Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-115/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh ASC-nə qarşı iş üzrə QƏRAR (açar sözlər:cavabdeh icarə müqaviləsinə vaxtından əvvəl xitam verdiyindən, iddiaçı həmin müqavilənin 6.2-ci bəndinə əsasən qalan aylar üçün icarə haqqının 50%-ni cərimə kimi ödənilməsini tələb etməkdə haqlı olmuşdur) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Səmədov Ruzi Emin oğlunun iştirakı, C.Mütəllimovun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-nə qarşı icarə müqaviləsinin ləğv edilməsi, pul vəsaitin in tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-731/2019 saylı qətnaməsindən Cavabdeh ASC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, müqavilənin vaxtından əvvəl birtərəfli qaydada pozulması nəticəsində həmin dövr üçün olan 1.644,25 manat borcun, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanmış 15.682,20 manat məbləğdə cərimənin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin, cəmi 17.356,80 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı MMC arasında “Demirchi Tower” iş mərkəzində ofis sahəsinin icarəyə götürülməsi ilə əlaqədar xx.xx.2013-cü il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə icarə verən və icarəçi tərəfindən imzalandığı andan qüvvəyə minir və icarə müddəti xx.xx.2013- cü il tarixdən xx.xx.2018-ci ilədək qüvvədədir. Müqaviləyə 1 nömrəli Əlavənin 2.1-ci bəndinə əsasən icarəçi 1 il 3500 AZN+18% ƏDV, sonrakı illəri 4000 AZN +18% ƏDV olan aylıq icarə haqqını ödəməyə öhdəsinə götürmüşdür. Müqavilə müddətinin bitməsinə 1 ilə yaxın müddət qalmış Cavabdeh ASC xx.xx.2017-ci il tarixli məktubla müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə İddiaçı MMC-yə müraciət etmişdir. Cavabdeh ASC xitam məktubunu xx.xx.2017-ci il tarixdə verməsinə baxmayaraq, icarəyə götürdüyü sahəni xx.xx.2017 ci il tarixdə boşaltmış və xx.xx.2017-xx.xx.2017 tarixləri üçün ödəməni həyata keçirməmişdir. Bu dövr ərzində icarə haqqı 1.333 ( bir min üç yüz otuz üç) manat, 18%ƏDV 239,97 manat və elektrik istifadəsi üçün 70,90 manat, toplam 1.644, 25 manat məbləğində borc yaranmışdır. Həmçinin Müqavilənin 6.2-ci maddəsinin (e) bəndinə əsasən müqavilə tərəflərindən razılaşdırılmamış formada pozulduğu üçün icarəçi geri qalan ayların icarə haqqının 50% + 18% ƏDV-ni icarə verənə ödəmək öhdəliyi daşıyır. Sözügedən müqavilə xx.xx.2018-ci i l tarixinə kimi bağlanmasına baxmayaraq, müqavilədə göstərilən icarə sahəsi xx.xx.2018-ci il tarixindən “xxxx” ASC-nin icarəsinə verildiyindən Cavabdeh ASC tərəfindən ödəniləcək cərimənin məbləği tərəflərindən həmin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanmış və 6 ay 20 gün üçün həmin məbləğ icarə haqqı 13290 manat və 18% ƏDV 2392,20 manat olmaqla, toplam 15.682,20 manat təşkil etmişdir. İddiaçı MMC ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinin vaxtından əvvəl birtərəfli qaydada pozulması nəticəsində, həmin dövr uçün olan borc və xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixədək hesablanmış cərimə, cəmi 17.326,80 manat pul vəsaiti iddiaçıya ödənilməlidir. İddiaçı rəsmi qaydada pretenziya məktubu ilə cavabdehə müraciət edərək, göstər ilən məbləğin ödənilməsini xahiş etmiş, lakin cavabdeh pretenziya məktubunu rəsmi almasına baxmayaraq, heç bir tədbir görməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2(82)613/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanılmış 2013-cü il tarixli "Demirchi Tower" iş mərkəzində ofis sahəsinə dair icarə müqaviləsi üzrə hesablanmış 15.682,20 (on beş min altı yüz səksən iki manat iyirmi qəpik) manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya “ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir ( hakim – L.Əliyeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(1 03)-731/2019 saylı qətnaməsi ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və İ.B.Əhmədov) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh ASC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdeh tərəfindən veri lmiş apelyasiya şikayətinin əsasını xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertizanın təyin edilməsi, əsas, faiz və cərimə borclarının düzgün hesablanaraq yeni qətnamə qət edilməsi təşkil etmişdir. Bakı Apelyasiya Məhkəməsinin apelyatorun borcun düzgün hesablanmaması və məhkəməmühasibatlıq ekspertizası keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, apelyator tərəfindən işdə olan maliyyə sənədlərini şübhə altına alan hər hansı sübut təqdim olunmamış, Bakı Apelyasiya Məhkəməsi ekspertiza təyin etmədən, xüsusi bilik tələb olunan sualları tədqiq etmədən məhkəmə qətnaməsini qət etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 125, 127, 129-cu, Azərbaycan Respublikası MPM-nin 76.2, 87.2, 97.1, 101.3-cü maddələrinin tələbləri pozulmuşdur. Tərəflər in izahatları İddiaçının vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh ASC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iş tirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərə fli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-731/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh ASC (icarəçi) arasında 2013-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Xocalı prospekti 37 ünvanında yerləşən “Demirchi Tower” iş mərkəzi kimi adlandırılan binada ofis sahəsini icarəçiyə icarəyə vermiş, müqavilənin 2-ci bəndinə görə icarə müddəti xx.xx.2013-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək müəyyən edilmiş, müqavilə nin 6.2-ci bəndinin “e” yarımbəndinə əsasən icarəçi həmin müqaviləni fors-major halları istisna olmaqla razılaşdırılmış icarə müddətindən tez pozmaq istədiyi halda qalan ayların icarə haqqının 50%-ni icarəyə verənə cərimə kimi ödəməlidir, müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş, müqaviləyə 1 saylı Əlavənin 2-ci bəndinə görə icarəçi 1 il 3500 manat +18% ƏDV, sonrakı illəri 4000 manat+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüş, müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli, xx/xx-18278 saylı məktuba əsasən Bakı şəhəri, Xocalı prospekti 37 ünvanında, “Demirchi Tower”-in 1-ci mərtəbəsində yerləşən Cavabdeh ASC-nin “Mətbuat” filialının ünvanının dəyişdirilməsi ilə əlaqədar o laraq aralarında bağlanılmış icarə müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilməsi xahiş edilmiş, İddiaçı MMC ilə Cavabdeh ASC arasında hesablaşmalara görə xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək cavabdeh tərəfindən iddiaçıya hər ay ƏDV xaric 3500 manat (ƏDV daxil 4130 manat) məbləğində icarə haqqı, xx.xx.2014-cü ildən başlayaraq isə hər ay ƏDV xaric 4000 manat məbləğində (ƏDV daxil 4720 manat) icarə haqqı ödənilmiş, sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə 2017-ci ilin oktyabr ayı üçün həyata keçirilmiş, İddiaçı MMC (icarəyə verən) ilə “xxxx” ASC (icarəçi) arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə görə Bakı şəhəri, Xocalı prospekti 37 ünvanında yerləşən “Demirchi Tower” iş mərkəzinin 1-ci mərtəbəsində yerləşən 90 kv.m. sahəsi olan ofis sahəsi “xxxx” ASC-yə icarəyə verilmiş, həmin müqavilənin 6.2-ci maddəsinə əsasən müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş icarə haqqı xx xxxx 2018-ci il tarixindən hesablanmağa başlayır, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış pretenziya məktubu ilə 17326,80 manat pul vəsaitinin 5 gün ərzində ödənilməsi cavabdehə təklif edilmiş, əks təqdirdə hüquqlarının bərpa edilməsi üçün hesablanmış pul məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, İddiaçı MMC (icarəyə verən) ilə “xxxx” ASC (icarəçi) arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən 90 kv.m. sahəsi olan ofis sahəsi xx.xx.2018-ci il tarixdən “xxxx” ASC-yə icarəyə verilmiş, cavabdeh müqavilə üzrə üzərinə götür düyü öhdəlikləri lazımi qaydada icra etməyərək, icarə müqaviləsinə vaxtından əvvəl xitam verdiyindən, iddiaçı həmin müqavilənin 6.2-ci bəndinə əsasən qalan aylar üçün icarə haqqının 50%-ni cərimə kimi ödənilməsini tələb etməkdə haqlı olmuş, cərimənin məbləğinə gəldikdə isə, iddiaçı cəriməni müqavilə şərtlərində nəzərdə tutulduğu kimi müqavilə müddətinin bitdiyi tarixədək (xx.xx.2018) deyil, eyni ofis sahəsinin başqa hüquqi şəxsə yenidən icarəyə verildiyi xx.xx.2018-ci il tarixədək (6 ay 20 gün) müddət üçün ödənilməsini tələb etmişdir ki, aylıq icarə haqqının 4.720 manat (ƏDV daxil) olduğu nəzərə alınmaqla, bu məbləğ 15.682,58 manat təşkil edir, həmçinin cavabdeh şikayətində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etm əmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada icra edilmədiyini, həmçinin icarə müqaviləsinə vaxtından əvvəl xitam verildiyindən, iddiaçı həmin müqavilənin 6.2-ci bəndinə əsasən qalan aylar üçün icarə haqqının 50%-ni cərimə kimi ödənilməsini tələb etməkdə haqlı olduğunu, iddiaçının cəriməni müqavilə şərtlərində nəzərdə tutulduğu kimi müqavilə müddətinin bitdiyi tarixədək (xx.xx.2018) deyil, eyni ofis sahəsinin başqa hüquqi şəxsə yenidən icarəyə verildiyi xx.xx.2018-c i il tarixədək (6 ay 20 gün) müddət üçün aylıq icarə haqqı 4.720 manat (ƏDV daxil) olmaqla, 15.682,58 manat ödənilməsini tələb etdiyini, bu məbləğin isə adi riyazi hesablama olmaqla bunun hesablanması üçün hər hansı xüsusi biliyə malik ekspert, yaxud mütəxəssis rəyinə ehtiyac olmadığını, həmçinin cavabdeh şikayətində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmədiyini nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiy a qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)731/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-731/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar q
Məhkəmə qərarları › İş №2-2(102)-115/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-115/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver