Məhkəmə qərarları › İş №2-2(102)-116/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-116/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-116/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-852/2023 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İşin halları, iş üzrə məhkəmə icraatı 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdeh3nə, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən kredit müqaviləsi üzrə ümumilikdə 215.906,39 manat borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzillərin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə, açıq hərracdan satılması, satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, mənzildə qeydiyyatda olan cavabdehlərin mənzillərdən istifadə hüquqlarına xitam verilməklə çıxarılm ası və mənzillərin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-ci il 19 iyun tarixli 2-2(113)-63/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim – Z.Axundova).

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin - faiz və rüsum hissəsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh3 apellyasiya şikayəti verərək həmin qətnaməninn ləğv edilməsi, iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-852/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi - faiz borcu tutulması hissəsində dəyişdirilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

6. İddiaçı kassasiya şikayəti verərək qətnamənin - faiz və rüsum hissəsində ləğv olunması, faiz hissəsində müqavilənin bitmə tarixinə faiz borcu üzrə 50.242.48 manat cavabdehlərdən tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşa ğıdakı əsas anlayışlardan istifadə edilmişdir:... 1.1.5. Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;... 1.1.15. Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;... 1.1.18. Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələri;...” “Maddə

6. Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadə si 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir....”

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiy a sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasi ya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər....” “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərə findən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olsa da, aşağıda göstərilənlərə əsasən Cavabdeh3 MMC-nin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

11. Belə ki, MPM-in 10-1.7-ci maddəsinin (bax § 9) tələbləri ondan ibarətdir ki, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 12. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində (bax § 8) verilmiş anlayışla ra uyğun olaraq gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış elektron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir.

13. Həmin Qanunun 6.1-ci maddəsinin (bax § 8) tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq güclənd irilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.

14. Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənəd hesab etmişdir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmiş, qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə veril mişdir.

16. Beləliklə, 2022-ci il 1 oktyabr tarixindən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm kassatorun özü və/və ya onun nümayəndəsi, həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.

17. Hazırkı iş üzrə isə EMİS-dən görünür ki, həmin tarixdən sonra, yəni 2023-cü il 26 dekabr tarixində elektron sistemə əlavə edilmiş kassasiya şikayətini MMC-nin rəhbəri Cavabdeh2 elektron qaydada imzalamışdır. Həmçinin EMİS-ə əlavə edilmiş scan formatında olan kassasiya şikayətindən görünür ki, şikayəti vəkil X1 da imzalamışdır. Lakin həmin vəkil sözügedən şikayəti özünün elektron imzası ilə rəsmiləşdirməmişdir.

18. Beləliklə, hazırda kassasiya şikayəti elektron qaydada yalnız MMC-nin rəhbəri tərəfindən imzalandığından, kassatorun vəkili tərəfindən isə elektron qaydada imzalanmadığından, MPM-in 407.3-cü maddəsinin (bax § 9) tələbləri pozulmaqla verilmiş hesab olunmalı, bu səbəbdən də həmin kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir.

19. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax § 9) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, həmin tələblərə əməl etməyərək, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.

20. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-852/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin hazırkı vəziyyətdə icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.

21. Şərh olunanları nəzərə alara q və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-852/2023 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar