Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-117/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi borcu, vəsaitin köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 noyabr tarixli 2-2(103)-913/2022 saylı qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2012-ci il 28 dekabr tarixli, 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC Cavabdeh MMC-yə 12 faizlə 12 ay müddətinə 2.100.000 avro məbləğində kredit verməyi, Cavabdeh MMC krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. 2. 2013-cu il 08 yanvar tarixli, 6-BİZ-1-0-74-12(Z1) saylı zaminlik müqaviləsindən görünür ki, “Alpha and X3 Limited” kreditor qarşısında 2012-ci il 28 dekabr tarixli, 6-BİZ-10-74-12(Z2) saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün cavabdehliyi öhdəsinə götürmüşdür. 3. 2013-cu il 08 yanvar tarixli, 6-BİZ-1-0-74-12(Z2) saylı zaminlik müqaviləsindən görünür ki, “ TRADE-PROD Co.Ltd” kreditor qarşısında 2012-ci il 28 dekabr tarixli, 6-BİZ1-0-74-12 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün cavabdehliyi öhdəsinə götürmüşdür 4. 2021-ci il 12 oktyabr tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin həmin tarixə banka 1.879.928 avro əsas borcu, 700.590 avro faiz borcu, 678.623 avro cərimə və əsas borca hesablanmış ilik 5 (beş) faizlə 817.542 avro borcunun olması İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2021-ci il 1 oktyabr tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehd ən iddiaçının xeyrinə 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsi üzrə 1.879.928 avro əsas borc, 700.590 avro faiz borcu və 678.623 avro cərimə borcu olmaqla, ümumilikdə 3.259.141 avro borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il 29 dekabr tarixli baş kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" İKB ASC-dən illik 12%-lə 12 ay müddətinə 2.100.000 avro məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2021-ci il 31 may tarixədək cavabdehin banka kredit müqaviləsi üzrə 1.879.928 avro əsas borc, 700.590 avro faiz borcu və 678.623 avro cərimə borcu olmaqla, ümumilikdə 3.259.141 avro borcu vardır. Xəbərdarl ıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
7. Daha sonra, iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh M.M.C.,“Alpha and X3 Limited” və “ XXX Ltd” –dən müşdərək qaydada iddiaçının xeyrinə 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsi üzrə 1.879.928 avro əsas borc, 700.590 avro faiz borcu, 678.623 avro cərimə borcu, kredit müqaviləsi üzrə 2013-cü il 29 dekabr tarixdən 2021-ci il 12 oktyabr tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 817.542 avro məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 4.076.683 avro borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 4 42, 445.2.1, 448.1, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.
9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 4 iyul tarixli, e-2-2(113)-2952/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – A.Əliyeva).
10. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 2012-ci il 28 dekabr tarixli 6BİZ-1-0-74-12 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 faizlə 12 ay müddətinə 2.100000 avro məbləğində kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddia tələbi birbaşa sübutetmə yükü ilə bağlıdır. İddiaçı iddia tələbini tərə flər arasında imzalanmış kredit müqaviləsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı sübut qismində məhkəməyə təqdim edilmiş sənədlər iddiaçının müqavilə üzrə ödəliklərini tam olaraq yerinə yetirməsinə, cavabdehin kredit müqaviləsi üzrə borcunun yaranmasına kifayət etmir. Belə olan halda, iddia tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir.
11. Məhkəmə bu qənaətini MM-in 385.1, 442, 448.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 217ci maddələrinə istinad edərək əsaslandırmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apell yasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 noyabr tarixli 2-2(103)-913/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2012-ci il 28 dekabr tarixli, 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsi əsasında 2.100.000 avro məbləğində kredit vəsaiti cavabdehin bankdakı hesabına mədaxil edilsə də, həmin gün bank daxili köçürmə ilə "xxxx" MMC-nin hesabına köçürüldüyündən, cavabdehin kredit vəsaitindən istifadə etdiyi müəyyən olunmur. İddiaçı o vaxt kredit vəsaitinin qaytarılmasını cavabdehdən tələb edə bilərdi ki, kredit vəsaitinin digər hü quqi şəxsin hesabına köçürülməsi cavabdehin sərəncamı əsasında baş versin. İddiaçı məhkəmə tərəfindən bu barədə sübutların təqdim edilməsinin təklif edilməsinə baxmayaraq, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə cavabdehin kredit vəsaitinin digər hesaba köçürülməsinə ödəniş tapşırığı verdiyinə dair sübut təqdim edə bilməmişdir.
15. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsinin vəsatəti əsasında kredit müqaviləsi bağlanarkən cavabdehin direktoru və təsisçisi olmuş X2 şahid qismində dindirilmiş, ifadəsində göstərmişdir ki, həqiqətən bankla kredit müqaviləsi bağlanmış, lakin cavabdeh kredit vəsaitindən istifadə etməmişdir. Bankın həmin dövrdəki rəhbərliyi kredit vəsaitini onların iradə ifadəsi olmadan digər bir hüquqi şəxsin hesabına köç ürmüşdür. Bankın keçmiş rəhbərliyi barəsində cinayət işi qaldırılmış, o da zərərçəkən şəxs qismində dindirilmişdir. Cavabdehdəki təsis payını 2013-cü il 30 dekabr tarixdə başqa şəxsə satmışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, 2012-ci il 28 dekabr tarixli 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsi əsasında cavabdehin hesabına mədaxil edilmiş 2.100.000 avro məbləğində kredit vəsaitinin eyni tarixdə digər hüquqi şəxsin hesabına cavabdehin sərəncamı əsasında köçürüldüyü, o cümlədən cavabdeh tərəfindən kredit vəsaiti üzrə hər hansı ödəniş edildiyi iddiaçı tərəfindən sübut edilmədiyindən, o cümlədən işə apellyasiya qaydasında baxılarkən şahid qismində dindirilmiş cavabdehin direktoru və təsisçisi olmuş X1 ifadəsi ilə də cavabdehin kredit vəsaitindən istifadə etmədiyi sübut olunduğundan k redit borcunun cavabdehdən tutulması barədə iddia təmin edilə bilməz.
17. Məhkəmə bu qənaətini MM-in 385.1, 442, 448.1, 739.1, 739.2, 954.1, 957.2, 957.4, 964.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
18. Qətnamə 2022-ci il 9 dekabr tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
19. Bu apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 30 noyabr tarixli 2-2(103)913/2022 saylı Xüsusi Qərardadı ilə İddiaçı ASC-nin ("xxxx" İKB ASC) səlahiyyətli şəxsləri tərəfindən Cavabdeh M.M.C-nin hesabına 28 dekabr 2012-ci il tarixli 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsinə əsasən mədaxil edilmiş 2.100.000 AVRO məbləğində kredit vəsaitinin müştərinin sərəncamı olmadan "xxxx" MMC-nin hesabına köçürülməsi faktı ilə bağlı bankın köçürməni həyata keçirmiş səlahiyyətli şəxslərinin əməllərin də cinayət əlamətləri olduğundan MPM–in 254-cü maddəsinə əsasən prokurorluğa məlumat verilmişdir.
20. İddiaçı 2023-cü il 11 yanvar tarixdə qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 442, 449.1, 449.3-cü maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 2012-ci il 28 dekabr tarixli, 6-BİZ-1-0-74-12 №-li kredit müqaviləsi illik 12 faizlə 12 ay müddətinə bağlanmış və bu müddət ərzində cavabdeh tərəfindən kreditin ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə MM-in 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür.
22. Faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Cavabdeh ödənişlər etmədiyinə görə qanuni olaraq faiz və cərimə hesablanması həyata keçirilmişdir.
23. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər MMin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Kreditin məbləği kifayət qədər çox olduğundan, müqavilənin uzun müddət icra olunmaması Banka xeyli miqdarda zərər vurmuşdur. Bu isə özlüyündə kreditorun, yəni Bankın ona dəymiş zərəri tələb etmək hüququnu yaradır.
24. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, 2.100.000 avro məbləğində pul vəsaiti 2012-ci il 31 dekabr tarixdə cavabedehin hesabına mədaxil edilmiş və 2012-ci il 31 dekabr tarixdə də bankdaxili köçürmə ilə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Köçürmənin əsası isə 2012-ci il 10 sentyabr tarixli zaminlik müqaviləsidir. Təqdim edilmiş hesabdan çıxarış pul məbləğinin verilməsini sübut etdiyi halda, məhkəmə həmin sübutu mötəbər sübut hesab etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunma sı zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mall arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin pre dmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
957. Hesabda olan pul vəsaitinə dair sərəncam vermək hüququnun təsdiqi... 957.2. Üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun.... 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.” “Maddə
964. Pul vəsaitinin hesabdan silinməsinin əsasları 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymə tləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
32. İddiaçının kassasiya şikayətinin dəlili MM-in 442,449.1,449.3-cü və MPM-in 88-ci maddələrinə istinadla bundan ibarət olmuşdur ki, məhkəməyə təqdim olunmuş hesabdan çıxarışa əsasən 2.100.000 avro məbləğində pul vəsaiti 2012-ci il 31 dekabr tarixdə cavabdehin hesabına mədaxil edilmiş və 2012-ci il 31 dekabr tarixdə də bankdaxili köçürmə ilə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Köçürmənin əsası isə 2012-ci il 10 sentyabr tarixli zaminlik müqaviləsidir. Təqdim olunmuş hesabdan çıxarış pul məbləğinin verilməsini sübut etdiyi halda, məhkəmə həmin sübutu mötəbər sübut hesab etməmişdir.
33. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə qətnaməsini dəyişdirilmədən qüvvəsində saxlayan apellyasiya instansiyası məhkəməsi isə ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış 2012-ci il 28 dekabr tarixli, 6-BİZ-1-0-74-12 saylı kredit müqaviləsi əsasında 2.100.000 avro məbləğində kredit vəsaiti cavabdehin bankdakı hesabına mədaxil edilsə də, həmin gün bank daxili köçürmə ilə "xxxx" MMC-nin hesabına köçürüldüyündən, cavabdehin kredit vəsaitindən istifadə etdiyi müəyyən olunmur. İddiaçı o vaxt kredit vəsaitinin qaytarılmasını cavabdehdən tələb edə bilərdi ki, kredit vəsaitinin digər hüquqi şəxsin hesabına köçürülməsi cavabdehin sərəncamı əsasında baş versin.
34. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına əsasl anaraq, onun hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşır və iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıda göstərilənlər müqabilində əsaslı hesab etmir.
35. Bu işin müəyyən edilmiş hallarından aydın olur ki, 2012-ci il 28 dekabr tarixli, 6-BİZ1-0-74-12 saylı kredit müqaviləsi əsasında 2.100.000 avro məbləğində kredit vəsaiti cavabdehin bankdakı hesabına 2012-ci il 31 dekabr tarixində mədaxil edilmiş, lakin elə həmin tarixdə də "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan isə görünür ki, bu köçürmənin əsasında 2012-ci il 10 sentyabr tarixli zaminlik müqaviləsi dayanır. Həmin müqavilə isə ümumiyyətlə iddiaçı tərəfindən aşağı instansiya məhkəmələrinə təqdim edilməyib.
36. Digər tərəfdən işə apellyasiya qaydasında baxılarkən iddiaçının nüm ayəndəsinin vəsatəti əsasında cavabdehin direktoru və təsisçisi olmuş və şahid qismində dindirilmiş XXX ifadəsində bankla yuxarıda qeyd olunan kredit müqaviləsinin bağlandığını, lakin həmin kredit vəsaitindən ıstifadə edilmədiyini, iddiaçının o dövrdəki rəhbərliyinin kredit vəsaitini cavabdehin iradə ifadəsi olmadan digər hüquqi şəxsin hesabına köçürdüyünü bildirmişdir. Halbuki iddiaçının bu cür davranışı MM-in 957-və 964-cü maddələrinin tərəflər arasında kredit münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasının (bax-§29) müəyyənləşdirdiyi qaydaların həddi çərçivəsindən kənarda dayanmışdır.
37. Bundan başqa iddiaçının nümayəndəsinin işə birinci instansiya məhkəməsində baxıldığı zaman təqdim etdiyi ərizədə(vəsatətdə) "xxxx" İKB ASC ilə Cavabdeh MMC arasında yuxarıda göstərilən müq avilənin bağlanması zamanı məsul şəxslərin saxtakarlıq edərək kreditin verilməsində nöqsanlara yol verdikləri bildirilmiş, cinayət tərkibinin olubolmamasının araşdırılması məqsədilə xüsusi qərar qəbul edilərək prokurora məlumat verilməsi xahiş olunmuşdur (Apellyasiya instansiyası məhkəməsi tərəfindən 2022-ci il 30 noyabr tarixli 2-2(103)-913/2022 saylı Xüsusi Qərardad çıxarılmışdır. Bax -§19).
38. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, hazırki işin materiallarında kassasiya şikəyətində göstərilənlərin əksinə olaraq iddiaçının kredit vəsaitinin digər hüquqi şəxsin hesabına köçürülməsinin cavabdehin sərəncamı əsasında həyata keçirilməsinə, o cümlədən cavabdeh tərəfindən kredit vəsaiti üzrə hər hansı ödənişin edilməsinə dair sübutlar mövcud deyildir. Halbuki hazırki iş üzrə iddiaç ının maddi hüquqi marağının (hüququnun, qanuni mənafelərinin) məhkəmə müdafiəsi (təmin olunması) baxımından MPM –in 77-ci maddəsində müəyyənləşdirilmiş və ona aid prosessual vəzifəsinin icrasını da şərtləndirir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinın hazırki kassasiya şikayətində mübahisələndirilən qətnaməsi MPM-in 88-ci və 217-ci maddələrinin nəzərdə tutulan tələblərinə uyğundur.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə mövcud sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır.
40. Əvəldə vurğulanlara görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 noyabr tarixli, 2-2(103)-913/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 noyabr tarixli, 2-2(103)-913/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.