bildirdiyini, mübahisəyə aydınlıq gətirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. 28. 2018-ci il 29 oktybar tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq 232 E saylı müqavilə üzrə iddia ərizəsində qeyd edilən 2.024.006,65 manat məbləğindəkı əldən çıxmış faydanın texniki səhv olaraq yazıldığını, həmin məbləğin maliyyə arayışına əsasən 202.456,65 manat olmalı olduğunu, həmçinin maliyyə arayışında 232 E saylı kredit müqaviləsinin bitmə müddətindən sonra hesablanmış əldən çıxmış fayda qrafasında texniki səhvə yol verilərək, 2012-ci il 5 avqust tarixindən 2018-ci il 5 fevral tarixə göstərildiyini, hansı ki, əldən çıxmış faydanın həmin kredit üzrə 2016-cı il 5 fevral ta rixindən 2018-ci il 5 fevral tarixinə kimi qeyd edilməli olduğunu, həmçinin maliyyə arayışında 232 E saylı müqavilə üzrə 917.944 manat məbləğində əsas borcun, 1.026.051,50 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, əldən çıxmış faydaya görə 202.456,65 manatın cəminin, yəni 2.146.402,15 manatın da texniki səhv olaraq qeyd edildiyini, həmin məbləğin hesablandıqda 2.146.452,15 manat olmalı olduğunu bildirmiş, 224 E saylı müqavilə üzrə 1.209.550,68 ABŞ dolları məbləğində əsas borc, 468.000 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcunun, əldən çıxmış faydaya görə 1.238.546,71 ABŞ dolları olmaqla, cəmi 2.916.097,39 dollar məbləğində kredit borcunun və 232 E saylı müqavilə üzrə 917.944 manat məbləğində əsas borcun, 1.026.051,50 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, əldən çıxmış faydaya görə 202.456,65 manat olmaqla, cəmi 2.146.452,15 manat manat məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Firmadan ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Həmin məhkəmə iclasında X1 öz izahatında 224 E saylı müqavilənin olmadığını, həmin müqavilənin birinci vərəqəsində onun imzasının olmadığını, müqavilənin birinci vərəqi saxtalaşdırıldıqdan sonra 232 E saylı müqavilə bir nüsxəsinin ikinci vərəqəsinin həmin birinci vərəqə əlavə olunaraq 224 E saylı müqavilə yaradıldığını, həmin kreditlərin verilməsinə, pulun köçürülməsinə dair sənədlərin olmadığını, ASC tərəfindən X1-ə pulun verilmədiyini, çeklərdəki imzalar ona aid olsa da pulu almadığını, çeklərlə bağlı işləri ka ssada olan şəxslərin özlərinin sənədləşdirdiyini, onun həmin vaxt Bakıda olmadığını, İrana keçib, Culfadan Naxçıvana gəldiyini, onun orada olmaya-olmaya çeki imzalayıb nağd pulu almasının mümkün olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. İddiaçının nümayəndəsi 2018-ci il 19 sentyabr tarixində məhkəməyə vəsatət verərək məhkəmə-xətşünaslıq ekspertizanın keçirilməsini xahiş etmişdir.
31. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 sentyabr tarixli 2-2(087)-18/2018 saylı qərardadı ilə vəsatət təmin edilmiş, məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: kredit müqavilələrindəki, kredit müqaviləsinə əlavə razılaşma səhifələrində imzalar qrafasındakı, kassa m əxaric sənədindəki imzalar X1 tərəfindən icra olunmuşdur? Kredit və razılaşma sənədlərinin səhifələrindəki möhürlər saxtalaşdırılmışdır?
32. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 15 oktyabr tarixli 196/18 nömrəli ekspert rəyindən görünmüşdür ki, 224 E saylı müqavilə sonunda “BORC ALAN” qrafasında “X1” yazıları önündəki imza, 232 E saylı müqavilənin 1-ci səhifəsinin aşağı orta hissəsindəki imza və 4-cü səhifəsinin aşağı sağ hissəsində “BORC ALAN” qrafasında “X1” yazıları önündəki imza, 224 E və 232 E saylı müqavilələrə 2013-cü il 22 noyabr tarixli razılaşmaların aşağı sağ hissəsində “KREDİT ALAN” qrafasında Ə.Z.Orucov yazıları önündəki imza, 494352, 494355, 494354 və 494353 nömrəli çekin üz tərəflərinin aşağı sol hissəsində “İMZALAR” sözü qarşısındakı imza, arxa hissəsində isə “MƏSRƏFİN MƏQSƏDİ” qrafasının aşağısında “imzalar:” sözü qarşısındakı imza və “çekdə göstərilən məbləği aldım” qrafasında “imza” sözü qarşısındakı imza X1 tərəfindən icra olunmuşdur.
33. Firmanın və X1-in nümayəndəsi və vəkili 2018-ci il 23 noyabr tarixində məhkəməyə vəsatət vermiş, məhkəmə-texniki ekspertizanın keçirilməsini xahiş etmişdir.
34. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 noyabr tarixli 2-2(087)-18/2018 saylı qərardadı ilə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 224 E saylı və 232 E saylı müqavilələrin, 494352, 494353, 494354 və 494355 saylı çeklərin üzlərində olan X1-in imzaları və Firmanın möhürünün əksi qeyd olunan sənədlər üzərində hansı üsulla, hansı tarixlərdə (eyni vaxtda, yoxsa müxtəlif tarixlərdə) icra olunmuşdur? Sənədlərin üzərində Firmaya məxsus möhür əksləri eyni bir klişedən vurulmuşdurmu? Sənədlərin üzərindəki mətnlər bir-birinə münasibətdə hər hansı dəyişikliklərə uğramışlarmı?
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 27 dekabr tarixli 33145/33508 nömrəli ekspertiza rəyində ekspert suallara aşağıdakı qaydada cavab vermişdir: 36. 1-ci sual üzrə: 224 E və 232 E saylı müqavilələrdə (borcalan hüquqi şəxs üçün), 494352, 494355, 494354 və 494353 nömrəli çeklərdə olan imzalar birbaşa qələmlərlə icra olunmuşdurlar. 37. 2-ci sual üzrə: Həmin müqav ilələ və çeklərdə olan “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayon müstəqil FİRMA “DAMÇİ” məzmunlu möhür əksləri eyni relyef klişe vasitəsilə vurulmuşdur. 38. 3-cü sual üzrə: Həmin müqavilələrin mətni eyni elektrofotoqrafik çap üsulu ilə lazer printeri vasitəsilə çap edilmişdir, onların mətnində hər hansı bir dəyişikliklər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir.
39. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 fevral tarixli 2-2(087)-01/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 224 E saylı müqavilə üzrə 1.209.550,68 ABŞ dolları məbləğində əsas borc, 468.000 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, əldən çıxmış faydaya görə 1.238.546,71 ABŞ dolları olmaqla, cəmi 2.916.097, 39 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və 232 E saylı müqavilə üzrə 917.944 manat məbləğində əsas borc, 1.026.051,50 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 202.456,65 manat olmaqla, cəmi 2.146.452,15 manat məbləğində kredit borcu və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Firmadan ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 288,25 manat Firmadan tutularaq müvafiq hesaba ödənilməsi qət edilmişdir (hakim – H.Muradov).
40. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Firma 224 E və 232 E saylı müqavilələr üzrə ASC-yə ödənilməli əsas borcu və əsas borca hesablanmış faizləri ödəməmiş, bununla da müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlükdə tərəflərin üzərinə düşür.
41. Məhkəmə bu qənaətini MM-in 385.1, 399.3, 399.4, 427.3, 439.1, 439.2, 442, 445.1, 462.1, 465.2, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 80, 81, 88, 119.2, 217.4-cü maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
42. Firmanın və X1-in nümayəndəsi və vəkili 2019-cu il 11 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin l əğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
43. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 iyun tarixli 2-2(108)-01/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 224 E və 232 E saylı müqavilələr üzrə əsas və əldən çıxmış faydaya görə borclar, eyni zamanda müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətin bitdiyi tarixə faiz borcu ayrı-ayrılıqda nə qədərdir?
44. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyini n Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 2 avqust tarixli 128/19 nömrəli ekspert rəyinə əsasən, kredit üzrə müqavilənin bitmə tarixinə Firmanın ASC-yə 224 E saylı müqavilə üzrə əsas borcu 1.209.550,52 ABŞ dolları, faiz borcu 468.000 ABŞ dolları, 232 E saylı müqavilə üzrə əsas borcu 928.144 manat, faiz borcu 1.080.000 manat təşkil edir. Müqavilələr üzrə əldən çıxmış faydanın neçə faizlə hesablanması məlumatı öz əksini tapmamışdır. Hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də tədqiqatla Firmaya cərimə, əldən çıxmış fayda hesablanmamışdır.
45. Apellyasiya baxışı zamanı “cavabdeh” MMC iş üzrə Firmanın hüquqi varisi kimi, X1 isə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər.
46. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 avqust tarixli 2-2(108)-01/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 fevral tarixli 2-2(087)-01/2019 saylı qətnaməsi qüvvədə saxlanılmışdır (sədrlik edən – Ə.Xıdırov, hakimlər – Y.Qurbanov və F.Abbasov).
47. Məhkəmə kollegiyası hesab etmişdir ki, Firmanın fəaliyyətini dayandırması hüquq qabiliyyətini itirməsinə səbəb olmadığından kredit müqaviləsinin bağlamasına maneə deyildir.
48. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2014-cü il 9 iyun tarixli 9292 saylı ekspert rəyindən görünmüşdür ki, çeklərdəki imzaların Firmanın direktoru olmuş X1 tərəfindən icra olunmuşdur. Bu çeklər sadəcə tərtib olunduğu gün deyil, bir ay müddətində ödənişə təqdim edilə bildiyindən, X1-in də ç eklərin tərtib olunmasından keçən 1 aylıq müddətdəki müəyyən günlərdə Azərbaycan Respublikasında, o cümlədən Bakı şəhərində olması çeklərin X1 tərəfindən Banka təqdim olunmaqla müvafiq məbləğlərdə pulun nağdlaşdırıldığını təsdiq edir.
49. Məhkəmə kollegiyasının qənaətinə görə, tələblərin ödənilməsi üçün tutmanın girov predmetinə yönəldilməsi iddiaçının hüququdur. Bu hüquqdan istifadə edib-etməməsi iddiaçının istəyinə bağlıdır.
50. Apellyasiya şikayətində ASC tərəfindən sənədlərin saxtalaşdırıldığı bildirilsə də, bununla bağlı hər hansı sübut kollegiyaya təqdim edilməmişdir. Eyni zamanda, X1 əgər çeklər ondan “oğurlanmışdısa” və ya “itmişdisə” ödəyici banka ödənişin icrasını qadağan edə bilərdi. 51. 224 E və 232 E saylı müqavilələrin mövcud olması ekspert rəyi və digər mötəbər sübutlar nə ticəsində öz təsdiqini tapmışdır. Kredit verilmə proseslərinin video görüntülərinin olmaması halı müqavilələrin mövcudluğunu mübahisələndirməyə əsas deyildir.
52. Müqavilələr üzrə iddia müddətinin ötürülməsinə dair apellyatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi Firmanın və X1-in nümayəndəsi və vəkilinin “iddia müddətinin tətbiq olunması” barədə vəsatətini təmin etməyərək aşağıdakı nəticəyə gəlmişdir: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 9 aprel tarixli qətnaməsinə əsasən ASC müflis elan edilmiş və iflas prosedurana başlanılmış və “Y” MMC ASC-nin ləğvedicisi təyin edilmişdir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 13 aprel tarixli qərardadına əsasən “Y” MMC-nin fəaliyyətinə xitam verilmiş və ASC- yə ləğvedici qismində Y1 təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 25 yanvar tarixli 2-1(103)-342/2018 saylı qərardadına əsasən Y1 tərəfindən təqdim edilmiş kreditorların tələblərinin reyestri və etiraz edilmiş kreditorların tələblərinin reyestri təsdiq edilmişdir. Yalnız bundan sonra, yəni Bankın sənədlərinin hazırkı iddia tələbi üzrə iddiaçı olan Y1-ə təqdim edilməsi 2017-ci il 13 apreldə mümkün olmuşdur. Göründüyü kimi, icra müddəti 2015-ci il 5 avqustda bitmiş olan Müqavilə üzrə ləğv prosesi başlayanadək Bankın iddia müddəti bitməmiş olmuşdur. Y1 üçün ASC-nin öhdəlikləri ilə bağlı iddia müddətinin əvvəli isə 2017-ci il 13 apreldən hesablanmalıdır.
53. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar qeyd etmişdir ki, istinad olunan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini n qərarının çıxarıldığı tarix 2016-ci il 9 fevral olduğu halda birinci instansiya məhkəməsi yanlışlıqla “2016-cı il 9 aprel” qeyd etsə də, müqavilənin icra müddətinin bitdiyi vaxtdan başqa digər halları düzgün müəyyənləşdirmişdir. Eyni zamanda, 224 E saylı müqavilənin 5.16-cı bəndinə əsasən, bu müqavilə qüvvəyə mindikdən sonra öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. 54. 232 E saylı müqavilənin 2.3-cü bəndində kreditin qaytarılmasının son müddəti 2013-cü il 22 noyabr tarixi göstərilsə də, 2013-cü il 22 noyabr tarixli əlavə razılaşmadan məlum olmuşdur ki, həmin bəndə dəyişiklik edilərək öhdəliklərin icrasının son tarixi 2016-cı il 22 noyabr tarixi müəyyən edilmişdir. Belə olan təqdirdə həmin müqavilə üzrə tələblərdə iddia müddətinin axımı öhdəliklərin icrasının son tarixi olan 2016-c ı il 22 noyabr tarixindən sonrakı gündən hesablanmalıdır və ƏSF də həmin tarixdən 3 il keçməmiş iddia ilə məhkəməyə müraciət etmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, öz qətnaməsini aşağı məhkəmənin istinad etdiyi qanunvericilik aktlarından başqa MM-in 44.1, 295, 319.1, 374.1, 986-10.2, 986-11.3-cü, MPM-nin 384.0, 384.0.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 16.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad etməklə əsaslandırmış dır (bax yuxarıda § 40-41).
56. Həmin qətnamədən Firma 2019-cu il 24 oktyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 mart tarixli 2-2(102)-06/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 avqust tarixli 22(108)-01/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – A.Hüseynov, hakimlər – İ.Dadaşov və R.Nəbizadə).
58. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nə apellyasiya instansiyası məhkəməsi nin qərarında, nə də ki, 2019-cu il 2 avqust tarixli ekspertiza rəyində əldən çıxmış faydaya görə Firmaya hesablanmış 1.238.546,71 ABŞ dolları və 202.456,65 manat borc məbləğlərinin hansı müddət üçün, hansı faizlə və hansı əsas borc məbləğinə hesablanması dəqiq müəyyən edilmişdir.
59. Yalnız iddia ərizəsinə əlavə edilmiş sənəddən müəyyən etmək olur ki, Y1 hər iki müqavilə üzrə əldən çıxmış faydanı 18%-lə hesablamış, bu zaman 1-ci müqavilə üzrə həmin faiz müqavilənin bitdiyi 2012-ci il 5 avqust tarixindən 2018-cü il 12 fevral tarixinədək hesablanmışdır.
60. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarında əldən çıxmış faydanı zərərin bir növü kimi qəbul etsə də, həmin zərərin məbləğinə hər hansı tənqidi münasibət göstərməmiş, onun yaranmasında ASC-nin də pa yının olmasına (ASC 1-ci müqavilənin bitməsindən sonra keçən 6 il ərzində borcun geri qaytarılması üçün lazımi hərəkətləri etməmişdir) hər hansı hüquqi qiymət verməmişdir.
61. Məhkəmə öz qərarını MPM-nin 14.2, 77.1, 88, 217.3, 217.4, 220.4, 420-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
62. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2020-ci il 25 avqust tarixli 2-2(108)03/2020 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 224 E saylı müqavilə üzrə müqa vilə müddətinin bitdiyi 2012-ci il 5 avqust tarixindən 2016-cı il 26 yanvar tarixinədək olan müddətdə illik 18 faiz olmaqla əldən çıxmış faydanın məbləği nə qədərdir?
63. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020ci il 21 sentyabr tarixli 146/20 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Firma tərəfindən ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatlarına, 224 E nömrəli müqavilənin şərtlərinə və 2014-cü il 11 noyabr tarixli 20 nömrəli protokola əsasən Firmanın, ASC-yə 2012-ci il 5 avqust tarixinə (müqavilənin bitmə tarixinə) əsas borcu 1.209.551 ABŞ dolları, faiz borcu 467.350 ABŞ dolları, 2012-ci il 5 avqust tarixindən 2016-cı il 26 yanvar tarixinə MM-nin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair KMP-nin 2014-cü il 24 dekabr tarixli Qərarı əsas götürüldükdə 5 faizlə əldən çıxan faydanın məbləği 220.410,37 ABŞ dolları, sualda qoyulan 18 faizlə əldən çıxan faydanın məbləği isə (sualda göstərilən ifadənin düzgünlüyü nəzərə alındıqda) 793.477,34 ABŞ dolları təşkil edir.
64. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli 2-2(108)-03/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibatı-İqtisadı Məhkəməsinin 2019-cu il 12 fevral tarixli 2-2(087)-01/2019 nömrəli qətnaməsinin “iddia təmin edilsin, əldən çıxmış faydaya görə 1.238.546,71 ABŞ dolları olmaqla, cəmi 2.916.097,39 ABŞ dolları” sözləri göstərilən hissəsi dəyişdirilmişdir. İddia qismən təmin edilmişdir. Qətnamənin həmin hissəsində əldən çıxmış faydanın məbləği 793.477,34 ABŞ dolları, cəmi tutulacaq ümumi borcun məbləği 2.471.028,02 ABŞ dolları müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 12 fevral tarixli 22(087)-01/2019 nömrəli qətnaməsi qismən – “əldən çıxmış faydaya görə 202.456,65 olmaqla sözləri” göstərilən hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilmişdir. 232 E saylı müqavilə üzrə əsas və faiz borcuna görə cəmi tutulacaq ümumi borcun məbləği 1.943.995,50 manat müəyyən edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ə.Allahverdiyev, hakimlər – F.Məmmədov və M.Allahverdiyev).
65. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 2020-ci il 18 mart tarixli 2-2(102)-06/2020 nömrəli qərarı ilə qətnaməni ləğv etsə də, qərarda yalnız iddianın əldən çıxmış faydaya dair hissəsinə münasibətdə müvafiq göstəriş vermiş, tələbin digər hissələri üzrə isə işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq pozuntularına yol verilməsini göstərməməklə məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Qeyd edilənlərə əsasən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə eynilə 1-ci apellyasiya baxışında olduğu kimi cavab vermişdir (bax yuxarıda § 47-54).
67. Kollegiya qeyd etmişdir ki, işin araşdırılmış halları və işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il 15 mart tari xli 2-1(102)-25/2017 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2016-cı il 25 yanvar tarixli 06/1 nömrəli qərarı ilə ASC-nin bank lisenziyası ləğv- olunmuş, Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet saytından çıxarışa görə bank lisenziyasının ləğv edilməsi barədə məlumat 2016-cı il 26 yanvar tarixində həmin saytda dərc edilmiş və həmin lisenziya “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə müvafiq olaraq 2016-cı il 26 yanvar tarixində qüvvəyə minmişdir. 68. 232 E saylı kredit müqaviləsinin müddəti 2013-cü il 22 noyabr tarixində başa çatdığından tərəflərin 2013-cü il 23 noyabr tarixli əlavə razılaşmasına əsasən bu kreditin qaytarılma vaxtı 36 ay müddətinə uzadılmaqla öhdəliklərin icrasının son tarixi 2016-cı il 22 noyabr müəyyən edilmişdir.
69. Kollegiya qeyd etmişdir ki işə baxan birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normasının tələbinə düzgün əməl etməmiş, 2016-cı il 26 yanvar tarixində bankın lisenziyasının ləğv edilməsinin qüvvəyə minməsinə bank kimi fəaliyyətinin dayandırıldığı və bank xidməti göstərmədiyi müddətdə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətin bitməməsini nəzərə almayaraq 202.456,65 manat məbləğində əldən çıxmış faydaya görə pulun alınmasına dair iddianın təmin edilməsi nəticəsinə gəlmişdir.
70. Kollegiya 224 E saylı müqavilə üzrə əldən çıxmış faydaya görə zərərin ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əldən çıxmış faydaya görə zərərin məbləğini müəyyən edərkən ASC-nın la qeyd münasibəti ucbatından müqavilə müddətinin bitdiyi 2012-ci il 5 avqust tarixindən bankın ləğv olunduğu 2016-cı il 26 yanvar tarixinədək olan müddətdə borclunun öz öhdəliklərini yerinə yetirməsi üçün lazımı tədbirlər görməməsinə, həmin zərərin yaranmasında ASC-nin də payının olmasına diqqət yetirməmişdir.
71. İş üzrə verilmiş 2020-ci il 21 sentyabr tarixli 146/20 nömrəli ekspert rəyi ilə 2012-ci il 5 avqust tarixindən 2016-cı il 26 yanvar tarixinədək 18 faizlə əldən çıxan faydanın məbləği 793.477,34 ABŞ dolları müəyyən edilmişdir.
72. Kollegiya 2020-ci il 21 sentyabr tarixli 146/20 nömrəli ekspert rəyində göstərilən müddətləri əhatə edən dövrlərdə əldən çıxan faydanın məbləğinin 793.477,34 ABŞ dolları müəyyən edilməsini işin hallarına uyğun hesab etməklə həmin rəyə iş materialları və kollegiyada toplanmış sübutlarla birgə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, həmin ekspert rəyi sübut kimi qəbul olunmalıdır.
73. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – “ARK”) 60-cı maddəsinin 1-ci bəndinə, MM-in 5.3, 6, 16.1, 21.1, 21.2, 44.1, 295, 319.1, 372.1, 372.2, 373.2, 374.1, 377.2, 385.1, 386.1, 389.1, 425, 443.1, 443.2, 443.4, 986-10.2, 986-11.3-cü, MPM-nin 14.2, 77.1, 217.1, 217.3, 420-ci, VM-in 16.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra – “Konvensiya”) 6-cı maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014 -cü il 24 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli, AMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, İHAM-ın “Mahmudov Rusiyaya qarşı iş üzrə” 2007ci il 26 iyul tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
74. Qətnamə 2020-ci il 30 oktyabr tarixində tərəflərə göndərilmişdir.
75. Həmin qətnamədən 2021-ci il 8 yanvar tarixində Firma kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
76. Həmin qətnamədən 2021-ci il 14 yanvar tarixində iddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən, 232 E saylı müqavilə üzrə əldən çıxmış fayda tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iddia tələbi nin həmin hissədə tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) iddiaçının kassasiya şikayətinin dəlilləri
77. Məhkəmə qətnaməsində Bankın lisenziyasının 2016-cı il 26 yanvar tarixində ləğv edildiyini, müqavilənin müddətinin isə bank bağlandıqdan sonra bitdiyini əsas gətirərək həmin tarixdən sonrakı müddətə əldən çıxmış fayda hesablanmasını əsassız hesab etmişdir. Halbuki “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.6-cı maddəsinə əsasən, bank müflis elan edildikdə bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Belə olan halda MM-in 445.7-ci maddəsinin tələbləri hazırkı mübahisəyə tətbiq edil ərək, məhkəmənin qətnaməsi 232 E saylı müqavilə üzrə əldən çıxmış fayda ilə bağlı hissədə ləğv olunmalıdır. Firmanın özündə qanunsuz saxladığı pul vəsaitini qaytarmaması nəticəsində 232 E saylı müqaviləsi üzrə hesablanmış 2.024.006,65 manat əldən çıxmış fayda tutulmalıdır.
78. Y1 kassasiya şikayətini MM-in 21.1, 386.1, 399.4, 445.1, 445.2, 445.2.1, 448.1, 449.1, 1091.1, 1091.2-ci, MPM-nin 14.2, 77.1, 88, 217.1, 217.2, 218.1, 417.1.4, 418.1-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 499-cu madələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2009-cu il 9 iyul tarixli, İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 200 7-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. a) cavabdehin kassasiya şikayətinin dəlilləri
79. Dövlət Sərhəd Xidmətindən 2018-ci il 19 sentyabr tarixində verilmiş 5/2308 saylı arayışdan görünür ki, X1 2010-cu il 6 avqust tarixində saat 09:31-də Biləsuvar keçid məntəqəsindən İran İslam Respublikasına keçmiş və həmin gün saat 17:34-də Culfa keçid məntəqəsindən İran İslam Respublikasından Naxçıvan MR-in ərazisinə keçmişdir. Həmin arayışdan və “X3” QSC-nin Sərnişin Aviaşirkətinin 2018-ci il 19 sentyabr tarixli 12/5060 saylı arayışdan görünür ki, X1 2011-ci il 27 fevral tarixində saat 17:47-də Bakı aeroportunun keçid məntəqəsi vasitəsi ilə İsrail Dövlətindən Azərbaycan Respublikasına qayıtmış və 2011-ci il 7 mart tarixində Bakı Aeroportundan 255 saylı reyslə Naxçıvan MR-ə uçmuş, 2010-cu il 26 mart tarixində saat 09:04-də Culfa keçid məntəqəsindən İran İslam Respublikasının ərazisinə keçmiş və 2011-ci il 26 mart tarixində saat 16:09-də Biləsuvar keçid məntəqəsi vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçmişdir. Məhkəmə nəzərə almamışdır ki, çeklərin üzərində onların ödənişə təqdim olunmaları haqqında dəqiq tarix göstərilmişdir.
80. X1 2009-2011-ci illərdə ağır xəstəliyi ilə bağlı xaricə müalicəyə getmək üçün kredit kartı almaq məqsədilə gəldiyi Bankın əməkdaşları Firmanın rəsmi sənədlərini Bankın binasında onun çantasından gizlincə götürmüş, həmin sənədləri digər sənədlərin arasına yerləşdirərək ona imzalatdırmış, 2010-2011-ci illərdə, cəmi 2.916.097,39 ABŞ dolları məbləğində pulu firmanın rəsmi sənədlərini saxtalaşdıraraq mənimsəmişlər.
81. Firma 2009-cu il 23 yanvar tarixdən öz fəaliyyətini dayandırmışdır. Heç bir təşkilat fəaliyyətini dayandırmış firmaya kredit verə bilməz və vermir.
82. Kredit müqavilələri bağlanılsaydı, onların bağlanılması üçün həmin müqavilələrin 3.1.2-ci bəndlərində qeyd olunmuş girov (ipoteka) müqavilələri olmalı idi və krediti götürən tərəf krediti ödəyə bilmirsə, kredit verən tərəf kreditin ödənilməsini təmin etmək üçün öz iddiasını qoyulmuş girovlara yönəltməlidir. Hazırkı işdə isə bank öz iddialarını həmin girovlara deyil, Firmaya yönəltmişdir.
83. Əgər Firma Bankdan kredit götürmüşdüsə, Bank haqqında qanununa əsasən, hər ay sonuncuya götürülən kreditlə bağlı məlumat verməli idi. Digər tərəfdən, bütün kredit verilmə prosesləri videogörüntüyə alınır, lakin Firmanın təkidli xahişlərinə baxmayaraq Bank belə məlumatları və videogörüntüləri məhkəməyə təqdim edə bilməmişdir.
84. İddiaçı tərəf Bankın kreditlərin verilməsi ilə bağlı kassa məxarici kitabının, əgər bu mümkün deyilsə, 2010-cu ilin avqust, noyabr və 2011-ci ilin mart ayı üçün olan kassa məxarici kitabının vərəqlərinin təsdiqlənmiş kserosurətlərinin və ƏSF-dən Bankın 2010-cu və 2011-ci illər üçün illik, eyni zamanda, 2010-cu ilin avqust, noyabr və 2011-ci ilin mart ayı üçün olan maliyyə hesabatlarının özlərinin və ya təsdiqlənmiş kserosurətlərinin sorğular verilərək alınıb məhkəmədə baxışlarının keçirilməsini xahiş etmişdik. Lakin bu vəsatətlər də təmin olunmamışdır.
85. Kredit müqavilələri bağlanılsa idi belə, müqavilə tələbləri üzrə üç i llik iddia müddəti artıq çoxdan keçmişdir.
86. Cavabdeh kassasiya şikayətini ARK-nın 12.1, 16.1, 25, 60-cı, MM-in 374.1, 374-384-cü, MPM-nin 14.2, 19, 22-23, 76-81, 217.4-cü, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 19, 34.1, 52, 58.7, 68.1, 68.2, 70.3, 90, 91, 92, 93, 96-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
87. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
88. Məhkəmə iclasında iştirak edən ƏSF-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, Firmanın kassasiya şikayətini qəbul etmədiyini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildir di. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qətnamənin qismən - əldən çıxmış fayda tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
89. Məhkəmə iclasında iştirak edən Y1-in nümayəndəsi vəkilin dedikəri ilə razı olduğunu bildirdi.
90. Məhkəmə iclasında iştirak edən Firmanın və X1-in vəkili kassasiya şikayətini müdafiə etdiyini, Y1-in kassasiya şikayətini qəbul etmədiyini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
91. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
92. İş üzrə iddiaçı və cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
93. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
94. ARK-nın müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir....”
95. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə
6. Mül ki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.” “Maddə
16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şə xsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir....” “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür...” “Maddə
44. Hüquqi şəxsin hüquq qabiliyyəti 44.1. Hüquqi şəxs döv lət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir....” “Maddə
295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini ye rinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
377. İddia müddətinin başlanması “... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Ma ddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işg üzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördü yü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə 986-10. Çekin ödənişə təqdim olunması... 986-10.2. Tərtib edildiyi ölkədə ödənilməli olan çek bir ay müddətində ödənişə təqdim olunmalıdır. Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli olan çek, verilmə yeri ilə ödəniş yeri eyni qitədədirsə, iki ay müddətində, müxtəlif qitələrdədirsə, üç ay müddətində ödənişə təqdim edilməlidir. Həm də Müstəqil Dövlətlər Birliyinin üzvü olan bir dövlətin ərazisində verilən və Müstəqil Dövl ətlər Birliyinin üzvü olan digər dövlətin ərazisində ödənilməli olan çeklər eyni qitədə verilən və ödənilməli olan çeklər sayılır. Yuxarıda göstərilən müddətlərin axımı çekdə onun verilmə günü kimi göstərilən gündən başlanır....” “Maddə 986-11. Çekin geri götürülməsi... 986-11.3. Çek verən özünün və ya hər hansı üçüncü şəxsin çeki itirdiyini təsdiq edirsə, ödəyiciyə ödənişin icrasını qadağan edə bilər.”
96. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiy mətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
220. Qətnamənin məzmunu... 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillə r, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər....” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.”
97. VM-nin müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə
16. Vergi ödəyicisinin vəzifələri... 16.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq verg i orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir....” 98. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutu lmuş digər hallarda.” 99. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:... 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir....”
100. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir.
101. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarında göstərilmişdir ki: 384.0.4-cü “...kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.”
102. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki: “MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit mü qaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyim kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyim ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.”
103. AMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının müvafiq müddəasında aşağıdakılar nəzərdə tutul: “2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlar dan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.
104. İHAM-ın “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin, üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
105. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2013-cü il 30 iyul tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikasının bank sistemində ar xiv işinin aparılması haqqında Təlimatın müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə №-si “Azərbaycan Respublikası bank sisteminin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti üzrə SİYAHİ Saxlanma müddəti BankMərkəzi Banklarda, bank ların, bank Sənədlərin adı Mərkəzi Bankın olmayan kredit olmayan Bankda ərazi təşkilatların-da, kredit idarələ- xarici bankların təşkilatrində yerli filiallarında larının filial, şöbə və nümayəndəliklərin-də Qeyd 55 Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər 5 il 5 il 5 il 5 il Kredit ödənildikdən və ya balansdan silindikdən sonra İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
106. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətlərinin dəlillərini isə əsassız hesab edir.
107. Qətnamədə Bankın bank lisenziyasının 2016-cı il 26 yanvar tarixində ləğv edildiyi, 232 E saylı müqavilənin müddətinin isə bank bağlandıqdan sonra bitdiyi əsas gətirilərək həmin tarixdən sonrakı müddətə əldən çıxmış fayda hesablanmasının əsassız hesab edilməsinin qanunsuz olmasına, bu zaman “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.6-cı maddəsinə görə MM-in 445.7-ci maddəsinin tələblərinin hazırkı mübahisəyə tətbiq edilməli olmasına dair Bankın dəlili (bax yuxar ıda §77) ilə məhkəmə kollegiyası razılaşmır.
108. Belə ki, MM-in 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
109. İddia ərizəsindən və işin digər materiallarından isə görünür ki, Bank gecikdirilmiş vaxt üçün illik 5 faizlə deyil, əldən çıxmış faydaya görə 18 faizlə hesablanmış borcu tələb etmiş, iddia ərizəsində də öz tələblərini əsaslandırmaq üçün MM-in 445.7-ci maddəsinə (bax yuxarıda § 95) deyil, digər müvafiq maddələrinə istinad etmişdir.
110. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi MPM-nin 218.3-ci maddəsinin (bax yuxarıda § 96) tələblərini gözləyərək, mövcud iddia tələbi üzrə qətnamə çıxarmış, 232 E saylı müqavilə üzrə tələb olunan illik 18%-lik əldən çıxmış faydaya qiymət vermiş, bu zaman düzgün nəticəyə gəlmiş, hüquq pozuntusuna yol verməmişdir.
111. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər hazırkı kassasiya icraatında 224 E saylı müqavilə üzrə kredit müddəti bitdikdən sonra illik 18%-lə hesablanmış əldən çıxmış faydanı mübahisələndirmədiklərindən apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticənin maddi hüquq normalarına, o cümlədən KMP-nin formalaşdırdığı hüquqi mövqeyə uyğun olub-olmaması bu kassasiya baxışının predmeti olmamışdır.
112. Məhkəmə kollegiyası kredit məbləğinin ödəmə çeklərində vəsaitin verilmə tarixləri göstərildiyi zaman X1 Bakı şəhərində olmadığıdan həmin vəsaitin alınmasının mümkünsüzlüyünə, X1 kredit kartı almaq üçün gəldiyi Bankın əməkdaşları tərəfindən Firmanın rəsmi sənədlərinin Bankın binasında onun çantasından gizlincə götürülməsinə, həmin sənədlərin digər sənədlərin arasına yerləşdirərək ona imzalatdırılmasına, firmanın rəsmi sənədlərini saxtalaşdıraraq müvafiq vəsaitin mənimsənilməsinə dair Firmanın dəlilləri (bax yuxarıda §§ 79-80) ilə razılaşmır və məhkəmənin həmin məsələ ilə bağlı mövqeyini nəticə etibarilə əsaslı hesab edir.
113. Belə ki, iş üzrə məhkəməyə təqdim olunmuş 2018-ci il 15 oktyabr tarixli 196/18 nömrəli və 2018-ci il 27 dekabr tarixli 33145/33508 nömrəli ekspert rəylərindən aydın olur ki, istər müqavilələrdə, istərsə də çeklərdə X1-in adından çəkilmiş imzalar məhz X1 tərəfindən icra olunmuşdur. Eyni zamanda, bu sənədlərin üzərindəki Firma adından vurulmuş möhürlər də məhz həmin Firmaya aiddir.
114. Bundan başqa, 232 E saylı müqavilənin müddəti məhz X1-in rəsmi müraciəti əsasında uzadılmışdır. Əgər kredit vəsaiti ilkin müqavilə üzrə Firmaya ödənilməmişdirsə, cavabdeh tərəf müqavilə bağlandıqdan 3 il sonra bu müqavilənin daha 3 il müddətinə uzadılmasını xahiş etməzdi.
115. Eyni zamanda, 2019-cu il 2 avqust tarixli 128/19 nömrəli ekspert rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, 2014-cü il 11 noyabr tarixində əsas borclar üzrə 224 E saylı müqavilə üzrə 90.499,48 ABŞ dolları, 332 E saylı müqavilə üzrə 71.856 manat ödəniş olmuşdur. Aydındır ki, müqavilələrlə nəzərdə tutulmuş kredit vəsaiti Firmaya ödənilməsəydi, Firma həmin kreditlər üzrə Banka ödəniş etməzdi.
116. Hər üç ekspert rəyi işə baxan məhkəmələr tərəfindən mötəbər sübut kimi qəbul olunmuşdur. Bu rəylərin mötəbərliyinin tutarlı dəlillərlə, sübutlarla təkzib edilməsi işin materialları ilə təsdiq olunmur.
117. Bundan başqa, işin materiallarından görünür ki, 2018-ci il 31 iyul tarixli məhkəmə iclasında Firmanın nümayəndəsi X1-in verdiyi izahatında iddia tələbini etiraf etdiyini, ASC-yə hər iki kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilmiş məbləğdə borcu olduğunu, həmin pulu özü götürməsə də müqavilələrə özünün imza etdiyini, borcun onun borcu olduğunu, iddianı qəbul etdiyini, lakin faizlərin çox olduğunu bildirərək ASC ilə öz aralarında razılaşmaları üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin sonradan prosesdə iştirakını vəkillə davam edən X1 fərqli məzmunda izahatlar verməyə başlamışdır.
118. X1 kredit kartı almaq üç ün gəldiyi Bankın əməkdaşları tərəfindən Firmanın rəsmi sənədlərinin Bankın binasında onun çantasından gizlincə götürülməsi, həmin rəsmi sənədlərin digər sənədlərin arasına yerləşdirərək ona imzalatdırılması, firmanın rəsmi sənədlərinin saxtalaşdıraraq müvafiq vəsaitin mənimsənilməsinə dair dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı sübutetmə yükü həmin halların mövcudluğuna istinad edən cavabdeh tərəfin üzərinə düşürdü.
119. X1-in, habelə onun və Firmanın nümayəndəsinin qeyd olunan hallar barədə izahatları isə subyektiv mülahizə xarakterlidir və tutarlı, mötəbər sübutlarla əsaslandırımamışdır. Ona görə hazırda bu halların mövcudluğu işin materialları təsdiq olunmur.
120. Bu baxımdan, məhkəmə kollegiyasının belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəm əsi həmin dəlilləri rədd edərkən mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir.
121. Məhkəmə kollegiyası fəaliyyətini dayandırmış firmaya kreditin verilməsinin qeyrimümkünlüyünə dair dəlili (bax yuxarıda § 81) də əsassız hesab edərək məhkəmənin mövqeyi ilə razılaşır.
122. Birincisi, hansı subyektə hansı məbləğdə və hansı şərtlərlə kreditin verilməsi özəl bankın daxili işidir və həmin kreditin qaytarılmamasının riski də məhz krediti verən bankın üzərinə düşür. Qanunvericilik bununla əlaqədar banklar üçün hər hansı məhdudiyyət müəyyən etməmişdir.
123. İkincisi, Firmanın fəaliyyətini dayandırması onun ləğv edilməsi və ya fəaliyyətinin xitam olunması anlamına gəlmir. Bu tədbir yalnız müvəqqəti xarakter daşıyır. Belə ki, fəaliyyətini dayandırmış vergi ödəyiciləri vergi qanunvericiliyi ilə müəyyə n edilmiş qaydada öz fəaliyyətlərini davam etdirmək hüququna malikdirlər.
124. Bankın öz tələblərini girova (ipotekaya) deyil, Firmaya yönəltməsinin kredit müqavilələrinin əslində bağlanılmadığına dəlalət etməsinə dair dəlili (bax yuxarıda § 82) ilə bağlı məhkəmə kollegiyasının mövqeyi belədir ki, bu dəlil heç cür əsaslı hesab edilə bilməz.
125. Belə ki, mülki və ipoteka qanunvericiliyinin tələblərinə görə, girov və ipoteka əsas öhdəliyin təminatı üsullarından biridir. Əmlakın girov, ipoteka qoyulması kreditor üçün borclu öhdəliyini icra etməyəcəyi təqdirdə öz tələbini yönəldə biləcəyi əlavə mənbə rolunu oynayır və kreditorda istənilən halda ziyana düşməyəcəyinə əminlik yaradır, eyni zamanda, borclunu öz öhdəliklərinə daha məsuliyyətlə yanaşmağa sövq edir. Beləliklə, qanunvericilik kredi tora əsas öhdəlik icra olunmadığı təqdirdə tələblərin girov, ipoteka predmetinə yönəldilməsi hüququ vermişdir. Kreditorun bu hüquqdan istifadə edib-etməməsi onun öz seçimindən asılıdır.
126. Qanunvericilik həmin hüquqdan istifadə olunmamasının nəticəsi kimi kreditor üçün sanksiya və ya digər məsuliyyət tədbiri nəzərdə tutmadığından hazırkı iş üzrə məhkəmə bu məsələyə düzgün qiymət vermişdir.
127. Firmanın Bankdan götürdüyü kreditlə bağlı hər ay Banka verməli olduğu məlumatların, bankın kreditlərin verilməsi ilə bağlı kassa məxarici kitabının və ya müvafiq dövrlər üzrə kassa məxarici kitabının vərəqlərinin təsdiqlənmiş kserosurətlərinin, maliyyə hesabatlarının özlərinin və ya təsdiqlənmiş kserosurətlərinin, kredit verilmə prosesinin videogörüntülərinin Bank tərəfindən təqdim edilməməsinə da ir dəlillərinə (bax yuxarıda § 83-84) münasibətdə məhkəmə kollegiyası aşağıdakıları bildirir.
128. Kredit verilmə prosesinin videogörüntülərinin Bank tərəfindən təqdim edilməməsinə dair apellyasiya instansiyasının mövqeyi, həmin hadisələrdən on ilədək vaxtın keçdiyi nəzərə alınaraq əsaslı hesab edilir. Belə ki, bu müddət ərzində videogörüntülərin saxlanması əvvəla, texniki baxımdan çətindir. İkincisi isə, qanunvericiliklə bankın belə bir vəzifəsi müəyyən edilməmişdir.
129. Bundan başqa, qanunvericiliyin tələbinə (bax yuxarıda § 105) görə, banklarda kredit dosyesinə aid sənədlərin (kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi ba rədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər) saxlama müddəti cəmi 5 il müəyyən edilmişdir.
130. Kredit verildiyi tarixdən 10 il müddətin keçdiyi nəzərə alınaraq kassatorun qeyd etdiyi sənədlərin bank tərəfindən təqdim edilməməsi qanun pozuntusu və ya bankın mövqeyinin əsassız olmasını təsdiq edən dəlil kimi qiymətləndirilə bilməz.
131. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasının qənaəti belədir ki, sözügedən videogörüntülərin və sənədlərin təqdim edilməsinin məhkəmə tərəfindən bankdan tələb olunmaması pozuntu hesab edilə və qətnamənin ləğvi üçün əsas ola bilməz.
132. Məhkəmə kollegiyası kredit müqavilələri üzrə iddia müddətinin ötürülməsi dəlilinə (bax yuxarıda § 85) münasibətdə bildirir ki, son apellyasiya baxışında məhkəmənin 232 E saylı müqavilə üzrə iddia müddətinin ö türülməməsi barədə gəldiyi nəticə doğrudur.
133. Bununla belə, ilk apellyasiya baxışından fərqli olaraq son apellyasiya baxışında məhkəmə qətnamənin əsaslandırıcı hissəsində 224 E saylı müqavilə üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə münasibət bildirməmişdir.
134. Lakin son apellyasiya baxışında qəbul edilmiş qətnaməndə məhkəmənin nəticə etibarilə, ilk apellyasiya baxışında qəbul edilmiş qətnamə ilə müqavilələr üzrə əldə çıxmış faydanın hesablanması məsələsi istisna olmaqla, digər məsələlərdə razılaşması 224 E saylı müqavilə üzrə iddia müddətinin ötürülməməsinə dair mövqe ilə də razılaşdığına dəlalət edir. Bu baxımdan, həmin məsələnin iş üzrə son qətnamədə ayrıca göstərilməməsi sadəcə mübahisənin həllinə təsir göstərməyən texniki səhv kimi qiymətləndirilə bilər.
135. Məhk əmə kollegiyası hesab edir ki, ilk apellyasiya baxışında qəbul edilmiş qətnamədə məhkəmənin 224 E saylı müqavilə üzrə iddia müddətinin ötürülməməsinə dair qənaəti nəticə baxımından əsaslıdır. Ona görə son apellyasiya qətnaməsinin ləğvi üçün də əsas yoxdur.
136. Belə ki, iş üzrə verilmiş 2019-cu il 2 avqust tarixli 128/19 nömrəli ekspert rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, 2014-cü il 11 noyabr tarixində əsas borclar üzrə 224 E saylı müqavilə üzrə 90.499,48 ABŞ dolları, 332 E saylı müqavilə üzrə 71.856 manat ödəniş olmuşdur.
137. MM-in 380-ci maddəsinə (bax yuxarıda § 95) görə, borclu borcu etiraf edən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən sonra iddia müddəti yenidən başlanır.
138. Hazırkı iş üzrə borcun qismən ödənişi borclunun borcu etiraf edən hərəkəti k imi qiymətləndirldiyindən, iddia müddətinin hesablanması kredit üzrə banka ödənişin edildiyi 2014-cü il 11 noyabr tarixindən başlanır. Həmin tarixdən hesablandıqda üç illik iddia müddəti bankın müflis elan olunduğu 2016-cı il 9 fevral tarixindən və Y1-in banka ləğvedici təyin edildiyi 2017-ci ilin 13 aprel tarixindən sonraya – 2017-ci il 11 noyabr tarixinə təsadüf edir.
139. Belə olan halda isə, 332 E saylı müqavilədə olduğu kimi, 224 E saylı müqavilədə də iddia müddəti yekun olaraq məhz 2017-ci ilin 13 aprel tarixindən hesablanmalıdır.
140. Beləliklə, hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə 2018-ci il 25 iyun tarixində verildiyindən həm 224 E, həm də 232 E saylı müqavilələr üzrə iddia müddəti ötürülməmişdir.
141. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr nəticə etibarilə həm in qənaətə gəldiklərindən maddi və prosessual hüquq normaları pozulmamışdır.
142. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli 2-2(108)-03/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.