Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-112/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Cəmiyyətin Cavabdehə qarşı iş üzrə Açar sözlər: borcun silinməsi 15.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 avqust tarixli 2-2(103)-370/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarından görünür ki, Cavabdeh İB (bundan sonra – “İB”) (paylayıcı) ilə İddiaçı MMC (bundan sonra – “MMC”) (istehlakçı) arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2017-ci il 7 iyul tarixli 2326-07-17 nömrəli müqavilə (bundan sonra – “2326-07-17 nömrəli müqavilə”) bağlanmışdır.
2. Həmin müqavilənin şərtlərinə görə: 2.1. Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir (1-ci bənd). 2.2. Paylayıcının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 gün əvvəl xəbərdar etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək); istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək; “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək; istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İsteh lakçıya yazılı bildiriş göndərmək; bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşımaq Paylayıcının vəzifələrinə aid edilmişdir (müvafiq olaraq 2.1.4, 2.1.8, 2.1.11, 2.1.12, 2.1.13 və 2.1.14-cü bəndlər). 2.3. Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək; qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək; təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək; “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək İstehlakçının vəzifələrinə aid edilmişdir (müvafiq olaraq 2.3.1, 2.3.4, 2.3.5 və 2.3.8-ci bəndlər). 2.4. Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir) (3.3-cü bənd). 2.5. İstehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir (4.1-ci bənd). 2.6. Qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir (4.2-ci bənd).
3. İş materiallarında olan İB-nin 2018-ci il 10 iyul tarixli SOCAR**********31790029X00095 saylı məktubundan görünür ki, MMC-yə məxsus istehsal müəssisəsinin 2018-ci il 10 iyul tarixinə təbii qazdan istifadə nəticəsində 15.694,13 manat borcu yaranmış, istehlak edilmiş təbii qazın dəyə rinin vaxtlı-vaxtında ödənilməsi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. MMC 2018-ci il 10 sentyabr tarixində İB-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək İB tərəfindən MMC-yə vurulmuş 33.701,96 manat artıq ödənilmiş məbləğin geri qaytarılması, MMC-yə 2018-ci ilin may-avqust ayları üçün artıq hesablanmış 16.640,8 manat borcun silinməsi, vəkilə ödənilmiş 200 manatın İB-dən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki: 5.1. İB ilə 2015, 2016 və 2017-ci illərdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanaraq qazdan istifadə edilir. 5.2. MMC Müqavilənin 2.3. 1-ci maddəsinin tələbinə əsasən, yəni qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməli olduğundan hər ay hesab fakturada göstərilən pul vəsaitini tam həcmdə köçürmə üsulu ilə ödəmişdir. 5.3. Sonradan həmin hesab fakturalara diqqət yetirərkən müəyyən edilmişdir ki, İB şirkətə əlavə borc hesablanmışdır. Belə ki, 2015-ci il 3 aprel tarixli 760 nömrəli hesab fakturadan məlum olur ki, ayın əvvəlinə qaz sayğacının göstəricisi 1.854.826 m3, ayın sonuna isə 1.894.691 m3 olmuşdur və ayın sonuna olan göstəricidən ayın əvvəlinə olan göstəricini çıxdıqda nəticə 39.865 m3 edir. 5.4. Lakin hesab fakturada bu rəqəm 43.932 kimi göstərilir, nəticədə 3.986,50 manat əvəzinə MMC-dən 4.287.60 manat, yəni 301.10 manat artıq pul ödənişi tələb edilmişdir. 5.5. Analoji olaraq bu proses 2015, 2016 və 2017-ci il tarixlərinin hər bir ayında təkrar olunur və hazırda da təkrar olunmaqdadır. Yekun olaraq 2015-ci tarixdə sayğac göstəricisi ilin əvvəlinə 1778182, ilin sonuna 2124560, yəni sərfiyyat 346.378 m3 olmuşdur, lakin İB Bakı Regional Qazın Satışı Departamentinin hesablamasına əsasən bu rəqəm 436.881 m3 olmuşdur, yəni 48.883 m3 artıq, bununla da 4.888,3 manat artıq pul ödənilmişdir, 2016-cı il tarixdə ilin əvvəlinə sayğac göstərici 212.560, ilin sonuna ******* olmuş, yəni 364.144 m3, lakin qaz idarəsi 431.551 m3 hesablayaraq 67.407 m3 artıq hesablamış və nəticədə 7.641,5 manat artıq pul ödənilmişdir. 5.6. 2017-ci il tarixdə ilin əvvəlinə sayğac göstəricisi 2188704, ilin sonuna ******* olmuş, faktiki sərfiyyat 574.192 olsa da qaz idarəsinin tərtib etdiyi hesab fakturalarına əsasən bu rəqəm 639.258 olmuş və bu da 65.066 m3 artıq hesablama deməkdir. 5.7. 2017-ci ildə əvvəlki 650-lik sayğacdan sonra 25-lik sayğac quraşdırılmış və həmin sayğacın sərfiyyatı 19.651 m3 olmuş, bu sərfiyyat əslində ümumi hesaba daxil olmalı olduğu halda qaz idarəsi əlavə olaraq 23.368 m3 qaz sərfiyyatı hesablamışdır və nəticədə 2017-ci il tarixdə qaz idarəsinə 13.756,6 manat artıq pul ödənilmişdir. 5.8. 2018-ci il tarixdə ilin əvvəlinə sayğacın göstəricisi 3062896, iyun ayının sonuna isə bu göstərici ******* m3 olmuş və faktiki sərfıyyat 226.343 m3, lakin qaz idarəsinin yazdığı sərfıyyat 326.507 m3 olmuş, 25-lik sayğac 650-lik sayğacdan sonra quraşdırılsa da, qaz idarəsi yenə əlavə olaraq 12.190 m3 sərfıyyat yazaraq ümumilikdə 2018-c i il tarixdə 7.415,56 manat artıq pul ödətdirmişdir. 5.9. Bundan əlavə, iyul və avqust aylarında istifadə edilmiş qazın pulu ödənilmiş, sayğacdan kənar olaraq artıq yazılmış may ayı üçün 3.482,40 manat, iyun ayı üçün 4.902,80 manat, iyul ayı üçün 3.763,40 manat və avqust ayı üçün 4.492,20 manat pulu ödənilməmişdir. 5.10. 2018-ci il 22 iyun tarixində 26 saylı məktubla İB-yə müraciət edilərək bildirilmişdir ki, 2015-2018-ci il tarixlərdə müəssisəyə artıq qaz pulu hesablanmışdır, həmin pulun ya qaytarılmasını, ya da Bakı regional qazın satışı departamentinin Nərimanov XS-nin müəssisəyə borcu kimi qəbul edilməsini xahiş etmiş və məktuba 2015-2018-ci illəri əhatə edən qaz sərfiyyatı və ödəmələrin cədvəlini əlavə etmişdir. 5.11. İB 2018-ci il 10 iyul tarixli SOCAR **********31790029X00095 nömrəl i məktubu ilə müssisənin 2018-ci il 22 iyun tarixli 26 nömrəli məktubuna cavab olaraq bildirmişdir ki, 2018-ci il 10 iyul tarixinə təbii qazdan istifadə nəticəsində 15.694,13 manat borcu vardır. 5.12. Lakin məktubda göstərdiyi artıq yazılmış pul vəsaitlərinin hansı səbəbdən yaranması və ya düzgün olub-olmaması barədə heç bir qeyd edilməmişdir. 5.13. 2018-ci il 11 iyul tarixli 82 nömrəli bildirişdə göstərilmişdir ki, MMC-nin borcu vardır, lakin istifadə olunmuş qazın dəyərinin ödənişi hissəsini boş buraxaraq ödənişin təmin olunması tələb edilmişdir, əks halda qaz təhcizatını əlavə məlumat vermədən kəsiləcəyi bildirilmişdir. 5.14. MMC tərəfindən Bakı Regional qaz satışı departamentinə müraciət edilərək bildirilmişdir ki, müəsissə indiyə qədər və bundan sonra da istifadə etdiyi təbii qazın də yərini tam ödəmiş və ödəyəcəkdir, yaranmış mübahisə məhkəmə qaydasında öz həllini tapması üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir. 5.15. Tərəflər arasında bağlanmış 2015, 2016 və 2017-ci illərdəki “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.1.8-ci bəndinə əsasən paylayıcının vəzifəsi istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstərilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etməkdir. Həmin müqavilələrin 2.2.1-ci bəndinin tələbinə əsasən paylayıcının hüququ vardır ki, istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etsin. 5.16. Müqavilənin 2.4.6-cı maddəsinə əsasən istehlakçı paylayıcının təqsirli hərəkətlər (hərəkətsi zliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini paylayıcıdan tələb etmək hüququ vardır. Odur ki, yuxarıda göstərilənlərə və əlavə edilən sənədlərə əsasən müəssisəyə dəymiş 33.701,96 manat ziyanın və vəkilə ödənilmiş 200 manat pul İB-dən tutularaq MMC-yə ödənilməlidir.
6. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 448.2-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təqdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “QİQ”) 5.2, 5.5-ci bəndlərinə istinad edilməklə əsaslandırılmışdır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 iyun tarixli 2-2(82)-104/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İş materiallarında olan 2015, 2016 və 2017-ci il və 2018-ci ilin may-avqust ayları üzrə hesab fakturalar əsasında qazdan istifadəyə görə hesablanmış və ödənilmiş məbləğlərin MMC-də quraşdırılmış sayğacın göstəricilərinə uyğun olub-olmaması müəyyən edilsin; 2) Uyğunsuzluq müəyyən edildiyi təqdirdə, həmin dövr üzrə artıq ödənilmiş (və ya borcun) məbləği müəyyən edilsin.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 30 oktyabr tarixli 17938 nömrəli ekspert rə yi ilə qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: Rəyin tətqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən 2017-ci il 1 iyul tarixində 2326-07-17 saylı müqaviləsi üzrə MMC-yə ümumilikdə İB tərəfindən 43.413 manat məbləğində artıq borc hesablandığı müəyyən edilir.
9. MMC 2019-cu il 27 noyabr tarixində iddia tələbi həcminin artırılması barədə ərizə verərək, iddia həcminin 43.413 manat olduğunu bildirdi. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli 2-2(82)-104/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – X.İmanov).
11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 11.1. İB ilə MMC arasında Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə ba ğlanmış, 2017-ci il 1 iyul tarixində 2326-07-17 saylı müqavilə üzrə MMC-yə İB tərəfindən 43.413 manat məbləğində artıq borc hesablanmışdır. Lakin İB tərəfindən həmin borcun mövcudluğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki bu halı sübut etmək vəzifəsi İB-nin üzərinə düşür. 11.2. Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 30 oktyabr tarixli 17938 nömrəli ekspert rəyindən müəyyən olunur ki, 2017-ci il 1 iyul tarixində 2326-07-17 saylı müqavilə üzrə MMC-yə ümumilikdə İB tərəfindən 43.413 manat məbləğində artıq borc hesablanmışdır. 11.3. İB-nin nümayəndəsi göstərilən fərqin sayğacların mexaniki göstəriciləri ilə elektron göstəriciləri arasında fərqin olması ilə əlaqələndirsə də, bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir. 11.4. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
12. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 77.2, 88, 101.3, 103.1, 119.1, 217-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, QİQ-in 4.1, 4.9, 5.2, 5.4cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
13. İB 2020-ci il 23 yanvar tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli 22(103)-179/2020 saylı qətnaməsi ilə İB-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli 2-2(82)-104/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakim lər – R.Qurbanov və V.Baxışova).
15. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 15.1. Tərəflər arasında 2015, 2016 və 2017-ci illərdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” birtipli müqavilələr bağlandığı işin mübahisələndirilməyən halıdır. 15.2. İstehlakçı yalnız qaz sayğacının göstəricilərinə əsasən ona hesablanan qazın dəyərini paylayıcının hesabını aldıqdan bir ay ərzində ödəməyə borcludur. 15.3. Məhkəmə kollegiyası ekspert rəyində gəlinən nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirir. 15.4. Qaz paylayıcısı düzgün hesablamadığı pulun ödənilməsini ishehlakçıdan tələb edə bilməz. 15.5. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunması işin hallarına, maddi hüquq normaları na uyğun olan nəticə kimi qiymətləndirilməlidir. Bu mənada, İB-nin apellyasiya şikayətinin həmin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini, işin tam araşdırılmadığını mübahisələndirən dəlilləri əsassızdır. 15.6. Apellyasiya şikayətinə əlavə edilmiş, habelə birinci instansiya məhkəməsində işə baxılarkən, təqdim edilmiş başqa işlər üzrə qətnamələrə gəldikdə isə, həmin qətnamələrlə müəyyən edilən hallar hazırkı iş üçün preyudisial xarakter daşıya bilməz. 15.7. İkincisi, həmin qətnamələrdə mübahisələndirilən məsələ istehlakçıya hesablanmalı olan qaz sərfiyyatının, sayğacın mexaniki yoxsa, elektron göstəricilərinə əsasən həyata keçirilməsi ətrafında yaranan bir mübahisəni əhatə etmiş və mütəxəssis rəyinə əsaslanmaqla, hesablamanın sayğacın elektron göstəri cisinə əsasən aparılmalı olduğu qənaətinə gəlinmişdir. 15.8. Hazırkı işdə isə sayğacın elektron göstəricisi əsasında hesablamanın aparıldığı işin mübahisələndirilməyən halıdır. 15.9. Mübahisələndirilən məsələ isə həmin elektron göstəricinin ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərqin düzgün hesablanmaması təşkil edir. Bu yolla İB-nin dolayısı ilə birinci instansiya məhkəməsinin əsassız olduğunu vurğulaması əhəmiyyətsizdir.
16. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, QİQ-in 5.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
17. İB 2020-ci il 3 sentyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məh kəməsindəki icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 3 noyabr tarixli 2-2(102)-327/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli 2-2(103)-179/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – A.Hüseynov, hakimlər İ.Dadaşov və Ə.Seyidov).
19. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 19.1. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni ekspertiza rəyi ilə əsaslandırsa da, həmin ekspertizanın araşdırdığı ilkin sənədlərdəki (hesab fakturalardakı) sərfiyyatı qeyd edən sayğacın hansı məlumatlarından (mexaniki və ya elektron göstəricilərindən) istifadə etməsi məsələsinə cavab veril məmişdir. Təsadüfi deyil ki, İB işdə olan ekspertiza rəyinin nəticələri ilə razı qalmamış, iş üzrə yeni ekspertizanın keçirilməsi haqqında vəsatət vermişdir. 19.2. İş materiallarında olan müvafiq hesab fakturalarda MMC-yə məxsus olan sayğacın 2 növ – mexaniki və elektron göstəricisi qeyd olunmuşdur ki, bu rəqəmlər arasında əhəmiyyətli fərq mövcuddur. Ekspert rəyindən isə onun hansı rəqəmləri əsas tutduğu məlum deyil. 19.3. Halbuki işin materiallarında olan (i/v 178) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2017-ci il 20 aprel tarixli məktubunda belə bir izah verilmişdir ki, sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesabatının aparılması zamanı istifadə olunan qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektr on korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. 19.4. Hazırkı işin ədalətli həlli üçün əlavə araşdırmaya zərurət yaranmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 avqust tarixli 22(103)-370/2021 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən – E.Nağıyeva, hakimlər – İ.İbrahimli və H.Həmidov): 20.1. İB-nin apellyasiya şikayəti təmin edilsin; 20.2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli 2-2(82)-104/2019 nömrəli qətnaməsi ləğv edilsin; 20.3. iş üzrə yeni qətnamə qəbul edilsin; 20.4. iddia tələbi təmin edilməsin; 20.5. aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.
21. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 21.1. İş materiallarında olan müvafiq hesab fakturalardan görünür ki, MMC-yə məxsus olan sayğac iki – mexaniki və elektron göstəricilərə malikdir ki, bu göstəricilər arasında fərqliliklər mövcuddur. 21.2. Təqdim edilmiş ekspertiza rəyində ekspertin hansı göstəricələrə istinad etməsi qeyd edilməmişdir. 21.3. Birinci instansiya məhkəməsi müvafiq ekspert rəyinə istinad edərək, iddia tələbini təmin etməkdə düzgün qənaətə gəlməmişdir. 21.4. Həmçinin birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2326-07-17 saylı müqavilə üzrə MMC-yə İB tərəfindən 43.413 manat məbləğində artıq borc hesablandığını qeyd etmişdir. 21.5. Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə MMC-yə məxsus iki ədəd sənaye müəssisəsi vardır. Hər iki sənaye müəssisəsinə ayrılıqda qaz xətti çəkilmiş və hər bir qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Həmin sənaye müəssisələrinə ayrı-ayrılıqda **********00000 və **********00030 nömrəli abonent kodları da verilmişdir. 21.6. Hazırda MMC ona hesablanmış 43.413 manat borcun silinməsini məhkəmədən xahiş etmiş, iş materiallarına da 2326-07-17 nömrəli təbii qazın alqı-satqısına dair müqaviləni əlavə etmişdir. Bağlanmış müvafiq müqavilə isə MMC-yə məxsus ***** *****00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində tərəflər arasında yaranacaq öhdəlik münasibətlərini tənzimləyir (09/2017-ci il tarixindən bu günə kimi). 21.7. Təbii qazın alqı-satqısına dair müvafiq müqavilə bağlandıqdan sonra MMC ona məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində istehlak etdiyi təbii qazdan irəli gələn borc münasibətlərini deyil, ona məxsus **********00000 nömrəli abonent kodu üzrə Pivə istehsalı ilə məşğul olan digər sənaye müəssisəsində yaranmış, müqavilə tarixindən öncəki 2015, 2016, 2017-ci il tarixli borclarını mübahisələndirmişdir. 21.8. Yəni təbii qazın alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilə MMC-yə məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye mü əssisəsinə aid olduğu halda, MMC həmin müqavilənin ona məxsus **********00000 nömrəli abonent kodu üzrə Pivə istehsalı ilə məşğul olan digər sənaye müəssisəsinə aid olduğunu bildirmişdir. 21.9. Göründüyü kimi MMC iddia ərizəsində, tərəflər arasında yaranmış mübahisənin 2326-0717 nömrəli təbii qazın alqı-satqısına dair müqavilədən irəli gəldiyini iddia etmiş, həmin müqavilə iddia ərizəsinə qoşma qismində əlavə edilmiş və işə baxan birinci instansiya məhkəməsi də həmin müqaviləyə, eləcə də onun bəndlərinə istinad etmişdir. 21.10. Sözügedən müqavilə 2017-ci il 7 iyul tarixində bağlanıldığından həmin müqavilə üzrə İB tərəfindən öhdəliyin pozulması 07/2017-ci il tarixindən sonrakı dövrü əhatə etməli və MMC yalnız 07/2017-ci il tarixdən sonrakı dövr üçün onun barəsində hesablanmış borcun silinmə sini tələb etməli olduğu halda, MMC qeyd edilən tarixdən əvvəlki dövrə aid artıq ödənilmiş məbləğinin geri qaytarılmasını tələb etdiyindən, hazırkı iddia tələbi əsassızdır və təmin edilə bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini MM-in 1091.1, 1091.2, 1092.1-ci, MPM-in 14.2, 77.1, 101.7, 384, 420-ci maddələrinə, QİQ-in 5.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
23. MMC 2021-ci il 20 dekabr tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
24. MM-in 1091.1-ci maddəsi pozulmuşdur – Məhkəmə kollegiyası hazırkı maddi hüquq normasına istinad etsə də, bu norma ilə nə demək istədiyini ümumiyyətlə açıqlamamış, lakin yekun nəticədən belə anlamaq olur ki, məhkəmə kollegiyası adı çəkilən hüquq normasını səhv təfsir etmiş və belə qənaətə gəlmişdir ki, İB-nin əsassız olaraq hesabladığı məbləğlərin hüquqi əsası olmuşdur.
25. MPM-in 14.2-ci maddəsi pozulmuşdur – Məhkəmə qətnaməsindən belə aydın olur ki, İB MMC-nin iddiasının əsassız olmasına yönəlmiş sübutlar təqdim etmiş, müəssisələr, onlara gedən xətlər, xətlərdə olan sayğaclar haqında sübutlar təqdim etmiş, məhkəmə kollegiyası da onun əsasında nəticəyə gəlmişdir. Lakin iş materiallarında İB-nin sözlərini təsdiq edəcək heç bir sübuta rast gəlinmir.
26. MPM-in 77.1-ci maddəsi pozulmuşdur – İşə baxan məhkəmə kollegiyası, çəkişmə prinsipinin zidd gedərək, arbitr rolundan çıxmış və İB-nin apellyasiya şikayətini sübut etməyə çalışmışdır.
27. MPM-in 103.2-ci maddəsi pozulmuşdur – Məhkəmə kollegiyası qətnaməsində qeyd edir ki, birinci instansiya məhkəməsi müvafiq ekspert rəyinə istinad edərək, iddia tələbini təmin etməkdə düzgün qənaətə gəlməmişdir. Lakin özünün ekspert rəyi ilə razılaşmamasının səbəbləri nə qətnamədə, nə də ayrıca qərardadda öz əksini tapmışdır.
28. MPM-in 217.4-cü maddəsi pozulmuşdur – Məhkəmə iclaslarının audio-video görüntülərinə nəzər salsaq görərik ki, məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normasını pozmuşdur. Məhkəmənin gəldiyi nəticədən görünür ki, məhkəmə ümumiyyətlə işin mahiyyətinə, tərəflərin münasibətinə və iş materiallarında olan sübutlara diqqət yetirməmiş, işin halları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlara deyil, özünün yaratdığı x əyali bir münasibətlər haqqında fikir yürütmüşdür. Əks təqdirdə, nə iş materialları ilə təsdiqini tapan, nə də məhkəmə kollegiyası tərəfindən araşdırılan məsələlər barədə məhkəmənin belə dolğun informasiyaya malik olması mümkün ola bilməzdi. 1) Məhkəmə kollegiyası hansı sənədlərin və ya müşahidənin əsasında o qənaətə gəlmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə MMC-yə məxsus iki istehsalat müəssisəsi mövcuddur, hər müəssisə üçün ayrı qaz xətti çəkilmiş və ayrı-ayrı sayğaclar quraşdırılmışdır. 2) məhkəmə iclasının video görüntülərinə nəzər salsaq görərik ki, iş materiallarına əlavə edilməsi üçün məhkəməyə 2013-cü ildən 2017-ci ilə kimi bütün müqavilələr MMC tərəfindən təqdim edilmiş və həmin müqavilələrdə sayğacın tipi və nömrəsi qeyd edilmişdir. Məhkəm ə kollegiyası iş materialları ilə tanış olmuşdursa, həmin müqavilələrin hamısında eyni sayğacın olduğunu görmüş olardı. 3) məhkəmə kollegiyası tələsik iddia ərizəsini rədd etməkdə maraqlı olmasaydı **********00030 abonent kodu əsasında quraşdırılmış sayğacın başqa bir müəssisəyə aid olduğunu deyil, eyni müəssisədə adi məişət sayğacının olduğunu müəyyən edə bilərdi. Həmin sayğac müəssisədə olan mətbəxə və su qızdırıcısına gələn qaz sərfiyyatını müəyyən edir və həmin sayğacın göstəricilərindən də görünür ki, həmin sayğac böyük bir müəssisənin aylıq sərfiyyatı ola bilməz. 4) Nə birinci instansiya məhkəməsində işə baxılan zaman, nə də apellyasiya şikayətində pivə istehsalı ilə məşğul olan müəssisənin adı çəkildiyi halda, bununla bağlı heç bir sənəd və sübut təqdim edilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi pivə istehsalı ilə bağlı müəssisə haqqında hansı araşdırmanın yekununda bu qənaətə gəldiyi də bizə məlum deyildir. Məhkəmə birincisi, bu halı araşdırmaq səlahiyyətində olmamış, ikincisi, bu hala istinad edərək heç bir araşdırma aparmadan iddia tələbini İB-nin kassasiya şikayətində qeyd etdiyi fantaziyaları əsasında rədd edə bilməzdi.
29. MPM-in 227.2-ci maddəsi pozulmuşdur – Apellyasiya instansiya məhkəməsi işə baxılmanı 3 ay uzatmasına baxmayaraq 2021-ci il 25 avqust tarixli qətnaməni yalnız 2021-ci il 18 oktyabr tarixində tərtib etmiş və elektron məhkəmə sistemində tərəflərin şəxsi kabinetlərinə yerləşdirmişdir.
30. MPM-in 272.7-ci maddəsi pozulmuşdur – 2021-ci il 26 oktyabr tarixində sədrlik edən hakimə ərizə ilə müraciət etsəm də, məhkəmə iclas protokolu hazır o lmadığından hazırkı işlə tanış olmağım yalnız 2021-ci il 3 dekabr tarixdə mümkün olmuşdur.
31. MPM-in 273-cü maddəsi pozulmuşdur – Məhkəmə iclas protokolu guya 2021-ci il 25 avqust tarixində hazırlanıb imzalandığından, ona dair 3 gün ərzində qeyd vermə hüququm da məhkəmə tərəfindən pozulmuşdur.
32. MPM-in 368.3-cü maddəsi pozulmuşdur – İş materiallarına nəzər salsaq mülki iş Bakı Apellyasiya Məhkəməsinə 2021-ci il 15 fevral tarixində daxil olmuş və yekun məhkəmə aktı 6 ay sonra, yəni 2021-ci il 25 avqust tarixində qəbul edilmişdir. Lakin işə baxılmanın 3 ay uzadılmasına hansı zərurət yaranması barədə məhkəmə nə qətnaməsində, nə də iş materiallarında aydınlıq gətirmişdir.
33. MPM-in 372.2-ci maddəsi pozulmuşdur – Qətnamədən də göründüyü kimi, məhkəmə MMC-nin eyni ünvanda iki istehsalat müəs sisəsinin mövcudluğuna istinad etmişdir. Lakin nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində bu hal mübahisə predmeti olmuşdur. Bu səbəbdən də məhkəmənin pivə istehsalı ilə məşğul olan müəssisə haqqında yazdıqları həm qanunvericiliyin tələbi baxımından araşdırıla bilməzdi, həm də belə araşdırma olmadan bu hala istinad edilə bilməzdi.
34. MPM-in 420-ci maddəsi pozulmuşdur – Ali Məhkəmənin 2020-ci 3 noyabr il tarixli 22(102)-327/2020 saylı qərarında apellyasiya instansiyası məhkəməsində hansı halların yenidən araşdırılmalı olduğunu qeyd edilmiş və qanunvericiliyin tələbinə əsasən bu göstəriş işə baxan məhkəmə kollegiyası üçün məcburi olmuşdur. Prosessual qanunvericiliyin bu norması imperativ norma olmasına baxmayaraq, məhkəmə Ali Məhkəmənin qərarında qeyd et diyi göstərişin araşdırılmasında heç bir addım atmamış, əksinə, İB-nin kassasiya şikayətini qətnaməsinə köçürdərək iddia tələbini rədd etmişdir. Məhkəmə iclasının audio-video yazısına diqqət yetirsək, məhkəmə iclasında iştirak edən İB-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında yuxarıda göstərilən məsələyə aydınlıq gətirərək bildirmişdir ki, sayğacın üzərində həm mexaniki, həm də elektron göstəricilər olsa da, fakturada sayğacın elektron göstəriciləri göstərilmişdir. Lakin fakturada göstərilən göstəricidən əlavə, İB tərəfindən ümumi qaz xəttinin üzərində quraşdırılmış sayğacla abonentin, yəni MMC-nin xəttinin üzərində quraşdırılmış sayğacın göstəriciləri arasındakı fərq də nəzər alınaraq qiymət müəyyənləşdirilmişdir. Yəni İB-nin mövqeyindən belə aydın olur ki, MMC-yə satılan qaz ona çatdırılana kimi yolda baş verən itkiləri də MMC qarşılamalıdır. QİQ-in 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların qeyd olunan tələbindən göründüyü kimi, qaz paylayıcısı düzgün hesablamadığı pulun ödənilməsini ishehlakçıdan tələb edə bilməz. Lakin işə baxan məhkəmə kollegiyasının gəldiyi nəticədən belə məlum olur ki, MMC İB-nin qaz xəttinə nəzarət etməməyinə və qaz xəttində olan nasazlıqlara görə də məsuliyyət daş ıyaraq yaranmış itkilərin dəyərini ödəməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İB kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.Etirazın əsaslarına görə Bakı şəhərinin Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə iddiaçı MMC-yə məxsus 2 ədəd sənaye müəssisəsi vardır. Hər iki sənaye müəssisəsinə ayrılıqda qaz xətti çəkilmiş və hər bir qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Həmin sənaye müəssisələrinə ayrıayrılıqda **********00000 və **********00030 nömrəli abonent kodları da verilmişdir. Hazırda iddiaçı tərəf ona hesablanmış 43.413 manat borcun silinməsini məhkəmədən xahiş etmiş, iş materiallarına da 2017-ci il 7 iyul tarixində bağlanılmış 2326-07-17 nömrəli təbii qazın alqısatqısına dair müqaviləni əlavə etmişdir. Bağlanmış müvafiq müqavilə i sə iddiaçı MMC-yə məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində tərəflər arasında yaranacaq öhdəlik münasibətlərini tənzimləyir (09/2017-ci il tarixindən bugünə kimi). Təbii qazın alqı-satqısına dair müvafiq müqavilə bağlandıqdan sonra iddiaçı MMC ona məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində istehlak etdiyi təbii qazdan irəli gələn borc münasibətlərini deyil, ona məxsus **********00000 nömrəli abonent kodu üzrə Pivə istehsalı ilə məşğul olan digər sənaye müəssisəsində yaranmış, müqavilə tarixindən öncəki 2015, 2016, 2017-ci il tarixli borclarını mübahisələndirmişdir. Yəni, təbii qazın alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilə iddiaçı MMC-yə məxsus **********00030 nömrəli abonent kodu ü zrə fəaliyyət göstərən sənaye müəssisəsinə aid olduğu halda, iddiaçı MMC həmin müqavilənin ona məxsus **********00000 nömrəli abonent kodu üzrə Pivə istehsalı ilə məşğul olan digər sənaye müəssisəsinə aid olduğunu bildirmişdir. Belə olan halda iddiaçı iddia ərizəsində, tərəflər arasında yaranmış mübahisənin 2017-ci il 7 iyul tarixində bağlanılmış 2326-07-17 nömrəli təbii qazın alqı-satqısına dair müqavilədən irəli gəldiyini iddia etmiş, həmin müqavilə iddia ərizəsinə qoşma qismində əlavə edilmiş və işə baxan birinci instansiya məhkəməsi də həmin müqaviləyə, eləcə də onun bəndlərinə istinad etmişdir. Sözügedən müqavilə 2017-ci il 7 iyul tarixində bağlanıldığından, həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması 07/2017-ci il tarixindən sonrakı dövrü əhatə etməli və iddiaçı yalnı z 07/2017-ci il tarixdən sonrakı dövr üçün onun barəsində hesablanmış borcun silinməsini tələb etməli olduğu halda, iddiaçı qeyd edilən tarixdən əvvəlki dövrə aid artıq ödənilmiş məbləğinin geri qaytarılmasını tələb etdiyindən, hazırkı iddia tələbi əsassızdır və təmin edilə bilməz. Bu hal həm birinci dəfə Ali Məhkəmə tərəfindən və sonradan da apellyasiya instansiya məhkəməsi tərəfindən kommersiya işinin hallarına uyğun olaraq ətraflı araşdırılmış və qanuna uyğun şəkildə çıxarılmış qərar və qətnamələrlə hüquqi qiymət verilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidi r. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir...” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1 092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə...”
40. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlər lə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz …” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
101. Ekspert rəyi... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətlənd irilir....” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; 384.0.4. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər, “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
372. Apellyasiy a instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
41. QİQ-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələ b edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
42. Kassasiya şikayətinin dəlillərini iş materiallarını ilə birgə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
43. MPM-in 227.2, 272.7, 273 və 368.3-cü maddələrinin pozulmasına dair dəlillər (bax yuxarıda § § 29-32) üzrə
44. Kassatorun istinad etdiyi həmin normaların məzmunundan aydın olur ki, sözügedən müddəalar müvafiq məsələlər üzrə əməl olunmalı prosessual müddətləri ehtiva edir.
45. Odur ki, h ətta bu cür pozuntulara yol verilmişdirsə belə, bu pozuntular istənilən halda müvafiq prosessual müddətlərin məhkəmə tərəfindən ötürülməsi ilə bağlı olmuşdur.
46. Kassator həmin pozuntuların qanunsuz və əsassız qətnamənin qəbul edilməsinə necə səbəb olduğunu konkret dəlillərlə əsaslandırmadığından məhkəmə kollegiyası MPM-in 418.3-cü maddəsinə (bax yuxarıda § 40) uyğun olaraq bu prosessual pozuntuları apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola biləcək ciddi pozuntu hesab etmir, bu səbəbdən də həmin dəlillər üzrə ayrıca hüquqi dəyərləndirmə aparmağa lüzum görmür.
47. MM-in 1091.1-ci maddəsinin pozulmasına dair dəlil (bax yuxarıda § 24) üzrə:
48. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində MM-in əsassız varlanma anlayışını müəyyən edən 109 1.1, 1092.1-ci maddələrinə, habelə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini müəyyən edən 1092.2-ci maddəsinə istinad etmişdir.
49. Həmin maddələrə əsasən: “1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.”, “1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”, “1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.”
50. Sözügedən normaların ümumi məzmunundan aydın olur ki, əsassız varlanma halının mövcud olması üçün bir şəxs tərəfindən buna qanuni və ya müqavilə əsası olmadan digər şəxsin əmlakının əldə edilməsi faktı baş verməlidir.
51. Hazırkı halda iddia tələbini (dəqiqləşdirilmiş iddia ərizəsinə əsasən) 2015, 2016, 2017-ci illər və 2018-ci ilin may ayından avqust ayına qədər İB tərəfindən MMC-yə hesablanmış 43.413 manat borcun silinməsi təşkil edir.
52. Göründüyü kimi, iddia tələbi kimi MMC tərəfindən ödənilmiş artıq vəsaitin İB tərəfindən geri qaytarılması tələbi qoyulmamışdır.
53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi MM-in 1091.1, 1092.1 və 1092.2-ci maddələrini tətbiq edərkən maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli olmayan normaları tətbiq etmişdir.
54. MPM-in 14.2, 77.1, 103.2, 217.4, 372.2, 420-ci maddələrinin pozulm asına dair dəlil (bax yuxarıda §§ 25-28) üzrə
55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Bakı şəhərinin Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə MMC-yə məxsus iki ədəd sənaye müəssisəsi vardır. Hər iki sənaye müəssisəsinə ayrılıqda qaz xətti çəkilmiş və hər bir qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Həmin sənaye müəssisələrinə ayrı-ayrılıqda **********00000 və **********00030 nömrəli abonent kodları da verilmişdir. Hazırda iddiaçı tərəf ona hesablanmış 43.413 manat borcun silinməsini məhkəmədən xahiş etmiş, iş materiallarına da 2017-ci il 7 iyul tarixində bağlanılmış 2326-07-17 nömrəli təbii qazın alqı-satqısına dair müqaviləni əlavə etmişdir. Bağlanmış müvafiq müqavilə isə MMC-yə məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində tərəflər arasında yaranacaq öhdəlik münasibətlərini tənzimləyir (09/2017-ci il tarixindən bu günə kimi). Təbii qazın alqı-satqısına dair müvafiq müqavilə bağlandıqdan sonra MMC ona məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində istehlak etdiyi təbii qazdan irəli gələn borc münasibətlərini deyil, ona məxsus **********00000 nömrəli abonent kodu üzrə Pivə istehsalı ilə məşğul olan digər sənaye müəssisəsində yaranmış, müqavilə tarixindən öncəki 2015, 2016, 2017-ci il tarixli borclarını mübahisələndirmişdir.
56. Həmin hallar eynilə İB-nin iş üzrə ilk apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində (İ cild, i/v 254) göstərilsə də, son apellyasiya baxışı zamanı məhkəmənin iş materi allarında olan və məhkəmə iclasında tədqiq edilmiş hansı sübutlara əsaslanaraq belə nəticəyə gəlməsi qətnamədən aydın olmur.
57. Məhkəmə bu nəticəsini heç bir sübutla əsaslandırmamış, beləliklə MPM-in 14.2 və 217.4cü (bax yuxarıda § 40) maddələrinin tələblərini pozmuşdur.
58. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini tərəflərin müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla deyil, özünün irəli sürdüyü dəlillərlə əsaslandırmaqla MPM-in 9.3-cü maddəsində (bax yuxarıda § 40) əks edilmiş və mülki prosessual hüququn təməl prinsipi olan çəkişmə prinsipini pozmuşdur.
59. Həmçinin eyni ünvanda MMC-yə məxsus iki sənaye müəssisəsinin olması, onların hər birinə ayrılıqda qaz xəttinin çəkilməsi, hər bir qaz xəttinin üzərində qaz sayğacı quraşdırılması və həmin sənaye müə ssisələrinə ayrı-ayrılıqda abonent kodları da verilməsinin sübut olunması vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 40) uyğun olaraq, İB-nin üzərinə düşür.
60. İB-nin ilk apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinə əlavə olunmuş hər iki sayğacın abonent saldolarına, **********00030 nömrəli abonent kodu üzrə AGİS-dən çıxarışın surətinə (İ cild, i/v 262-268), eləcə də MMC-nin təqdim etdiyi İB ilə MMC arasında bağlanmış qazın alqı-satqısı barədə 2011-ci il 27 dekabr tarixli 4333-12-11 saylı, 2013-cü il 18 dekabr tarixli 2818-12-13 saylı və 2017-ci il 3 may tarixli 1296-05-17 saylı müqavilələrə (İİ cild, i/v 22-29) apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qiymət verməmiş, bununla da MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 40) tələblərini pozmu şdur.
61. Eyni zamanda, MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, 2095-ci məhəllədə yerləşən MMC-yə məxsus istehsal müəssisəsini (abonent kodları **********00000, **********00030) təbii qazla təchiz edən xətlər üzərində ardıcıl quraşdırılmış 2 ədəd fərqli markalı qaz sayğaclarının hesabatının aparılması barədə MMC-nin sorğusuna cavab olaraq İB-nin ünvanlandığı 2018-ci il 10 iyul tarixli S0CAR**********31790029X00095 saylı məktubdan (İ cild, i/v 19-20) aydın olur ki, istehlakçı tərəfindən istismar ediləcək qaz işlədicilərinin tələbatına, eyni zamanda sayğacın minimal və maksimal saatlıq qaz buraxma qabiliyyətinə əsasən onun markası təyin edilərək istehlakçının qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələblərinə uyğun sayğac quraşdırılır. Texniki parametrlərinə uyğun olaraq iri həcmli qaz buraxma qabiliyyətinə malik sayğaclar saatlıq sərfi az həcmli olan işlədicilərin sərfiyyatının hesabatını aparmır. Təbii qaz sərfinin hesabatının dəqiq aparılması məqsədi ilə bu kimi hallarda istehlakçının qaz xətti üzərində müxtəlif markalı sayğaclar ardıcıl quraşdırılır, həmin sayğaclar fərdi şəkildə İB-nin abonent bazası proqramında qeydiyyata alınır və hər bir sayğacdan keçən qazın hesabatı ayrı-ayrılıqda aparılır. Ardıcıl quraşdırılan sayğaclar müəssisənin qaz təsərrüfatının layihə-smeta sənədlərində dəyişiklik edilərək mənbədə quraşdırıldıqdan sonra məişət və sənaye tipli işlədicilərin sərfiyyatının hesabatının fərdi şəkildə aparılması mümkündür, əks halda, qaz təsərrüfatının layihə-smeta sənədlərinin tələblərinə uyğun olaraq hər iki sayğacın göstəricilərinin hesaba tda nəzərə alınması mütləqdir.
62. Lakin hazırkı halda söhbətin MMC-yə məxsus iki müəssisəyə quraşdırılmış sayğaclardan, yaxud eyni müəssisəyə quraşdırılmış 2 sayğacdan, yəni sənaye tipli işlədicilərin sərfiyyatının hesabatını aparan (iri həcmli qaz buraxma qabiliyyətinə malik) bir sayğacdan və məişət tipli işlədicilərin sərfiyyatının hesabatını aparan (saatlıq sərfi az həcmli olan) digər sayğacdan getdiyinin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edən və bu məsələ ilə bağlı İB-nin rəsmi mövqeyini əks etdirən həmin məktub da apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır.
63. Eyni zamanda, İB özünün sözügedən əvvəlki məktubuna baxmayaraq, iş üzrə ilk apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində öz rəsmi mövqeyini dəyişərək iddi anın eyni ünvanda yerləşən MMC-yə məxsus iki müəssisəyə yazılmış borcun silinməsinə aid olduğunu bildirmişdir.
64. Əvvəla, yuxarıda qeyd olunduğu kimi, bununla bağlı sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 40) uyğun olaraq İB-nin üzərinə düşür. Lakin həmin halların mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır.
65. İkincisi isə, apellyasiya instansiyası məhkəməsi İB-nin öz rəsmi mövqeyini məhkəmə icraatı zamanı dəyişdirməsinin səbəblərini aydınlaşdırmamış, İB-nin əvvəlcədən ona məlum olan həmin halları icraatın əvvəlki mərhələlərində deyil, yalnız son mərhələdə bildirməsinə MPM-in 372.2-ci maddəsinə (bax yuxarıda § 40) uyğun hüquqi qiymət verməmişdir.
66. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyində ekspertin sayğacın hansı göstəricilərə (mex aniki və ya elektron) istinad etməsini göstərməməsi səbəbindən bu rəyi qeyri-mötəbər sübut kimi qiymətləndirmiş, lakin bundan sonra MMC-yə yazılmış borcun artıq olub-olmamasının aydınlaşdırılması istiqamətində yetərli tədbir görməmişdir.
67. Halbuki hazırkı iddia ərizəsi məhz İB tərəfindən artıq borc hesablanması halının mövcudluğu güman edildiyindən verilmişdir. İş üzrə təyin olunmuş ekspert rəyi isə artıq hesablama halının mövcudluğunu təsdiqləmişdir.
68. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, həmin mərhələdə İB göstərilən fərqin sayğacların mexaniki göstəriciləri ilə elektron göstəriciləri arasında fərqin olması ilə əlaqələndirmişdir.
69. Buna baxmayaraq iş materiallarında olan son apellyasiya baxışı mərhələsində keçirilmiş 2021-ci il 17 avqust tarixli məhkəmə iclasın ın protokolunda və video-görüntülərində əks olunmuş İB-nin nümayəndəsinin izahatlarından aydın olur ki, MMC-yə borc hesablanarkən MMC-nin sayğacının göstəricilərindən əlavə, həmin sayğacın göstəriciləri ilə İB tərəfindən ümumi qaz xəttinin üzərində quraşdırılmış İB-yə məxsus sayğacın göstəriciləri arasındakı fərq də hesablanır.
70. Sözügedən izahatdan o da məlim olur ki, həmin fərq MMC-nin sayğacınadək qaz kəmərlərindən sızma, qanunsuz qoşulma və digər səbəblərdən baş verə bilən itkilərin dəyərindən yarana bilər.
71. Halbuki QİQ-in 4.1 və 5.2-ci bəndlərinə (bax yuxarıda § 41) uyğun olaraq, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün müvafiq qaz sayğacı quraşdırılmalı və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyəri ni yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır.
72. Beləliklə, məhkəmə kollegiyasının mövqeyinə görə, MMC-yə borc hesablanarkən MMCnin sayğacının göstəricilərindən əlavə, həmin sayğacın göstəriciləri ilə İB tərəfindən ümumi qaz xəttinin üzərində quraşdırılmış İB-yə məxsus sayğacın göstəriciləri arasındakı fərqin də nəzərə alınmasının hüquqi əsası yoxdur və bu qaydada qanunsuz hesablanmış borc silinməlidir.
73. Qeyd olunanlardan göründüyü kimi, hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələ MMC-yə həmin müəssisənin sayğac göstəricilərindən kənar borc hesablanıb-hesablanmamasının aydınlaşdırılmasıdır. İş üzrə verilmiş ekspert rəyi işdə olan sübutlarla əlaqəli şəkildə məhz bu aspektdən qiymətləndirilməlidir.
74. Apellyasiya instansiyası məhkəməsi isə hesablamanın sayğacın elektron göstəricilərinə əsasən aparılması nəticəsinə gəlsə də, MPM-in 420-ci maddəsinə görə Ali Məhkəmənin 2020-ci il 3 noyabr tarixli 2-2(102)-327/2020 saylı qərarında verilmiş göstərişə uyğun, işin ədalətli həlli üçün yetərli dərəcədə əlavə araşdırma aparmamış, tərəflərin dəlillərinə işdə olan sübutlarla əlaqəli şəkildə düzgün qiymət verməmiş, İB tərəfindən hüquqi əsas(lar) olmadan MMC-yə həmin müəssisənin sayğac göstəricilərindən kənar borc hesablanıb-hesablanmadığını müəyyən etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 40) uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
75. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə həmin qətnamə ləğv edilməlidir. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda göstərilən iradları nəzərə almaqla müba hisəyə qanunun tələbinə uyğun ədalətli və əsalı hüquqi qiymət verməlidir.
76. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 avqust tarixli 22(103)-370/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.