Məhkəmə qərarları › İş №2-2(102)-115/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-115/2025

06.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-115/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehlər X3, X4, Cavabdeh3, X2, X5 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Qəribov Bəhman Fərhad oğlu ibarət tərkibdə, iddiaçının cavabdehlər X3, X4, Cavabdeh3, X2, X5 və Cavabdeh7 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-886/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 2022-ci il 25 aprel tarixli **********490500 nömrəli qərarı ilə fərdi sahibkar Yusifova Y.Ə. keçirilmiş operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi 2022-ci il 15 mart və 2022-ci il 4 aprel tarixli inzibati şikayətləri təmin edilməmiş və 2022-ci il 17 yanvar tarixli DVX seriyalı 005889 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu mad dəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” və 2022-ci il 18 yanvar tarixli DVX seriyalı 002143 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə 11 yüklənməsi üçü n təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktlar əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2022-ci il 3 mart tarixli **********1935 və **********1955 nömrəli qərarlar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 2022-ci il 6 avqust tarixli **********370000 nömrəli qərarı ilə Yusifova Y.Ə. kameral vergi yoxlaması ilə hesablanmış sığorta haqlarının azaldılması barədə 2022-ci il 19 may tarixli inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 2022-ci il 13 may tarixli **********938400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2024-cü il 24 fevral tarixində X3, X4, Cavabdeh3, X2, X5 və Cavabdeh7 (bundan sonra - birlikdə "cavabdehlər", ayrı-ayrılıqda "K.Qəribov", E.Ağayev", "Cavabdeh3", F.Səttarov", "T.Qurbanlı" və "Cavabdeh7") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il 3 mart tarixli **********1955 nömrəli qərara əsasən iddiaçıya vurulmuş 25.998,42 manat maddi ziyanın 10.000 manatını T.Qurbanlıdan, 8.000 manatını F.Səttarovdan və 15.998,422 manat dəyərində Cav abdeh3 ayrı-ayrılıqda tutularaq iddiaçıya ödənilməsi, 2022-ci il 3 mart tarixli **********1935 nömrəli qərara əsasən iddiaçıya ayrı-ayrılıqda cavabdehlər E.Ağayev tərəfindən 2.000 manat, K.Qəribov tərəfindən 2.000 manat, F.Səttarov tərəfindən 2.000 manat, Cavabdeh3 tərəfindən 2.000 manat, Cavabdeh7 tərəfindən 2.000 manat, T.Qurbanlı tərəfindən 2.000 manat, cəmi 12.000 manat vurulmuş maddi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı icarəyə götürdüyü obyektdə (“İdeal qızıl dünyası”) ayrı-ayrı fərdi sahibkarlara qızıl satışı məqsədi ilə piştaxtaları icarəyə verərək fəaliyyət göstərmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 2022-ci il 17 yanvar tarixli ***** *****0619 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, 2022-ci il 17 yanvar tarixli DVX seriyalı 005889 nömrəli aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi (bundan sonra – “DVX”) tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2022-ci il 3 mart tarixli **********1935 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, DVX-nin “Operativ vergi nəzarətinin həyata ke çirilməsi haqqında” 2022-ci il 17 yanvar tarixli **********0619 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə 25.998,42 manat dəyərində mal qalığının olduğu faktı aşkar edilərək, 2022-ci il 18 yanvar tarixli DVX seriyalı 002143 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında DVX tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2022-ci il 3 mart tarixli **********1955 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 25.998,42 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı icarə etdiyi obyektinin sahibi ilə arasında icarə müqaviləsi bağlanmış, həmin müqavilə bağlanaraq, iddiaçının yenidən sub-icarə formasında 3 və daha artıq şəxsə obyekti icarəyə verməyi nəzərdə tutulmuşdur, lakin obyektin əvvəllər icarəyə götürmüş şəxs tərəfindən təhvil verilməməsi səbəbindən vergi orqanı obyekti qeydiyyata almaqdan imtina etmişdir. Nəticədə iddiaçı obyektdə sahibkarlıq fəaliyyəti göstərən şəxslərlə icarə müqaviləsi bağlaya bilməmiş, həmin vaxt sahibkarlıq fəaliyyəti göstərən cavabdehlər obyekt kodunun olmaması səbəbindən özlərini iddiaçının işçisi kimi təqdim etmiş, satdıqları malların isə onlara yox, iddiaçıya aid olduğunu bildirmişlər. İddiaçının işçiləri deyil, icarədarlar olduqları halda operativ vergi nəzarəti tədbiri zamanı aktda adları qeyd olunmuş 6 nəfər şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan və ya sabit qəbz əldə edilmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiklərini et iraf etmişlər. Eyni zamanda, vergi ödəyicisinin obyektində aşkar edilmiş Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmayan 25.998,42 manat dəyərində malların gələcəkdə obyektdə icarə müqaviləsi əsasında işləyəcək sahibkarlara məxsus olmasını təsdiq edəcək faktları araşdırmaya təqdim edə bilmədiyi müəyyən edilmişdir.

5. Cavabdehlər K.Qəribov, E.Ağayev, F.Səttarov və T.Qurbanlı iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, iddia tələbin bir hissəsi şəxslərin əmək müqaviləsi olmadan fəaliyyət göstərməsi ilə bağlıdır ki, həmin şəxslər iş üzrə icarə obyektində əmək müqaviləsi olmadan işlədikləri üçün iddiaçı həmin şəxslərin hər birinə görə 2.000 manat məbləğində cərimələnmişdir. İddiaçının etibarnaməsi üzrə nümayəndəsi və həmin icarə obyektini idarə edən şəxs məhk əmə iclasında şahid kimi dindirilən zaman özü də etiraf etmişdir ki, həmin yer onların icarəsində olsa da, onlar vergi kodu ala bilmədikləri üçün həmin şəxslərlə nə əmək müqaviləsi, nə də ki icarə müqaviləsi bağlaya biliblər və buna görə həmin şəxslərlə razılaşıblar ki, müəyyən icarə müqabilində həmin yerləri onlara versinlər. Satışa çıxarılan qızıllar isə cavabdehlərin bildirdiyi kimi müəyyən şəxslərə məxsus olub və həmin qızılların satışa qəbulu barədə Kərəm Yusifovla bağlanılan müqavilələr mövcuddur. Vergi orqanı qalıq qızıla görə hesabladığı məbləğləri məhz həmin müqavilələr əsasında müəyyən etmişdir. Vergi orqanının müəyyən etdiyi cərimələrin heç biri iddiaçı tərəfindən bu günə kimi ödənilməyib. Belə olan halda bu məbləğlərin cavabdehlərdən tələb edilməsi əsassızdır.

6. X1 birinci ins tansiya məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Cavabdehlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əvvəlcədən razılaşdırılmış icarə qiymətinə piştaxta icarəyə veriblər. Obyekt üçün vergi kodu almaq məqsədilə vergi orqanına dəfələrlə müraciət ediblər. Vergi orqanı tərəfindən obyektdə yoxlama aparılan zaman o, işçiləri çağırıb və bildirib ki, vergi orqanının əməkdaşları yoxlama aparacaqlar, kim nə vaxtdan işləyirsə, müqavilənin olub-olmamasını izahatlarında yazsınlar. Həmin vaxtı orada 18 nəfər var idi. Vergi orqanının əməkdaşlarından biri Fəridin qrup yoldaşı olmuşdur. Fərid ona yaxınlaşaraq dedi ki, həmin şəxs ona deyir ki, izahatı başqa formada yaz, problem olmayacaq. O da deyib ki, özün bilərsən. Nə yazdısa, o barədə məlumatı olmadı. Daha s onra Xəyal izahat yazmaq istəmədiyini bildirdi. Onu dəvət etdilər. Xəyal izahatında obyektdə işçi kimi işlədiyini yazmaq istədiyini bildirdi. Xəyala deyib ki, nə istəyirsə onu yazsın. Verginin əməkdaşları onun də izahat yazmalı olduğunu bildirdilər. Lakin izahatı özü istədiyi kimi deyil, onlar dediyi formada yazmağını bildirdilər. O da məcbur olub o formada yazdı. Obyektdə fəaliyyət göstərən hər bir şəxs kassa vergi qeydiyyatından keçib. Vergi tərəfindən obyektə kod verilməsinin ləngiməsində onun günahı olmayıb.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 iyun tarixli e-2-2(113)-1881/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – G.Namazova).

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin hansı qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində ona maddi ziyan dəydiyini məhkəm ə prosesi zamanı sübuta yetirə bilməmişdir. Sadəcə olaraq formal mülahizələr əsasında cavabdehlərin icarəçi olduqlarını, həmin obyektin onun cavabdehlərə sub-icarəyə vermə hüququnun olmasını və aralarında hər hansı icarə münasibətlərinin olmasını sübuta yetirə bilməmişdir.

9. Əksinə, məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, məhz iddiaçının özünün vergi hüquq pozuntusunun törədilməsi nəticəsində məsuliyyətə cəlb edilmiş, onun barəsində maliyyə sanksiyaları tətbiq edilmişdir. Həmin qərarlardan dəfələrlə verilmiş şikayətlər isə təmin edilməmişdir.

10. Beləliklə, həmin qərarlarda cavabdeh qismində göstərilən şəxslərin təqsiri müəyyən edilməyib, iddiaçıya münasibətdə cavabdehlərin hər hansı başqa formada delikt törədilməsi də iş materialları ilə müəyyən edilməmişdir.

11. Məhkəmə araşdırı lması zamanı iddiaçıya maddi zərər dəyməsi və həmin zərərin onun tərəfindən ödənilməsi halları müəyyən edilmədiyindən cavabdehlərdən hər hansı maddi zərərin tələb edilməsi qanunsuz və əsassızdır.

12. Cavabdehlər tərəfindən deliktin törədilməsi müəyyən edilmədiyi, iddiaçının maddi zərər tələbi təmin edilmədiyi üçün, məhkəmə prosessual qənaət baxımından mənəvi zərər tələbinin əsaslandırılmasını zəruri hesab etmir və məntiqi davam olaraq həmin hissədə də iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 114.1, 386.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şi rinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88 və 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-886/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

16. İddiaçı vergi orqanı tərəfindən maliyyə sanksiyas ına məruz qalması və cərimə olunmasına cavabdehlərin hərəkətlərinin səbəb olmasını iddia etmişdir. İddiaçının məntiqinə görə cavabdehlər izahatlarında iddiaçının işçisi olmalarını deməsəydilər barəsində inzibati akt qəbul edilməzdi. Belə ki, cavabdehlər subicarə müqaviləsi əsasında müstəqil fəaliyyət göstərmişdilər. Lakin iddiaçı onların icarə müqavilə bağlamalarını təsdiq edən sübut təqdim edə bilməmiş, cavabdehlər də bu halı inkar etmişdilər. İddiaçının cinayət işinin rədd olunması barədə materialda qeyd edilən izahatlara istinad etməsi də iddianın əsaslılığına təsir göstərməmişdir. Belə ki, iddiaçı şikayətdə bildirmişdir ki, həmin qərardan şikayət etmiş və həmin qərar ləğv edilmişdir.

17. Bundan əlavə, həmin izahatlarda subicarə müqaviləsi üzrə iddiaçı ilə münasibətlərin yaranması hal ı təsdiq edilməmişdir.

18. Bundan başqa, iddiaçı zərərə düşməsini göstərən sübutu, yəni cərimələrin ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçının barəsində vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktlara səbəb olmuş hallar yalnız izahatlar olmamış, digər vergi normalarının pozulması faktı olmuşdur.

19. İş materiallarında olan sübutlarla iddiaçının düşdüyü zərərə cavabdehlərin səbəb olmasını müəyyən etmək mümkün deyildir. Əksinə, iddiaçının zərərə düşməsinin öz hərəkətlərinin səbəb olması (sahibkar olduğu halda müqavilə bağlamaması və sair) qüvvəyə minmiş inzibati aktlarla müəyyən edilmişdir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalara əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən kassa siya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 14.2.6, 21.1, 21.2 və 1096.1-cı maddələri üzrə - Cavabdehlər tərəfindən mübahisəli qızılların nəinki onlara, hətta üçüncü şəxslərə məxsus olmasına dair sübut olaraq saxlanma, satış müqavilələri və təhvil-təslim aktları təqdim edilmişdir. Cavabdehlərin izahatları vergi və polis tərəfindən sübut kimi qəbul edilmiş, lakin həmin izahatlar iddiaçıya münasibətdə qəbul edilməmişdir. İddiaçıya vergi borcu məhz cavabdehlərin yalan izahatları əsasında yazılmışdır. Cavabdehlər, qızılların onlara məxsus olduğu barədə polisdə izahat verməklə, məhkəməyə müqavilələr təqdim edərək qızılların iddiaçıya məxsus olmadığını sübut etmişdilər ki, nəticədə iddiaçıya ziyan dəymişdir. Sübutların məhz məhkəmə icraatı zamanı cavabdehlər tərəfindən təqdim edilməsi, digər sübutun isə çoxsaylı müraciət və sorğudan sonra məhkəməyə təqdim edilməsi və həmin sübutlar əsasında hüquqi qiymət vermək və ziyanı müəyyən etmək əvəzinə məhkəmə tərəfindən əsassız qərar qəbul edilmişdir.

23. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2006-cı il 31 may tarixli Qərarı və Məhkəmə Qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu nun 2005-ci il 24 noyabr tarixli Qərarının maddələri üzrə Məhkəmə icraatı zamanı təqdim edilmiş müqavilələr və polis orqanlarında aparılmış icraat zamanı toplanmış sübutlara hüquqi qiymət verilməməsi araşdırılmamışdır. İcarə müqaviləsinin bağlanmamasının hazırkı tələblə əlaqəsi əsaslandırılmamış, icarə müqaviləsi bağlamayan iddiaçı cavabdehləri işə götürməyi deyil, icarə müqaviləsi bağlamaq öhdəliyini götürmüşdür. Lakin işin bu halı araşdırılmamışdır. Vergi orqanı və polis tərəfindən aparılmış araşdırmalardan sonra iddiaçının vergi ödəmək və qızılları tələb etməmək hüququna hüquqi qiymət verilmiş, hazırkı iddia üzrə iddiaçıya vurulan ziyanın məhkəmə qaydasında tələb edilməsi üçün sübutlar toplanmışdır. Lakin məhkəmə həmin sübutların hansı əsaslarla hüquqi qiymətə layiq görülmədiyini qətnam ədə əsaslandırmamışdır. Polis orqanlarında verilmiş izahatlar doğru olmaqla yanaşı, təkzibedilməz və etirafedici sübut hesab olunur. Həmin izahatlar iddiaçının mülki qaydada vurulmuş ziyanın ödənilməsi tələbi üçün əsasdır. Lakin məhkəmə bu izahatları sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, iddiaçı məhz icarə müqaviləsinin bağlandığını sübut etməlidir. İddiaçının cavabdehlərlə icarə müqaviləsi bağlamaması, məhkəmənin 259.000 manat dəyərində qızılın iddiaçıya məxsus olmasını qəbul etməsi üçün əsas deyil. Bu halda məhkəmə qətnamədə ya qızılın qaytarılması, ya da qaytarılmadığı təqdirdə ziyanın mövcud olub-olmamasına hüquqi qiymət verməli idi. Lakin məhkəmə bu məsələni əsaslandırmamışdır. Cavabdehlər həm polis orqanlarında, həm də məhkəmədə qızılların iddiaçıya aid olmadığını qəbul və etiraf etmişdilər. Lakin məhkəmə yalnız belə bir cümlə yazmışdır ki, iddiaçı icarə müqaviləsinin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki iddiaçının özü məhkəmədən fərqli olaraq icarə müqaviləsinin mövcud olduğunu qeyd etmiş, lakin subicarə fəaliyyətinin başlanması ilə bağlı ayrıca müqavilə bağlamadığını bildirmişdir. Bununla belə, məhkəmə iddianın əsassız olduğunu qeyd etsə də, işin halları və mötəbər sübutlar nəzərə alınmadan əsaslandırılmamışdır.

24. Kassasiya şikayətinin “Digər məsələlər” bölməsində qeyd etmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini inkar etmiş və ziddiyyətli nəticəyə (1. İddiaçı icarə müqaviləsi bağlamasını təsdiq edən sübut təqdim edə bilməmiş və cavabdehlər bu halı inkar etmişdilər;

2. İddiaçının cinayət işinin rədd olunması barədə materialda qeyd edilən izahatlara istinad etməsi də iddianın əsaslılığına təsir göstərmir; 3. izahatlar ona görə əsaslı deyil ki, iddiaçı şikayətində bildirmişdir ki, həmin qərardan şikayət etmiş və həmin qərar ləğv edilmişdir;

4. Polis orqanı tərəfindən tərtib edilmiş qərarının ləğv edilməsi araşdırma materiallarında olan izahatların sübut əhəmiyyətini itirmir) gəldiyinə görə, kassator həmin məhkəmənin qətnaməsini əsassız hesab etmişdir. Həmçinin məhkəmənin digər mövqeyi ilə (iddiaçı barəsində vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktlara səbəb olmuş hallar yalnız izahatlar olmamış, digər vergi normalarının pozulması faktı olmuşdur) razı olmayan kassator qeyd etmişdir ki, Ali Məhkəmə tərəfindən apellyasiya məhkəməsinin hakimi Ziya Allahverdiyevə sorğu verilsin və soruşulsun ki i nzibati aktlardan başqa daha hansı vergi normaları pozulmuşdur. Apellyasiya məhkəməsi polis orqanında verilən izahatları öz mülahizəsinə əsasən sübutlar siyahısından çıxarmış, cavabdehlərin isə özləri tərəfindən təqdim edilən təhvil-təslim və saxlanc müqavilələrini gizlədərək görməzdən gəlmişdir. Apellyasiya məhkəməsinin digər mövqeyi ilə (iş materiallarında olan sübutlarla iddiaçının düşdüyü zərərə cavabdehlərin səbəb olmasını müəyyən etmək mümkün olmamışdır) razı olmayan iddiaçı qeyd etmişdir ki, vergi və polis orqanları tərəfindən tərtib edilmiş qərarlar qanunidir və qüvvəsini almışdır, sadəcə nəticə olaraq iddiaçıya ziyan dəymişdir. Bu faktlara dair sübutları məhkəmə özü müəyyən edərək üzə çıxarır, məhkəmə isə əldə etdiyi sübutlara qiymət verməmiş və onları inkar etmişdir. Məhkəmənin q eyd etdiyi mövqeyi ilə (iddiaçı zərərə düşməsini göstərən sübutu, yəni cərimələrin ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir) razı olmayan kassator bildirmişdir ki, cavabdehlərin yalan izahatlarına görə, vergi orqanı tərəfindən iddiaçıya cərimə yazılmışdır. Vergi orqanı qarşısında vergi öhdəliyi yaratmışlar, məhkəmə isə qeyd etmişdir ki, qanunsuz hərəkətlə maddi ziyan vurulduğu sübut edilməmişdir. Vergi əməkdaşlarına yalan izahat verən şəxslər polisdə özlərinin xeyrinə ifadə verərək qızılların onlara məxsus olduğunu etiraf etmişlər, bu səbəbdən də onlara qarşı cinayət işinin başlanmasından imtina edilmişdir. Polisin qərarı əsasında iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehlərin yalan izahat vermələri həm məhkəmədə verdikləri izahatlarla, həm polisin araşdırma nəticəsi nə dair təqdim etdiyi məktubla, cavabdehlərin özlərinin məhkəməyə təqdim etdikləri satış və saxlanc aktları ilə bir daha təsdiq olunur. İddiaçının cavabdehlər tərəfindən ona vurulan ziyanın ödənilməsi ilə əlaqədar məhkəmədə iddia vermiş və məhkəmə araşdırması zamanı məhkəməyə Cavabdeh3 2024-cü il 6 may tarixində məhkəməyə ərizə ilə müraciət edərək malların saxlanması və satış müqavilələri təqdim etmişdir. Həmin Müqavilələri məhkəməyə sübut kimi təqdim edərək 2 ildən sonra etiraf etmişdirlər ki, vergi orqanına iddiaçının qızılı kimi təqdim etdiyi qızıllar nəinki onların, üçüncü şəxslərin mülkiyyətidir ki, onlar da iddiaçıdan icarəyə götürdükləri piştaxtalarda satış həyata keçirirdilər. Eyni zamanda, iddiaçının işçiləri deyildilər. Ancaq 2022-ci ildə yoxlama aparan vergi əməkdaşlarına verdik ləri izahatlarda hamısı yazmışlar ki qızıllar məhz iddiaya məxsusdur, onlar da iddiaçının işçiləridir. Hətta 15.998,422 manat dəyərində mal satan Cavabdeh3 ümumiyyətlə VÖEN-i belə yoxdur ki, o qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Göründüyü kimi, iddiaçının maliyyə sanksiyası tətbiq edilməsinə əsas olan nə qızıllara, nə də ki, özlərini iddiaçının işçiləri kimi təqdim edən şəxslərə aidiyyəti yoxdur. Buna dair sübutlar isə 2024-cü ildə iddiaçı tərəfindən vurulmuş maddi ziyana dair iddiaya baxılarkən əldə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdehlər kassasiya şikayətinə qarşı etirazında bildirmişlər ki, iddiaçının cavabdehlərlə icarə və ya əmək müqaviləsi bağlamaması, onun cavabdehlər qarşısında deyil, qanun qarşısında hüquqi məsuliyyət daşımasına sə bəb olmuşdur. Bu hal əmək və vergi qanunvericiliyinin ciddi pozuntusu kimi qiymətləndirilmişdir. Operativ vergi nəzarəti zamanı aşkar edilən qızıl-zinət əşyaları və həyat yoldaşının iddiaçıya verdiyi etibarnamə ilə idarə etdiyi obyektə dair müqavilələr və təhvil-təslim aktları iddiaçının tələbinin əsassız olduğunu göstərir. Kassasiya şikayətində iddiaçıya dəymiş ziyanın, yəni hesablanmış vergi sanksiyasının cavabdehlərin yalan ifadələri əsasında olduğu iddiası əsassızdır. Belə ki, vergi orqanı tərəfindən aparılan yoxlama nəticəsində əmək və vergi qanunvericiliyinin pozulması aşkar edilmiş, müvafiq aktlar tərtib olunmuş və qanunvericiliyə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən verilmiş şikayətlər isə vergi orqanı və məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkə mə icraatı zamanı əldə edilən müqavilələrdən ibarət və polisdə icraat zamanı toplanan sübutlara hüquqi qiymət verilməməsinin araşdırılmaması və icarə müqaviləsinin bağlanmamasının hazırkı tələblə əlaqəsinin əsaslandırılmamasının göstərilməsi də əsassızdır. Həmin dəlillə bağlı qeyd edilmişdir ki, iddiaçı icarə müqaviləsi bağlamayan iddiaçının cavabdehləri işə götürmək vədi deyil, icarə müqaviləsi bağlama öhdəliyi götürməsi faktını etiraf etmələri, iddiaçı tərəfindən cavabdehləri əmək müqaviləsi və ya icarə müqaviləsi bağlamadan faktiki olaraq işə götürən kimi işə buraxdığını sübut edən haldır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərə və məhkəmə iclaslarında tərəflərin verdikləri izahatlara hüquqi qiymət verilməklə tam və hərtərəfli araşdırma aparılmaqla əsaslandırılm ış qətnamə çıxarılmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı icarəyə götürdüyü qeyri-yaşayış ticarət sahəsində icarə və ya əmək müqaviləsi bağlamadan işçiləri şifahi razılaşma ilə qəbul etmişdir. Vergi orqanı tərəfindən aparılan yoxlamada 7 nəfərin əmək müqaviləsi olmadan fəaliyyət göstərdiyi aşkar edilmiş, hər biri üçün 2.000 manat və satışa qəbul edilmiş qızıl-zinət əşyalarının qalıq dəyərinin 10 faizi, ümumilikdə 25.998,42 manat məbləğində cərimə tətbiq edilmişdir. Göründüyü kimi, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində icarə obyektinin Ceyhun adlı şəxsdən icarəyə götürdüyünü, lakin obyekt əvvəllər icarəyə götürülmüş şəxs tərəfindən təhvil verilməməsi səbəbindən vergi orqanı obyekti qeydiyyata götürməkdən imtina etmişdir. Nəticədə obyektdə sahibkarlıq fə aliyyəti göstərən şəxslərlə icarə müqaviləsi bağlanılmamış və onlar icarə müqaviləsi və ya əmək müqaviləsi bağlanılmadan obyektdə fəaliyyət göstərməyə buraxılmışlar. İddiaçının etibarnamə üzrə nümayəndəsi olan həyat yoldaşı, X6, cavabdehləri icarə obyektinə buraxmış və məhkəmədə bildirib ki, obyektin icarəsi üçün razılaşdırılmış qiymətə piştaxta icarəyə verilib, vergi orqanına kod almaq məqsədilə müraciət edilib. Vergi yoxlaması zamanı işçilərə izahat vermələrini tapşırıb və Fərid izahatını dəyişmək istəyib, amma o, dəyişdirməyib. Xəyal işçi kimi fəaliyyət göstərdiyini qeyd edib, vergi əməkdaşları isə ona izahatı istədikləri formada yazmağı bildirib. Obyektdəki hər bir şəxs kassa vergi qeydiyyatından keçib, obyektə kod verilməsinin ləngiməsində isə onun günahı olmamışdır. Kassasiya baxışın ın hədləri

26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmə lə gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” "Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər...." "Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır." "Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuli yyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər...." "Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır...."

29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Vergi Məcəlləsinin müvafiq müddəalarında “Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunverici liyinin pozulmasında təqsirsiz hesab edilir....” “Maddə

61. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti 61.1. Vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 61.2. Vergi ödəyicilərinə bu Məcəllənin 61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir. Vergi orqanları tərəfindən düzgün tutulmayan vergi, maliyyə sank siyaları, faizlər və inzibati cərimələrin məbləğləri, vergilər üzrə borclar olmadıqda, bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər. 61.3. Vergi orqanlarının vəzifəli şəxsləri və digər işçiləri özlərinin hüquqa zidd hərəkətlərinə (qərarlarına) və ya hərəkətsizliyinə, o cümlədən öz xidməti vəzifələrini yerinə yetirmədiyinə və ya lazımınca yerinə yetirmədiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarında müəyyən edilmişdir ki: "Məhkəmə tərəfindən həqiqətə n ail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır."

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2021-ci İl 14 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şə rt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:  törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;  törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;  ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.”

32. Azərbaycan Respu blikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya insta nsiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

34. İddiaçının kassasiya şikayətinin aşağı məhkəmə instansiyalarında da bildirilən dəlillərlə eyniməzmunlu olan dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, iddiaçıya delikt səbəbindən zərər dəymiş, bu zərər cavabdehlərin qanunsuz hərəkətləri (vergi orqanına yalan ifadələr verməsi) nəticəsində vergi orqanı tərəfindən iddiaçının maliyyə sanksiyasına məruz qalması və cərimə olunması ilə əlaqədar yaranmışdır. Belə ki, cavabdehlər vergi orqanına verdikləri izahatlarında iddiaçının işçisi olmalarını və iddiaçıya məxsus olan qızılları satıqlarını deməsəydilər, iddiaçı barəsində inzibati akt qəbul edilməzdi. Cavabdehlər subicarə müqaviləsi əsasında müstəqil fəaliyyət göstəriblər. Cavabdehlərin özlərinin polisə verdiyi həmin izahatlar, habelə məhkəməyə təqdim etdikləri satış və saxlanc aktları iddianın əsaslılığını təsdiq edir.

35. Halbuki MM-in 21, 1096.1 və 1096.1-ci maddələrinə (bax § 28) uyğun olaraq deliktlə bağlı no rmaların tətbiq üçün əsaslar işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2021-ci İl 14 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 31) görə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkət sizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

37. Beləliklə, hazırkı işdə iddiaçı öz mövqeyini cavabdehlərin vergi orqanına verdikləri yalan ifadələr nəticəsində vergi orqanının qəbul etdiyi maliyyə sanksiyalarının tətbiqinə dair qərarlar əsasında yarandığını iddia edir.

38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, iddiaçı vergi orqanının sözügedən qərarlarını inzibati qaydada yuxarı vergi orqanında mübahisələndirsə də, bunun nəticəsi olmamış, qərarlar ləğv edilməmişdir. Bununla belə, iddiaçı öz hüquqlarının müdafiəsi üçün inzibati məhkəməyə müraciət etməmişdir. Vergi orqanının qərarları hazırda da qüvvədədir.

39. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.1 və 53.3-cü maddələrinin (bax § 29) məzmununa görə, vergi ödəyiciləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tə qsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

40. Həmçinin Vergi Məcəlləsinin 61.1, 61.2 və 61.3-cü maddələrinin (bax § 29) məzmununa görə, vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin zərər məhkəmənin qərarına əsasən ödənilir.

41. Məhkəmə kоllеgiyası Vergi Məcəlləsinin istinad olunan normalarına əsasən belə qənaətə gəlir ki, barəsində mü vafiq məsuliyyət tədbiri görülmüş, o cümlədən maliyyə sanksiyası tətbiq edilmiş hər bir vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya inzibati məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsirsizliyi təsdiq edilməyənədək vergi qanunvericiliyinin pozulmasında təqsirli hesab edilir. Lakin vergi ödəyicisinin təqsirsizliyi sübut olunarsa, vergi orqanlarının qanunsuz əməlləri və qərarları nəticəsində vergi ödəyicilərinə dəymiş zərər məhkəmənin qərarına əsasən vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən ödənilir.

42. Hazırkı işdə isə vergi orqanı tərəfindən müvafiq vergi hüquqpozmalarına görə iddiaçıya maliyyə sanksiyasının tətbiqi barəsində qəbul edilmiş qərarlar iddiaçı tərəfindən inzibati məhkəmədə mübahisələndirilmədiyindən və hazırda qüvvədən olduğunda n vergi ödəyicisi olan iddiaçının həmin pozuntuları törətmədiyi iddia oluna bilməz.

43. Belə olan təqdirdə isə, iddiaçının hazırda istinad etdiyi cavabdehlərin polis orqanına verdikləri izahatlar, habelə təqdim etdikləri satış və saxlanc aktları hazırkı kommersiya icraatı çərçivəsində iddia olunan delikt pozuntusunun mövcudluğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

44. Belə ki, mübahisələndirilən qətnamədən belə məlum olur ki, cinayət işinin rədd olunması barədə qərar iddiaçının öz şikayətinə əsasən ləğv edilmişdir. Bundan əlavə, cinayət işinin rədd edilməsi barədə materialda olan izahatlarda subicarə müqaviləsi üzrə iddiaçı ilə münasibətlərin yaranması halı təsdiq edilmir.

45. Göründüyü kimi, həm vergi orqanının qərarı, həm də polis orqanının qərarı məhz cavabdehlərin izahatlar ı əsasında qəbul edilmişdir. Lakin polis orqanının qərarı iddiaçının özünün şikayəti əsasında ləğv edilsə də, vergi orqanının qərarı iddiaçının şikayət verməsinə baxmayaraq qüvvədə saxlanılmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, eyni şəxslərin polis orqanına verdikləri izahatlarının vergi orqanına verdikləri izahatlardan daha mötəbər sübut olması barədə qənaətə gəlmək üçün hüquqi əsaslar mövcud deyildir.

46. Odur ki, məhkəmə kollegiyası iş materiallarında olan sübutlarla iddiaçının düşdüyü zərərə cavabdehlərin səbəb olmasını müəyyən etməyin mümkün olmamasına, əksinə, iddiaçının zərərə düşməsinə öz hərəkətlərinin səbəb olmasının qüvvəyə minmiş inzibati aktlarla müəyyən edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə ilə razılaşmamaq ü çün hər hansı hüquqi əsas tapmır və kassasiya şikayətinin eyniməzmunlu dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

47. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 32) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 32) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-886/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-886/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar