Məhkəmə qərarları › İş №2-2(102)-115/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-115/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-115/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Rəsulov Elşad Qəhrəman oğluna və Cavabdeh2 MMC-yə qarşı, "xxxx" QSC-nin cavabdeh İddiaçı ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, 1) İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Rəsulov Elşad Qəhrəman oğluna və "xxxx" MMC-yə (əvvəlki adı "xxxx" MMC) qarşı cavabdeh Rəs ulov Elşad Qəhrəman oğlundan 686.333,16 ABŞ dolları əsas, 46.771,39 ABŞ dolları faiz, 1.209.026,17 ABŞ dolları cərimə olmaqla - cəmi 1.942.130,72 ABŞ dolları, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin İpoteka qoyan (girov qoyan) Cavabdeh2nə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, onun mülkiyyətində olan, iddiaçının xeyrinə girovla yüklü edilmiş, ümumi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) və ümumi dəyəri 700.000 manat məbləğində dövriyyə mallarına (Almaniya istehsalı olan “GEA Farm Tech nologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) yönəldilməsi, həmin daşınmaz əmlakın və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh Rəsulov Elşad Qəhrəman oğlunun iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması; 2) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin (əvvəlki adı "xxxx" QSC) cavabdeh "xxxx" ASC-yə qarşı (üçüncü şəxs Rəsulov Elşad Qəhrəman oğlu) – 2016-cı il 30 noyabr tarixli İpoteka müqaviləsinin, eyni tarixli D1-İ048KK16 saylı və D2-İ048KK16 saylı "Dövriyyədəki mallar ın girov müqavilələri”nin bağlandıqları andan və "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi "xxxx" QSC-nin X1 2016-cı il 21 noyabr tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi tələblərinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 27 sentyabr tarixli, 2-2(103)-932/2021 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2016-cı il 30 noyabr tarixli, İ048KK16 saylı kredit müqaviləsi (bundan sonra – “Kredit Müqaviləsi”) ilə İddiaçı ASC E.Rəsulova dövriyyə vəsaitlərinin alınması məqsədilə 24 ay müddətinə illik 8%-lə 2.500.000 ABŞ dolları məbləğində kredit ayırmağı, E.Rəsulov krediti və kredit üzrə hesablanacaq faizləri İddiaçı AS C-yə qaytarmağı öhdələrinə götürmüşlər.

2. Kredit Müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış 2016-cı il 30 noyabr tarixli ipoteka müqaviləsi (bundan sonra – “İpoteka Müqaviləsi”) ilə Cavabdeh2 MMC-yə mülkiyyət hüququ ilə məxsus və dəyəri 140.000 manat olan, Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş, torpaq sahəsinin İddiaçı ASC-nin adına ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Kredit Müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış 2016-cı il 30 noyabr tarixli, D1-İ048KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi” (bundan sonra – “İ Girov Müqaviləsi”) ilə Cavabdeh2 MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kənd ində yerləşən 4.200.000 manat dəyərində 3.207 baş iribuynuzlu heyvanlar (bioloji aktivlər) İddiaçı ASC qarşısında girov ilə yüklü edilmişdir.

4. Kredit Müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış 2016-cı il 30 noyabr tarixli, D2-İ048KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi” (bundan sonra – “İİ Girov Müqaviləsi”) ilə Cavabdeh2 MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 700.000 manat dəyərində Almaniya istehsalı “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı İddiaçı ASC qarşısında girov ilə yüklü edilmişdir. 5. 2012-ci il 1 fevral tarixli “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilə ilə "xxxx" ASC (sonrakı adı "xxxx" ASC) 376.789,50 manat 50 faiz güzəştdən so nrakı qiymətlə 204 baş “Holştin-friz” cinsli damazlıq heyvanları "xxxx" QSCyə (sonrakı adı "xxxx" QSC) lizinqə vermişdir. 8. 2012-ci il 22 fevral tarixli, 18-LD/12 saylı “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilə ilə "xxxx" ASC 618.656,85 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 339 baş “Holştin-friz” cinsli damazlıq heyvanları "xxxx" QSC-yə lizinqə vermişdir. 9. 2012-ci il 18 aprel tarixli, 28-LD/12 saylı “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilə ilə "xxxx" ASC 361.730,50 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 187 baş “Holştin-friz” cinsli damazlıq heyvanları "xxxx" QSC-yə lizinqə vermişdir. 10. 2012-ci il 22 iyun tarixli, 61-LD/12 saylı “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilə ilə "xxxx" ASC 727.578,68 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 407 baş “Holştin-friz” cinsli damazlıq heyvanları "xxxx" QSC-yə lizinqə vermişdir. 11. 2012-ci il 13 dekabr tarixli, 113-LD/12 saylı “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilə ilə "xxxx" ASC 341.958,19 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 198 baş “Holştin-friz” cinsli damazlıq heyvanları "xxxx" QSCyə lizinqə vermişdir. 12. 2014-cü il 1 may tarixli, 32-LD/14 saylı “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilə ilə "xxxx" ASC 85.778,24 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 68 baş “Holştin-friz” cinsli damazlıq heyvanları "xxxx" QSC-yə lizinqə vermişdir. 13. 2014-cü il 3 iyul tarixli, 08-LA/14 saylı “heyvandarlıq kompleksi üçün avadanlıqların lizinqə verilməsi barədə” müqavilə ilə "xxxx" ASC dəyəri 1.586.000 manat olan heyvandarlıq kompleksi üçün avadanlıqları 10 il müddətinə "xxxx" QSC-yə lizinqə vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat İddiaçı ASC-nin iddia tələbi üzrə

14. İddiaçı ASC 2018-ci il 13 iyul tarixdə cavabdehlər E.Rəsulov və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək E.Rəsulovdan 686.333,16 ABŞ dolları əsas, 46.771,39 ABŞ dolları faiz, 1.209.026,17 ABŞ dolları cərimə olmaqla cəmi 1.942.130,72 ABŞ dolları, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ö dənilməsini təmin etmək məqsədilə tələbin ipoteka qoyan (girov qoyan) Cavabdeh2 MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, onun mülkiyyətində olan, İddiaçı ASC-nin xeyrinə girovla yüklü edilmiş, ümumi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) və ümumi dəyəri 700.000 manat məbləğində dövriyyə mallarına (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) yönəldilməsi, həmin daşınmaz əmlakın və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin E.Rəsulovun İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin E.Rəsulovdan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Rəsulov Elşad Qəhrəman oğlu arasında bağlanmış 2016-cı il 30 noyabr tarixli, İ048KK16 saylı “Kredit Müqaviləsi”nə əsasən, İddiaçı ASC dövriyyə vəsaitlərinin alınması məqsədilə Kredit alana 24 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə, 2.500.000 ABŞ dolları məbləğində kredit ayırmışdır. Kredit alan 2016-cı il 2 dekabr tarixdə birinci tranş olaraq, 1 050 000 ABŞ dolları məbləğində krediti bankdan qəbul etmişdir. Müqavilənin 4.1.1-ci bəndinin şərtlərinə əsasən, Kredit alan aylıq ödənişlərini müqavilənin tərkib hissəsi o lan “Ödəniş cədvəli”nə uyğun olaraq vaxtında və lazımınca icra etmədikdə bankın kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, komisyon haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır. Kredit alan tərəfindən müqavilənin şərtləri dəfələrlə kobud şəkildə pozulmuş, imzalanmış ödəniş cədvəlinə müvafiq olaraq 2017-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında və 2018-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında və iyun ayının əvvəlində ödəniləcək əsas borcun bir hissəsinin və əsas borca hesablanmış faizlərin ödənilməsi bu günə kimi təmin olunmamışdır. Yaranmış borcla bağlı Kredit alana dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Sonuncu dəfə kredit alana 2018-ci il 27 aprel tarixli, 2998 nömrəli və 2018-ci il 4 iyun tarixli, 4074 nömrəli bildirişlərlə yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Beləliklə, bank tərəfindən kredit alanla mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına riayət edilsə də, bu bir nəticə verməmişdir. Hazırda müqavilə üzrə borc məbləği 686333,16 ABŞ dolları əsas, 8794,29 ABŞ dolları faiz, 447 922,71 ABŞ dolları cərimə olmaqla cəmi 1 143 050,16 ABŞ dolları təşkil edir.

16. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bank, Kredit alan və Girov qoyan arasında bağlanılmış 2016-cı il 30 noyabr tarixli, D1İ048KK16 saylı “Dövriyyədəki malların girovu müqaviləsi”nə əsasən, mülkiyyətində olan 4.200.000 manat məbləğində dövriyyə malları (iribuynuzlu heyvanlar ( bioloji aktivlər) və 2016-cı il 30 noyabr tarixli, D2-İ048KK16 saylı “Dövriyyədəki malların girovu müqaviləsi”nə (bundan sonra hər iki müqavilə birlikdə “girov müqavilələri”) əsasən, ümumi dəyəri 700.000 manat təşkil edən dövriyyə malları (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) Bankın xeyrinə girovla yüklü edilmişdir.

17. İddiaçı ASC-nin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.7, 295, 297, 317.1, 319.1, 385, 442, 448, 449.4, 465.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. 18. 2018-ci il 5 sentyabr tarixdə "xxx x" ASC (hazırkı adı "xxxx" ASC) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSCnin iddia tələbi üzrə 19. "xxxx" QSC (əvvəlki adı "xxxx" QSC) 2019-cu il 8 fevral tarixdə cavabdeh İddiaçı ASC-yə qarşı (üçüncü şəxs Rəsulov Elşad Qəhrəman oğlu) 2016-cı il 30 noyabr tarixli ipoteka müqaviləsinin, 2016-cı il 30 noyabr tarixli, D1-İO48KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nin və 2016-cı il 30 noyabr tarixli, D2İO48KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nin bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 20. "xxxx" QSC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə mür aciət edərək, 2016-cı il 30 noyabr tarixli İpoteka müqaviləsinin, 2016-cı il 30 noyabr tarixli, D1-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi”nin, 2016-cı il 30 noyabr tarixli, D2-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi”nin bağlandığı andan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi "xxxx" QSC-nin X1 2016-cı il 21 noyabr tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

21. İddianın əsaslarına görə, Cavabdeh2 MMC "xxxx" QSC-nin törəmə müəssisəsidir və birincinin nizamnamə kapitalının 100%-i sonuncuya məxsusdur. E.Rəsulovun aldığı kreditə görə bağlanmış İpoteka və Girov müqavilələri Cavabdeh2 MMC-nin və "xxxx" QSC-nin nizamnaməsinin tələbləri pozularaq bağlanmışdır. Bel ə ki, həmin müqavilələrə qanunsuz olaraq Cavabdeh2 MMC-nin əvvəlki icraçı direktoru imza etmişdir. İpoteka müqaviləsi bağlanarkən Cavabdeh2 MMC-nin icraçı direktoruna ümumi yığıncağın qərarı ilə belə bir hüquq verilməmişdir. Lizinq müqavilələri üzrə Cavabdeh2 MMC tərəf olmamışdır. İpoteka və Girov müqavilələri bağlanarkən İddiaçı ASC həmin əmlakların Cavabdeh2 MMC-nin mülkiyyətində olmasına dair təsdiqedici sənədləri almalı idi. Əgər alınsaydı, məlum olardı ki, həmin heyvanlar və avadanlıq girov qoyularkən Cavabdeh2 MMC-nin mülkiyyətində olmamışdır. Nəticə olaraq isə girov qoyma hüququ olmayan şəxsdən "xxxx" QSC-yə məxsus olan malları qəbul etmişdir. Həmin əmlaklar və mallar bu gün də sahiblik və istifadə hüququ əsasında "xxxx" QSC-nin balansındadır. Əmlakların və malların girov qoyana məx sus olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin "xxxx" QSC həmin əmlakların və malların lizinq yolu ilə Aqrolizinq-dən alınmasına dair müqavilələri və həmin lizinq predmetləri üzrə ödənişlərin onun tərəfindən aparılmasını sübut edən sənədləri məhkəməyə təqdim edir. Bundan əlavə, həmin girov predmetləri "xxxx" ASC-nin iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 7 iyul tarixli, 2(82)-1254/2015 saylı qətnaməsi ilə müəyyən olunan hallara görə lizinqə verənin mülkiyyətindədir və həmin qətnamə qanuni qüvvəsini almış, hazırda icra mərhələsindədir. Bu barədə Cavabdeh2 MMC-nin icraçı direktoru və borcalan E.Rəsulov tam məlumatlı olsalar da, girov müqaviləsini bağlamışlar. Eyni zamanda, Aqrolizinq-in iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 2017-ci il 11 avqust tarixli, 2-2(82)-76/2017 saylı qətnaməsi ilə "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış müqavilələrin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlığın onun yerləşdiyi tikili (bina) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə Atropatena-dan geri alınması qət edilmişdir. Beləliklə, lizinq verənin iddiası əsasında bütün əmlakların lizinq verənə qaytarılması haqqında qanuni qüvvəsini almış qətnamələr mövcuddur. Buna baxmayaraq, kredit alan E.Rəsulov öz mövqeyindən həm səhmdarlardan biri kimi, həm də Atropatena-nın idarə heyətinin sədri kimi Cavabdeh2 MMC-nin rəhbərliyinə təzyiq edərək müqavilənin bağlanmasına məcbur etmiş, nəticədə Lizinq şirkətinin müqavilə üzrə vəziyyətinin xeyli pisləşdirəcəyi riski yaratmışdır. Girov müqavilələrinə heç bir səlahiyy ət və hüququ olmadan (həmin avadanlıqlar və iribuynuzlu mal-qara hüquqi cəhətdən "xxxx" ASC tərəfindən "xxxx" QSC-nin istifadəsinə verilmiş və Cavabdeh2 MMC ilə heç bir hüquqi əlaqəsi olmamışdır), eyni zamanda İpoteka Müqaviləsi bağlanarkən imza etmiş həmin müddət Cavabdeh2 MMC-nin icraçı direktoru işləyən X2 xarici ölkə vətəndaşı olduğu üçün müqavilənin şərtlərini tam başa düşməmiş və qanunvericiliyin tələblərinə görə kredit verən, kredit alan və müqaviləni təsdiq edən notarius da bu halı bilmələrinə baxmayaraq, müqavilələrin bağlanması və təsdiqi zamanı X3 tərcüməçi ilə təmin edilməmişdir. "xxxx" QSC-nin iddia tələbi MM-in 49.4, 339.1, 349, 748-1.12.1, 748-1.12.4, 748.2-1, 748-8.1-cu, MPM-in 55.1, 55.2-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. "xxxx" QSC-nin iddia ərizəsinin icraata cəlb edilməsi ilə bağlı icraat 22. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 19 fevral tarixli, 2-2(81)127/2019 saylı qərardadı ilə QSC-nin iddia ərizəsi geri qaytarılmışdır. 23. "xxxx" QSC 2019-cu il 5 mart tarixində həmin qərardaddan şikayət verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 fevral tarixli qərardadının ləğv edilməsini, özünün müstəqil tələb irəli sürən 3-cü şəxs kimi tanınmasını və iddia ərizəsinin icraata qəbul edilməsini, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 24. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 mart tarixli, 22(81)127/2019 saylı qərardadı ilə həmin məhkəmənin 2019-cu il 19 fevral tarixli qərardadı ləğv edilmiş, "xxxx" QSC müstəqil tələb irəli sürən üçün cü şəxs qismində işə cəlb edilməklə İddiaçı ASC-yə və E.Rəsulova qarşı iddiası məhkəmə icraatına qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

25. Bakı Kommersiya Məhkəməsinin (hakim Z.Pirverdiyev) 2020-ci il 18 iyun tarixli 2-2(113)-35/2020 saylı qətnaməsi ilə, - İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, E.Rəsulovdan 685.838,41 ABŞ dolları əsas, 29.872,07 ABŞ dolları faiz, 34.291,92 ABŞ dolları cərimə olmaqla cəmi 750.002,4 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 140.000 manat məbləğində müəyyən edilməklə, tələbin Cavabdeh2 MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 h a kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin E.Rəsulovun İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin E.Rəsulovdan tutulması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 11,58 manat məbləğinin E.Rəsulovdan və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan 18,42 manat məbləği isə İddiaçı ASC-yə aid edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir; - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin iddiası rədd edilmiş, ödənilmiş 30 manat məb ləğində dövlət rüsumu "xxxx" QSC-yə aid edilmişdir; - iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 56 manat məbləğinin E.Rəsulovdan və Cavabdeh2 MMC-dən müştərək qaydada, qalan 89 manat məbləğin isə İddiaçı ASC-dən tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir.

26. Birinci instansiya məhkəməsi İddiaçı ASC-nin iddiası ilə bağlı hesab etmişdir ki, - İddiaçı ASC E.Rəsulovdan kredit müqaviləsinə əsasən əsas borc üzrə 686.333,16 ABŞ dolları tələb etsə də, ekspert rəyi ilə E.Rəsulovun İddiaçı ASC-yə ödəməli olduğu borc 685.838,41 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi halında mümkündür. Hazırkı iş üzrə Kredit Müqaviləsinin müddəti 2018-ci il 30 noyabr tarixində bitmişdir; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırıl malıdır. Ekspert rəyindən müəyyən olunur ki, Kredit Müqaviləsi üzrə 2018-ci il 30 noyabr tarixinə E.Rəsulovun faiz borcu 29.872,07 ABŞ dolları təşkil edir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən işin hallına yanaşdıqda müəyyən edilir ki, E.Rəsulova hesablanmış faiz borcunun məbləği 46.771,39 ABŞ dolları deyil, 29.872,07 ABŞ dolları təşkil edir; - cərimənin tutulması tələbi Kredit Müqaviləsinin 5.2-ci bəndindən irəli gəlir. Lakin tələb olunan 1.209.026,17 ABŞ dolları dəbbə pulu məbləği yaranmış 685.838,41 ABŞ dolları borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğinin azaldaraq 34.291,92 ABŞ dolları həddində müəyyən edilməsi ədalətlidir; - İddiaçı ASC-nin tələbinin ödənilməsi üçün tutmanın İpoteka Müqaviləsi ilə İddiaçı ASC-nin adına ipoteka ilə yüklü edil miş Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsinə yönəldilməsi barədə İddiaçı ASC-nin iddia tələbi əsaslıdır; - tələbin girov qoyulmuş əmlaklara yönəldilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, MMC-nin, QSC-nin nümayəndələrinin izahatlarından və iş materiallarına əlavə olunan qüvvəyə minmiş məhkəmə qətnamələrindən müəyyən olunur ki, girov qoyulmuş əmlaklar (iri buynuzlu damazlıq heyvanlar və heyvandarlıq kompleksi üçün avadanlıq) Aqrolizinq-ə məxsus olmaqla, "xxxx" QSC-yə lizinqə verilmişdir. "xxxx" QSC tərəfindən həmin əmlakların dəyəri Aqrolizinq-ə tam ödənilmədiyindən, onlar Atropatena-nın mülkiyyətinə verilməmiş və hazırda "xxxx" ASC-nin mülkiyyətindədir. "xxxx" QSC müqavilələr üzrə girov qoyan "xxxx" MMC-nin (hazırkı Cavabdeh2 MMC) təsisçisidir; - eyni zamanda, İİ Girov Müqaviləsi ilə girov qoyulmuş 700.000 manat dəyərində Almaniya istehsalı “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə lizinqə verilmiş 1.586.000 manat dəyərində olan heyvandarlıq kompleksi üçün avadanlıqların tərkib hissəsidir; - beləliklə, girov qoyulmuş əmlaklar Aqrolizinq-ə məxsus olduğundan İddiaçı ASC-nin tələbi həmin əmlaklara yönəldilə bilməz.

27. Birinci instansiya məhkəməsi "xxxx" QSC-nin iddiası ilə bağlı hesab etmişdir ki, mübahisələndirilən müqavilələr bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürül məmiş, digər tərəfin onun qanunsuzluğunu bildiyi və ya bilməli olması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Mübahisələndirilən müqavilələr 2016-cı il 30 noyabr tarixdə bağlanmış, protokoldan çıxarış isə 2016-cı il 21 noyabr tarixdə tərtib edilmiş, lakin həmin tarixlərdən 2 ildən artıq müddət keçdikdən sonra "xxxx" QSC hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. MM-in 349-cu maddəsi hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olan bağladığı əqdlərin etibarsız sayılması qaydasını tənzimləyir. Bu halda, hüquqi şəxs öz hüquq qabiliyyətindən kənara çıxmaqla əqd bağlayır ki, bunların etibarsız sayılması təbiidir. Lakin maddənin məzmunundan göründüyü kimi, belə əqdlər digər tərəf onun qanunsuzluğunu bildiyi və ya bilməli olduqda etibarsız s ayıla bilər. Hüquqi şəxsin öz fəaliyyət məqsədinə zidd olaraq bağladığı əqd, digər tərəf onun qanunsuzluğunu bilmədiyi halda etibarsız sayıla bilməz. Mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmi şdir. Qeyd olunanlara əsasən "xxxx" QSC qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti keçməklə məhkəməyə müraciət etdiyindən onun iddiası rədd edilməlidir.

28. Məhkəmə bu qənaətini MM-in 295, 317.1, 347.1, 349, 354.2, 385.1, 442, 448.1, 467, 739.1, 739.2-ci, MPM-in 14.2, 77.1, 80, 119.1, 217.3, 217.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 34.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 2000-ci il 25 yanvar tarixli, “Baranovski Polşaya qarşı” iş üzrə 2000-ci il 28 mart tarixli, “Deryus Litvaya qarşı” iş üzrə 2000-ci il 31 iyul tarixli, “Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyul tarixli, “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarlarına istinad edərək əsaslandırmışdır.

29. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - kredit alanın borcunun müəyyən edilməsi, habelə borcun girov qoyulmuş dövriyyə mallarına yönəldilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir.

30. Cavabdeh E.Rəsulov həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – 34.291,92 ABŞ dolları cərimə məbləği hissəsində, borc məbləğinin girov qoyulmuş dövriyyə mallarına (iribuynuzlu damazlıq heyvanlara (bioloji aktivlərə) və ümumi dəyəri 700.000 ma nat məbləğində dövriyyə mallarına yönəldilməməsi hissəsində, yəni “İddiaçı ASC-nin iddiası qalan hissədə rədd edilsin” hissələrində qətnamənin ləğv edilməsini və həmin hissələrdə yeni qətnamə qəbul edilməsini, yeni qətnamə çıxarılarkən iddia tələbinin cərimə məbləği hissəsində iddianın rədd edilməsini, girov qoyulmuş (iribuynuzlu damazlıq heyvanlara və digər) dövriyyə mallarına münasibətdə iddianın təmin edilməsini, qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 31. "xxxx" QSC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – tələbin, ipoteka predmetinin ilkin satış qiyməti 140.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh2 MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilmə si, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin E.Rəsulovun İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi və "xxxx" QSC-nin iddiasının rədd edilməsi hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə rədd edilməsini və İpoteka Müqaviləsi, İ Girov Müqaviləsi və İİ Girov Müqaviləsi bağlandığı andan və İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi Atropatena-nın 2016-cı il 21 noyabr tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – tələbin, ipoteka predmetinin ilkin satış qiyməti 140.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh2 MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz, əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin E.Rəsulovun İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

33. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının (hakimlər C.Yusifov /sədrlik edən və məruzəçi/, R.Qurbanov, E.Kazımov) 2020-ci il 26 noyabr tarixli, 22(103)-500/2020 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli qətnaməsi “iddianın tutmanın dövriyyə mallarına (iribuynuzlu heyvanlara) yönəldilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, tutma, Cavabdeh2 MMC tərəfindən kr editin təminatı olaraq banka girov qoyulmuş, ümumi dəyəri 4.200.000 manat olan 3.207 ədəd iribuynuzlu heyvanların 1.338 ədədinə yönəldilmiş, həmin 1.338 ədəd iribuynuzlu heyvanın açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına E.Rəsulovun kredit borcunun ödənilməsi, artıq qalan pul vəsaitinin Cavabdeh2 MMCyə qaytarılması qət edilmiş, iddiaçının tutmanın iribuynuzlu heyvanlara yönəldilməsi tələbinin qalan hissəsi təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən müqavilələrin və "xxxx" QSC-nin X1 2016-cı il 21 noyabr tarixli protokolunun etibarsızlığına münasibətdə kəsici müddəti tətbiq etməklə iddianı rədd etmə kdə haqlı olmuşdur. İpoteka və Girov müqavilələrinin və protokolun etibarsız sayılmasını mübahisələndirilməsi üçün kəsici müddət "xxxx" QSC və Cavabdeh2 MMC tərəfindən buraxılmışdır; - İddiaçı ASC-nin və E.Rəsulovun apellyasiya şikayətinin uyğun məqsədə yönəlmiş dəlillərində isə işdə olan sübutlara düzgün qiymət verilmədiyinə istinadən hesab edilir ki, qətnamə ilə tutmanın girov predmeti olan dövriyyədəki mallara, o cümlədən, kreditin təminatı olaraq banka girov qoyulmuş 3.207 ədəd iribuynuzlu heyvanlara yönəldilməsi hissəsində iddia tələbinin rədd olunması əsassız olmuşdur. "xxxx" ASC yazılı etirazında hazırkı mübahisənin predmeti olan heyvandarlıq üçün avadanlıq kompleksinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 11 avqust tarixli, 2-2(82)-76/2017 saylı tarixli qətnaməsin ə əsasən onun mülkiyyətinə aid olduğunu bildirmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC qeyd olunan dəlillərində haqlıdır. Digər tərəfdən, İddiaçı ASC-nin və E.Rəsulovun apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, bu hallar onların tərəfindən mübahisələndirilmir. Lakin "xxxx" ASC-nin həmin etirazından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 22 aprel tarixli, 2-2(103)-165/2016 saylı qətnaməsinə istinadən, hazırkı mübahisənin predmeti, ümumi dəyəri 4.200.000 manat olan 3.207 ədəd iribuynuzlu heyvanların onun mülkiyyətində olmasına dair etirazı ilə tam həcmdə razılaşmaq mümkün deyil. Konkret halda məhkəmə kollegiyası İddiaçı ASC-nin və E.Rəsulovun apellyasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşır. Belə ki, iş materiallarında olan 2018-ci il 4 aprel t arixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa (və "xxxx" QSC-nin nizamnaməsinə) əsasən müəyyən olunur ki, "xxxx" QSC-nin əvvəlki adı “Atropotena” olmuş, eyni zamanda, 2018-ci il 5 iyun tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa (və Cavabdeh2 MMC-nin nizamnaməsinə) əsasən müəyyən olunur ki, "xxxx" QSC Cavabdeh2 MMC-nin 100 faizli təsisçisidir. Eyni zamanda, işdə olan İddiaçı ASC ilə girov qoyan Cavabdeh2 MMC arasında 2016-cı il 30 noyabr tarixində imzalanmış və müəssisələrin dairəvi möhürü ilə təsdiq olunmuş dövriyyə malların girovuna dair Aktdan (1 saylı Əlavə) görünür ki, İ Girov Müqaviləsinə əsasən 3.207 ədəd iribuynuzlu heyvan cavabdehə məxsus Ağcabədi rayonu Ağabəyli kəndində girov qoyanın birbaşa sahibliyində saxlanılır. İşə əlavə olunmuş və qanuni qüvvəsini almış, i ddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı borcun ödənilməsi və lizinq müqaviləsinin ləğvi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 22 aprel tarixli 2-2(103)-165/2016 saylı qətnaməsi ilə müəyyən olunan hallardan görünür ki, həmin iş üzrə "xxxx" ASC tərəfindən 2012-ci ildə bağlanmış Lizinq Müqaviləsi üzrə "xxxx" QSC-yə 1.869 baş Holsin-friz cinsli damazlıq heyvanları lizinqə verilmişdir. Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2015-ci il 7 iyul tarixli, 2(82)-1254/15 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 592.806,57 manat borcun cavabdehdən "xxxx" ASC-nin xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və həmin qətnaməyə əsasən 2015-c i il 10 dekabr tarixində icra vərəqi verilmiş və hazıra kimi icra prosesi getdiyi, icranın sona çatmadığı işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, konkret halda Atropotena-nın hüquq varisi və girov qoyan Cavabdeh2 MMC-nin təsisçisi olan "xxxx" QSC hazırkı iddia tələbində və apellyasiya şikayətində banka girov qoyulmuş iribuynuzlu heyvanların "xxxx" ASC-nin mülkiyyətinə aid olduğunu mübahisəndirsə də, ən azından, banka girov qoyulmuş 3.207 baş heyvanlardan 1.338 (3.207-1.869) baş heyvanın həmin lizinq təşkilatının mülkiyyəti olması istisna olunur. Başqa sözlə, 1.338 baş iribuynuzlu heyvan girov qoyan Cavabdeh2 MMC-nin mülkiyyətində qalmış olur. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı ASC-nin tutmanın girov predmeti iribuynuzlu heyvanlara yönəldilməsi tələ binin tamamilə rədd olunması işdə olan sübutlarla müəyyən edilən hallara uyğun hesab edilə bilməz. Bu mənada, məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı ASC-nin və E.Rəsulovun həmin hissədə məhkəmənin qətnaməsi ilə razılaşmayan dəlilləri əsaslıdır; - Məhkəmə kollegiyası, İddiaçı ASC-nin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə istinadən kredit alanın əsas borcunun 685.838,41 ABŞ dolları məbləğində, cərimə borcunun isə 34.291,92 ABŞ dolları məbləğində müəyyənləşdirilməsi ilə razılaşmayan, habelə E.Rəsulovun həmin cərimə məbləğini əsassız hesab edən dəlillərini əsassız sayır. Belə ki, İddiaçı ASC kredit müqaviləsinin 3.10-cu bəndinə əsasən kredit alan E.Rəsulovun ödənişlərinin birinci növbədə zərərin, sonra hesablanmış cərimənin və kreditin ödənilməs inə yönəldilməli olduğunu əsas tutaraq, ekspert tərəfindən rəydə İddiaçı ASC-nin ödəniş qrafiki üzrə iki epizodda 8 və 4 gün gecikmə ilə həyata keçirilən ödənişlərin ilk öncə cəriməyə aid edilməməsini əsassız hesab edərək bu səbəbdən iddia olunan əsas borcla, ekspert rəyində müəyyən edilən əsas borc arasında fərqin yarandığına diqqəti yetirir. Birincisi, iddia olunan əsas borcla, rəyin nəticələri üzrə təsbit olunan əsas borc arasındakı fərqi, heç 500 manat belə təşkil etmir (686.333,16-685838,41=494,75). Digər tərəfdən, kredit alanın 8 gün gecikmə ilə 2017-ci il 11 yanvar tarixində və 4 gün gecikmə ilə 2017-ci il 6 fevral tarixində etdiyi ödənişlər ilk öncə onun cərimə hesabına silinmiş olsa belə, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, məhkəmə MM-nin 467-ci maddəsini tətbiq etməklə, kredit alana 34.291,92 ABŞ dolları məbləğində cərimə hesablanmasını tərəflərin qarşılıqlı əmlak mənafeyinə uyğun hesab etmişdir. Qeyd olunan normanın mənası baxımından birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə tərəflərin qarışlılıqlı mənafeyinə və maddi hüquq normalarına uyğun nəticədir. Məhkəmə bu qənaətini MM-in 354.1, 354.2, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. Cavabdeh2 MMC həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin qismən – Cavabdeh2 MMC-nin şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli, 2-2(113)-35/2020 saylı qətnaməsinin “iddianın tutmanın dövriyyə mallarına (iribuynuzlu heyvanlara) yönəldilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilməsini; həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, tutmanın Cavabdeh2 MMC tərəfindən kreditin təminatı olaraq banka girov qoyulmuş, ümumi dəyəri 4.200.000 manat olan 3.207 ədəd iribuynuzlu heyvanların 1.338 ədədinə yönəldilməsi, həmin 1.338 ədəd iribuynuzlu heyvanın açıq hərracdan satılaraq və satışdan əldə olunan pul vəsaitinin hesabına E.Rəsulovun kredit borcunun ödənilməsi, artıq qalan vəsaitin Cavabdeh2 MMC-yə qaytarılması” hissəsində ləğv edilməsini və İddiaçı ASC-nin Cavabdeh2 MMC-yə münasibətdə iddia ərizəsi ilk cavabdehdən (E.Rəsulov) tutulan vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə ipoteka qoyan (Girov qoyan) Cavabdeh2 MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və onun mülkiyyətində olmayan, İddiaçı ASC-nin xeyrinə girovla yüklü edilmiş, ümu mi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) yönəldilməsi hissəsində tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən "xxxx" QSC həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin qismən – Cavabdeh2 MMC-nin və "xxxx" QSC-nin apellyasiya şikayətlərinin təmin edilməməsi; İddiaçı ASC-nin və E.Rəsulovun apellyasiya şikayətlərinin qismən təmin edilməsi; Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli, 2-2(113)-35/2020 saylı qətnaməsinin “iddianın tutmanın dövriyyə mallarına (iribuynuzlu heyvanlara) yönəldilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi; həmin hissədə iddia tələbinin qismən təmin edilməsi; tutmanın, Cavabdeh2 MMC tərəfindən kred itin təminatı olaraq banka girov qoyulmuş, ümumi dəyəri 4.200.000 manat olan 3.207 ədəd iribuynuzlu heyvanların 1.338 ədədinə yönəldilməsi; həmin 1.338 ədəd iribuynuzlu heyvanın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin hesabına E.Rəsulovun kredit borcunun ödənilməsi” hissəsində ləğv edilməsini, İddiaçı ASC-nin iddia ərizəsinin Cavabdeh2 MMC-yə qarşı olan hissədə tam təmin edilməməsini, "xxxx" QSC-nin İpoteka müqaviləsinin, İ Girov Müqaviləsinin və İİ Girov Müqaviləsinin bağlandığı andan və İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi Atropatena-nın 2016-cı il 21 noyabr tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Cavabdeh E.Rəsulov qətnamədən kassasiya şikayəti verərək Bakı Apell yasiya Məhkəməsinin 2020-ci il 26 noyabr tarixli 2-2(103)-500/2020 saylı qətnaməsinin qismən – apellyasiya şikayətinin təmin edilməyən hissədə ləğv edilməsi, tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının (hakimlər B.Məmmədli /sədrlik edən və məruzəsi/, B.Qəribov, İ.Dadaşov.) 2021-ci il 22 iyun tarixli, 2-2(102)-264/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci 26 noyabr tarixli qətnaməsi Cavabdeh2 MMC-nin və "xxxx" QSC-nin kassasiya şikayətlərinə münasibətdə qismən - tutmanın 1.338 ədəd iribuynuzlu heyvanlara yönəldilməsi, həmin 1.338 ədəd iribuynuzlu heyvanların açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına E.Rəsulovun kredit borcunun ödənilməsi, artıq qalan pul vəsaitinin Cavabdeh2 MMC-yə qaytarılması, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin iddiasının rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

39. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - MM-in 354.1-ci maddəsində əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın verilməsi üçün nəzərdə tutulmuş 1 illik müddətin axımı obyektiv xarakterli (hər hansı şəxsin iradəsindən, məlumatlı olmasından asılı olmayan) faktın baş verməsindən, yəni həmin əqdin icrasına başlanılmasından etibarən başlayır. Həmin müddət bitdikdən sonra heç kəs bu faktın baş verməsindən məlumatsız olmasına istinad edərək əqdin etibarsızlığına dair tələb irəli sürə bilməz. MM-in 354.2-ci maddəsində isə əqdin etibarsızlığına dair müəyyən edilmiş 1 illik müddətin axımının başlanması üçün şəxsin subyektiv-iradəvi amili əsas götürülmüşdür. Yəni bu müddətin axımı o zaman başlayır ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bilsin və ya bilməli olsun. Qeyd etmək lazımdır ki, MM-in 354-ci maddəsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu norma onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə m araqlı şəxs bu hüququnu itirir. Bu baxımdan, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi kəsici müddəti tətbiq edərkən MM-in 354.1-ci və 354.2-ci maddələrindən konkret olaraq hansına istinad etdiyini dəqiqləşdirməli, MM-in 354.2-ci maddəsinə istinad etdiyi halda, "xxxx" QSC-nin bildirdiyi halların həmin maddənin dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsinə qiymət verməli, nəhayət, əgər belə hallar mövcud olmuşdursa, "xxxx" QSC-nin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu tarixi dəqiqləşdirməli, nəticəsindən asılı olaraq tələb vermə müddətinin ötürülüb-ötürülməməsi barədə konkret qənaətə gəlməli idi. "xxxx" QSC-nin bildirdiyinə görə, hazırda etibarsızlığını iddia etdiyi sənədlər barədə 2018-ci il 3 may tarixində xəbər tutmuş, 2018-ci il 30 iyul ta rixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, beləliklə, müddəti ötürməmişdir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi bu məsələ ilə bağlı "xxxx" QSC-nin dəlilləri üzrə zəruri araşdırma və qiymətləndirmə aparmadan ipoteka və girov müqavilələrinin, Atropatena-nın X1 2016-cı il tarixli 21 noyabr tarixli protokolunun etibarsız sayılmasının mübahisələndirilməsi üçün kəsici müddətin "xxxx" QSC tərəfindən buraxılması barədə əsassız nəticəyə gəlmiş, MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinin tələblərinə uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir; - Məhkəmə kollegiyası tutmanın girov qoyulmuş iribuynuzlu heyvanlara yönəldilməsi barədə apellyasiya instansiyası məhkəməsinin əsassız nətic əyə gəlməsi barədə "xxxx" QSC-nin dəlillərini də əsaslı hesab edir. Həmin məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, banka girov qoyulmuş 3.207 baş heyvandan 1.869-u "xxxx" ASC-nin mülkiyyətində olduğundan, tutma Cavabdeh2 MMC-nin mülkiyyətində qalan 1.338 (3.207 – 1.869) heyvana yönəldilməlidir. "xxxx" QSC və Cavabdeh2 MMC iddia edir ki, həmin heyvanların hamısı "xxxx" ASC-nin mülkiyyətində, "xxxx" QSC-nin isə istifadəsindədir. MM-in 271.1-ci maddəsinə əsasən, əşyanı girov qoyan yalnız onun mülkiyyətçisi ola bilər. Beləliklə, hazırkı işdə Cavabdeh2 MMC-nin qeyd olunan 1.338 baş heyvanı banka girov qoyması üçün onun mülkiyyətçisi olmalı idi. Apellyasiya instansiyası məhkəməsi qətnamədə həmin heyvanların Cavabdeh2 MMC-nin mülkiyyətində qaldığını bildirsə də, bu nəticəni mötəbər sübutlarla əsaslandırmamışdır. QSC-yə lizinqə verilmiş heyvanlardan təbii artım yolu ilə əldə olunmuş heyvanlar (əgər belə artım olmuşdursa), "xxxx" QSC və Cavabdeh2 MMC-nin bildirdiyi kimi, məhz Aqroservis-ə (əvvəlki Aqrolizinq) aiddir, ona görə də MMC-nin mülkiyyətində ola bilməz. Deməli, mübahisə predmeti olan heyvanlar üzərində mülkiyyət hüququnun konkret olaraq hansı subyektə məxsus olmasını müəyyən etmək üçün 1.338 heyvanın əldə olunma mənbəyi, o cümlədən onların təbii artım nəticəsində əldə olunub-olunmaması məsələsi dəqiqləşdirilməli idi. Bundan başqa, sözügedən heyvanların həqiqi mülkiyyətçisinin aydınlaşdırılması məqsədilə iş materiallarında olan lizinq müqavilələrinin şərtləri üzrə də hüquqi dəyərləndirmənin aparılması zəruridir. Lakin apellyasi ya instansiya məhkəməsi 1.338 heyvanın Cavabdeh2 MMC-nin mülkiyyətində qalması nəticəsinə gələrkən MM-in müvafiq müddəalarının və lizinq müqavilələrinin şərtlərinin əlaqəli təhlilini aparmamışdır. Banka girov qoyulmuş 1.338 baş heyvanın Cavabdeh2 MMC tərəfindən məhz hansı mənbə(lər)dən və hansı qaydada əldə olunması (lizinqə götürülmüş heyvanların təbii artımı, alğı-satqı, bağışlama və s.) hazırda işin materialları ilə müəyyən olunmur. Halbuki, 1.338 baş heyvan üzərində Cavabdeh2 MMC-nin mülkiyyət hüququnun olub-olmaması məsələsinə tam aydınlıq gətirmədən iş üzrə düzgün nəticəyə gəlmək qeyrimümkündür; - Məhkəmə kollegiyası tətbiq edilən cərimənin yüksək olmasına dair E.Rəsulovun gətirdiyi dəlillə razılaşmayaraq hesab etmişdir ki, kassator bununla bağlı mövqeyini inandırıcı şəkildə əsasland ıra bilməmişdir. Belə ki, hazırda məhkəmə qətnaməsi ilə Kredit Müqaviləsinin 5.2-ci bəndi üzrə tətbiq edilmiş cərimənin məbləği (34.291,92 ABŞ dolları) iddia ilə tələb olunan əsas borcun (686.333,16 ABŞ dolları) cəmi 5 %-ni təşkil edir. Həmin faiz məbləği kommersiya mübahisələri üzrə formalaşmış məhkəmə təcrübəsində MM-in 467-ci maddəsi baxımından kifayət qədər məqbul hədd hesab edilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məsələ ilə əlaqədar əsaslı və ədalətli nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, yeni apellyasiya baxışında məhkəmə hazırkı qərarda göstərilənləri nəzərə alaraq mötəbər sübutlar əsasında: - ipoteka və girov müqavilələrinin, "xxxx" QSC- nin X1 2016-cı il tarixli 21 noyabr tarixli protokolunun etibarsız sayılmasının mübahisələndirilməsi üçün kəsici müddətin tətbiqi üçün əsasların mövcud olub-olmamasının müəyyən edilməsi məqsədilə MM-in 354.1-ci və 354.2-ci maddələrindən konkret olaraq hansına istinad etdiyini dəqiqləşdirməli, MM-in 354.2-ci maddəsinə istinad etdiyi halda "xxxx" QSC-nin bildirdiyi halların həmin maddənin dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsinə qiymət verməli, nəhayət əgər belə hallar mövcud olmuşdursa, "xxxx" QSC-nin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu tarixi dəqiqləşdirməli, nəticəsindən asılı olaraq tələb vermə müddətinin ötürülübötürülməməsi barədə qənaətə gəlməli, həmin müddəti ötürülməmiş hesab edərsə, "xxxx" QSC-nin iddia tələblərinə hüquqi qiymət verməli; -banka girov qoyulmuş 1.338 baş heyvanın Cavabdeh2 MMC tərəfindən məhz hansı mənbə(lər)dən və hansı qaydada əldə olunmasını (lizinqə götürülmüş heyvanların təbii artımı, alğı-satqı, bağışlama və s.) dəqiqləşdirməli, MM-in müvafiq müddəaları və lizinq müqavilələrinin şərtləri baxımından Cavabdeh2 MMC-nin həmin heyvanlara mülkiyyət hüququnun olub-olmasını müəyyən etməli, nəticəsindən asılı olaraq həmin məsələyə qiymət verməlidir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər V.Məmmədov /sədrlik edən və məruzəçi/, V.Baxışova, M.Məmmədov) 2021-ci il 27 sentyabr tarixli, 2-2(103)-932/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli qətnaməsi İddiaçı ASC-nin tələbin ümumi dəyəri 4.2 00.000 manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) yönəldilməsi, həmin dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh Rəsulov Elşad Qəhrəman oğlunun iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin iddia tələblərinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, İddiaçı ASC-nin, cavabdeh Rəsulov Elşad Qəhrəman oğlunun və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin apellyasiya şikayətləri təmin edilməmişdir.

41. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, - girov qoyulmuş əmlaklar, o cümlədən iribuynuzlu damazlıq heyvanlar "xxxx" ASC-yə məxsus olmaqla, "xxxx" QSC-yə lizinqə verilmi şdir. "xxxx" QSC tərəfindən həmin əmlakların dəyəri "xxxx" ASC-yə tam ödənilmədiyindən, onlar "xxxx" QSC-nin mülkiyyətinə verilməmişdir və hazırda da "xxxx" ASC-nin mülkiyyətindədir. Girov qoyulmuş əmlakların, o cümlədən iribuynuzlu damazlıq heyvanların Cavabdeh2 MMCnin mülkiyyətində olması hər hansı mötəbər sübutla təsdiq olunmur. Odur ki, lizinqə verilmiş heyvanlardan təbii artım yolu ilə əldə olunmuş heyvanlar olsa belə, bu artım yalnız "xxxx" ASC-yə aid ola bilər, bu səbəbdən heç bir halda Cavabdeh2 MMC-nin mülkiyyətində ola bilməzdi; - eyni qaydada cavabdeh E.Rəsulovun da apellyasiya şikayətinin dəlilləri əsaslı deyil; - mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin apellyasiya şikayətinin dəlillərinə gəldikdə, "xxxx" QSC iddia ərizəsi ilə 2016cı il 30 noyabr tarixli İpoteka müqaviləsinin, 2016-cı il 30 noyabr tarixli, D1-İ048KK16 nömrəli “Dövriyyədəki malların girov müqaviləsi”nin, 2016-cı il 30 noyabr tarixli, D2İ048KK16 nömrəli “Dövriyyədəki malların girov müqaviləsi”nin bağlandığı andan etibarsızlığı nəticələrinin tətbiqini deyil, etibarsız hesab edilməsini tələb etmişdir. Bu da o deməkdir ki, onun bu tələblərinə Mülki Məcəllənin 354.1-ci yox, 354.2-ci maddəsi tətbiq olunmalıdır. Mülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulan 1 illik müddət kəsici müddətdir və bu müddət "xxxx" QSC tərəfindən ötürülmüşdür. Bundan əlavə, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, “... Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir....”. "xxxx" QSC isə 2016-cı il 30 noyabr tarixli müqavilələrin tərəfi olmamışdır; - "xxxx" QSC-nin İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi "xxxx" QSC-nin 2016-cı il 21 noyabr tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi tələbi də əsassızdır. Belə ki, sözügedən protokol hər hansı mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmədiyi üçün əqd sayılmır, protokol başqa əqdlərin bağlanmasına dair sözügedən mülki hüquq münasibətlərinin əmələ gəlməsində tərəf olmayan, iştirak etməyən və bu münasibətlərin yaranmasında iradə ifadəsinə zərurət duyulmayan üçüncü şəxsin hüquqi fakta münasibətinin açıqlanmasıdır. Eyni qaydada, protokol Mülki Məcəllənin 349-cu maddəsinin də tələblərini pozmamışdır.

42. Məhkəmə bu qənaətini MM-in 135.12, 140, 182.1, 324.1, 337, 349, 354.1, 354.2-ci maddələrinə, A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

43. Cavabdehlər və üçüncü şəxslər qətnaməni mübahisələndirməmişlər.

44. İddiaçı ASC həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin İddiaçı ASC-nin tələbinin ümumi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına (iri buynuzlu heyvanlar (bioloji aktivlər)) yönəldilməsi, həmin dövriyyə mallarının açıq hərracda satılması hissəsində dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilərək həmin hissədə İddiaçı ASC-nin tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

45. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə Bankın tələbinin dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) yönəldilməsi hissəsində rədd edilməsini əsaslandırarkən qeyd etmişdir ki, girov qoyulmuş əmlaklar, o cümlədən iribuynuzlu damazlıq heyvanlar "xxxx" ASC-yə məxsus olmaqla, "xxxx" QSC-yə lizinqə verilmişdir. "xxxx" QSC tərəfindən həmin əmlakların dəyəri "xxxx" ASC-yə tam ödənilmədiyindən, onlar "xxxx" QSC-nin mülkiyyətinə verilməmişdir və hazırda da "xxxx" ASC-nin mülkiyyətindədir. Girov qovulmuş əmlakların, o cümlədən iribuynuzlu damazlıq heyvanların Cavabdeh2 MMC-nin mülkiyyətində olması hər hansı mötəbər sübutla təsdiq olunmur. Odur ki, lizinqə verilmiş heyvanlardan təbii artım yolu ilə əldə olunmuş heyvanlar olsa belə, bu artım yalnız "xxxx" ASC-yə aid ola bilər, bu səbəbdən heç bir halda Cavabdeh2 MMC-nin mülkiyyətində ola bilməzdi.

46. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.12ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən, əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Hesab edilməlidir ki, məhkəmə, tərəflər arasında mövcud olan münasibətlə rə qeyd edilən müddəanı şamil etməklə maddi hüquq normalarını pozmuşdur. Belə ki, Mülki Məcəllənin 135.3-cü maddəsinə əsasən, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Qeyd edilən müddəadan bioloji aktivlərin törəmələrinə münasibətdə mülki qanunvericiliyin bəhərlə bağlı müddəalarının şamil edilməsi sual doğurur. Mülki qanunvericilikdə məhkəmənin rəhbər tutduğu maddi hüquq normasından istisna mövcuddur. Belə ki, Mülki Məcəllənin 181.3-cü maddəsinə əsasən, şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nə ticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Qeyd edilən müddəanın şərhindən çıxan nəticəyə görə, əmlakdan istifadə nəticəsində götürülən bəhərə münasibətdə istifadəçinin Mülki Məcəllənin 135.12-ci maddəsində göstərilən əsasla eyni şəkildə mülkiyyət hüququ yaranır.

47. İş üzrə elə "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş “Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilələrin 3.5-ci bəndlərində açıq şəkildə ifadə olunmuşdur ki, “damazlıq heyvanların istifadəsi nəticəsində əldə edilmiş mal və mənfəət Lizinq alanın mülkiyyəti hesab olunur. İş materiallarında bunun əksini sübut edən dəlillər olduğu halda, məhkəmənin hansı əsasla “girov qovulmuş əmlakların, o cümlədən iribuynuzlu damazlıq heyvanların Cavabdeh2 MMC-nin mülkiyyətində olması hər hansı mötəbər sübutla təsdiq olunmur” şəklində qənaətə gəlməsi sadəcə təəssüf doğurur.

48. Həmçinin girov qoyulan əmlakların məhz lizinq obyekti olması iş üzrə təqdim edilmiş heç bir sübutla təsdiqini tapmamışdır. Əksinə, girov münasibətləri rəsmiləşdirilərkən təminat kimi təqdim edilən əmlaklar (iribuynuzlu heyvanlar və avtomatlaşdırılmış sağım avadanlığı) girovqoyanın mülkiyyəti kimi təqdim edilmiş və Bankın əməkdaşlarına girovqoyana məxsus ipoteka müqaviləsinin predmeti olan torpaq sahəsində nümayiş etdirilmişdir. Qiymətləndirici şirkət tərəfindən təqdim edilən aktlarda ipoteka, girov predmetlərinin Cavabdeh2 MMC-nin balansında olması qeyd edilmişdir (müvafiq aktların surəti əlavə edilmişdir). Buna baxmayaraq, girov qoyulmuş əşyaların lizinqə götürülmüş əşya olmasını qəbul etsək belə, yuxarıda qeyd etdiyimiz mülahizələr təsdiq edir ki, həmin bioloji aktivlərin bəhərləri məhz girov qoyan Cavabdeh2 MMC-nin mülkiyyətində olmuşdur. Yuxarıda qeyd edilən mülahizələr birmənalı səkildə təsdiq edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında mövcud olan münasibətlərə Mülki Məcəllənin 181.3-cü maddəsinin və mübahisəli hüquq münasibətlərini birbaşa tənzimləyən “Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilələrin 3.5-ci bəndinin müddəalarını nəzərə almadan, Məcəllənin 135.12-ci maddəsinin müddəalarını birtərəfli qaydada tətbiq etməklə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. b. kassasiya şikayətinə etirazların dəlilləri

49. Cavabdeh2 MMC kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinə görə, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin qətnamədə MM-in 135.12-ci maddəsinə istinad etməsini maddi hüquq normasının pozulması kimi qəbul edirsə, o zaman lizinqə verilmiş heyvanların və onların təbii artımı nəticəsində əldə olmuş bəhərə dair MM-nin 135.12-ci maddəsi deyilsə, o zaman hansı qanunun hansı maddəsinin tətbiq edilməli olduğunu göstərməli idi. İddiaçının özünün də qeyd etdiyi kimi bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Beləliklə, qanun vericiliklə ayrı qayda (iddiaçının da öz şikayətində göstərə bilmədiyi) müəyyənləşdirilmədiyi üçün mübahisə edilən məsələyə məhkəmə haqlı olaraq əşyaların hüquqi vəziyyətini heyvanlara da şamil etmişdir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İddiaçı kassasiya şikayətində məhkəmənin tətbiq etməli olduğu, lakin tətbiq etmədiyi hansı qanunun olmalı olduğunu göstərə bilməmişdir.

50. Kassasiya şikayətinin ikinci arqumenti ondan ibarət olmuşdur ki, MM-in 181.3-cü maddəsinə əsasən, şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüq uqunu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. İddiaçının bu arqumenti kassasiya şikayətinin birinci arqumenti ilə ziddiyyət təşkil edir. Belə ki, əgər Kassator məhkəmənin heyvanlara MM-nin 135.12-ci maddəsinin tətbiqini maddihüquq normasının pozulması kimi qəbul etmişdirsə, o zaman ikinci arqumentində özü həmin maddəyə istinad edərək şikayətinin əsaslandırması təəccüb doğurur. Hər bir halda qeyd edilməlidir ki, AR MM-nin 135.12-ci maddəsində əldə edən qismində söhbət məhz mülkiyyətçidən gedir, MM-nin 181.3-cü maddəsi də həmin 135.12-ci maddəyə istinad edir. Beləliklə, əşyanın verdiyi bəhər, istifadə nəticəsində əldə olunanlar məhz mülkiyyətçiyə məxsusdur. İddiaçının bu iki maddədən çıxartdığı nəticəni səhv hesab edilməlidir.

51. Kassasiya şikayətinin üçüncü arqumenti ondan ibarət olmuşdur ki, iş üzrə elə "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş “Dövriyyə vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilənin 3.5-ci bəndlərində açıq şəkildə ifadə olunmuşdur ki, "damazlıq heyvanların istifadəsi nəticəsində əldə edilmiş mal və mənfəət lizinq alanın mülkiyyəti hesab olunur”. Bu arqumentə dair qeyd edilməlidir ki, Lizinq Müqavilələri üzrə cavabdeh - Cavabdeh2 MMC tərəf olmamışdır. Hətta kassatorun bu mövqeyi ilə razılaşmış olunsa belə bu nəticəyə gəlmək olar ki, damazlıq heyvanların istifadəsi nəticəsində əldə edilmiş mal və mənfəət lizinq alanın — yəni "xxxx" QSC-nin mülkiyyəti hesab oluna bilərdi, lakin yenə də iş üzrə cavabdeh və girov qoyan Cavabdeh2 MMC deyil. Beləliklə Cavabdeh2 MMC-nin mülkiyyətində ümumiyyətlə bir baş belə iribuynuzlu heyvan heç vaxt olmamışdır. İribuynuzlu mallar girov qoyularkən Aqrolizinq” ASC-yə məxsus olmuşlar. "xxxx" ASC iribuynuzlu malları iş üzrə cavabdeh olan Cavabdeh2 MMC ilə yox, "xxxx" QSC ilə lizinq müqavilələri bağlayaraq "xxxx" QSC-nin istifadəsinə və sahibliyinə verilmişdir. Həmçinin qeyd apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, “İddiaçı, əgər istəsəydi, ölkəyə kənd təsərrüfatının inkişafına dəstək məqsədilə dövlət tərəfindən büdcə vəsaiti hesabına xaricdən gətirilən xüsusi cins inəklərin Cavabdeh2 MMC tərəfindən əldə edilib-edilmədiyini, onun mülkiyyətində olub-olmadığını rahatlıql a dəqiqləşdirə bilərdi”. Heç bir mülkiyyət sənədi, müqaviləsi olmadan, yalnız Cavabdeh2 MMC-nin yerləşdiyi torpaq sahəsində həmin heyvanların təqdim edilməsinə əsaslanaraq girov müqavilələrini bağlayan kassator yaranmış müvafiq nəticə ilə razılaşmalıdır. Beləliklə, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 sentyabr tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edilmişdir.

52. Cavabdeh Rəsulov Elşad Qəhrəman oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsaslarını Cavabdeh2 MMC-nin etirazında göstərilənlər təşkil edir.

53. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsaslarını Cavabdeh2 MMC-n in etirazında göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

54. MM: Maddə

135. Əşya hüququnun obyektləri... 135.12. Əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Maddə

181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları... 181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir.... Maddə

271. Girov qoyan (ipoteka qoyan) 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi o la bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. … Maddə

295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

55. MPM: Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas landırır. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;... Maddə

414. Kassasiya şikayətinə baxılması müddəti və qaydası 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır...... Maddə 415-2. Ümumi şərtlər Kassasiya icraatına bu fəslin və Məcəllənin kassasiya icraatının mahiyyətinə zidd olmayan müddəaları tətbiq olunur. Maddə

416. Kassasiy a instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;... Maddə

419. Kassasiya instansiyası məhkəm əsinin qərarı 419.1. Kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edilir.... 419.4. Qərar qəbul edildiyi andan qüvvəyə minir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmişdir (MPM-in 405.0.1ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

57. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – “İddiaçı ASC-nin tələbinin ümumi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər)) yönəldilməsi, həmin dövriyyə mallarının açıq hərracda satılması hissəs ində dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının mübahisələndirilən hissədə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

58. Şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

59. Şikayətin əsas dəlili ondan ibarətdir ki, mülki qanunvericilikdə məhkəmənin rəhbər tutduğu maddi hüquq normasından istisna mövcuddur. Belə ki, MM-in 181.3-cü maddəsinə əsasən, şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllə nin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Qeyd edilən müddəanın şərhindən çıxan nəticəyə görə, əmlakdan istifadə nəticəsində götürülən bəhərə münasibətdə istifadəçinin MM-in 135.12-ci maddəsində göstərilən əsasla eyni şəkildə mülkiyyət hüququ yaranır. "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş “Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilələrin 3.5-ci bəndlərində açıq şəkildə ifadə olunmuşdur ki, damazlıq heyvanların istifadəsi nəticəsində əldə edilmiş mal və mənfəət Lizinq alanın mülkiyyəti hesab olunur. Həmçinin girov qoyulan əmlakların məhz lizinq obyekti olması iş üzrə təqdim edilmiş heç bir sübutla təsdiqini tapmamışdır. Əksinə, girov münasibətləri rəsmiləşdirilərkən təminat kimi təqdim edilən əmlaklar (iribuynuzlu heyvanlar və avtomatlaşdırılmış sağım avadanlığı) girovqoyanın mülkiyyəti kimi təqdim edilmiş və Bankın əməkdaşlarına girovqoyana məxsus ipoteka müqaviləsinin predmeti olan torpaq sahəsində nümayiş etdirilmişdir. Qiymətləndirici şirkət tərəfindən təqdim edilən aktlarda ipoteka, girov predmetlərinin Cavabdeh2 MMC-nin balansında olması qeyd edilmişdir (müvafiq aktların surəti əlavə edilmişdir). Buna baxmayaraq, girov qoyulmuş əşyaların lizinqə götürülmüş əşya olmasını qəbul etsək belə, yuxarıda qeyd etdiyimiz mülahizələr təsdiq edir ki, həmin bioloji aktivlərin bəhərləri məhz girov qoyan Cavabdeh2 MMC-nin mülkiyyətində olmuşdur.

60. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, həqiqətən də “Dövlət vəsaiti hesabına idxal olunmu ş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilələrin 3.5-ci bəndinə görə, damazlıq heyvanların istifadəsi nəticəsində əldə edilmiş mal və mənfəət Lizinq alanın mülkiyyəti hesab olunur. Lakin bu müddəa da vəziyyəti iddiaçının xeyrinə qeyd-şərtsiz olaraq dəyişmir. Belə ki, istinad edilən lizinq müqavilələrinə görə, Lizinq alan qismində Cavabdeh2 MMC deyil, "xxxx" QSC (sonrakı adı "xxxx" QSC) çıxış edir. Lizinq müqaviləsinin 3.5-ci bəndi tətbiq edildikdə bəhərin (mal və mənfəətin) mülkiyyətçisi də "xxxx" QSC ( "xxxx" QSC) ola bilərdi.

61. Girov münasibətləri rəsmiləşdirilərkən təminat kimi təqdim edilən iribuynuzlu heyvanların girovqoyanın mülkiyyəti kimi təqdim edilməsi və Bankın əməkdaşlarına girovqoyana məxsus ipoteka müqaviləsinin predmeti o lan torpaq sahəsində nümayiş etdirilməsi barədə dəlilə gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, girov predmeti kimi istinad edilən iribuynuzlu damazlıq heyvanların Cavabdeh2 MMC-nin mülkiyyətində olması təsdiq olunmur. 62. “Damazlıq heyvandarlıq haqqında” 2007-ci il 18 dekabr tarixli, 516-İİİQ №-li Qanunun 1.0.12-ci maddəsinə əsasən, damazlıq heyvanların identikləşdirilməsi müxtəlif vasitələrlə (damğalama, dərialtı mikroçip yerləşdirmə, genetik ekspertiza və s.) cins heyvanların fərqləndirilməsi və kompleks fərdi əlamətləri üzrə tanınması sistemidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, damazlıq heyvanların və heyvan qruplarının identikləşdirilməsini aparmaq, mənşəyini, təsərrüfat əhəmiyyətini və istifadə təyinatını müəyyən etmək üçün onların dövlət q eydiyyatı aparılır. 63. "xxxx" ASC (sonrakı adı "xxxx" ASC) ilə "xxxx" QSC (sonrakı adı "xxxx" QSC) arasında bağlınmış “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilələrdən göründüyü kimi, həmin müqavilələrlə lizinqə verilən cins damazlıq heyvanlara dair fərdi məlumatlar – onların hər birinin cinsi, birka nömrəsi, diri çəkisi, dəyəri (identifikasiya məlumatları) göstərilmişdir. 64. 2016-cı il 30 noyabr tarixli, D1-İ048KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nin 3.1-ci bəndinə görə, girov predmeti və onun siyahısı, çeşidi, çeşidə daxil olan ayrı-ayrı malların qiyməti, miqdarı və girov predmeti haqqında məlumatlar “Dövriyyədəki malların girovuna dair Akt”a (1 saylı Əlavə) əsasən müəyyən edilir. 1 saylı Əlavədə isə, yalnız malların ümumi miqdarı və ümumi d əyəri göstərilmişdir. Əlavədə girov qoyulan heyvanları fərdiləşdirən hər hansı məlumat yoxdur. Müqavilədə və ya ona Əlavədə girov predmetlərinin Cavabdeh2 MMC-nin mülkiyyətində olduğunu aşkar olaraq təsdiq edən (göstərən) hər hansı sənədə də istinad olunmur.

65. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

66. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 sentyabr tarixli, 2-2(103)-932/2021 nömrəli qətnaməsi iddiaçının şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar