Məhkəmə qərarları › İş №2-2(102)-114/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-114/2020

03.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-114/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “xxxx” İstehsalat Birliyinə qarşı iş üzrə QƏRAR (açar sözlər: “İddiaçı” MMC-yə verilən təbii qazın dəyəri iddiaçıda quraşdırılmış “Elster G-400” tipli, 80101372 saylı qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakları, M.Əmiraslanovun katibliyi ilə, i ddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)704/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” İstehsalat Birliyi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” İstehsalat Birliyinəqarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə hesablanmış 15.298 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışd ır ki, “İddiaçı” MMC 2013-cü ildən etibarən sanaye müəssisəsi olaraq təbii qaz istehlakçısıdır və hal-hazıradək istehlak olunmuş təbii qaza görə ödənişləri vaxtı-vaxtında həyata keçirmişdir. Cavabdeh “xxxx” İB ilə onun arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə uyğun olaraq MMC-yə gələn qaz xəttinə G-400 markalı elektron sayğac quraşdırılmışdır. Həmin sayğacın elektron və mexaniki göstəricilərinə əsasən istehlak olunan təbii qazın həcmi müəyyən edilir. 2016-cı ilin fevral ayında MMC-nin fəaliyyət göstərmədiyi halda, qaz sayğacının mexaniki göstəricisi 153.298 kub.metr həcmində sərfiyyat qeydə almışdır. Məsələ ilə əlaqədar 2016-cı ilin mart ayında qaz sayğacının yoxlanılması üçün MMC tərəfindən ARDNŞ İnformasiya, Texnologiya və Rabitə İdarəsinə müraciət olunmuş və qaz sayğaclarına mexaniki xidmət göstərən Avtomatika və Metrologiya Departamenti həmin dövrdə qaz sayğacını çıxararaq yoxlamaya aparmışdır. Sayğac çıxarılarkən cavabdehin quraşdırdığı xüsusi plomba və qaz sayğacına kənar müdaxilənin olması aşkar edilməmişdir. Yoxlama nəticəsində məlum olmuşdur ki, sayğacın mexaniki göstəricisi 153.298 kub.metr qaz sərfiyyatı qeydə aldığı halda, elektron göstəricisi bu sərfiyyatı qeydə almamışdır. Belə ki, ARDNŞ İnformasiya, Texnologiya və Rabitə İdarəsi tərəfindən “İddiaçı” MMC-yə məxsus elektron ünvana göndərilmiş qaz sayğacının elektron göstəriciləri çıxarışında aydın şəkildə görünür ki, 153.298 kub.metr sərfiyyat qeydə alınmamışdır. Bu uyğunsuzluğun səbəbi isə şifahi olaraq “İddiaçı” MMC- yə gələn qaz xəttində təzyiqin qəfil 1 atmosferdən 3 atmosferədək artması nəticəsində qaz sayğacındakı hesablayıcı mexanizmdə pozulmanın olduğu bildirilmişdir. “xxxx” İB ilə MMC arasında bağlanmış müqavilənin 2.1.7-ci bəndinə əsasən paylayıcı qazın verilməsində istehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət etməlidir. Eyni zamanda həmin müqavilənin 2.4.2-ci bəndində istehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət olunmasını paylayıcıdan tələb etməsi hüququ da müəyyən edilmişdir. MMC-yə gələn qaz xəttində müəyyən edilmiş təbii qazın təzyiqi 1 atmosferdir. Bundan başqa, MMC tərəfindən qış aylarında təbii qaz minimum həcmdə istehlak olunur. Çünki, qış aylarında, xüsusən də 2016-cı ilin fevral aynda hava şəraiti qarlı və yağmurlu olduğunda n, sifarişlər olmur, yəni asfalt çəkilişi işlərinin yağmurlu hava şəraitində aparılması mümkünsüz olur. “İddiaçı” MMC asfalt istehsalı ilə məşğuldur. Odur ki, MMC-nin 2016-cı ilin fevral ayında qeydə alınmış 153.298 kub.metr qaz sərfiyyatını, digər qış aylarında istehlak etdiyi sərfiyyatla müqayisə etdikdə, 50% artıq olduğunu görmək olar. Qeyd olunan hallar “İddiaçı” MMC-yə 15.298 manat maddi ziyan dəyməsinə tam dəlalət edir. Cavabdehə pretenziya qaydasında müraciət olunsa da, müsbət nəticə əldə olunmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)726/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh “xxxx” İB tərəfindən iddiaçı “İddiaçı” MMC-yə təbii qazdan istifadəyə görə hesablanmış 15.298 manat məbləğində borcun silinməsi qət edilm işdir ( hakim – R.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-704/2019 saylı qətnaməsi ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh “xxxx” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” İstehsalat Birliyi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, sayğacın mexaniki göstəricisi sayğacdan keçən kütlənin miqdarını qeydə alır. Qaz həcmi isə bir neçə amildən, qazın xüsusi çəkisindən, təzyiqdən, temperaturdan asılıdır. Göstərilən bu amillər sovet dövründə təsdiq olunmuş cədvəl əsasında müəyyən edilmiş formul əsas götürülərək riyazi hesabat aparılırdı. Bu tip sayğaclarda alınan koeffisent mexaniki göstəriciyə vurulurdu, indi isə həmin əllə aparılan riyazi hesabat elektron kollektor hissəsində avtomatik hesablanır və mexaniki hissənin göstərdiyi göstəriciyə vurulub yekun həcm çıxarılır ki, buna da (VBT) elektron hissənin hesabatı deyilir və ödəniş elektron göstəriciyə əsasə n aparılmalıdır. Eyni zamanda analoji işlər üzrə X1 müvafiq rəyləri var ki, həmin rəylərdə də sayğacın elektron və mexaniki göstəricilərin fərqli olmasının tamamilə təbii hal olduğu (əksinin olması sayğacın düzgün işləməməsinə dəlalət edərdi) qeyd olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxx 2003-cü il tarixli, 3 nömrəli qərarının 22-ci bəndinin tələbi pozulmuşdur. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilm əsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 22(103)-704/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli,cavabdeh “xxxx” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı “İddiaçı” MMC-yə məxsus obyektdə təbii qaz təchizatı üçün quraşd ırılmış sayğaca baxış keçirərkən həmin sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq aşkar olunmuş və sayğacın mexaniki göstəricilərinin sərfiyyatı qeydə aldığı halda, elektron göstəricilərinin sərfiyyatı qeydə almadığı müəyyən edilmiş, bunun əsasında cavabdeh “xxxx” İB tərəfindən iddiaçıya müvafiq sərfiyyat üzrə 15.298 manat borc hesablanmışdır. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən ona istinad etmişdir ki, iddiaçı “İddiaçı” MMC-yə təbii qazdan istifadə üzrə hesablanmış borc sayğaca müdaxiləyə görə, eləcə də texniki şərtdə göstərilənlərdən əlavə qaz qurğusunun və ya sayğacdankənar qaz xəttinin qoşulması ilə bağlı olmamış, qaz sayğacının iki göstəriciləri arasında fərq yarandığı halda, abonentə əlavə sərfiyyatın hesablanması «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun və “Qazdan istifadə Qaydaları”nın müddəalarında, eləcə də bu sahəni tənzimləyən başqa normativ aktda və tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamış, həmçinin cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə qazdan istifadə üzrə hər ay ona məlumat (hesab) təqdim edilməli idi. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia ərizəsində 2016-cı ilin fevral ayında 153.298 m3 (15.329,80 manat) həcmində təbii qazdan istifadə etmənin qeyri-mümkün olduğu göstərilsə də, abonentin saldosuna əsasən iddiaçının 2016-cı ilin iyun ayında 166.700 m3, avqust ayında isə 151.418 m3 təbii qazdan istifadə etdiyi aydın olur. Aylar üzrə istifadə edilmiş qazın həcmlərində cüzi, əhəmiyyətsiz fərqlərin olması təbiidir və hazırkı halda aylar üzrə sərfiyyatın işin həcmindən asılı olaraq cüzi fərqlənməsi (faktiki isə təxminən uyğun olması) öz növbəsində sayğacın düzgün işləmədiyi, istifadə olunan qazın həcmini düzgün qeydə almadığı barədə iddiaçının dəlillərinin əsaslı olmadığını təsdiq edir. İş materiallarına əsasən iddiaçı “İddiaçı” MMC-yə verilən təbii qazın dəyəri iddiaçıda q uraşdırılmış “Elster G-400” tipli, 80101372 saylı qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmiş, iddiaçı isə 2016-cı ili fevral ayında sayğaçın elektron kollektoru işləmədiyi üçün sərf edilən qazın həcminin sayğacın mexaniki göstəricilərinə əsasən müəyyən edildiyini bildirmişdir. Beləliklə, cavabdeh “xxxx” İstehsalat Birliyi tərəfindən tələb edilən borc məbləği, əlavə hesablanmış qazın sərfiyyatı barədə deyil, məhz sayğacın göstəricilərinə əsasən istifadə edilmiş təbii qazın dəyərindən ibarətdir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşdəki Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx xxxxx 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qz sayğaclarında elektron tablonun göstə ricilərinə əsasən aparılır. İş materiallarına əsasən isə apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər dəlillərinə hər hansı qiymət verilməsi, işdəki sübutlara istinadən bu dəlillərin təkzib edilərək müfəssəl hüquqi dəyərləndirilməsi həyata keçirilməmiş, bununla da qeyd edilən prosessual pozuntuya yol verilmişdir. Təsadüfi deyildir ki, cavabdehin kassasiya şikayətində də eyni dəlillər göstərilməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilmişdir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübh ə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə gö stərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xx xxxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X5rşı, x xxxxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Məhkəməni n qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1. 217.3. 217.4-cü maddələri). Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (Məcəllənin 220.4-cü maddəsi). İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işdəki mövcud sübutlar yenidən obyektiv qiymətləndirilməklə, mübahisənin qanuni həlli təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-704/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh “xxxx” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-704/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh “xxxx” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar