Məhkəmə qərarları › İş №2-2(102)-112/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-112/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-112/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “qeyri-yaşayış sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi, zəbt olunan sahələrin boşaldılması və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 22(103)-1038/2024 nömrə li qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. X1 tərəfindən verilən etibarnaməyə əsasən X2 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəyə götürən) arasında bağlanmış, hər iki tərəfin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş 2019-cu il 14 noyabr tarixli icarə müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, icarəyə verən ona məxsus aşağıda göstərilən sahəni icarəçiyə 10 il müddətinə icarəyə verir. İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən sahənin yerləşdiyi ünvan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 40-dır. - 1.3-cü bəndinə əsasən, icarəyə verilən mülkiyyətin ümumi sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən 1.225,10 m2 təşkil edir və bu sahənin 857 m2 icarəçiyə icarəyə verilir. - 2-ci bəndinə əsasən, müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir. Müqavilə 10 (on) il müddətinə bağlanmışdır. İcarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi sahə bu müqavilənin şərtlərinə uyğun olaraq icarəçinin tam sahibliyinə keçir. Müqaviləyə yalnız iki tərəfin razılığı ilə xitam verilə bilər. - 7.1.1-ci bəndinə əsasən, sahədən bu müqavilənin şərtlərinə uyğun olaraq istifadə etmək icarəçinin vəzifəsidir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarə si tərəfindən 2022-ci 9 fevral tarixində tərtib olunmuş 04/514 inventar nömrəli qeyri-yaşayış binasına dair texniki pasporta əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquqi subyekti İddiaçı MMC-dir və pasport 2022-ci il 8 fevral tarixində olan vəziyyətə əsasən tərtib olunub.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışına (reyestr nömrəsi **********30-06301) əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 40 ünvanında 0,02946 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1.225,1 m2 olan qeyri-yaşayış binası İddiaçı MMC-nin hazırda xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2022-ci il 9 fevral tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə məhk əmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 24 iyun tarixində iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələr ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2019-cu il 14 noyabr tarixli icarə müqaviləsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 40 ünvanında yerləşən binanın icarəyə verilməsi razılaşdırılmış 857 kv.m qeyri-yaşayış sahəsindən əlavə, zəbt olunmuş 223,3 kv.m sahənin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, o cümlədən cavabdehin icarəsində binanın zirzəmisi, 1-ci, 2-ci mərtəbələrindən başqa, binanın Texniki Pasportuna əsasən 3-cü mərtəbə sol tərəfdən 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələrin saxlanılma sı, binanın 3-cü mərtəbəsinin qalan digər sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, tərəflər arasında qüvvədə olan icarə müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə icarə müqaviləsi bağlanması öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 40 ünvanında yerləşən bina DƏDRX-in hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli 2022-ci il 9 fevral tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin bina zirzəmi, 1, 2, 3-cü mərtəbələr və mansard sahəsindən, ümumilikdə cəmi 1.225 kv.m sahədən ibarətdir. Çıxarışda göstərilən tarixdən həmin sahə iddiaçının mülkiyyətindədir. Binanın 857 kv.m hissəsi cavabdeh və ünvan 3 ünvanında yaşayan, X1 tərəfindən verilən 2018-ci il 14 noyabr tarixli AR-İ seriyalı 689408 nömrəli etibarnamə əsasında çıxış edən Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda qeydiyyatda olan AZE seriyalı 18036132 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sahibi X2 tərəfindən imzalanmış 2019-cu il 14 noyabr tarixli icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə verilmişdir. Yəni, bina iddiaçının mülkiyyətinə keçən vaxtdan təxminən üç il əvvəl cavabdehin icarəsinə verilmişdir. Həmin icarə müqaviləsi binanın keçmiş mülkiyyətçisi ilə bağlanmışdır. Hal-hazırda isə binanın mülkiyyətçisi iddiaçıdır. Təqdim edilmiş icarə müqaviləsinin 1.3-cü bəndinə əsasən, binanın 1.225,10 kv.m sahəsinin 857 kv.m hissəsi cavabde hə icarəyə verilmişdir. Binaya mülkiyyətçi iddiaçının qanuni təmsilçisinin və cavabdehin iştirakı ilə keçirilən baxış zamanı binanın zirzəmisinin (anbar, mətbəx və s.), 1-ci mərtəbəsinin (restoran), 2-ci mərtəbəsinin (restoran) və 3-cü mərtəbəsinin (ofis otaqları) cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Cavabdehin istifadə etdiyi sahənin icarə müqaviləsində göstərilən 857 kv.m sahədən çox olması səbəbindən artıq zəbt olunmuş sahələrin qeyd-şərtsiz boşaldılması tələb olunmuşdur. Bu barədə cavabdehə müvafiq pretenziya göndərilmiş, lakin həmin pretenziyaya cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş və müraciət cavablandırılmamışdır. Bildirişdə həmçinin üç iş günü ərzində cavabdehin və binaya yerində baxış keçirilməklə müqavilədə tərəflər arasında istifadə üçün razıl aşdırılmış 857 kv.m sahənin tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən cavabdeh tərəfindən binanın faktiki istifadə olunan hissəsinin sərhədləri və ölçüsünün müəyyən edilməsi və bu barədə hər iki tərəfin təsdiq edəcəyi aktın tərtib olunması təklif edilmişdir. Əlavə olaraq, binanın yeni mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında eyni şərtlərlə icarə müqaviləsinin bağlanması və ya hər iki tərəfin razılığı ilə yeni icarə müqaviləsinin bağlanması təklif edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2024cü il 26 aprel tarixli, 3-16-16/2-10/8151 nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə (qeydiyyat tarixi 2022-ci il 9 fevral tarixli və qeydiyyat nömrəsi **********) iddiaçının mü lkiyyətində olan ümumi sahəsi 1.225,1 kv.m olan qeyri- yaşayış binasının 1.080,3 kv.m hissəsi (ümumi sahəsi 249,9 kv.m olan zirzəminin, ümumi sahələri 254,9 kv.m, 287,2 kv.m, 288,3 kv.m olan 1, 2 və 3-cü mərtəbələrin) cavabdehin faktiki istifadəsində olduğu müəyyən edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 9 avqust tarixli e-2-2(113)-144/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 40 ünvanında yerləşən binanın texniki pasportuna əsasən 3-cü mərtəbəsində yerləşən sol tərəfdən 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələri istisna olmaqla binanın 3-cü mərtəbəsinin qalan sahələri cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissələrinin təmin edilməməsi qət edilmişdir (hak im – L.Əliyeva).

8. Məhkəmə ilk növbədə zəbt edilmiş sahənin boşaldılması tələbinə münasibətdə ekspert rəyinə (bax § 6) istinadən qeyd etmişdir ki, 2019-cu il 14 noyabr tarixli icarə müqaviləsinə əsasən cavabdehin Əhməd Rəcəbli küçəsi 40 ünvanında yerləşən binanın yalnız 857 kv.m hissəsindən istifadə etmək hüququ olduğu halda cavabdeh faktiki olaraq həmin binanın 1.080,3 kv.m hissəsinə sahiblik edir.

9. Odur ki, cavabdeh icarə müqaviləsi əsasında, yəni qanuni əsaslarla sahiblik etdiyi 857 kv.m sahə ilə yanaşı binanın 223.3 kv.m hissəsinə (1080,3-857) heç bir qanuni əsas və ya müqavilə əsası olmadan sahiblik etdiyindən mübahisəli qeyri-yaşayış binasının mülkiyyətçisi olan iddiaçı mülki qanunvericiliyə əsasən binanın cavabdehin qanunsuz sahibliyində olan hissəsinin qaytarılmasını tələb etm əkdə haqlıdır.

10. Digər tərəfdən, binanın cavabdehin sahibliyində olan 1.080,3 kv.m qeyri-yaşayış sahəsinin konkret hansı hissəsinin iddiaçıya qaytarılmalı olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı texniki pasporta əsasən binanın 3-cü mərtəbədə yerləşən sol tərəfdən 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələri istisna olmaqla 3-cü mərtəbəsinin qalan hissəsinin boşaldılmasını tələb edir.

11. Məhkəmə bununla bağlı bildirmişdir ki, binanın 3-cü mərtəbəsinin sahəsi ekspert rəyinə əsasən 288,3 kv.m təşkil edir. Odur ki, iddiaçının 3-cü mərtəbədə boşaldılmasını tələb etdiyi sahə 222,4 kv.m (288,3-28.1-16,8-16,6-2,2-2,2) təşkil etməklə cavabdehin qanunsuz sahibliyində olan sahədən artıq deyildir.

12. Həmçinin iddiaçının boşaldılması tələb etdiyi sahənin (3-cü mərtəbədə y erləşən sol tərəfdən 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələri istisna olmaqla 3cü mərtəbəsinin qalan hissəsinin) icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə verilmiş 857 kv.m sahəyə daxil olması, eləcə də cavabdehin həmin sahəyə sahiblik və ondan istifadə etməsi üçün digər qanuni və ya müqavilə əsasının mövcud olması müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, zəbt edilmiş sahənin boşaldılması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir.

13. Müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbini məhkəmə əsassız hesab etmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2, 390.1, 390.3, 699.1, 700.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in (bundan sonra – “MPM”) 77.1, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-1038/2024 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – E.Həsənov, T.Mahmudova).

18. Məhkəmə kollegiyası hər iki şikayətin d əlillərini əsassız hesab etmiş, cavabdehin apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddianın rədd edilməsini xahiş etsə də, müqavilədən kənar obyektdən istifadə etdiyini qəbul etmiş, lakin bunun əvvəlki mülkiyyətçi ilə şifahi qaydada razılaşdırıldığını, yeni mülkiyyətçinin bununla razı olduğunu, işgüzar adətin məhkəmə tərəfindən nəzərə alınmadığını şikayətdə bildirmişdir.

19. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilədən kənar istifadə etdiyi sahənin əvvəlki mülkiyyətçi və ya yeni mülkiyyətçinin razılıq verməsi faktını sübuta yetirə bilməmişdir. İddiaçı bunu inkar etdiyi halda sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. İşgüzar adətin mövcudluğu da sübut edilməlidir. Cavabdehin apellyasiya icraatı zamanı təqdim etdiyi yeni sübutlar qəbul edilənlik şərtinə r iayət edilmədiyi üçün nəzərə alına bilməz. Buna görə də, apellyasiya şikayətlərində göstərilən dəlillər iş materiallarında olan sübutlar və müəyyən edilmiş işin halları ilə ziddiyyət təşkil edir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-in 157.2, 385.1, 386.1, 390.1, 390.3, 699.1, 700.3-cü, MPM-in 14.2, 77.1, 88, 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 10.1, 404.1, 404.2-ci maddələri üzrə - X1 ilə cavabdeh arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair 2019-cu il 14 noyabr tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən binanın 3-cü mərtəbəsinin 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələrindən başqa sahələr də icarəyə cavabdehə təhvil veilmişdir. Həmin sahələr özbaşına tutulmamış, əmlakın əvvəlki sahibi tərəfindən cavabdehə təhvil verilmiş və fəaliyyətini qeyri-yaşayış sahələrinin digər hissələri ilə bərabər orada da həyata keçirmişdir. Bununla bağlı əmlakın cavabdeh ilə müqavilə bağlayan əvvəlki mülkiyyətçisi 3 il cavabdehdən icarə haqqı almış, aralarında hər hansı narazılıq olmamışdır. Bütün sadalanan hərəkətlər həm əvvəlki mülkiyyətçinin mübahisəli sahələrin icarə müqaviləsinin tərkib hissəsi kimi tanıdığı və qəbul etdiklərini göstərir. Əks təqdirdə hazırkı iddia və ya müqavilənin ləğvi haqqında iddia illər əvvəl, müqavilə bağlanandan sonra qaldırılmalı idi. 5 ildən sonra bu idd ianı qaldırmaq absurddur. Yəni, məhkəmə təkcə müqavilənin hərfi mənasına diqqət yetirməməli, onu təfsir edərkən tərəflərin sonrakı davranışlarını, tərəflər arasında yaranmış işgüzar praktikanı aydınlaşdırmalı idi. Təəssüf ki, nə birinci instansiya, nə də apellyasiya məhkəməsi bunu etməyib, qərəzli olaraq işə birtərəfli baxıb və iddiaçının əsassız iddiasında göstərdiklərini həqiqət kimi qəbul edib.

23. MPM-in 361.1-cü maddəsi üzrə - Apellyasiya məhkəməsinə foto və video çəkilişlər təqdim edərək icarəyə götürülən əmlakın təmirdən əvvəlki və təmirdən sonrakı vəziyyətini göstərmişdir. Həmin çəkilişlərdən görünür ki, təmirə milyonlarla vəsait xərclənib. Əmlak tam təmirsiz olmuş, icarəyə heç vaxt verilməmişdir. Eyni zamanda, təqdim edilmiş sənədlərdən görünür ki, əmlakın əvvəlki sahibi hazırda c avabdehin çıxarılmasını tələb etdiyi yeri də təmir üçün cavabdehə təhvil verib. Həmin sahə müqavilədə əks olunmamışdırsa, onda niyə təmirə verməsi, oraya vəsaitlər xərcləməyə imkan yaratması anlaşılan deyildir. Bütün bu davranışlar, hərəkətlər tərəflər arasında olan razılaşmanın tərkib hissəsidir. Məhkəmə bu haqda fotoları sübut kimi qəbul etməyib. Lakin cavabdeh məhkəmə iclasında həmin fotoların birinci instansiya məhkəməsinə təqdim edə bilməməyinin səbəblərini izah edərək bildirmişdir ki, təmirdən uzun illər keçmiş və fotolar hansısa yaddaş kartında olduğundan, onu tapa bilməməsidir. Mülki prosessual qanunvericiliyə əsasən, bu izah həmin fotoların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunun əsaslandırmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 2

4. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh iddiaçı tərəfə binada hər hansı ölçü işlərinin aparmasına ilk dövrlərdən maneələr yaratmışdır. Cavabdehə iddia tələbi ilə bağlı yazılı pretenziya isə təxminən iki il bundan əvvəl 2023-cü il 10 mart tarixində göndərilmişdir. Həmin məktubda “üç iş günü ərzində binaya yerində baxış keçirilməklə müqavilədə tərəflər arasında istifadə üçün razılaşdırılmış 857 kv.m sahənin tərəflərin səlahiyyətli nümayəndələri ilə cavabdeh tərəfindən binanın faktiki istifadə olunan hissəsinin sərhədləri və ölçüsünün müəyyən edilməsi və bu barədə hər iki tərəfin təsdiq edəcəyi aktın tərtib olunmasını təmin edəsiniz.” təklif olunmuşdur. Məlum olduğu kimi, cavabdeh bu tələbə də məhəl qoymamış və cavab belə verməmişdir. Cavabdeh xeyl i müddət çəkmiş birinci insansiya məhkəməsində və daha sonra apellyasiya məhkəməsində iş gedən dövrlərdə də bu məsələlərə heç bir münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsində ekspertiza keçirilməsi barədə qərardadla qeyri-yaşayış sahəsinə baxış keçirilərək cavabdehin icarə müqaviləsi ilə müəyyən edilmiş sahədən nə qədər artıq sahə zəbt etdiyi müəyyən edilmişdir. Cavabdehin hazırkı kassasiya şikayətinin mahiyyəti hüquqdan sui-istifadə etməklə vaxt uzatmaq kimi qiymətləndirilə bilər. Bu hal həmçinin onunla təsdiq edilir ki, hal-hazırda birinci instansiya məhkəməsində iddiaçının cavabdehə qarşı cavabdeh tərəfindən 2024-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2025-ci ilin yanvar ayı üçün cəmi 28.500 manat icarə haqqının iddiaçının hesabına ödənilməsi ha qqında kommersiya işinə baxılır (iş e-22(113)-7759/2024, hakim K.Hüseynov). Yəni, hazırkı iş üzrə cavabdeh binanın 857 kv.m sahəsinə görə sabit icarə haqqı məbləğini belə ödəməkdən yayınır. Kassasiya baxışının hədləri

25. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyy ən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir....” “Maddə

699. Kirayəyə verilmiş əşyaların özgəninkiləşdirilməsi 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur....” “Maddə

700. İcarə müqaviləsi... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

30. İcarəyəverənin razılığı ilə cavabdeh tərəfindən icarəyə verilmiş əmlakın təmirinə milyonlarla vəsait xərclənməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, həmin dəlillər həqiqətə uyğun olsa belə, mübahisələndirilən qətnamənin ləğvinə əsas ola bilməz. Belə ki, əvvəla, həmin məsələlər hazırkı məhkəmə icraatının baxış predmetini təşkil etməmişdir. Cavabdehin bununla bağlı ona dəymiş hesab etdiyi zərərin əvəzini iddiaçıdan tələb etməsi barədə nə hazırkı icraat çərçivəsində qarşılıqlı iddia verməsi, nə də müstəqil icraat çərçivəsində məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi iş materiallarından görünmür. İkincisi isə, hətta əmlak həqiqətən də cavabdeh tərəfindən təmir olunmuşdursa belə, bu, müqavilə olmadan faktiki istifadə edilən əmlakın, onun mülkiyyətçisinin aydın iradə ifadəsi olmadan bundan sonra da daimi olaraq cavabdehin sahibliyində qalması üçün hüquqi əsas yaratmır. Bununla belə, cavabdeh də təmirlə bağlı ona dəymiş hesab etdiyi zərəri qanunla müəyyən edilmiş qaydada iddiaçıdan tələb etmək hüququnu özündə saxlayır.

31. Kassasiya şik ayətinin digər dəlilləri ilə eyniməzmunlu olan dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

32. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

33. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin digər dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərk ən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 28) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 28) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

34. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-1038/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-1038/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar