Məhkəmə qərarları › İş №2-2(102)-114/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-114/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-114/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 noyabr tarixli 2-2(103)-878/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. 2019-cu il 5 yanvar tarixli, KM/TS-2019 saylı kredit müqaviləsinə əsasən İddia çı dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 3.000.000 manat məbləğində pul vəsaitinin mülkiyyət hüququnu Cavabdeh MMC-yə verməyi, Cavabdeh MMC isə krediti müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı geri qaytarmağı öhdəsinə götürür.

2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kredit məbləği İddiaçı tərəfindən Cavabdeh MMC-nin xəzinəsinə nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilə bilər; 1.3-cü bəndinə əsasən, kredit məbləği 2021-ci il 31 dekabr tarixədək tam həcmdə geri qaytarılmalıdır. 3. 2022- İddiaçı tərəfindən 2019-cu il 5 yanvar tarixindən 2021-ci il 31 dekabr tarixədək Cavabdeh MMC-yə verilmiş borc məbləğləri üzrə üzləşmə aparılmış və borc məbləğinin 2.945.914 manat məbləğində təşkil etməsinə dair 21 fevral tarixli “Üzləşmə aktı” tərtib edilmişdir.

4. İddi açı tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 1 fevral tarixli pretenziya məktubu ünvanlanaraq göstərilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 3.000.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə borc verilmiş və 2.945.914 manat məbləğində pul ödənilməmişdir. Borcun 7 gün müddətində Cavabdeh MMC tərəfindən ödənilməsini xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 26 aprel tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2.945.914 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2.262,96 manat məbləğinin, ü mumilikdə 2.948.176.96 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2006-cı il 11 sentyabr tarixində, 0106-P252-46689-saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Təsisçi tərəfindən cavabdehə 2019-cu il 5 yanvar tarixli, KM/TS-2019 saylı kredit müqaviləsinə əsasən 3.000.000 manat məbləğində borc verilmişdir. Müqavilə şərtlərinə əsasən kredit faizsiz verilmişdir. Müqavilənin 1.3-cü bəndində kredit məbləğinin 2021-ci il 5 yanvar tarixədək tam həcmdə geri qaytarılması şərti olsa da cavabdeh tərəfindən icra edilməmişdir. Tərəflər arasında 2019-cu il 5 yanvar tarixindən 2021-ci il 5 yanvar tarixinədək borc məbləğləri üzrə üzləşmə aparılmış və üzləşm ə aparılan tarixə cavabdehin cəmi 2.945.914 manat borcu olduğu müəyyən olunmuşdur. Mübahisənin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, 2021-ci il 2 mart tarixində isə pretenziya qaydasında "borcun qaytarılması tələbi” ilə bağlı rəsmi xəbərdarlıq edilmiş, lakin nəticə əldə olunmamışdır.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə “MM”) 385.1, 442, 445.1, 445.2.1, 445.2, 448, 739.1, 739.2-ci maddəsinə istinad etmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyun tarixli, e-2-2(113)-2457/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim F.Qasımov).

10. Birinci instansiya məhkəməsi işin §1-4-də göst ərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasa da, qanuna zidd olduğuna görə qəbul edilə bilməz. Cavabdeh tərəfindən iddia tələbi qismən, yəni 2.841.000 manat məbləği hissəsində qəbul olunsa da, qalan hissəsinin ödəniş olunduğu və ya digər səbəbdən qəbul edilmədiyi göstərilməmişdir. Cavabdeh kargüzarlıq qaydalarına uyğun olaraq müqavilələrin məhz həmin tarixdə bağlanmasını təsdiq edən qeydiyyat kitabı məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, müqavilənin həmin vaxt deyil, sonradan tərtib olunması imkanı da istisna edilmir. İddiaçı tərəfindən borc məbləğinin ümumiyyətlə cavabdehin hesabına mədax il olunması (istər nağd, istərsə də bank hesabına köçürmə yolu ilə) barədə məlumat və həmin əməliyyatı təsdiq edən sənəd (bank hesabından çıxarış) məhkəməyə təqdim olunmamış, bununla da, iddiaçının müqavilənin 2.1.1-ci bəndində göstərilən (bu Müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə qüvvəyə mindiyi tarixdən 5 bank günündən gec olmayaraq “kredit alan”a nağd və ya bank hesabına köçürmək) öhdəliyinin icra olunması sübuta yetirilməmişdir.

11. Həmçinin məhkəmə hesab etmişdir ki, müqavilənin hüquqi şəxslə təsisçisi arasında bağlanmaqla həm borc alan hüquqi şəxsin rəhbərinin, həm də borc verən fiziki şəxsin eyni şəxs- İddiaçı olmasını, kargüzarlıq qaydalarına uyğun olaraq müqavilənin məhz həmin tarixdə bağlanmasını təsdiq edən qeydiyyat kitabının, borc məbləğinin cavabdehin hesabına mədaxil olunması barədə sübutun (bank hesabından çıxarış) təqdim olunmamasını, nağdsız əməliyyatlar üzrə hesablardan pul vəsaitinin çıxarılmasında hazırkı vəziyyətdə limit tətbiq olunduğunu nəzərə alaraq yeganə sübut olaraq təqdim olunmuş 2019-cu il 5 yanvar tarixli, KM/TS-2019 saylı kredit müqaviləsi iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz.

12. Məhkəmə gəldiyi nəticəni MM-in 739, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.1.1, 3.2, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarı, MPM-in 14.2, 52.2, 52.5, 77.1, 191.3, 217.4-cü mad dələrinə istinadla əsaslandırmışdır.

13. İddiaçı tərəfindn həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 noyabr tarixli, 2-2(103)-878/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik ilk növbədə borc verənin üzərinə düşür və o, yalnız pulu bor c alana verdikdən sonra borc alanın həmin pulu geri qaytarmaq öhdəliyi yaranır. Lakin hazırki işlə bağlı həmin hallar müəyyən olunmamışdır. Tərəflər arasında kredit müqaviləsi imzalansa da, müqavilə üzrə borc verən hesab edilən iddiaçı müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borclu cavabdehə verilməsi öhdəliyini yerinə yetirməmişdir.

16. Belə olan halda isə qarşılıqlı olaraq cavabdehin pulun (kreditin) iddiaçıya geri qaytarılması öhdəliyi yaranmamış və öhdəlik ilk növbədə borc verən iddiaçı tərəfindən həyata keçirilmədiyi üçün hazırda cavabdehdən həmin borcun geri qaytarılmasını tələb edə bilməz. Qeyd olunduğu kimi cavabdehin 2019-cu il 5 yanvar tarixli, KM/TS-2019 saylı kredit müqaviləsi üzrə iddiaçıya kreditin geri qaytarılması kimi hər hansı bir öhdəliyi yaran mamışdır. İddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə borc verilməmişdir. Hər hansı borcu olmadığı təqdirdə isə cavabdehin kifayət qədər yüksək 2.841.000 manat məbləğdə pulu etiraf etməsinin məqsədi aydın deyil.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 739.1, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.1.1, MPM-in 52.2, 52.5, 77.1, 191.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 noyabr tarixli, 2-2(103)-878/2022 saylı qərardadı ilə tərəflər arasında bağlanmış 2022-ci il 14 oktyabr tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilmişdir (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).

19. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayə tində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul etməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 881-ci maddəsinin tələbi pozulmuşdur-hazırkı iş üzrə mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi üçün tərəflər arasında müvafiq barışıq sazişi bağlanaraq təsdiq edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Lakin məhkəmə mülki prosessual hüquq normasını dəlil gətirərək barışıq sazişini təsdiq etməmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişində tərəflərin iradə ifadəsi onların mənafeyinə uyğun olaraq aydın şəkildə ifadə olunmuş, saziş hər hansı tərəfin və ya üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamış və yalnız mübahisənin barışıq yolu ilə qurtarmasına xidmət etmişdir. Qeyd olunanları məhkəmə nəzərə almamış və maddi hüquq normasının tələbinin pozulmasına yol vermişdir.

21. MPM-in 2.2, 52.5, 386, 387-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə tərəfindən maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edilən qətnamə iş üzrə cavabdeh tərəfin mənafeyinin, qanuni maraqlarının xeyrinə olaraq nəticələnmişdir. Cavabdeh tərəfindən iddianın qismən etiraf olunmasının, hər hansı tərəfin və ya üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğunu qətnamədə əsaslandıra bilməmiş və nəticə etibarı ilə iş üzrə düzgün qətnamə qəbul edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. K ASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 27. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası 2016-cı il 16 dekabr tarixli, 461 nömrəli Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə

3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar 3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;... 3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər....” 28. “Azərbaycan Respublikası Kon stitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir....”

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi... 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır....” “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi... 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə v ə bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair mad di hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

33. Kassasiya şikayətinin §20-də göstərilən dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən işin hazırki mərhələsində də analoji məzmunlu barışıq sazişi təqdim edilmişdir. Həmin barışıq sazişinin təsdiq edilməsindən imtina olunmasının əsasları baxılan iş üzrə Azərbaycan Respub likası Ali Məhkəməsinin 2-2(102)-114/2023 saylı, 2023cü il 19 aprel tarixli Qərarında göstərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası təkrar qiymətləndirmə aparmadan hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış 2022-ci il 14 oktyabr tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunması MPM-nin 52 və 191-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

34. Kassasiya şikayətinin §21-də qeyd olunan dəlilinə gəldikdə, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəllilərə hüquqi qiymət verildiyindən və kassasiya instansiyası həmin mövqe ilə razılaşdığından hesab edir ki, eyni məzmunlu dəllillərə təkrar hüquqi dəyərləndirmə aparmağa zərurət yoxdur (bax yuxarıda §15-16).

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

36. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 noyabr tarixli 2-2(103)-878/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli Ə.M.Xıdırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar